İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 23 » Əbədi öyüd (ikinci cild)
    8:38 AM
    Əbədi öyüd (ikinci cild)
    İYIRMI BEŞINCI DƏRS
    ZƏRƏRLI ICTIMAI ƏLAQƏLƏR
    "Sui-zənn və bədgümanlığa təslim olma ki, səninlə heç bir dost arasında sülh və səfaya imkan verməz.” (Nəhcül-bəlağə”.)
    Həzrət Əli (ə) öz vəsiyyətnaməsinin üçüncü hissəsində bir çox incə məsələləri qısa cümlələr vasitəsi ilə açıqlamışdır. Bu kəlamlarda çox uca mənalar mövcuddur və həmin mənalar bəşər düşüncəsini işıqlandırıb, doğru həyat yolunu göstərir. Əməl və düşüncədə bu göstərişlərə tabe olub, həmin yolda çalışmaq bizim öhdəmizə düşür.
    Söhbətin bu hissəsində Həzrət Əli (ə) bizi ünsiyyətin, yoldaşlığın əsas bəlalarından olan bədgümanlıq və onun acı nəticələri ilə tanış edir. Bəlkə də, dostluğun ən böyük bəlası elə həmin bədgümanlıqdır. Bədgümanlığın at oynatdığı cəmiyyətdə ictimai əlaqələrin kökünə balta çalınır. Ona görə də xoşbəxtliyi ictimai durumdan asılı olan hər bir fərd bu bəla ilə mübarizə aparmalıdır.
    BƏDGÜMANLIQ, SUI-ZƏNN NƏDIR?
    Həzrət (ə) vəsiyyətnaməsinin bu hissəsində buyurur: "Sui-zənn və bədgümanlığa təslim olma.” ("Bədgümanlıq sənə qalib gəlməsin”)
    Əvvəlcə bilməliyik ki, bu ifadələrdə nəzərdə tutulan nədir? Bu barədə iki ehtimal var:
    1. Bu sayaq təbirlər, adətlər, o zaman işlədilir ki, bir sifət insanda sabit şəkil alıb, onun xarakterində möhkəmlənsin. Ərəblərin "ğələbə ələyhil-kərəm” deyiminin mənası budur ki, hansısa sifət (burada "kərəm”) insanda sabitləşmişdir. Bu baxımdan, Həzrətin (ə) buyuruğundan belə anlaşılır ki, sui-zənn əhli olma, bədgümanlıqdan çəkin.
    2. Bu ifadələrin digər bir mənası ehtimala görə budur ki, Həzrət (ə) sui-zənnin əmələ çevrilməsini tövsiyyə edir. Sui-zənn bəzən insanın daxilində qalır, bəzən isə o qədər təsirli olur ki, insanı hansısa hərəkətlərə sövq edir. Belə ki, güclü sui-zənn insanın sifətində, hərəkətlərində, rəftarında aşkar müşahidə edilir. Məhz bu halda "insan sui-zənnə məğlub olub” deyirlər. Bu baxımdan Həzrətin (ə) kəlamının mənası budur ki, sui-zənn etdikdə ona məğlub olub, hərəkət başlamayın. Yəni sui-zənnə qalib gəlib, düşüncə və rəftarı onun təsirindən qorumaq lazımdır.
    Uyğun ifadəyə hər iki mənanı tətbiq etmək mümkündür. Amma ərəb dilinin qanunlarına görə birinci məna daha münasibdir. Birinci mənaya görə, sui-zənnin xarakterdə sabitləşməsinin qarşısı alınmalıdır.
    Buna görə də kəlamın iki mümkün mənasından birincisini əsas götürərək deyə bilərik ki, sui-zənnə məğlub olmaqdan çəkinməliyik. Məbada, sui-zənn bizdə sabit xasiyyət şəklinə düşə və bütün ətrafdakılara qarşı bədgüman olaq. Tövsiyyənin davamında birinci mənanın təsdiqi olaraq, buyurulur ki, bədgümanlıq qalib gəldiyi təqdirdə dostlar arasındakı səmimiyyət aradan qalxasıdır. Belə insanlar bütün ətrafa bədbin münasibət bəsləyirlər.
    SUI-ZƏNN RUHIYYƏSININ QADAĞANI
    Sui-zənn mövzusu ilə əlaqəli ayə və hədislər kifayət qədərdir. Bu sifət Qurani-kərimdə məzəmmət olunur və qəti şəkildə qadağan edilir: "Ey iman gətirənlər! Çox zənnə-gümanə qatılmaqdan çəkinin. Şübhəsiz ki, bəzi zənnlər günahdır...”("Hucurat”, 12) Ayədə sui-zənn günah kimi yad edilir. Əksər rəvayətlərdə də sui-zənn günah sayılır. Bəli, İslam dini belə bir ruhiyyəni qəbul etmir və onu pisləyir. Amma bəzi suallar da doğur. Məsələn, insanın ixtiyarında olmayan nəfsani halətlə mübarizə aparmaq olarmı? Çünki müəyyən şəraitin təsiri altında nəfsdə öz-özünə hallar yaranır. Yəqinlik üçün şərait olmadıqda insan öz-özünə şəkkə düşür. Zənn də belədir. İstər pis, istərsə də yaxşı gümanı ortaya çıxaran şərtlər mövcuddur. İlkin şərtlər, amillər ödəndikdə nəfsani halət insanın iradəsindən asılı olmayaraq, ortaya çıxır. Bu vaxt yaranmış gümanın yaxşı və ya pisliyində insanın rolu olmur. Bəs necə olur ki, bizə xoşgümanlıq tövsiyyə olunur?
    Bu suala müxtəlif şəkillərdə cavablar verilmişdir. Nəfsani halətin yaranması insandan asılı olmasa da, ilkin şərtlər insanın ixtiyarındadır. Halı yaradan müqəddimə insanın öz əlində olduğundan elə həmin halın da insandan asılı olduğunu deyə bilərik. Tutaq ki, insanın zehnində hər hansı zəif bir ehtimal yaranmışdır. İnsan özünətəlqin vasitəsi ilə bu ehtimalı gücləndirə bilir. Bu yolla ehtimal bədgümanlığa, bəzən isə əlaqənin kəsilməsinə aparıb çıxarır. Bəzən isə güclü bir ehtimal şübhələr vasitəsi ilə zəiflədilir. Demək, zənnin yaranması birbaşa insandan asılı olmasa da, onun yaranma şəraiti insanın ixtiyarındadır. İnsan dolayı yolla zənni gücləndirə də bilər, aradan da qaldırar. Zənn və gümana qapılmamaq üçün insan öz zehnində ilkin şərtlərə yol verməməlidir. Məsələn, gecənin qaranlığında çiynində yük aparan gördükdə ilk əvvəl ağlımıza gəlir ki, həmin şəxs oğrudur. Amma özümüzdən soruşa bilərik ki, axı haradan bilirik bu adam oğrudur? Bəlkə bu şəxs saleh bir insandır və ehtiyaclılara ərzaq paylayır? Amma elə düşüncələr də var ki, həmin ehtimalı gücləndirər. Məsələn, gecənin qaranlığında bu adama nə düşüb ki, çiynindəki ağır yükü gizlənə-gizlənə aparır?
    Bəli, əgər deyirlərsə bədgüman olmayın, demək, insan öz zehnindən şübhələri qova-qova bədgümanlıqdan qaça bilər. Bəs necə etmək olar ki, zehnimizdə xoş gümanlar yaransın? Bu məsələni açıqlayan rəvayətlərlə qarşıda tanış olacağıq.
    Bədgümanlığın aradan qaldırılmasının mümkünlüyü digər bir cavabda da öz əksini tapır. Qeyd olunur ki, insan bədgümanlığın aradan qaldırılması və ya gücləndirilməsinə öz təsirini göstərə bilər. Həm əvvəlcədən bədgümanlığın qarşısı alına bilər, həm də sonradan onu zəiflətmək olar.
    Bəzi alimlər və təfsirçilər də bu mövzuda öz baxışlarını açıqlamışlar. Məşhur "Əl-mizan” təfsirində bildirilir ki, sui-zənn nəfsani halət olduğundan ona münasibətdə vəzifə yoxdur; amma onun qadağan olunması əmələ çevrilməməsinə aiddir. Yəni insan pis gümanlar əsasında hərəkət etməməlidir. Zehndə bədgümanlıq yox, əmələ çevrilən bədgümanlıq qadağan olunmuşdur. Qəlbimizdə bədgümanlıq olsa da, onu büruzə verməyin. Xoşagəlməz həddə çatmış sui-zənn əsasında əməl etmək haramdır və məzəmmət olunur.
    Bir sözlə, bədgümanlığın insandan asılı olmaması iddialarına cavab olaraq, deyə bilərik ki, bədgümanlığa şərait yaratmamaq, müxtəlif yollarla onu zehndə zəiflətmək olar. Ən azı bədgümanlığın əmələ sirayət etməsinin qarşısı alınmalıdır.
    BƏDGÜMANLIQ (SUI-ZƏNN) VƏ XOŞGÜMANLIĞIN (HÜSNE-ZƏNN) SƏRHƏDDI
    Sui-zənn haqqında əvvəlki sual və qeydlərdən əlavə də mühüm nöqtələr mövcuddur. Əgər bir şəxs şübhələrini boğub, başqalarının hərəkətlərini yaxşılığa yozsa və belə bir münasibət əsasında əlaqə qursa, şəxsi və ictimai işlərdə zərər görəsidir. Məsələn, bir şəxsin oruc-namaz əhli olduğunu nəzərə alıb, onunla dostluq edən, ona etimad göstərən insan bir müddət sonra yanıldığını anlasa, özünü qınamalıdır. Bu aldanışın səbəbi bədgümanlığı tam kənara qoyub, yersiz inanmaq olmuşdur.
    Hər hansı məqam, vəzifə sahibi tabeliyində olan insanlara tam inanıb etibar etsə, şübhəsiz ki, zərərə düşəcəkdir. Axı əksər işçilər özlərini müdiriyyətə sağlam tanıtdırmağa çalışırlar. Sınaqdan keçirmədən kimsəni vəzifəyə təyin etmək müvəffəqiyyətsizliklə nəticələnir. Məgər belə bir mənfi nəticənin səbəbi yersiz xoşgümanlıq deyil?!
    Demək, hamı haqqında müsbət fikirdə olub, həmin baxış əsasında hərəkət etmək cəmiyyətə xəyanətə səbəb olur. Çünki belə düşünən insan elə adamı vəzifəyə qoyur ki, həmin adam xalqın malını çapıb-talayır. Sözsüz ki, bu adamın günahlarına onu vəzifəyə qoyan şəxs cavabdehdir. Belə çıxır ki, insanlar haqqında xoşgümanlıq zərər gətirirsə, ondan çəkinmək lazımdır? Bəs necə olur ki, dinimiz hüsne-zənnə, başqaları haqqında müsbət rəydə olmağa çağırır?
    Hələ xalqın düşüncəsində belə suallar yaranmamış məsum imamlar (ə) həmin qaranlıq nöqtələri işıqlandırmışlar. Məsələn, Həzrət Əli (ə) buyurur: "İnsanların əksəriyyətinin saleh olduğu bir dövrdə, cəmiyyətdə xeyir üstün gəldikdə, əksər adamlar xeyirxah olduqda insanın başqaları haqqında bədgüman olmağa haqqı yoxdur. Bir iki nəfər və ya kiçik bir qrup günahkara görə əksəriyyət haqqında mənfi rəy yol verilməzdir. Bu vaxt yalnız sırf fəsad yerlərindən çəkinmək lazımdır. Çünki zamana xeyir və yaxşılıq hakimdir. Amma xalqın əksəriyyəti günahkar olduqda və ya dövr qatışıq olduqda xoşgümanlığa – hüsne-zənnə yer yoxdur. Belə bir şəraitdə hüsne-zənn edən insan aldanmışdır.”("Nəhcül-bəlağə”, qısa kəlamlar, ş. 114.)
    Demək, müxtəlif əxlaqi rəvayətlərə əsaslanaraq, yalnız xeyir və yaxşılığın hakim olduğu cəmiyyətdə insanlar haqqında müsbət fikirdə olmalı, hüsne-zənn etməliyik. Yəni hüsne-zənn əksəriyyətin saleh olduğu mühitlərə aiddir. Əksəriyyətin günahkar olduğu cəmiyyətlərdə isə sui-zənn hüsne-zənndən irəlidir. Bir sözlə, Həzrət (ə) öz bəyanı ilə bir çox sualları cavablandırmışdır.
    Bəzi alimlər uyğun suallara cavab olaraq buyururlar: "Xoşgüman olmaq, hüsne-zənn etmək dedikdə insanların öz vəzifəsinin icrasına münasibətdə müsbət fikirdə olmaq nəzərdə tutulur. Yəni bir insanın rəftarını müşahidə etdikdə ehtimal etmək lazımdır ki, o öz vəzifəsinə əməl edir. Çünki başqalarının əməllərinə münasibətdə yürüdülən mühakimələr ən azı iki yönümdən formalaşır:
    1. Şəri və əxlaqi baxımdan qarşı tərəfin əməlinə nəzər salıb, onun düzgün olduğunu qəbul edək. Onun rəftarını araşdırsaq, deyək ki, şəri cəhətdən xətaya yol verməyib. Səhv etmiş olsa, bimədən səhv etdiyini ehtimal verək. Hər halda imkan qədərincə onun əməllərini yaxşılığa yozaq. Hətta görülən işin səhv olduğunu düşündükdə öz düşüncəmizi qınayaq. Səhvi həmin şəxsdə yox, öz düşüncəmizdə görək. Ya da qarşı tərəfin bilmədən səhv etdiyini qəbul edək.
    Bu mövzuda məsum imamlardan bir çox rəvayətlər nəql olunmuşdur. Məsələn, "Vəsailüş-şiə” kimi mötəbər hədis kitabında nəql olunmuş bir rəvayətdə bildirilir ki, müsəlman qardaşın gördüyü iş ən yaxşı şəkildə yozulmalıdır. Hətta tövsiyyə olunur ki, bir şəxsin günahına 50 nəfər şahid durduğu halda, həmin şəxs günah etmədiyini iddia edirsə, onun iddiasını qəbul edək. Maraqlıdır ki, həmin 50 şahidi inkar etmək günah deyilmi? Məgər bir bu qədər şahidi inkar olarmı? Rəvayətdə tapşırılmır ki, 50 şahidi yalançı sayın. Söhbət insanın zehnindəki münasibətdən gedir. Sadəcə, həmin bir nəfərdən bədgüman olmamaq tövsiyyə edilir. Həmin bir nəfərin şəxsiyyətini qoruyan İslam başqa 50 nəfərin şəxsiyyətini alçaldarmı? Əlbəttə ki, həmin şəxslərin şəhadətini də inkar etmək olmaz.
    Demək, uyğun rəvayətdə tapşırılır ki, özümüzü həmin bir nəfəri təsdiq, qalanlarını inkar etmiş kimi göstərin. Həmin 50 şəxsi yalançı adlandırmaq şərən günahdır və əxlaqi cəhətdən yolverilməzdir. Demək, sadəcə, özümüzü elə göstərməliyik ki, həmin şəxs bu işi görməmişdir. Yəni hüsne-zənn zehnimizdə qərar tutmalıdır.
    Qeyd olunan yanaşma "Əl-mizan”dakı yanaşmaya uyğundur.
    Əllamə Təbatəbai (r) buyurur: "Sui-zənnə əməl etməkdən çəkinin. Zehnimizdəki ehtimalları dəyişmək isə bizdən asılı deyil. Zehni ehtimallar müxtəlifdir və onlardan biri də zənndir. Bu isə ixtiyarımızda olmadığından məsuliyyətimiz yoxdur.”
    2. İkinci növ mühakimədə insan öz zehnindəki hüsne-zənnə əsasən davranır, müamilə edir.
    Bu fərziyyə haqqında deyə bilərik ki, uyğun mühakimə ağıla müvafiq deyil. Bir qrup şahidi inkar edib, günahkar şəxslə həmkarlıq etmək olmaz. Birinci halda hüsne-zənn əmələ çevrilmişdirsə, artıq ikinci halda əməli olur. Yəni günahkarın sözünü əsas götürərək onu pak sayıb, iş tapşırmaq xalqa xəyanətdir. Şahidlərə məhəl qoymayıb, günahkarla həmkarlıq edənlər özlərini aldadırlar. Hətta belə bir iş görməyə məcbur olsaq da, həmin şəxsə etimad göstərməməliyik. Həmin şəxs haqqında müsbət fikirdə olsaq belə, həmkarlıq etməməliyik. Bir qrup şahidin günahkar saydığı şəxsə heç vəchlə xalqın taleyini tapşırmaq olmaz. Belə şəxsə iş tapşıran onun günahlarına şərik olur. Onun salehliyinə əmin olmadan addım atmaq olmaz. Qəlbdə kiminsə haqqında müsbət fikirdə olmaq çox yaxşıdır. Amma işdə ciddi araşdırmalara ehtiyac var.
    Demək, bir şəxsə vəzifə verərkən onun haqqındakı xoş gümanlarla kifayətlənmək olmaz. Müsəlmanları xəyanətdən qorumaq üçün həmin şəxsin haqqında araşdırmalara ehtiyac var. Əməldə hamıya qarşı xoş fikirdə olmaq vəzifə deyil. İnsanın öz sözlərini əsas götürərək onun təmizliyinə şahid durmaq olmaz. İnsanın düzlüyünə şəhadət vermək üçün onu bütün prizmalardan yoxlamaq lazımdır. Şəxsin öz dedikləri əsas götürülə bilməz. Belə bir insana nə isə tapşırmaq ağıl və məntiqə sığmır. Demək, xoş güman o zaman gerçəkləşə bilər ki, dövrün əksər insanları xeyir əhli olsunlar.
    Sui-zənn və hüsne-zənn haqqında müxtəlif dini bilgiləri nəzərdən keçirdik. Amma yenə də aydınlaşdırılması zəruri olan nöqtələr qaldı.
    Doğrudanmı, əməli hüsne-zənn dedikdə günahkarlığına şəhadət verilən bir insanla adi qaydada davranmaq nəzərdə tutulur? Doğrudanmı, 50 nəfərin şahidliyini rədd edib, özünü təmiz sayan insanla əməli olaraq, onun sözlərinə uyğun rəftar etməliyik? Doğrudanmı, belə bir adama məsuliyyətli iş tapşırmaq olar? Bir çoxlarının günahkar saydığı insana yalnız onun öz sözlərini əsas götürərək etimad göstərmək düzgündürmü? Əməli təsdiq odurmu ki, xalqın taleyini, var-dövlətini belə adama həvalə etmək olar? Bəli, bütün bu sualları cavablandırmaq zəruridir.
    Qeyd olunduğu kimi, nəzərdən keçirilən rəvayətlərdə insanlar haqqında müsbət rəydə olmaq tövsiyyə edilir. Xüsusi ilə, bir qrup şəxs bir insanın günahkarlığına şəhadət verdikdə həmin şəxsə qarşı bədgüman olmamalıyıq. Ümid etməliyik ki, deyilən sözlərdə yanlışlıq var. Əlbəttə, bu mövqedə möhkəm dayanmaq üçün həmin şəxsin əvvəllər saleh olduğunu bilməliyik. Əgər tanımadığımız şəxsə qarşı şahidlik edilirsə, bu şəhadətə qarşı çıxmaq olmaz. Xüsusi ilə, şahidlik edənlər ədalətli insanlardırlarsa, müqavimət üçün heç bir əsas yoxdur.
    Mühakimənin bir növü öz zehnimizdə həmin şəxsin günaha yol vermə ehtimalını həll etməkdir. Müəyyənləşdirməliyik ki, həmin şəxs bilərəkdən günah edib, yoxsa bilməyərəkdən? Bu vaxt özümüzə təlqin edə bilərik ki, başqalarının dedikləri əsassızdır. Ya da həmin günahın bilməyərəkdən baş verdiyini ehtimal etməliyik. Bir sözlə, həmin şəxsin günahını çox yerə yozmaq olar. Amma unutmayın ki, söhbət əməli etimaddan getmir və rəvayətlərdən belə bir nəticə çıxarmaq olmaz. Xalqın mövqeyini inkar edib, tanımadığımız bir şəxsi iş başına keçirsək, acı nəticələrə görə özümüzü danlamalıyıq.
    Çoxsaylı rəvayətlər bizə icazə vermir ki, bir şəxsi günahkar sayıb, ondan bədgüman olaq. Amma insana qarşı hər hansı xoş güman ona vəzifə tapşırmağa əsas vermir. İnsan vəzifəyə təyin olunarkən onun əxlaqı, elmi ictimai və fərdi keyfiyyətləri nəzərdən keçirilməlidir. Zehni hüsne-zənn əməli hüsne-zənn deyil və bu iki məfhumu bir-birindən fərqləndirmək lazımdır. Zehni hüsne-zənn əməli hüsne-zənn, yəni bir adama işdə etimad göstərilməsi üçün əsas ola bilməz.
    Category: Əbədi öyüd (ikinci cild) | Views: 841 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024