| Main » İslamda nümunəvi qadınlar – Fatimə (ə)
MÜQƏDDİMƏ QADININ YARANIŞI VƏ HÜQUQLARI Elmi müzakirələrdə qadın hüquqları Qadın yaranışının xüsusiyyətiləri, yaranışda qadın və kişi arasındakı fərqlər, qadının fərdi və ictimai hüquqları elmi və mədəni müzakirələrdə ardıcıl olaraq şərh edilmişdir. Bəşər tarixində müxtəlif məktəb və ideologiyalar bu məsələyə müxtəlif şəkillərdə yanaşmış, onun haqqında bəzən ziddiyyətli, bəzən ifrat dərəcədə və bəzən də səthi formada danışmışdır.
|
Qadın cahiliyyət dövründə Qədim Hind, Çin, Rum və ərəb cəmiyyətlərində qadına elə anormal münasibətlər olub ki, indi də dünyanın bəzi nöqtələrində həmin münasibətlərə təsadüf edilir. Bu baxışlara əsasən daim kişinin xidmətində dayanmağa borclu olan qadın, heyvan kimi bir mövcud sayılır. Buna görə də qadın bütün fərdi və ictimai hüquqlardan məhrum edilmiş, hətta öz talehini müəyyənləşdirmək haqqına malik olmamışdır. Axı əslində insan hesab edilməyən qadın hansı insani hüquqlara malik ola bilərdi!
|
Qadın müasir dünyamızda Yuxarıda qeyd edilən baxış, münasibət açıq-aşkar qadının insani kəramətinə, dəyərinə zidd idi. Bu baxış insani cəmiyyət tərəfindən heç vaxt qəbul edilməmiş, hətta dinsiz cəmiyyətlər qadını cahiliyyət buxovundan azad etmək üçün təlaş göstərmişlər. On yeddinci əsrdən başlayaraq bu hərəkat yüksəlmişdir. İyirminci əsrə qədər dünyanın müxtəlif nöqtələrində bu hərəkatın hamiləri tapılmış və hətta «Birləşmiş millətlər təşkilatı» bunu qanuniləşdirmiş-dir.
|
«Müasirliyin, mədəniyyətin» qazancı 1-Əxlaqi və mənəvi dəyərlərin tənəzzülü və bu səbəbdən cəmiyyətə dəyən zərbə; 2-Qadının alçalması və dəyərsiz əmtəə, əşyaya dönməsi; 3-Əxlaq pozğunluqları sayəsində ailə bünövrəsinin parçalanması;
|
İslamda qadın İfratçı cahiliyyət və təfritçi iyirminci əsr nəzəriyyələri qarşısında qadının yaranış və hüququna islami baxış da vardır. Bu baxış fitrət və həqiqətə əsaslanır, qadının bütün fərdi və ictimai hüquqlarını kişilər kimi qadının fitrətinə əsasən tənzimləyir. Qadını kəramətləndirən və onun səadəti ilə nəticələnən yeganə yol vəhy və Peyğəmbər yoludur. Bəşəriyyət çirkinliklər və bədbəxtliklərdən qurtulmaq üçün vəhyə üz tutub, islama qayıtmalıdır. Sözsüz ki, bir gün bu həqiqətlər üzə çıxacaq və bəşəriyyət anlayacaq ki, yeganə həqiqi sığınacaq nəfs istəkləri yox, ilahi vəhy yoludur. İsla
...
Read more »
|
İnsan həqiqəti Qurani-kərimin iddiası budur ki, qadın və kişi xilqət, yaranış nöqteyi-nəzərincə bir həqiqətdəndirlər. İnsan ruh və bədəndən təşkil olsa da, onun həqiqətini təşkil edən, onu kamilliyə və ya tənəzzülə sövq edən «mücərrəd ruh»dur. Yaxşı işlərə görə mükafatı, günahların cəzasını dadan, duyan ruhdur. (Bu sözlər qiyamətdə dirilmənin cisimlə birgə olmasını inkar etmir). O biri dünyada da cəza və mükafatı qazanan ruhdur. İllər ötdükdən sonra bir insanı keçmişdəki əməlinə
...
Read more »
|
Quran və insanın xilqəti Bu barədə Quran buyurur: «Ey insanlar, sizi tək bir şəxsdən, o şəxsdən də zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədən Allahınızdan qorxun!» («Nisa» surəsi, ayə 1) Mübarək ayə insanın yaranış başlanğıcını həqiqətdən bilir və buyurulur: «Sizi və sizin zövcənizi həqiqətdən yaratmış Allahdan qorxun və təqvalı olun.»
|
Təkamül yolu İkinci müddəa təkamül yolunun həm kişi, həm də qadın üçün eyni olmasıdır. Hər bir fəzilətin əldə edilməsində kişi və ya qadın olmaq şərt deyil. Çünki kişi və qadının ruhu, həqiqəti eynidir və fəzilətə yetmək, təkamül çatmaq insanın ruhuna, həqiqətinə aiddir. Eləcə də insanın ruhundan kənar fərqlər burada təsirsizdir. İslamda təkamül yolu iman və saleh əməllə adlanır. Kişi və qadın təfavütsüz olaraq vəzifəlidirlər.
|
Quran və insanın təkamülü Qurani-kərim bu barədə buyurur: «Mömin olub, yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və yaxşı əməllərinə görə onları mükafatlandıracağıq.»(«Nəhl» surəsi, ayə 97.) Bəli, fəzilətlərə çatmaqda, xoş həyatdan faydalanmaqda qadınla kişi arasında heç bir fərq yoxdur və onlara əməllərindən üstün mükafat veriləcək. Təkamülün şərti iman və saleh əməldir. Bu məsələdə qadın və kişi eynidir.<
...
Read more »
|
Təkamül yolunun eyni olması İlahi vəhyə əsasən Quran insanın hidayəti, nuraniyyəti, paklaşması üçün gəlmişdir. Məqsəd insanın zülmətdən, cəhalətdən mənəviyyata yönəldilməsidir. «Bu Quran elə bir kitabdır ki, onu sənə insanları zülmətdən nura çıxarmaq üçün nazil etmişik». («İbrahim» surəsi, ayə 1). Paklanma ya ağıl və təfəkkür yolu ilə, ya da eşq və məhəbbət (qəlb) yolu ilə olur. Bəzi ustadların buyurduğu kimi, "Əgər kişilər üçün ağıl və təfəkkür yolu hamardırsa, qadınlar üçün qəl
...
Read more »
|
Qeyd (sual) Ötən mövzulara diqqət edərkən belə bir sual yarana bilər ki, islam məktəbində təkamül yolu ibadətdir və insan bəndəlik yolu ilə yüksəlir. İbadət yolu isə islamın insanlara təqdim etdiyi hökmlər və vəzifələrdən ibarətdir. Qadın və kişinin vəzifələrində isə xeyli fərqlər vardır. Qadın ayda neçə gün ibadətlərin üstünü olan namazdan məhrumdur. Həmin günlərdə Ramazan ayının fəzilətli oruclarına da nail olmur. Eləcə də ədalətin qələbəsi üçün cihaddan da məhrumdur. Qısası, çox hökmlərdə qadın və kişinin vəzifələri fərqlənir. Necə olar ki, təkamül yolu qadın və kişi üçün eyni olsun?
|
Cavab Bu və buna oxşar sualların cavabında belə demək olar: Söhbət təkamül yolunu keçməkdən gedir, vəzifələr isə ayrı bir məsələdir. Vəzifələrdəki fərq uyğun eyniliyə nöqsan gətirmir. Çünki zəruri fərqlər əsasında tənzimlənən vəzifə fərqləri qadın və kişinin insani həqiqətinə, ruhuna aid deyil (bu barədə sonra danışılacaq). Vəzifə dəyişikliyi fəzilətlərdən məhrumluğa dəlalət etmir. Məsələn, qadın adətən (aybaşı) günlərində namaz qılmaqdan məhrum olursa, onun əvəzində Allahını zikr etməklə təkamül yolunu davam edir. Rəvayətdə deyilir ki, əgər qadın namaz vaxtı dəstəmaz alıb, üzü qibləyə öz səc
...
Read more »
|
İslam və fikir dirçəlişi Bu sual-cavab uyğun şübhələri cavablandırır. Bu sual o qədər cəlbedici və yığcam ünvanlanır ki, həzrət Peyğəmbəri (s) belə "Əhsənə» vadar edir. Bəli, İslam cəmiyyətin fikir dirçəlişində bu qədər təsirlidir. Qadının insan hesab edilmədiyi bir əsrdə islam qadını dəyərli suallar vermək səviyyəsinə ucaldır. Yəzid ənsarinin qızı əsma qadınların nümayəndəsi kimi Peyğəmbərin (s) hüzuruna gəlib, ərz edir: Sizə özüm, atam-anam fəda, bu mənim və bütün qadınların sö
...
Read more »
|
Fərqlər Başqa bir sual da verilə bilər: Axı qadın və kişi arasında aşkar fərqlər olduğu halda bu iki fərd həqiqətinin eyni olma iddiası nə dərəcədə doğrudur? Bu iddia həm də uyğun fərqi aşkar bəyan edən Quran ayələrinə ziddir. «Nisa» surəsində buyurulur: «Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər.» Yəni qadınlara rəhbərlik kişilərin öhdəsindədir. Çünki həm fiziki, həm də iqtisadi cəhətdən kişilər üstündür. «Kişilər onlardan bir dərəcə üstündürlər.»( «Bəqərə» surəsi, ayə 228.)Bu ayələri oxuyaraq necə demək olar ki, bu iki cins eyn
...
Read more »
|
Fərq üstünlük deyil Bu fərqlər üstünlük, imtiyaz hesab olunmur. İnsanın üstünlüyü onun tutduğu vəzifəyə görə yox, təqva (pəhrizkarlıq) və fəzilətinə görə qiymətləndirilir. Mümkündür ki, evdar və pak bir qadının işi bir rəhbərin işi qədər dəyərli olsun. İlahi insan tərbiyə edən, ərinin və cəmiyyətin adını uca tutan tərbiyəçi bir xanım işinin dəyəri sinəsini düşmən gülləsinə sipər etmiş bir kişinin cihadı ilə bərabər ola bilər. Həzrət Peyğəmbərin (s) əsmaya cavabını yada salın. Nə çox öz vəzifəsini məsuliyyətlə yerinə yetirib, behişt əldə edən qadınlar və ağır ictimai-siyasi vəzifələri icra etm
...
Read more »
|
Fərqlərin olması zəruridir Qadın və kişi arasında bu növ fərqlər eynən kişilər arasında və qadınlar arsındakı istedad fərqi kimidir. Bu şəraitlərin bəzilərində bərabərliyə hökm etmək yaranış nizamını saymamaq, zülmdür. Eləcə də, qadın və kişi arasındakı fərqləri təsdiq etmək yaranış, ailə, cəmiyyət nizamına uyğundur. İnsanların ictimai həyatının davamı üçün düşüncələr və istedadlar müxtəlifdir. Kimisində sənət, kimisində təbabət, kimisində əkinçilik istedadı vardır. İctimai həyatda həkim əkinçinin bəhrəsindən, əkinçi həkimin elmindən, sənətkar hər ikis
...
Read more »
|
Nəticə Yuxarıdakı söhbətlərdən altı nəticə əldə edirik: 1-Qadın və kişi yaranış baxımından eyni bir həqiqətdəndirlər; 2-Təkamül, yüksəliş yolu kişi və qadın üçün eyni dərəcədə hamardır; 3-Qadın və kişi arsında mövcud olan fərqlər onların insani həqiqətin
...
Read more »
|
BİRİNCİ FƏSİL HƏZRƏT FATİMEYİ-ZƏHRANIN (S.Ə.) HƏYATINA BİR BAXIŞ Fatimə (s) dünyaya gəlməmişdən İnsan talehində, onun səadət və bədbəxtliyində əbi-əcdadın, xüsusi ilə ata və ananın necəliyi təsirli amillərdəndir. Övladın talehində ata-ananın iki rolu vardır. Bunun biri genetik (vərasət) amilidir. Valideynin cismi və ruhi xüsusiyyətləri gen yolu ilə övlada ötürülür. İkinci amil isə övladın formalaşmasında ata-ananın birbaşa təmas yoludur.
|
Fatimənin (s) atası Fatimənin (s) atası bəşəriyyətin ən şərəflisi, rəhbəri və müəllimi, hətta ülul-əzm peyğəmbərlərin üstünüdür. İlk yaranmış o həzrətdir.( «Bəhar» cild 15) Varlıq aləmi ona xatir xəlq edilmişdir.( «Bəhar» cild 15) Bütün insanlar, hətta peyğəmbərlər onun rəhmət və kamal bayrağı altındadır.(
...
Read more »
|
Fatimənin anası Fatimənin anası qaranlıq cahiliyyət şəraitində islam Peyğəmbərinə iman gətirmiş ilk müsəlman qadın idi. O, bütün sərvətini islamın genişlənməsi üçün Peyğəmbərin (s) ixtiyarında qoydu. Həmin bu pak və düşüncəli qadın bütün insanların həqiqətlə vuruşduğu cəhalət və xurafat dövründə risalətə, vəhyə, Qurana iman gətirdi. Bu qadının haqqında həzrət Peyğəmbər (s) buyururdu: «Xədicənin misli harada tapılar! O məni elə bir vaxtda təsdiq etdi ki, hamı təkzib edirdi.» («Səfinətül-bihar» cild 1). Həmin bu qadındır ki, dünya qadınlarının nümunəvi və böyük xanımlarından biri və Allahın seç
...
Read more »
|
Fatimənin (s) vücuda gəldiyi zaman Məhəmməd (s) kimi ata, Xədicə (s) kimi anadan, Peyğəmbərin (s) həssas nübuvvəti dövründə, yəni qırx gün ev və ailədən uzaqlıqdan, ibadətə vardıqdan, qeybi feyzlərdən faydalandıqdan, meracda behişt meyvələrini daddıqdan sonra Zəhra (s) nütfəsi yoğruldu. Bəli, Zəhra (s) behişt meyvələrindən bir şirədir ki, yer aləminə qədəm qoymuşdur. Həzrət Peyğəmbər (s) buyurur: «Meraca getdiyim zaman Cəbrail (ə) məni behiştə daxil edəndə behişt xurmalarından da
...
Read more »
|
Fatimənin (s) anadan olması və ya əbədi günəşin doğması Besətdən (peyğəmbərliyə çatandan) beş il sonra Cəmadiüs-sani ayının iyirmisində qeybi ruzilərin bəhrəsi yer üzündə təcəlli etdi, Zəhra ulduzu doğuldu. Məhəmməd (s) və Xədicə (s) evi Fatimənin mələkuti nuru ilə işıqlandı. Pak və oxşarsız atadan, pakizə bir anadan bir körpə dünyaya gəldi ki, aləmi sahilsiz kamillik dəryasında qərq etdi. Qısa və bərəkətli ömründə bəşəriyyəti təəccüb və heyrətə gətirdi. Əgər mələklər insan xilqətinin əsrarından xəbərdar olsaydılar, bilsəydilər ki, Adəm nəslindən belə bir əxlaqi fəzilətli, ilahi sifətli insan
...
Read more »
|
Fatimə necə doğuldu? İmam Sadiqdən (ə) nəql olunub: Xədicə (s) həzrət Məhəmmədə (s) ərə gedəndə Məkkənin varlı qadınları tərəfindən məzəmmət olundu. Çünki cahiliyyət ənənələrinə görə Xədicə kimi varlı bir qadın Məhəmməd (s) kimi kasıb bir şəxsə uyğun deyildi. Bu səbəbdən də Xədicə (s) tənha qaldı. Xədicə (s) Fatiməyə hamilə oldu. Fatimə ansının bətndə olan vaxtlarda, anası ilə danışardı, onu səbirli olmağa ruhlandırardı. Xədicə bu məsələni həzrət Məhəmməddən gizlətsə də, bir gün
...
Read more »
|
Fatiməyə ad qoyulması İmam Sadiqdən (ə) nəql olunub ki, Allah yanında Fatimənin doqquz adı vardır: «Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Rəziyyə, Muhəddəsə, Zəhra.» İmam Rza (ə)-dan nəql olunub ki, Allah-təala onu Fatimə adlandırdı. Bəli, ilahi insanların bütün şəni, hətta adları da ilahidir. Necə ki, həzrət Məhəmməd (s), həzrət Yəhya (s), həzrət Məsihin (s) adları Allah tərəfindən buyuruldu. Rəvayətlərdə həzrət Fatimə (ə) üçün başqa adlar da nəql olunmuşdur. O cü
...
Read more »
|
Nə üçün Fatimə adlanıb? Bunun səbəbi müxtəlif cür izah edilib. İmam Sadiqə (ə) görə, xalq onu tanımaqda aciz olduğu üçün Fatimə adlanıb. Əli (ə) həzrət Peyğəmbərdən nəql edir ki, Fatimənin belə adlanmasının səbəbi onun və övladlarının təkallahçı olması, mənə nazil olana iman gətirməsinə görə oddan amanda qalmasıdır. Yenə o həzrətdən nəql olunur: «Qızım ona görə Fatim
...
Read more »
|
Nə üçün «Tahirə» adlanıb? İmam Baqirdən (ə) rəvayət olunub ki, Fatiməni Tahirə də adlandırıblar. Çünki o, bütün nöqsan və çirkinliklərdən uzaq idi. Fatimə (ə) heç zaman heyz və nifas qanı görməmişdi. Nə üçün «Mühəddəsə» adlanıb?
|
Fatimənin (s) tərbiyəsində səy əvvəldə qeyd olundu ki, övlad tərbiyəsində ata-ananın vərasət (gen), ünsiyyət yolu ilə mühüm rolu vardır. Uşağın formalaşmasında başqa amillər də vardır. Məsələn, uşaqların ünsiyyətdə olduğu başqa bir ailə üzvləri, mədrəsə mühiti, müəllimlər, cəmiyyətə hakim quruluş. Amma ən təsirli amil ata və xüsusi ilə anadır. Valideyn o zaman müvəffəqiyyət qazanır ki, ailə məsələləri, tərbiyə üsulu ilə tanış olsun, əməli nümunələr göstərsin. Çünki əməlin təsiri sözün təsirindən daha çoxdur. Tərbiyəçinin sözü ilə əməli uyğun gəlməlidir.
|
İKİNCİ FƏSİL FATİMƏNİN (S) BƏZİ FƏZİLƏTLƏR Nümunəni tanıtma Hər bir məktəb və məram ərsəyə çatdığı zaman ümumi diqqəti cəlb etməyə səy göstərir və öz hədəfinə çatmaqdan ötrü müxtəlif üsullardan faydalanır. Peyğəmbər məktəbi, başda Quran və islam olmaqla insanların pak fitrətlərinə uyğun maarif və əqidə ərməğan (hədiyyə) gətirdiyindən sağlam insanlarda yaşanmağa nail olur. Ona görə də ümumi fikir cəlb etmək üçün nümunələrin, nurlu çöhrələrin tanıtdırılması üsu
...
Read more »
|
Nə üçün nümunə tanıtdırılmalıdır? Kamil insanların tanıtdırılmasında Qurani-kərimin təkidləri tarixin bəyanı üçün deyil. Çünki Quran tarix kitabı yox, hidayət və nur kitabıdır. İlahi simaların təqdimində məqsəd başqalarının nümunə götürülməsidir. Onların yolu, üsulu öyrənilməklə təkamül yolu tapılmalıdır. Quran kamil insanın simasını təsvir edir və bu təsvirin fəlsəfəsini buyurur: Nümunəni tanıtma kamil insan xarakterinə uyğunlaşma üçündür. İnsan onu nümunə götürməklə doğru yoldan azmamalıdır. Qurani-kərim Peyğəmbər (s) və onun zümrəsindən olan Zəhra (s) simasını işıqlandırmaqla onları kamal
...
Read more »
|
Fatimənin (s) iman və ibadəti İbadət nədir? İbadət məbud qarşısında bəndənin təvazökarlığı və kiçilməsidir. İbadət qadir, əziz, kamil və mütəal Yaradan müqabilində zəlil və zəif mövcudun acizanə səcdəsidir. Naqis mövcudların təkamül yolu ibadətdir. Bu təvazökarlığın əvvəli insanın mərifət və inamıdır. Allahı tanıma və qəlb imanı güclü olduqca ibadətdə də daha dəyərli olur. İbadətdə sabitlik və keyfiyyət imana möhkəmlik verir, yəqinliyi gücləndirir. «Ölənəcən Allahına ibadət et.»(«Hicr» surəsi, ayə 99)
|
İbadət kamala çatmaq yoludur Kamala çatmağın yeganə yolu ibadət və xalisanə bəndəlikdir. Naqis və aciz insan bu yolu getməklə haqq sifətlərinin, qüdrət və izzətin zühur məhəlli olur. Bütün nemətlər Allahdandır. Bu nemətlərdən faydalanmağın şərti nemət sahibinə, kamillik məbdəsinə diqqət göstərilməsidir. «Nəhl» surəsinin 53-cü ayəsində buyurulur: «Sizə gələn hər bir nemət Allahdandır.» Bütün qismətlər, ibadətlər, paklanmalar Onun fəzl və ehsanındandır. «Nur» surəsinin 21-ci ayəsində buyurulur: «Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizlərdən kimsə pak olmazdı.»
|
Fatimə (s) mehrabda İbadət mehrabından Zəhraya (s) elə kamilliklər nəsib oldu ki, onları nəzərə almaqla onun gecələr oyaq qalması nümunə olmalıdır. Fatimənin (s) iman və ibadəti haqqında müxtəlif rəvayətlər nəql olunub. «Bəhar» da deyilir: Fatimə xalqın ən çox ibadət edəni idi. Çox vaxt gecəni sübhədək oyaq qalar, namaz qılardı. İmam Həsəndən (ə) nəql olunub ki, anamı sübhədək namaz halında gördüm. Başqaları üçün dua edərdi. Soruşdum ki, özün üçün niyə dua etmirsən? Buyurdu ki, ə
...
Read more »
|
Fatimənin (s) ibadətinin həqiqəti Fatimə (s) sadəcə quru, ruhsuz ibadət etmirdi. O, bir alim kimi idi. İbadəti yüksək mənalı və xalis idi. Belə ibadət ruhun təkamülünə bais olur. Qurani-kərim xalis ibadəti tərif edir. «Möminun» surəsində buyurulur: «O kəslər ki, namazlarında müti olub, boyun əyərlər». İlahi hüzurda xalisliklə, qəlbin iştirakı ilə müşayət olunan ibadət tərifə layiqdir. Demək, ibadətin ruhu, keyfiyyəti əhəmiyyət daşıyır. Zəhra (s) mehrabda dayananda təlatümdə olar, ilahi qorxu vücudunu bürüyər, göz yaşlarında qərq olardı.( «Bə
...
Read more »
|
İxlas və isar Zəhranın (s) övladları Həsən və Hüseyn (ə) xəstələndilər. Həzrət Peyğəmbər (s) Fatimənin (s) evində idi. Həzrət buyurdu ki, əgər onların şəfası üçün nəzr etsəniz, münasibdir. Əli (ə) və Fatimə (s) nəzr etdilər ki, övladları sağalanda üç gün oruc tutsunlar. Allah-təala onlara şəfa əta etdi. Nəzrə görə oruc tutmalı idilər. Həsən, Hüseyn və xidmətçi Fizzə də onlara qoşuldular. Birinci gün başa çatdı. İftar üçün Fatimə (s) beş çörək hazırlamışdı. İftar zamanı bir miskin
...
Read more »
|
Fatimənin (s) mələklərlə söhbəti Nəfslə mübarizə, şeytani vəsvəsələrin dəfi, doğru yolun seçilməsi hesabına əldə edilən nəfs paklığı ruhun ilahiləşməsi, Allaha yaxınlaşma ilə nəticələnir. İmanlı insan o qədər yüksələ bilər ki, mələklər aləmi ilə əlaqədə olar. Allaha xalis, müti bəndə olmaqla insanda ilahi sifətlər cilvələnər, insan vilayət məqamına çatar. Bu vaxt ona mələklər nazil olar. Mələklərin gəlişi vilayət məqamına çatmağın əlamətidir. Bu əlamət hansısa bir dəstəyə aid deyil. Vilayət qapısı hamı üçün açıqdır. Hətta peyğəmbərlərə də mələklərin nazil olması onların vilayət məqamından bəh
...
Read more »
|
Fatimə (s) Məhəmmədin (s) kövsəridir Kövsər nədir? «Kövsər» böyük xeyir, ilahi maarif və bərəkətdən faydalanmaqdır. «Təkasür» isə əksinə, Allahı və qiyamət gününü unutduran mənsəbpərəstlik, dünya məhəbbətidir. «Təkasür» surəsində buyurulur: «Var-dövlət, oğul-uşaq çoxluğu ilə öyünmək sizi azdırdı». Amma həzrət Peyğəmbərə (s) müraciətlə buyurulur: «Biz sənə kövsər əta etdik».(«Kövsər» surəsi, ayə 1.)
|
Peyğəmbərin (s) kövsəri Peyğəmbərin (s) kövsəri ən kamil din kimi nazil olmuş, həmin ilahi maarif, hökmlərdir. Qurani-kərim bütün digər ilahi kitabları hifz edəndir. Başqa bir tərəfdən əbədidir, qiyamətədək xalq ondan faydalanar. Bu ilahi fəzilət heç vaxt insanlardan kəsilməz. O, kövsərdir. Əksinə, düşmən puç köpükdür, köksüz, əsassız, dayanacaqsızdır. Quranda buyurulur: «Köpük heç bir şey olmadığı üçün uçub gedər.» Başqa bir ayədə buyurulur: «Pis söz isə qoparılmış, köksüz pis bir ağaca bənzəyir».(«İbrahim» ayə 26.)
|
Fatimə (s) kövsər oxşarı Məhəmməd (s) kövsərinin digər bir nümunəsi Zəhradır (s). Çünki Peyğəmbər (s) nəslinin davamı onun vasitəsi ilə gerçəkləşmiş, Fatimədən (s) on bir imam doğulmuş, onların bərəkəti şərqi, qərbi bürümüşdür. Onlar dinin sütunu olmuş, dinin davamı və varlığı onların vücudunun bərəkəti ilə şərtlənmişdir. Onlar imamətin qaynar bulağı kimi şəriət susuzluğunu doyurmuşlar. Bütün fəzilətlər Əhli-beyt və ilahi vəhydəndir. İmam Sadiq (ə) buyurmuşdur: «Harada fəzilətdən
...
Read more »
|
Fatimə (s) şəfaəti Vilayət, Allah dərgahına yaxınlıq məqamına çatanların faydalandığı mərtəbələrdən biri də şəfaətdir. Şəfi (şəfaət verən), Allah qarşısında hörmətinə əsasən şəfaətə uyğun günahkarların bağışlanmasını istəyir. Əgər şəfaəti olmasaydı, Allah günahkar insanlarla ədalətə əsasən rəftar edərdi. Amma şəfinin bir günahkar üçün istədiyi şəfaətə əsasən Allah öz fəzl və mərhəməti ilə cəzalandırmadan keçir. Şəfaətin əsası budur və ona heç bir eyb tutulmur. Çünki şəfaətin tohid və ilahi elmlə heç bir ziddiyyəti yoxdur.
|
Fatimə (s) isməti İnsan ömür boyu iki yol ayrıcındadır – fitrətinin dəvəti ilə Allah yolunu seçə bilər, ya da vəsvəsə və nəfsinin havasına tabe olub, günaha batar, Şeytanın ardınca gedər. (Zəlalət və azğınlıqda süqut edər). Ən əsası bu iki yoldan birini seçən insanın iradəsidir. Xəta və günaha düçar olsalar da, möminlər xeyr və səadət yolunu seçərlər. Çox az adamlar ömürləri boyu günahdan qorunub, ismət məqamına çata bilərlər. İlahi peyğəmbərlər və imamlar (ə) bu məqama çatanlardandırlar. Lakin ismət yolu təkcə peyğəmbərlərə yox, hamı üçün açıqdır. Çünki nə peyğəmbər, nə də imam olmayıb, bu m
...
Read more »
|
Quran Fatimə (s) ismətinin sənədi Qurani-məcid qadınlar arasında Fatiməni məsum bilir. Fatimə (s) ömür boyu günah etməyən bir şəxsdir. O, əsrlər boyu bütün insanlara, xüsusilə qadınlara nümunə olmuşdur. Allah-təala mübarək «Təthir» ayəsi ilə bəşəriyyətin əlinə Əhli-beytin ismətini təsdiq edən sənəd vermişdir: «Siz ey [peyğəmbərin] ev əhli! Allah sizdən çirkinliyi yox etmək, sizi paklamaq istəyir».(«Əhzab» surəsi, ayə 33.) Allah hər növ çirkinliyi Peyğəmbər (s) ailəsindən dəf etmək iradəsindədir.
|
Rəvayətlər və Fatimənin (s) isməti İmam Baqir (ə) buyurur: «Peyğəmbər, əli, Fatimə, Həsən və Hüseyn (s) haqqında təthir ayəsi Ümmü-sələmənin evində nazil oldu». Ayə nazil olanda həzrət Peyğəmbər (s) əli, Fatimə, Həsən və Hüseyni bir örtük altına alıb buyurdu: «Xudaya, bunlar mənim Əhli-beytimdir. Onlar haqqında vədə vermisən. Onlardan çirkinliyi uzaq et, onları paklandır». O vaxt Ümmül-sələmə ərz etdi ki, ya Rəsuləllah, mən də onlarlayam? Həzrət buyurdu: «Sənə müjdə verirəm ki, x
...
Read more »
|
Əhli-beytin xüsusi məqamı Bu xüsusi məqam Əhli-beytə məxsusdur və onu təsdiq edən sənəd Qurandır. Onlar kimsənin müvəffəq ola bilməyəcəyi bir ismət dərəcəsinə çatmışlar. Bu sbəbdən də Əhli-beytə itaət əmr olunmuşdur. Quranda buyurulur: «Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özümüzdən olan ixtiyar sahiblərinə itaət edin!»(«Nisa» surəsi, ayə 59.) Yalnız ömür boyu günah və xəta etməmiş şəxslərə mütləq itaət doğrudur.
|
Həqiqətə məhəbbət Məhəbbət aşiqi məşuqa tərəf çəkən daxili bir cazibədir. Məşuq cilvələnmiş gözəllikləri ilə aşiqi cəzb edir. Varlıq aləminin bütün yaranmışlarının daxilində həqiqətə məhəbbət mövcuddur. Hamı onun gözəlliklərinin aşiqidir, hamı ona doğru hərəkətdədir. Buna əsasən, insana güc verən, onu hərəkətə gətirən məhəbbətdir. Varlıq aləminin hər parçasında haqqın cilvələnən camal və gözəllikləri bütün aşiqləri bihuş edir, kəməndə salır. Məşuq bir gözəllikdirsə, aləm bir məhəbbətdir. Əgər bir cövhərin hərəkəti maddəni əhatə edirsə, eşq hərəkəti varlıq nizamını bürüyür. Əgər aləm bir qayna
...
Read more »
|
Məhəbbətin ardınca İstər həqiqi, istər fani məhəbbətin nəticəsi məşuqa itaətdir. Məşuqə itaətsizlik mümkünsüzdür. Yox, əgər itaət yoxdursa, məhəbbətin həqiqiliyinə şəkk edilməlidir. Qurani-kərim haqqa məhəbbətin ölçüsünü ona itaətdə görür və buyurur: «De ki, Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin».( Ali-imran» surəsi, ayə 31.)Əgər Allahı sevirsinizsə, onun Peyğəmbərinə itaət edin. Peyğəmbərə ita
...
Read more »
|
Haqqın ifadəsinə (məzhərinə) itaət Haqqın ifadəsinə məhəbbət haqqa məhəbbətdən ayrı deyil. Mümkün deyil ki, Allahı sevən kəs onun məzhərini, ifadəsini sevməsin. Çünki həqiqət bir şəxsdə ifadə olunanda, onun bütün həyatı həqiqətə köklənəndə, ilahi yardımla ismət məqamına çatmaqla hərəkəti, duruşuğu, rəftarı, danışığı, sükutu, fəryadı haqq olanda, belə bir şəxsə məhəbbət həqiqətə məhəbbətdir. Ona itaət haqqa itaət hesab olunur. Bu səbəbdən də Peyğəmbərin (s) ismət məqamlı Əhli-beyti haqdır. Batil Qurani-kərimdə yer tapmadığı kimi Əhli-beyt həyatına da yaddır. Bəli, «batil ona yol tapa bilməz.»<
...
Read more »
|
İman və nifaqın ölçüsü Beləcə, imanın ölçüsü Əhli-beytə məhəbbət, nifaqın ölçüsü Əhli-beytə düşmənçilikdir. Mömin şəxs bütün hallar və şəraitlərdə Əhli-beyt aşiqidir. Nifaq əhli (münfaiq) heç zaman Əhli-beyt aşiqi ola bilməz. Allah dostuyla dostluq (təvəlla) və Allah düşməniylə düşmənliyin (təbərra) ölçüsü Əhli-beytdir. Əli (ə) buyurur: "Əgər görsən bir mömini şəmşirlə vururam ki, mənə düşmən olsun, heç zaman düşmən olmaz. Dünyanı münafiqə versəm ki, mənə dost olsun, heç zaman dost olmaz. Çünki bu həqiqət həzrət Peyğəmbərin dilindən çıxıb ki, heç bir mömin sənə düşmən, heç bir münafiq sənə do
...
Read more »
|
Quran və Əhli-beyt dostluğu Əhli-beyt məhəbbətinin əhəmiyyətinə diqqət edərkən Quranın bu barədə israr etməsinin sirri aydınlaşır. Nə üçün Quran həzrət Peyğəmbərin (s) risalətinin haqqını Əhli-beyti tanımaq, sevmək, onun yolunu seçməklə buyurur: «Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir [ya Peyğəmbər!] de ki, mən sizdən bunun [peyğəmbərliyimin] müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm».(
...
Read more »
|
Fatimə (s) aşiqləri Əhli-beyt məhəbbəti ölçü olandan sonra «Zəhra aşiqləri odda yanmaz» deyən rəvayətlərin qəbulu asanlaşır. Çünki Zəhra həqiqət mehvəridir və ona məhəbbət haqqa məhəbbətdir. Zəhraya məhəbbət iman deməkdir. Atəş ilahi bağça güllərindən olan mömin üçün xəlq edilməyib. Atəş odun qalamaq üçündür və bu odun həmin güllərin inkişafına, ilahiliyinə əngəl törədən ağaclar, ot-ələfdir. «Cin» surəsində buyurulur: «Haqq yolundan çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar». Atəş çır-çırpıtək alovlanacaq insanlara aiddir. «Allah murdarı pakdan ayırd etsin, sonra murdarları bir-birinin üstünə
...
Read more »
|
Fatimə (s) razılığı, Fatimə (s) qəzəbi Məhəbbət qarşılıqlıdır. Haqqa məhəbbət, onun ifadəsinə məhəbbət qəlbin ziynəti, insanın yaraşığı və islam etiqad üsulunun əslidir. Bu əslin, əsasın kənarında başqa iki əsas da vardır: əvvəla, məhəbbət qarşılıqlıdır – insan Allahını sevərsə, Allah da onu sevər. «Allah onları, onlar da Allahı sevərlər.»( «Maidə» surəsi, ayə 54.) Allah sevimlisi olmaq elə bir uca məqamdır ki, hər k
...
Read more »
| |
| |