İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 27 » İslam və qərb mədəniyyəti
    1:53 PM
    İslam və qərb mədəniyyəti
    İNSAN MƏDƏNİYYƏTİ VƏ HƏYATINA ÜMUMİ BİR BAXIŞ
    Alimlər yer üzərində ibtidai insanların yaşayışı barədə nə qədər çox tədqiqat aparırlarsa, həyatın yaranma tarixi bir o qədər uzaq dövrlərə gedib çıxır. Buna görə də həmin məsələ elmə məlum olmayan bir çox anlaşılmazlıqların yaranmasına səbəb olmuşdur. Yer üzündə insanların yaranmasından elə də böyük bir müddət keçməmişdir və həmin zaman fasiləsi Yer qabığı və onda həyatın başlanması ilə müqayisədə çox əhəmiyyətsiz görünür. Arxeoloqların yeraltı qazıntılar zamanı əldə etdiyi əşyalar üzərində aparılan tədqiqatlar nəticəsində müxtəlif dövrlərdə yaşamış insanlar haqda diqqətəlayiq məlumatların öyrənilməsinə baxmayaraq, hələ də qədim insanların həyat və yaşayışlarının müxtəlif prosesləri haqda aydın məlumatlar əldə edilməyib.
    Onlar öz elmi axtarışlarına əsasən, qədim tarixi müxtəlif dövrlərə bölmüşlər. İnsan daş dövründə acından ölməmək və həyatını davam etdirməkdən ötrü daş və ağac kimi sadə alətlər vasitəsi ilə ov edir, vəhşi və yırtıcı heyvanların təhlükəsindən qorunmaq üçün mağaralara pənah aparırdı. O, yalnız ovçuluqla məşğul olur, bütün istedad və bacarığını bu işə sərf edir, ibtidai şəkildə çəkic və nizə ucluqları düzəldirdi. İnsanın həyatı müntəzəm olaraq müxtəlif təhlükələrlə qarşılaşır və o, qaranlıqdan daha çox əziyyət çəkirdi. Məhz bu dövrdə od qalamağı öyrənərək, onunla yemək bişirir və gecə qaranlığında işıq əldə edirdi. Bu minvalla neçə-neçə əsrlər ötüb keçir və qədim daş dövrü sona yetir.
    İnsan övladının yeni daş dövrünə daxil olması, onun yaşayışının müxtəlif sahələrində dəyişikliklər baş verməsi ilə xarakterizə edilir. Yaşayış vasitələri və əmək alətlərinin hələ də daşdan ibarət olmasına baxmayaraq, onlar bu dövrdə əvvəlkilərlə müqayisədə daha inkişaf etmiş formada olurdu. Onlar daş və ağacdan özləri üçün kiçik evlər düzəldir, günəş və od vasitəsilə bişmiş palçıqdan qablar hazırlayır, əkin əkməyi və heyvanları əhilləşdirməyi öyrənirdi. Ağac və bitkilərdən bəzilərinə qulluq edir, onlardan qidalanmaq və ya ox-kaman düzəltmək üçün istifadə edirdilər. Beləliklə, tədricən daş dövrü arxada qaldı və mis dövrü başlandı.
    Bu dövrdə insan həyatı və mədəniyyətinin yeni mərhələsi formalaşmağa başladı. Artıq o, təkcə qarnını doyurmaq üçün çalışan bir canlı deyildi. Müxtəlif hadisələr onu «qarnından» daha uzaqlara diqqət yetirməyə vadar edir, ətraf mühit haqda düşünmək məcburiyyətində qoyur və təbiətlə mübarizə isə qələbələrinin sayını artırmağa səbəb olurdu. Buna görə də onun ehtiyac və istək dairəsi getdikcə genişlənirdi. Nəhayət, həyat uğrunda mübarizə aparan insan, təbiətin gözünün içinə dik baxaraq özü üçün müəyyən bir yol seçdi və bu proses xüsusi bir mədəniyyətin yaranması ilə nəticələndi; cəhalət və nadanlığın hökm sürdüyü bir şəraitdə, elm və bilik yolunu tapmağa çalışdı.
    İnsanı digər canlılardan fərqləndirən əsas xüsusiyyət onun ağıl və idraka malik olmasıdır. İnsan, ağılı öz daxilində hərəkətverici bir qüvvə kimi hiss edirdi və bu da onu inkişaf və yeniliklərə doğru çəkirdi. Atdığı hər bir addımdan sonra, daxilində müəyyən bir rahatsızlıq və yeni şeylər öyrənmək hissi baş qaldırırdı. Tarixi hadisələrin yaranmasına səbəb olan və insanın yaşayış tərzini dəyişdirən həmin şey, vəsf olunması qeyri-mümkün sayılan «insan ağlı»dır. İnsan bu «verginin» işığında əşyaları diqqətlə müşahidə edir, onlar haqqında düşünərək təcrübələr aparır, məlumatlarını beyin adlanan heyrətamiz bir yaddaş «anbarında» toplayır və hadisələrlə qarşılaşan zaman bunlardan istifadə edirdi. Bəşər övladı eramızdan dörd min il əvvəl, mədəniyyətin müxtəlif sahələrini inkişaf etdirərək əlifba və yazı, sənətkarlıq və ticarətdə mühüm nailiyyətlər əldə etmişdir. Heykəltaraşlıq və memarlıqla məşğul olmuş, əmək alətləri düzəltmək üçün mis və dəmirdən istifadə etməyə başlamışdır. Həmin dövrdə böyük bir din meydana çıxmış, Babil ölkəsində həzrət İbrahim (ə) zühur etmiş və Allah-taala da o ölkə cəmiyyətinin rəhbərliyini onun öhdəsinə qoymuşdu. İbrahim (ə) mövcud vəziyyətlə mübarizəyə qalxaraq, peyğəmbərlik vəzifəsinin icrasına başladı; xürafi əqidə və fikirlərə qarşı vuruşdu. Həmin əqidə sahibləri ona qarşı ciddi müqavimət göstərdilər. Bunların ən güclüsü isə Nəmrud idi ki, İbrahimin (ə) təbliğatını özü üçün böyük təhlükə hesab edirdi. Ona görə də, Nəmrud bütün qüdrətini səfərbər edib peyğəmbərə qarşı çıxmağa başladı. Amma həzrət İbrahim (ə) Allahpərəstlik və Tövhid təbliğatını habelə, zülmkarlar əleyhinə mübarizəsini qətiyyətlə davam etdirərək, Nəmrudu məğlub etdi. Uzun sürən səfərdən sonra Hicaz ölkəsinə daxil olub, övladı İsmailin (ə) köməkliyi ilə Tövhid evinin (Kəbənin) binasını qoydu.
    MİS DÖVRÜNDƏN SONRA TARİXİN YENİ BİR MƏRHƏLƏSİ
    Əldə olan tarixi məlumatlar eramızdan 750 il qabaqkı hadisələri əhatə edir. Rum imperiyasının təşkilindən iki əsr keçmişdi ki, İranda Zərdüştlik, Çində Laotse, Yaponiyada Konfutsi və Hindistanda isə Budda ideyalarının əsası qoyuldu. Yunanıstanda Ərəstun (Aristotel) və Əflatunun (Platon) fəlsəfi məktəbləri formalaşdı. Nəhayət, İsa ibni Məryəm (ə) Allah tərəfindən cəmiyyəti islah etmək üçün göndərildi ki, bəşəriyyəti yəhudilik girdabı olan dünyapərəstlik bataqlığından xilas etsin. O, xalq arasında ictimai bəla olan fəsad və əxlaq pozğunluğunu götürmək üçün ayağa qalxdı.
    Bu mərhələnin inkişaf nümunələrini xatırlamaq istəsək, həmin dövrdə işlənən rabitə vasitələrini, tikililəri, sənətkarlıq və tibbi nailiyyətləri misal göstərmək olar.
    Artıq, 476 -cı ildən etibarən orta əsrlər dövrü başlanır və həmin illərdə bir çox mühüm hadisələr baş vermişdir. Bu dövrdə kilsə öz mənəvi və ruhani hüdudlarını aşaraq cəmiyyətin bütün sahələrində nəzarəti öz üzərinə götürür, zahiri qüdrətdən başqa ictimai fikirlərə də hakim olur; Avropada qan tökmək, cəhalət, vəhşiliyə meyllik bu dövrün səciyyəvi xüsusiyyətlərindən hesab olunur. Həmin dövrdə şərqdə İslam mədəniyyəti yaranmağa başlayır.
    Yeni dövr Sultan Məhəmməd Fatehin 1453-cü ildə İstanbula daxil olması və şərqi Rum imperiyasının dağılması ilə başlayır. Bu mərhələdə İngiltərə, Fransa, Almaniya, Avstriya, Macarıstan kimi böyük dövlətlərin qüdrəti genişlənmiş, kompasın kəşf olunması ilə avropalılar Atlantik okeanını keçərək Amerikanı kəşf etmişdilər.
    Həmin dövrdə bir çox ideoloji və elmi hərəkatlar yaranmış, dövlətlər arasında rabitələr bərqərar olmuşdu.
    1789-cu ildəki Fransa inqilabından sonra dünya sənayesində təsəvvürolunmaz irəliləyiş baş verdi. Kəşflər və ixtiralar sürətlə bir-birini əvəz etdi və hər bir sahədə yeniliklər görünməyə başladı. Bununla da Avropa tarixində yeni bir səhifə açıldı.
    MÜASİR QƏRB MƏDƏNİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
    Qoynunda böyüyüb boya-başa çatdığımız, tərbiyə olunduğumuz və yaşadığımız dünya öz ictimai inkişaf yolunda insanlıq karvanını heyrətamiz bir səviyyəyə çatdırmışdır. Müasir dövrdə bəşəriyyət ideoloji inqilab və dəyişikliklər mərhələsinə daxil olmuş, çox böyük elmi və fikri qüvvə ilə təchiz edilmişdir. İnsan övladı hər gün öz düşüncə qabiliyyəti çərçivəsində istək və ehtiyaclarını nəzərdən keçirir, onları təmin etməyə çalışır. Texnologiya və sənayenin inkişafı sayəsində bir çox problemlər həll olunmuşdur. Elm, insanın məşəqqətli yükünün böyük bir hissəsini ondan alıb, maşın və istehsal vasitələrinin üzərinə qoymuşdur. Nəticədə o, həyat və məişətinin əksər hissəsini texnikalaşdırmış, yaşayışın daha asan və yüngül məziyyətlərindən istifadə etməyə başlamışdır. Elmi-texniki inkişaf bundan əlavə, materiyanın öyrənilməsində, bir çox dinamik sirlərin açılmasında insana fövqəladə köməkliklər göstərmiş və onun elmi fəaliyyətlərinin daha da artmasında çox böyük rol oynamışdır. Aydındır ki, həyat fəaliyyətlərinin həddən artıq genişlənməsi sürət amilini diqqət mərkəzinə çıxarmış, vaxtilə gecə və gündüzlə ölçülən zaman vahidini dəqiq şəkildə dəqiqə və saniyələrə bölmüşdür. Ona görə də sürət, vaxtdan səmərəli istifadə və qısa bir müddət ərzində böyük işlər görülməsi elmin ən çox əhəmiyyət yetirdiyi işlərdəndir.
    Elektrik və buxar gücünün kəşfindən əvvəl gəmilərin hərəkəti üçün küləkdən istifadə olunurdu. Amma bu gün elektrik və buxar maşınlarının özləri də təkmilləşdirilmiş, okeanlarda hərəkət edən nəhəng gəmilər icad edilmişdir. Uzaq səfərlərə çıxmaq və yük daşımaq üçün dördayaqlı heyvanlar əvəzinə avtomobillərdən, qatar və təyyarələrdən istifadə olunur; çox böyük məsafələr qısa müddətə qət edilir. Bəşər övladının daim cövlan edən düşüncə və fikirləri təkcə yer üzərini gəzib-dolanmaqla kifayətlənmir, daha geniş üfüqləri aşaraq yuxarılara yüksəlir, digər planetləri və göy cisimlərini ram etməyə çalışır. Göylərin yüksəklikləri və dəryaların dərinlikləri insanın diqqətini cəlb etməkdədir. Bu böyük dünya haqqındakı məlumatların həddindən artıq az olduğu və bir çox məsələlərin yanlış düşünüldüyü zaman arxada qalmış, bir çox heyrətamiz sirlər kəşf edilmiş, elm və tədqiqatın sayəsində təbiət və onda baş verən hadisələr araşdırılmış, dəqiq təcrübələr aparmaqla aləmin qəribə müəmmaları üzərindən pərdələr götürülmüşdür. Təbii elmləri tədqiq edən labaratoriyalar müxtəlif növ elektron cihazlarla təchiz olunmuş, kiçik hissəcikləri öz həqiqi ölçülərindən min dəfələrlə böyük göstərməyə qadir olan mikroskoplar ixtira edilmişdir. Qısa şəkildə qeyd etmək lazımdır ki, qərbin əldə etdiyi məziyyət və üstünlüklər danılmazdır. Heç kəs müasir qərb mədəniyyətinin istehsal vasitələrinin inkişaf etdirilməsi, təbii mənbələrin kəşfi, onların düzgün mənimsənilməsi və elmi-texniki sahələrdəki nailiyyətlərini inkar edə bilməz. Səhiyyə və anti-sanitariyanın inkişafı isə göz qabağındadır. Keçmişdə təbabətin zəifliyi ucbatından bir çox xəstəliklərə qarşı dərmanlar yox idi. Körpə uşaqların böyük bir hissəsi dünyaya göz açan kimi müxtəlif xəstəliklərlə üzləşir, nəticədə qısa bir müddətdən sonra ölürdülər. Bəziləri isə həmin xəstəliklərə tutularaq ömür boyu onların təsirindən əziyyət çəkirdilər.
    İnsan torpağa ayaq basdığı zamandan başlayaraq, müntəzəm olaraq həyatı inkişaf və dəyişikliklərlə yanaşı olmuşdur. Amma müasir dövrdə bəşəriyyətin elmi təşəbbüs qüvvəsi o qədər sürətli və hərtərəflidir ki, bu zaman intervalı xüsusi imtiyaz əldə etmiş, elmi qələbə, eləcə də təkamül adını almışdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, dünyanın və təbiətin sirlərini öyrənmək istiqamətində alimlərin heyrətamiz və böyük kəşflərinə baxmayaraq, hələ də həmin sirlər kitabının yalnız çox kiçicik bir hissəsi oxunmuşdur.
    Təəssüflə etiraf etmək lazımdır ki, müasir qərb mədəniyyətinin bütün bu nailiyyətləri ilə yanaşı, çoxlu nöqsan və zəif cəhətləri də vardır. Cəmiyyətin asayiş və rifahını yüksəldən mədəniyyətin üstünlüklərini göstərdiyimiz zaman, onun ümumbəşəri fəzilətləri, həqiqi dəyərləri sarsıdıb aradan aparan və insanların mənəvi tənəzzülünə səbəb olan çatışmazlıqlarını da qeyd etmək lazımdır.
    Qərbdə sənayenin inkişafı öz zirvə nöqtəsinə çatmışdır və insanların maddi təlabatı sürətlə təmin olunur. Amma xalqın ruhi və mənəvi həyatı əksinə inkişaf edərək, yox dərəcəsinə çatmışdır.
    Qərb dünyası insani və əxlaqi dəyərləri sərbəst elan edərək, insanların boynuna texnikanın köləlik zəncirini atmışdır. Şübhəsiz ki, maşın və cihazların qulları heç vaxt həqiqi xoşbəxtlik və səadətin nə olduğunu bilməyəcəklər. Elm, yaşayışı nizamlayır və bu nizam rifaha səbəb olur, amma xoşbəxtlik gətirmir. Səadət bəxş etmək elmin öhdəsindən xaric olan bir işdir. Elm, faydalı və ya ziyanlı, çirkin və ya gözəl tanımır; o, yalnız «düzgün» və yaxud «səhvi» bir-birindən fərqləndirməyi bacarır. Bəşər həyatı təkcə elmi quruluşdan ibarət olsa, yandırıcı cəhənnəmdən başqa bir şey deyildir. Bertrand Rasselin dediyi kimi, belə bir nizamla kəskin mübarizə aparmaq lazımdır.
    Qeyd olunan mədəniyyət bəşəriyyətə qiymətli hədiyyələr bəxş etsə də, digər tərəfdən minlərlə dəhşətli cinayətlər və qorxulu fəsadlar da törətmişdir. Nəfsani istəklərin sonsuz və rəhimsiz atəşi ruh və canlara hücum çəkmiş, mənəvi rahatlığı insanların əlindən almışdır. Elm mənəvi həyat mühitində çıraq yandıra bilməmiş, əksinə onun zülmətini bir az da artırmışdır.
    Elmin belə qələbəsi çoxlu tələfat, müsibətlər, bədbəxtliklər hesabına əldə edilən hərbi qələbəyə bənzəyir ki, itkilərin yeri heç cür bərpa olunmur. Bu cür mədəniyyət bağında becərilən hər bir gülün yanında tikanlı kollar cücərməyə başlayır. Avtomobillər, təyyarələr, zavodlar, tibbi ləvazimatlar həyatın rifahı üçün müasir mədəniyyətin hədiyyələridir. Amma kütləvi qırğın silahları, raketlər, əxlaqsızlıq və cinayətlərin inkişafı da həmin mədəniyyətin bəşəriyyətə verdiyi üzdəniraq töhfələrdəndir.
    Mədəni dünyamızda ağıl ayrı-ayrı mənafelərin xidmətindədir və maddi şeyləri əldə etməkdən başqa bir istiqamətdə işlədilmir. Ona görə də əxlaqi fəzilətlərin çoxu məhv edilmiş və həmin dəyərlər unudulmuşdur. Bu da sağalmaz yaraya bənzəyir. Müasir həyat şəraitimizin elmi fəaliyyət və hərəkatlar meydanından uzaq olmasına baxmayaraq, bu hücumlar mədəniyyətimizə, ictimai və şəxsi həyat mühitimizə, təlim və tərbiyəmizə yol tapmışdır. Hal-hazırda bir çox ölkələrin sərhədləri əcnəbi fikirlərin və əxlaqi normaların üzünə açıqdır. Adət-ənənələr bir ölkədən digərinə asanlıqla keçir. Bunların içərisində düzgün və faydalı fikirlər də mövcuddur, amma fəsad və pozğunluqlar ehtirasları coşduran hisslərin vasitəsi ilə daha tez və daha qabarıq şəkildə özünə yer tapır. Cəmiyyətimiz elm və texnikanın inkişafı baxımından qərb millətlərinə çatmaq imkanında olmasa da, onların mədəniyyətində olan əxlaqi yüngüllükləri mənimsəməkdə yüksək rəğbət göstərir, qorxulu meyllər müsəlmanlar arasında daha tez yayılmağa başlayır.
    Hər bir cəmiyyətin ən böyük məğlubiyyəti, yaxşıyla pisi fərqləndirmək qabiliyyətini əldən verməsidir. Belə bir cəmiyyət heç vaxt səadət və xoşbəxtlik əldə edə bilməz.
    Təəssüflər olsun ki, bəziləri öz-özlərini aldadır, qərb mədəniyyətinin zahiri cilvələri onların gözünü qamaşdırır və nəticədə müasir dövrün əxlaqi böhran və müsibətlərini görə bilmirlər. Bəzən həmin mədəniyyətin ağuşuna düşmüş bir sıra şəxslər elə vəziyyətə gəlib çıxırlar ki, düzgün olmayan yaramaz həyat tərzini ən üstün yaşayış növü sayırlar və bər-bəzəkli zahiri cazibələrin hesabına, hətta özlərini belə tamamilə itirirlər. Qərb mədəniyyətinə uyğun olmayan hər bir hərəkət və rəftardan çəkinərək, bunları özləri üçün xəcalət sayırlar. Ən böyük çatışmazlıq sayılan bu ruhiyyə, müstəqil fikir və şəxsiyyətin itirilməsi ilə yanaşı, milli və dini dəyərlərin gözəlliklərindən xəbərsizliyin də nəticəsidir. Həmin insanlar öz vəziyyətlərini dərindən təhlil edə bilsələr, bir çox həqiqətlər onlar üçün aydınlaşar. Bəzi xalqlar Avropanın inkişaf etmiş sahələrini öyrənmək və müasir mədəniyyətlərə yiyələnməklə bərabər, keçmiş adət-ənənələrindən və dinlərindən də əl çəkməmişlər. Bu ölkə və xalqlara Yaponiyanı misal göstərmək olar. Yaponiya öz əqidə və adətlərini qoruyaraq, ildırım sürətilə inkişaf yoluna qədəm qoymuş və mütərəqqi ölkələrdən birinə çevrilmişdir. Bu ölkə 60 ilin ərzində geridə qalmış dövlətlər sırasından çıxaraq, dünyanın ən qabaqcıl ölkələri sırasına daxil olmuşdur. Yaponiya heç vaxt qərb mədəniyyətinin əsiri olmamış, qədim zamanlardakı kimi milli-məzhəbi ənənələrini qoruyub saxlamağı bacarmışdır.
    Amma bizim bəzi üzdəniraq ziyalılarımız son dərəcə aydın məsələləri düzgün təhlil edə bilmir və ən sadə dini göstərişləri dərk etməkdə aciz qalırlar. Din haqqında yersiz iradlar və tənqidlər irəli sürür, bununla fəxr edir və özlərinin kamil bir ziyalı olduğunu sübut etmək istəyirlər. Qəflətdə olan bu sinif heç vaxt həyatın gerçəklikləri haqqında düzgün və azad fikir yürüdə bilməyəcək, zehni araşdırma və tədqiqatlarla həqiqəti tapmağa qadir olmayacaqlar.
    Bir məsələyə də diqqət yetirilməlidir ki, bəşər təfəkkürünün inkişafı sayəsində maddi həyatın müxtəlif səhələrində və insan həyatında misilsiz dəyişikliklər, böyük sıçrayışlar baş vermişdir. Bütün bunlar elmi axtarışların nəticəsi olaraq, təcrübələr vasitəsi ilə təbiət qüvvələrinin ram edilməsinə səbəb olmuşdur. Həyat səhnəsindəki qələbələr yüksək zəhmətlər və daimi səylərin məhsuludur. Təcrübi və əqli elmlərdə təkamül və inkişaf heç vaxt eyni sürətlə baş vermir. Daha doğrusu, bunlar iki müxtəlif cəhətlər hesab olunur. Hətta mümkündür ki, bir sahədəki tərəqqi, digər sahədəki geriliklə eyni vaxtda müşahidə olunsun. Qərb alimlərindən birinin dediyi kimi, «Qərb mənəviyyət sahəsində Şərqə möhtacdır. Şərqin mənəviyyatı qərbinkindən daha zəngin və dolğundur. Əgər şərqlilər müasir elm və sənayedə qərblilərdən istifadə edirlərsə, qərblilər də mənəviyyat sahəsində şərqlilərdən istifadə etməlidirlər». Bəşəriyyət öz yaşayışında müasir sənaye və texnoloji avadanlıqlardan başqa, digər üsullara da ehtiyaclıdır. Əgər cəmiyyətin ictimai-siyasi qurumları həyatın əsl fəlsəfəsindən ayrılsa və yaşayış mənəvi dəyərlərə əsaslanmayaraq, yalnız maddi tələbatların ödənilməsinə yönəlsə, onda həyata zalım bir rəhimsizlik hakim olar.
    Təəssüf ki, bu gün bəşəriyyət özünün «uşaqlıq» çağını yaşamaqdadır və hələ də əqli kamilliyə yetişməyib ki, öz səadəti üçün təbiətin qoynunda gizlənən qiymətli ehtiyatlardan həmçinin, insanın zəngin daxili imkanlarından lazımı şəkildə istifadə edə bilsin. Bu səbəbdən də müasir insan əqli gerçəkliklərdən daha çox öz cılız hisslərinin təsiri altında olan uşaqlar kimi, yaşayışlarında ağıl və məntiqin yerini təəssüb və mənfi emosiyalara vermişlər. Hələ də bəşəri düşüncə xürafat və mənasız xəyalların caynağındadır. Bəzən bütlərə pərəstiş şəklində, bəzən də materialist düşüncə tərzi formasında zahir olan «mütərəqqi və mədəni» ideyalar arasında heç bir fərq yoxdur. Bəşəriyyət acı təcrübələr nəticəsində başa düşməyə başlamışdır ki, ya həqiqət və hidayət yolunu seçməli, yaxud da məhv olmalıdır. Məşhur sosioloq Sorokin deyir: «Qərb cəmiyyətinin mədəni, mənəvi və həyati sahələrinin hər biri böhran vəziyyətindədir. Bu mədəniyyətin cismi və ruhu şiddətli dərəcədə xəstədir. Qərb mədəniyyətinin «cismində» yaralı olmayan üzvləri və ya onun «əsəb sistemində» öz vəzifəsinə düzgün əməl edən hissləri tapmaq çox çətindir.»
    Biz iki əsrin qovuşduğu bir zamanda yaşayırıq. Dünənin can verməkdə olan maddiyyatla bağlı mədəniyyəti, öz yerini sabahın doğulmaqda olan mənəviyyata əsaslanan mədəniyyətinə verməkdədir. Altı əsr müddətində parlayan mədəniyyətin işığı artıq sönmək ərəfəsindədir. Başa çatmaqda olan bu dövrdən sonra yeni mədəniyyət əsri başlayır və gələcəkdə bəşəriyyətə yüksək bir mənəvi mədəniyyətin hakim olacağı gözlənilir.
    İnsafdan çox uzaqdır ki, biz başqalarının adət-ənənələrini tamamilə qəbul edək və yadların itaət zəncirini boynumuza keçirək.
    Təşəbbüs istiqlalın gözü olduğu kimi, kor-koranə təqlid də istiqlalı məhv edən amildir. Əlbəttə, əgər başqalarından bir şey iqtibas etmək quruculuq və islahatçılıq xarakteri daşıyarsa, bu daha təqdirəlayiq bir iş olacaqdır. Məsələn, insan bir əli ilə hər hansı bir şeyi götürüb, digər əli ilə onu islah edib dünyaya nümayiş etdirirsə, onu müsbət qiymətləndirmək lazımdır. Şübhə yoxdur ki, düşüncə və əxlaqımızda hərc-mərcliyə düçar olmağımız, ya geri qalmağımız, başqalarının zərərli fikirlərinin ardınca getməyimiz ucbatındandır. Öz tarixi və əxlaqi köklərimizdən uzaq düşmək, habelə qərbə meyl etmək belə təhlükələri daha da çoxaldır.
    Böyük İslam mütəfəkkirlərindən biri deyir: «Biz demirik ki, düşüncə və rəftarımızda özünütəcrid yolunu seçək və tarixin svilizasiyalı inkişafından geri qalaq. Biz də bu karvanın sərnişinləriyik və onda öz payımız var. Daha doğrusu, biz müsəlmanlar bəşər mədəniyyətinə misilsiz töhfələr bəxş etmişik. Amma təəssüflər olsun ki, bu gün öz qədir-qiymətimizi bilmirik və həmin məqama əhəmiyyət vermirik. Parlaq və şanlı keçmişimizi düzgün qiymətləndirməyincə, dünya ictimaiyyəti arasında öz layiqli yerimizi tutmayınca, fikir və düşüncələrimiz köləlikdən azad olmayacaqdır. Yadlara əl açmaq adətini tərk edə bilsək, onların bizlərə necə itaət etdiyinin şahidi olarıq.
    Burada mədəniyyət məfhumunu iki cür izah edə bilərik: Birincisi, öz parlaq keçmişimizi əldən verməyək və daimi yaşayış prinsiplərimizi həyat təcrübələrimizlə uyğunlaşdıraq və qoruyaq.
    İkincisi, əcnəbi mədəniyyətlərin aldadıcı qiyafəsini həyat və məişətimizdə tətbiq edək və bunların bizim mədəniyyətimizə necə təsir edəcəyi haqda əsla düşünməyək.
    Birinci məna ali insani təfəkkürlə uyğun olan mədəniyyətdir. İkincisi isə, işi yalnız itaət və yamsılamaq olan meymunların mədəniyyətidir. Mədəni millətlər arasında maddiyyata meyl etmək ifrat dərəcəyə çatmışdır və praktiki olaraq, hər hansı bir avropalı öz yaşayışının hədəfini daha çox maddi nemətlərə sahib olmaqda görür. Amma bununla belə oradakı insanların çoxu öz dini etiqadlarına bağlıdır və bu da həmin təhrif olunmuş, xürafatla qarışmış məsihilik ayinlərindən ibarətdir. Aydındır ki, belə ayinlər xalqın mənəvi və ruhi ehtiyaclarını təmin edə bilməz. Təəccüblüsü budur ki, mütərəqqi dünyamızda belə bir din hökmranlıq edir və qərb mədəniyyətinin mənəvi quruluşunu məhz bu çərçivələr təşkil edir.
    Bazar günləri bütün idarə və müəssisələr bağlanır və hər tərəfdən kilsə zənglərinin səsi eşidilir. Məbədlərdə xalqın müxtəlif təbəqələrdən olan nümayəndələri toplanır və keşişlərin moizələrinə qulaq asırlar. Kilsənin nəzarəti altında televiziyadan dini verilişlər yayılır. Təzə doğulan uşaqlar kilsəyə aparılır və keşiş onların qulağına dualar oxuyur. Din xadimlərinə xalq tərəfindən yüksək ehtiram edilir və onları cəmiyyətin ruhani atası adlandırırlar. Dövlət dini təşkilatları təmin etmək üçün xalqdan vergilər alır və onlar da istər-istəməz həmin vergiləri ödəyirlər. Bu qayda ilə xristian ruhaniləri təmin olunurlar.
    Kilsələrdəki xüsusi yerlərdə insanlar keşişin yanına gedib öz günahlarını etiraf edir və bu «müqəddəs atalar» da onların «günahlarını bağışlayır»!?
    Radio, televiziya, qəzet və jurnallar, habelə video filmlər vasitəsilə dini inanclar təbliğ olunur və kilsə bütün bu işlərə xüsusi nəzarət edir.
    Mən (müəllif) vaxtilə Almaniyada katolik xəstəxanalarının birində müalicə olunurdum. Orada bir müsəlman ruhanisi kimi mənə xüsusi ehtiram və qayğı göstərirdilər. Həmin xəstəxananın bütün otaqlarında həzrəti İsanın (ə) və həzrət Məryəmin (ə) şəkilləri asılmışdı və orada xəstələrin şəfa tapması üçün dualar oxunurdu.
    Bəzi günlər xəstəxananın salonlarının birində həzrət İsanın (ə) heykəli önündə şamlar yandırılırdı. Bu mövzuya yaxşı diqqət edin. Əgər qərbdə gündüz vaxtı bir kəs heykəl qarşısında şam yandırırsa, buna heç kim pis baxmır, amma gecə qaranlığında imamzadə və pirlərdə bir müsəlman şam yandırarsa, bəzi «yeni» fikirli adamlar ona istehza ilə yanaşarlar.
    Qan vurmaq lazım olan vaxt xəstəxana müdiri məndən İslam dininin xəstəyə hansı qanın vurulmasına icazə verdiyini soruşdu. O, qeyri-müsəlmanın qanını müsəlmana vurmağın mümkün olub-olmadığını soruşduqdan sonra qeyd etdi ki, İslam dini hansı qanın vurulmasına icazə verirsə, biz onu hazırlamağa qadirik!!
    İnkişaf etmiş cəmiyyətlərdə xalq öz azadlığını müəyyən hədlər daxilində qəbul edir və yaşayış vasitələrindən sui-istifadə etmir. Heç kəsin haqqı yoxdur ki, ucadan danışaraq hətta, divarın o tayında olan qonşuları narahat etsin. Heç kəs gecələr başqalarının istirahətini pozmağa bais olan məclislər keçirə bilmir və şəhərin heç bir yerindən küçədə radio səsləri eşidilmir. Təəssüflə qeyd etmək lazımdır ki, bizim ölkələrdə radio, televiziya və bu kimi sair vasitələrdən düzgün istifadə edilmir. Nəticədə mədəniyyət və mənəviyyata xidmət etmək üçün yaradılmış həmin texniki vasitələr əxlaqın pozulmasına xidmət edir. Radio, televiziya, maqnitafon və video maqnitafonları ixtira edənlər heç vaxt razı olmazdılar ki, bu texniki vasitələr insanlara əziyyət versin və ya onların mənəviyyatının, yaxud əxlaqının pozulmasına səbəb olsun.
    Category: İslam və qərb mədəniyyəti | Views: 1026 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024