Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə əlaqə vasitəsi sayılır. Böyük ariflər duanı möminin əməldə tövhidə olan bağlılığı kimi tanıtmışlar. Ona görə də peyğəmbərlər və Əhli-beyt (ə) duaya çox əhəmiyyət vermişlər.
Əhli-beytdən nəql olunmuş dualar arasında "Kumeyl” duası öz ali və irfani xüsusiyyətlərinə görə müstəsna yer tutur. Rəvayətlərə g
... Read more »
Aşiq ariflər və arif aşiqlər bütün dualar içərisində "Kumeyl” duasının məqamını, insanın bütün yaranmışlar arasında olan məqamı kimi bilmişlər. Varlıq aləmində bütün mövcudların ən şərəflisi insan olduğu kimi, duaların da ən şərəflisi "Kumeyl” duasıdır. Tanınmış alim Əllamə Məclisi "Kumeyl” duasını ən üstün dua hesab edir. Mərhum alim Seyyid ibn Tavusun "İqbal” kitabına əsaslanaraq özünün "Zadul – Məad” kitabında yazır: "Kumeyl deyir ki, bir gün Bəsrə şəhərində Mövlam Əlinin
... Read more »
İlahi rəhmətə bürünmüş varlıq aləmini kəmiyyət nöqteyi-nəzərindən təsəvvür etmək mümkün deyil. Amma bu varlıq aləminin kiçik bir hissəsi olan Yer planetini elmin köməyi ilə təsəvvürdə canlandırmaq olur. Bu təsəvvürlər ən kiçik zərrəni belə ağuşuna almış ilahi rəhmətin əzəmətini aydınlaşdırır. Varlıq aləmindəki bütün mövcudlar atom adlı hissəcikdən təşkil olunmuşdur. Ən güclü mikroskoplar belə atomu müşahidə etməkdə acizdir. Təsəvvür edin ki, ən iti iynənin ucunda 55x10(18) atom yerləşir. Əgər iynə
... Read more »
Müxtəlif həşəratların, quru və dəniz heyvanlarının, quşların və sürünənlərin nə qədər faydalı olduğu tam mənada yalnız Allah-Taalaya məlumdur. Bu vücudların həyatın davamına müsbət təsirinin əsas səbəbi onların hər birinə hakim olan ilahi rəhmətdir.
Təbiət aləmində bitki və ağacların tozlanması ilə məşğul olan həşəratl
... Read more »
Bədbəxtlər siyahısından xoşbəxtlər siyahısına keçən ad
Məşhur irfan və elm kitabı olan "Təfsiri-Fatihətül-Kitab” əsərində belə bir rəvayət nəql olunur:
Bəni-İsrail tayfasında xalqdan kənarlaşıb tənhalığa çəkilmiş bir abid var idi. İbadətinə görə mələklər onu sevir, mələk Cəbrail (ə) onu ziyarət etmək istəyirdi. Bu ziyarət üçün icazə istəyən Cəbrail Allahdan belə
... Read more »
Yəqub Ləys Sistanın görkəmli şəxsiyyətlərindən olmuş və qaniçən Abbasi hökumətinə qarşı inqilabın bünövrəsini qoymuşdur. Gənclikdə bir müddət misgərliklə məşğul olan Yəqub qazancını tay-tuşlarına xərcləyərdi. O, səxavətli, azad düşüncəli olduğundan ətrafına xeyli gənc toplaşmışdı.
Az sonra misgərliyin daşını atan Yəqub nəhayət, Sistan əmiri
... Read more »
Hər bir insan oturub-durduğu şəxsin təsiri altına daha tez düşür. Ona görə də Qurani-Məciddə və Əhli-beyt (ə) rəvayətlərində dost seçiminə münasibətdə çox ciddi göstərişlər vardır. İslam kitabxanasında sırf bu mövzudan bəhs edən kitablar kifayət qədərdir.
İslam dini insanları kafir, müşrik, günahkar şəxslərdən uzaqlaşmağa çağırır. Məqsəd möm
... Read more »
Xalqa zülm etmək çox çirkin, ağır və şeytani bir işdir. İnsan yol verdiyi ən kiçik zülmə görə qiyamət günü hesab verəsidir. «Ənbiya» surəsinin 47-ci ayəsində oxuyuruq: «Əgər sizin əməliniz xardal dənəsi ağırlıqda olsa belə ölçü üçün qiyamət səhnəsinə gətiriləcək və biz hesab çəkəcəyik».
Ehtiyacdan artıq olan var-dövlətə meyl insanın fikrini dolaşıq salır, onu ilahi əhkam və əxlaqdan, insanlıqdan uzaqlaşdırır. Xalqın malına və haqqına göz dikən insan harama, qarətə və günaha düçar olur.
Allahı, qiyaməti düşünmək, Allahın əzabından qorxmaq, əxlaq məsələlərinə riayət etmək, insanların hüququnu pozmamaq insanı hərislikdən və həddi aşmaqdan
... Read more »
Maddi işlərə ifrat surətdə bağlılıq, şəhvətə əndazəsiz meyl, ləzzətə aludəçilik, bütün vaxtı dünya malı qazanmağa sərf etmək, qafil insanlarla yoldaşlıq, xeyir işlərdən uzaqlıq, israfçılıq, xalqın problemlərinə biganəçilik, vacib işlərdə süstlük, günaha batmaq, elm və maarifdən xəbərsizlik hicran xarabasında sakinliyin nişanələridir. Bu xarabada ilan-çayandan, hiyləgərlikdən, heyvanlıq və şeytançılıqdan, qarətçilik və quldurluqdan, yalan və xəyanətdən, riyakarlıq və eqoizmdən, qeybət və böhtand
... Read more »
Heç şübhəsiz ki, sınıq qəlb və göz yaşları ilə gecə yarısı xəlvətdə edilən dua qəbula çox yaxındır. Allah-Taala Musa ibn İmrana belə xitab edir: «Ey İmran oğlu! Mənim hüzuruma qəlbindən sınıqlıq, cismindən təvazö, gözündən gecə yarısı olan yaş gətir. Məni çağır, yəqin ki, icabət edəcəyəm».("Kənzul-əmmal”, 43 639.)