|
İSLAMDA EVLƏNMƏ VƏ AİLƏ HÜQUQU-1
MÜƏLLİF: ƏLİƏKBƏR BABAZADƏ
MÜTƏRCİM: M. ƏLİZADƏ ÖN SÖZ
Yalnız fərdlərin həqiqətə malik olmasına inanan, cəmiyyəti sadəcə zehn və xəyalın uydurması kimi təsəvvür edən fəlsəfi ideologiyanın əksinə olaraq İslamda və onun hüquqi sistemində ailə cəmiyyəti özünəməxsus həqiqətə və xüsusi hökmlərə malikdir. İslamın müxtəlif hüquq kitablarına nəzər saldıqd
...
Read more »
|
İKİNCİ FƏSİL NASALEH ATA-ANA İLƏ NƏ ETMƏLİ?
Adətən, layiqli və saleh övladlar elə layiqli və saleh ata-anaların şirin səmərəsindən bir nişanədir. Şəkk yoxdur ki, irsiyyət amili və ailə mühitinin təsiri cəmiyyətdə olan övladların şəxsiyyətinin, əxlaqının formalaşmasında ən mühüm amil hesab olunur. Buna əsasən, əgər övladlar və ailənin sair üzvləri pak, dindar, fədakar olub vəzifələrini tanısalar və islami mədəniyyətdən lazımi qədər bəhrələnsələr, sözsüz onların adət-ənənələrinin, ədəb və şəxsiyyətlərinin formalaşmasında son dərəcə mühüm rol oynayan ata-analar özü də saleh fərdlərdən olub qeyd olunan səciyyəvi xü
...
Read more »
|
DÖRDÜNCÜ FƏSİL ATA-ANAYA YAXŞILIQ ETMƏYİN "ÖZƏL SƏMƏRƏLƏRİ
Dini göstərişlər öz ardıcıllarının mənafeyini təmin etmək əsasında möhkəmlənmişdir və onlara riayət edilməsi insanın dünya və axirət səadətinə zəmanət verir. Dini proqramlar ürəyi yanan bir həkimin yazdığı nüsxə (resept) kimidir ki, xəstəliklərin qarşısını almaq və ya onları aradan qaldırmaq üçün istifadə edilir; onlara əməl edilməsi də, hətta əgər dərmanlar acı, insanın təbiətinə uyğun gəlməsə də belə, xəstənin öz xeyrinədir.
Valideynlərə yaxşılıq etmək, insanı onlarla qarşı xoş rəftar və münasibəti, ata-ananın fədakarlıqları müqabilində qədirdanlıq etmək, tovhidin və müqəddəs İslam dininin başlıca məsələlərindəndir. Qurani kərim və sünnətdə Allah, On
...
Read more »
|
BEŞİNCİ FƏSİL ANA ATADAN İRƏLİDİRMİ?
Bu fəsildə bizim məqsədimiz valideynlərin övlad üzərindəki hüquqlarının təfavütü barəsindədir ki, görəsən onların hüquqları bərabər və eyni səviyyədədirmi, yoxsa ananın hüquqları atanın hüquqlarından üstündür?
...
Read more »
|
İKİNCİ HİSSƏ SƏKKİZİNCİ FƏSİL ÖVLADLARIN HÜQUQLARI
"Oradan Zəkəriyya İlahinin lütflərini və Onun (ardı-arası kəsilməz) nemətlərini Məryəmin yanında müşahidə etdikdə öz Pərvərdigarını çağırıb ərz etdi: "Pərvərdigara, Öz lütfündən mənə saleh və pakizə bir övlad mərhəmət et. Həqiqətən Sən, duaları eşidənsən.”[88]
Hər agah və aqil insanın ən dəyərli arzu və istəklərindən biri layiqli və əməlisaleh övlada sahib olmaqdır. Övl
...
Read more »
|
DOQQUZUNCU FƏSİL ANANIN QİDALANMASI VƏ NÜTFƏNİN BAĞLANMASI ZAMANI
Övladların valideynləri üzərində olan hüquqlarından biri də budur ki, anaların hamiləlik dövrlərində qidalanmanın keyfiyyəti və növü münasib olsun. Həmçinin, övladın nütfəsi bağlanan zaman ata-ananın ruhi və cismi vəziyyətləri şəri və elmi nəzərdən münasib olmalıdır. Çünki, bütün bu amillər uşağın əxlaqi və cismi xüsusiyyətlərinin formalaşmasında təsirlidir. Onları nəzərə almamaq, şübhəsiz, valideynin peşmançılığına, uşağın ziyanına səbəb olacaqdır. Müxtəlif növ qidaların öz növbəsində müxtəlif növ təsiri vardır. Meyvələrin və qidaların hər biri
...
Read more »
|
ON İKİNCİ FƏSİL 1-Uşağın təvəllüdünün yeddinci günündə qonaqlıq məclisi
Müqəddəs İslam şəriətində övladın təvəllüdü üçün məxsus qayda-qanunlar və mərasim müəyyən olunmuş, ata-ananın həmin göstərişlərə əməl etmələri tövsiyə edilmişdir. Mütəal Allah bir kəsə bir övlad əta edirsə, gərək o şəxs bu ilahi nemətin şükrünü yerinə yetirmək məqsədi ilə Allaha həmd edib möminləri, qonşuları və qohum-əqrəbanı qonaqlığa dəvət etsin. Bu əməl başqalarının barəsində edilən yaxşılıq və ehsandan əlavə, həm də camaat arasında qarşılıqlı məhəbbət, ehtiram və səfa-səmimiyyət yaradır, uşağın şəxsiyyətinin dəyərini yüksəldərək onu at
...
Read more »
|
ON DÖRDÜNCÜ FƏSİL DİNİ TƏLİM-TƏRBİYƏ
Övladların dini təlim-tərbiyəsi ataların övlad qarşısında olan vacib borclarından və övladın ata üzərindəki hüququ sayılır. Əgər valideyn, yaxud uşağı qəyyumu bu böyük və ilahi vəzifəni yerinə yetirsələr, özlərinin və övladlarının səadətini təmin edər, üstəlik cəmiyyətin xoşbəxtliyi və islahı yolunda çox müsbət və təsirli addım atmış olar. Çünki ölkə daxilində və ya dünya səviyyəsində olan cəmiyyətlər məhz bu cavan sinifdən təşkil olunmuşdur.
Sağlam ailə və d
...
Read more »
|
ÜÇÜNCÜ HİSSƏ ON ALTINCI FƏSİL EVLƏNMƏ YAXUD MÜQƏDDƏS BİR èEYVƏND
Allah taala buyurur:
"Həyat yoldaşı olmayan kişi və qadınları, həmçinin layiqli kənizlərinizi və əməlisaleh qullarınızı evləndirin. Əgər fəqir və yoxsul olsalar, Allah Öz lütf və mərhəməti ilə onları zəngin edəcəkdir. Allah vüsət bağışlayan və biliklidir.”[219]
...
Read more »
|
ON SƏKKİZİNCİ FƏSİL EVLƏNMƏDƏ VASİTƏÇİ OLMAĞIN FƏZİLƏTİ
İslam–qarşılıqlı kömək və məsuliyyət dinidir. Onun bütün ardıcılları bir-birinin ətrafına yığışmış böyük bir ailə kimidir, elmi, ictimai, iqtisadi, səhiyyə və s. kimi imkanlar qarşısında məsuliyyət daşıyırlar. Həzrət Peyğəmbərin göstərişinə müvafiq olaraq bütün bu fərdlər bir bədənin müxtəlif üzvləri kimi biri-biri ilə sıx əlaqədə olmalı, onların bir-biri ilə olan münasibətləri və əlaqələri günəşin şüalarının günəş ilə olan əlaqələrindən daha möhkəm olmalıdır.”[241]
...
Read more »
|
İYİRMİ BİRİNCİ FƏSİL LAYİQLİ HƏYAT YOLDAŞININ ZAHİRİ ƏLAMƏTLƏRİ
Evlənmənin əsas məqsədlərindən biri də cinsi ehtiyacların təmin olunması, qadın və kişinin ruhi aramlığına, asayişinə nail olmaqdır. Qadın və kişi bir-birinə qarşı nə qədər ideal olsalar və təqva, dindarlıqdan əlavə, zahiri gözəlliklərə də malik olsalar, bir o qədər də bir-birinə sevimli, səmimi olacaqlar. Buna əsasən, gözəllik, yaxşı idarəçilik, bacarıq, elmi kamallar və s. bütün bunlar bu məsələdə təsirlidir. Məsum rəhbərlərimiz də bu barədə müxtəlif kəlamlar söyləmişlər. Həzrət Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:
...
Read more »
|
İYİRMİ ÜÇÜNCÜ FƏSİL EVLƏNMƏDƏN ƏVVƏL QADINA BAXMAQ
Naməhrəm şəxslərə ləzzət və şəhvət nəzəri ilə baxmaq insanın Allah eləməmiş, daha böyük günaha–zinaya mürtəkib olmasına, iman, şərəf və heysiyyətinin aradan getməsinə, Allahın qəzəb oduna–cəhənnəm oduna düçar olmasına səbəb olur. Əgər böyük günahlara batmasa da belə, bu işin ağır mənfi təsiri–iztirab və nigarançılıq, ailə və həyat yoldaşına qarşı ümidsizlik kimi təsirləri öz ardınca gətirir. Buna görə də günah və onun cəzası nəzərindən belə bir iş zinaya bərabər hesab edilmişdir. Bəzi rəvayətlərdə onu gözün zinası adlandırdırlar.[307]
...
Read more »
|
İYİRMİ BEŞİNCİ FƏSİL ÇOXARVADLILIQ Təbii olaraq ər-arvad arasında cinsi cəhətdən müəyyən fərqlər mövcuddur. O cümlədən, qadınların aylıq adətlərə (heyzə) və hamiləlik dövrlərində müəyyən çətinliklərə giriftar olmalarıdır. Bundan əlavə, qadınlar az yaşlarında, erkən evlənməyə ehtiyac duyurlar, onların cinsi qərizələri yaş cəhətindən daha tez baş qaldırır. Təbiidir ki, onların ömürlərinin çox hissəsi keçəndən sonra cinsi hazırlığı əldən verirlər. Həmçinin, kişilər ağır məsuliyyətli, pərişan və yorucu işlər nəticəsində adətən fani dünyanı qadınlardan tez tərk edirlər. Buna görə də, adətən, qadınların ömrü kişilərdən artıq olur. Əksər hal
...
Read more »
|
İSLAMDA EVLƏNMƏ VƏ AİLƏ HÜQUQU-2 DÖRDÜNCÜ HİSSƏ: QADININ KİŞİ ÜZƏRİNDƏKİ HAQQI (KİŞİNİN QADINA QARŞI BORCLARI) İYİRMİ YEDDİNCİ FƏSİL TARİXDƏ QADIN HÜQUQU
Tarix boyu qadın sinfi həmişə məzlum yaşamış, istismara məruz qalmışdır. Dünya tarixi bu fədakar və əziyyət görmüş varlıqların məzlumiyyətini çatdırır. Qadına qarşı münasibət məsələsini keçmiş dövrlərdə araşdırdıqda çox acınacaqlı hallarla rastlaşırıq. Çünki kişilər öz həyat yoldaşları ilə çox pis tərzdə rəft
...
Read more »
|
OTUZ BİRİNCİ FƏSİL MEHR-MƏHƏBBƏT OCAĞI
Ailə eşq-məhəbbət, səfa-səmimiyyət ocağı olmalıdır ki, ailə üzvlərinin hər növ yorğunluqları çıxsın, övladlar xüsusi bir məhəbbətlə tərbiyələnsinlər. Ər və arvad da İslamın həyatverici qanunlarından istifadə edərək bir sevincdolu həyata–cənnət həyatına başlasınlar. Bu halda mehr-məhəbbət əhval-ruhiyyəsi ailəyə hakim olar, ailə üzvləri sevincdən, ruhi sağlamlıqdan və inkişafdan faydalanar. Belə ailələr cəmiyyətin ürəyiyanar, mehriban, çalışqan və vəfadar üzvləri olacaqlar. Əgər ər-arvad arasında anlaşılmazlıq yaranarsa, onların həyatının cəhənnəmə çevrilməsindən əlavə, belə
...
Read more »
|
OTUZ ÜÇÜNCÜ FƏSİL SUİ-ZƏNN VƏ QEYRƏT
İnsanlar təbiətən sədaqətə, qarşılıqlı etimada meyl əsasında yaradılmışlar. Buna görə də uşaqlar həyatın ilk çağlarında heç vaxt yalan danışmır, xəyanət etmirlər. Amma tədricən ətraf mühitdə olan başqa şəxslərdən bu kimi bəyənilməz işləri öyrənirlər. İctimaiyyətdə mövcud olan hiyləgərliklərin, hoqqabazlıqların təsiri altına düşməyən şəxslər sağlam, eybsiz və ideal bir cəmiyyət qurmaq arzusundadırlar. Onlar hər növ sui-zənndən, bədgümanlıqdan uzaq olur, başqaları barəsində sui-zənn, ittiham eşitdikdə vicdan əzabı çəkirlər. Bu xüsusiyyət onların sağlam fitrəti, təbiəti ilə əla
...
Read more »
|
OTUZ DÖRDÜNCÜ FƏSİL LAYİQLİ KİŞİNİN XÜSUSİYYƏTLƏRİ
Əməli saleh qadına malik olmaq kişilər üçün ən böyük səadət və xoşbəxtlik olduğu kimi, bütün qadınlar üçün də layiqli ər ən böyük xoşbəxtlik hesab olunur. Bütün ailələr, xüsusilə ata və analar öz övladlarının, ələlxüsus qızlarının taleyi barəsində həmişə həyəcanda, iztirabdadırlar, bu barədə özlərini məsuliyyətli hesab edir, layiqli kürəkən seçmək üçün səy göstərirlər. İyirminci fəsildə qeyd olunduğu kimi, həyat yoldaşı seçərkən emosiyalara, zövqlərə uymamalı, dəqiq araşdırma aparmadan bir kəslə evlənməməli, bu məsələdə İlahinin dərgahından imdad diləməli, isla
...
Read more »
|
OTUZ SƏKKİZİNCİ FƏSİL KİŞİNİN QONAQèƏRVƏRLİYİ
Allah taala insanları təbiətən ictimai əhval-ruhiyyədə yaratmışdır. Bu səbəbə görə də hamı yalqızlıqdan qaçır və sair insanların yanında yaşamaq istəyir. Kəndlərin, şəhərlərin və s. kimi yaşayış məntəqələrinin yaradılması da məhz bu əsasdadır. Qədim zamanlardan bəri insanlar bir-birinin yanında səfa-səmimiyyətlə yaşayıb, fəaliyyətə məşğul olmuşlar. İnsanlar bir-birinə nə qədər yaxınlaşırsa, aralarındakı səfa-səmimiyyət də bir o qədər artır və bir-biri ilə daha artıq təmasda olur, əlaqə yaradırlar. Böyüdükdən sonra hər biri müstəqil ailə təşkil edən ailə üzvləri bir
...
Read more »
|
QIRX İKİNCİ FƏSİL
9. Ailə nəcabəti və əsaləti
Ərə gedib ailə qurmaq istəyən qızlar bu müqəddəs işdə öz əsas hədəflərini nəzərə alıb elə şəxslə ailə qurmalıdırlar ki, onları öz hədəflərinə çatdırsın. Çünki evlənməkdə və ər seçməkdə hədəf mühüm rol ifa edir. Əlbəttə, ola bilər ki, qızların hamısının arzu və istəkləri eyni bir səviyyədə olmasın; onların müxtəlif ailə mədəniyyətləri və hakim olan mühit valideynin ağuşunda böyümələri və s. şəksiz onların görüşlərini müxtəlif edəcəkdir. Belə ki, qızların bəziləri ərinin yalnız xarici gözəlliyinə və bədən quruluşuna diqqət yeti
...
Read more »
|
BEŞİNCİ BÖLMƏ: KİŞİNİN QADIN ÜZƏRİNDƏ OLAN HÜQUQLARI QIRX DÖRDÜNCÜ FƏSİL AİLƏ BAŞÇISI
Bəşər cəmiyyətlərində olan nəzm və inzibat insanların tərəqqisində və inkişafında mühüm və təsirli amillərdən biri sayılır. Bu qanuna tabe olan hər cəmiyyət, şübhəsiz, mütərəqqi və inkişaf etmiş olmuşlar. Bu məsələni nəzərə almamaq hərc-mərcliyə, narazılığa, əmin-amanlığın təhlükəyə düşməsinə, ədalətsizliyə səbəb olur və yüzlərlə ictimai problemlərin yaranmasına gətirib çıxardır. Əli (əleyhissalam) öz mübarək ömrünün axır saatlarında (bu anlar hamı üçün
...
Read more »
|
QIRX SƏKKİZİNCİ FƏSİL LAYİQLİ QADINLARIN XÜSUSİYYƏTLƏRİ
Tovhidin nişanələrindən biri insanın, aləm varlıqlarının müxtəlif çöhrələridir ki, Allah Öz sonsuz və tükənməz qüdrəti ilə aləmin bütün məxluqlarını müxtəlif rənglərdə, formalarda xəlq etmişdir. Hətta iki ekiz uşaq bir ata-anadan olmalarına baxmayaraq, yenə də bir-birindən fərqlənirlər. Allah taala müxtəlif Quran ayələrində, o cümlədən, "Fatir” surəsinin 27-ci, "Nəhl” surəsinin 13-cü ayəsində bu həqiqətə işarə edir.
Qadınlar irq, rəng, qiya
...
Read more »
|
ƏLLİ İKİNCİ FƏSİL NAMƏHRƏMƏ BAXMAQ
Əvvəlki fəsildə qadının bədəninə baxmağın hökmlərindən bəhs etdiyimiz üçün, burada lazım görürük ki, qadın və kişinin bir-birinə baxmasının həddi-hüdudu müəyyənləşsin. Naməhəm kişi və qadınların şəhvət və ləzzət üzündən bir-birinə baxması, şübhəsiz ki, haramdır. İslam dinində bu cür baxışlar gözün zinası kimi təbir edilmişdir. Şəhvətsiz nəzərlər də üz və əllərdən başqa yerlərdə qadağandır. Amma üzə və əllərə ləzzət məqsədi olmadan baxmağın eybi yoxdur.
...
Read more »
|
ƏLLİ BEŞİNCİ FƏSİL ƏRƏ QARŞI MİSİLSİZ EŞQ
Layiqli qadınların bəyənilən xüsusiyyətlərindən biri də ərlərinə qarşı misilsiz eşq-məhəbbət bəsləməkdir. Bu məsələ o qədər təsirli və əhəmiyyətlidir ki, böyük din fəqihləri bu xüsusiyyəti nikahın əsas şərtlərindən biri hesab etmişlər. Bu xüsusiyyət olmadan ərin qarşılıqlı məhəbbəti və aram ruhu mümkün deyildir. Qəti şəkildə demək olar ki, ərinə həqiqi mənada aşiq olan qadın heç vaxt onun sözündən çıxmaz.
Ailə həyatının əsası mehr-məhəbbət əsasında qurul
...
Read more »
|
ƏLLİ SƏKKİZİNCİ FƏSİL QADININ EVDƏN ÇÖLDƏKİ İŞLƏRİ
Bu fəsildə qadınıniqtisadi və ictimai məsələlər barəsindəki bəhs edək və görək ki, qadının öz mal-dövlətində təsərrüf eatməyə haqqı varmı? aya isalamicazə verirmi ki, qadın ümumi müəssisələrdə zahiz olsun, kəsb ticarət etsin, müxtəlif ictimai peşələrə saih olsun? "ərsən bəşər arixi və keçmiş cəmiyyətlər, müsəlmanlrın Rəslui Əkrəmin dövründəki sirələri və əimmeyi-hudanın dövründəkiş sirələri qadınların ümumxalq müsəssiəlrimndə və iqtisadi msəslələrdə mane olurmu? aydındzdır ki, bu suaaların barəsində araşdırma və təhqiqataparmaq üçün lazımdırki, islamı əksinə o
...
Read more »
|
1-ci dərs: Allahdan qorxmaq və çəkinmək Ey əziz qardaş, Allahdan qorx, Onun əzəmət və cəlalına diqqət yetir, daim hesab günü haqda fikirləş, axirət əzabını xatırla! Ölümü, bərxəz aləminin çətinliyini və qiyamət günün əzabını təsəvvür et. Cənnət, Cəhənnəm, qorxan və çəkinən bəndələrin halını bəyan edən Quran ayələrini və rəvayətləri diqqətlə oxu, bu haqda dərindən fikirləş. (Uca Allah "Nazirat" surəsində buyurur:"
وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَىٰ
|
2-ci dərs: Ümid
Əziz qardaş, Allahın rəhmətindən məyus olma! (Nəsrəddin Tusi sözünün "Övsaful-əşrəf" kitabının 67-ci səhifəsində deyir :" Möminin Allahdan qorxusu və ümidi tərəzidə çəkilsə bərabər olmalıdır". Şüyx Kuleyni özünün "Usuli-Kafi" kitabının 2-ci cildində səhifə 57-də deyir; "Mömin Allahdan qorxmalı və ümid etməlidir. Həmçinin mömin ümid etdiyi şeylərə əməl etməli və qorxduğundan çəkilməlidir. Əks təqdirdə o mömin deyildir".)Daim Allaha ümid et! Bil ki, bu dünya axirətin əkin sahəsidir. Bu əkin sahəsi Adəm övladının qəlbidir. İman əkin sahəsinin toxumu, itaət isə suyudur. Su əkin sahəsini suvarıb, zərərli çör-çöpdən təmizlədiyi kimi, itaət də insanın qəlbində əkilmiş iman toxumunu suvarıb, onu
...
Read more »
|
3-cü dərs:Qeyrət və namus Əziz qardaş, qorunmağa ehtiyac görən mülkünü, ailəni və övladlarını bundan məhrum etmə! (İmam Əli (ə) buyurur: " Allah mömin və möminlərə qeyrətli olmağı əmr etmişdir. Mömin qeyrətli olmalıdır. Əks təqdirdə onun qəlbi təmiz deyildir") Daim dində bidət edənləri və dini inkar edənlərin şübhələrini dəf etməyə çalış! Mübarək şəriətin genişləndirməsinə və yayılmasına səy göstər! yaxşılığa dəvətə və pislikdən çəkindirməyə səhlənkar yanaşma! Məhrəmlərinin, ailənin və qadınların arasında heybət pərdəsini aradan aparma! bacardığın qədər onları yad kişilərin görməsinə imkan yaratma! Onları musiqi, tütək səsi, mahnı, evdən çıxmaq (Şeyx Cəfər Nəqdi özünün "Zeynəbi Kubra"
...
Read more »
|
4-cü dərs:Tələsməmək
Tələsməkdən və gecikməkdən (Rəsulullah (s) buyururb: " Tələsmək Şeytandan, aramla hərəkət etmək isə Allahdandır" ("Camius-səadət" c.1, səh.274). Həmçinin, Allah-Təala "Qiyamə" surəsində buyurur: Xeyir, siz tələsizsiniz və axirətinizə diqqət yetirmirsiniz") çəkin! Sözlərinə və əməllərinə diqqət yetir! Bil ki, bəşər övladının diqqətsizliyi səbəbindən etdiyi əməllər onu ziyana sürükləyir və sonu peşmançılıqla nəticələnir.(Əmirəl möminin (ə) buyurub:" Tələsmək peşmançılıq yaradır") Hər bir tələsən və mənasız rəy sahibi başqalarının gözündə kiçilir, qəlblərində isə etibarını itirir. Böyük filosoflardan olan Sədi deyir: Bütün əməllər səbr və diqqətlə g
...
Read more »
|
5-ci ders: Qəzəblənmək
Əziz qardaş, bacardığın qədər qəzəblənmə və nəfsini mərhəmət zinətilə zinətləndir. Bil ki, bütün pisliklərin açarı qəzəbdir. Şiddətli qəzəb sahibini vaxtsız ölümə aparır. Rəsulullahdan (s) nəql edilən hədisdə buyurulur: "Sirkə balı xarab etdiyi kimi qəzəb də imanı zay edər" ( Usulul-kafi" c.2, səh.229) Qəzəblənməyin pis olduğunu bilmək üçün qəzəblənən insanın əməllərinə diqqət yetirmək kifayədir. (Təbərsi özünün "Miftahul-ənvar" kitabının 323-cü səhifəsində deyilir:" İmam Sadiq (ə) buyurub: "Qəzəb bütün şər işlərin açarıdır". Həmçinin İmam Əmirəl-möminin (ə) buyurub: "Qəzəblənm
...
Read more »
|
6-cı dərs: Mərhəmət Mərhəmət göstərmək tələsməmək, əsəbi cilovlamaq və nəfsi tənzimləməkdir. Beləliklə, insanın qəzəbi asanlıqla hərəkətə gəlməz, sonda iztirab və ya peşmançılıq çəkməz. (Mərhəmət qəzəbləndikdə nəfsi tənzimləyir və sahibini intiqam almaqdan çəkindirir) Çərhəmət və əsəbi cilovlamaq - hər ikisi gözəl əxlaqı xüsusiyyətlərdir. Mərhəmətin gözəlliyini vurğulamaq üçün elmə bərabər hesab edilən hədislərə müraciət etmək kifayətdir (Təbərsi "Mişkatul-ənvar" kitabının 219-cu səhifəsində İmam Sadiqdən (ə) nəql edərək deyir: Rəsulullah(s) buyurur: And olsun Allaha ki, elmlə mərəhməti cəm etməkdən gözəl heç nə yoxdur"). Necə ki, bütün yeməklərin dadı o
...
Read more »
|
7-ci dərs: Əhv etmək Əfv etmək İlahi bir sifətdir. Uca Allah həmd və sənalar zamanı bu sifətlə zikr olunur ( "Nisa surəsi atə 43) Rəsulullah (s) buyurub: "Əməllərin ən yaxşısı əfv etməkdir" "Allah əfv etməyi sevir" "Bir-birinizi əfv edin ki, düşmənçilik aradan qalxsın" "Sizə əfv etməyi tövsiyə edirəm, çünki əfv etmək insanın izzətini artırır".("Usuli-Kafi" c.2, səh 88) İmam Zeynəlabidin (ə) uca Allaha minacatda buyurub:
|
8-ci dərs: Mülayim olmaq Ey əziz qardaş, sözdə və əməldə sərt olmaqdan çəkin! Çünki sərtlik pis xüsusiyyətlərdən biri olduğu üçün insanlar bundan nifrət edər. Sərtlik insanın həyat seyrinə xələl gətirir. Görmürsənmi, Allah öz Rəsuluna (s) yol göstərərək buyurur:
وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِكَ
"Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar." ("Ali-İmran" surəsi, ayə,159) Ey əziz qardaş, sözündə və əməlində mülayim ol! çünki mülayimlik hər
...
Read more »
|
9-cu dərs: Ədəbsizlik Ey əziz qardaş, ədəbsizlikdən çəkin! Ədəbsizlik insanı Xaliqdən də, məxluqdan da uzaqlaşdırır (" Usulul-kafi" c.2, səh.242) Ədəbsiz insan daim əzab içində yaşayır. (Şeyx Kuleyni "Usulul-kafi" kitabının 2-ci cildinin 242-ci səhifəsində İmam Sadiqdən (ə) nəql edərək deyir:"Kimin əxlaqı pis olsa özünə əzab verər") Çünki həmin şəxs onu əsla tərk etməyən bir düşmənin əsiridir. ( Şeyx Kuleyni "Usulul-kafi" kitabında məsumlardan nəql edir: "Sirkə balı xarab etdiyi kimi, ədəbsizlik də imanı xarab edir"). Bir şair nəsr üslubunda deyir;"Əgər ədəbsiz bir insan yaşamaq üçün
...
Read more »
|
10-cu dərs: Düşmənçilik və söyüş Ey əziz qardaş, düşmənçilikdən və kin-küdurətdən uzaq ol! Çünki bunların səmərəsi peşmançılıq, dünya və axirət açarı, izləri isə iztirab, lənət və təhqirdir. Bunların xəbis sifətlərdən olduğuna heç bir şebhə yoxdur. Xüsusilədə söyüş və təhqirin. ("Rəsulullah (s) buyurub:"Mömini söymək fasiqlikdir, öldürmək küfrdür, qeybətini etmək günahdır və malının hörməti onun qanının hörmətidir") Rəsulullahdan (s) nəql edilən rəvayətdə deyilir: "Allah-Təala açıq-aşkar günah işlər görənlərə, həyası olmayana, sözlərinə və ona deyilən sözlərə məhəl qoymayana Cənnəti haram etmişdir. Belə insanlar Şeytanın şəriki olarlar" ("Səfinətul-bihar"
...
Read more »
|
11ci dərs: Özündən razı qalmaq Ey əziz qardaş, ücbdən (Özündən razı qalmaq) və nəfsə ibadətdən çəkin! Ücb elə bir günahdır ki, toxumu küfr, torpağı nifaq, suyu fitnə-fəsad, budaqları cəhalət, yarpaqları zəlalət, meyvəsi isə lənət və ədəbi Cəhənnəm alovudur. (Nəql edilən rəvayətdə Allah-Təala davuda (ə) buyurur: "Ey Davud, günahkarlara müjdə ver, möminlərə isə xəbərdarlıq et! Davud (ə) buyurdu: Günahkarlara necə müjdə verim və möminləri nə üçün xəbərdar edim? Allah-Təala buyurur: Ey Davud, günahkarlara müjdə ver ki, Mən onların tövbələrini qəbul edib, günahlarını bağışlayaram. Möminlərə xəbərdarlıq et ki, əməllərini ücb etməsinlər. Çünki möminin ücbü həlak olmaqdan başqa bir şey deyildir")
|
12-ci dərs: Təkəbbür və təvazökarlıq Ey əziz qardaş, heç zaman təkəbbürlük etmə! Təkəbbürlü insanlar Qiyamət günü sanki kiçik qarışqa formasında həşr olunacaqdır. bütün insanlar onları tapdalayıb keçəcək, onların Allah yanında nə qədor-qiyməti, nə də ki, hörməti olacaqdır ("usulul-kafi" c.2, səh.235) Allah-Təala Qurani-Kərimdə buyurur: فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ إِلَّا إِبْلِيسَ اسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ
|
13-cü dərs: Daşürəkli olmaq Daşürəkli olmaq elə bir çənfi xüsusiyyətdir ki, Adəm övladı bu hala düşdükdə başqalarının ağrı və müsibətləri ona təsir etməz. Bu halın mənşəyi biganəlik qüvvəsinin artmasıdır. ("Camius-səadət" c.1, səh.369) Zülm, başqalarına əziyyət vermək, məzlumların çağırışına cavab verməmək, fəqir və ehtiyacı olanlara əl tutmamaq və bu kimi digər mənfi xüsusiyyətlər ürəyin daşlanmasının nəticəsidir. Belə bir xəstəliyi müalicə etmək çox çətindir. Bu xəstəliyə düçar olanlar bacardıqca səmimi qəlbdən irəli gələn əməllərə can atmalı, nəfslərini feyz aləmindən əlavə mülayimlik sifətini qəbul etməyə hazırlamalıdırlar.
...
Read more »
|
14-cü dərs: Acgözlük Ey əziz qardaş, qarnına ibadətdən çəkin. Çünki zəlillik, axmaqlıq, alçaqlıq kimi fasiq əməllər və həmçinin bir çox zərərlərin mənşəyi qarındır. (Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyurulur: "Qəlblərinizi çox yemək və içməklə öldürməyin, çünki qəlb sanki bir toxum kimidir, çox suvardıqca tələf olur"). Əgər qarın olmasaydı, o zaman quş tələyə düşməz və ovçu öz tələsini hazırlamazdı. Bil ki, qarın bir çox bəlası olduğu kimi aclığında bir o qədər faydası vardır. Aclıq qəlbi nurlandırır, zühni gücləndirir, insan minacat vasitəsilə həqiqi ləzzəti hiss edir, zikrin və ibadətin şirinliyini dadır, Qiyamət gününü xatırlayır, pisliyi əmr edən nəfsin zəi
...
Read more »
|
15ci dərs: Dünya sevgisi Ey əziz qardaş, dünya sevgisindən uzaq ol! çünki dünya sevgisi bütün xətaların səbəbidir. ("Usulul-kafi" c.2, sə.238) Yalnız dünyanı hədəfləyən insanın əməli fasiq olar. Dünya insana ölemdən sonrakı həyat üçün verilən bir şansdır. Yəni dünyanın faydası ölümdən sonra başlayır. İnsan savab və axirət səmərəsi üçün düya tələb etməlidir. çünki axirət dünyası yaşadığımız bu dünya kimi deyildir. Həmçinin, insan bu dünyadan yaşamaq üçün zəruri olan miqdarda istifadə etməli, üzünün suyi və camalını qorumalıdır. Belə əməllər saleh əməllərdən hesab olunur. ("Əxlaq" seyid Abdullah Şübbər, səh.211)
|
16-cı dərs: Fəqirlik Ey fəqir, fəqr olduğuna görə qəm etmə! Fəqirlik möminin zinətidir və at yüyəninin zinətindən yaxşıdır. bütün insanlar Cənnət arzusunda olduğu ki, Cənnətdə fəqirləri arzulayır.("Biharul-Ənvar" c.72, səh.48) Fəqir qəbin asudə olması ilə kifayətlənir. Belə ki, Rəsulullah (s) buyurub: "Fəqirlik mənin fəxrimdir" ("Camiul-əxbar" Səzəvari, səh.302) "Ey Rəbbim, məni miskin yaşat, miskin öldür və miskinlər sırasında həşr et" ("Mişkatul-ənvar" Təbərsi, səh.133) Rəvayətdə deyilir:
|
17-ci dərs: Dilənmək Ey əziz qardaş, bacardıqca Rəbbinin dərgahına əllərini qaldır və ehtiyacını Ondan istə! Bir loxma yemək üçün başqalarının yanında üzünün suyunu tökmə! (İmam Sadiq (ə) buyurub: "Şiələrimiz acından ölsə belə dilənçilik etməzlər") Bil ki, şahların dəbdəbəli paltarı kasıbın yamaqlı paltarından tez tələf olur. Həmçinin, kasıbın yediyi quru yemək dövlətlinin yediyi çeşid-çeşid yeməklərdən dadlıdır. Ey əziz qardaş, pulunun azadlığından narahat olma! Dinini dünyaya satma! Qiyamət günü izzət sahibi dinar, manat deyil, di
...
Read more »
|
18-ci dərs: Hərislik Ey əziz qardaş, həris olmaqdan çəklin! Hərislik sanki ucu-bucağı görünməyən susuz, qumlu bir səhradır. Həmçinin, hərislik sanki sonu olmayan bir dənizdir ki, mahir dalğıc olsan belə dərinliyə çata bilməyəcəksən. Hərisliyə düçar olmaq bədbəxtçilikdir, insanı zəlalətə sürükləyər, sonra öldürər və qurtulması çətin olar. Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyurulur: "Həris insan hər şeydən məhrumdur, o öz məhrumluğu ilə heç vaxt bəyənilməz. Allahın dərgahından uzaqlaşan nə üçün məhrum olmasın?!" ("Biharul-Ənvar" c.73, səh.165) Əmirəm-möminin (ə) bir rəvayətdə buyurub:<
...
Read more »
|
19-cu dərs: Tamahkarlıq Tamahkarlıq hərisliyin əkiz qardaşıdır, bunların əksi insanlara möhtac olmamaqdır. Rəsulullahdan (s) nəql olunan hədisdə buyrulur: "Tamahkarlıq alimin qəlbindən hikməti aradan aparar" ("Kənzul-Ummal" 7576-cə hədis) İmam Əmirəl-möminin (ə) buyurub: "Qənaətcil insan daim ucalar" "Tamahkar daim zəlil və mənasız olatr". "Kiçik tamahkarlıq böyük təqvanın qarşısını alar".
|
20-ci dərs: Xəsislik. Ey əziz qardaş, xəsislikdən çəkin və ondan uzaq ol! çünki xəsis insan insanların gözündə zəlil və qiymətsizdir. Xəsis insanın dünyada dostu olmadığını misal çəkmək bu xüsusiyyətin pis olduğunu vurğulamağa kifayətdir. Xəsis insan bütün insanları, hətta övladları, əhli-əyalını da özünə düşmən bilər, onun ölümünü gözlədikləri və malını mənimsəmək istədiklərini zənn edər. Xəsis insan zəlalət paltarını çıxarıb yeni xeyir paltarını geyinməkdən qorxar. Bəzi alimlər deyir: Xəsisin biri torpaq altından çıxmaq istədikdə digər xəsis torpaq altına girər.
|
21-ci dərs: Səxavət Səxavət xəsisliyin ziddidir, əxlaqi dəyərlərdəndir, səma və yer əhli arasında bəyənilən və tərif olunandır. Hatəm Tai əsrlər ötsə belə dillərdən düşmür və daim ünvanına tərif və sənalar söylənilir. Bu sifətin fəziləti gün kimi aydındır. Bu xüsusiyyətə sahib insan Xaliq və məxluq tərəfindən seviləndir. Allahın özünü səxavətli adlandırması bu sifətin gözəl olmasına bariz bir nümunədir. Hər bir bəndə "Ey Cavad, Ey Kərim" söylədikdə neçə-neçə rəhmət ona nazil olar. Rəsulullahdan (s) nəql onunan rəvayətdə buyurulur: "Həqiqətən Allah səxavətli insanı sevər". ("Bi
...
Read more »
|
22- ci dərs: Haramdan çəkinmək Haram maldan çəkin! Haram mal həlakın ən güclü səbəbi və səadətə yetişməyə ən böyük maneədir. İnsanların çoxu haram mal yedikləri üçün mənəvi fezlərdən məhrum olmuşlar. Haram loxma ilə böyüyən ürəyin müqəddəs aləmdən feyz almağa qabiliyyəti haradadır?! Deməli, nicat tapmaq istəyən şəxs daim halala can atmalı, gözünü, qarnını zülm, əmanətə xəyanət, hiylə, biclik, qəsb, oğurluq, möhtərilik, rüşvət, sələm və bu kimi digər haramdan və haram yeməkdən qorumalı və təqva libası geyməlidir.
|
23-cü dərs: Mənasız danışmaq Ey əziz qardaş, bacardıqca dodaqlarını sükutla zinətləndir, onları batil, haram, faydasız və boşboğaz sözlərlə çirkləndirmə.("Camiul-Əxbar" səh.247, 52-ci fəsil) Əlbəttə əziz qardaş, axirət dünyasına səfər müddəti az olduğu üçün vaxtımızı boşuna və faydasız sözlərlə hədər etməməliyik. Əmirəl-möminin (ə) buyurub: "Diqqətli ol! Ehtiyac az, yol uzun, səfər uzaq və yer əzəmətlidir!" "Əgər qəbir əhlinə danışmağa izn verilsəydi, o zaman, ən gözəl tədarükün təqva olduğunu xəbər verərdilər" ("Nəhcul-Bəlağə" Qısa hikmətlər, 77-2, 130-3) <
...
Read more »
|
24-cü dərs: Həsəd Ey əziz qadaş, həsəd etmə! Həsəd edən insan dünya və axirətdə şiddətli əzaba düçar olar, qəm və ağrılar içində yaşayar. Əgər diqqətlə nəzər yetirsən görərsən ki, həsəd edən Rəbbinə qarşı inkara qalxmışdır. Sanki o, insanların xeyir və zərərinə özünü alim, Allahı isə cahil hesab edir. Bu düşüncədən Allaha pənah aparırıq! Hər iki etiqad küfr və inaddır. Hər ikisi həsəd edən insan üçün bəladır. Həsəd aparan olmaqdansa, qoy sənin həsədini aparsınlar. Həsəd aparan insanın əməl tərəzisinin yaxşı əməllər tərəfi yüngül, həsədi aparılan insanınkı isə ağır olar.
|
25-ci dərs: İnsanları təhqir etmək Ey əziz qardaş, Allah bəndəılərindən heç kəsi təhqir etmə və heç kəsə tənə vurma! Rəsulullah (s) buyurub: Hicab arxasında mənə vəhy nazil oldu: Ey Muhəmməd, kim mənim vəlimlə ədavət etsə, Mənimlə ədavət edər. Kim mənimlə ədavət etsə, Məndə onunla ədavət edərəm" ("Səfinətul-Bihar" c.2, "Muharabətul-əvliya" bölməsi) Deməli möminin vəzifəsi bütün insanlara hörmət etmək və onları əzizləməkdir. xüsusilə də elm, fəzilət, iman və təqva sahiblərini, qocaları, saqqalını İslam yolunda ağardanları və seyidləri. ("Mustədrakul-vəsail" c.12, səh.376)
|
26-cı dərs: Zülm Ey əziz qardaş, Allah bəndələrinə zülm etməkdən çəkin! Bütün insanlar bunun qəbahətli olduğunu bilir. Qurani-Kərim zalımlara Cəhənnəm vədəsi verərək onları lənətləmiş, hədislər isə onları pisləyərək hədələmişdir. (Allah Qurani-Kərimdə buyurur:" Allah zalım qövmləri hidayət etməz".) Rəvayətdə deyilir: "Bir saat zülm Allah yanında 60 il günahdan daha pisdir" ("Mişkətul-Ənvar" Təbəsi, səh.321) Allah Qurani-Kərimdə buyurur:
وَاللَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ
<
...
Read more »
| | |