Dini göstərişlərə əməl etmək əgər Fatimə həyatında ərə qayğı, övlad tərbiyəsi nümunədirsə, bunun səbəbi dini göstərişlərə əməl olunmasıdır. Vəhy göstərişlərinə əməl etməklə ev mühiti səfa və səmimiyyətə bürünür, övladlar islama eşq ruhunda tərbiyə olunur. Fatimə (s) dini göstərişlərə o qədər əhəmiyyət verirdi ki, hətta öz övladları yetkin yaşa çatmamış onların haqqında qaydalara diqqət göstərirdi. Beləcə, övladları ilahi feyzlərdən bəhrələnirdilər. |