Mərhum Ayətullah Hacı şeyx Məhəmməd Təqi Amilidən bir xatirə
Tir ayının yeddisi İslam firqəsində baş vermiş partlayış nəticəsində şəhid olan dostlardan biri (mərhum şeyx Qulam-Riza Daneş Aştiyani) Tehranda mərhum şeyx Məhəmməd Təqi Amilinin yanına gedib ondan mənəvi yüksəliş və nəfsin paklaşdırılması üçün yol göstərməsini istəmişdi. Mərhum şeyx Məhəmməd Təqi Amili ona belə cavab verir: "Sənin istəyin kipriklə dağ yarmaq kimidir. Əgər hazırsansa, bu yola qədəm qoy.”
1. Daim bizi təqib edən düşmənlərimiz var. Onlar iman və mərifət sərmayəsini bizdən oğurlamaq istəyirlər.
2. Təkbaşına bu düşmənlərin öhdəsindən gələ bilmərik. Buna görə Əmirəl-möminin (ə) buyurur: "İlahi, qəlbim hicablanmış, nəfsim nöqsanlı, əqlim məğlub və nəfs istəklərim qalib olmuşdur.”(Biharul-ənvar", c. 84, s. 341.)
Cavan vaxtlarımda mübarək ramazan ayı müqəddəs Məşhəd şəhərinə getdim. Mərhum Hacı Mirzə Əbdüləli Tehrani (Tehranda fiqh, üsul və əxlaq dərsi keçən hacı Müctəba Tehraninin atası) Məşhəddə məskunlaşmışdı. O bir müddət həzrət imamın hərəminin banında namaz qılırdı. Gecələr isə öz evində məclis keçirirdi. Əhya gecələrinin biri (fikrimcə 23-cü gecə) Quran mərasimindən sonra duaya başlayarkən belə dedi:
Fərz edin ki, dostunuzla mübahisə etmisiniz. Ona pis bir söz deyib, sonradan peşman olub üzürxahlıq etmək qərarına gəlmisiniz. Bu üzürxahlıq "mən pis iş görməmişəm” demək deyil. Əksinə, öncə etiraf edib, sonra üzr istəyirsiniz. Səhvinizə ötəri yanaşması üçün özünüzü kiçildirsiniz.
Üzr istəyən şəxs bəzən üzürxahlığın kamill
... Read more »
Elə bir şübhə yarana bilər ki, zehni məşğul edib, insanı minacat halından xaric etsin və onu cəbriliyə sövq etsin. Bu şübhə belədir: Əgər insan günahdan uzaqlaşa bilmirsə, demək günah etməyə məcburdur. Beləliklə, onun heç bir vəzifəsi yoxdur. Əgər o günahdan uzaqlaşırsa, demək, Allah ona kömək edib, məhəbbətini dadızdırmışdır. Bu halda da bütün işlər insanın yox, Allahın iradəsi ilə baş vermişdir. "Sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma
... Read more »
Bəziləri Allaha məhəbbət bağlamağın yanlış olduğunu güman edirlər. Onların fikrincə rəhmətə, mükafata, behiştə və Allahın dostlarına məhəbbət bağlamaq olar; məhəbbət görünən, ləzzətə səbəb olan və ünsiyyət saxlanan nəsnələrə aid olduğu üçün Allaha məhəbbət mənasızdır. Lakin Quranın gətirdiyi aşkar dəlilə əsasən bu düşüncə yanlış düşüncədir: "İman gətirənlər Allahı daha çox sevirlər.”("Bəqərə”, 165.) Dualarda, minacatlarda və xüsusi ilə "Ərəfə” duasında işlənən
... Read more »
İndi isə baxaq, görək Allahın vilayəti nədir? Vilayət əhlinin arasında olanların hansı xüsusiyyətləri olur? hansı insanlar geniş məhəbbətə ümidvardırlar? Vilayət və ilahi məhəbbət arasında hansı əlaqələr mövcuddur? Bütün bu suallarla bağlı geniş mövzularda söz açılmalıdır. İndi isə bu haqda geniş söz açmağa imkan yoxdur.
Allahın bir çox adları var. Məsələn, Allah, Rəhman, Raziq, Xaliq və sair. Əhli-beyt (ə) rəvayətlərinə əsasən, Allahın adları əyandır. Bu o demək deyil ki, Allahın adları cisim kimi görünür. Əlbəttə, məfhumları dərk etmək üçün maddi nümunələrdən istifadə etməkdən başqa çarəmiz yoxdur. Məsələn, adın əyan olması dedikdə onun hansısa məkanda sakin olduğunu və ora çatmalı olduğumuzu güman edirik. Əslində adların əyan olması dedikdə onların həqiqi olduğu nəzərdə tutulur
... Read more »
"Sevinc və təravət doğuran izzət nuru” ifadəsi ilə bağlı iki qeyd edək:
1. Allahın hətta üstün və şərafətli məxluqlarla rabitəsi izzətlə kiçikliyin rabitəsidir. Çünki Allah hər şeyə malikdir, məxluqun isə özünün heç nəyi yoxdur.
Allahın lütflərindən biri "təşrii” amillər, yəni peyğəmbərlərin, övliyaların və səmavi kitabların göndərilməsidir. Təşrii amillərlə yanaşı bizim tanımadığımız və hətta inanmadığımız təkvini amillər də mövcuddur. Allahın qafilləri öz dərgahına cəzb etmək üçün gördüyü tədbirlər saya gəlməz qədər çoxsaylı, müxtəlif və əhatəlidir.
Bu və bir çox başqa minacatların əsas mövzularından biri məhəbbətdir. Məhəbbət məfhumu "hub”, "vudd”, "səbabət” və sair təbirlərlə ifadə olunmuşdur. Məsələn, "Minacatul-muhibbin”də deyilir: "Və əvridna hiyazə hubbikə və əziqna həlavətə vuddikə”, yəni bizi məhəbbət hovuzlarına daxil et və bizə öz məhəbbətinin şirinliyini dadızdır. Bu minacatın əvvəlində belə buyurulur: "İlahi, mən zəlləzi zaqə həlavətə məhəbbətikə fəramə minkə bədələn”, yəni İ
... Read more »