| Main » İslamda nümunəvi qadınlar – Fatimə (ə)
Batilə (puçluğa, əyriyə) nifrət Mömin şəxs haqq və onun ifadələrinə məhəbbət bağladığı kimi küfr və onun ifadələrindən də bizar olmalıdır. Hər ikisinin məhəbbəti bir yerdə toplanmaz. Bir qəlbdə iki məhəbbət mümkün deyil: «Allah bir adamın köksündə iki ürək yaratmamışdır».( «Əzhab» surəsi, ayə 4.)Qəlbi həqiqətə məhəbbətlə dolu olan şəxs hər zaman haqsızlığa qarşı nifrətlidir. «Hücürat» surəsində buyurulur: «Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, asi olmağa qarşı nifrət yaratmışdır.» Başqa bir ayədə: «Hər kəs Şey
...
Read more »
|
Əhli-beyt və Fatimənin (s) haqqa bağlılığı Bu səbəbdən mömin insan haqqa bağlanacaq, həqiqəti ifadə edəcək, dostluğu və düşmənliyi haqqa əsaslanacaq, nəfsani istəklər həyatına yol tapmayacaq. Allah rızılığından savay bir şey istəməyəcək. «Dəhr» surəsində buyurulur: «Allah istəməsə, siz istəyə bilməzsiniz». Peyğəmbər (s) ailəsi ismət məqamına çatdığı üçün onların razılığı və qəzəbi, tutduqları mövqe həqiqət ölçüsü, Allahın razılığı və ya qəzəbidir. Müxtəlif firqələr bu mövzuya əsaslanmışlar. Əhli-beytin mövqeyi Peyğəmbərin (s) mövqeyidir. (İbni Mace) həzrət Peyğəmbər (s) buyurmuşdur: «Fatiməyə
...
Read more »
|
Fatimə (s) bir əmanətdir Bütün müsəlmanlar qəbul etmişdir ki, həzrət Peyğəmbər (s) buyurub: «Mən sizin üçün iki əmanət qoyuram – biri Quran, digəri Əhli-beytimdir. Bu iki şeylə əlaqəniz olanadək yolunuzu azmayacaqsınız. Kovsərdə mənə yetişənədək bu iki şey bir-birindən ayrılmaz». Bəli, bu iki şey qiyamət gününədək Adəmdən Xatəmə peyğəmbərlərin irsidir. Şərif «Səqəleyn» hədisi heç bir şübhə olmayan, hətta kəlmələri həzrət Peyğəmbərin (s) dilindən çıxmış mötəbər hədislə
...
Read more »
|
Quran böyük əmanətdir Qurani-kərim heç bir təhrif və dəyişikliyə uğramamış Peyğəmbər (s) möcüzəsi, böyük əmanətdir. O, qiyamətədək insanların ixtiyarındadır və heç bir nöqsan onun qüdsiyyətini ləkələyə bilməz. Çünki Quranı bütün təhriflərdən qoruyan ilahi qüdrətdir. «Hicr» surəsində buyurulur: «Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, biz də onu qoruyub saxlayacağıq». Qurani-kərim ilahi maarifin əhatəli nuru, geniş dəryasıdır. Düşüncə və təfəkkürlə onun dərinliyinə varma
...
Read more »
|
Əhli-beyt əmanəti əgər Qurani-kərimin təfsirçiyə ehtiyacı vardırsa, ən üstün təfsirçi Quranın vəhy olunduğu həzrət Peyğəmbərdir. O, qeyb sirlərindən və Quran maarifindən agah olmuşdur. Bu səbəbdən də Quran Peyğəmbəri öz təfsirçisi kimi tanıtdırır. «Nəhl» surəsində buyurulur: «Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən ki, bəlkə düşünüb dərk edələr». Həzrət Peyğəmbər (s) öz əməlləri, rəftarı, əxlaqı və danışığı ilə Quranı bəyan və təfsir ed
...
Read more »
|
Nə üçün Əhli-beyt kiçik əmanətdir? Quran və Əhli-beyt o qədər yaxındır ki, yalnız birlikdə qırılmaz ipdirlər. Biri digərindən üstün deyildir. Birinin böyük, o birinin kiçik adlanmasının səbəbi Quranın Əhli-beytdən üstünlüyü demək deyil. Səqəleyn hədisinə görə heç bir üstünlük yoxdur. Burada fərq yalnız odur ki, Allah kəlamı olan Quranın etibarı zatıdır (yəni özündədir). Əhli-beytə isə bu etibar bağışlanmışdır. Quranda buyurulur: «Peyğəmbərlərin əmrinə itaət edin, qadağası
...
Read more »
|
Qurandan faydalanmağın şərti Aydınlaşdırıldı ki, fəzilətlərə çatmaq yolu Quran və Əhli-beytdir. Eləcə də, Əhli-beyt Quranın təfsirçisidir. Əhli-beyt Quranla ən sıx münasibətdə olan pak insanlardır. Pak olmayanlar üçün Qurana yol yoxdur. «Vaqiə» surəsində buyurulur: «Ona yalnız pak olanlar toxunar». Quran özü Əhli-beytin paklığına şəhadət verir: «Siz ey ev əhli, Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istəyir».( «Əhzab» surəsi, ayə 33.) Əhli-beyt bu paklıq xüsusiyyətlərinə görə Quranla birdir. Başqaları da p
...
Read more »
|
Fatimə (ə) Quranla birgə Quranla birgə, Qurana tay olmaq həzrət Peyğəmbər (s) Əhli-beytinin özünəməxsus məqamıdır və başqaları bu məqama çatmağa qadir deyillər. Bu Əhli-beytin ən böyük fəziləti, kamilliyin quş qona bilməyəcək zirvəsidir. Fatimə (s) həmin pak Əhli-beytdəndir. Fatimə (s) Peyğəmbər yadigarı, əmanətidir. Onu qorumaq gərəkdir. Fatimə (s) vəhy evindəndir və bu evdə onları anlayın. Fatimə (s) Quranın əsil üz tutduğu kəsdir. Fatimə kiçik əmanət, Quranın bərabəri, tayıdır. Fatimə və Quran ayrılmazdır. Fatimə Quran təfsirçisi, özü, danışan Quran, on bir danışan Quran anasıdır. Fatimə i
...
Read more »
|
Əhli-beytin rəhbərlik rolu İnsanların düz yola yönəlməsində, onların kövsərə yetirilməsində Əhli-beytin rolu budur. Vəhy və Peyğəmbərin bütün məqamalrı Əhli-beyt məqamının təsdiqi, insanların bu iki qiymətli yadigardan faydalanması üçündür. Məhz Əhli-beytin rolunun əhəmiyyətinə görə bu elm qapısını bağlamaq üçün onlarla vuruşdular. Baş tutdu! Necə böyük bir zülm oldu. Quranı Əhli-beytdən ayırmaq, xalqı hər ikisindən məhrum etmək, insanları bu nicat gəmisindən saxalamağa çalışdılar.
|
Dünya qadınlarının üstünü İnsanlar arasında daim başqalarına nümunə olan layiqli kəslər vardır – haqq yolunda mübarizliyi ilə nümunə olmuş çox insanlar mövcuddur. Həyat çətinliklərinin qaranlıq girdabında nəfsinə uymamış pak və iffətli qadınlar az deyil. Onlar cəmiyyət üçün nümunədirlər. Hidayət və tərbiyə kitabı olan Quran insanların doğru yola yönəldilməsində təkcə yolun izahı ilə kifayətlənib, bu yolu keçmiş nümunələr təqdim edir. Eləcə də, küfr və azğınlıq öncülləri tanıtdırı
...
Read more »
|
Quran və layiq qadınlar Quran iman gətirmək üçün münasib şərait olanda baş qatan qadınların, məsələn, Nuh və Lutun (ə) vəhy evində yaşamış, eyni zamanda Allaha küfr etmiş qadınları tanıtdırır. «Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini məsəl çəkir».( «Təhrim» surəsi, ayə 10.)Eləcə də Fironun arvadı həssas şəraitdə, sarayda zalıma ən yaxın fərd kimi möminlik, behişt istəyən bir nümunəvi bir fərd kimi xatırladılır. «Allah iman gətirənlərə Fironun zövcəsini misal çəkir».( «Təhrim
...
Read more »
|
Məryəm (s) Allahın seçilmişidir Təfsirin bu barədə bəyan olmuş əhəmiyyətli nöqtəsi budur ki, Məryəmin dünya qadınlarından üstün olması dedikdə onun bütün qadınlardan fəzilətli olduğu nəzərdə tutulmayıb. Sünni təfsirçilərində bu yanlışlığa çox təsadüf olunur. Həmin mübarək ayədə Məryəmə aid edilən üstünlük iki qisimdir. Bunun biri onun təqvalı, fəzilətli olmasıdır. Burada onun dünya qadınlarından üsütünlüyü nəzərdə tutulmur. Bunun ardınca nisbi üstünlük bildirilir. İkinci
...
Read more »
|
Fatimə (s) ən üstün qadındır Fatimənin (s) dünya qadınlarından üstünlüyünü bəyan edən bəzi rəvayətlərə müraciət edirik. İmam Sadiqdən (ə) Peyğəmbərin buyruğu haqqında sual edildi ki, Fatimə (s) öz əsrinin, yoxsa dünyanın ən üstün qadınıdır? Həzrət (ə) cavab verdi ki, öz əsrinin üstünü həzrət Məryəm idi. Fatimə isə əvvəldən axıra bütün behişt qadınlarının üstünüdür.(«Bəhar» cild 43.)
|
Fatimə ülul-əzm peyğəmbərlərdən üstündür Fatiməni peyğəmbərlərlə müqayisə edək. Əvvəlki hissədə Fatimənin dünya qadınlarından üstünlüyü haqqında söhbət etdik. Lakin Fatimənin uca məqamını nəzərə alsaq, onu adi insanlarla müqayisə etmək düz olmaz. Çünki müqayisə uyğun səviyyələr arasında aparıla bilər. (Dağı dağla müqayisə etmək olar, amma dağı çökəkliklə müqayisə etmək düz deyil) Fatimə yalnız peyğəmbərlərlə və övliyalarla müqayisə ediləsi şəxsiyyətdir. Əhli-beytin başqaları ilə müqayisə edilə bilməməsi Əhli-beytin özündən nəql olunub. Əvvəlki müqayisə Fatimənin uca məqamının bəyanına görə i
...
Read more »
|
Əhli-beyt peyğəmbərlərdən üstündür Əvvəla, müxtəlif mənbələrdə nəql olunmuş çoxlu rəvayətlərin məzmununa görə peyğəmbər Əhli-beyti bütün keçmiş peyğəmbərlərdən fəzilətlidir. Müxtəlif rəvayətlərdə Əhli-beytin başqalarından çoxcəhətli üstünlüyü nəql edilir. İmkanımıza görə yalnız bir neçə rəvayəti xatırlayırıq. Bəzi rəvayətlərdə həzrət Peyğəmbər və onun Əhli-beyti (s) Allahın qəbulu, hətta yaranışda belə başqalarından irəli olduqları üçün sevimli tanıtdırılır. İmam Sadiqdən (ə) nə
...
Read more »
|
İbrahim (ə) və Fatimə (s) məqamı arzusu İkinci dəlil olaraq göstərə bilərik ki, Qurani-kərim peyğəmbərləri saleh bəndələrdən hesab etməklə buyurur: «Hamısı salehlərdəndir.»( «Ənam» surəsi, ayə 85.) İbrahim (ə) kimi bəzi peyğəmbərlər haqqında xüsusi ilə söhbət gedir. «Biz İbrahimə İshaqı, üstəlik Yəqubu da ehsan buyurub, onların hamısını saleh şəxslər etdik».( «Ənbiya» surəsi, ayə 72.)Bununla belə ülul-əzm olan İbrahim haqqında buyurur: «Ey Rəbbim, mənə hikmət bəxş et və
...
Read more »
|
Digər sübut Növbəti dəlil budur ki, insanın üstünlüyü onun mərifəti və imanından asılıdır. İlahi maarifdən faydalandıqca insan Allaha yaxınlaşsın. Bu cəhətdən həzrət Peyğəmbərin (s) dərəcəsi hamıdan üstündür və bir şəxsə aiddir. Çünki vəhy yolu ilə ona nazil olmuş Quran bütün əvvəlki kitablardan üstündür. «Biz Quranı sənə haqq olaraq, özündən əvvəlki kitabı təsdiq edən və onu qoruyan kimi nazil etdik».(«Maidə» surəsi, ayə 48.) Şəkk yoxdur ki, islam Peyğəmbəri və onun Quranı bütün peyğəmbərlər və kitablardan üstündür.
|
ÜÇÜNCÜ FƏSİL FATİMƏ (S) YOLU Övliya yoluna diqqət Əvvəlki hissədə Fatimənin (s) fəzilətləri barədə danışıldı. Onun saysız fəzilətlərindən bir hissəsi təkrarlandı. Ümid edildi ki, o xanımın fəzilətləri hamının həyatı üçün nümunə olacaq. Çünki bütün ilahi insanlar, xüsusilə Peyğəmbər (s) və Əhli-beyt günah və xətadan uzaqdır. Onlar başqaları üçün
...
Read more »
|
Fatimənin (s) sadə həyatı İnsan fitrəti zatən paklığa meyilli olduğundan daim pak insanlar, onların əməl və əxlaqları sitayiş edilir. Ona görə də saleh insanların yolu nümunə götürülür. Nümunə götürmək, başqalarının dəyərli xüsusiyyətləri təsirində olmaq fitrətin əmridir. Çirkin əməllərə, əxlaqa nifrət də fitrətdəndir. İnsan paklıq, yaxşılıq, gözəl sifətlərlə nə qədər çox ziynətlənərsə, cəmiyyətə təsiri də bir o qədər çox olar, qəlbləri asanlıqla əla alar. Peyğəmbərlər və ilahi
...
Read more »
|
Fatimə (s) izdivacdan əvvəl Fatimə (s) elm və fəzilət məqamından əlavə, sadə həyatı müsəlmanlara nümunə olası ilahi insanlardandır. Onun bəhrəli həyatı hər növ bər-bəzəkdən, təmtəraqdan uzaq olmuşdur. İstər ata evində, müsəlmanların imkansız olduqları zamanda, istərsə də Mədinəyə hicrətdən sonra Əli (ə) ilə izdivac dövründə onun həyatı tam sadəliklə keçdi. Hansı ki, Zəhra (s) islam dünyası rəhbərinin qızı və ixtiyar sahibi idi.
|
Fatimə (s) izdivacdan sonra Fatimənin (s) ailə həyatı olduqca sadə, dəbdəbəsiz idi. İslamın nümunə qadınının gəlinlik cehizinə baxın: Bir ədəd köynək, iki ədəd yaylıq, bir ədəd qətifə, xurma çubuğu və lifindən bir taxt, misir kətanından iki ədəd döşək (biri yun, biri xurma lifindən), ikisi yun, ikisi xurma lifindən dörd balış, bir pərdə, bir həsir, bir əl daşı-dəyirmanı, dəri məşk, süd üçün taxta kasa, dəri su qabı, bir küp, bir neçə kuzə, iki gümüş qolbaq, bir mis qab.( «Bəhar» cild 43.)Onun mehriyyəsi on beş dirhəm olub və Fatimə b
...
Read more »
|
Fatimənin (s) evdarlığı Fatimə və əlinin (ə) təmtəraqsız həyatında ev və çöl işləri hər iki məsumun iştirakı ilə yerinə yetirilir. Evin çox işlərini xidmətçiyə həvalə etmədən özü icra edirdi. Bu söz puç xəyallarından özləri üçün şən düzəldənlərə, gündəlik işləri özlərinə sığışdırmayanlara nümunə göstərir. Diqqət edin: «Evin yanacağını hazırlamaq, su gətirmək, süpürmək əlinin, dəyirmanda un çəkmək, xəmir etmək, çörək bişirmək Fatimənin öhdəsinə idi».
|
Fatimə (s) və ər qayğısı Qurani-kərim ailə bünövrəsinin möhkəmliyində iki şərt qeyd edir. Bu iki şərt ödənərsə, ailə möhkəm olar və heç bir tufan onu silkələməz. Bu iki şərt pozulanda Şeytanın ailəyə nüfuz yolu açılır. Bu əsaslardan, şərtlərdən biri ər-arvad arasındakı qarşılıqlı məhəbbətdir. Bu məhəbbət ailə mühitində xoşbəxtlik və səmimiyyət yaradır, eləcə də bütün bulanıqları aradan qaldırır. İkinci əsas qarşılıqlı şəkildə bağışlamaq, əfv etməkdir. Bu şərt ödənərsə, əlaqələr
...
Read more »
|
Bir daha Fatimə və Əli (ə) isarının təcəllası Bəli, o Fatimə, bu isə Əli (ə) isarından bir nümunə. İndi isə vəhy ailəsinin isar dünyasına nəzər salaq. Əli (ə) evə daxil olub görür ki, həzrət Peyğəmbər (s) əyləşib, Fatimə (s) isə namaz qılır. Onun kənarında ağzı ötrülü tabaq qoyulub. Fatimə namazını tamamlayıb tabağın üstünü açır. Əli (ə) görür ki, tabaqda çörək və ət var. Bunun haradan olduğunu soruşur. Fatimə cavab verir ki, Allah tərəfindən. Allah istədiyinə hesabsız ruzi verə
...
Read more »
|
Fatimə (s) və layiq övlad tərbiyəsi Övlad ata-ananın ixtiyarında qoyulmuş ilahi əmanətdir. Allah ata-anadan övlad tərbiyəsində çalışqanlıq istəyib. Eləcə də tərbiyə yolunu öyrədib. Doğru və düzgün tərbiyə üsuluna yiyələnib, onu həyata keçirmək ailə üçün böük müvəffəqiyyətdir. Həmçinin övlad tərbiyəsində səhlənkarlığın məsuliyyəti, acı nəticələri vardır. Əgər düzgün tərbiyə üsulunu öyrənməsək, Allah qarşısında cavabdeh olacağıq. Həsən, Hüseyn, Zeynəb və Gülsüm kimi ləyaqətli övla
...
Read more »
|
Fatimənin (s) oğlanları İki oğul övladı, risalət və imamət bağının gülləri, hər iki məsum və islami cəmiyyətin imamı, rəhbəri, müxtəlif şəraitlərdə son nəfəsədək haqqın müdafiəçiləri, nəhayət, hər ikisi bu yolda şəhid! Fatimə (s) övladlarının əzəmətini vəhy dilindən eşitmək gərəkdir. Həzrət Peyğəmbər (s) buyurub: «Həsən və Hüseyn mənim gülümün şaxələridirlər».( «Bəhar» cild 43.)Yenə də onların məqamı haqqında buyurur: «Onlar behişt cavanlarının sərvəridirlər».( «Bəhar» cild 43.)
...
Read more »
|
Fatimənin (s) qızları Fatimənin (s) iki qızından biri «Bəni-haşim əqiləsi» ləqəbli Zeynəbi-kübra, ikincisi Zeynəbi-suğra, yəni Ümmül-gülsümdür. Hər ikisi mömin, hər ikisi islam şünas, Qurandan xəbərdar, Quran təfsirçisi, Quran müdafiəçisi, həyat boyu haqq, ictimai və siyasi səhnələrdə daim hazır! Əhli-beytin bu iki qızının böyüklüyünü, şücaətini Kərbəla şəhidləri, imam Hüseynlə (ə) birgə yaratdıqları Kərbəla tarixindən öyrənmək olar. Məhz onlar yanıqlı Aşura inqilabını yaradıb, şəhid qanları üstə tarixə haray çəkiblər.
|
Fatimənin (s) qızları Fatimənin (s) iki qızından biri «Bəni-haşim əqiləsi» ləqəbli Zeynəbi-kübra, ikincisi Zeynəbi-suğra, yəni Ümmül-gülsümdür. Hər ikisi mömin, hər ikisi islam şünas, Qurandan xəbərdar, Quran təfsirçisi, Quran müdafiəçisi, həyat boyu haqq, ictimai və siyasi səhnələrdə daim hazır! Əhli-beytin bu iki qızının böyüklüyünü, şücaətini Kərbəla şəhidləri, imam Hüseynlə (ə) birgə yaratdıqları Kərbəla tarixindən öyrənmək olar. Məhz onlar yanıqlı Aşura inqilabını yaradıb, şəhid qanları üstə tarixə haray çəkiblər.
|
Dini göstərişlərə əməl etmək əgər Fatimə həyatında ərə qayğı, övlad tərbiyəsi nümunədirsə, bunun səbəbi dini göstərişlərə əməl olunmasıdır. Vəhy göstərişlərinə əməl etməklə ev mühiti səfa və səmimiyyətə bürünür, övladlar islama eşq ruhunda tərbiyə olunur. Fatimə (s) dini göstərişlərə o qədər əhəmiyyət verirdi ki, hətta öz övladları yetkin yaşa çatmamış onların haqqında qaydalara diqqət göstərirdi. Beləcə, övladları ilahi feyzlərdən bəhrələnirdilər.
|
Qədr gecəsinin əhəmiyyəti və Fatimə (s) Qədr gecəsinin əhəmiyyəti hamıya aydındır. İlin gecələri arasında onun tək şərafətlisi yoxdur. Qədr gecəsi bir il üçün talehlərin yazıldığı, ilahi bərəkətin nazil olduğu gecədir. Onun fəziləti min ayın fəzilətindən artıqdır.(«Qədr» surəsi, ayə 3.) Bu gecədə ilahi mələklər haqqın layiq bəndəsinə nazil olar. Bu gecədə Allahın xüsusi mərhəmət qapıları hamı üçün açıqdır. Layiq insan i
...
Read more »
|
Ailə və ər-arvad münasibətləri Daimilik, əbədilik eşqi bütün varlıq aləminin batinində gizlənmişdir. Buna görə də aləmin bütün zərrələri Allahın ifadəsi və dəlilidir (məzhər və həyat). Şəhadət aləmində bu həqiqət (əbədilik eşqi) evlənmə qanunları ilə həyata keçir. Bu qanun bütün şəhadət nizamında tətbiq edilir və cinsin davamı, həyatın gedişi, hamiləlik, doğum bu yolla mümkündür.
|
Evlənmədə məqsəd İlahi qanunlardan hər birinin müəyyən faydası vardır. Bu faydanı həmin qanunun məqsədi kimi qəbul etmək olar. Evlənmə, nikah qanununun da diqqət ediləsi çox mühüm və müqəddəs məqsədləri var. Hansı ki, bəziləri evlənmənin məqsədini cinsi ehtiyacların təmini kimi başa düşürlər. Əslində isə nikahda bir çox məqsədlər vardır.
|
Birnci: Paklıq İnsanın təbii və fitri istəklərindən biri cinsi ehtiyacdır. Bu istəyin təmini üçün başqa hallarda olduğu kimi insanın öz həmnövünə ehtiyacı vardır. Bu istək ya qanuni nikah, evlənmə yolu ilə, ya da günah və azğınlıq yolu ilə ödənə bilər. Allah-təala insanın fitri ehtiyaclarının ödənməsi üçün düzgün, şəri yollar müəyyənləşdirib. Vaxtında Müqəddəs evlənmə hökmünü yerinə yetirməklə cəmiyyət müxtəlif pozğunluqlardan qorunur. Cəmiyyətin təmizliyi və paklığı üçün Quran
...
Read more »
|
İkinci:Layiqli övlad tərbiyəsi Dini mətnlərdə əsas yer tutan evlənmə məqsədlərindən biri saleh və layiqli övlad tərbiyəsidir. Bu ailənin ən böyük məsuliyyəti hesab olunur. Bu işdə müvəffəqiyyət qazanmaq üçün isə böyük ilahi nemətlərdən faydalanmaq lazımdır. Dini əsərlərdə evlənməyə rəğbətləndirilir ki, valideyn ilahi tərbiyəyə nail olsun. Evlənmədə məqsəd şəhvət alovunu söndürmək deyil və bu məqsəd heyvanlara məxsusdur. Qurani-kərim buyurur: «Qadınlar sizin tarlanızdır. İstədiyi
...
Read more »
|
Üçüncü: Sakitliyin təmini İnsanın maddi həyatı iş, səy, qarşılıqlı əlaqələr, yorğunluq, ruhi iztirablarla müşayət edilir. Quran buyurur: «Biz insanı məşəqqətdə yaratdıq».(«Bələd» 4.) Allah-təalanın insanı iztirablardan qurtarmaq yollarından biri evlənmədir. Mehriban ailə mühiti, ər-arvadın xoş ünsiyyəti yorğunluğu aradan qaldırır, sakitlik, rahatlıq yaradır. Ailə ilə ünsiyyətdən duyulan rahatlıq heç bir yolla hasil olmu
...
Read more »
|
Ailə əsasları Ailə iki fiziki və iki mənəvi əsasa malikdir. Fiziki əsaslar bir-birinə bağlıdır. Bu iki əsası ər-arvad təşkil edir. İki mənəvi əsasdan biri məhəbbət, digəri isə bağışlamaq və güzəştə getməkdir. Birinci əsaslar ailənin qurluşunu təşkil edirsə, ikinci əsaslar ailə üçün ruh və can kimidir. Bir ailə bu iki nemətdən məhrum olarsa, heç bir əhəmiyyət daşımayan ruhsuz bədən olcaqdır. İslam iki mənəvi əsasın varlığı üçün iki fiziki əsasın seçilməsində ölçülər təyin edib. H
...
Read more »
|
Haradan başlayaq? Bu ölçülərə riayət olunarsa layiqli övlad tərbiyəsi üçün şərait yaranar. İslam insanın tərbiyəsi üçün xüsusi bir yaş qeyd etmir. Həyat yoldaşı seçilərkən övlad tərbiyəsi barədə düşünülməlidir. Övlad tərbiyəsində ata və ananın təsiri nəzərə alındığından bu iki fiziki əsas üçün ölçülər müəyyənləşdirilmişdir. Belə olsa evlənmə ölçülər əsasında həyata keçər və tərbiyə üçün şərait yaranar. Demək, islam uşağın tərbiyəsinə anadan olandan sonra yox, həyat yolda
...
Read more »
|
1-İman Evlənmə mühüm və ömür boyu insana yoldaşlıq edən bağlılıqdır. Ər-arvad ailənin əsasıdırlar. Buna görə də həvəsbaz fərdlərlə ailə bünövrəsi qoymaq olmaz. Həyat yoldaşı seçərkən ən mühüm ölçü iman və təqvadır. Həmişəlik həyat yoldaşı iman nöqteyi-nəzərindən dəqiq qiymətləndirilməlidir. Arxayın olduqdan sonra evlənmək olar. Dinsiz adamlarla ailə qurmaqdan çəkinmək lazımdır. Rəvayətlərdə bu ölçüyə xüsusi diqqət yetirilib və günahkarlarla evlənmək qadağan olunub.
|
2-Gözəl əxlaq Evlənmə zamanı imandan əlavə əxlaq da nəzərə alınmalıdır. Gözəl əxlaqlı insanla bağlanmaq, alçaq, mənfur xasiyətlilərdən çəkinmək lazımdır. Çünki ünsiyyət yaranmasında, ailə əsaslarının möhkəmlənməsində gözəl əxlaqın rolu böyükdür. Əksinə, alçaq sifətlər ixtilaf yaradır, layiqli övlad tərbiyəsində ilahi yardımı kəsir. Ona görə də rəvayətlərdə iman şərt qoyulanda əxlaq da ölçü kimi göstərilir. Bu iki sifət bir-birindən ayrıdır. Ola bilər ki, etiqad nöqteyi nəzərindən mömin və təqvalı olan bir şəxs gözəl əxlaqa malik olmasın. Söz yox ki, bəyənilməz əxlaq imanın zəifləməsindən doğ
...
Read more »
|
Ailədə əsil-nəsil məsələsi Həyat yoldaşı seçilərkən digər bir meyar onun əsil-nəsil məsələsidir. Təkcə bir nəfərin iman və əxlaqını öyrənməklə iş bitmir. Nəslin, alilənin övlada təsirini nəzərə almaqla bu məsələlərə də diqqət yetirilməlidir. Əsilli, təqvalı, əxlaqlı, şücaətli, səxavətli ailə ilə bağlanmaq lazımdır. Çünki yaxınların, valideynlərin xasiyyətləri genetik yolla, ünsiyyət yolu ilə övladlara keçir. Buna görə də həmin mövzu rəvayətlərdə nəzərə alınıb ki, həyat yoldaşı saf, gözəl xasiyyətli ailələrdən seçilsin. Qarşı tərəfin ailəsinin övlada təsiri barədə həzrət Peyğəmbər (s) buyurub
...
Read more »
|
4-Məhəbbət Evlənərkən digər bir meyar evlənənlərin bir-birinə meyli, məhəbbətidir. Bu meyar ödəndikdə ailənin bünövrəsi möhkəm olur, ailə hadisələr qarşısında dözümlə dayanır. Əgər oğlan və ya qızda evlənməyə meyl yoxdursa, ata-ana onu məcbur etməməlidir. Məcburi evlənmə etibarsız və dözümsüzdür. Təəssüf ki, bəzi ailələrdə mövcud olan belə yanlış qayda yeni ailənin ruhsuzluğuna, bəd
...
Read more »
|
Əsil meyar Bəli, cismani gözəllik rəvayətlərdə meyar kimi göstərilib. Lakin əsil meyar tamam başqadır. Cismani gözəlliyə görə digər keyfiyyətləri nəzərdən qaçırmaq olmaz. Çünki gözəllik ailə əsası olan məhəbbəti yaratmağa qadir deyil. İmam Sadiq (ə) buyurur: «Bir fərdin gözəlliyinə görə onunla evlənən şəxsi Allah həmin meyarın öhdəsinə buraxar [onun gözəlliyi bir vaxt gedəcək]. Amma dininə görə evlənərsə, ona gözəllik, var-dövlət əta olunacaq».(
...
Read more »
|
Maddi təminat nədir? Burada məqsəd o deyil ki, insana atasından və ya başqa mənbədən müftə var-dövlət çatsın. Başqalarının zəhməti ilə qazanılmış bu sayaq var-dövlətin heç bir fəziləti yoxdur. Digər tərəfdən insanda müdiriyyət, iqtisadi faydalanma ləyaqəti yoxdursa, ona Qarunun xəzinəsini də versən az müddətdə havaya sovuracaq. Maddi təminat dedikdə insanın çalışqanlığı, iqtisadi bacarığı nəzərdə tutulur. İnsan öz ləyaqəti ilə ağlını, qüvvəsini işə salıb halal ruzi üçün çalışmal
...
Read more »
|
7-Ərə qayğı və evdarlıq Dolanışıq məsuliyyətinin kişinin üzərinə düşməsinə qarşılıqlı olaraq bir meyar da vardır ki, qadına aiddir və bu ərə qayğı, evdarlıq, tərbiyə məsələsidir. Əlbəttə, həyat yoldaşına qayğı və tərbiyə müştərək vəzifədir. Ev işləri və ərə qayğı qadının mühüm vəzifəsidir. Övlad tərbiyəsi də ananın üzərinə düşür. Ona görə də həyat yoldaşı seçilərkən qadın üçün meyarlardan biri onun ərə qayğı, evdarlıq və övlad tərbiyəsi məsələləri ilə tanışlığıdır. Belə ki, onu nəyə isə dəvətə, nədənsə çəkindirməyə ehtiyac qalmamalıdır. Hətta qadının ərə qayğısı kişinin cihadi ilə yanaşıdır.
...
Read more »
|
AİLƏ ƏXLAQI 1-Dərin sevgi Əvvəldə qeyd etdik ki, ailənin iki mənəvi əsasından biri məhəbbət, digəri bağışlamaqdır. Evlənmənin üç hədəfi o zaman ödənilir ki, bu iki əsas möhkəm olsun. Ailədə məhəbbət və güzəştə getmək varsa, sakitlik və rahatlıq da olacaq. Onun sayəsində övlad tərbiyəsi də mümkün olur. Çünki sakitlik məhəbbət və güzəştə getmədən başlayır. Nəticəsi sakitlik olan evlənmənin hədəfinin bəyanından sonra dərhal məhəbbət və güzəştə getmədən danışılır. Çünki məhəbbətsiz, güzəştsiz ailədə sakitlik də ola bilməz. Söz-s
...
Read more »
|
Məhəbbətin izharı Bəli, məhəbbət ailə bünövrəsini mökəmləndirir. Amma onu dərinləşdirməkdən ötrü məhəbbətli olmaqdan əlavə bu məhəbbəti dil ilə izhar etmək lazımdır. Həyat yoldaşını sevdiyi halda bunu dilinə gətirməyənlər çoxdur. Hansı ki, rəvayətlərdə bizə göstəriş verilib ki, məhəbbəti dərinləşdirməkdən ötrü onu izhar edin. Həzrət Peyğəmbərdən (s) belə bir nurani hədis nəql olunub: «Ər öz arvadına izhar edərsə ki, mən səni sevirəm, bu heç vaxt onun xatirəsindən silinməz».("Vəsail" 14) Bu ərin öz zövcəsi üçün ən gözəl cümləsidir. Diqqət edin, son Peyğəmbər (s) məhəbbəti artırmaq üçün n
...
Read more »
|
Qarşılıqlı hörmət İnsan böyük şəxsiyyətə məxsusdur və öz insani kəramətinə bağlıdır. Buna görə də cəmiyyətdə alçalmaq, təhqir olunmaq istəmir. Başqalarının da təhqir olunması ona xoş gəlməməlidir. Ailə kiçik bir cəmiyyətdir və ər-arvad müxtəlif şəraitlərdə bir-birinin hörmətini saxlamalıdırlar. Qarşılıqlı hörmət razılıq və məhəbbət yaradır, ailə mühitinə səmimiyyət bağışlayır.
|
Xoşrəftarlıq Xoşrəftarlıq başqalarının diqqətini cəlb edir, müvəffəqiyyətə səbəb olur. Əli (ə) buyurmuşdur ki, əlaqə və nüfuz yolu xoş rəftardır.(«Bəhar» cild 17.) Xoş rəftar həyatı sakitlik, aramlıq, şadlıqla doludur. Əksinə pis əxlaq, tünd xasiyyət bədbinlik gətirir, ailə mühitini cəhənnəmə çevirir. Dini əsərlərdə xoşrəftarlı olmaq dəfələrlə tapşırılmışdır. Qurani-kərim buyurur: «İnsanlarla xoş danışın».(
...
Read more »
|
Xoşrəftarlıq meyarı Rəvayətlərdə zikr olunmuş xoşrəftarlıq meyarlarından bəzilərini yada salırıq. İmam Sadiqdən (ə) sual olundu ki, xoşrəftarın həddi nədir? Həzrət buyurdu: «Xoşrəftarlığın həddi budur ki, səninlə əlaqədə olanlarla xoş davranıb, sərt olmayasan. Danışığın pak olsun. İstehza, təhqir, acı sözə yol verməyəsən. Başqaları ilə açıq üzlə davranasan». Diqqət edin qarşılıqlı münasibətdə üç mühüm meyar qeyd edilir. Qarşılıqlı etimad və məhəbbət də xoşrəftarlığın əhəmiyyəti
...
Read more »
|
Kişinin ailədə cihadı Qeyd etdik ki, kişinin öhdəsinə düşən böyük məsuliyyətlərdən biri də özünün, ailəsinin, övladlarının maddi təminat məsələsidir. Bu məsuliyyətin kişinin öhdəsinə düşməsinin səbəbi onun fərqli xüsusiyyətlərə malik olmasıdır. Kişi səy göstərib halal yolla öz həyatını təmin etməli, başqalarına möhtac olmamalıdır. Zəhmət çəkib işləməklə ailəni təmin etmək insanın, onun ailəsinin və cəmiyyətin fəxridir. Ona görə də islamda quruculuq işinə yüksək əhəmiyyət verilib və işsizlik, qarınqululuq, tənbəllik pislənir.
| |
| |