İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 14 » Kumeyl duasının şərhi 1
    6:25 AM
    Kumeyl duasının şərhi 1
    XALQA ZÜLM
    Xalqa zülm etmək çox çirkin, ağır və şeytani bir işdir. İnsan yol verdiyi ən kiçik zülmə görə qiyamət günü hesab verəsidir. «Ənbiya» surəsinin 47-ci ayəsində oxuyuruq: «Əgər sizin əməliniz xardal dənəsi ağırlıqda olsa belə ölçü üçün qiyamət səhnəsinə gətiriləcək və biz hesab çəkəcəyik».
    XEYİRXAHLIQ RUHİYYƏSİNİ TƏRK ETMƏK
    Allahın yardımı ilə insanda yaranan və rəhmət qapılarını onun üzünə açan xeyirxahlıq ruhiyyəsi çox dəyərli nemətlərdəndir. İnsan bütün vücudu ilə bu ne məti qorumalıdır ki, xənnaslar, şeytanlar bu dəyəri onun əlindən almasınlar.
    Mərifət qazanmaq, təvazökarlıq ruhiyyəsi əldə etmək, bəndələrə xidmət göstərmək yolunda bir çox təhlükələr vardır. İnsan bu ruhiyyəni özündə qorumaq üçün ayıq olmalıdır. İstənilən bir zəiflik xeyirxahlıq adətlərini süstləşdirir. Bu ruhiyyəni qoruya bilməyən insan günaha yol verir və nəticədə ilahi nemətlərin yerini çətinliklər tutur.
    XEYİRXAHLIQDAN UZAQLAŞMA
    Xalqa yaxşılıq və ehsan iman və insanlıq nişanəsidir. Xeyir əməl sahiblərinin mükafatı ilahi məhəbbətdir.("Nəhcül-Bəlağə”.)
    Xeyirxah insanlar kiçik maneələr səbəbindən yaxşılıq və ehsanı tərk etməməlidirlər. Xalqa yaxşılıq Allaha ibadətdir. Bu əməllərin böyük mükafatı vardır və xeyirxah insan Allahın razılığını qazanır.
    Heç şübhəsiz, xeyirxahlıqdan uzaqlaşmaq böyük günahdır. Bu uzaqlaşma insanı Allahın razılığından və gözəl əxlaqdan məhrum edir.
    NEMƏTƏ QARŞI KÜFR ETMƏK
    Qurani-Kərimin ağır əzab vəd etdiyi günahlardan biri də nemətlər qarşısında naşükürlük etməkdir.("Nəhcül-Bəlağə”.)
    Nemətə qarşı küfr etməyin ən çirkin forması neməti günaha, haram işlərə puç istəklərə sərf etməkdir.
    ŞÜKRÜN TƏRKİ
    İnsanın fiziki və mənəvi inkişafı üçün ona nemətlər bəxş etmiş Allaha şükür etmək vacibdir. Misilsiz nemətlər qarşısında şükür etməmək insanlıqdan uzaq bir xüsusiyyətdir.
    Şükür nemət verəni və neməti tanımaq, bu neməti halal yerlərdə sərf etməkdir. Qəlb nemətinin şükrü onu imanla bəzəmək, Allah, qiyamət, peyğəmbər və imamlara inanmaqdır. Göz nemətinin şükrü Allahın əzəmətini seyr etmək, elm öyrənmək, Quran oxumaq və onu haramlardan qorumaqdır.
    Qulaq nemətinin şükrü haqqı dinləmək, batil, haram musiqi, qeybət və böhtana qulaq asmamaqdır. Dil nemətinin şükrü gözəl danışıq, suallara doğru cavab, Quran oxumaq və s. Dili qeybətdən, yalandan, böhtandan, puç danışıqdan qorumaq lazımdır.
    Qarın nemətinin şükrü halal və qədərincə yeməkdir. Şəhvət nemətinin şükrü bu yolda haram işlərdən çəkinməkdir.
    Ayaq nemətinin şükrü məscidə getmək, elmi məclislərdə iştirak etmək, qohumları və din qardaşlarının görüşünə getməkdir. Var-dövlət nemətinin şükrü onu ailə-övlada xərcləmək, fəqirlərə yardım etmək, xüms və zəkat ödəməkdir.
    Bəli, bu işlərdən istənilən birinin tərki günahdır və gec-tez neməti bəlaya çevirəsidir.
    «Allahumməğfirliyəz-zunubəl-ləti-təhbisud-dua»
    («Pərvərdigara! Dualarımı həbsə salmış günahlarımı bağışla»).
    Həzrət Səccad (ə) duanın qəbuluna mane olan yeddi günah göstərir: 1. Pis niyyət; 2. Gizli çirkin sifət; 3. İkiüzlülük və din qardaşı ilə nifaq; 4. Duanın qəbuluna inamsızlıq və onun vaxtını əldən buraxmaq; 5. Vacib namazı təxirə salıb vaxtını ötürmək; 6. Yaxşılıq və sədəqəni tərk etmək; 7. Xalqla danışarkən yersiz sözlərə yol verib söyüş işlətmək.("Tuhəful-uqul”, 356.)
    PİS NİYYƏT
    Niyyət dedikdə məqsəd və iradə başa düşülür. İslam dini öz ardıcıllarını - nəinki insanlara, hətta heyvanlara və təbiət aləminə qarşı - xoş münasibətə çağırır. İnsan hamı üçün xeyir və səadət istəməli, imkan daxilində xalqın çətinliyini aradan qaldırmağa çalışmalıdır. Xoş niyyət o qədər dəyərlidir ki, onun müqabilində böyük mükafatlar vəd edilir.
    İmam Sadiq (ə) buyurur: «Fəqir mömin belə dua edir: «Pərvərdigara, mənə ruzi əta et ki, xeyir işlər görə bilim». Əgər onun niyyəti xalis olsa, hələ heç bir xeyir iş görməmiş onun əməl naməsinə savab yazılar ...»("Əmaliye-Mufid”, 51.)
    Rəvayət olunur ki, çınqıllı yerdən keçən bir ac kişi «əgər bu çınqıllar təam olsaydı, onları xalq arasında bölərdim» deyə düşünür. Allah öz peyğəmbərinə vəhy edir ki, bu şəxsə «sədəqən qəbul olundu və mükafatına çatdın» - söylə».("Biharul-ənvar”, 68-72.)
    İnsan bütün ətrafdakılara münasibətdə pis niyyətdən çəkinməlidir. Pis niyyət insanın qəlbini qaraldır, onu çirkləndirir və günah üçün şərait yaradır.
    GİZLİ VƏ ÇİRKİN SİFƏTLƏR
    Nifaq, bədgümanlıq, kin, eqoizm, riya, təkəbbür, lovğalıq, paxıllıq, xəsislik, tamah, həsəd, Allah düşməninə məhəbbət olduqca təhlükəli günahlardır. Bu günahların dünyəvi və üxrəvi əzabından əlavə duanın qəbulunu əngəlləməyi də var.
    İmam Baqir (ə) münafiq haqqında buyurur: «Pis o bəndədir ki, eyib axtarır, pis danışır, abır aparır, dost kimi gəlib, düşmən kimi arxa çevirir».("Biharul-ənvar”, 68-269.)
    BƏDGÜMANLIQ (SUİ-ZƏNN)
    Allaha, Onun övliyalarına, müsəlman xalqa qarşı bədgümanlıq çox ağır günahlardandır. Bu günahlar insanın qəlbində gizli olsa da, sətir-sətir əməl naməsinə yazılır. Bədgümanlıq edən şəxs dünyadan gedənədək tövbə etməzsə, axirət əzabına düçar olar. «Hücurat» surəsinin 12-ci ayəsində buyurulur: «Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır».
    İslam Peyğəmbəri (s) buyurmuşdur: «And olsun pərəstişə layiq olana, Allah-Taala heç bir mömini tövbədən sonra əzaba düçar etməz. İnsan o zaman əzaba düçar olur ki, Allaha bədgüman, Onun rəhmətindən ümidsiz, pis əxlaqlı olub, mömin şəxslərin qeybətini etsin».("Biharul-ənvar”, 68-269.)
    Batini imanla bəzənmiş, zahiri saleh əməllərə bağlı insan Allahın rəhmət və mükafatından ümidini üzməyib nikbin olmalıdır. Əgər tövbə qapısı açıqdırsa, günahları yumaq mümkündürsə və Allah bağışlamaq vədi vermişdirsə insan nə üçün naümid olmalıdır?! Əksinə insan nikbin olub, Allahın rəhmətinə inanmalıdır.
    Mərhum Əllamə Məclisi bədgümanlıq haqqında olan hədisin şərhində deyir: «İnsan bağışlanmaq istədiyi vaxt Allahın onu bağışlaması üçün nikbin olmalıdır. İnsan tövbə edərkən əmin olmalıdır ki, tövbəsi qəbul ediləcək. Səmimi qəlblə dua edirsənsə inanmalısan ki, duan qəbul olacaq. Bir işə kömək istədiyin zaman Allahın yardımına şübhə etmə. Allaha xatir gördüyün iş hökmən qəbul ediləcəkdir. Bütün bunların ziddi Allaha bədgümanlıqdır və bədgümanlıq da böyük günahdır. Onun müqabilində əzab vəd edilmişdir».("Ğürərul-hikəm”, 265-266.)
    Əgər mömin insanların gördüyü iş zahirən xoşa gəlmirsə, pis fikrə düşmək olmaz. Möminin işini imkan qədərincə düzgün hesab etmək lazımdır. Məsələn, mömini qumar, şərab, musiqi olan günah məclisində görən insan onun haqqında pis fikrə düşməməlidir. Bu yerdə bədgümanlıq Quran və Əhli-beyt nəzərindən haramdır və cəzası vardır. Dini göstərişlərə əsasən mömini günah məclisində görən insan tam sakitliklə özünə deməlidir: «Xoş bu möminin halına ki, Allahın yardımı ilə günah məclisində islah aparır, günahkarlara yol göstərir. Kaş bu iş mənə də qismət olaydı, şeytana əsir olanlara yardım əli uzada biləydim».
    KİN
    Allah düşmənləri istisna olmaqla insanlara sevgi və məhəbbət vacibdir. Yaxınları yoxlamaq (sileyi-rəhm) dində vacib buyurulmuş xeyir əməllərdəndir. Kinli insan bu xeyir işdən məhrum olur. Kin insanın qəlbini çirkləndirir, onun ruhunu zülmətə qərq edir, nəhayət insanı Allahın rəhmətindən uzaq salır.
    Həzrət Peyğəmbər (s) buyurur: «Cənab Cəbrayıl hər dəfə mənim yanıma gələndə dedi: «Ey Məhəmməd, xalqla düşmənçilikdən çəkin.»("Biharul-ənvar”, 78-115.)
    Həzrət Əli (ə) buyurmuşdur: «Nadanlığın başı xalqla düşmənçilikdir»; «Xalqla düşmənçilik nadanların xüsusiyyətidir.»("Biharul-ənvar”, 14-295.)
    İmam Sadiq (ə) buyurmuşdur: «Xalqla düşmənçilikdən çəkin. Bu, həlakətə və eyiblərin açılmasına səbəb olar».("Kafi”, 2-148.)
    ÜCB (ÖZÜNDƏN RAZILIQ)
    Özünə güvənmək, öz əməlindən razı qalmaq çox çirkin günahdır. İnsan Allahın mülküdür, onun həyat və ölümü Allahın əlindədir. Ruzi, ibadət və istənilən hər hansı bir başqa xeyir iş yalnız Allahın iradəsi ilə mümkün olur. Əgər insan müstəqil halda heç bir iş bacarmırsa, hansı əsasla başını dik tutmalıdır?!
    İmam Sadiq (ə) buyurur: «Xudpəsəndliyə düçar olan şəxs həlak olasıdır.»("Ənisül-ləyl”, 292.) «Alim bir şəxs abidin yanına gəlib dedi: Necə namaz qılırsan? Abid cavab verdi ki, mənim kimidən soruşursan ki, necə namaz qılırsan? Mən elə əvvəldən Allaha belə-belə ibadətlər edirəm. Alim soruşdu ki, ağlamağın necədir? Abid cavab verdi: Gözümdən yaş sellələnədək ağlayıram. Alim dedi: Düzü, ağlayıb lovğalanmaqdansa, gülüb Allahdan qorxmağın daha yaxşıdır. Doğrudan da, özünü bəyənənin heç bir işi Allah dərgahına qalxmaz.»("Biharul-ənvar”, 67-64.)
    İslam Peyğəmbəri (s) buyurur: «Allah-Taala Davuda buyurdu: Ey Davud! Günahkarlara müjdə ver, siddiqləri (möminləri) qorxut. Davud ərz etdi ki, günahkarlara müjdə verim siddiqləri qorxudum? Allah-Taala buyurdu: Ey Davud! Günahkarlara müjdə ver ki, tövbələrini qəbul edər, günahlarını bağışlayaram. Siddiqləri qorxut ki, əməllərini bəyənib lovğalanmasınlar. Çünki mənə hesab verən bəndə (bağışlamasam) həlak olar».("Səfinətül-bihar”, 8-298.)
    RİYA
    İstənilən bir əməl və ibadətdə özünü xalqa göstərmək haramdır və Allahın qəzəbinə səbəb olar. Qurani-Kərimdə riyakar namaz qılanlara müraciətlə buyurulur: «Vay o namaz qılanlara ki, namazlarında qəflətdə olub riya edirlər».("Vəsailüş-şiə”, 15-163.)
    Bir şəxs Həzrət Peyğəmbərdən (s) soruşdu: «İnsanın qurtuluşu nədədir?» Həzrət (s) buyurdu: «Xalqın diqqətini cəlb etmək üçün ibadət etməməsindədir.»("Vəsailüş-şiə”, 15-162.)
    Bir rəvayətdə deyilir: Kimi cihadda öldürülür, kimi var-dövlətini sədəqə verir, kimi Quran oxuyur. Əgər cihad edənin məqsədi özünü şücaətli göstərmək, sədəqə verənin məqsədi səxavətli tanınmaq, Quran oxuyanın istəyi qari kimi məşhurlaşmaqdırsa onların heç birinin mükafatı yoxdur və riya əməllərini puça çıxarmışdır.("Kafi”, 8-228.)
    Bir hədisdə İslam Peyğəmbəri buyurur: «Allah taala mələklərə buyurar ki, bu şəxs iş gördüyü vaxt bizi nəzərdə tutmadığı üçün onu cəhənnəmə göndərin» (eyni mənbə).
    İslam Peyğəmbəri (s) buyurur: «Sizin üçün qorxduğum ən təhlükəli şey kiçik şirkdir, yəni riya»; «Bir əməldə zərrə qədər riya olarsa, Allah o əməli qəbul etməz»("Haqqə”, 28-29.)
    Şəddad ibn Ous deyir: «Gördüm ki, Həzrət Peyğəmbər (s) ağlayır. Səbəbini soruşdum. Buyurdu ki, ümmətimin şirk edəcəyindən qorxuram, onlar bütə günəşə aya, daşa pərəstiş etməyəcəklər, amma əməllərində riya və xudpəsəndlik olacaqdər.»("Nəhcül-Bəlağə”.)
    TƏKƏBBÜR
    İstər Allah və Onun göstərişləri, istərsə də xalq qarşısında özünü çəkib təkəbbür göstərmək şeytani sifətdir. İblis Allah hökmü qarşısında təkəbbür göstərdiyi üçün Allahın hüzurundan əbədilik qovuldu və lənətə düçar oldu. Təkəbbürlü insan Allahın məhəbbət dairəsindən kənardır. «Nəhl» surəsinin 23-cü ayəsində buyurulur: «Həqiqətən O, təkəbbürlüləri sevməz». Qurani-Kərim təkəbbürlü insanları cəhənnəm əhli hesab edir: «Cəhənnəm təkəbbürlülər üçün pis yerdir.»("Nəhcül-Bəlağə”.)
    Bəli, özünü başqalarından üstün bilmək, özünü hamıdan ağıllı hesab etmək, ilahi göstərişlərə itaətdən boyun qaçırmaq böyük günahdır və bu günahın müqabilində ağır əzab vəd edilmişdir. İnsanın öz biliyinə ibadətinə, saleh əməlinə, əsil-nəcabətinə, gözəlliyinə, var-dövlətinə, övladlarına, dostlarına rəğmən xalq qarşısında özünü yuxarı tutması çox çirkin işdir. İmam Sadiq (ə) buyurur: «İzzət və əzəmət, üstünlük və böyüklük Allaha məxsus xüsusiyyətlərdir. Özünü belə göstərmək istəyənləri Allah cəhənnəmə atar».("Kafi”, 2-506.)
    Həzrət Baqir (ə) və İmam Sadiq (ə) buyururlar: «Qəlbində bir zərrə ağırlığında təkəbbür olanlar behiştə daxil olmaz».("Tövhide-Səduq”, 19.) İmam Sadiq (ə) buyurur: «Doğrudan da, cəhənnəmdə təkəbbürlülərə məxsus «səqər» adlı yer var. Buranın istisindən Allaha şikayət edər, nəfəs almaq üçün icazə istəyərlər. Elə ki, nəfəs çəkərlər, nəticədə cəhənnəm alışar.("Tövhide-Səduq”, 19.)
    Əbdül-Əla deyir: «İmam Sadiqdən (ə) soruşdum ki, təkəbbür nədir? İmam (ə) buyurdu ki, təkəbbürün ən böyük dərəcəsi həqiqəti yüngül, xalqı alçaq saymaqdır. Soruşdum ki, həqiqəti yüngül saymaq nədir? Buyurdu ki, onu anlamayıb, əhlinə tənə etmək.»("Tövhide-Səduq”, 20.)
    ALDANIŞ (QÜRUR)
    İnsanı həqiqətdən qafil saxlayan maddi və mənəvi işlərə aldanış çox təhlükəlidir. Dünyanın bər-bəzəyinə aldanıb həqiqəti inkar edənlər, dünyanın müvəqqəti olduğunu, bir gün qəbrə sakin olacaqlarını, bərzəx səhnəsində çirkin əməllərə görə əziyyət çəkəcəklərini və cəhənnəm əzabına düçar olacaqlarını unudurlar.
    Onlar dünyanı nağd, axirəti isə nisyə zənn edirlər. Müvəqqəti dünya ləzzətləri ardınca qaçır və əbədi axirətə şəkk edirlər. Onlar Allahın, 124 min peyğəmbərin, məsum imamların axirət vədələrini qəbul etmək, iman yolunda addım atmaq, günahdan çəkinmək və əxlaqlarını zinətləndirmək fikrində deyildirlər. Bu insanlar düşünmürlər ki, axirət nemətləri dünyadakı zəhmətlərin məhsuludur. İslam Peyğəmbəri (s) buyurur ki, dünya axirətin tarlasıdır. Axirət dünyadan təcrid olunmuş bir şey deyil. O, dünya həyatının bir başqa formasıdır. Dünyanı nağd, axirəti nisyə bilmək isə nadanlıq əlamətidir. İlahi göstərişlərdən qəflətdə olanlar elə düşünürlər ki, əgər Allahın rəhməti hər şeyi bürümüşsə ibadətə təqvaya, günahdan çəkinməyə ehtiyac yoxdur. Onların fikrincə Allahın nəhayətsiz rəhməti müqabilində insanın günahları o qədər kiçikdir ki, bu günahlar əzaba səbəb ola bilməz. Onlar anlamırlar ki, şeytan və azğın nəfs insanı zahiri gözəl, batini isə çirkin vədələrlə aldadır.
    İslam Peyğəmbəri (s) buyurur: «Ayıq və zirək o kəsdir ki, nəfsinə qarşı çıxıb, ölümdən sonra üçün çalışsın. Nadan o kəsdir ki, nəfsinə tabe olub, Allaha əsassız ümidlər bağlasın».("Tövhide-Səduq”, 23, 29.)
    Bu insanlar unudurlar ki, yalnız rəhməti haqqında düşündükləri Allah bir çox Quran ayələrində günahkarlara, xeyir işdən uzaq düşənlərə özünü bəyənənlərə əzab vəd etmişdir. Allah-Taala öz rəhmətini yalnız iman və təqva əhlinə aid edir: «Heç şübhəsiz, iman əhli, Allaha xatir yurdundan hicrət edənlər və Allah yolunda cihada qalxanlar Allahın rəhmətinə ümid edə bilərlər».("Təfsire "Kəşful-əsrar”, 3-374.)
    Günaha qərq olub, Allahın vacib buyurduğu əməllərdən çəkinərək Onun rəhmətinə ümid etmək aldanışdır. İmam Sadiq (ə) buyurur: «Bir dəstə insan növbənöv günahlara bulaşıb Allahın rəhmətinə ümidvar olduqlarını söyləyir. Belələri ümid və arzularda iztiraba düşənlərdir. Onlar yalan deyirlər və ümidvar deyildirlər. Bir şeyə ümid bağlayan insan ona çalışar, bir şeydən qorxan insan ondan qaçar».("Xisal”, 2-522.)
    Həzrət Əli (ə) buyurur: «Qəflət, qürur, aldanış məstliyindən oyanmaq şərab məstliyindən oyanmaqdan çətindir»; «İnsan günah batlağında qərq ola-ola Allahdan bağışlanmaq ümidindədirsə Allah haqqında yanılır».("Məkarimul-əxlaq”, 461.)
    İslam Peyğəmbəri (s) ibni Məsuda buyurur: «Ey ibni Məsud! Allaha məğrur olma (əsassız ümid etmə), bər-bəzəyə elminə əməlinə yaxşılığına, bəndəliyinə aldanma.»("Əmaliye-Səduq”, 544.)
    XƏSİSLİK
    Allah-Taalanın maddi və mənəvi nemətlərindən faydalanan insanın bu nemətlərdən sədəqə zəkat verməkdə xəsislik göstərməsi çox çirkin bir sifətdir. Var-dövlət Allah-Taalanın insana verdiyi əmanətdir. İnsan bu əmanətdən özü üçün istifadə etməli və artıq qalan hissəsini ehtiyacı olanlara verməlidir. İnsan ixtiyarına verilmiş mülkü mülk sahibinin istəyinə uyğun sərf etməlidir. Əgər bir şəxs başqasının əmanətini öz nəfsinin istəyinə uyğun sərf edərsə sözsüz ki, cəzalandırılmalıdır.
    Allah razılığının ziddinə olan var-dövləti şeytan və nəfs istəyinə uyğun xərcləmək böyük günahdır və bu günahın ağır əzabı vardır. Xəsislik şeytani bir sifətdir və bu sifətə malik olan insan ayə və rəvayətlərdə əzaba layiq bilinir. «Nisa» surəsinin 37-ci ayəsində buyurulur: «O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın Öz lütfündən bəxş etdiyi nemətləri gizlədərlər. Biz (belə) kafirlər üçün rüsvayedici əzab hazırlamışıq.»
    İslam Peyğəmbəri (s) buyurur: «Behişt minnət qoyana, xəsisə və söz gəzdirənə haramdır».("Ğürərül-hikəm”, 175.)
    Həzrət Əli (ə) eşitdi ki, bir kişi belə deyir: «Xəsis zalıma nisbətən üzürlüdür». Həzrət (ə) buyurdu: «Yalan deyirsən, zalım tövbə edər, Allahdan bağışlanma diləyər və xalqın haqqını qaytarar. Xəsis isə xəsislik edib zəkatı, sədəqəni sileye-rəhimi, qonağın qəbulunu, Allah yolunda xərcləməyi, xeyir işləri tərk edər və behişt ona haram olar».("Xisal”, 2-620.)
    İslam Peyğəmbəri (s) buyurur: «Müsəlmanda iki xislət olmaz: xəsislik və pis əxlaq».("Əmaliye-Tusi”, 522.)
    İmam Sadiq (ə) buyurur: «Əgər Allah yolunda sərf olunmuş bir malın əvəzi Allah-Taala tərəfindən veriləcəksə, xəsisliyin mənası nədir?!»("İləlüş-şəraye”, 2-336.) Həzrət Musa ibn Cəfər (ə) buyurur: «Xəsis o şəxsdir ki, Allahın ona vacib etdiyini yerinə yetirməkdə xəsislik göstərir».("Tuhəful-uqul”, 174.)
    İslam Peyğəmbəri (s) buyurmuşdur: «Səxavətli şəxs Allaha, xalqa və behiştə yaxındır. Xəsis şəxs isə Allahdan, xalqdan və behiştdən uzaqdır».
    Category: Kumeyl duasının şərhi 1 | Views: 1213 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024