Qurani-Məcid bütün insanları Allah qarşısında təvazökarlıqa çağırmaqla bərabər, möminlər qarşısında da təvazökar olmağı tapşırır. Hətta mələklərdən üstün olan İslam Peyğəmbəri (s) də təvazökarlığa dəvət edilir. «Hicr» surəsinin 88-ci ayəsində oxuyuruq: «Bütün möminlərə qarşı təvazökar ol». «Qəsəs» surəsinin 83-cü ayəsində oxuyuruq: «Biz axirət evini yer üzündə üstünlük və fəsad istəyində olmayanlar üçün qərar vermişik».
Dua oxuyan şəxs duanın bu hissəsini oxuyarkən, ayə və rəvayətlərin yardımı ilə bəsirət gözünü açaraq iki həqiqəti müşahidə etməlidir: əvvəla, mehriban Allahdan savayı mütləq malik, feyz mənbəyi, bağışlayan, ehtiyacsız və qəni yoxdur; ikincisi, insanın və digər mövcudların vücudu fəqirlik və ehtiyacdan başqa bir şey deyildir. Qəni və ehtiyacsız olduğu halda varlıq aləmini ərsəyə gətirən, hər bir mövcudun ehtiyacını ödəyən Allahdır. Heç bir mövcudda Onunla qarşılaşmaq
... Read more »
«Ğafir» və «Ğəfur» adları mehriban Allahın gözəl adları və ali sifətlərindəndir. Yəni, Onun müqəddəs vücudu çox-çox bağışlayandır. Bu bağışlanmanı əldə etmənin şərti həqiqi tövbə və haqqa qayıdışdır. Günahkar insan Allahın ğəfur sifətinə əsasən ümidvar olmalıdır ki, günahlarına tövbə etsə mütləq bağışlanacaqdır. Bağışlanmağa ümidsizlik böyük günahdır və əzabı vardır. «Yusif» surəsinin 87-ci ayəsində buyurulur: «Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzə
... Read more »
Bir gecə küçədən keçərkən bir evdən belə bir münacat eşitdim: «Pərvərdigara! Sənə qarşı itaətsizlikdən yox, şeytana və nəfsimə aldandığımdan günah etmişəm. Nəticədə Sənin qəzəbinə gəlmişəm». Bu sözləri eşidib Qurandan bir ayə oxudum: «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yana
... Read more »
Arzu və ümid mehriban Allahın insana əta etdiyi bir nemətdir. Əgər arzu və ümid olmasaydı, insan heç vaxt bir işə maraq göstərməz, çalışmazdı.
Rəvayət olunur ki, sahədə şum edən qoca kişini görən Həzrəti İsa (ə) əlini qaldırıb belə dua etdi: "Pərvərdigara! Bu qocanın arzu və ümidini bir an saxla.” Dua qəbul olan kimi qoca əlindəki beli yerə qo
... Read more »
Tövbə etməkdə və fəsadlardan uzaqlaşmaqda, Qiyamət hazırlığı və saleh əməllərdə günahdan çəkinib mərifət ardınca getməkdə süstlük göstərib, günü günə satdıq, vədlərimizə əməl etmədik. "Bu gün-sabah”lar şirin yalanları ilə bizi aldatdı, kamilliyə doğru hərəkətdən saxladı.
Səndən diləyirəm ki, mənə vədə vəfa qüdrəti, "bu gün-sabah”lardan nicat əta
... Read more »
Bir ana itaətsizlik etdiyi üçün yeniyetmə oğlunu evdən qovur. Oğlan evdən çıxıb məhəllədə yaşıdları ilə axşamadək vaxt keçirir. Gecə düşdükdə hərə öz evinə gedir. Oğlan da öz evlərinə qayıdır. Amma qapı bağlı olur. Pərişan halda anasını çağırıb ondan qapını açmasını istəsə də ana qapını açmır. Bu vaxt yoldan ötən bir a
... Read more »
Duanın bu hissəsində Həzrət Əli (ə) rəhmətə səbəb olacaq bütün incəliklərə işarə edir: ibadətdə süstlüyün etirafı, nəfs istəklərinin həddi aşmasına görə üzrxahlıq, tövbə etməklə bağışlanmaq istəyi, günahların etirafı, Allahın rəhmətindən savayı sığınacaq tapmamaq və s.
Bu nalələr və sızıltılar Allahın xoşuna gələn həqiqətlərdir. Nəql olunur ki, haqq yolçusu olmaq is
... Read more »
İslam Peyğəmbərinin (s) dövründə bir gənc ölüm ayağında olarkən Həzrət (s) onun yanına getdi. Oğlanın dili tutulduğundan şəhadət kəlmələrini deyə bilmirdi. Həzrət (s) soruşdu ki, bəlkə namazqılan deyil, ona görə dili tutulub? Dedilər ki, namaz qılandır. Həzrət (s) buyurdu ki, bəlkə zəkat ödəməyib?
... Read more »
Allahın ən böyük nemətlərindən biri göz yaşıdır. Ayə və rəvayətlərdə göz yaşı yüksək dəyərləndirilir.("Maidə”, 83)
Həzrət Peyğəmbər (s) buyurur: "Ya Əli, sənə bəzi xasiyyətləri tövsiyə edirəm...(dördüncüsü) Allah üçün ağlamaq. Hər göz yaşı damlasına görə Behiştdə sənin üçün bina qərar verilər.”("Biharul-ənvar”, 69-391.)
Həzrət Peyğəmbər (s) buyurur: "Namaz dinin sütunudur və onun on xüsusiyyəti var: çöhrənin zinəti, qəlbin nuru, cismin rahatlığı, qəbirdə ünsiyyət, rəhmət gətirən, asimanın çırağı, Qiyamətdə əməl tərəzisinin ağırlığı, Allahın razılığı, Behiştin dəyəri, Cəhənnəm oduna maneçilik. Hər kəs namaz qılsa dini abad edir, hər kəs namazı tərk etsə dini viran qoyur.”
Peyğəmbərlərin, imamların, həqiqi övliyaların dualarından biri əməllərin qəbulu və mərhəmətli rəftara nail olmaq arzusu ilə bağlıdır. Bu ilahi şəxsiyyətlər anlamışlar ki, iman və ixlaslı əməl olmadan Allahın rəhmət və mükafatına çatmaq mümkün deyildir. Ona görə də əməlin salehliyinə xüsusi diqqət göstərilmiş və bu əməllərin qəbulu üçün dua edilmişdir.
Qüdsi hədislərdə möminə ehtiram Allaha ehtiram, möminə hörmətsizlik Allaha hörmətsizlik hesab olunur. İslam Peyğəmbəri (s) Cəbrailin (ə) nəqlinə əsasən, Allahın belə buyurduğunu bildirir: "Mənim d
... Read more »
Bu yalnız adi bir addır. Bu lüğəvi qəlibdə, hərf və yazıların bu şəklində - bu hərflər yan-yana düzüldükdə hamısı birlikdə yalnız bir adı təşkil edir. İslama məxsus adı, qadınlığa aid adı, müsəlman qadınlarına xas adı...
Bu ad yalnız adi bir ad kimi xatırlanarsa, burada fövqəladə heç bir şey yoxdur. Onu təşkil edən hərflər – istər tək olsun, istərsə də bü
... Read more »
Tarixi mənbələrə əsasən mübaliğəsiz demək olar ki, ərəblərin cahiliyyə dövrünün bütün tarixi ərzində cəmiyyətdə azacıq qədir-qiyməti olan qadınların sayı vur-tut bir neçə nəfər imiş. Çünki deyildiyi kimi, o cür çürük quruluşu, düşkün qayda-qanunu olan cahiliyyə cəmiyyətində "qadın” anlayışı ar və eybə bərabər idi. Cahiliyyə ərəblərinin geniş yayılmış bir zərbül-məsəlində deyilir:
Yaşadığımız bu qarışıq zəmanədə yaradıcı qadına həmişəkindən daha artıq ehtiyac duyulur. Müasir, gözüaçıq, inqilabçı müsəlman qadını özünün bu tarixi rolunu yaxşı dərk edərək sələfləri kimi yeni-yeni qəhrəmanlıqlar yaratmaqdadır.
Ayıq müsəlman qadını bizim əsrimizdə belə qəhrəmanlıqlar sırasında materialistlərin qaranlıq zindan
... Read more »
İslam örtüyü qadın üçün təhqirdir, yoxsa qadın şəxsiyyətinə verilən qiymətdir?
İslam bədxahlarının İslama ən çox irad tutduğu məsələlərdən biri İslam örtüyü – qadın hicabıdır. Onlar ya nadanlıqları və məlumatsızlıqları, ya da qərəzçilikləri və düşmənçilikləri üzündən belə hesab edirlər ki, İslam örtüyü İslam cəmiyyətində qadının təhqir olunmasının bir əlamətidir. Ona görə biz də bu kiçik söhbətimizdə - dünyanın ən görkəmli qadınının şəxsiyyəti, bütün keçmiş və gələcək nəsillərin qadınları
... Read more »
Böyük İslam qadınının böyük atasının tərifi haqqında müqəddəs ilahi kəlamı ilə tanış olduq. İndi isə o həzrətin anası haqqında söz açmaq yerinə düşər.
Fatimeyi-Zəhranın (ə) hörmətli anası – Peyğəmbərin gözünün nurunu, imamlıq bağının gülünü tərbiyə etmiş o namuslu qadın haqqındakı söhbətimizə bir anlığa fasilə veririk. Gücümüz çatdığı
... Read more »
Müsəlman qadınının ən yüksək nümunəsi olan Xədicə ulu Peyğəmbərin (s) xüsusi ehtiram və məhəbbətini qazanmışdı. Hörmətli Rəsul (s) o möhtərəm xatunu çox sevirdi, onun ağıl və kamalına yaxşı bələd idi. Ona görə də öz işlərində Xədicə ilə təkcə bir həyat yoldaşı kimi yox, həm də ağıllı, ürəyiyanan və səmimi bir dost kimi məsləhətləşir və onun fikirlərinə çox hörmətlə yanaşırdı.
Həzrət Xədicədən dörd övlad dünyaya gəldi. Qasim adlı bir oğlu dünyaya gəldi. Onun ləqəbi "Tahir” və "Təyyib” idi. İslam peyğəmbərinin (s) künyəsi – Əbül-qasim də həmin əziz övladının adından götürülmüşdü. Qasim körpəlik və südəmərlik dövrünü keçirdi, hətta ayaq açmaq və yerimək mərhələsinə qədər sağ idi. Amma hələ süddən kəsilməmişdi ki, İlahi yazısı ilə bu dünyaya gözünü yumdu və aqibət sarayına tələsdi.
Gözəl "Fatimə” adını ismət və paklıq ailəsində, peyğəmbərlik və imamlıq sülaləsində bir daha kiçik fasilədən sonra böyük bir evdə - heyrətli və dəhşətli bir faciədə görürük. Bu dəfə azadlıqsevərlərin başçısı, şəhidlərin öndə gedəni, şiələrin üçüncü imamı Hüseyn ibn Əlinin (ə) evində başqa bir Fatimə ilə üzbəüz dayanmışıq.
Fatimeyi-Zəhranın (ə) uşaqlıq dövrü dinlər tarixinin, peyğəmbərlər tarixinin və bəşəriyyətin bütün tarixinin ən parlaq dövrlərindən biri ilə üst-üstə düşür. Ona görə ki, Peyğəmbərin (s) gözünün nur, dünya xanımlarının başçısı dünyaya göz açan zaman əziz atasının peyğəmbərlik dövrü təzə başlayırdı. Başlayırdı ki, səsi-sədası bütün yer üzünü tutsun, zaman-məkanı dolaşsın. O zamana kimi dolaşsın ki, Qiyamət sübhü öz nurunu hər yerə yaysın. Fatimənin (ə) uşaqlıq çağı t
... Read more »
Tam inamla demək olar ki, Fatimənin (ə) uşaqlıq illərinin – böyüyüb boya-başa çatdığı dövrün xüsusiyyətlərindən biri onun şəxsiyyətinin aramverməyən qəm-kədər və aramsız müsibətlər içində yaranması, formalaşmasıdır. Bu müsibətlərin ən dərdlisi də o qorxulu gecə ilə bağlıdır. Bəşər tarixinin o qorxulu gecəsi ki, əgər qeybdən gələn köməklər və İlahi yardım olmasaydı, bu gün bəşər həyatı və bəşəriyyət tarixi başqa istiqamətdə inkişaf etmiş olardı... O qorxunc, dəhşətli gecə İlah
... Read more »
Fatimə ilə Əlinin (ə) evlənməsi iki nurun qovuşması
İndi Fatimə (ə) ərəgetmə yaşına çatmışdır. İndi o, ömrünün elə bir mərhələsindədir ki, gərək özünün müştərək həyatına başlasın, yeni həyatına qədəm qoysun. Bu yeni müştərək həyatını o, bütün ömrü boyu bir-birinin qəminə və sevincinə şərik olan bir insan ilə birgə keçirməlidir...
Peyğəmbərin (s) qızı Fatimənin (ə) sadə cehiz əşyaları ilə tanışlıqdan sonra şiələrin birinci imamı Əlinin (ə) də evinə baş çəkmək və o həzrətin evində hansı əşyaların olduğunu bilmək yerinə düşər. Həmin müqəddəs evlə tanışlıq birincisi, şiələrin birinci imamının necə bir sadə evdə yaşadığını göstərir. İkincisi isə, Peyğəmbərin (s) qızının bir gəlin kimi necə bir evə qədəm qoyduğunu bizə məlum edir. Bundan əlavə, Peyğəmbərin (s) kürəkəninin maddi vəziyyəti ilə t
... Read more »
7. Fatimənin (ə) ürəyiyumşaqlığı, əxlaqı və biliyi
Fatimə (ə) möhtərəm atasının ən ali əxlaq və davranış qaydalarını, ən yüksək tərbiyə və İlahi həyat qanunlarını öyrənsə də, yeni elm və bilik qazanmağa, müxtəlif məlumatlarla bilik dairəsini genişləndirməyə böyük həvəs göstərirdi. Əxlaq və tərbiyədə çatdığı ən yüksək mərhələ ilə əsla kifayətlənmir və Allaha daha yaxın olmaq, bəndəlik qaydalarını daha yaxşı yerinə yetirmək üçün həmişə oxumağa, biliyini artırmağa çalışırdı.
İslamın başlanğıcında ən həssas və tarixi bir anda nazil olmuş və çox mühüm hadisələrin birindən xəbər verən bu şərif ayədə Uca Tanrı belə buyurur:
"Səninlə düşmənlik edən hər bir kəsə de ki, gəlin hamılıqla oğullarımızı, qadınlarımızı və qohumlarımızı çağıraq, sonra bir-birimizi lənətləyək. Və Allahın lənətini yalançılara
... Read more »
Allah-təala Qurani-Kərimin bir ayəsində buyurur: "O möminlər və xeyirxahlar elə kəslərdir ki, verdikləri sözü (etdikləri nəzri) yerinə yetirərlər.”(İnsan surəsi (76-cı surə), 7-ci ayə)
Hədisçilər yekdil fikirdədirlər ki, bu şərif ayə Peyğəmbərin (s) nəvələri Həsən və Hüseynə (ə) aiddir. Mötəbər sənədlərdə deyilir: Həsən (ə) və Hüseyn (ə
... Read more »
İslam fiqhində Fatimeyi-Zəhranın (ə) şəxsiyyətinə böyük ehtiram
Hər bir mömin müsəlman üçün sonsuz hörmət və dəyərə malik olan, paklıq və ülvilik nümunəsi sayılan Fatimeyi-Zəhra (ə) bərəkətli İslam fiqhində də özünəməxsus yüksək yer tutur, heç bir qədr-qiymət və ehtiramın, eləcə də hər hansı bir qadağa və yasağın əsassız olmadığı fiqh elmində Fatimeyi-Zəhra (ə) üçün olduqca böyük ehtiram və təzim qaydaları nəzərdə tutulmuşdur. Həmin qaydalara əməl etmək hər bir müsəlmanın birinci dərəcəli
... Read more »
5. Xətib Bağdadi (463/1071-ci ildə vəfat etmişdir)
V (XI) əsrin görkəmli tarixçisi, alimi Xətib Bağdadi özünün məşhur tarix kitabında Həsən bin Məazın tərcümeyi-halına aid hissəsində Ayişənin İslam peyğəmbərindən (s) eşitdiyi aşağıdakı xəbəri oxucuların nəzərinə çatdırır:
"Məhşər günü qopanda göydən belə bir nida gələcək: "Ey camaat, başınızı aşağı salın ki, İsla
... Read more »
İndi isə vəd etdiyimiz kimi, o məşhur və tarixi xütbənin tərcüməsini verir və Peyğəmbər (s) nəslinə, ismət və şərəf ailəsinə vurğun olanları həmin xütbədəki dərin mənalarla tanış edirik. Onlar aşağıdakılardan ibarətdir:
Allah-təala elə ki, peyğəmbərlərin əbədi evini – Öz seçilmişlərinin daimi məskənini sonuncu peyğəmbərin (s) ixtiyarına verdi, sizin gizli düşmənçilik və nifaqınız aşkara çıxdı, yolunu azmışların içindəki qəzəb dilə gəldi. Heç bir adı-sanı olmayan adamlar dahilik iddiasına düşdülər. Azğın və günahkar adamlar səslərini başlarına ataraq küçələrdə meydan suladılar...
Zəhranın (ə) xütbəsində söhbətin gerçəkliyi və səmimiliyi
İndi belə bir məsələdən danışmaq lazım gəlir: hamımız bilirik ki, Fatimənin (ə) sözlərinin səmimiliyi və doğruluğunda heç bir şəkk-şübhə yoxdur. Artıq incəliyi ilə sübuta yetirilmişdir ki, xütbədə bəhs olunan mövzunun hüquqi baxımdan doğruluğunu hamı etiraf edir. Bəs belə olan surətdə nəyə görə o həzrətin haqlı tələblərinə əhəmiyyət verilmədi? Necə oldu ki, bu həyəcanlı və təkanverici xütbədə qaldırılan məsələləri müvafiq şəxslər və
... Read more »
Fatimeyi-Zəhra (ə) İslamın ilk çağlarında dünyaya göz açmışdı. Onun mübarək miladı elə bir zamanda dünyanı öz müqəddəs nurları ilə işıqlandırdı ki, əziz atası peyğəmbərliyə seçilmiş, pak canına, vücuduna peyğəmbərlik məhəbbəti hopmuş, üzərinə vəhy mələyi qonmuş və Quranın səma ayələri mübarək qəlbinə nazil olmuşdu. Bəli, Fatimə (ə) belə bir xoşbəxt dövrdə doğuldu. Bu zaman əziz atası Allahın sonuncu elçisi (s) kimi dünyaya rəhbərlik məşəlini əlinə gö
... Read more »
İkinci imam, şiələrin məsum rəhbəri, Fatimənin (ə) ilk övladı həzrət imam Həsənin (ə) əziz anasına dərin məhəbbət və əlaqəsi var idi. Bu məhəbbət və əlaqənin əlamət və izlərini o həzrətin həyatına aid müxtəlif sənədlərdə görmək olar. Həmin sənədlərin ən mühümləri o həzrətlə Müaviyə və onun hökumətinin valiləri, hakimləri və nümayəndələri arasında olan məktublar, yazışmalardır.
Səkkizinci rəhbər imam Rza (ə) da pakların pakı Zəhranın (ə) və Peyğəmbərin (s) pak nəslinin başqa övladları kimi, əziz anasının şəxsiyyətinə böyük hörmət bəsləyir, onun parlaq xatirəsini əziz tuturdu. Həmişə, hər dəfə fürsət düşdükcə behişt xanımlarının xanımını hörmətlə yad edir, onun adını böyük iftixarla dilinə gətirirdi.
Hicrətin 10-cu ilinin səfər ayının iyirmi səkkizinci (miladi tarixlə 631-ci ilin mayı) İslam tarixində ən çətin və dərdli gün idi. Həmin gün Fatimənin (ə) həyatında da ən dərdli gün idi. Bu ağır gündə bəşəriyyətin böyük rəhbəri və xilaskarı, rəhmət və mərhəmət Peyğəmbəri, Allahın sonuncu elçisi, peyğəmbərlik silsiləsini başa vuran, İlahi vəhyin Əmini, dinsizlik və bütpərəstliyin kökünü kəsən – həzrət Məhəmməd bin Abdullah (s) dünyasını dəyişdi...
Böyük bir insan şəhadət yatağında! Onun uca ruhu torpaq tənindən ayrılmaqda, ərşi-əlaya pərvaz etməkdədir. Bəsirəti kor cahillər onun başına bir zərbə endirib nurani simasını al qanına boyadılar. Bu böyük insan Əli ibn Əbi Talib Əmirəl-möminin (ə), bütün insanlıq fəzilətlərinin, o cümlədən təqva, ədalət, zöhd, şücaət, isar, kəramət, azadlıq səciyyələrinin nümunəsi idi. Şiə və sünni məzhəblərinin mötəbər mənbələrinə əsasən həzrət Peyğəmbər (s) onun haqqında buyurur: «Əl
... Read more »
«(Lənətə gəlmiş İbn Mülcəm həzrət Əlini (ə) qılınc zərbəsi ilə vurduğu vaxt Əmirəl mömininin (ə) övladları imam Həsən (ə) və imam Hüseynə (ə) vəsiyyətlərindən)» «Rəhman və Rəhim Allahın adı ilə. Sizə Allah qarşısında təqvalı olmağı tapşırıram. Dünya sizin ard
... Read more »
Sual yaranır ki, bu iki qrup rəvayətlərdən hansı ümumi qənaətə gəlmək olar? Fiqhi yolla gedib deyə bilərik ki, hansı rəvayətlərin mənbəsi mötəbərdirsə həmin rəvayətləri də əsas götürək. Yaxud, ümumiyyətlə bu seçimin ağlımızın fövqündə olduğunu düşünə bilərik. İcazə verin bu barədə mütəxəssislər danışsın!
Amma ən düzgün yol rəvayətlərdə də işar
... Read more »
İbn-Mülcəmin zərbəsi ilə yaralandıqdan sonra Əmirəl-mömininin (ə) imam Həsən (ə) və imam Hüseynə (ə) vəsiyyətlərindən: «Sizi ilahi təqvaya çağırıram; dünya arxanızca gəlsə də, dünyanın sorağına getməyin; əlinizdən alınan dünya matahına görə qəm
... Read more »
Əmirəl-mömininin (ə) dəyərli vəsiyyətinin növbəti hissəsində buyurulur ki, zalıma düşmən, məzluma yardımçı olun. Bu cümlə İslamın, ümumiyyətlə səmavi dinlərin çox vaxt diqqətdən kənarda qalan bir yönümünü bəyan edir. Bu diqqətsizlik əvvəlki peyğəmbərlərin dövründə, onların ardıcılları arasında da vardı və çox təəssüf ki, İslamdan sonra bəzi müsəlman tayfaları arasında da müşahidə olunur. İlkin İslam dövründən hazırkı günümüzədək bəzi müsəlmanlar günahla
... Read more »
NİZAM İSLAM CƏMİYYƏTİNİN HƏYATİ VƏ MÜHÜM ÜNSÜRÜDÜR.
«Siz və yazımın çatacağı hər kəsə təqvalı, işinizdə nizamlı olmağı, iman qardaşları arasında rabitələrin islahını tövsiyə edirəm; həqiqətən, cəddiniz rəsulullahdan (s) belə buyurduğunu eşitdim: «İman qardaşları arasında rabi
... Read more »
Maraqlıdır ki, Əmirəl-möminin (ə) nə üçün təqva kimi mühüm bir məsələnin ardınca nizam məsələsinə toxunur? Nə üçün bu mövzuya bir bu qədər əhəmiyyət verilir və necə olur ki, biz nizam məsələsindən qəflətdə qaldığımızı qeyd edirik?
Məsələni aydınlaşdırmaq üçün öncə belə bir nöqtəni qeyd etməliyik ki, bizlər adətən əməliyyə risalələ
... Read more »
İMAN QARDAŞLARI ARASINDA RABİTƏLƏRİ MÖHKƏMLƏNDİRMƏK NAMAZ VƏ ORUCDAN ÜSTÜNDÜR.
«Siz və yazımın çatacağı hər kəsə təqvalı, işinizdə nizamlı olmağı, iman qardaşları arasında rabitələrin islahını tövsiyə edirəm; həqiqətən, cəddiniz rəsulullahdan (s) belə buyurduğunu eşitdim: «İma
... Read more »
Vəsiyyətnamədə möminlər və iman əhli nəzərdə tutulmuşdur. İslam təlimlərinə əsasən biz öz iman qardaşlarımızla sıx rabitədə olmalı, kin-küdurətə yol verməməliyik. Qurani-kərimdə buyurulur: «Həqiqətən möminlər qardaşdırlar; qardaşlarınızın rabitələrini möhkəmləndirin.»("Hucurat", 10.)
Uyğun buyuruqlar bir şəhərdə və ya bir kə
... Read more »
«Yetimlərə münasibətdə Allahı…Allahı unutmayın; ağızları üçün növbə saxlamayın və yanınızda sıxıntı keçirməsinlər; qonşulara münasibətdə Allahı…Allahı unutmayın, çünki onları peyğəmbəriniz tapşırıb; o həzrət qonşular haqqında daim elə tövsiyə edi
... Read more »
İslam maarifində ehsan ünvanlarından biri də yetimlərdir. Yetimlərə qayğı göstərərkən əvəz nəzərdə tutulmur. Biz onlara xidmət edərkən onlardan gələcəkdə əvəz almaq məqsədi güdməməliyik. Biz onların gələcək iqtisadi durumunu nəzərə almadan onların ehtiyaclarını aradan qaldırmalıyıq. Maddi ehtiyac yetimin ehtiyaclarından yalnız biridir. Bəzən yetimin mal-mülkü olur, amma yaşı az olduğundan öhdəsindəkilərdən düzgün istifadə edə bilmir. Əgər belə məqamda y
... Read more »
«Qurana münasibətdə Allahı…Allahı unutmayın; bu işdə başqaları sizi ötüb keçməsin; namaza münasibətdə Allahı…Allahı unutmayın; O (namaz) dinin sütunudur.»