İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 12
Qonaqlar 12
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 10 » İslam dünyagörüşü - Cəmiyyət və tarix
    4:59 PM
    İslam dünyagörüşü - Cəmiyyət və tarix
    MEYARLAR
    Hər hansı bir məktəbin, tarixin şəxsiyyəti barəsindəki baxışlarını tapmaq və ya araşdırmaq üçün müxtəlif meyarlardan istifadə etmək olar. Həmin meyarlara dəqiq fikir verməklə, həmin məktəbin tarixi hərəkatlara və tarixi hadisələrin mahiyyətinə hansı baxışla baxdığını anlamaq olar.
    Bu məqsədlə də, nəzərimizdə olan meyarları diqqətinizə çatdırırıq. Əlbəttə ola bilər ki, biz burada bütün meyarları sadalaya bilməyək.
    Meyarları söyləməzdən və onlar vasitəsilə islamın nəzərini araşdırmazdan öncə, qeyd etməliyik ki, bizim fikrimizcə Quranda, cəmiyyətin mənəvi qurumunun maddi qurumlara nisbətən daha mühüm və önəmli olduğunu aşkar şəkildə söyləyən bəzi prinsiplər vardır. Quran onlar haqqında buyurur:
    «...Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü dəyişməz...» (Rəd-11).
    Başqa sözlə, xalqın vəziyyət və müqəddəratı, onlar öz nəfslərinə və ruhiyələrinə aid olan şeyləri dəyişmədikcə, heç vaxt dəyişməz. Bu ayə, tarixin iqtisadi icbarını aşkarcasına rədd edir.
    Eyni halda, biz məsləhət gördüyümüz və əldə etdiyimiz meyarları söyləməklə islam məntiqini bu vasitələrlə araşdıracağıq.
    1. DƏVƏT STARTEGİYASI
    Cəmiyyət üçün deməyə sözü olan və cəmiyyəti bu sözü qəbul etməyə çağıran hər bir məktəb çarəsiz olaraq, bir tərəfdən həmin məktəbin əsas hədəfləri ilə uyğun gələn, digər tərəfdən isə, həmin məktəbin tarixi hərəkatların mahiyyəti haqqındakı baxışları ilə üst-üstə düşən xüsusi metod və üsuldan istifadə edir. Hər hansı bir məktəbin dəvəti, xalqa agahlıq vermək və onları hərəkətə gətirmək üçün xüsusi amillərə təzyiq göstərmək deməkdir. Məsələn, Oqust Kontun «insanlıq» məktəbinin – xüsusi növ elmi din tərəfdarıdır və insanın təkamülünün kökünü və cövhərini, onun zehni daxilində bilir və bu fikirdədir ki, insan öz zehnində iki (əfsanəvi və fəlsəfi) mərhələni keçərək elmi mərhələyə çatıb – çarəsiz olaraq, lazım saydığı agahlıqlar və hərəkət etmək üçün istifadə etdiyi bütün vasitələr də elmidir. Yaxud proletariyatın inqilabi nəzəriyyəsi olan marksizmin də verdiyi agahlıq, işçilərin özünüdərketmə hissinə çatdığı təbəqələrarası ziddiyət növündəndir və təzyiq etdiyi amil də, məhrumiyyət hissidir.
    Məktəblərin cəmiyyət və tarixə baxışı əsasında verdikləri agahlıq və təzyiq etdikləri amillərin bir-birindən fərqli olmasından əlavə, tarix və insana baxışları əsasında dəvətin təsir dairəsi, dəvətin güclə əlaqəsi, gücün əxlaqi və ya qeyri-əxlaqi olması haqqında müxtəlif nəzəriyyələrə malik olacaqlar.
    Bəzi məktəblərin, insana bağlı məsələlərdə əxlaqi saydıqları yeganə şey, sülhsevər dəvətdir. Güc və zor tətbiq etməyi istənilən şəraitdə və hansı formada olmasından asılı olmayaraq, qeyri-əxlaqi sayırlar. Buna görə də, bu dinlərin müqəddəs prinsiplərindən biri də budur: Əgər sağ üzünə sillə vursalar, sol üzünü də çevir. Əgər pencəyini oğurlasalar, papağını da özün ver. Qarşılıqlı olaraq bəzi məktəblər, məsələn Nitçe məktəbi, yalnız gücü əxlaqi sayırlar. Çünki, insanın kamilliyi güc və qüdrətdədir və anoloji olaraq, fövqəl-insan ən qüdrətli insan deməkdir. Nitçenin fikrinə görə, xristianlıq əxlaqı nökərçilik, zəiflik, zillət və bəşər durğunluğunun əsas səbəbidir. Bəzilərinə görə isə, əxlaq güc və qüdrətə bağlı sayılır. Ancaq hər bir gücü də əxlaq saymırlar. Marksizmin fikrinə görə, istismarçının istismar olunan əleyhinə işlətdiyi güc qeyri-əxlaqidir. Çünki, mövcud vəziyyəti qorumağa çalışır və durğunluğa səbəb olur. Ancaq istismar olunanın işlətdiyi güc, əxlaqidir. Çünki cəmiyyətin dəyişməsi və ali mərhələyə keçid üçün işlədilir. Başqa sözlə, iki qrupun bir-biri ilə mübarizə apardığ və cəmiyyətə hakim olan çəkişmədən biri tezis, digəri isə anti-tezis rolunu oynayır. Tezis rolunu ifa edən güc, irticaçı olduğu üçün qeyri-əxlaqi və anti-tezis rolundakı güc, inqilabi olduğu üçün əxlaqi sayılır. Əlbəttə, indi əxlaqi olan güc növbəti mərhələdə, onu inkar edən yeni güclə üzləşir və o zaman özü mürtəce və zalım olur. Yeni gücün rolu isə, əxlaqi olacaq və deməli, əxlaq nisbi bir şeydir. Bu gün əxlaqi olan, sabah qeyri-əxlaqi və əxlaqa zidd olur.
    Deməli, xristianlıq baxımından məktəbin müxalif qrupla olan əlaqəsi – bu qrup, məktəbin fikrincə təkamülün əleyhinədir – yalnız sırf əlaqədir və bu əlaqə mülayimlik və yumşaqlığa dəvətdir. Yalnız bu növ əlaqə, əxlaqi sayılır. Nitçenin fikrincə, yalnız güclünün zəiflə olan əlaqəsi əxlaqidir. Qüdrətdən daha əxlaqi bir şey yoxdur. Həmçinin zəiflikdən daha əxlaqsız bir şey ola bilməz və ya zəiflikdən daha böyük günah yoxdur. Marksizmin fikrincə, iqtisadi baza cəhətdən iki müxalif qrupun əlaqəsi, güc və zor işlətməkdən başqa bir şey ola bilməz. Bu növ əlaqədə, istismarçı təbəqənin zor tətbiq etməsi təkamül əleyhinə olduğu üçün qeyri-əxlaqi sayılır və istismar olunanın zor işlətməsi, əxlaqi sayılır. Daha burada, yeni qüvvə ilə köhnə qüvvənin əlaqəsinin həm mübarizə, həm də əxlaqi olması söhbəti yoxdur.
    İslam baxımından, yuxarıda sadalanan bütün nəzəriyyələr qüsurlu və iradlıdır. Əxlaqi olmaq, məsihiyyətin düşündüyü kimi, sülhsevər və din, əlaqə, mülayim dəvət, sülh, səmimiyyət və məhəbbətlə bitmir. Çox güman ki, güc və qüdrət də əxlaqi olur. Buna görə də, islam güc və zülm əleyhinə mübarizəni müqəddəs və məsuliyyətli sayır və bəzi hallarda, silahlı qiyam olan cihadı lazım və məsləhət bilir.
    Aydındır ki, Nitçenin nəzəriyyəsi puç və anti humanist və təkamül əleyhinə olan bir nəzəriyyədir. Marksizm nəzəriyyəsi, tarix üçün nəzərdə tutduğu mexanizmə əsaslanır. İslam baxımından zülmlə qarşılaşmanın təkamül əleyhinə olan qrupla əlaqəsi, marksizm nəzəriyyəsinə zidd olaraq birinci deyil, ikinci əlaqədir. Birinci əlaqə, hikmət ilə gözəl moizənin əlaqəsidir. «(Ya Məhəmməd!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna (islama) dəvət et...» (Nəhl-125).
    Güc tətbiqi ilə təkamül əleyhinə olanların əlaqəsi, fikri cəhətdən qane olma (hikmət=dəlil) və ruhi cəhətdən qane olma (moizə=xatırlatma) mərhələləri keçmiş və nəticəsiz qalmış olduqda, əxlaqi sayılır.
    Elə buna görə də, bütün mübarizə aparmış peyğəmbərlər, öz dəvətlərinin birinci mərhələsini hikmət və gözəl moizə ilə başa vurmuş və bu yolla nəticə hasil olmadıqda və ya ümumi nəticəyə çatmadıqda mübarizəni, cihadı və zor-güc işlətməni, məntiqi və əxlaqi bir iş sayırdılar. Əsas kök və dəlil budur ki, islam maddi deyil, mənəvi düşündüyü üçün dəlil, moizə və məsləhətin böyük təsir qüvvəsinə inanır və (Marksın təbiri ilə) silahların tənqidinin gücünə inandığı kimi, tənqid silahının gücünə də inanır və ondan faydalanır. Ancaq onu, hər yerdə istifadəsi gərək olan yeganə silah və qüvvə saymır. İslamın, təkamül əleyhinə olanlarla mübarizəni birinci əlaqə deyil, ikinci əlaqə saymasının sirri, (həmçinin, dəlil və moizənin gücünə inanmasının da) islamın insana və anoloji olaraq cəmiyyət və tarixə olan mənəvi baxışıdır.
    Deməli, məlum oldu ki, bir məktəbin müxalif cəbhə ilə əlaqəsinin dəvət və ikinci əlaqəsinin mübarizə olması, həmin məktəbin, məntiq və xəbərdarlığın təsir dairə və təsir gücü, həmçinin tarixin axarı və mübarizənin bu axarda rolu barəsindəki fikir və nəzərlərini aşkar edir.
    İndi isə, söhbətin digər hissəsinə başlayırıq. Baxaq görək islami agahlıqlar və islamın təkid etdiyi və öz dəvətlərində təzyiq göstərdiyi vasitələr hansılardır?
    İslami agahlıqlar (xəbərlər, məlumatlar, elmlər və s.) ilk növbədə, başlanğıca və məada işarə növündəndir. Bu həm Quranda istifadə olunan, həm də ötən peyğəmbərlərdən nəql olunan bir üslubdur. Peyğəmbərlərin etdiyi xəbərdarlıq, «haradan gəlmisən, haradasan və hara gedəcəksən?» barəsindədir. Dünya haradan yaranıb, necə yaranıb, hansı mərhələlərdən keçib, hansı mərhələdədir, nəyə doğru gedir? Peyğəmbərlərin yaratdığı ilk məsuliyyət nigarançılığı, varlıq və yaradılışlar qarşısında olan məsuliyyət nigarançılığıdır. İctimai məsuliyyət nigarançılığı, varlıq və yaradılışlar qarşısında məsuliyyət nigarançılığının bir hissəsidir. Öncədən işarə etmişdik ki, Məkkədə nazil olmuş surələr (Peyğəmbər (s)-in peyğəmbərliyinin ilk 13 ilində nazil olmuş surələr) başlanğıc və məaddan (qiyamət) başqa çox az şeyə işarə edirlər.
    Peyğəmbər (s) öz dəvətini, «Qulu la ilahə illəllah, tuflihu» kəlmələri ilə başladı. Mənası da etiqadi hərəkatın bir növ fikir təmizliyi ilə başlanması idi. Doğrudur ki, tohidin mənası genişdir və əgər islamın bütün təlimləri təhlil olunarsa, tohidə qayıdır və əgər tohid parçalanarsa, təhlillərə bölünəcək.(Əl-mizan, Ali-İmran surəsinin axırıncı ayəsinin təfsiri.) Ancaq bilirik ki, ilk vaxtlarda həmin cümlədən məqsəd, nə şirk ibadətlərindən və şirk etiqadlarından, ibadətdə və fikirdə tohidə doğru əməli və fikri meyllərdən artıq bir şey var idi. Əgər olsaydı, xalq başa düşər və xəbərdar olardı.
    İnsanların zatının dərinliklərinə əl atan, bu köklü və qol-budaqlı agahlıq onlarda, yolunda canlarından, mallarından, vəzifə və uşaqlarından da keçdikləri xüsusi növ qeyrət hissi, öz əqidələrinin müdafiə təəssübü və bu əqidənin yayılması üçün şövq və həvəs yaradırdı. Peyğəmbərlər, bizim dövrdə, üstqurum adlanan işlərdən başlayır və bazisə doğru hərəkət edirdilər. Peyğəmbərlər məktəbində, insan mənafedən daha çox əqidəyə, məsləkə və imana bağlıdır. Həqiqətdə bu məktəbdə fikir və əqidə bazis sayılır, iş – yəni, təbiət və onun verdikləri ilə əlaqə – və cəmiyyət isə üstqurumdur. Hər bir dini dəvət, gərək peyğəmbərə bənzər – yəni, daimi xəbərdarlıq və başlanğıcla məadı xatırlatma ilə qarışıq – olsun. Peyğəmbərlər bu hissləri oyatmaqla, bu şüurları silkələməklə, bu vicdanların tozunu silməklə və bu agahlığı verməklə Tanrı razılığına, Haqq əmrinə, Haqqın mükafat və qəzəbinə arxalanaraq, cəmiyyəti hərəkətə gətirir. Quranda on üç yerdə Tanrının razılığından söz açılır. Yəni, Quran, cəmiyyətin bu mənəvi amilinə təsir etməklə, iman əhlini hərəkətə gətirir. Bu agahlığın adını ilahi agahlıq, yaxud dünyəvi agahlıq (dünya miqyaslı) qoymaq olar.
    İkinci olaraq, islam təlimləri içində insan agahlıqları görünür. Yəni insanın, öz zatının kəramət və şərəfinə, öz zatının izzət və böyüklüyünə diqqət etməsi nəzərə çarpır. Bu məktəbdə insan mövcudluğunun səbəbi yüz milyon illər ərzində – sair canlılarla eyni səviyyədə olduğu zaman – təbii mübarizə və seçmə mərhələsində saysız xəyanətlər edərək bu mərhələyə çatmış heyvan deyil, əksinə varlığında ilahi ruhun zərrəcikləri olan varlıqdır. Mələklər ona səcdə edirdilər. Onu göylərdən yerə səfir göndərirlər. Bu vücudun varlığında, şəhvət və fəsada olan heyvani meyllərə baxmayaraq, zatən pislik, qan tökmə, yalan, fəsad, alçaqlıq, zülmə dözmək və s. ilə müxalif olan pak cövhər (maya) vardır və bu, böyüklük nişanəsidir: «Halbuki şərəf-şan da, qüvvət və qələbə də yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur...» (Munafiqun, 8-ci ayə.)
    Peyğəmbərin «İnsanın şərəfi gecələr oyaq olmağı və izzəti, insanlara möhtac olmadan yaşamasıdır», Əli (ə)-ın Süffeyndə silahdaşlarına dediyi «Yaşayış və həyat qalib ölməkdə, ölüm isə əl altda (kölə kimi) yaşamaqdadır», yaxud Hüseyn ibni Əli (ə)-ın «Mən ölümdə səadət və zülümkarlarla yaşayışda isə, əzabdan savayı bir şey görmürəm», yaxud da «Zillət bizdən uzaqdır» sözlərində kəramət hissi və hər bir insanın fitrətində olan, insanın zati şərəfi kimi amillərdən istifadə olunur.
    Üçüncü olaraq isə, hüquq və ictimai məsuliyyətlər barəsindəki agahlıq gəlir. Quranda elə misallara rast gəlirik ki, başqalarının və ya özünün tapdalanmış hüququna əsaslanaraq, hərəkət və oyanış yaratmağa çalışırlar:
    «(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda və (Hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): «Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə Öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!» – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?» (Nisa-75).
    Bu müqəddəs ayədə, cihada təhrik etmək üçün iki mənəvi dəyərə toxunulur: Birincisi, həmin yolun Allah yolu olması, ikincisi isə pənahsız və zəif insanların zülmkarların cəngində qalmasıdır. Həcc surəsində buyurulur:
    «Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izn verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə qadirdir!
    O kəslər ki, haqsız yerə, ancaq «rəbbimiz Allahdır» dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, yəhudi məbədləri və içərisində Allahın adı çox zikr olunan məscidlər uçulub dağılmışdı. Allah ona (Öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət və qüdrət sahibidir.
    O kəslər ki, əgər onları yer üzərində yerləşdirsək (onlara bir yer versək) namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah qiyamət günü əməllərinə müvafiq olaraq möminlərə mükafat, kafirlərə isə cəza verəcəkdir.)» (Həcc-39-41).
    Bu ayədə cihad və müdafiənin icazəsini, mücahidlərin tapdalanmış hüququna işarə ilə verdiyini görürük. Eyni halda, müdafiənin əsas mənasının bir qrup tapdalanmış hüquqlardan daha qiymətli və daha üstün olduğunu qeyd edir. Həmin məna isə budur ki, əgər müdafiə və cihad olmazsa və əgər iman əhli oturub gözləsələr, məbədlər və məscidlər – bunlar, cəmiyyətin mənəvi həyatının döyünən ürəyidir – ziyan çəkər və fəaliyyətləri dayanar. Nisa surəsində buyurulur:
    «Allah pis sözün açıq, ucadan deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır...» (Nisa-148).
    Aydındır ki, bu, məzlumları qiyama səsləyən xüsusi növ çağırışıdır. Şuəra surəsində şairləri və onların xəyalpərəst ruhiyyəsini pislədikdən sonra deyir: «Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan (onları həcv edən müşrik, kafir şairlərə öz mənzumələri ilə qələbə çalan mömin şairlərdən) başqa!...» (Şuəra-227).
    Ancaq Quran və sünnətdə, zülmə tabe olmağın ən pis günahlardan və hüququn tələb və bərpasının isə vəzifə olması ilə yanaşı, bütün bunlar, məsələnin insani xüsusiyyətləri olan bir sıra dəyər kimi qiymətləndirilir. Quran heç vaxt mənəvi problemlərdən, həsəd hissinin, şəhvət və iştahanın təhrikindən istifadə etmir. Məsələn, heç vaxt demir ki, filan qrup belə qazanıb varlandı və nəyə görə sən onların yerinə olmayasan?
    Əgər birinin malını zorla ondan almaq istəsələr, islam maddiyatın heç bir qiyməti olmadığı üçün malın sahibinin susmasına icazə vermir. Həmçinin birinin namusuna təcavüz olunduqda, bu təcavüzün şəhvət hissinə aid olduğu üçün namus sahibinin susmasına da icazə vermir. Əksinə, müdafiəni bir vəzifə, öz namus, yaxud malını müdafiə edərkən ölmüş şəxsi isə şəhid sayır. Ancaq islam məntiqi, şəxsləri öz mallarının müdafiəsinə təşviq etdikdə, tamah və hərislik deyil, haqqı müdafiə etmək kimi dəyərli bir işdən söz açır. Namus və qeyrətin qorunmasını vacib bilirsə, şəhvət və cinsi məsələləri deyil, ictimai dəyərlərdən biri olan iffət hissini müdafiə etmək istəyir və bu da, kişinin əsas vəzifələrindən biridir.
    2. MƏKTƏBİN ADI
    Hər bir məktəb öz ardıcıllarını, xüsusi bir adla adlandırır. Məsələn, irqçilik nəzəriyyəsinin tərəfdarlarını ayıran və onun vasitəsilə tanıtdıran ad, ağ dərililikdir. Həmin məktəbin ardıcılları biz dedikdə, ağ dərililər qrupunu nəzərdə tuturlar. Yaxud, proletariyat nəzəriyyəsi olan marksist nəzəriyyəsi, öz ardıcıllarını proletariyat adlandırır və onların şəxsiyyət və nişanələri fəhləlikdir. Onlar «biz» dedikdə, fəhlə sinfini nəzərdə tuturlar. Biz fəhlələr və zəhmətkeşlər. Xristianlıq öz ardıcıllarının şəxsiyyətini, bir şəxsin (həzrət Məsihin) ardınca getməkdə görür. Guya ardıcılların məqsəd və yolla heç bir işləri yoxdur. Onların bütün şəxsiyyəti, «Məsih haradadırsa biz də orada olmalıyıq» şüarıdır.
    İslamın xüsusiyyətlərindən biri də budur ki, o, öz ardıcıllarını ayırmaq üçün heç bir irqi, sinfi, əsalət, vəzifə, məhəl, ərazi, şəxsi və s. addan istifadə etmir. Bu məktəbin ardıcılları ərəblər, samilər, kasıblar, varlılar, zəiflər, ağdərililər, qaradərililər, asiyalılar (sarı irq), şərqlilər, qərblilər, Məhəmmədçilər, Qurançılar, qiblə əhli və s. ilə adlandırılmırlar. Sadalananlardan heç biri, bu məktəbin ardıcıllarının həqiqi şəxsiyyətinin və birliyinin və «biz»inin mayası sayılmırlar. Söhbət, məktəbin şəxsiyyəti və onun ardıcıllarından düşdükdə, sadalanan bütün ünvanlar (adlar) puç olur və yalnız, bir şey qalır. O da müəyyən bir rabitə və əlaqədir. İnsanla Tanrı arasında olan əlaqə – yəni islam – Allaha təslim olmaq. Müsəlman ümməti necə ümmətdir? Tanrıya təslim olan, həqiqətə təslim olan, həqiqət üfüqlərindən bəşəri hidayət etmək üçün, ən yaxşı şəxslərin qəlbinə nur saçan, vəhy və ilhama təslim olan bir ümmətdir. Müsəlmanların «biz» və onların həqiqi şəxsiyyəti nədir? Bu din onlara hansı vəhdəti bağışlamaq istəyir, onları necə adlandırmaq istəyir, hansı bayraq altında birləşdirmək istəyir? Cavab budur: İslam öz ardıcıllarını həqiqətə təslim olmaq şüarı altında birləşdirir.
    Hər bir məktəbin öz ardıcılları üçün tərtib etdiyi birlik (vəhdət), onun hədəflərini tanımaq və həmin məktəbin insan, cəmiyyət və tarix barəsindəki baxışlarını anlmaq üçün ən yaxşı yoldur.
    Category: İslam dünyagörüşü - Cəmiyyət və tarix | Views: 948 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024