Bəşəriyyəti hər gün yeni-yeni üfüqlərlə tanış edən, zahiri bərli-bəzəkli görünən «mədəni dünya»mız artıq, həyat gerçəkliklərindən kənara çıxıb, iqtisadiyyat və maddiyyata əsaslanan öz məntiqi ilə insani dəyərlərin mahiyyətini dəyişdirir. Xalqın mənəvi və ideoloji inkişafının keyfiyyəti onu əbədiyyət aləmindən xəbərsiz edir. Daxili xüsusiyyətləri əsasında gözünü mənəvi dünyaya dikən insan, diqqətini yalnız maddi aləmə yönəldir və təbiətin qeyri-maddi cəhətini habelə, səmavi həqiq
... Read more »
Alimlər yer üzərində ibtidai insanların yaşayışı barədə nə qədər çox tədqiqat aparırlarsa, həyatın yaranma tarixi bir o qədər uzaq dövrlərə gedib çıxır. Buna görə də həmin məsələ elmə məlum olmayan bir çox anlaşılmazlıqların yaranmasına səbəb olmuşdur. Yer üzündə insanların yaranmasından elə də böyük bir müddət keçməmişdir və həmin zaman fasiləsi Yer qabığı və onda həyatın başlanması ilə müqayisədə çox əhəmiyyətsiz görünür. Arxeoloqların yeral
... Read more »
Müasir dövrdə səmavi və ya qeyri- səmavi din və məzhəblər müxtəlif təhriflərin, eləcə də nöqsan və çatışmazlıqların ucbatından inkişaf etmək əvəzinə, günbəgün süquta doğru yaxınlaşırlar. Təkcə xristianlıq cürbəcür təşəbbüs və səylər nəticəsində bütün dünyada geniş şəkildə təbliğ olunmaqdadır. Hal-hazırda dünyada qarşı-qarşıya dayanan yalnız iki böyük din mövcuddur. Bunlar İslam və xristianlıqdır.
Kilsə xadimləri İslam dininin mənəvi nüfuzundan bərk qorxur və son dərəcə narahatlıq hissi keçirirlər. Onlar İslam dünyasının heysiyyətini ləkələmək üçün onun əleyhinə təbliğat aparırlar. Vaxtaşırı olaraq bu dinə iftira yaxır, müxtəlif üsullarla həqiqət günəşinin üzünə pərdə çəkməyə çalışırlar. Onlar dünya xalqlarının İslam dininin həqiqət və gerçəkliklərindən xəbərsiz qalmaları üçün əllərindən gələni əsirgəmirlər.
Baş gicəlləndirən alkoqollu içkilərin istifadəsi ictimai ruhun tənəzzülündə mühüm rol oynayır. Sərxoşluğun baş alıb getdiyi cəmiyyətlərdə dini, psixoloji, əxlaqi və sağlamlıq sahələrində müxtəlif problemlər yaranır. Bu içkilərə qurşanmaq insanların cürbəcür ruhi xəstəliklərə düçar olmasına gətirib çıxarır, qətllərə, özünü öldürmə hallarına, oğruluğa, fahişəliyə səbəb olur. Minlərlə insan bunun nəticəsində tələf olaraq, aradan gedir.
Bəzi sosioloqların fikrincə, müharibələr bəşər həyatının ayrılmaz bir hissəsidir və insan yaşayışı ibtidai çəkişmələr və davalarla əkiz doğulmuşdur. Amma bir çox sosioloqlar, psixioloqlar və alimlər bu fikri rədd edir və deyirlər ki, müharibə insan cəmiyyəti üçün qarşısıalınmaz hadisə deyildir. Daha doğrusu o, ictimai, siyasi və iqtisadi ziddiyyətlərin, habelə əxlaqi çatışmazlıqların nəticəsidir. Buna görə də müharibənin səbəblərini bəşər təbiətindən kənarda axt
... Read more »
Dünyada mövcud olan sirlərin kəşfi yolunda alimlərin yüksək səy göstərmələrinə və misilsiz elmi tərəqqiyə nail olmalarına baxmayaraq, hələ də bəşər üçün çoxlu məsələlər məchul olaraq qalır. İnsanın əldə etdiyi məlumatlar bilmədiklərinin müqabilində müqayisəolunmaz dərəcədə azdır.
Böyük mütəfəkkirlər ictimai, siyasi, iqtisadi həyatın əlifbasını ta
... Read more »
İslam meydana gəldiyi ilk vaxtlardan elm və biliyi himayə etmiş, təhsil almağı hər bir fərd üçün vacib saymışdır. Maarif və təlim-tərbiyənin tarazlığını əldə etmək elmi gizlətməyi və başqalarına öyrətməməyi qadağan edir. İslamın böyük peyğəmbəri Məhəmməd (s.ə.v.v) əxlaqi və fərdi xüsusiyyətlərinə görə bəşəriyyətin ən görkəmli şəxsiyyəti olmaqla yanaşı, elm və maarifin insanlar arasında yayılmasının ən kəskin tərəfdarı idi. Elm öyrənməyin savabı və fəzilət
... Read more »
Corc Zeydan yazır: «Üçüncü əsr hələ başa çatmamış, Məkkə və Mədinə, habelə başqa müsəlman şəhərlərində xəstəxanalar mövcud idi. Müqtədir Abbasi və onun vəziri xəstəxana tikintisində bir-biri ilə yarışa çıxmışdılar. Qısa bir müddətdə təkcə Bağdadda dörd xəstəxana inşa edilmişdi.
... Read more »
Azadlıq, haqq-ədalət məsələlərini irəli sürən diktatorluqdan tutmuş kapitalizm və ta fəhlə sinfinin təşkil etdiyi quruluşları belə çək-çevir edəndə görürük ki, bu ideyalar müxtəlif qanun çərçivələri altında avam xalq kütlələrini tərk-silah edərək bir iddə hökmran, mülkədar, sahibkar və sərmayə sahiblərinin mənafeyi və əmniyyətinə xidmət edir. İslam insanları zülmkarların hər cür hökmranlığından azad edir və xalqın malını, canını və şərəfini ədalətlə qoru
... Read more »
İslamın müşriklər əleyhinə mübarizələri işğalçılıq, müstəmləkəçilik və iqtisadi mənbələrə yiyələnmək kimi maddi səbəblər üzündən deyildi. Bu barədə İslamın baxışları bütün məktəblərlə fərqlidir. İslam bayrağı altında aparılan müharibələrdə daha dərin və böyük hədəflər nəzərdə tutulurdu. Bu din öz zühurunun lap ilk çağlarından zülmkarların hökmranlığı üçün təhlükəyə çevrilmişdi. Buna görə də bütün müxalif qüvvələr birləşib, onun genişlənməsinin və qüdrətlənməsinin
... Read more »
İnsan orqanizmi müxtəlif hissələrdən təşkil olunduğu və onların arasında təbii rabitə mövcud olduğu kimi, cəmiyyət də ailələr adlanan kiçik vahidlərdən təşkil olunub. Ailənin bütün üzvləri arasında qarşılıqlı anlaşma, səmimiyyət və mehribanlıq hakim olsa və bütün üzvlər bir-birləri ilə zəncir kimi sarsılmaz əlaqə yarada bilsələr, habelə onların arasında birlik və xüsusi bağlılıq mövcud olarsa, orada düzgün və kamil bir təşkilat meydana gələr. Nə
... Read more »
İlk növbədə bilmək lazımdır ki, boşanma qeyri-təbii və yaradılış qayda-qanunlarına müxalif olan bir işdir. Əgər hansısa cəmiyyətdə boşanmaların sayı artırsa, bu ona dəlalət edir ki, həmin cəmiyyət öz təbii yaşayış qanunlarından kənara çıxıb. Psixolqlar, sosioloqlar və hüqüqşü
... Read more »
İctimai quruluş üçün təyin edilən qanunlar o vaxt kamil və mütərəqqi olurlar ki, onlar insanın fitrətinə uyğun şəkildə bəşəriyyətin bütün zərurətlərini geniş surətdə nəzərə ala bilsinlər. Əks təqdirdə, insan cəmiyyəti saysız-hesabsız problemlərlə üzləşir.
İslam qanunları yalnız xüsusi bir region və millət üçün nəzərdə tutulmayıb. Bu qanunlar bütün
... Read more »