İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2012 » October » 29 » Islamda evlənmə və ailə hüququ-1
    8:08 AM
    Islamda evlənmə və ailə hüququ-1

    ON SƏKKİZİNCİ FƏSİL
    EVLƏNMƏDƏ VASİTƏÇİ OLMAĞIN FƏZİLƏTİ


    İslam–qarşılıqlı kömək və məsuliyyət dinidir. Onun bütün ardıcılları bir-birinin ətrafına yığışmış böyük bir ailə kimidir, elmi, ictimai, iqtisadi, səhiyyə və s. kimi imkanlar qarşısında məsuliyyət daşıyırlar. Həzrət Peyğəmbərin göstərişinə müvafiq olaraq bütün bu fərdlər bir bədənin müxtəlif üzvləri kimi biri-biri ilə sıx əlaqədə olmalı, onların bir-biri ilə olan münasibətləri və əlaqələri günəşin şüalarının günəş ilə olan əlaqələrindən daha möhkəm olmalıdır.”[241]

    Buna əsasən, bütün insanlar, hətta hakimiyyət orqanları insanların istər evlənmədə, istərsə də sair işlərdəki müşküllərini həll etməkdə həmrəylik hissi keçirməli, mümkün olan qədər həmkarlığı əsirgəməməlidirlər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hər kəs müsəlmanların barəsində fikirləşmədən sübh etsə, həqiqi müsəlman deyil.”[242]

    Bu və bu kimi onlarla hədis sadəcə quru təklif xarakteri daşıya bilərmi?! "örəsən Peyğəmbər (səlləllahu əleyhi və alih) və sair Məsum imamlar bu kəlamı buyuranda özləri ciddi deyildilərmi?! "örəsən onların bütün var-qüvvəsi ilə camaata xidmət etməyə çağırdıqları yol bizim üçün ibrət dərsləri deyilmi?!

    İslami hədisləri və bu barədə olan kəlamları araşıdırmaqla məlum olur ki, bütün imkanlı insanlar yoxsulların çətinliklərini aradan qaldırmaqda, o cümlədən, subayların evlənmədə əsaslı rol oynamalıdır. Bu iş onlar üçün çoxlu savablar gətirəcəkdir.

    Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Ən yaxşı vasitəçilik iki nəfərin arasında vasitə olub onları evləndirməkdir, ta ki, Allah taala onları bir yerə yığsın.”[243]

    Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

    "Hər kəs öz mal-dövləti ilə çalışıb bir subay şəxsi evləndirsə, Allah qiyamət günü ona rəhmət nəzərləri ilə baxacaqdır.”[244]

    Həzrət başqa bir hədisdə buyurur:

    "Hər kəs iki nəfərin evlənməsinin müqəddimati işlərini hazırlasa, allah taala onu behişt qadınları (hurul-eyn) ilə evləndirər. Onun bu yolda götürdüyü hər bir qədəm, danışdığı hər bir kəlam müqabilində Allah ona bir ilin ibadətini mərhəmət edər.”[245]

    Bu hədsilər başqalarının evlənməsində göstərilən səylərin mükafatını göstərir. Başqa hədislərdə var ki, bu kimi şəxslərin yerini "Firdovs” cənnətləri olmasını, habelə peyğəmbərlər və onların canişinləri ilə bir yerdə olmağı xatırladır. Bu mühüm işdə təfriqə salıb, ayrılmağa səbəb olanlar isə lənətlənmişdir.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hər kəs ər-arvad arasında ayrılığa səbəb olarsa, Allahın dünya və axirətdəki lənəti və qəzəbi ona olar.”[246]

    Bəzi şəxslərin şər əməlləri və həvayi-nəfsi o qədər təhlükəlidir ki, təcrübəsiz və qafil cavanları ayrılığa, ailələrin dağılmasına təhrik edir, cəhənnəm odunu və Allahın qəzəb şölələrini özləri üçün hazırlayırlar. Bu div sifətli hiyləgər insanlar bilməlidirlər ki, ən azacıq insani sifətlərə belə malik olmayıb, insan cildində olan bir yırtıcıdır.

    Burada yaxşı olar ki, yoxsullarla həmdəmlik, onların barəsində məsuliyyət hissi barədə bir hadisəni qeyd edək. Həzrət İmam Musa ibni Cəfər (əleyhissalam)-ın xüsusi şiələrindən biri olan Əliyyibni Yəqtin o Həzrətin icazəsi ilə Harunər-rəşidin sarayında vəzir işləyirdi. İbrahim Cəmmal adlı bir yoxsul şiə öz ehtiyaclarını təmin etmək üçün onun yanına gəldi. Amma çox təəssüflə Əliyyibni Yəqtin onu lazımınca qarşılamadı. Həcc mövsümü yaxınlaşanda, Əliyyibni Yəqtin Allah Evini ziyarət etmək üçün yola düşdü. Əvvəlcə Bağdaddan Mədinəyə gedərək İmamın hüzuruna çatdı. Amma Həzrət öz evinin qapısını onun üzünə açmadı. Əliyyibni Yəqtin küçədə heyran və sərgərdan qaldı. O, Həzrətdən qapını nə üçün açmadığını soruşduqda Həzrət cavab verdi ki,

    "Allah sənin əməllərini, nə qədər ki, İbrahimi özündən razı salmamısan, heç vaxt qəbul etməyəcəkdir.”[247]

    Bu sözdən sonra Əliyyibni Yəqtin Mədinədən birbaşa İbrahimin qapısına gəlib dedi: "”əl ayaqlarını mənim üzümə qoy, ta ki, bir daha belə bir səhvə yol verməyim, yoxsulu və mərhumu öz evimdən əliboş, naümid qaytarmayım!” İbrahim əvvəldə bu işə razı olmadı, nəhayət, Əliyyibni Yəqtinin israrı ilə ayaqlarını onun üzünə qoydu. Əliyyibni Yəqtin həmişə deyərdi: "İlahi, Pərvərdigara, Özün bu işə şahid ol!”

    O, İbrahimin razılığını cəlb etdikdən sonra yenidən Mədinəyə yollandı. Məhz bundan sonra İmam ona ehtiram etdi.

    Bu məsələnin ümumi bir hadisə olub evlənmə məsələsinə dəxli olmamasına baxmayaraq, eyni zamanda mühüm və əzəmətli bir ibrət dərsidir: məsuliyyətli, iftixarlı və dindar bir şəxs fəqirin istəklərinə diqqət yeirməsə, ehtiyaclarını aradan qaldırmasa, İmamın şiddətli tənələrinə məruz qalır, Allah-taala da onun əməllərini qəbul eləmir. Əgər bu hədislərin ciddi yönləri olmasaydı və sırf şəkildə əxlaqi yönlərə malik olsaydı, İmamın tərəfindən o cür ruhi cəza, danlaq (və əməllərin qəbul olunmaması onun razılığını əldə etmədən) nə məna daşıyardı?
    YOXSULLARI EVLƏNDİRMƏKDƏ HÖKUMƏTİN VƏZİFƏSİ

    İslam hökumətində hakimiyyət haqqı yalnız Peyğəmbərə və haqq imamlara malik olduğundan, onların hali-həyatda olmadığı və ya qeybdə olduğu bir vaxtda onların nümayəndələri arasında ən layiqli şəxs bu məsuliyyətli işi qəbul etməlidir. Belə bir şəxs Allahın əmr və fərmanlarına müti olmalı, o Məsum rəhbərlərin yolunu getməlidir. Cəmiyyətin hakiminə və rəhbərinə vacibdir ki, öz ardıcıllarına, xüsusilə yoxsul və fəqirlərə qarşı ən mehriban və ürəyiyanar olsunlar. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) dərin bir mənalı hədisdə buyurur:

    "İmamət və rəhbərlik işi ali-insani sifətlərə malik olub, camaata qarşı mehriban ata kimi olan bir kəsdən başqası üçün caiz deyildir.”[248]

    Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) xüsusi bir məktubda Malik Əştərə yazır ki, "camaata qarşı öz övladlarına nəvazişlə yanaşan, qayğı göstərən mehriban ata-ana kimi ol və onların müşküllərinə, çətinliklərinə qarşı etinasızlıq etmə.”

    Başqa bir məktubda cəmiyyətin rəhbərliyini öhdəsinə alan bir şəxsin vəzifələri barədə belə buyurur:

    "Aya mənə sadəcə möminlərin əmiri desələr, amma mən camaatın dərdlərinə, çətinliklərinə əlac eləməsəm, onlarla şərik olmasam, bu işlə qane olarammı?”[249]

    Bu hədislər və kəlamlar göstərir ki, camaatın rəhbəri gərək cəmiyyət fərdlərinin çətinliklərini imkan daxilində aradan qaldırsın, qəmlərində onlarla birgə, dərdlərində şərik olsun.

    İndi isə evlənmə məsuliyyəti barəsində bir neçə hədisi diqqətinizə çatdırırıq. İmam Sadiq (əleyhissalam) buyurur:

    "İstimna əməlinə mürtəkib olan bir şəxsi Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın hüzuruna gətirdilər. Həzrət onun barəsində İslami cəzanı icra etdikdən sonra evlənmə xərclərini müsəlmanların beytül-malından (ümumxalq büdcəsindən) verib onu evləndirdi.”[250]

    Əgər bu və bu kimi hədislərə diqqətlə nəzər salsaq, görərik ki, bu ali insanlar günahın amili ilə mübarizə apararaq onun kökünü kəsirdilər. Çünki istimnaya əl atmaq həyat yoldaşı olmamasından irəli gəlir. Həyat yoldaşı olan bir şəxs əxlaqi və cinsi inhiraflara, pozğunluqlara düçar olmaz. Əmirəl-möminin (əleyhissalam) müsəlmanların ümumi büdcəsindən yoxsul bir cavanın evlənməsinin müqəddiməsini hazırlayır ki, o əbədi olaraq bu günahdan amanda qalsın. Əksər hallarda bu müqəddəs işlərlə subayları bu acı həyat tərzindən xilas etmişdir. Belə ki, bir şəxs Həzrət Peyğəmbərin hüzuruna gəlib ərz elədi: Mən ağır bir cinsi böhran, həyəcan keçirirəm. Mənim çarəm nədir? Peyğəmbər (səlləllahu əleyhi və alih) ona yol göstərdi, onun ehtiyaclarını təmin edə biləcək bir qadına tanıtdırdı və o kişini öz istəyinə çatdırdı.[251]

    Bu hədisdə daha çox diqqət mərkəzində olan məsələ budur ki, o kişi cinsi çətinliklərini və onun keyfiyyətini Rəsuli Əkrəmə açıqlayır. Bu hədis göstərir ki, Peyğəmbər və müsəlmanların o həzrətdən sonrakı həqiqi rəhbərləri çarəsizlərin və dərdi olanların dərdlərinə qarşı ata-anadan da çox can yandırır. Çünki cavanlar belə şeyləri hətta öz valideynlərinə belə açıb deyə bilmirlər. Bu mətləbin sonunda evlənmə barəsində olan bir İslami hekayəni diqqətinizə çatdırırıq. Mədineyi-münəvvərədə yoxsul və fəqir müsəlmanların evi-eşiyi olmadığına görə bir yerdə çadır qurub yaşayırdılar. Onlara "əshabi-süffə” deyirdilər.[252] "ünlərin birində Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) onlara baş çəkmək üçün gəldi. Cüveybir adlı bir nəfər ilə rastlaşdı, əhvalını soruşdu və sonra ona evlənməsini təklif edərək soruşdu: "Nə üçün evlənmirsən? Əgər evlənsən, özünü cinsi narahatlıqlardan xilas edib dünya və axirət xoşbəxtliyini qazanarsan.” Cüveybir ərz etdi: "Ya Rəsuləllah, axı kim mənə gələr? Nə malım var, nə gözəlliyim və nə də layiqli ailəm.”

    (Həzrət İmam Baqir (əleyhissalam)-ın buyurduğuna görə Cüveybir qısa boylu, qara çehrəli, fəqir və çılpaq, çirkin qiyafəyə malik idi, nəsli də çox xoşagələn deyildi.)

    Peyğəmbər (səlləllahu əleyhi və alih) onu Ziyad ibni Vəlidin evinə göndərdi ki, qızı Zülfa üçün elçilik etsin, onun rifahını və sadətini təmin etsin.[253] İslam dünyaya və dünya xalqlarına əsl həyat dərsi verir ki, İslam hakimi və məsuliyyətli şəxslər imkan daxilində yoxsul subayların fikrində olmalıdır.

    Bu hədisdən aydın olur ki, Rəsuli Əkrəm və Məsum imamlarımız imkan daxilində kasıbların, yoxsulların sığınacaq yeri olmuşdur, onların ardıcılları da bu işi davam etdirməlidir. İran İslam Respublikasının Əsas Qanununda bu barədə belə yazılır: "Ailə–İslam cəmiyyətini təşkil edən kiçik vahid olduğuna görə, dörlət bütün qayda-qanunları, proqramları ailə təşkil edilməsinin asanlaşdırılması, onun müqəddəsliyinin qorunması və İslam əxlaq normalarına uyğun və ailə münasibətlərinin möhkəmləndirilməsi istiqamətində olmalıdır.

    Hakimiyyət sistemi yoxsulların ehtiyacını təmin edərək, onları evləndirməklə ailələrin müqəddəsliyini, əxlaqi münasibətlərini möhkəmləndirməli, onları qoruyub saxlamalıdır, İslamın zəngin mədəniyyətini bütün sahələrdə, xüsusilə ailə mühitində icra etməklə, inhirafçıların və fasid, mənfur əhval-ruhiyyəli şəxslərin hay-küylü təbliğatlarının qarşısını almalı, paklıq və təqvanı bütün ölkə proqramlarında təbliğ etməlidir.”

    Sabiq reqim dövründə fahişəlik, əyyaşlıq və sair əxlaqi eybəcərliklər günbəgün artırdı, fitnə-fəsada aludə olan qadınlar ictimai bir əngəl kimi bu ölkəni fəsada çəkmişdi. İşvəgərlik, fəsad, rəqqasəlik, iffətsizlik və sair üçün təşkil olunan məclislər o qədər geniş yayılmışdı ki, bir fəsad əhli-xanəndə və ya artist o günlərdə bir gecədə gördüyü bu mənfur əməllər müqabilində 25 min tümən alırdı.[254]

    Hələ də bu inhirafçı fikirlərin tör-töküntüləri bizim əziz cavanlarımızın qəlblərini yaralayır, ayıq vicdanları iztiraba salır. Ümidvarıq ki, İslam dövləti İslam mədəniyyətini bütün yönlərdə və sahələrdə təkcə ölkə daxilində deyil, həm də sair İslam ölkələrində icra edilməsinə çalışsın, ailənin müqəddəsliyini qoruyub saxlasın, onların qəlblərini qəflət yuxusundan oyatsın.
    ON DOQQUZUNCU FƏSİL
    EVLƏNMƏYƏ ƏHƏMİYYƏT VERMƏK

    Allah insanın ictimai və fərdi məsləhətlərinin həyata keçməsi üçün onun daxilində bəzi qərizələr yaratmışdır. Bu qərizələrdən biri özünü sevməkdir ki, onun vasitəsi ilə daha çox mənfəət kəsb etmək, ziyanları dəf edib qabağını almaq fikrində olur. Maddi mənfəətlərin ayırd edilməsi aydın, hiss edilən və asan olduğundan, adətən, insanlar onları cəzb etmək üçün hərislik göstərir, bir-biri ilə rəqabətə girişir, mübarizə aparırlar. Amma mənəvi və axirət mənfəətini ayırd etmək camaatın əksəriyyəti üçün aydın olmadığından, ona qarşı çox da rəğbətli olmayıb bu məsələ barəsində müsbət reaksiya göstərmirlər.

    Müqəddəs İslam dini bu çatışmamazlığı və nöqsanı aradan qaldırmaq üçün öz ardıcıllarına öz mənəvi və həqiqi səadətlərini, xoşbəxtliklərini xatırladır:

    "Öz axirət işlərinizdə sürət götürün, layiqli əməllərinizlə Allahın bəxşiş və rizasını əldə etməyə səy göstərin.”[255]

    Başqa bir ayə:

    "Allahın məğfirət və razılığını cəlb etmək üçün bir-birinizlə yarışın və yaxşı əməllər görün.”[256]

    Bu ayənin Allahın xeyirli və məğfirət gətirən işlərdə qeydsiz-şərtsiz sürət etməyə səsləməsinə baxmayaraq təfsir və ədəb əhlinə heç də gizli deyildir ki, onların ən ali və bariz nümunələrindən biri də evlənmədə–bu müqəddəs işdə tələsməkdir. Əhli-beyt (əleyhimussalam)-ın kəlamları bizim bu müddəamızı qüvvətləndirir və evlənmə işində tələsməyi tövsiyə edirlər. İmam Sadiq (əleyhissalam) buyurur:

    "Kişinin səadətlərindən bir də budur ki, öz qızını, heyz qanı görməmiş bəxt evinə göndərsin (ərə versin).”[257]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Kişinin xoşbəxtliklərindən, səadətlərindən biri də budur ki, qızını heyz qanı görməmiş ərə versin.”[258]

    Həzrət başqa bir hədisdə buyurur:

    "Cəbrəil Allah tərəfindən mənə xəbər gətirdi ki, qızlar ağacın meyvələri kimidir, əgər onlar vaxtında dərilməsələr, günəş şüası və küləklər onları xarab edəcəkdir.”[259]

    Qızlar da məhz belədir. Onlar ərsəyə çatanda, ərə verməkdən başqa bir çarə yolu yoxdur. Əgər onların bu ehtiyaclarına lazımınca diqqət yetirilməzsə, fəsada, əxlaqi pozğunluğa və inhirafa sürüklənəcəklər. Çünki onlarda da cinsi qərizələr vardır.

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Kişinin xoşbəxtliyinə üç şey səbəb ola bilər: 1-”eniş ev, 2-Layiqli və əməli saleh həyat yoldaşı, 3-Qızının təbii ölümlə, yaxud ərə getməklə evindən çıxması.”[260]

    Bu hədis göstərir ki, qızlar nə qədər erkən ərə getsələr, onların xeyrinədir. Çünki bu işin məsuliyyətinə diqqət yetirməklə görmək olar ki, onların qorunub-saxlanması son dərəcədə çətindir və həmişə valideynin fikrini özünə məşğul edir. Çox hallarda ola bilsin ki, qəm-qüssələrinə də səbəb olsun. Digər tərəfdən də qızların vaxtında ərə getməmələri onların özlərini iztiraba salır, narahat edir, gələcək taleləri barəsində şəkdə, tərəddüddə, əksər hallarda iztirabda olurlar. Əgər Allah eləməmiş, lazımi təqva və agahlıqları olmasa, həvayi-nəfsə tabe olan səyyadların tələsinə düşər, özünün və ailəsinin heysiyyətini bada verər. Məhz bu səbəbdən İmam Sadiq (əleyhissalam) buyurur ki, qızın təbii ölümü və ya bəxt evinə getməsi atasını bu böyük məsuliyyətdən asudə edir.
    VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

    Qeyd edilən rəvayətlərdə valideynə xəbərdarlıq edilir ki, qızlarının evlənməsi məsələsinə səhlənkar yanaşmasınlar, onları bacardıqca tez ərə versinlər. Əgər qızları həddi-büluğun ilk çağlarında, heyz qanı görməmiş ərə versələr, bu halda bəzi suallar yaranır: o cümlədən, görəsən evdarlıq, ər saxlamaq və evin daxilindəki işləri idarə etmək məsuliyyətinin öhdəsindən layiqincə gələ biləcəklərmi? Və görəsən, həyat yoldaşlarının vəzifələrinə diqqət yetirməklə onların bu ağır vəzifələrini yerinə yetirmək müqabilində cismi və ruhi hazırlıqları varmı? Aya, ərin qohum-əqrəbaları ilə davranış tərzini öyrənibdirmi? Təcrübə və ruhi tərbiyə cəhətindən elə bir mərhələyə çatıbdırmı ki, ər evində yaranacaq çətinliklərə, çatışmamazlıqlara tab gətirsin? Habelə, görəsən, onlar ərlərinin qarşılaşdığı çətinliklərdə onlara köməkçi olub övladları gözəl tərbiyə etməyə hazırdırlarmı?

    Qızların ərə getməsi məsələsində yaranan bu və bu kimi yüzlərlə sual diqqət mərkəzində olmalı, qızlara ata evində tamamilə təlim verilməli, ərinin həyat işlərini idarə etməkdə və evdarlıqda lazımi qədər hazırlamaq lazımdır ki, Allah eləməmiş, onların evlənməsi valideynlərin əlavə problemlərinə gətirib çıxartmasın. Əgər qızlar cismi və ruhi cəhətdən tam hazırlıqlı olmasalar, onları ərə verməkdə tələsmək, şübhəsiz ki, zərərlidir və sonradan peşmançılığa gətirib çıxardar. Qeyd olunan hədislər bir qanun kimi olub həmişə və hər yerdə hamı üçün yeknəsəq deyil, əksinə, mövcud mühit, şərait, mədəniyyət və şəxslərin inkişaf səviyyəsi, cismi və mədəni qüdrəti və ailələrin məsuliyyətləri tamamilə fərqlidir. İndi isə sizin diqqətinizi iki rəvayətə cəlb edirik ki, eyni bir məsələnin ayrı-ayrı dövrlərdə müxtəlif hökmlərə malik olduğunu göstərir.

    Bildiyimiz kimi, İslam şəriətində bəzi günahlar üçün müəyyən cəza tədbirləri təyin edilmişdir. Əgər bir kəs bu işləri görərsə, onun barəsində hədd (cəza tədbiri) icra olunur. Məsələn, subay olan bir şəxs, Allah eləməmiş, zina edərsə, yüz şallaq zərbəsi vurulur, əgər evli olarsa, həm də həyat yoldaşı ilə istədiyi vaxt yaxınlıq etmə imkanına malik olarsa, bu halda belə şəxsi, qadın və ya kişi olmasından asılı olmayaraq, daş-qalaq edirlər. Bu dini hökm "Nur” surəsinin 2-ci ayəsi ilə İslami hədislərin birgdə təfsirindən əldə edilir.[261]

    İslamın ilk çağlarında zina əməlinə mürtəkib olan qadınlar evdə əbədi həbs cəzasına, kişilər isə əbədi zindana məhkum edilirdilər. "Nisa” surəsin 15-ci ayəsində buyurulur:

    "Əgər qadınlarınız zina əməlinə mürtəkib olsalar, dörd nəfər adil kişi şahid gətirin. Əgər onlar şəhadət versələr, o qadınları əcəlləri çatan vaxta qədər erdə həbs edin, ta ki, Allah onlar üçün bir çıxış yolu qərar versin.”

    Allah bu ayənin hökmünü başqa bir ayədə qüvvədən salaraq (nəsx edərək) onun yerinə başqa bir hökm təyin etmişdir. Deməli, bu və buna oxşar ayələrdən məlum olur ki, bəzi dini göstərişlər heç də həmişəlik olmayıb müəyyən zaman keçdikdən sonra dəyişilir.

    Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-dan nəql olunan rəvayətdən məlum olur ki, üzdə və başda ağaran tüklərə həna qoyub rəngləmək Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in dövründə, o Həzrətin göstərişinə əsasən, müstəhəb bir əməl idi, hansı ki, Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) ömrünün axırında mübarək saqqalının ağarmasına baxmayaraq, həna qoymurdu. Bu işin səbəbləri barədə sual olunduqda, buyurdu: "Peyğəmbərin göstərişi elə bir dövrə məxsus idi ki, müsəlmanların sayı çox az idi, onların arasında qocalar da var idi. Həzrət düşmənin İslam qoşununun qoca kişilərdən ibarət olduğunu təsəvvür etməməsi və bu yolla da ruhiyyələrinin güclənməməsi üçün bu göstərişi vermişdi. Amma bu günlərdə müsəlmanlar artaraq dünyanın çox yerinə yayılmışdır və həmin hökmün icrasına ehtiyac duyulmur. Hər kəs istəsə o göstərişə əməl edə bilər, istəməsə də əməl etməyə bilər.”[262]

    Deməli, bu Qurani kərim hökmü və Peyğəmbər sünnətinə diqqət yetirməklə, evlənmədə tələsməyə dəlalət edən hədislərin müəyyən şərtlərlə bağlı olduğunu hökm etmək və belə nəticə almaq olar ki, hərgah müəyyən bir şəxs üçün evlənmənin şərtləri hasil olarsa, yaxşı olar ki, evlənməkdə tələssin. Şəkk yoxdur ki, bu şərtlərin mövcud olduğu zaman müəyyən məsələlərin övlada öyrədilməsində ata-analar məsuliyyət daşıyırlar.
    QADINLARIN CİNSİ QƏRİZƏLƏRİ

    Bu fəsildə gələn hədislərə diqqət yetirməklə qızların ərə verilməsində tələsməyin səbəbini və nə üçün qızlar barəsində bu qəbildən olan rəvayətlərin oğlanlardan daha çox tövsiyə olunduğunu araşdırmaq istəyirik. Aydındır ki, əgər müəyyən şərtlər daxilində evlənmə vacib bir əməl olmasa da, şübhəsiz ki, təkidli İslami bir əməl, Peyğəmbərin göstərişi, yaxşı əməl nümunələrindən sayılır. Buna görə də qızlar və oğlanlar ilk münasib fürsətdə bu ilahi göstərişə əməl etməlidirlər. Amma qızlara gəldikdə isə, bilməlidirlər ki, onlar gələcək nəsil üçün anadırlar və cəmiyyətin təzə nəsli onların qucağında təlim-tərbiyə görəcəklər. Məhz bu qızlar gələcək övladlar üçün iffətli və pak mürəbbidirlər. Buna əsasən, onların özləri cəmiyyətin yarısından çoxunu təşkil etmələri ilə yanaşı, yumşaq və məhsuldar torpaq kimi millətin övladlarını ruhi aramlıq və cismi qüdrətlə, habelə heç bir əxlaqi inhiraf olmadan böyüdərək cəmiyyəti daha artıq təkamülə yetirməlidirlər. Daha mühüm məsələ budur ki, qızların təbii cəhətdən oğlanlardan tez həddi-büluğa çatdıqlarına və nəticədə bu onlarda cinsi qərizələrin və şəhvət qüvvəsinin oğlanlardan daha tez baş qaldırdığına baxmayaraq, onların həya və iffətləri möhkəm bir qıfıl kimi onların cinsi qərizələrini cilovlayır, ona nəzarət edir. Belə olduqda onların evlənməsini sürətləndirmək həmişə iffətli və həyalı olmalarına zəmin yaradır.

    Həzrət Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:

    "Allah şəhvət üçün on dərəcə yaratmış, onun doqquzunu qadınlarda, birini isə kişilərdə qərar vermişdir.”[263]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Həqiqətən Allah taala bir qadın üçün on kişinin səbri qədər səbir əta etmişdir. Amma əgər şəhvətləri təhrik olunarsa, şəhvətləri kişilərin şəhvətindən on qat artıq olur.”[264]

    Həzrət yenə buyurur:

    "Qadınlar cinsi yaxınlıqdan ləzzət almaq baxımından 99 pay, kişilər isə yalnız bir paydan bəhrələnmişlər. Amma Allah iffət və həya pərdəsini onların üstünə atmışdır (onlara hakim etmişdir).”[265]

    Bu hədislər qadınlarda cinsi qərizələrin kişilərdən üstün olduğunu göstərir və bu qərizənin cilovlanması amilini də bəyan edir. O da qadınlarda həya və iffətdir. Əgər Allah eləməmiş, qadın və qızların həyası, iffəti olmazsa, çoxlu fəsada, rüsvayçılığa səbəb olacaq, onların mədəniyyətlərini süquta, inhirafa çəkəcəkdir. Onun nümunəsi hal-hazırda qeyri-İslami və qərb ölkələrində aydın surətdə müşahidə edilməkdədir.
    İYİRMİNCİ FƏSİL
    ƏXLAQ VƏ İMAN ƏSASINDA EVLƏNMƏ

    Layiqli və əməlisaleh həyat yoldaşı Allahın əta etdiyi ən böyük nemətlərdən biridir. Bu böyük nemət ailələrin səadəti və xoşbəxtliyi, müxtəlif sahələrdə inkişaf, tərəqqi amili, qəlbin aramlığı, övladların və pak nəslin düzgün tərbiyəsinə səbəbidir.

    Dindar və agah şəxslərdən biri deyirdi ki, onun qızı evlənmə həddinə çatmışdı, amma qızı üçün ər tapmaqda təlaş hissi keçirirdi. Buna görə də Allahdan imdad diləmək üçün Məşhəd şəhərinə gedir və o müqəddəs ziyarətgahda hacətini Allahdan istəyir. Qayıtdıqdan sonra dindar və ədəbli və mərifətli bir şəxs qızının elçiliyinə gəlir və bu müqəddəs iş baş tutur. İmam Riza (əleyhissalam)-ın şərif və bərəkətli qəbrinin kənarında edilən duanın gözəl əsərini öz gözləri ilə müşahidə edir.


    İslam hədisləri həyat yoldaşı seçməkdə bizə yol göstərərək onun gözəl əxlaqını və dindarlığını evlənməyin əsas şərti hesab edir. İmam Sadiq (əleyhissalam) buyurur:

    "Sizlərdən biri evlənmək istəsə, iki rəkət namaz qılıb Allaha həmd etsin, sonra Ondan istəsin ki, əmanətdar, iffətli, dindar, təvazökar və insanın namusunu, sirlərini qoruyub saxlayan bir həyat yoldaşı qismət eləsin.”[266]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hərgah sizin yanınıza dindarlığını və xasiyyətini bəyənib razı olduğunuz bir şəxs elçiliyə gələrsə, qızınızı ona verin, əks halda, əgər bu işi etməsəniz, yer üzündə fitnə-fəsad yayılacaqdır.”[267]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Bir kişi Peyğəmbərin yanına gəlib evlənmək barəsində ondan məşvərət istədi. Həzrət buyurdu: Təqva və dəyanət əhli olan (dindar) bir kəslə evlən.”[268]

    Həzrət insanın özünə münasib həyat yoldaşı seçməsi barəsində buyurur:

    "Münasib həyat yoldaşı o kəsdir ki, iman nəticəsində həyalı olsun, həyat və məişətini dolandıra bilsin.”[269]

    Bu İslami rəvayətlər öz ardıcıllarına evlənmə məsələlərində yol göstərir, hər növ tələbkarlıq etməkdən və özünü yüksək tutmaqdan uzaqlaşdırır. Çünki onun nəticəsi fahişəliyin və fəsadın yayılmasıdır. Əgər bir kəs əxlaqlı və İslama etiqadlı olub öz məişətini idarə edə bilsə, bu halda evlənmə üçün layiqlidir.
    ŞƏHVƏT VƏ MADDİYYAT ƏSASINDA OLAN EVLƏNMƏ

    Həvayi-nəfs, məqam, şan-şöhrət, mal-dövlət və sair kimi sonu peşmançılıq gətirən şeylər əsasında olan evlənmə qeyri-məntiqi və yersiz baş verdiyinə görə, kiçik bir maneə ilə rastlaşanda, dağılmağa doğru gedir. Mal-dövlət sahibi olan bir qadın əgər lazımi dəyanətə, təqvaya malik olmazsa, öz mal-dövlətini ərinin üzünə çəkib ona vicdan əzabı verər, bu da kəskin ixtilafa, bəzi hallarda isə ayrılığa səbəb olur. Həmçinin, gözəl bir qadının kifayət qədər təqvası olmasa, insan sifətində olan fasid, pozğun və əyyaşların tələsinə düşəcək və ərinin vicdanını narahat edəcəkdir. Amma dindar, əxlaqlı, iffətli və təqvalı şəxslərlə evlənmənin nəticəsi səadət, xoşbəxtlik və ruhi aramlıqdır, çünki belə qadınlar öz həyat yoldaşı ilə razılaşaraq işlərdə ona kömək edir, övladlarını yaxşı tərbiyə edir, öz ərinin maaşına qane olub, həyat xərclərində də qənaətcil olur. Əgər həyat yoldaşının gözəllik və s. kimi xüsusiyyətlərində çatışmamazlığı olarsa, öz dindarlığı və əxlaqı ilə onu görməməzliyə vurur. Buna görə də hədislərdə gəlmişdir ki, şəhvət və maddiyyat əsasında olan evlənmənin axırı peşmançılıqdır.

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Əgər bir kişi, bir qadınla, onun gözəlliyinə və mal-dövlətinə məftun olub evlənərsə, ondan bəhrələnməz. Amma əgər evlənmə din və təqva əsasında olarsa, Allah ona gözəllik və mal-dövlət əta edər. Çünki o, din və mənəvi amillər sayəsində ərinin razılığını əldə edir.”[270]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Əgər bir kişi, bir qadının mal-dövlətinə tamah salaraq onunla evlənsə, Allah o kişini o mal-dvlətə həvalə edər. Hər kəs bir qadının gözəlliyinə görə onunla evlənərsə, o qadında xoşa gəlmədiyi şeyləri görər. Hər kəs bir qadınla, onun dininə görə evlənərsə, Allah bütün bu şeyləri ona mərhəmət edər.”[271]

    Burada maraqlı bir hadisəni təqdim edirik: Müqəddəs və pak insanlardan birinə məna aləmində ilham olundu ki, sənin üç istəyin qəbul olunacaq. Allahdan hər nə istəyirsən, istə. Bu dindar kişi həmişə öz arvadı ilə müştərək və anlaşma şəraitində olduğuna görə, bu məsələni onunla müzakirə etdi. Arvadı dedi ki, Allahdan istəsin ki, onu öz dövrün ən gözəl qadını etsin. Təqvalı kişi bu istəyi Allahdan dilədi və duası da qəbul olundu: həyat yoldaşı öz əsrinin ən gözəl qadınlarından oldu, amma qaçaq-quldurlar, əyyaşlar və lotular o qadına tamah saldılar. Digər tərəfdən də o tutumsuz qadın öz qüruruna arxalanıb özünü üstün saydı, qoca və fəqir ərini bəyənmədi, ona əziyyət verməyə başladı. Əri onun bu əziyyətləri səbəbi ilə qarğış etdi, nəticədə qadın məsx olub it sifətinə düşdü. Bu hadisəyə tamaşa edənlər o arvadın uşaqlarını məsxərəyə qoyurdular. Onlar da ağlaya-ağlaya atalarının yanına gəlib dedilər ki, Allahdan istəsin ki, analarını ilk vəziyyətinə qaytarsın. O pak qəlbli kişi özünün üçüncü arzusunu izhar etdi və Allah onun arvadını əvəlki vəziyyətinə qaytardı.[272]

    Bu hadisədən belə anlamaq olur ki, var-dövlətli və gözəl insanlarla ailə qurmaq əgər onlara İslami əxlaq, təqva və dindarlıq hakim olmazsa, şəksiz sonu peşmançılıqla qurtaracaqdır.
    HƏYAT YOLDAŞI SEÇMƏKDƏ EHTİYAT

    İslam dini həyat yoldaşı seçməyə son dərəcə diqqət yetirmiş, öz ardıcıllarına kifayət qədər bu məsələyə riayət etmələrini tövsiyə etmişdir. Evlənmədə nikah əqdi iki tərəfli olduğuna və onu pozmağın çətin olduğuna görə demək olar ki, bu əqd səbəbi ilə hər kəs özünü zəncirləyir, həmişəlik bəndə salır. Diqqət yetirməlisiniz ki, həyat yoldaşı seçməklə hansı növ zəncirlə özünüzü bağlayırsınız. Bu cəhətdən ər və arvad, onların ata və anaları bu həyati və müqəddəratı həll edən işdə çox ayıq olmalı, dinsiz, təqvasız, xüsusilə şərab içənlər ilə qız alıb verməsinlər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Qızın valideynləri bilməlidirlər ki, qızlarını ərə verməklə onları başqalarının ixtiyarına keçirirlər. Deməli, diqqət yetirməlidirlər ki, öz övladlarını kimlərin ixtiyarında qoyduqlarını bilsinlər.”[273]

    İmam Sadiq (əleyhissalam) xatırladır ki, kişilər həyat yoldaşı seçməklə həqiqətdə öz boyunlarına bir zəncir salırlar. Deməli, həyat yoldaşı seçməkdə diqqət etməlidirlər.”[274]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Bataqlıq və üfunətli yerlərdə göyərən "yaşıl bitkilərdən” uzaq olun.” Soruşdular ki, ya Rəsuləllah, yaşıl bitkilər nədir? Həzrət cavab verdi: "Məqsədim o qadınlardır ki, zahiri nəzərdən gözəl olub amma pis ailələrdə tərbiyə olunmuşlar. Onlar həyat yoldaşı olmaq üçün heç də münasib deyillər.”[275]

    Həzrət yenə buyurur:

    "Əgər şərab içən şəxs xəstələnsə, onun əyadətinə (görüşünə) getməyin; əgər sizə elçiliyə gəlsə, ona qız verməyin.”[276]

    "ördüyünüz kimi, bu rəvayətlər bizə öyrədir ki, naxələf, alçaq sifət insanlarla mümkün qədər qohum olmaqdan uzaq olaq, o şəxslərlə evlənməyin öz övladlarımızdakı, habelə, ictimaiyyətdəki, ailədəki əxlaq və ədəblərinin zərərli əsərlərini, təsirlərini nəzərə alaq, onun vahiməli, acınacaqlı aqibətinə düçar olmayaq. Bu fəslin axırında layiqli qadınların təxminən bütün səciyyəvi xüsusiyyətlərini və müsbət xasiyyətlərini ehtiva edən bir hədisi xatırladırıq. Cabir ibni Əbdüllah Ənsari deyir: Bir gün səhabələrlə birlikdə Həzrət Peyğəmbərin yanında oturmuşduq. Qadınların xüsusiyyətləri barəsində bəhs edərkən Həzrət buyurudu: "Ümmətimin ən yaxşı qadınlarını sizə tanıtdırımmı?” Ərz etdik ki, bəli, ya Rəsuləllah! Həzrət buyurdu:

    "Ən yaxşı qadınlar onlardır ki, çox doğan (nəsildən) və mehriban, hicab və iffətdə kamil olsunlar, öz ailələrində ehtirama layiq görülsünlər, əri qarşısında təvazökar olsunlar. Onlar yalnız öz ərləri qarşısında bəzənərlər, amma yadların, naməhrəmlərin nüfuz dairəsindən xaricdirlər. Öz ərlərinə itaət edər, xəlvət vaxtlarda (ərləri onlarla yaxınlıq etmək istədikdə) özlərini onlara təslim edər, ərinin istədiyi şeyi heç vaxt əsirgəməzlər. Allah belə qadınları bütün möminlərə nəsib etsin!”[277]


    [241]"Üsuli-kafi, 2-ci cild, səh.166

    [242]"Üsuli-kafi”, 2-ci cild, səh.163

    [243]"Rovzətull-müttəqin”, 8-ci cild, səh.111

    [244]"Vəsailüş-şiə”, 14-cü cild, səh.26

    [245]"Biharul-ənvar”, 103-cü cild, səh.221

    [246]"Cəvahirül-kəlam”, 29-cu cilz, səh.13

    [247]"Səfinətül-bihar”, 2-ci cild, səh.152

    [248]"Üsuli-kafi”, 1-ci cild, səh.407

    [249]"Nəhcül-bəlağə”, 45-ci məktub

    [250]"Vəsailüş-şiə”, 18-ci cild, səh.574

    [251]"Vəsailüş-şiə”, 14-cü cild, səh.38

    [252]Qurani Kərim onları "Bəqərə” surəsinin 273-cü ayəsində mədh etmişdir.

    [253]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.17 və 122

    [254]O vaxtın pulu ilə bu çox böyük məbləğ idi.

    [255]"Ali-imran” surəsi, ayə:137

    [256]"Hədid” surəsi, ayə:21

    [257]"Fürui-kafi”, 5-ci cild, səh.306

    [258]"Vəsailüş-şiə”, 14-cü cild, səh.153

    [259]"Şərhi mən la yəhzür”, 8-ci cild, səh.112

    [260]"Vəsailüş-şiə”, 14-cü cild, səh.27

    [261]"Vəsailüş-şiə”, 18-ci ci cild, səh.346

    [262]"Vəsailüş-şiə”, 1-ci cild, səh.403

    [263]"Vəsailüş-şiə”, 14-cü cild, səh.40

    [264]"Fürui-kafi”, 5-ci cild, , səh.338

    [265]"Vəsailüş-şiə”, 14-cü cild, səh.40

    [266]"Cəvahirül-kəlam”, 49-cu cild, səh.39

    [267]"Vəsailüş-şiə”, 14-cü cild, səh.52

    [268]"Fürui-kafi”, 5-ci cild, səh.332

    [269]"Biharul-ənvar, 103-cü cild, səh.372

    [270]"Rovzətül-müttəqin”, səh.814

    [271]"Cəvahirul-kəlam”, 29-cu cild, səh.39

    [272]"Səfinətül-bihar”, 1-ci cild, səh.376

    [273]"Vəsailüş-şiə, 14-cü cild, səh.52

    [274]"Məanil-əxbar”, səh.47

    [275]"Səfinətul-bihar, 2-ci cild, səh.586

    [276]"Vəsailüş-şiə”, 14-cü cild, səh.53

    [277]"Biharul-ənvar”, 103-cü cild, səh.235

    Category: Islamda evlənmə və ailə hüququ-1 | Views: 1211 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024