Bəziləri müəyyən səbəblərdən sui-zənnə düçar olur, bədbinlik onlarda xasiyyətə çevrilir, kimsəyə etimad göstərmirlər. Bəzən isə insanda qeyri-təbii hallar baş verir. Məsələn, bir səhvə, bir nöqsana görə uzun illərin dostluğu qayçılanır, hətta xəyanətlərə yol açılır. Bu xüsusi cərəyan bais olur ki, insan təkcə o şəxsə qarşı yox, bəlkə hamıya qarşı etimadsız olsun. Hər halda xüsusi bir zərər, bir ruhi, psixoloji, iqtisadi, ictimai sıxıntı və ya ciddi bir narahatçılıq səbəb olur ki, insan özünə nəzarəti əldən versin, hamıya qarşı bədbin olub desin: hamı xaindir və bu dünyada k
... Read more »
"İnsan üçün ən böyük bəhrələrdən biri saleh, layiqli yoldaşdır. Yaxşılarla əyləş ki, onlardan sayılasan və pislərdən çəkin ki, onlardan hesab edilməyəsən.” ("Nəhcül-bəlağə”.)
«Haram yolla əldə olunan təam pis təamdır, zəifə edilən zülm ən çirkin zülmdür. Çirkin iş, adı kimi çirkin olar və çətinliklərə dözmək qəlbi pak saxlayar. Müdara (xoş keçinmə) sərtlik hesab olunan yerdə sərtlik müdaradır. Nə çox ki, dərman dərd ola, dərd dərman. Nə çox ki, nəsihət göznəlilməyən kəs nəsihət versin və nəsihət istənilən şəxs xəyanət etsin.» (... Read more »
«Qəlbini ədəblə pak və işıqlı et, necə ki, alovu odunla şölələndirirlər. Gecə odunçusu, sel üstə çör-çöp kimi olma! Nemətə qarşı nankorluq, naşükürlük alçaqlıqdır və cahillə yoldaşlıq bədbəxtlikdir.»(«Nəhcül-bəlağə».)
«Təcrübəni yadda saxlamaq ağıl və düşüncə nişanəsidir. Ən yaxşı təcrübə sənə öyüd verən təcrübədir. Yumşaq rəftar böyüklükdəndir. Qüssəyə batmazdan qabaq fürsəti qənimət say.» («Nəhcül-bəlağə».)
«Əzm və iradə uzaqgörənlikdəndir. Süstlük fürsətin əldən verilməsi səbəblərindəndir. Hər axtaran tapası deyil. Hər müsafir geri dönməz. Azuqəni zay etmək də bir zərərdir. Hər bir işin sonu var. Çox olsun ki, kiçik bir xeyir onun çoxundan üstün olsun. Qədərsiz köməkçi faydasızdır. Üzrün (düzəldiləsi səhvin) varsa, gecədən keçməyə qoyma. Helmə üstünlük verən böyük oldu. A
... Read more »
«Gözlə ki, tərslik və inadkarlıq miniyi dəlisov at kimi səni götürüb, fəlakət girdabına yuvarlatmasın! Bir günaha batdıqda onu tövbə ilə yumağa tələs!»
Əmirəl-möminin Əlinin (ə) öz oğlu imam Həsən Müctəbaya (ə) vəsiyyətinin bir hissəsini şərh və t
... Read more »
«Səni əmin, etibarlı bilən şəxsə hətta o xəyanət etsə də, sən xəyanət etmə! O sənin sirrini faş etsə də, səni onun sirrini açma! Daha çoxa çatmaq ümidi ilə özünü böyük təhlükəyə atma! Ruzi üçün çalış, həqiqətən, təyin olunmuş ruzi sənə çatasıdır. (Qazanc ardınca qaçan) Tacir özünü təhlükəyə atmışdır».(... Read more »
«Yaxşılıqla bağışla. Xalqla gözəl surətdə danış. Bu söz cəmiyyət üçün necə də hikmətlidir. Özün üçün istədiyini xalq üçün də istə. Özün üçün xoşlamadığını, onlar üçün də xoşlama. Az olar ki, birinə münasibətdə hövsələsizlik edib, salamat qalasan və ya ehsan edib peşiman olasan. Həqiqətən də, əhdə vəfa böyüklükdür. Üz döndərmək kin-küdurət nişanəsidir. Bəhanə axtarmaq xəsisli
... Read more »
«Dostunun düşməni ilə dost olma. Belə etsən, dostla düşmənçilik etmiş olarsan. Hiyləgərlik etmə, bu, alçaqların sifətidir. Qardaşına nəsihət verərkən-istər yaxşı, istər pis-səmimi, xalis, qərəzsiz ol. Ona daimi köməkçi, hara getsə yoldaş ol. Ona cəza arzulama, hətta ağzına torpaq da vursa. Düşməninlə ehsanla rəftar et, bu, qələbə üçün faydalıdır. Bəyənilmiş əxlaqla öz
... Read more »
«Bağlandıqdan sonra qırılmaq, qardaşlıqdan sonra cəfa, dostluqdan sonra düşmənçilik, sənə arxayın olana xəyanət və sənə etimad edənə hiylə gəlmək necə də pisdir. Qardaşından qırılmaq (uzaqlaşmaq) istəyəndə (geriyə dönməyə) yer qoy ki, əgər bir gün həqiqət aşkar olsa, (dostluğa) geri dönmək mümkün olsun. Sənə olan xoş gümanı (əməl ilə) təsdiq et. Qardaşının haqqını ona
... Read more »
«Səni istəməyənə bağlanma. Məbada, qardaşının dostluq əlaqələrini qırmaqda gücü sənin bu əlaqələri qorumaqdakı gücündən çox ola. Məbada, pislik qüvvən yaxşılıq qüvvəni üstələyə. Məbada, xəsislik əzminiz bağışlamaq əzmindən çox ola. Məbada, təqsir gücün fəzilət gücünü üstələyə. Məbada, zalımın zülmü gözünə böyük görünə. Çünki o bu zülmü ilə öz zərərinə və sənin xeyirinə
... Read more »
«Ruzi iki qismdir: birini sən axtarırsan, biri isə səni axtarır və sən onun ardınca getməsən, o sənin ardınca gələsidir. Bil ki, oğlum, dövran dəyişməkdədir. Məzəmməti ağır, xalq yanında üzrü az adamlardan olma. Ehtiyaclı olanda təvazö, varlı olanda sərtlik necə də pisdir».(«Nəhcül-bəlağə».)
«Həqiqətən, dünya həyatından faydan odur ki, öz axirət evini abad edəsən. Yerində infaq (yardım) et və başqaları üçün xəzinədar olma. Əlindən çıxan üçün ağlayırsansa, bütün əldə etmədiklərin üçün ağla».(«Nəhcül-bəlağə».)
«Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar. Çünki işlər bir-birlərinin oxşarıdır. Nemət sahibinə naşükür olma. Nemətə qarşı naşükürlük ən çirkin küfrdür. Üzrü qəbul edən ol».(«Nəhcül-bəlağə».)
«Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar. Çünki işlər bir-birlərinin oxşarıdır. Nemət sahibinə naşükür olma. Nemətə qarşı naşükürlük ən alçaq küfrdür. Üzrü qəbul edən ol».(«Nəhcül-bəlağə».)
«O adamlardan olma ki, yalnız məcbur edildikdə nəsihətdən bəhrələnirlər. Həqiqətən, aqil şəxs nəsihəti ədəblə qəbul edir, dördayaqlı isə yalnız qamçı ilə».
«İstər uca, istər alçaq məqamlı şəxs sənin haqqını tanıyırsa, onun haqqını tanı. Səbr və əminliyə könül verməklə, sorağına gəlmiş qüssələri özündən uzaqlaşdır».(«Nəhcül-bəlağə».)
«Orta həddi gözləməyən şəxs zülmə gedir. Qənaət insan üçün necə də xoş bəhrədir. İnsan üçün ən pis yoldaş həsəd və ümidsizliklə süslükdür. Xəsislik məzəmmət gətirər».(«Nəhcül-bəlağə».)