İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 2
    5:55 AM
    Siddiqeyi-Tahirə (ə) 2
    İslam fiqhində Fatimeyi-Zəhranın (ə) şəxsiyyətinə böyük ehtiram
    Hər bir mömin müsəlman üçün sonsuz hörmət və dəyərə malik olan, paklıq və ülvilik nümunəsi sayılan Fatimeyi-Zəhra (ə) bərəkətli İslam fiqhində də özünəməxsus yüksək yer tutur, heç bir qədr-qiymət və ehtiramın, eləcə də hər hansı bir qadağa və yasağın əsassız olmadığı fiqh elmində Fatimeyi-Zəhra (ə) üçün olduqca böyük ehtiram və təzim qaydaları nəzərdə tutulmuşdur. Həmin qaydalara əməl etmək hər bir müsəlmanın birinci dərəcəli vacib borclarından sayılır. Bu qaydalara riayət etməmək isə əksinə, böyük günahlardan hesab olunur.
    Bu məsələnin incəliyinə diqqət yetirmək üçün ilk növbədə bilmək gərəkdir ki, bərəkətli İslam fiqhi İslam övliyalarına və möhtərəm məsum rəhbərlərə dərin hörmət bəslənilməsini, pak və ülvi xatirələrinin əziz tutulmasını vacib saymışdır. Bu baxımdan həmin müqəddəs şəxsiyyətlər böyük İslam peyğəmbərinin (s) yanında özlərinə yer tuturlar. Müsəlman fiqhi o əzizlərin əzəmət və şöhrətinə də Allahın Elçisinin (s) əzəmət və şöhrəti ilə yanaşı, qoşa riayət edilməsini nəzərdə tutur. Belə ki, o pak və məsum ruhların hörmət və izzətinin, ehtişam və əzəmətinin qorunması, o həzrətlərin parlaq xatirələrinə təzim və ehtiram edilməsi onların əziz adlarının müxtəlif ləqəblərlə dilə gətirilməsi haqqında qəti və zəruri göstərişlər verilmişdir. Bu məsələlərə əməl edilməməsi və onlardan boyun qaçırılması günah sayılır. Müsəlman fiqhinin müxtəlif və çoxsaylı göstərişlərində həmin məsələlərə əməl edilməsi tam incəliyi və dəqiqliyilə şərh olunur. Həmin göstərişlərə etinasızlıq əslində İslam qanunlarına, İlahi hökmlərə, Qurani-Kərimin buyuruqlarına əməl etməməkdir. Bu isə öz-özlüyündə küfrdür, Uca Tanrını danmaq deməkdir. Müsəlman fiqhi bu məsələyə tam ciddiliyi ilə yanaşaraq günahkarlar üçün çox ağır cəzalar nəzərdə tutulmuşdur ki, onlar axirət əzabını çəkməklə yanaşı, bu dünyada da lazımi cəzadan kənarda qalmasınlar.
    Bu məsələnin böyük əhəmiyyətini nəzərə alaraq müsəlman fiqhinin onunla bağlı çıxardığı hökmlərdən bir neçəsini nümunə olaraq veririk:
    1. Dəstəmaz (vüzu) almamış şəxsə Allah-təalanın adını çəkmək haramdır. Peyğəmbərin (s), imamların (ə) və həzrət Fatimənin (ə) mübarək adlarına qarşı hörmətsizlik də haramdır.(İmam Xomeyni, Tovzihül-məsail, 319-cu məsələ. Hörmətli imamın başqa əsərlərində də bu məsələ vacib sayılır. )
    2. Müqəddəs məsum imamların adlarının hörmətinin qorunması, onların adlarının pak olmayan yerlərdə çəkilməməsi şəriətin vacib saydığı hökmlər arasındadır.
    3. İslam fiqhinin qadağa və cəzalarında göstərilir ki, etiqad və inam məsələlərində zülm və zorakılıq etmək də dindən uzaqlaşmaq kimi qiymətləndirilir. Əllamə Hilli "Təhrirül-əhkam” kitabında bu barədə belə yazır: "Əziz Peyğəmbərin (s) anasına və ya qızına (ə) böhtan deyən, iftira yaxan, onlar haqqında layiqsiz sözləri dilinə gətirən kəs kafir və dindən kənar hesab olunur.”
    Birinci şəhid "Lümə” əsərində və ikinci şəhid(İmamiyyə (şiə) fiqhinin ən görkəmli nümayəndəsi Məhəmməd bin Məkki Dəməşqi (1333-1384) bu adla məşhurdur (Tərcüməçi).) "Şərhi-lümə” kitabında da Allahın Rəsulu (s) adına qara yaxmağı küfr əməl saymışlar.
    "Riyaz” əsərinin müəllifi də öz kitabında Əllamə Hillinin fikrini verdikdən sonra əlavə edir: "Demək olar ki, bu hökm Fatimeyi-Zəhraya (ə) aiddir. Allahın Rəsulunun (s) bütün qızlarına aid deyil. Çünki bu hörmətli xanımın paklığı paklıq və tərtəmizlik haqqındakı ayə ilə təsdiq olunduğu üçün hamı tərəfindən qəbul edilmişdir.”
    "Cəvahir” əsərinin müəllifi də "Riyaz” müəllifinin fikrini təsdiqləyərək yazır: "Bu hökm Allahın Rəsulunun (s) anasına da aiddir, çünki məlum olduğu kimi, cahiliyyə dövrünün yaramaz adətləri Allahın Rəsulu (s) üçün ümumiyyətlə mövcud olmamışdır.”
    4. Fatimeyi-Zəhranı (ə) söyməyin cəzası ölüm hökmüdür. Müsəlman fiqhinə görə bu müqəddəs xanıma münasibətdə hörmətsizlik edən, ağzını söyüşlə açan kəs ölümə məhkumdur və qətlə yetirilməlidir.
    İslam fiqhinin bu məsələdə belə ağır cəzası çox güman ki, ona görədir ki, bu böyük xanımın şəxsiyyətinə hörmət də imamlara – məsum rəhbərlərə olan ehtiramla eyni dərəcədədir və ona münasibətdə hörmətsizlik etmək, söyüş söymək eynilə Rəsulullaha (s) qarşı hörmətsizliyə bərabərdir. Çünki o pak və müqəddəs xanıma münasibətdə ağzını söyüşlə açan şəxs Rəsulullahı (s) söyən kəs üçün nəzərdə tutulan hökmə məhkumdur, yəni qətlə yetirilməlidir. İmam Xomeyni "Təhrirül-vəsilə” kitabında yazır: "Həqiqətən də, Siddiqeyi-Tahirət (ə) öz oğlanlarının – pak imamların daşıdığı xüsusiyyətlərə malikdir. Bəli, əgər söyüş Siddiqeyi-Tahirətə (ə) qarşı yönələrsə, həmin söyüş Rəsulullah (s) üçün də söyüşdür və şübhəsiz ki, söyüş söyən kəs öldürülür.”
    Beləliklə, aydın olur ki, İslam fiqhində bu böyük xanıma hörmət dərəcəsi məsum imamlara ehtiram dərəcəsi səviyyəsində nəzərdə tutulmuşdur. Bu ehtiram o dərəcədə yüksəkdir ki, ona əməl etməyənlərə ən ağır cəzalar verilir. Yuxarıda qeyd olunduğu kimi, bu cəza o həzrətə münasibətdə hörmətsizlik edənlərə, nalayiq sözlər işlədənlərə aiddir. Belə kəslər ölüm cəzasına, edama məhkumdurlar. Bu yüksək və layiqli ehtiram İslamın insan hüququna, mənəviyyata, kamil insanlara bəslədiyi münasibətin bir hissəsidir. Bundan əlavə, bu yüksək ehtiram Fatimeyi-Zəhranın (ə) Allah-təala yanında və şəriət sahibinin nəzərində nə dərəcədə müqəddəs sayıldığını göstərir.
    Fatimeyi-Zəhra (ə) başqalarının gözü ilə
    Ayələr və rəvayətlər baxımından Fatimənin (ə) şəxsiyyətinin böyüklüyü və əzəməti ilə tanış olduq. İndi isə tanınmış böyük alim və tədqiqatçılarından bir neçəsinin həzrət Zəhra (ə) haqqındakı fikirlərini hörmətli oxucuların diqqətinə çatdırırıq. Qeyd edək ki, Fatimə (ə) haqqında böyük İslam alimləri ilə yanaşı başqa din və məzhəblərin müasir nümayəndələrinin – görkəmli elm xadimlərinin də tədqiqatları vardır və biz istər birincilərin, istərsə də ikincilərin bu barədəki fikirləri ilə tanış olmağı məqsədəuyğun saydıq. Bu nadir şəxsiyyətin həyatını, şəxsiyyətini öyrənmiş tədqiqatçıların sayı olduqca çoxdur. Ona görə də biz kitabın həcmini nəzərə alaraq onlardan yalnız bəzilərinin Fatimə (ə) haqqındakı fikirlərini çox qısa şəkildə verməklə kifayətlənməli olduq. Fatimə (ə) haqqında araşdırmalar aparmış böyük alim və şəxsiyyətlərdən aşağıdakıların bu böyük qadın barədə fikirləri xüsusi maraq doğurur:
    Süleyman Kətani – xristian alimi, "Və tərr fi ğimdi” kitabının müəllifi;
    Əhməd Hənbəl – imam və sünnə əhlinin rəhbəri;
    Əbu Əbdül Bərr – məşhur "İstiab” kitabının müəllifi;
    Ustad Tofiq Əbu Ələm – Misirin ədliyyə nazirinin müavini;
    Xətib Bağdadi – "Tarixi-Bağdad” əsərinin müəllifi;
    Müslim – "Əl-came əs-səhih” əsərinin müəllifi;
    Tirmizi – ən mötəbər altı hədis kitabından birinin müəllifi;
    Buxari – "Səhihi-Buxari” əsərinin - ən mötəbər altı hədis kitabından daha birinin müəllifi;
    Həkim Nişaburi – "Əl-müstədrək” əsərinin müəllifi;
    Əbu Davud Səcəstani – məşhur "Sünəni-Əbu Davud” kitabının müəllifi;
    Lui Masinyon – fransız alimi, tarixçi;
    İmam Musa Sədr – İslam mütəfəkkiri və siyasətçisi;
    Əllamə Təbatəbai – böyük İslam filosofu, mütəfəkkiri və təfsirçisi;
    Fəxr Razi – İslam təfsirçisi və alimi.
    Bu on dörd nəfər İslam və qeyri-İslam aliminin, böyük şəxsiyyətlərin Fatimeyi-Zəhra (ə) haqqındakı fikirlərini də qısaca, xülasə şəklində verməyi üstün tutduq. Çünki ümumiyyətlə bizlərin – adi və gücsüz insanların ölçüsü və meyarları o dərəcədə deyil ki, qədr-qiyməti və əzəməti heç bir ölçü və meyara sığmayan o qadının böyüklüyünü təyin edə bilsin. Bu sahədəki bütün səy və təlaşlarımız son olaraq yalnız və yalnız o böyük şəxsiyyətin parlaq simasının yalnız bir tərəfinin cizgilərini çəkməklə nəticələnə bilər. Bub mətləbin özü də əgər hasil olarsa, yenə heç də kiçik bir uğur sayılmamalı və şükr edilməlidir. Çünki bu yolda çox ciddi-cəhd göstərmək insanı yoxsulluğa aparıb çıxara bilər, həmin o parlaq simanın yarım tərəfinin cizgiləri də solğun çıxar və beləliklə, heç bir nəticə əldə edilməz.
    1. İslam xanımlarının xanımı bir məsihi (xristian) aliminin nəzəri ilə
    Pakların pakı Zəhranın (ə) yüksək şəxsiyyəti haqqında istər dostların, istərsə də düşmənlərin, xüsusilə də ağıllı və insaflı düşmənlərin fikir və yazıları olduqca çoxdur. Fatimənin (ə) alicənab varlığı elm və axtarışlar aləmində öz ətrafına çoxlu və müxtəlif fikirlər toplamış və qələm sahibləri üçün geniş meydanlar açmışdır. Bu kitabın müəllifinin ixtiyarında dünyanın bir sıra ölkələrinin yazıçı və mütəfəkkirlərinin qələmindən çıxmış onlarca elə kitablar, risalələr var ki, onların hər birində o həzrətin mənalı həyatı və qürur mənbəyi olan şəxsiyyəti müxtəlif baxımlardan nəzərdən keçirilir, ətraflı araşdırmaya cəlb edilir. Həmin fikir və yazıların burada verilməsi mümkün olmadığından, kitabın bu fəslində bir neçə yazıçı və mütəfəkkirin bu barədəki baxışlarından kiçik nümunələr verməklə kifayətlənirik. Ümid edirik ki, hörmətli oxucular böyük İslam xanımının elmi-mənəvi və məzhəbi əzəməti haqqında daha ətraflı məlumat əldə etmək üçün başqa mənbələrə, çoxsaylı kitablara, araşdırmalara da müraciət edəcəklər. Beləliklə, kitabın bu fəslində ilk öncə qeyri-İslam alimlərinin fikirlərinə nəzər salırıq. Sonra məşhur İslam alimlərinin baxışlarına da diqqət yetirəcəyik.
    Birinci olaraq məsihi (xristian) yazıçısı, şairi və ədibi Süleyman Kətani haqqında söz açmaq istəyirik. Bu görkəmli alimin İslamın parlaq şəxsiyyətləri haqqında məşhur və sanballı əsərləri var.
    Süleyman Kətani ilə tanış olmaq üçün belə bir faktı qeyd edək: bir neçə il bundan əvvəl Nəcəfi-Əşrəfdəki İslam ərəb kitabxanası Əli bin Əbu Talibin görkəmli şəxsiyyəti haqqında bütün ərəb yazıçılarının qələmə aldığı əsərlərin müsabiqəsini keçirdi. Həmin müsabiqədə Livanın tanınmış yazıçısı, şair və ədibi, məsihi dinindən olan insaf sahibi Süleyman Kətani də "Əl-imam Əli Nibrəs və Mitrəs” adlı kitabı ilə iştirak etdi. Müsabiqəyə təqdim olunmuş bütün kitablar sırasında Süleyman Kətaninin kitabı birinci mükafata layiq görüldü.
    Həmin kitabxana ikinci dəfə böyük İslam xanımının parlaq şəxsiyyəti – Fatimeyi-Zəhraya (ə) həsr olunmuş kitabların müsabiqəsini keçirdi. Bir çox yazıçıların və elm xadimlərinin iştirak etdiyi bu müsabiqəyə məsihi yazıçısı Süleyman Kətani "Fatimətüz-Zəhra və tərr fi ğimdi” kitabını təqdim etdi. Bu müsabiqədə də Süleyman Kətani birinci yeri tutdu və mükafat aldı.
    Müsabiqə komissiyasının bu qərarını ilk baxışda İslama aid əsər yazmış bir məsihi şəxsi həvəsləndirmək ehtimalı ilə izah etmək olar. Bundan əlavə, güman etmək olardı ki, müsabiqədə birinci yerə layiq görülmüş bu iki əsər müsabiqəyə təqdim olunmuş başqa əsərlərlə eyni səviyyədə imiş. Lakin Fatimə (ə) haqqındakı kitabı oxuduqdan sonra aydın olur ki, bu ehtimal və gümanlar əsassızdır. Süleyman Kətaninin bu əsəri ilə yaxından tanışlıq göstərir ki, doğrudan da, bu məsihi müəllifi İslamı nə qədər dərindən bilir və onun ədəbiyyat və mədəniyyətinə nə dərəcədə ürəkdən vurğundur. Yalnız belə duyğuları yaşayan kəs İslam şəxsiyyəti haqqında bu cür əsər yaza, müsəlman yazıçıları ilə eyni müsabiqədə iştirak edə və öz məqsədinə nail ola bilərdi. Deməli, belə bir müəllifin kitabının birinci yer tutması təbii bir haldır. Axı pakların pakı Zəhra (ə) dünya miqyaslı, İlahi bir şəxsdir və yer üzünün bütün bəndələrinin hər biriniin o həzrət haqqında söz deməyə haqqı var. Dost sözü hansı ağızdan çıxarsa çıxsın, onun eşidilməsi, oxunması bəyəniləsidir.
    Bu gün Cəmilə Bupaşa, İndira Qandi, Florans, Elizabet, Bint əl-Huda və bu kimi qadınlar bütün dünyada məşhurdursa, bu böyük İslam qadını nəyə görə bütün dünya səviyyəsində tanınmasın?
    Süleyman Kətani pakların pakı Zəhranın (ə) şəxsiyyəti haqqındakı kitabında şer və qəhrəmanlıq dastanlarından nümunələr verir, o həzrətlə bağlı şairanə duyğularını, ən ali hisslərini ifadə edir...
    Müəllif kitabının müqəddiməsində yazır: "Fatimeyi-Zəhra (ə) tarixi sənədlər və rəvayətlərdə yaşayan yüksək bir şəxsiyyətdir. Fatimənin böyük və nadir bir şəxsiyyət olduğunu dərk etmək üçün təkcə bunu yada salmaq kifayətdir ki, o, Məhəmmədin (s) qızı, Əlinin (ə) həyat yoldaşı, Həsənlə (ə) və Hüseynin (ə) anası və dünya xanımlarının xanımıdır.”(Fatimətüz-Zəhra və tərr fi ğimdi, s. 3)
    Süleyman Kətani kitabının sonunda yazır: "Fatimə, ey Mustafanın qızı! Ey yer üzünü çiyinləri üzərində qaldıran parlaq sima! Sən yer üzündə iki dəfədən artıq təbəssüm etmədin. Bir dəfə atan aram dincələrkən sənə Allaha qovuşmağının müjdəsini verdiyi zaman sənin dodaqlarına təbəssüm qondu. İkinci dəfə isə ölüm yatağında olarkən, son dəqiqələrini yaşayarkən... Sən həmişə məhəbbətlə yaşadın, paklıq və ismətlə ömür sürdün. Ey pakların pakı olan ana! Sən iki böyük övlad dünyaya gətirib tərbiyə etdin, onlara mərhəmət donu geyindirdin... Sən bu dünyadan təbəssümlə ayrıldın və əbədiyyətə qovuşdun. Ey Peyğəmbərin (s) qızı, ey Əlinin (ə) həyat yoldaşı, ey Həsənin (ə) və Hüseynin (ə) anası, bütün aləmlərin və əsrlərin xanımlarının ən böyük xanımı!”(Fatimətüz-Zəhra və tərr fi ğimdi, s. 205)
    Müəllif kitabın başqa bir yerində isə belə yazır: "Qəhrəmanlıq güclü bədənə və biləyə və ya taxt-taca arxalanan qüvvə deyil, əksinə, qəhrəmanlıq ağlın məntiqinə, zəka və düşüncəyə söykənən bir gücdür. Yalnız bu yolla istədiyin məqsədə çatmaq olar. Zəhranın (ə) qəhrəmanlığı da bu böyük mənadan başqa bir şey deyil. buna görə də o, başqaları üçün olan amillərdən bəhrələndi. Bu məsələdə onun zəif və zərif biləkləri yox, ağlı, zehni öz təsirini göstərdi.”(Yenə də orada, s. 211)
    2. Əhməd bin Hənbəl Fatimə (ə) haqqında
    Sünnə əhlinin imamı və fiqh üzrə rəhbəri Əhməd bin Hənbəl "Məsnəd” əsərinin üçüncü bölməsində ("cüz”) Malik bin Ənəsdə və başqa mötəbər mənbələrdə qeydə alınmış aşağıdakı rəvayəti oxucuların nəzərinə çatdırır: "Altı ay idi ki, İslam peyğəmbəri (s) hər gün sübh namazına gedərkən Fatimənin (ə) evinin qapısının ağzından keçər və buyurardı: "Namaz, namaz! Ey Əhli-beyt (ə)...” Sonra isə Qurani-Kərimin "Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər” (Əl-Əhzab surəsi, 33-cü ayə) ayəsini mübarək dilinə gətirərdi.”
    Əhməd bin Hənbəl "Yənabiül-məvəddət” kitabında da müxtəlif müəlliflərə, o sıradan Ənəs bin Malikə əsaslanaraq belə bir rəvayəti də yazır: "İslam peyğəmbəri (s) hər sübh namaz vaxtı Fatimənin (ə) evinin qapısına gəlir, onları namaza səsləyir və "Ey Əhli-beyt, Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər” ayəsini mübarək dilinə gətirərdi. Bu iş doqquz ay davam etdi (əvvəlki rəvayətdə isə altı ay qeyd olunmuşdur).” Bu xəbər üç yüz nəfər səhabənin dilindən söylənmişdir.(Mahmud Şəhabi, Əl-İslam vəş-şiə, 1 c., s. 223)
    3. "İstiab” əsərinin müəllifi Əbdül Bərr (463/1071-ci ildə vəfat etmişdir)
    Əbdül Bərr müxtəlif mənbələrə əsaslanaraq Ayişənin Fatimə (ə) haqqında söylədiyi belə bir xəbəri çatdırır: "Elə bir kəs görməmişəm ki, Fatimə (ə) qədər doğru danışan olsun, əlbəttə ki, onu dünyaya gətirən şəxsdən (alicənab atasından) başqa.”
    Əbu Nəim də "Hilyə” adlı kitabında həmin rəvayəti eynilə Ayişənin dilindən nağıl edərək yazır: "Fatimə (ə) qədər doğru danışan (atasından başqa) bir kəsi görməmişəm.”(Əyan əş-şiə, 2 c., s. 276)
    4. Misirin ədliyyə nazirinin müavini Ustad Tofiq Əbu Ələm
    Misirin müasir yazıçı və tədqiqatçılarından Ustad Tofiq Əbu Ələm "Fatimətüz-Zəhra” adlı çox dəyərli bir kitab yazmışdır. Yeri gəlmişkən qeyd edək ki, bu mövzuda yazılmış əsərlər içərisində diqqəti cəlb edən həmin kitab fars dilinə də tərcümə olunmuşdur.
    Müəllif həmin kitabında yazır: "Fatimə (ə) İslam tarixinin yaradıcılarından biridir. Fatimənin (ə) İslam tarixində tutduğu mövqe və mərtəbənin əzəmət və böyüklüyünü təsəvvür etmək üçün təkcə bu kifayətdir ki, o, böyük İslam peyğəmbərinin (s) yeganə görkəmli qızı, imam Əli bin Əbu Talibin (ə) həyat yoldaşı və Həsənlə (ə) Hüseynin (ə) anasıdır. Həqiqətən də o, Allahın peyğəmbərinin (s) qəlbinin bir parçası, ən əziz övladı idi. O, milyonlarla adamın ürəyində yaşayır. Milyonlarla adam ona ümid gözü ilə baxır. Onun əziz adı milyonların dilindədir. Alicənab atası onu "atasının anası” deyə çağırardı. Başına belə bir atanın kəramət tacı qoyduğu xanım ən böyük hörmətə layiqdir.”(Fatimeyi-Zəhra, s. 214)
    Category: Siddiqeyi-Tahirə (ə) 2 | Views: 871 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024