İnsan digər heyvanlar kimi bir canlıdır və onlarla müştərək olan bir çox xüsusiyyətlərə malikdir. Amma bununla belə, insan bəzi özünəməxsus xüsusiyyətləri ilə digər canlılardan fərqlənir və bu xüsusiyyətlər onun məqamını ucaldaraq ilahiləşdirir.
Ötən fəsildə insanın maddi həyatı ilə mənəvi həyatı arasında olan əlaqə ilə tanış olduq. Həmçinin bizə məlum oldu ki, elm və iman insanlığın özəyini təşkil edir. İndi isə insanlığın bu iki özəyi arasında olan əlaqənin necəliyini araşdırmaq istəyirik. məsələlərdən biridir.
Məlum oldu ki, insan iman, ideologiya və hədəf olmadan nə özünə, nə də başqalarına xeyir verə bilər. Bəşəriyyəti səadətə çatdıran bu üç amildən məhrum olan hər bir şəxs svilizasiyadan geri qalar və özünüsevmək, xudpəsəndlik kimi şeytani xislətlərdə qərq olar. Belə bir insan cəmiyyətdə hansı məsuliyyəti daşıdığını bilmədən ömrünü cəhalət və nadanlıqla başa vurar.
Məktəb və ideologiya nədir və onun tərifi nədən ibarətdir? Cəmiyyət üzvü kimi insanın hər hansı bir məktəb və ideologiyaya qoşulması və dinə iman gətirməsi hansı zərurətdən irəli gəlir?
Ümumiyyətlə məktəb və ideologiyanın olması hər hansı bir şəxs və ya cəmiyy
... Read more »
İslam ümumbəşəri din olduğu üçün ilk növbədə insanların maddi, mənəvi, cismi, ruhi, dünyəvi, uxrəvi, əqli, fərdi və ictimai ehtiyaclarını ödəməlidir. Dini təlimlərə gəldikdə isə, o, ümumilikdə üç hissəyə bölünür:
İslam, bəşəriyyəti düşüncə və təfəkkürə dəvət etməklə yanaşı, onlara necə düşünməyin və səhv düşüncələrdən çəkinməyin yollarını da bəyan edir. Bu ilahi din insanlara maddi və mənəvi həyatlarında müsbət təsir göstərəcək müxtəlif yollar təklif edir və eyni zamanda insan təfəkkürünə mənfi təsir göstərən amillərə qarşı əks mövqe tutur.