İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 18
Qonaqlar 18
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 6 » Minacatın əzəməti
    5:19 AM
    Minacatın əzəməti
    Hacı Mirzə Əbdüləli Tehranidən bir xatirə
    Cavan vaxtlarımda mübarək ramazan ayı müqəddəs Məşhəd şəhərinə getdim. Mərhum Hacı Mirzə Əbdüləli Tehrani (Tehranda fiqh, üsul və əxlaq dərsi keçən hacı Müctəba Tehraninin atası) Məşhəddə məskunlaşmışdı. O bir müddət həzrət imamın hərəminin banında namaz qılırdı. Gecələr isə öz evində məclis keçirirdi. Əhya gecələrinin biri (fikrimcə 23-cü gecə) Quran mərasimindən sonra duaya başlayarkən belə dedi:
    "İlahi, cavanlıqda dua edərkən yalnız tövhid mərtəbələrinə çatmaq istəyərdim. Lakin saqqalımın ağardığı bu qoca vaxtımda səndən istəyirəm ki, məni müsəlman öldürəsən...
    İlahi, bu əhya gecəsi Quran oxumuş, təvəssül və ibadət etmişlər. Hər kəsi oruc, namaz, sileyi-rəhim və bu kimi xeyir əməllər vasitəsi ilə bağışladın. İlahi, bizi də əvəzsiz bağışla. Qiyamət günü bir dəstəni əvəzsiz bağışlayacağını deyərsən.”
    İlahi övliyalar uzun yollar, mərhələlər keçib nəfslə mübarizə aparmış və mərhum Mirzəcavad Ağa Təbrizi kimi böyük ustadlardan faydalandıqdan sonra 80 yaşında uca bir məqama çatmış, amma əməllərindən arxayın ola bilməmişlər. Buna görə minacatın bu hissəsində deyirik: İlahi, fərz edək ki, qiyamət günüdür və mən sənin qarşında dayanmışam. Əlimin boş olmasına baxmayaraq başım üzərində bir bulud kölgə salır. Bu sənə etdiyim yaxşı təvəkküldür. Sən isə bu dayanacaqda mənə yox, özünə layiq olanı dedin. Mənim günahkar, çirkin olduğumu yox, özünün bağışlayan olduğunu dedin. Beləliklə, həmin təvəkkülün bərəkəti ilə məni əfv etdin. Minacat edən anlayır ki, günahlarımı axirətə aparmalı olsam da, Allahın rəhmətindən naümid olmamalıyam. Lakin öz əməllərimə yox, işlərimi Allaha tapşırmağıma ümidvar olmalıyam. Ümid edirəm ki, qiyamətdə mənə layiq olan cəza ilə yox, özünə layiq olan əfv və mərhəmətlə rəftar etsin.
    "İlahi in əfəvtə fəmən əvla minkə bizalikə və in kanə qəd dəna əcəli və ləm yudnini minkə əməli fəqəd cəəltul-iqrarə biz-zənbi iləykə vəsiləti”
    "İlahi, əgər məni əfv edəcəksənsə, həqiqətən də, bu iş üçün Səndən layiqlisi yoxdur. Əgər ölüm anı çatsa və əməllərim məni Sənə yaxınlaşdıra bilməsə, günahlarımın etirafını Sənə yaxınlaşmağım üçün vasitə edəcəyəm.”
    Duanın bu hissəsində deyirik: İlahi, əgər bağışlanmalıyamsa, bağışlamaq üçün Səndən layiqlisi yoxdur. Ümid edirəm ki, məni bağışlayasan. Ölüm anı çatıb və əməllərim məni Sənə yaxınlaşdırmayıb. Bu an Sənə yaxınlaşmaq və rəhmətinə çatmaq üçün yalnız bir yol qalır. Bu yol günahları etiraf etməkdir. (Məsumlardan nəql olunmuş bir çox dua və minacatlarda günahın etiraf edilməsi ilə bağlı maraqlı təbirlər işlənmişdir. Sanki bu şəxslər böyük günahlar etmişlər. Məsələn, Həzrət Səccad (ə) "Əbu Həmzə Somali” duasında Allaha belə ərz edir: "Mənim halımdan pis kimin halıdır? Əgər bu halda qəbirə doğru getsəm...”
    Bu barədə böyük şəxslər müxtəlif münasibət bildirmişlər:
    1. Məsum imam xalqın rəhbəridir. O öz karvanını behiştə apardığı üçün bütün ardıcıllarının dilindən dua və minacat edir.
    2. Bu dualar və minacatlar təlim məqsədi daşıyır. Sanki imanlı şəxslərə minacat zamanı bu növ söhbət etməyin lazım olduğu bildirilir.
    3. Biz adi insanların azru etdiyi bir çox işlər yüksək mərifət sahibləri üçün böyük günah hesab olunur. Məsələn, biz yuxulu vəziyyətdə bir neçə rəkət gecə nafiləsi qıldıqda sevinirik. Lakin Həzrət Əlinin (ə) nökəri belə namaz qılsaydı, həsrətlə başına döyərdi. Onlar Allah qarşısında yuxulu-yuxulu namaz qılmağı hörmətsizlik hesab edirlər. Demək, bizim fəxr etdiyimiz hala görə onlar bağışlanmaq istəyirlər.
    4. İlahi övliyalar vasitələri özlərindən bilmədikləri üçün dualar oxuyur və zəif olduqlarını bildirirlər. Onlar deyirlər: Əgər Allah əlimdən tutmazsa süqut edəcəyəm.
    İzah: Əgər biz əql, iman və mərifətdən ibarət olan hidayət amillərini özümüzünkü bilsək, bu amillərdən məhrum olanların bizdən kiçik olduğunu zənn edəcəyik. Lakin boş bir qab olduğumuza və bütün feyzlərin Allah tərəfindən verildiyinə inanmalıyıq: "Allahın izni olmadan heç bir insan iman gətirə bilməz” ayəsinə etiqadımız olmalıdır; bütün hallarda bəlalara hazır olmağımıza və Allahın hər an iman, hidayət, əql verdiyinə yəqin etməliyik. Bu feyzin kəsilməsi təqva, mərifət, elm yoxluğundan qaynaqlanan bütün fəsadların mənşəsi ola bilər.
    Beləliklə, deyir: İlahi, əgər məni qorumasan, hamıdan alçaq olacağam. İlahi, sənin ətaların olmasa, mən həmin hidayət olmayası boş qabam.
    Allah-təala peyğəmbərə buyurur: "Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni çaşqın vəziyyətdə tapıb yol göstərmədimi?!”; "Sən kitab və imanın nə olduğunu bilmirsən.” Demək, peyğəmbər də ilahi hidayət və imandan bəhrələnmiş bir vaxtkı boş qabdır. Baxmayaraq ki, həzrət ilahi feyz vasitəsi, mövcudatın ən kamili və məxluqatın ən şərəflisidir. İbadət ruhiyyəsi odur ki, insan tədricən heç nəyi olmadığını anlasın və bu anlayışını müxtəlif şəkillərdə büruzə versin, məsələn, ağlasın. Belə ibadətin nəticəsi hədisdə əks olunur: "Bəndəlik, mahiyyəti rübubiyyət olan cövhərdir.” Rəvayətin sənədi mötəbər olmasa da, məzmunu düzgündür.
    İlahi övliyalar süqut və fəsad mənşəsi olan boş qabdan ibarət vücudları haqqında düşündükdə belə minacatlar və təbirlər işlətmişlər.
    Sadalanan cavabların bəziləri o qədər də ürəkaçan deyil. Axırıncı cavabın daha dərin olduğu gözə çarpır.) İlahi, mən pis bəndə olduğumu etiraf edirəm. Bu etiraf günahkarın rəhmətə yaxınlaşması üçün bir vasitədir.
    Mühüm bir suala cavab
    Sual doğuran belə bir nəticə çıxır ki, günahkarın bağışlanması hikmətə ziddir. Bu halda günahkarla itaətkar arasında fərq olmur. Cavab verilir ki, bu günahkar müticəsinə günahlarını etiraf etmişdir. O başqa günahkarlardan fərqlənir.
    Təkəbbürlü, özündən razı insan hətta xəlvətdə günahlarını etiraf etməyə hazır deyil. Əksinə, daim günahlarına don geyindirir. Bəzi psixoloji və ictimai məktəblərin prinsiplərinə əsasən iddialar edir: "İnsan mühitin təsirinə bağlıdır. Genetik, ictimai amillər onun ixtiyarında deyil. Demək, onun səhvləri ata-ana və cəmiyyətin təqsiridir.” O bu sayaq əməllərinə don geyindirir.
    Əlbəttə, bu sözdə bir qədər doğruluq var. Yəni uyğun amillər müəyyən qədər insanlara təsir edir. Lakin bu amillər təyinedici rola malik deyil. Uyğun amillər yalnız zəmin yaradır və heç zaman cəbrə səbəb olmur (insanı məcbur etmir). Qurani-kərimdə təkrar-təkrar Nuh və Lutun ailəsi ilə bağlı əhvalatlara işarə olunur. Bütün bunlarda məqsəd odur ki, nübüvvət evi ilə əlaqə insanın ixtiyarını alıb onu məcburən haqq yola hidayət edə bilməz. Buna görə də həzrət Nuh Allaha "ailəmi xilas edəcəyini söz vermişdin” dedikdə belə cavab gəldi: "O sənin ailəndən deyildir. Çünki o əməlisaleh deyil.”("Hud”, 46.)
    Başqa bir yerdə Fironun zövcəsini misal çəkir. Fironun zövcəsi ən pis mühitdə, yəni Fironun sarayında elə bir məqama çatır ki, Allah onun barəsində belə söyləyir: "Allah möminlər üçün Fironun zövcəsini misal çəkir...”("Hud”, 46.)Fironun zövcəsi elə bir üstün ürfani məqama çatır ki, behiştdə Allah yanında mənzil istəyir. O bizim bəzilərimiz kimi saray, meyvə və behişt zövcəsi yox, Allahla qonşuluq məqamı arzulayır. Demək, mühit insanın məcbur olmasına səbəb olsaydı, Fironun zövcəsi həmin pis mühitdə başqa saray əhli kimi olardı.
    Lakin Fironun zövcəsi mühitin təsirinə düşməyib tarix boyu bütün möminlər üçün nümunə oldu.
    Beləliklə, bu bəhanələr insanın günahlarına don geyindirə bilməz. Sağlam insan səhvini etiraf edir və bir daha təkrarlamayacağına söz verir. Ən aşağısı, öz-özlüyündə günahını etiraf edir və bununla da bağışlanmağa layiq olur. Lakin insan boyun qaçırıb, günahlarına don geyindirdikdə Allah belə buyurur: "Mən necə bağışlayım ki, o səvh etdiyini qəbul etmir!”
    Bəli, günahı etiraf etmək insanın Allaha yaxınlaşması üçün axırıncı vasitədir. Bu halda insanın hələ ki, ilahi qəzəbə düçar olmadığı məlum olur. Əks halda, günahlarını etiraf etməyə macal tapmazdı. Əgər yaxşı əməl vasitəsi ilə Allaha yaxınlaşmaq üçün tövfiq tapmasaq, ayrı bir yol seçirik. Bu yol Allah qarşısında günahları etiraf etməkdir.
    "İlahi qəd curtu əla nəfsi fin-nəzəri ləha fələhəl-vəylu in ləm təğfir ləha”
    "İlahi, mən özümə çarə qılmaqda zülmə yol verdim. Əgər bağışlamasan, vay olsun mənə!”
    Minacatın bu hissəsini izah etmək üçün iki müqəddiməyə ehtiyac duyulur:
    1. Təqribən minacatın yarısı Allahdan rəhmət istəməklə bağlıdır. Lətafətli, şirin və ürəyəyatan sözlərlə ilahi rəhmət dəryasının kükrəməsinə çalışılmışdır. Əvvəllər dedik ki, Allahın dəyişkən haləti yoxdur. Dəyişmək bizə aiddir. Onun rəhmətinə layiq olmağa çalışırıq. Məsələn, bütün insanlar bilir ki, əslində günəş batıb çıxmır. Lakin söhbət zamanı bu sözlərdən istifadə edirik. Quran da xalqın dili ilə söhbət edir. Əlbəttə, günəş hərəkət edir. Lakin bizə məlum olan "batıb çıxmaq” ona aid deyil. "Allahı razı salmağa çalışırıq” və "Allahın qəzəbinə səbəb olan işlərdən çəkinirik” deməyimiz ünsiyyət xatirinədir. Əslində biz Allahı razı salmaq üçün çox kiçiyik.
    Demək, ilahi rəhmət dəryasının kükrəyişi əslində ilahi rəhmətə çatmaq üçün bizim öz qəlbimizdə kükrəyiş yaranması deməkdir. Çünki ilahi rəhmət dəryası daim axmaqda olan bir şəlalədir. Biz irəli gedib, əbədi ilahi rəhmət şəlaləsindən istifadə etməyə layiq olmalıyıq.
    2. Minacat və dua dili dəlil, mübahisə və höcət (cədəl) dilindən fərqlənir. Əgər dil üçün yalnız məntiqdə bəyan olunmuş beş üslubu nəzərdə tutsaq demək olar ki, minacat və dua şer dilidir. Əlbəttə, mənzum nəsr forması nəzərdə tutulmur. Məntiq terminalogiyasında şer xəyal qüvvəsini hərəkətə gətirən bəyana deyilir. Şer mədh zamanı məhəbbəti, mərsiyə zamanı daxili hissləri tərpədir. Minacat zamanı isə insanın daxili hissləri ilahi rəhmətə layiq olmaq üçün dəyişib, hərəkətə gəlir. Heç kəs deyə bilməz ki, filan duada ciddi məsələlər bəyan olunmur və ya filan minacatda dəlillər tamamlanmır. Çünki dua ilahi məhəbbət qazanmaq üçün mehribanlıq və şəfqət istəyidir. Duada məqsəd hansısa qəziyyəni dəlillər əsasında bəyan etmək deyil.
    Qeyd olunmuş iki müqəddimədən sonra minacatın bu hissəsi ilə bağlı bildiririk:
    İnsan günah etdiyini bəzən adi formada, bəzən isə xüsusi lətafətlə etiraf edir. Allaha mənsub olan insan ruhunda böyük qüvvə mövcuddur. O bir şey dərk edir, sonra isə öz dərk etməsinə tamaşaya durur. Bu iki halın eyni zamanda baş verməsi çox maraqlıdır. Bir çox qərb və Avropa filosofları bu məsələni mümkün hesab etmirlər. Onlar deyirlər: İnsanın özünü tanıması mümkünsüzdür. Çünki bilən bilinənlə eyni ola bilməz. Lakin bu filosofların nəzəriyyəsi doğru deyil. Çünki Allaha mənsub ruh insan vücudunda elə bir qüvvəyə malikdir ki, öz əməllərinə hakim ola bilir. Psixologiya elmindən məlumatı olanlar bu məsələnin əhəmiyyətini yaxşıca dərk edirlər. İnsanın Allahın xəlifəsi olmasının sirri demək olar onun ruhi qüvvəsidir. O, Allahın əmanətini daşıyır. İxtiyar və iradə də bu məqamda peyda olur.
    İnsan öz xəyalının cilovunu ələ alıb onu öz başına buraxmamağa qadirdir. Əgər cəhənnəmə getməyimizə səbəb olan işlər görsək, özümüzə çox zülm etmişik! Bu qüvvədən özümüzü islah etmək üçün faydalanmalıyıq. Öz qüvvəmizdən səmərəsiz istifadə etməyək.
    Minacatın bu hissəsində deyirik: Özümün özümə haqqım var idi. Bu haqqı tapdadım. Çünki biz iki şən və mövqeyə malikik. Birincisi haqqı əda edən, ikincisi isə haqqı əda olunanın şəni. Həm müəllimik, həm də tələbə. Həm tərbiyəçiyik, həm də tərbiyə alan. Buna görə Allaha ərz edirik ki, İlahi, özümə zülm etdim. Çünki çarə qılmaqda, vücudumun mövqeyini müəyyənləşdirməkdə və işlərimi idarə etməkdə səhlənkarlıq etdim. Övladına çarə qılmaq əvəzinə onu oda atan ata kimi mən də özümü oda atdım. Lakin dünya həyatında pərdələr olduğu üçün görə bilmirəm. Qiyamətdə pərdələrin götürüləcəyi gün ayılacağam. Hətta bu dünyada gözlərinin önündən pərdə götürülmüş övliyalar atəş içində olduğumu görürlər.
    İnsandan ayrı bir insan şikayət etdikdə qazi onun haqqını alıb özünə qaytarır. Lakin insan özü özündən şikayət etdikdə qazi nə edə bilər? Bu insanın acizlik və çarəsizliyini, ilahi rəhmətin zəruriliyini göstərən ən lətif bəyandır.
    Vay olsun mənə, məni bağışlamağından savayı heç bir çarəm yoxdur. Heç kəs dadıma çatmır. Özümə zülm etdim, özümdən şikayət edirəm.
    "İlahi ləm yəzəl birrukə ələyyə əyyamə həyati fəla təqtə birrəkə ənni fi məmati”
    "İlahi, dünya həyatında daim ehsanından faydalandım. Ölüm zamanı da ehsanını məndən əsirgəmə.”
    Bu cümlədə müqayisə aparmaq üçün örtülü bir dəlil var:
    İlahi dünya həyatında mənə yaxşılıq etdin. Hər kəs dünya həyatında mənə yaxşılıq etsə, ölümdən sonra da mənə kömək etməlidir. Demək, ilahi ölümdən sonra da mənə kömək etməlisən.
    Lakin bu dəlil tam deyil. Çünki Allah dünya həyatında insana imtahan zamanı hazır olsun deyə kömək edir. Ölümdən sonra isə hesab və cəza növbəsidir. Uyğun bəyan dəlillər və ya mübahisə əsasında deyil. Bu bəyan Allahla söhbət üçün bir bəhanədir.
    Beləliklə, əlimizdə tam bir dəlil olduğunu düşünməməliyik.
    Beləcə ərz edirik: İlahi, bir ömür mənə yaxşılıq etdin. Yaranmamışdan öncə nemət və lütfünlə vücuduma lazım olan şərait hazırlandı. Ömür boyu sayıb qurtara bilməyəcəyim sonsuz nemətlərin mənə nəsib oldu. Ölümdən sonra da bu nemətlərə ehtiyacım var. Nemətlərini təkrarla, məndən nəzərini çəkmə! Sonsuz kərəmin layiq olmadığım və hətta istəmədiyim halda bir ömür mənə nemət bağışlamağına səbəb oldu. Belə isə ölümdən sonra da nemətini artır!
    "İlahi kəyfə əyəsu min husni nəzərikə li bədə məmati və əntə ləm tuvəllini illəl-cəmilə fi həyati”
    "İlahi, həyatım boyu mənimlə yalnız gözəl rəftar etdiyin halda ölümümdən sonra rəhmət nəzərindən ümidimi necə üzüm?!”
    Duanın bu hissəsi də əvvəlki cümlə kimi ilahi ehsan və rəhməti cəlb etmək üçündür. Duanın bu cümləsinə öncəki cümlədən yalnız bir fərqli məfhum artırılmışdır: Sən bir ömür mənə yaxşılıq etdin. Bu isə ölümündən sonra da nemətlərinin davam edəcəyinə ümid verir. Beləliklə, təkcə dünyada yox, ölümdən sonra da nemətlərinin davamlı olmasını istəyəcəyəm. Çünki yaxşılıq etmək sənin adətindir. Ehsan və rəhmət adəti olan kəsdən ümidimi necə kəsim?! Mən səndən daim yaxşılıq, gözəllik və lütf gördüm. Ölümdən sonra da bunların davam edəcəyinə ümidvaram.
    "İlahi təvəllə min əmri ma əntə əhluhu və ud ələyyə bifəzlikə əla muznibin qəd ğəmərəhu cəhluhu”
    "İlahi, sən özünə layiq şəkildə işlərimi öhdənə götür. Nadanlığında qərq olmuş günahkarı fəzlindən faydalandır.”
    İlahi, bir ömür günahlarıma görə məni cəzalandırmağına layiqəm. Günahın cavabı lütf və mükafat deyil. Demək, mükafata layiq deyiləm. Əksinə, tənbeh olunmalıyam. Lakin sən ehsan, kərəm və güzəştə layiqsən. Əgər məni bağışlasan, heç kim sənə etiraz etməyəcək. Beləcə, özünə layiq şəkildə işlərimi qaydaya sal. Sən günahlarıma yox, kərəm və əfvinə əsasən mənimlə rəftar et.
    Burada insan aramlaşır, şad və ümidvar olur. İnsan müxtəlif hallara düşür. Bəzən Allahın cəlal, bəzən isə cəmal adlarını çağırmaq lazım gəlir. Məsələn, zalımla üzləşən kəs Allahın qəhharlığı və cəbbarlığı haqda düşünür. Bu halda insan "ey mehriban və bağışlayan” deyib dua etmir. İnsan zülmə məruz qaldıqda belə dua edir: Ey qəhhar və intiqam alan Allah, düşməndən intiqamımı al. Allahdan rəhmət və bağışlanmaq istədikdə Onu qəfur və rəhim adları ilə çağırırıq.
    "Coşən-kəbir” duasında Allahın müxtəlif adları yad edildiyi üçün bu dua fərqli bir əhatəyə malikdir. "Şəbaniyyə” minacatının yarıdan çoxu günahlardan pak olmaq kimi istəklərdən ibarətdir. Duanın qalan hissəsində rəhmət və bərəkətə çatmaq ümidi ilə Allahın uca sifət və kamalları yad edilir. Demək, duanın iki hissəsi zəmin yaradır. Burada işlədilmiş əksər kəlmələr əfv və onun növləri ilə bağlıdır.
    "Ey Cavad, ey kərəm sahibi”— dedikdə insan dərhal Allahın bu sifəti haqda düşünür. Beləcə, ərz edirik: Ey Cavad, sənin kərəmin ümidimi artırır və arzumu əhatəli edir. İnsan istər doğru, istər xəyali məqamlara, kamilliklərə və ləzzətlərə çatmağı arzulayır. Bütün bunlar xarici şərtlərə uyğun məhdud arzulardır. Əgər xarici şərtlərlə uyğunlaşmasaydı, əql tərəfindən qəbul edilməz və istehza olunardı. Şərqi və qərbi əhatə edəcək qanadlar istəmək əlbəttə ki, axmaq bir arzudur. Çünki insan vücudunun xarici şəraiti belə bir arzu ilə mütənasib deyil. Demək, arzu uzun müddətə gerçəkləşsə də, xarici şəraitlə mütənasib olmalıdır. Lakin insan məhdud dünyadan fərqlənən tükənməz imkanlara malik şəraitdə olarsa, onun kiçik arzuları mənasız olacaq.
    Okean kənarında dayanıb bir kasa su arzulamaq çox qəribədir. Bunu görənlər belə deyəcəklər: Bu şəxsin arzusu yoxdur. Okeandan istənilən qədər su götürmək olar.
    İndi isə Allahın sonsuz lütf dəryasına nəzər salaq: "Kərəm və bəxşişin çoxluğu onun lütfünü yalnız artırır.”("İftitah” duası.)Allaha olan ümidləri məhdudlaşdırmaq lazım deyil. Çünki Onun rəhmət dəryasından zərrə qədər azalmaz. O nə zəhmət çəkir, nə də enerji sərf edir. "Bir şeyi istədiyi zaman Allahın buyuruğu ona ancaq: "Ol” deməkdir. O da dərhal olar.”("Yasin”, 82.)
    Duanın bu hissəsində yeni bir mövzu nəzərə çarpır: İlahi, günahkarlara fəzlindən verirsən. Onlar cəhalət və nadanlıqdan günaha batıb, azmışlar. Cahil günahkarlara verdiyin fəzlindən mənə də ver.
    Şübhəsiz, bütün günahlar cahillikdən qaynaqlanır. Lakin burada günahın özü yox, onun nəticələrinə qarşı cəhalətdə olmaq nəzərdə tutulur. Çünki əksər günahlar onların nəticələrinə qarşı nadanlığımızdan baş verir. Əgər bir şəxs günahın onu hansı səadətlərdən məhrum edəcəyini və ya itaət edərsə hansı səadətlərə çatacağını düşünərsə, günah etməz. Narkotik maddələr istifadə edən insan ilk dəfə bu işə başlayarkən gələcəkdə hansı pis təsirlərə məruz qalacağını, bədbəxt olacağını, varlıqdan silinəcəyini, abır-həyasının gedəcəyini, ləyaqətli yaşayış və iş qüvvəsinin yox olacağını bilərsə, heç zaman bu maddələrdən istifadə etməz.
    O bu işin pis iş olduğunu anlayır. Lakin bilmək istəyir ki, bəziləri hansı ləzzətə çatmaq üçün narkotik maddələrdən istifadə edirlər? Öncə ötəri bir ləzzət dadır. Sonra yavaş-yavaş bataqlığa daxil olur. Buradan qurtulmaq isə çox çətindir.
    Demək, günahkar cəhalətə uğramışdır və günahın pis aqibətindən xəbərsizdir. Günahın küfr və inkara səbəb olduğunu bilmir. Bəzən günahkar insan edam olunan an belə əfv istəməyə hazır olmur. Bir vaxtlar namaz qılıb, ibadət edən, gecələri əhya saxlayan (oyaq qalan) insan günah nəticəsində bu günə düşə bilər. Bəli, belə bir insan bağışlanmır. Çünki onu bağışlamaq hikmət və yaranış fəlsəfəsinə ziddir: "Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur.”("Mulk”, 2.)
    Beləliklə, əgər Allah üzrxahlıq etməyə hazır olmayan insanları bağışlayarsa, bu şəxsləri nadanlıqdan günaha düçar olmuş şəxslərlə eyni tutmuş olar. Belə bir iş isə ilahi hikmətə ziddir. Nadanlıqdan günah edib, sonradan ayılıb üzrxahlıq edən şəxs bağışlana bilər. Bu şəxs də ümid yarandığı üçün bağışlanmaq istəyir.
    Bəli, duanın bu hissəsində əvvəlki hissələrdə bəyan olunmuş günahın etirafı və rəhmət istəyindən əlavə nadanlıq ünsürünə də toxunulmuşdur. Dua zamanı belə deyirik: Günahkaram və cəzaya layiqəm. Lakin nadanlıqdan günah etdiyim üçün öz fəzlini mənə şamil et.
    "İlahi qəd sətərtə ələyyə zunubən fid-dunya və ənə əhvəcu ila sətriha ələyyə minkə fil-uxra iz ləm tuzhirha liəhədin min ibadikəs-salihin.”
    "İlahi, dünyada günahlarımı gizlətdin. Axirətdə isə onları gizlətməyinə daha çox ehtiyacım var. Çünki sən dünyada günahlarımı saleh bəndələrinin heç birinə bildirmədin.”
    İlahi, mən günahlarımı etiraf etdim. Sən o kərimsən ki, həyatım boyu günahlarımı gizlədib məni rüsvay etmədin. Axirətdə isə eyblərimin gizlədilməsinə daha çox ehtiyacım var. Çünki, əgər dünyada rüsvay olsaydım, axirət əzabından qurtaracaqdım. Sən xalq arasında abrımı tökmədin və özüm kimi məni insanların yanında rüsvay etmədin. Belə isə axirətdə də "səttariyyət”ini (eybləri örtməyini) davam etdir. Çünki eyblərimin axirətdə gizlədilməsinə dünyada gizlədilməsindən daha çox ehtiyacım var.
    Bu cümlələrdə də bağışlanma dilənilir. Əgər insan rəhmətə layiq olduğunu bildirsə, günahları ona xatırladılar. Mərhəmət istəyinə qarşı isə belə cavab verilmir.
    Burada əvvəlki cümlələrdə qeyd olunmuş nöqtələrdən əlavə yeni bir nöqtə əlavə edilmişdir: İlahi, dünyada saleh bəndələrinin heç birinə sirrimi açmadın. Axirətdə məni rüsvay etsən, saleh bəndələrinin yanında abrım gedəcək. İnsan bəzən dünya həyatında günah edərkən onun dostları xəbər tutur, o da heç bir narahatlıq keçirmir. Çünki bunlar da onunla eyni səviyyədə olan insanlardır. Lakin saleh insanlar onun əməllərindən xəbər tutsalar, çox narahat olar. Allah lütf edir, saleh insanların yanında onun abrını tökmür. Lakin axirətdə yaxşı və pis nə varsa, hamısı məlum olacaq. Orada behişt əhli cəhənnəm əhlini görəcək. Heç kəs cəhənnəmə və ya behiştə gizli daxil olmayacaq. "(Qiyamət günü) hamı Allahın hüzurunda aşkar olacaqdır.”("İbrahim”, 21.)
    Əgər axirətdə Allah insanın eybini örtməsə, hamı onun pis insan olduğunu biləcək. İnsan bəzən hətta kiçik bir uşağın onun pis əməlindən xəbər tutmasını istəmir. Lakin qiyamət günü əvvəldən sonadək bütün yaranmışlar məhşər səhrasında hazır olacaq. Qiyamət rüsvayçılığı dünya rüsvayçılığından min dəfə pisdir. Demək, insanın axirətdə Allahın səttariyyətinə (eybləri örtməsinə) ehtiyacı dünyadakından çoxdur. Beləliklə, duanın bu hissəsində yeni bir nöqtəyə işarə olunur: Axirət rüsvayçılığı dünya rüsvayçılığından şiddətlidir; çünki hamı insanın kim olduğunu anlayacaq.
    Allah hikmətə zidd olmadıqda rəhmətini əsirgəmir. Buna görə böyük günahlara xatir bərzəx və qiyamətdə cəzalananları sonda şəfaətə çatdırır. Peyğəmbər şəfaəti müxtəlif mərhələlərdə paklaşmayanlar üçündür. Bəzən çətinliklər insanın təmizlənməsi üçündür. Necə ki, dəmiri xalisləşdirmək üçün oda atırlar. Dünyada günahkar şəxslər müxtəlif bəlalara düçar olurlar. Bununla da onların ruhu paklaşır və dünyadan rahat köçürlər. Əgər bu mərhələdə paklaşmasalar əzablı ölümlə onları paklaşdırırlar ki, bərzəx aləmində çətinliyə düşməsinlər. Əgər bu mərhələdə də paklaşmasalar, qəbir sıxıntısı, bərzəx çətinlikləri və məhşər ağrıları ilə paklanırlar. Ən son mərhələdə Peyğəmbər (s) və Əhli-beyt (ə) şəfaəti ilə paklaşıb Kövsər hovuzuna daxil olurlar. Çünki behişt pak insanların yeridir. İstənilən halda insan behiştə daxil olmaq üçün paklanmalıdır.
    Bizim daha çox ümidimiz həmin şəfaətədir. "Həqiqətən, Rəbbin sənə tezliklə bəxş edəcək və sən razı qalacaqsan!”("Zuha”, 5.) Rəvayətlərə əsasən, axirətdə şəfaət məqamı peyğəmbərin razılığına səbəb olacaq. Lakin rəvayətlərdə bildirilir ki, peyğəmbər və imamların şəfaəti axirətə aiddir, bərzəxdə şəfaətə söz verilməyib. Həzrət Riza (ə) Seyyüdüş-şühəda (ə) və sair imamların ziyarəti səbəb olur ki, onlar əzab çəkən şəxsin yanına gəlib onun əzabını azaltsınlar. Bir çox hallarda isə onlar gələrkən əzab tamamilə uzaqlaşır. Bərzəx aləmində uzun müddət ərzində və dəhşətli qiyamət çətinlikləri nəticəsində paklaşmayanlara sonda Məhəmməd (s) və Ali-Məhəmməd (ə) vasitəsi ilə şəfaət olunacaq. Onlar möminlərə nicat verəcəklər.
    "İlahi cudukə bəsətə əməli və əfvukə əfzəlu min əməli”
    "İlahi, bəxşişin ümidimi artırır, əfv və güzəştin əməlimdən çox üstündür.”
    Minacatın bu hissəsini daha yaxşı dərk etmək üçün bir nöqtəyə diqqət yetirməliyik: "Adətən, adi hallarda zehni məfhumların köməyi ilə Allah haqqında düşünürük. Hətta "Allah” dedikdə hər insan öz zehnində xüsusi məfhum nəzərdə tutur. Bir çox hallarda "aləmin yaradanı” mənası təsəvvür olunur. Həmin zehni məfhum olan "yaradan” kəlməsi dua zamanı hal və istəyimizə uyğun olaraq xüsusi məfhuma malik olur. "Allah kəlməsini ruzi istəyən şəxs "ruzi verən”, çətinliyi olan şəxs "çətinlikləri uzaqlaşdıran”, xəstəliyi olan isə "xəstələrə şəfa verən” mənasında təsəvvür edir. Əlbəttə, bəzi şəxslər qaranlıq gecələrdə, qəlb iştirakı ilə namaz qılıb, minacat edərkən elə bir hala düşürlər ki, Allahla bağlı heç bir xüsusi məfhum nəzərdə tutmurlar. Onlar yalnız yaranmış ünsiyyəti dərk edirlər. Bu həmin şahid olub dərk etməyin (şühudi dərk etmənin) zəif mərtəbəsidir. Adi insanlar bu halla qarşılaşırlar. Onun kamil mərtəbələri ilahi övliyalara məxsusdur.
    Əksər insanlar məfhumlar yolu ilə Allahla əlaqə saxlayırlar. Məfhumlar daim xüsusi bir yönümü işıqlandırır. Rəhman və rəhim dedikdə Allahın rəhm etdiyi bir şəxs nəzərdə tutulmalıdır. Xaliq və raziq deyildikdə Allahın yaradıb, ruzi verdiyi şəxs nəzərdə tutulur. Allahın bütün gözəl adları işdə (feldə) Onun işlərini və ya bu işlərin keyfiyyətini bəyan edir. Zehnimizi xüsusi bir cəhətdən Allaha yönəldən ilahi sifətlər və adlar iki hissəyə bölünür:
    1. Cəmal adları. Yəni, Allahın lütf və rəhmətindən danışan adlar. Məsələn, Rəhman, Rəhim, Ğəffar, Kərim və sair.
    2. Cəlal adları. Yəni Allahın qüdrət və səltənətindən danışan adlar. Məsələn, Əziz, Qəhhar, Cəbbar və Mütəkəbbir və sair.
    Cəmal adlarından danışıldıqda insan Allahla ünsiyyətdə olub, Ona yaxınlaşmaq istədiyini hiss edir. Cəlal adlardan danışıldıqda isə insan Allah qarşısında dayanıb, Onunla rahat söhbət etməyə qüvvəsi olmadığını hiss edir.
    Beləliklə, insan Allahın mehribanlığına nəzər saldıqda dili açılır. Bu zaman o deyir: İlahi, bizimlə də mehriban ol!
    İnsan özünü belə bir sonsuz dərya qarşısında görərkən onda çoxsaylı və geniş arzular yaranır. O nəinki günahlarının bağışlanacağına, hətta əlçatmaz uca məqamlara yetişəcəyinə ümid edir.
    Unutmayaq ki, başlanğıcda tövbə məqamındayıq. Belə isə, öncə pis əməllərimizlə tanış olmalıyıq. İndi isə Allahın ehsanını istəyirik. Cəvad adı ilə başlayaraq deyirik: Sənin kərəmin ümidimi artırdı. Əslində bir tərəfdən arzularım, başqa bir tərəfdən isə günahlarım çoxdur. Məni bağışlayıb, yoxsa bağışlamayacağına əmin deyiləm. Əməllərimi əfvinlə müqayisə etdikdə günahlarım hər nə qədər böyük olsa da əfvinin daha böyük olduğunu görürəm. Günahım mənim şənlərimdəndir.
    Bacardığınız qədər böyük rəqəm fərz edir. Bu rəqəm sonsuzluqla müqayisə edildikdə məhduddur. Günahlarımız fərz etdiyimiz böyük rəqəmə oxşasa da, ilahi əfv qarşısında kiçikdir.
    "İlahi fəsurrəni bi-liqaikə yəvmə təqzi fihi bəynə ibadikə”
    "İlahi, mühakimə günü öz görüşün ilə məni bəndələrin arasında şad et.”
    "Liqa” (görüş) kəlməsi Quranda, dini mətnlərdə və rəvayətlərdə işlədilmişdir. Bu kəlmə ariflər tərəfindən iki şəkildə mənalandırılmışdır:
    1. Adətən, dini kitablarda bu söz təyinsiz işlədilir.
    2. Pərdələrin götürülməsi; yəni, bu dünyanın kənara çəkilməsi. Qiyamətdə gizlilərin aşkarlanacağı, pərdələrin götürüləcəyi gün bütün bəndələr Allah qarşısında dayandıqlarını hiss edəcəklər. Onlar "limənil-mulkul-yəvm” nidasını eşidəcəklər. Allah cavab verəcək: "Lillahil-vahidil-qəhhar.” Çünki cavab verə biləcək heç bir nəfəs alan yoxdur.
    Ən çox inkar edənlər deyəcəklər: "Rəbbəna əbsərna və səmi’nə.”
    Qiyamətin adlarından biri "Allahla görüş” günüdür. Bu görüş müəyyən şəxslərə məxsus deyil. Bütün insanlar həmin gün Allahla görüşəcəklər. Bu barədə Qurani-məcid buyurur: "Ey insan sən Rəbbinə doğru zəhmətlə gedəcəksən və Onunla görüşəcəksən.”("İnşiqaq”, 6.)
    Demək, həm kafirlər, həm də möminlər Allahla görüşəcəklər. Bu görüş ümumidir.
    Əlbəttə, bu görüşlər fərqlidir. Bu görüşlər hamı üçün sevinc gətirməyəcək. Əksinə, kafirlər üçün əzab doğuracaq. Kafirlərə hətta danışmağa icazə verilməyəcək. Onlara deyiləcək: "Cəhənnəmdə zəlil, məyus vəziyyətdə durub qalın və Mənimlə danışmayın.”("Muminun”, 108.)
    İlahi övliyalara məxsus başqa bir görüş də mövcuddur. Təkamül və yüksəlişin son mərhələsində ilahi görüşə çatırlar.
    İmam Səccadın (ə) minacatlarından birində deyilir: "Sənin görüşün mənim arzumdur.” ("Minacatul-muridin”də şəhidlər barəsində deyilir: "Şəhid Allahın sifətlərini seyr edir.” Bu görüşlər xüsusi görüşlərdir. Minacatın bu hissəsində işlədilmiş "liqa” (görüş) kamil insanlar və ilahi övliyalara aid "liqa” (görüş) deyil. Minacatda ümumi görüş zamanı şad olmaq nəzərdə tutulur. Bu ümumi görüş zamanı bəziləri şad, bəziləri isə nigaran olur. Allahdan istəyirik ki, xalq arasında hesab aparacağı gün bizdən razı olsun və Onun qəzəbi ilə üzləşməyək.
    "İlahi itizari iləykə itizaru mən ləm yəstəğni ən qəbuli uzrihi, İlahi fəqbəl uzri ya əkrəmə mənitəzərə iləyhil-musiun”
    "İlahi, sənə üzürxahlığım üzrünün qəbul olunmasına ehtiyacı olan kəsin üzürxahlığıdır. İlahi, üzrümü qəbul et. Ey günahkarların üzr istədiyi şəxs!”
    Minacatın bu hissəsi də ilahi lütf, məhəbbət və rəhmətin cəlb edilməsi üçündür.
    Category: Minacatın əzəməti | Views: 982 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024