7. Fatimənin (ə) ürəyiyumşaqlığı, əxlaqı və biliyi
Fatimə (ə) möhtərəm atasının ən ali əxlaq və davranış qaydalarını, ən yüksək tərbiyə və İlahi həyat qanunlarını öyrənsə də, yeni elm və bilik qazanmağa, müxtəlif məlumatlarla bilik dairəsini genişləndirməyə böyük həvəs göstərirdi. Əxlaq və tərbiyədə çatdığı ən yüksək mərhələ ilə əsla kifayətlənmir və Allaha daha yaxın olmaq, bəndəlik qaydalarını daha yaxşı yerinə yetirmək üçün həmişə oxumağa, biliyini artırmağa çalışırdı.
İslamın başlanğıcında ən həssas və tarixi bir anda nazil olmuş və çox mühüm hadisələrin birindən xəbər verən bu şərif ayədə Uca Tanrı belə buyurur:
"Səninlə düşmənlik edən hər bir kəsə de ki, gəlin hamılıqla oğullarımızı, qadınlarımızı və qohumlarımızı çağıraq, sonra bir-birimizi lənətləyək. Və Allahın lənətini yalançılara
... Read more »
Allah-təala Qurani-Kərimin bir ayəsində buyurur: "O möminlər və xeyirxahlar elə kəslərdir ki, verdikləri sözü (etdikləri nəzri) yerinə yetirərlər.”(İnsan surəsi (76-cı surə), 7-ci ayə)
Hədisçilər yekdil fikirdədirlər ki, bu şərif ayə Peyğəmbərin (s) nəvələri Həsən və Hüseynə (ə) aiddir. Mötəbər sənədlərdə deyilir: Həsən (ə) və Hüseyn (ə
... Read more »
İslam fiqhində Fatimeyi-Zəhranın (ə) şəxsiyyətinə böyük ehtiram
Hər bir mömin müsəlman üçün sonsuz hörmət və dəyərə malik olan, paklıq və ülvilik nümunəsi sayılan Fatimeyi-Zəhra (ə) bərəkətli İslam fiqhində də özünəməxsus yüksək yer tutur, heç bir qədr-qiymət və ehtiramın, eləcə də hər hansı bir qadağa və yasağın əsassız olmadığı fiqh elmində Fatimeyi-Zəhra (ə) üçün olduqca böyük ehtiram və təzim qaydaları nəzərdə tutulmuşdur. Həmin qaydalara əməl etmək hər bir müsəlmanın birinci dərəcəli
... Read more »
5. Xətib Bağdadi (463/1071-ci ildə vəfat etmişdir)
V (XI) əsrin görkəmli tarixçisi, alimi Xətib Bağdadi özünün məşhur tarix kitabında Həsən bin Məazın tərcümeyi-halına aid hissəsində Ayişənin İslam peyğəmbərindən (s) eşitdiyi aşağıdakı xəbəri oxucuların nəzərinə çatdırır:
"Məhşər günü qopanda göydən belə bir nida gələcək: "Ey camaat, başınızı aşağı salın ki, İsla
... Read more »
İndi isə vəd etdiyimiz kimi, o məşhur və tarixi xütbənin tərcüməsini verir və Peyğəmbər (s) nəslinə, ismət və şərəf ailəsinə vurğun olanları həmin xütbədəki dərin mənalarla tanış edirik. Onlar aşağıdakılardan ibarətdir:
Allah-təala elə ki, peyğəmbərlərin əbədi evini – Öz seçilmişlərinin daimi məskənini sonuncu peyğəmbərin (s) ixtiyarına verdi, sizin gizli düşmənçilik və nifaqınız aşkara çıxdı, yolunu azmışların içindəki qəzəb dilə gəldi. Heç bir adı-sanı olmayan adamlar dahilik iddiasına düşdülər. Azğın və günahkar adamlar səslərini başlarına ataraq küçələrdə meydan suladılar...
Zəhranın (ə) xütbəsində söhbətin gerçəkliyi və səmimiliyi
İndi belə bir məsələdən danışmaq lazım gəlir: hamımız bilirik ki, Fatimənin (ə) sözlərinin səmimiliyi və doğruluğunda heç bir şəkk-şübhə yoxdur. Artıq incəliyi ilə sübuta yetirilmişdir ki, xütbədə bəhs olunan mövzunun hüquqi baxımdan doğruluğunu hamı etiraf edir. Bəs belə olan surətdə nəyə görə o həzrətin haqlı tələblərinə əhəmiyyət verilmədi? Necə oldu ki, bu həyəcanlı və təkanverici xütbədə qaldırılan məsələləri müvafiq şəxslər və
... Read more »
Fatimeyi-Zəhra (ə) İslamın ilk çağlarında dünyaya göz açmışdı. Onun mübarək miladı elə bir zamanda dünyanı öz müqəddəs nurları ilə işıqlandırdı ki, əziz atası peyğəmbərliyə seçilmiş, pak canına, vücuduna peyğəmbərlik məhəbbəti hopmuş, üzərinə vəhy mələyi qonmuş və Quranın səma ayələri mübarək qəlbinə nazil olmuşdu. Bəli, Fatimə (ə) belə bir xoşbəxt dövrdə doğuldu. Bu zaman əziz atası Allahın sonuncu elçisi (s) kimi dünyaya rəhbərlik məşəlini əlinə gö
... Read more »
İkinci imam, şiələrin məsum rəhbəri, Fatimənin (ə) ilk övladı həzrət imam Həsənin (ə) əziz anasına dərin məhəbbət və əlaqəsi var idi. Bu məhəbbət və əlaqənin əlamət və izlərini o həzrətin həyatına aid müxtəlif sənədlərdə görmək olar. Həmin sənədlərin ən mühümləri o həzrətlə Müaviyə və onun hökumətinin valiləri, hakimləri və nümayəndələri arasında olan məktublar, yazışmalardır.
Səkkizinci rəhbər imam Rza (ə) da pakların pakı Zəhranın (ə) və Peyğəmbərin (s) pak nəslinin başqa övladları kimi, əziz anasının şəxsiyyətinə böyük hörmət bəsləyir, onun parlaq xatirəsini əziz tuturdu. Həmişə, hər dəfə fürsət düşdükcə behişt xanımlarının xanımını hörmətlə yad edir, onun adını böyük iftixarla dilinə gətirirdi.
Hicrətin 10-cu ilinin səfər ayının iyirmi səkkizinci (miladi tarixlə 631-ci ilin mayı) İslam tarixində ən çətin və dərdli gün idi. Həmin gün Fatimənin (ə) həyatında da ən dərdli gün idi. Bu ağır gündə bəşəriyyətin böyük rəhbəri və xilaskarı, rəhmət və mərhəmət Peyğəmbəri, Allahın sonuncu elçisi, peyğəmbərlik silsiləsini başa vuran, İlahi vəhyin Əmini, dinsizlik və bütpərəstliyin kökünü kəsən – həzrət Məhəmməd bin Abdullah (s) dünyasını dəyişdi...