Hər hansı bir ideoloji məktəbin cəmiyyət, bəşəriyyət və tarix haqqındakı anlayış və dünyagörüşü, həmin məktəbin ideologiyasının əsasını təşkil edir. Buna görə də islam ideologiyasını tanımaq üçün islamın, cəmiyyət və tarix haqqındakı baxış və əqidəsi aydınlaşmalıdır.
Aydındır ki, islam nə ictimaiyyət məktəbidir, nə də tarix fəlsəfəsi haqqında elmdir. İsla
... Read more »
Cəmiyyət fərdlərdən ibarətdir. Əgər fərdlər olmasa, cəmiyyət də ola bilməz. Baxmaq lazımdır ki, bu cəm necə cəmdir və fərdlə cəmiyyət arasındakı rabitə hansı növdəndir? Burada bir neçə nəzəriyyə söyləmək olar:
Birinci: Cəmiyyətin fərdlərdən ibarət olan tərkibi həqiqi deyil. Yəni həqiqətdə fərdlər bir-birinə qarışmay
... Read more »
Alimlər arasında, xüsusilə də son əsrdə ən çox bəyan olunan əsas məsələlərdən biri də insanın fərdi və ictimai məsələlər qarşısında azad və muxtar və ya məcbur və asılı olması məsələsidir. Başqa sözlə, fərdi ruhun ictimai ruh qarşısında hansı mövqedə dayanması məsələsidir.
Əgər birinci nəzəriyyəyə uyğun olaraq, insan vücudu və fərdlərin əsas, c
... Read more »
Bu məsələnin qoyuluşu da hər bir məktəb üçün vacibdir. Çünki məhz bu məsələnin araşdırılması ilə bütün insan cəmiyyətlərinin bir ideologiyaya tabe ola bilməsi, ya onların, cəmiyyətlərin sayına uyğun olmasının zəruriliyi və ya hər bir cəmiyyət və millətin özünəməxsus ideologiyaya sahib olması aydınlaşır. İdeologiyalar adətən cəmiyyətləri xoşbəxtlik və kamilliyə aparan yolların yekun mərhələsidir. Digər tərəfdən də bilirik ki, hər bir növün özü
... Read more »
Bir qrup insanların nəqli tarixə baxışları müsbət deyildir və yazılanların hamısını tarixçilərin uydurması sayırlar. Guya onlar bu yalanları qərəz və şəxsi hədəf, milli təəssüb və məzhəbi əqidə, ictimai bağlılığa əsasən, olanları artırıb-azaltmaqla dəyişdirmiş və tarixi öz istədikləri şəkildə yazmışlar. Hətta doğruçu insanlar da belə, hadisələrin yazılışanda və qeydə alınmasında müəyyən düzəlişlərə yol vermişlər. Yəni, öz hədəf və əqidələri ilə uyğun gələn şey
... Read more »
İnsan həm cismə, həm də ruha malikdir. Onun cismi (bədəni) tibb elmi, anatomiya, fiziologiya, və bu kimi digər elmlərin mütaliə mövzusudur. Ancaq ruh və ruhla əlaqədar mövzular, fəlsəfi və psixoloji araşdırmalar mövzusudur. Fikirlər
... Read more »
4. İNSAN SOSİOLOGİYASININ PSİXOLOGİYADAN ÜSTÜNLÜYÜ
İnsan fizioloji cəhətdən canlıların ən mükəmməlidir və o, insani təkamül adlanan xüsusi bir istedada, insani xüsusiyyətlərin yaratdığı vücud və şəxsiyyətə malikdir. Bu şəxsiyyət, bir sıra təcrübə və təlimlər nəticəsində fikri, fəlsəfi və elmi xüsusiyyətlərə malik olur və bununla da «əxlaq» adlanan digər xüsusiyyətin təsiri altına düşür. Bu xüsusiyyətin təsiri ilə də, «yaxşı» və «pisi» yaradır. Elə «incəsənət» və «din» xüsusiyyəti də bu cü
... Read more »
Tarixi materializm nəzəriyyəsi öz növbəsində ictimai strategiyada mühüm təsirə malik olan bir sıra nəticələr verir. Tarixi materializm, ictimai seçim və rəftarda təsir etməyən bir nəzəri və fikri məsələ deyildir. İndi isə söylədiklərimizdən çıxara biləcəyimiz nəticələrə nəzər salaq.
Birinci nəticə cəmiyyət və tarixi tanımağa qayıdır. Tarixi materializm
... Read more »
Tarixi materializm nəzəriyyəsinin əsaslarını və ondan yaranan nəticələri izah etdikdən sonra, növbə onun araşdırılmasına çatır.
İlk növbədə qeyd etməliyik ki, biz burada, nə marksizmi və nə də Marksın külliyatda olan nəzəriyyələrini araşdırmaq istəyirik. Biz burada yalnız, bəhsimizin mövzusu ilə bilavasitə əlaqəli olan tarixi materializmi araşdırmaq is
... Read more »
Tarixi materializm nəzəriyyəsinə əsasən, cəmiyyətlərdə gərək bazis və üstqurum arasında uyğunluq olsun və bazisi tanımaqla, üstqurumu da tanıma imkanı yaransın. Həmçinin, üstqurumu tanımaqla bazisi tanıma imkanı olsun. Bazis dəyişildikdə və bu uyğunluq pozulduqda, icbari olaraq ictimai tarazlıq da pozulur, böhran başlanır və üstqurum istər-istəməz dağılır. Nə qədər ki, bazis əvvəlki formasında qalır, üstqurum da sabit və dəyişilməz qalır.<
... Read more »
İSLAM NƏZƏRİNDƏN TARİXİ MATERİALİZM NƏZƏRİYYƏSİNİN TƏRƏFDARLARI
1. Quranda bir çox ictimai terminlər bəyan edilmişdir. Biz cəmiyyət haqqındakı bəhslərimzdə Quranın ictimai lüğətlərindən təqribən 50-yə yaxınını saydıq. Quranın ictimai ayələrini oxumaqla, Quran nəzərindən cəmiyyətdə iki qütblük halı müşahidə olunur. Digər tərəfdən Quran, cəmiyyətdə maddi – yəni, maddi malikiyyət və kasıblıq – iki qütblük halını göstərir və qütblərdən birini müstəkbir (hegemon) və digər qütbü müstəzəf (məzlu
... Read more »
Tarixi materializmin Quran baxımından sübutu üçün deyilən şeylər, ya kökündən səhvdir və yaxud da düzdür, sadəcə olaraq alınan nəticə düzgün deyildir. Əvvəldə qeyd olunan dəlilləri bir-bir araşdıraq.
Birincisi, Quranın cəmiyyəti iki qütbə – maddi və iki mənəvi qütbə bölməsi və bu iki qütbün bir-birinə uyğun olması sözləri düzgün deyildir. Yəni
... Read more »
Hər hansı bir məktəbin, tarixin şəxsiyyəti barəsindəki baxışlarını tapmaq və ya araşdırmaq üçün müxtəlif meyarlardan istifadə etmək olar. Həmin meyarlara dəqiq fikir verməklə, həmin məktəbin tarixi hərəkatlara və tarixi hadisələrin mahiyyətinə hansı baxışla baxdığını anlamaq olar.
Bu məqsədlə də, nəzərimizdə olan meyarları diqqətinizə çatdırırıq. Əlbətt
... Read more »
Bir qədər əvvəl qeyd etdik ki, tarixin hərəkət mexanizmi, məktəblər baxımından müxtəlifdir: Kimisi hərəkətin təbii mexanizmini, bir təbəqənin o birisinə olan təzyiqi və bir təbəqənin zatən irticaçı və digər təbəqənin zatən inqilabi olması kimi başa düşür; digəri isə hərəkətin təbii mexanizmini, bəşərin tərəqqipərvər və kamillik axtarışında olan pak fitrətində görür; başqa bir məktəb isə tamam başqa cür düşünür. Aydındır ki, hər bir məktəb öz hərəkət mexanizmin
... Read more »