İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 13 » Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    5:14 AM
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    ÜÇÜNCÜ MƏCLİS:
    ÜÇ MÜHÜM VƏ ƏSAS FƏRMAN
    Mövla Əmirəl-möminin (ə) buyurdu:
    «Sizi ilahi təqvaya çağırıram; dünya arxanızca gəlsə də, dünyanın sorağına getməyin; əlinizdən alınan dünya matahına görə qəmlənməyin; həqiqəti söyləyin; (axirətə aid) mükafat üçün çalışın; sitəmkara düşmən, sitəm qılınana yardımçı olun.»
    DÜNYADAN YOX, DÜNYA MƏHƏBBƏTİNDƏN UZAQ OLMAQ!
    Əmirəl-mömininin (ə) öz övladlarına həyatının son anlarındakı vəsiyyətindən danışırdıq. «Dünya arxanızca gəlsə də, dünyanın sorağına getməyin» buyuruğunu araşdırdıq və nəticə bu oldu ki, insan dünya ləzzətlərinə uyub axirəti yaddan çıxarmamalı, Allaha ibadət-itaət sayəsində əldə olunan kamilliklərdən məhrum olmamalıdır. İnsan təbiətən dünya və onun ləzzətlərinə əlaqəli olduğundan insanı bu bağlılıqdan və əsarətdən çəkindirən ayə və rəvayətləri nəzərdən keçirdik. İşarə etdik ki, dünya müəyyən şərtlər çərçivəsində pislənilir. Yəni dünya özü özlüyündə Allahın yaratdığıdır və onda heç bir nöqsan yoxdur. Məzəmmət olunan dünya yox, ona bağlılıq, ona aldanışdır.
    Bu məclisdə ötən məsələləri bir daha araşdıraraq başqa bir nöqtəyə toxunuruq. Daha sonra bu dəyərli vəsiyyətin davamını izləyəcəyik.
    Ötən iki məclisdə qeyd etdik ki, insanın dünyanı özünə məqsəd seçməsi məzəmmət olunur. Yəni elə bir hal ki, dünyaya maraq axirət maraqlarına mane olur. Bəziləri dünyanı məzəmmət edən ayə və rəvayətlərdən belə bir nəticə çıxarır ki, insan dünya həyatını boşlayıb bir kənara çəkilməli və yalnız ibadətə məşğul olmalıdır. Əlbəttə ki, belə bir qənaət kökündən yanlışdır və İslam təlimləri ilə bir araya sığmır. Məqsəd insanın tərki-dünya olması deyil. Biz dünyada vəzifələrimizi yerinə yetirməli, işlərimizdə Allahın razılığını nəzərdə tutmalıyıq. Əgər dünya ləzzətlərinə əsir olub bir növ «ləzzətpərəst» olsaq, tədricən haram işlərə də yol verərik. Bəli, əgər vəzifəmizi yerinə yetirib ilahi göstərişlərə itaət etsək təbii şəkildə halal ləzzətlərdən də faydalanacağıq. Bir sözlə, insan dünya ləzzətlərini özünə həyat məqsədi seçməməlidir.
    Dünyadakı işləri Allah razılığı üçün yerinə yetirmək bir o qədər də çətin deyil. Rəvayətlərdə qeyd olunduğu kimi, ailənin ehtiyaclarını təmin etmək özü bir ibadətdir: «Ailəsinin ehtiyaclarını təmin etmək üçün çalışan insan Allah yolunda vuruşan insan kimidir.»("Biharul-ənvar", c.96, s.324, rəvayət 13, bab 42.)
    Şübhəsiz ki, İslam cəmiyyətində işlərin idarəsi üçün sənətə, əkinçiliyə, ticarətə və bu qəbildən olan digər işlərə ehtiyac var. İslam cəmiyyətinin ehtiyaclarını təmin etmək məqsədi ilə bu sahələrdə çalışan insanın işi ibadətdir. Belə bir təlaş zahirən dünya işi kimi görünsə də, əslində axirət məqsədlidir. Dövrümüzdə bu məsələ özünü daha qabarıq göstərir. İslam cəmiyyətinin inkişafı elm və sənət, əkinçilik və ticarət sahəsində gecə-gündüz təlaşlardan asılıdır. Uyğun sahələrdə çalışmalar olmadan bir millətin gerçəkdən müstəqil olması mümkünsüzdür. Buna görə də istənilən bir şəxs istənilən bir sahədə İslam cəmiyyətinə xidmət məqsədi ilə çalışarsa, onun hər dəqiqəsi axirət yönümlüdür. Öncə bu barədə Abdullah ibn Əbu-Yəqurdan bu mövzuda rəvayət nəql etdik. O deyir: İmam Sadiqə (ə) ərz etdim ki, siz bizi dünya məhəbbətindən çəkindirsəniz də biz dünyanı sevirik. Həzrət buyurdu: «Dünya və onun malını nə məqsədlə istəyirsən?» Ərz etdim ki, Həccə getmək, sədəqə vermək, yaxınlarıma və qohumlarıma əl tutmaq, yoxsullara yardım göstərmək üçün.» Həzrət buyurdu: «Bu dünya yox, axirət üçün çalışmaqdır.»("Biharul-ənvar", c.96, s.62, rəvayət 30, bab 122.)
    Əgər insan yalnız özü dünyadan daha çox ləzzət almaq üçün pul arzulayırsa bu dünyapərəstlikdir. Daha pisi odur ki, insan haram işlər üçün pul soraqlaya. Amma xüms və zəkatını ödəmədən halallardan faydalanmaq da bu qəbildəndir. İnsan dünya və var-dövləti vacib və müstəhəb vəzifələrini yerinə yetirmək üçün diləyərsə, bu dünyapərəstlik yox, eynən axirət istəyidir.
    Bu gün müsəlmanlar dünyanın azğın super güclərinə bağlılıqdan qurtarmaq, özlərini təmin etmək qüdrəti əldə etmək məqsədi ilə dünyəvi işlərin müxtəlif sahələrində ciddi səy göstərməlidirlər. İslam və müsəlmanların şərəfini qorumaq, onları kafirlərə asılılıqdan qurtarmaq üçün atılan hər addım ibadət və axirətsevərlik nümunəsidir.
    Demək, ayə və rəvayətlərdə dünyanın məzəmmətindən belə bir nəticə çıxarmamalıyıq ki, iş-gücdən əl çəkib xəlvət bir guşədə ibadətə məşğul olmalıyıq. Axirətə bağlılıq və dünyadan çəkinmək bu mənada deyil. Amma çoxları bu bəhanə ilə işdən qaçır, zəhmətə qatlaşmırlar. Unutmamalıyıq ki, dünyaya bağlılıq nişanələrindən biri də tənbəllik və rahattələblikdir. Dünya məhəbbəti təbirini düzgün anlamayan bir zümrə bu yolla zəhmətdən çəkinir; elmi təhsil və işdən qaçır.
    İstənilən bir halda İslam cəmiyyətinin xeyrinə olan iş çox dəyərlidir, ibadət və axirətsevərlik nümunəsidir. Artıq dəyərli vəsiyyətnamənin növbəti cümləsinə keçə bilərik.
    DOĞRU DANIŞIQ
    Əmirəl-möminin (ə) öz vəsiyyətinin davamında buyurur: «Həqiqəti söyləyin; (axirətə aid) mükafat üçün çalışın.» «Nəhcül-bəlağə»nin ayrı-ayrı iki nüsxəsində uyğun təbirlər azca fərqli işlədilmişdir. (Bir nüsxədə «ula bil həqqi», o birində «qulil-həqq») «Qulil-həqq» təbiri əsasında buyuruq belə anlaşılır ki, danışarkən doğru danışın və ilahi mükafat üçün çalışın. Həzrət sözlə əməli qarşı-qarşıya qoyur. «Qovləl-həqq» təbiri ilə bağlı iki ehtimal var: Əgər buyuruqda «qovla» sözünə istinad edilsə məna bu olar ki, haqqı söyləyin. Yəni haqqı gizlətməyin, onu açıqlamaqdan qorxmayın. Bəziləri həqiqəti bilsə də öz rahatlıqlarını qorumağa xatir onu açıqlamırlar. Onlar «dəvə gördün, görmədim» məsəlini özlərinə həyat prinsipi seçmişlər. Həzrət buyurur ki, bu sayaq olmayın, qoy xalq haqq söz də eşitsin. Əlbəttə buyuruqda «qovla» sözü əsas götürüldükdə bu məna alınır.
    İkinci ehtimal budur ki, buyuruqda «əl-həqq» sözü vurğulanır. Bu halda belə bir məna alınır ki, sizin işlərinizdən biri də danışmaqdır və danışarkən doğru danışın. Başqa sözlə, düzgün danışmağa çalışın, haqq və batil arasından həqiqəti seçin.
    Zikr olunan ehtimallar «qovləl-həqq» təbirinə aid idi. Amma «qovla bil-həqq» təbiri daha məşhurdur. Bu variantla bağlı da iki məna ehtimal oluna bilər: Ehtimallardan biri budur ki, «qovl» kökü "etiqad" mənasında qəbul olunsun. Adi danışıqda da bu məna ilə tez-tez rastlaşırıq. Deyirik ki, filan kəs filan məsələyə qaildir. Məqsədimiz budur ki, həmin şəxs deyilən məsələyə inanır. «La ilahə illəllah» sözləri tövhidə inam mənasında anlaşılır. Bu sözü hətta etiqadlı lal haqqında işlətmək olar. Beləcə, «qovl» sözü etiqad mənasında qəbul olunsa «qovla bil həqq» təbiri haqqa inanan mənasında anlaşılmalıdır. Uyğun mənaya əsasən vəsiyyətdə etiqad və əməldən söhbət gedir. Yəni insan üçün etiqadlar və əməllər qrupundan məsuliyyətlər var. Demək, Əmirəl-möminin (ə) vəsiyyət edir ki, etiqadınız düzgün olmaq üçün haqqı tanımağa çalışın. İkinci ehtimala əsasən, «qovla bil həqq» təbirində «ba» hissəsi əsasında bu təbir «haqqına» mənasında anlaşıla bilər. Gündəlik danışıqda da «ba» hissəsi uyğun mənada işlədilir. Bu halda «bilhəqq» sözü «biğeyril-həqq» sözü ilə qarşı-qarşıya qoyulur. Həzrət tapşırır ki, haqqına danışın, yəni danışılası sözü danışın. Uyğun sözün əks anlamı batil, insanı hörmətdən salan sözdür. Bəli, insan bu qəbil sözlər danışmamalıdır. Cümlənin ilk təbiri ilə bağlı mümkün ehtimalları nəzərdən keçirdik.
    ƏSKİK SATMAQ QADAĞANDIR!
    Vəsiyyətin ikinci ifadəsi «və məla lil-əcr» ifadəsidir. Həzrət buyurur ki, mükafat üçün iş görün. Məqsəd nədir? Olsun ki, bu söz Əmirəl-möminin (ə) müəyyən buyuruqları ilə zidd görünər. Məsələn, həzrət ibadət edənləri üç qismə bölür: Muzd üçün ibadət edənlər (bu sayaq ibadət muzdurların və ya tacirlərin ibadəti sayılır); azad insanların ibadəti (azad insanlar muzd üçün ibadət etmir); qulların ibadəti. Bəs necə ola bilər ki, uyğun rəvayətdə muzd və mükafat müqabilində ibadəti azad insanların səciyyəsi saymayan imam öz övladlarına muzd üçün çalışmağı tapşırır? Bu iki təbirdə ziddiyyət yoxdurmu?
    Bir qədər diqqət etdikdə qaranlıq nöqtə aydınlaşır. Əmirəl-möminin (ə) uyğun vəsiyyətdə demək istəmir ki, Allaha mükafata xatir ibadət edin. Məqsəd budur ki, insan öz xoşbəxtliyinə təsirli işlər görməlidir. Faydasız vaxt keçirməklə qiymətli ömrü əldən verməməlidir. Çox vaxt gördüyümüz işlərin xüsusi bir məqsədi olmur. Uyğun işlər əyləncədən savay bir şey deyil. Hətta bəzən gördüyümüz işlər insanlıq məqamına layiq olmur. Mömin şəxs bu sayaq işlərdən çəkinməlidir. Axirət üçün heç bir faydası olmayan işlər «ləğv» sayılır və Quran mömini bu sayaq işlərdən çəkindirir: «Həqiqətən, möminlər nicat tapdılar… O kəslər ki, boş işlərdən («ləğv») çəkindilər.»("Mu`minun", 1, 3.)Rəvayətdə uyğun məsələ ilə bağlı buyurulur: «Fərdin dininin üstünlüyünü göstərən səciyyələrdən biri budur ki, o taleyi üçün əhəmiyyətsiz işləri tərk etsin.»("Biharul-ənvar", c.1, s.216, rəvayət 28, bab 6.) Növbəti rəvayətdə oxuyuruq: «İnsanın düşüncə nişanələrindən biri budur ki, onun taleyi üçün əhəmiyyət daşımayan işlər haqqında az danışsın.»("Biharul-ənvar", c.71, s.290, rəvayət 59, bab 78.)
    Bir çoxları adət ediblər ki, əhəmiyyətsiz mövzularda danışsınlar və onlara aid olmayan işlər haqqında suallar yağdırsınlar. Ömrü bada verən əsas işlərdən biri məhz bu sayaq faydasız danışıqlardır. İnsanlar bəzən saatlarla oturub boş-boş şeylər haqqında danışırlar. Bəşəriyyətin aktual problemlərindən biri də vaxtı səmərəsiz keçirməkdir. Onların ən yaxşı işi odur ki, oturub bir kinofilmə baxsınlar. Kimi vaxtını krasvord doldurmaqla, kimi də kompyüter oyunlarına məşğulluqla keçirir. Əgər kinofilmdə tərbiyəvi, əxlaqi, tarixi, siyasi nöqtələr varsa, olsun ki, bu filmə baxmağa dəyər. Amma bitib-tükənməyən erotik seriyallar insanın qızıl ömrünü puça çıxarır. Adam var eyni bir filmə təkrar-təkrar baxır.
    Bugünki insanların bir çoxu sanki ömrün necə ötüşdüyünü hiss etməmək üçün əyləncəyə məşğuldur. Hansı ki, əksər insanlar cinayət və qətl kimi hadisələrdən uzaq olmaq istəyir. Əslində isə ömrü zaya çıxaran mənasız əyləncələrlə məşğulluğun zərbəsi insan üçün yetər! Adətən, inkişaf etmiş ölkələrdə bu sayaq həyat tərzi ilə rastlaşırıq. Bu qəbil insanların aydın həyat məqsədi olmadığından onlar bəzən pisixoloji sağlamlığını itirir. Nəticədə narkotik maddələr, spirtli içkilər həyatdan küskün insanlar üçün təsəlliyə çevirilir. Onların bir məqsədi var: Həyat həqiqətlərindən xəbərsiz qalmaq, heç nə barədə düşünməmək! Onların yaxşı işi yalnız krasvord doldurmaq, kinofilm və ya idman yarışlarını müşahidə etməkdir. Bəli, mədəniyyət əsri sayılan iyirminci və iyirmibirinci əsrin vəziyyəti belədir!
    Bütün bunları nəzərə alaraq, İslam bəşəriyyətə anladır ki, insan ömrünün hər dəqiqəsi qiymətlidir və onu boş yerə sərf etmək olmaz. Bəli, elə məzəmmət etdiyimiz dünya həyatının hər saniyəsi böyük dəyərə malikdir! Zamanın qiymətli olduğunu nəzərə çatdırmaq üçün «vaxt qızıldır» deyirlər. Amma bundan qabarıq deyimlər də vaxtın həqiqi qiymətini göstərmir. İnsan ömrünün bir anından faydalı istifadə edib qəlbini həqiqətə yönəltməklə səadət və ilahi nemətlərə çata bilər. Siz hər xeyirli iş görəndə behiştdə sizin üçün bir ağac cücərir. Behişt ağacı isə əbədidir və heç vaxt məhv olmur. Beləcə, kiçik bir xeyir əməllə nəhayətsiz faydalar qazanmaq olar. Ömrün qiymətini qızıl və cəvahirlə ölçmək olmaz. Çünki qızıl və cəvahirin hansısa məhdud bir dəyəri var, amma ömrün dəyəri yoxdur!
    Bu halda ömrün anlarını faydasız yerə sərf etmək ağıllı işdirmi?! Peyğəmbərlər insanlara dünya ömrünün həqiqi qiymətini anladır. Bəşəriyyətə təkidlə tapşırılır ki, ömür boş yerə xərclənməsin, dəyərindən aşağı mübadilə olunmasın. Əmirəl-mömininin (ə) «mükafat üçün çalışın» buyuruğu məhz bu həqiqəti çatdırır. Yəni elə işlər görün ki, ömrünüz zaya çıxmasın, əliniz boşda qalmasın. Söhbət təkcə günah etməməkdən getmir. İnsan nəinki günaha yol verməməli, vaxtını boş yerə sərf edib əliboş qalmamalıdır.
    Axı hansı ağıllı insan belə bir sərvəti müftə yerə əlindən çıxarar?! Bu elə bir sərvətdir ki, onun az bir hissəsini xərcləməklə, məsələn, bir «la ilahə illəllah» və ya «sübhanəllah» deməklə sonsuz nemətlər əldə etmək olar. Bütün bunları nəzərə aldıqda görürük ki, təkcə cinayətkarlar yox, həm də ömrünü mənasız işlərə sərf edənlər ziyankardır. Çünki onlar böyük bir sərmayəni müftə yerə əldən verirlər. Ömürlərini günaha, cinayətə, xəyanətə, zülmə sərf edənlərin vəziyyəti isə daha ağırdır. İnsan bu ziyandan yalnız ömrünü saleh işlərə sərf etməklə qurtula bilər: «Həqiqətən insan ziyandadır. Yalnız iman gətirib saleh işlər görənlər istisnadır.»("Əsr", 2, 3.)
    ƏN BÖYÜK MUZD (MÜKAFAT) AXTARIŞINDA
    Əgər insan öz ömrünün xeyrə və ya ziyana sərf olunduğunu bilmək istəsə, diqqət yetirməlidir ki, görəcəyi işdən qazancı nədir. Əgər bir əməlin nəticəsi yalnız dünya ləzzəti olacaqsa, bu iş zərərlidir. Çünki naqis və məhdud dünya ləzzəti xalis və qeyri-məhdud axirət ləzzəti ilə müqayisədə heç nədir. Nəzərə almalıyıq ki, axirət ləzzətləri də eyni dəyərdə olmur. Behişt bağları və hurilər dünya nemətlərindən nə qədər üstün olsa da, «Allahın razılığı» adlı nemətlə müqayisədə çox məhduddur. Qurani-kərimdə buyurulur: «Allah imanlı kişilərə və qadınlara (ağacları) altından çaylar axan bağlar vəd etmişdir; orada əbədi qalacaqlar. Həm də əbədi bağlarda pak mənzillər! Allahın razılığı daha böyükdür. Budur ən böyük feyz.»(Tövbə", 72.) Əbədi behişt, bağlar və çaylar imanlı kişilərin və qadınların intizarındadır. Amma buyurulur ki, Allahın razılığı daha böyükdür. Bu razılıq heç bir başqa behişt neməti ilə müqayisə oluna bilməz. Bu səbəbdən də Allahın övliyaları yalnız ilahi razılıq sorağındadır. Qurani-kərim Allah yolunda çalışarkən bağlar, hurilər nəzərdə tutmayan bəndələrdən danışır. Buyurulur ki, belələri üçün ən böyük mükafat Allahın razılığıdır: «Bəzisi malından pak olmaq üçün verir, nemət əldə etmək məqsədi ilə bağışlamır, istəyi yalnız Allahın razılığıdır. Bu isə yetərincə üstündür.»("Ləyl", 18, 20.) Digər bir ayədə həmin bəndələr belə vəsf olunur: «Onlar nəzirlərinə vəfa qılır, əzabı böyük gündən qorxur, Allaha yaxınlıq üçün çarəsizə, yetimə, əsirə təam verir; (və deyir) biz Allahın razılığına görə sizə təam veririk, sizdən bir təşəkkür istəmirik.»("İnsan", 7, 9.) Qurani-kərimdə Allahın razılığı haqqında bir sıra təbirlər var, amma biz bu təbirlərə lazımınca diqqət yetirmirik. Ayələrdə işarə olunur ki, bağ, çay, meyvə, qəsr, huri umacağında olmayan və yalnız Allahın razılığını soraqlayan möminlər var. Allahın razılığı onlar üçün hər şeydən dəyərlidir. Aşiq məşuqun razılığını gördükdə heç bir nemətdən duymadığı şirinliyi duyur.
    İstənilən halda axirət mükafatlarının dərəcələri var. Ən üstün mükafat isə Allahın razılığıdır. Bu səbəbdən də Əmirəl-möminin (ə) buyurur ki, mükafat üçün çalışın. Həzrətin məqsədi insanın səmərəsiz işlərə yol verməyib, ali məqsədlər sorağınca getməsidir. Yuxarıdakı izahatlardan aydın oldu ki, ən böyük mükafat Allahın razılığıdır. Hürr, yəni azad insanlar öz itaət-ibadətlərində uyğun məqsədi izləyirlər. Demək, həzrətin uyğun buyuruğu ilə eyni mövzudakı digər buyuruqları arasında ziddiyyət yoxdur.
    Bəli, ağıllı insan səmərəsiz iş ardınca getmir. Məgər ağıllı işçi yüz tümənlik işi min tümənlik işdən üstün tutarmı? Əgər işlərin yüngül-ağırlığında fərq olmasa, şübhəsiz ki, insan daha çox muzd ardınca gedir. Az qazancı seçən şəxs isə ağıllı iş görmür. Şübhəsiz, bütün aqillər belə seçim aparanları məzəmmət edir. Axirətdə əldə edə biləcəyimiz mükafatlar da belədir. İnsan bir zikr, bir diqqət, bir təvəssüllə Allahın razılığını qazana bilərsə, nə üçün mümkün fürsəti əyləncələrə qurban versin?! Behiştdə insanın istifadə edəcəyi bir çox nemətlər var: «Sağ tərəf əhli! Kimdir onlar?
    Onlar tikansız sidr ağacları; meyvələri salxım-salxım möüz ağacları altında; daimi kölgəliklərdə; axar su kənarında; bol meyvələr; bitib-tükənməz və qadağan olunmamış meyvələr içində; hündür döşəklər üstə olacaqlar! Biz onları (behişt qadınlarını) yeni şəkildə yaratmışıq; onları toxunulmamış; ərlərini sevən; həmyaşıd qərar vermişik; sağ tərəf əhli!»("Vaqiə", 27, 37.)Bəli, bütün bu nemətlər behiştdədir. Amma onlar Allahın razılığı ilə müqayisədə dəyərsizdir. Ömrümüzü Allahın razılığını qazanmaq üçün xərcləyə biləcəyimiz halda onu hansısa nemətlərə dəyişmək yanlışdır. Əlbəttə ki, yalnız dünya nemətləri üçün çalışanlarla müqayisədə axirət nemətləri üçün çalışanlar uca məqama malikdir. Sadəcə, Allahın razılığını qoyub, behişt nemətləri üçün çalışan şəxs milyonu qoyub, on min qazanc ardınca gedən şəxs kimidir. Şübhəsiz ki, daha üstün neməti seçən daha ağıllıdır. Axı Allahın razılığı hara, bağ-baxça, qəsr və huri hara?! Belə bir müqayisəyə dəyməz!
    Ümid edirik ki, Allah-təala bizə Allahın razılığını qiymətləndirə biləcək bir mərifət əta edə. Elə bir məhəbbət ki, onun sayəsində insan varlıq aləminin yeganə həqiqi sahibinin razılığını heç bir nemətə dəyişmir. Əmirəl-möminin (ə) vəsiyyətində buyurur: «Mükafat üçün çalış.» Əmirəl-möminin (ə) həmin şəxsdir ki, həzrət haqq qarşısında ixlasla ərz edir: «Pərvərdigara! İbadətim cəhənnəm qorxusundan və ya behişt tamahından deyil. Səni pərəstişə layiq görüb ibadət edirəm.»("Biharul-ənvar", c.70, s.186, rəvayət 1, bab 53.)Bəli, həzrət yalnız Allahı pərəstişə layiq bildiyi üçün ibadət edir! Axı Ona necə pərəstiş etməsin?! O Allahdır! O mütləq kamaldır! O Mütləq camaldır! Axı Onu istəməyib kimi istəsin?!
    Həzrətin vəsiyyətnaməsindən belə bir qənaətə gəlmək olmaz ki, behişt savabı üçün çalışmamalıyıq. Həzrət sadəcə nəzərə çatdırır ki, zəhmətiniz hədərə getməsin, qazancınızı düşünün. Həzrət özü müəyyən buyuruqlarında Allah razılığının daha üstün və daha dəyərli nemət olduğunu bildirir. Amma bir şəxsdə belə bir dərin düşüncə və mərifət yoxdursa, heç olmaya axirət nemətləri üçün çalışmalıdır. Şübhəsiz, behişt nemətlərinə görə çalışmaq dünyanın ötəri nemətləri ilə kifayətlənməkdən çox-çox üstündür. Əgər bir insan nə Allahın razılığı, nə də behişt nemətləri üçün addım atmayıb, yalnız dünya ləzzətləri ilə kifayətlənərsə, çox axmaq iş görür və ömrünü hədərə verir. Böyük bir fayda gətirəsi sərmayəni alçaq bir işə xərcləmək düşüncəsizlik deyilmi?! Əmirəl-möminin (ə) buyurur: «Həqiqətən, sizin canlarınızın dəyəri yalnız behiştdir. Onu behiştdən başqa şeyə satmayın.»("Nəhcül-bəlağə", Feyzül-İslamın tərcümə və şərhi, kəlam 448.)
    İnsan həyatının bir göz qırpımını behiştdən ucuz satarsa zərər etmişdir. Çox böyük və təsəvvürə gəlməyən zərər! Həqiqətən də əbədi və zərrəcə əziyyətsiz axirəti fani və bəlalı dünyaya dəyişmək zərərdən başqa bir şey deyil. Ən ağıllı və ən xoşbəxt insan o insandır ki, axirət nemətləri arasında Allahın razılıq nemətini soraqlasın və nəhayət ona nail olsun. Şəhidlər bu zümrədəndir. Ümid edirik ki, Allah-təala əziz və dəyərli şəhidlərin feyzindən bizə də lütf edəcək. Bir anlıq olsa belə Allahın razılıq nemətini dadaydıq!
    Ağıllı insan heç vaxt heç bir işi dünya mükafatına görə yerinə yetirmir. Dünyanın ən böyük mükafatını alan da zərər edir. Min illər boyunca nəsilbənəsil dünya nemətlərindən bəhrələnsək də bu nemətlər məhdud və tükənəndir. Axirət muzdu isə qeyri-məhduddur. Təsəvvür edin ki, bir kəlmə müqabilində bütün dünyanı sizə verirlər. Əlbəttə ki, dünyamızda belə işlər olmur. Hətta belə olsaydı da, zərər etmiş olardıq. Amma hər biriniz həmin bir kəlmə ilə əbədi nemət və sərvət əldə edə bilərdiniz. Bütün dünyanı əldə etsəniz də, bu müvəqqətidir. Əslində isə insan bir kəlmə yox, bütün ömür boyu təlaş hesabına nəinki bütün dünyanı, onun əhəmiyyətsiz bir hissəsini də əldə edə bilmir. Axı bir ömür zəhmət çəkib tər tökən insana dünyadan nə verilir?! Bu dünyanın neməti müvəqqəti səltənət, imarət və ya nəqliyyat ola bilər. Hətta bu nemətlər də insana gəncliyində yox, adətən ömrünün sonlarında nəsib olur. Yenə də insan çox qısa bir müddət onlardan faydalanır. Bir ömür zəhmət çəkib qoca yaşında müvəqqəti olaraq dünyadan nəsə əldə etmək nadanlıq deyilmi?! Ağıllı insan Əmirəl-mömininin (ə) vəsiyyətini qulağında sırğa edər, yetkinlik yaşına çatdığı andan bütün işlərində Allahın razılığını soraqlayar və ömrünün hər anından mümkün qədər faydalanar.
    Category: Şəhadət yatağında Mövlanın (ə) öyüdü | Views: 925 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024