İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 6 » Minacatın əzəməti
    4:37 AM
    Minacatın əzəməti
    İlahi lütflərdən bəzi nümunələr
    Allahın lütflərindən biri "təşrii” amillər, yəni peyğəmbərlərin, övliyaların və səmavi kitabların göndərilməsidir. Təşrii amillərlə yanaşı bizim tanımadığımız və hətta inanmadığımız təkvini amillər də mövcuddur. Allahın qafilləri öz dərgahına cəzb etmək üçün gördüyü tədbirlər saya gəlməz qədər çoxsaylı, müxtəlif və əhatəlidir.
    Misal üçün Allah-təala insan doğularkən onun məhəbbətini ata və anasının qəlbində qərarlaşdırır. Əgər valideynlərin, xüsusi ilə də ananın qəlbində belə bir məhəbbət mövcud olmasaydı insan nəsli kəsilərdi. Bu məhəbbət insan nəslinin davamı üçün bir vasitədir. Qurani-kərimdə buyurulur: " Mənə, atana və anana təşəkkür et.”("Loğman”, 14.)
    Allah bu ayə ilə hamıya bu böyük neməti xatırladır. İlk gündən əlaqədə olduğu ata və ana məhəbbətini unudan insan heç kəsin məhəbbətinə layiqincə cavab verməz.
    Allahın ata və ana vücudunda qərarlaşdırdığı lütf Onu tanımaq üçün bir vasitədir. Allah-təala öz sonsuz məhəbbət okeanından bir damlasını ata və ananın qəlbində qərarlaşdırmışdır. Əgər yaranışın əvvəlindən sonunadək olan bütün insanları və mövcudları toplasalar, onların məhəbbəti Allahın insanlara olan məhəbbət okeanının bir damlası qədər olmaz. Əgər bir ana övladının onu unutduğunu görərsə nə edər? Yoxsa onu rədd edib, evdən çıxarıb və ya öldürər? Heç zaman! Əgər ana öz övladından səhv və ya unutqanlıq görərsə (əgər bu unutqanlıq və səhv bilərəkdən və inadkarlıqla olmasa) son dərəcə mehribanlıqla ona öz səhvini xatırladacaq və onu öz məhəbbət ağuşuna alacaq.
    İnsanlara verilmiş zövcələr də Allahın məhəbbətlərindəndir. Allah zövcələri insanlara aram həyat vasitəsi etmişdir. Allah-təala Qurani-kərimdə bu haqda buyurur: "Sizin üçün yanlarında aramlıq tapasınız deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması Onun nişanələrindəndir.”("Rum”, 21.)
    İndiyədək ərlə zövcəsi arasında olan bu məhəbbətin kim tərəfindən olduğunu düşünmüşükmü?
    Şagirdlə müəllim, dostlar arasında olan məhəbbət və sair fitri kökə malik sevgi hissləri göstərir ki, insanlar ilahi məhəbbət haqda düşünüb rəhmət və şəfqət mənbəsinə çatmalıdırlar. Təəssüf ki, biz bu tədbirdən qafilik. Ən yaxşı halda valideynə hörmət edirik. Lakin bu mərhələdən oyana keçmirik.
    Bəli, əgər bütün bu tədbirlər nəticəsiz olarsa, Allah bir növ lütf və rəhmət hesab olunan başqa yollarla bəndələrini özünə cəzb edir. Bu yollardan biri çətinliklərlə qarşılaşmaq, çıxılmaz vəziyyətlərə düşmək və məxluqdan naümid olmaqdır. Bu halda insanlar Allaha imanları olmaqdır. Bu halda insanlar Allaha imanları olduğu üçün Ona doğru qayıdır və onu düşünürlər: "Gəmiyə mindikləri zaman yalnız Allaha dua edərlər.”("Ənkəbut”, 65.)
    İnsanlar okean dalğalarının və gəminin qərq olmasını müşahidə edərkən əzəmətli dalğalar arasında istər-istəməz Allahı yad edirlər.
    Odur xalqın üzün səndən çevirən,
    Naçarlıqdan Ona üz tutasan sən.
    Allah elə bir şərait yaradır ki, insan döydüyü hər bir qapıdan naümid qayıdır. Beləliklə, "ya Allah” deyə fəryad edir və bu zaman Allahın diqqət və lütfünün ləzzətini dadır.
    Bəli, insan yalnız çox susadıqda dadlı suyun ləzzətini dərk edir. İnsan yalnız yaxşı acdıqda ləzzətli yeməyin tamını hiss edir. İnsan məhəbbətə çox ehtiyac duyduqda məhəbbətli əllərin nəvaziş ləzzətini duyur. Əks-halda adi şəraitdə insan nəinki məhəbbətin dəyərini anlamır, hətta bəzən ərköyün uşaqlar kimi nəvaziş gördükdə əxlaqı korlanır.
    Mərhum Qazi Təbatəbainin buyurduğu
    Mərhum Əllamə Təbatəbai mərhum Qazi Təbatəbaidən nəql edir: "Bəzən Allah-təala bir bəndəni uzun müddət kasıbçılığa, ağır və ya əlacsız xəstəliyə düçar edir ki, bir dəfə "ya Allah” desin. Demək, insanın nuraniləşməsi üçün bir dəfə Allahı düşünmək o qədər faydalıdır ki, insan bunu əldə etmək üçün uzun müddət çətinliyə dözməli olur. Bu da Allahın lütfüdür ki, O, insanı həyatın eniş-yoxuşlarında çətinliklərlə qarşılaşdırıb, hər yerdən naümid edib, özünə tərəf cəlb edir.
    "Əlləzinə səffəytə luhumul-məşaribə və bəlləğtəhumur-rəğaibə və əncəhətə ləhumul-mətabilə və qəzəytə ləhum min fəzlikəl-maribə”
    "O kəslər ki, onların su içəcəyi yeri zülal etdin və onları istəklərinə çatdırdın. Hacətlərini gerçəkləşdirdin və öz fəzlinlə ehtiyaclarını təmin etdin.”
    Minacatın bu hissəsində öncüllər və Allaha qovuşma yolunda məqsədə çatmış, əvvəlki hissələrdə qeyd edilmiş səciyyələrə malik yolçular üçün bir neçə mükafat bəyan olunur:
    1. Onların su içəcəyi yeri saf, zülal, şəffaf, təmiz və pak etdin.
    İnsan yol gedərkən bir müddət sonra yorulub susayır. Əgər yaxınlıqda çay olduğunu bilərsə qəti şəkildə susuzluğunu yatırmaq üçün özünü həmin çaya çatdıracaq. Yaxşı bilirsiniz ki, çay kənarı lilləşmiş və çirkli olur. Yaxud, su hərəkət etmədiyi üçün kənardakı suyun rəngi dəyişir. Eyni zamanda zülal və saf su əldə etmək də mümkündür. Su hər nə qədər pak, xoşagələn və zülal olarsa, susamış və yorulmuş şəxs ona baxmaqdan bir o qədər çox ləzzət alacaq. Bu öncüllər zülal və saf su kənarlarından faydalanırlar. Biz də Allahdan istəyirik, bizi elə bir yolla aparsın ki, zülal və ləzzətli su çeşmələri ilə rastlaşaq. Bu təbirlərin həqiqi mənası odur ki, saf, şübhələrdən, nəfs istəklərindən və şeytənətdən uzaq yol olsun. Belə bir yolda hərəkət rahat və asan olur. Əks halda şübhələr yolu insan üçün çətinləşdirir.
    2. Onları arzularına çatdırdın;
    3. Onları rəğbət göstərdiklərinə nail etdin;
    4. İstəklərində kama çatdırdın;
    5. Ehtiyaclarını təmin etdin.
    Əslində bütün bu təbirlər bir mətləbə işarə edir. O isə ehtiyacların, istəklərin və hədəflərin təmin olunmasıdır. İndi isə belə bir sual yaranır ki, öncüllərin istədiyi və Allahın təmin etdiyi bu ehtiyac, istək və hədəf nədir?
    Mənzil, maşın, bağ və sair bu kimi dünyəvi istəklərin nəzərdə tutulması çox çətin təsəvvür olunur. Bu şəxslərin istəkləri Allaha doğru olan hərəkət, məqsəd və yollara uyğun olmalıdır. Çünki hər bir mənzil özlüyündə bir məqamdır. Bu məqamdan ötdükdən sonra ikinci mənzilə çatılır. İkinci mənzildən ötüb üçüncü mənzil gəlir. Bu qayda ilə mənzillər bir-birinin ardınca keçilir və sonra son məqsədə çatılır.
    Zənnimcə, bütün bu ehtiyaclar və istəklər insanı məqsəddən uzaqlaşdırıb, onun başını qatan işlər deyil. Çünki yolçu bütün qüvvəsini yola sərf etməlidir. Əks-halda qüvvəsi müxtəlif sahələrə paylanar və məqsədə çata bilmir. Beləliklə, çox ehtimal olunur ki, öncüllərin və yolçuların istəkləri dedikdə həmin Allaha doğru hərəkətə aid olan istəklər nəzərdə tutulur.
    "Və mələtə ləhum zəmairəhum min hubbikə və rəvvəytəhum min safi şirbikə”
    "Onların qəlbini məhəbbətinlə doldurmusan və öz xalis şərabınla onları doyurmusan.”
    İnsanların hisslərini və tutumunu nəzərə aldıqda onların müxtəlif tutumda olduğunu görürük. Bu tutum yüklənə də bilər, yarı yüklənmiş də qala bilər. Əslində bu tutum daim dolmalı və heç zaman boş və ya yarımçıq qalmamalıdır; eyni zamanda bu tutum ilahi eşqlə dolmalıdır. İlahi eşqin kənarında dini vəzifələrin yerinə yetirilməsinə mane olmayan, uyğun yolu adlamaqda insana kömək edən ilahi eşq şüası və ilahi övliyalara eşqdən savayı heç nə olmamalıdır. Qurani-kərimdə buyurulur: "De ki: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın öz əmrini gətirəcəyini gözləyin.”("Tövbə”, 24.)
    Bütün bunlar insanın məhəbbətinə aid olan işlərdir. Çünki insan ata-anasını, övladını, qardaşını, zövcəsini, qohumlarını, var-dövlətini və sair şeyləri sevir. Lakin əgər bütün bunlar bəndəlik vəzifələrinin yerinə yetirilməsinə mane olarsa və bütün bunlara görə Allah yolunda cihad tərk edilərsə, ağır əzab gözlənilir.
    Bütün bu məhəbbətlər şəriətə uyğun və Allaha məhəbbət xatirinə olarsa eybi yoxdur.
    Beləliklə, Allahdan istəyirik ki, bizi o insanlara qovuşdursun ki, əvvəldə qeyd olunan səciyyələrə və mükafatlara malik olmaqdan əlavə, onların qəlbi də ilahi eşqlə doludur. Eyni zamanda Allah-təala dadlı, xalis, saf və zülal suyundan onlara içirmişdir.
    Əvvəlki hissələrin şərhində bəyan olundu ki, insan maddi səfərlərdə susuzluğunun ödənməsinə ehtiyaclıdır. Susuzluq ağrısı aclıqdan çətindir. Mənəvi səfərlər və Allaha doğru seyrdə bir çox ehtiyaclar susuzluq təbiri ilə bəyan olunur. Elə buna görə də minacatın bir hissəsində "məşarib”, bu hissəsində isə "şərb” təbiri işlədilmişdir. Zülal və dadlı su içib, doymaq yolçulara verilmiş mükafat kimi yad edilir.
    "Fəbikə ila ləzizi munacatikə və səlu və minkə əqsa məqasidihim həsəllu”
    "Beləliklə, onlar sənin vasitənlə ləzzətli minacatına çatdılar və sənin tərəfindən öz əlçatmaz məqsədlərinə nail oldular.” Minacatın bu hissəsində Allaha doğru hərəkətdə öncüllərin əldə etdiyi mükafatların nəticə və təsirlərinə işarə edirik: Ləzzətlə dolu minacat və çox uca hədəflərə nail olmaq!
    Əvvəldə gəlmiş "fə bikə” kəlməsi bir daha təkidlə bildirir ki, yolu qət etmək və onun nəticələrindən faydalanmaq yalnız və yalnız Allahın fəzl və tövfiqi ilə əldə olunur. Onun köməyi olmadan bir addım belə atmaq olmaz. Əgər minacat halı əldə olunursa Onun tövfiqidir. Əgər bu haldan istifadə edilərsə tövfiqin artması deməkdir. "Ləin şəkərtum ləəzidənnəkum”
    "Əsəlukə ən təc’ələni min əvfərihim minkə həzzən və əlahum indəkə mənzilən və əczəlihim min buddikə qəsmən və əfzəlihim fi mərifətikə nəsibən.”
    "İlahi, Səndən istəyirəm ki, məni nümunəvi və öncül şəxslərdən qərar verəsən. O şəxslər ki, daha çox faydalanmışlar, Sənin yanında daha uca məqama malikdirlər, sənin məhəbbətindən daha çox pay almışlar və Səni tanımaq onlara daha çox nəsib olmuşdur.”
    Minacatın bu hissəsində ərz edirik: İlahi, qovuşmaq istədiyim öncüllərin məqam, mərifət və məhəbbət baxımından ən üstünləri ilə eyni sırada olmaq istəyirəm. Orta və aşağı dərəcələrlə kifayətlənmirəm.
    Əslində buradaca raz-niyaz, minacat ruhu və eşq başlanır.
    "Fəqədinqətət iləykə himməti vənsərəfət nəhvəkə rəğbəti fəəntə la ğəyrukə muradi vələkə la lisivakə səhəri və suhadi və liqaukə qurrətə əyni və vəslukə muna nəfsi və iləykə şəvqi və fi məhəbbətikə və ləhi və ila həvakə səbabəti və rizakə buğyəti və civarukə təlibəti və qurbukə ğayətu suli və fi munacatikə rəvhi və rahəti və indəkə dəvau illəti və işfau ğəlləti və bərdu ləvəti və kəşfu kurbəti”
    "Ey Allah, bütün meylimi sənə doğru yönəltdim. Bütün təmayülümü Sənə sərf etdim. Başqa heç nə yox, yalnız Sənsən muradım. Başqa heç kim üçün yox, yalnız sənin üçün gecələr oyaq qalıram. Sənin görüşün gözümün aramlıq səbəbidir. Sənin vüsalın qəlbimin arzusudur. Şövqüm Sənə doğrudur, Sənin məhəbbətin və istəyin arzumdur. Sənin razılığın diləyim və Sənin qonşuluğun tələbimdir. Səninlə minacat aramlıq və asayişimdir. Kədərimin aradan getməsi, yanğılı ruhumun sərinliyi və yanğımın şəfası Sənin yanındadır.”
    Minacatın bu hissəsində belə ərz edirik: İlahi, yalnız Sənə çatmaq üçün çalışıram və başqa heç nəyə təlaş göstərmirəm. Başqa bütün işlərim bu məqsədimə xidmət edir.
    İlahi, rəğbətim Sənədir. Bəzən insan nəyinsə əslinə müştaq olur. İnsanın bu şeyə çatmaq üçün lazım olan vasitələrə meyl göstərməsi kömək məqsədi daşıyır. İnsan müəyyən bir şəxsə güclü məhəbbət bağladıqda və bu məhəbbət onun bütün qəlbini bürüdükdə Ondan başqalarına məhəbbət yalnız və yalnız onun şüası altında olacaqdır. Yəni insanın sevgilisinin şüası nəyə saçarsa, həmin şey də onun üçün sevimli olacaqdır. Bu mövzunu ilahi məhəbbət xəttində olan ilahi övliyalara məhəbbətə də aid etmək olar.
    İlahi, sən mənim muradım və istəyimsən. Mənim istəyim başqa heç nəyə yox, yalnız sənə aiddir.
    İlahi, gecələr oyaq qalmağım behişt tamahı və ya cəhənnəm qorxusu kimi başqa şeylərə görə yox, yalnız sənin üçündür.
    İlahi, yalnız səninlə görüş zamanı gözüm sakit olur və əbədi aramlığa çatıram. (Gözün sakit olması dedikdə ruhun aramlığı və özünə inam nəzərdə tutulur. Çünki insan iztirab keçirərkən onun gözləri davamlı şəkildə o tərəf-bu tərəfə baxır. Lakin insan aramlıq tapanda onun gözləri sakitləşir.(Ğiyasi Kermani.)
    İlahi, sənin vüsalın qəlbimin arzusudur. Yəni, mənimlə sənin aranda heç bir vasitə olmayacaq qədər yaxınlaşmağı arzulayıram.
    İlahi, şövq və meylim başqa heç nəyə yox, yalnız sənə doğrudur.
    İlahi, şövqüm sənin məhəbbətindədir. Mən sənin eşqinə valeh və şeydayam.
    İlahi, "səbabət” (eşq mərtəbələrindən biri) və eşqim sənin üçündür.
    İlahi, istəyim sənin razılığındır, bütün təlaş və eşq izharımla yalnız sənin razılığını istəyirəm.
    İlahi, səninlə görüş ehtiyacım və arzumdur.
    İlahi, səninlə qonşuluq, istəyimdir.
    İlahi, sənə yaxınlıq xahişlərimin sonudur.
    İlahi, mənim aramlığım, asayişim və razılığım səninlə raz-niyaz və minacatlardadır.
    İlahi, dərdimin dərmanı sənin yanındadır. Mən elə bir xəstəyəm ki, onun dərmanı yalnız səndədir.
    İlahi, içimin yanğısının şəfası sənin yanındadır.
    İlahi, susuz və yanğılı ruhumun sərinləşmə vasitələri sənin əlindədir.
    İlahi, qüssə və kədərimin aradan getməsi sənin əlindədir.
    "Fəkun ənisi fi vəhşəti və muqilə əsrəti və ğafirə zəlləti və qabilə təvbəti və mucibə dəvəti və vəliyyə isməti və muğniyə faqəti”
    "Belə isə, ey Allah, tənhalıqda munisim, günahlarımı bağışlayan, tövbəmi qəbul edən, duama cavab verən, günahdan qorunmaq zamanı məni hifz edən və ehtiyacımı ödəyən ol!”
    Minacatın bu hissəsində ərz edirik:
    İlahi, o zaman ki, tənhayam və hamıdan üz çevirmişəm mənim munisim və həmdəmim ol.
    İlahi, büdrəmələrimi azalt.
    İlahi, səhvlərimi bağışla.
    İlahi, tövbəmi qəbul et.
    İlahi, dualarımı qəbul et.
    İlahi, günahdan qorunmaq zamanı mənə hami ol ki, günaha düçar olmayım.
    İlahi, ehtiyacımı təmin et.
    "Və la təqtəni ənkə və la tubidni minkə. Ya nəimi və cənnəti. Ya dünyayə və axirəti.”
    "İlahi, məni özündən ayrıma və uzaqlaşdırma. Ey mənim nemətim və cənnətim, ey mənim dünyam və axirətim!”
    "Muridin” minacatının sonuncu hissəsində belə ərz edirik:
    Ey İlahi, məni özündən ayırma. Ey ilahi, məni özündən uzaqlaşdırma.
    Ey o Allah ki, mənim behiştim sənsən və mənim behiştimin nemətləri də sən özünsən.
    Ey o Allah ki, hər şeydən üstün dünya və axirətim sənsən. Dünya həyatında daim heç nəyi yox, səni axtarıram.
    Category: Minacatın əzəməti | Views: 884 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024