İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 6 » Minacatın əzəməti
    5:10 AM
    Minacatın əzəməti
    Yanlış bir gümana cavab
    Bəziləri Allaha məhəbbət bağlamağın yanlış olduğunu güman edirlər. Onların fikrincə rəhmətə, mükafata, behiştə və Allahın dostlarına məhəbbət bağlamaq olar; məhəbbət görünən, ləzzətə səbəb olan və ünsiyyət saxlanan nəsnələrə aid olduğu üçün Allaha məhəbbət mənasızdır. Lakin Quranın gətirdiyi aşkar dəlilə əsasən bu düşüncə yanlış düşüncədir: "İman gətirənlər Allahı daha çox sevirlər.”("Bəqərə”, 165.) Dualarda, minacatlarda və xüsusi ilə "Ərəfə” duasında işlənən tə’birlər heç bir şübhəyə yer qoymayır. Burada Allaha məhəbbət bağlamaq nəzərdə tutulur və məhəbbətin yalnız hiss olunan nəsnələrə aid olduğu yanlış gümandır. Məhəbbət Allahın insan ruhunda istər görünən və hiss olunan, istər hiss olunmayan yaxşı nəsnələrə qarşı yaratdığı haldır. Ən gözəl və üstün yaxşılıqlar Allahda cəmləşmişdir. Məhəbbətin ən üstün nümunəsi həmin Allaha məhəbbətdir.
    Bir suala cavab
    Belə bir sual yaranır ki, Allaha muştaq olmaq nə deməkdir? Aşağıdakı izah və misala diqqət yetirin.
    Biz ədaləti sevirik. Lakin deyə bilmərik ki, insan ədalətə çatmağa müştaqdır. Çünki şövq o yerdə peyda olur ki, insan kimisə görüb, ona aşiq olsun və onunla məhbubu arasında fasilə yaransın. Bu fasilə səbəb olur ki, onda yenidən qovuşmağa meyl, şövq yaransın. Demək, şövq sevgidən sonra yaranan haldır. Qəlbin Allaha müştaq olması o deməkdir ki, qəlb Allahı sevir, Ona çatmaq istəyir. Amma Allaha yaxınlaşa bilmir, Ona yaxınlaşmaq isə mümkündür.
    İslam maarifində çox mühüm məsələlərdən biri Allahı görmək məsələsidir. Həzrət Musa Allaha ərz edir: "Ey Rəbbim, Səni görüm deyə özünü mənə göstər.”(Əraf”, 143.) Allah-təala belə cavab verir: "Sən məni heç zaman görməyəcəksən. Lakin dağa bax, əgər o yerində dura bilsə, Sən də məni görərsən.” Rəbbi dağa təcəlla etdikdə parça-parça oldu. Musa da bayılıb düşdü.”(Əraf”, 143.)
    Həzrət Musa (ə) nadan insan deyildi ki, cahilcəsinə iddia edib, Allahdan qeyri-mümkün iş istəsin. Belə isə, nə üçün belə bir istəklə müraciət etsin?
    Quranda, rəvayətlərdə və minacatlarda istifadə olunmuş "Allahla görüş”, "Allahı müşahidə” və "Allahı görmək” kimi təbirlər izah olunmalıdır.
    Şübhəsiz, ki, Allahı zahiri gözlə görmək mümkün deyil. Çünki göz yalnız hiss olunan maddələrin rəngini görür. Gözdə iy bilmə, dad bilmə və səs eşitmə qüvvəsi yoxdur. O ki qaldı göz hiss olunmayan nəyisə görə bilsin! Göz yalnız rəngləri görür. Allah isə nə rəngdir, nə də rəngli! Allahın nə dünyada, nə də axirətdə zahiri gözlə körünməsi mümkünsüzdür. Bəzi sünnə əhlindən olan qardaşlarımız Allahın axirətdə görünəcəyini zənn edirlər. Onlar unutmuşlar ki, əqlən mümkünsüz iş yalnız dünyaya aid deyil. "Nəhcül-bəlağə”də deyilir: "Gözlə baxış Onu dərk etməz. Gözlər mövcudları gördüyü kimi onu görməz. Lakin qəlblər iman həqiqətləri ilə Onu dərk edərlər.”("Kəlam”, 179.)
    Demək, Allahı qəlblə müşahidə etmək mümkündür. Buna görə insan onu görməyə muştaq olur. "Xəmsə-əşərə” və bu kimi minacatlarda daha üstün təbir, "Allaha qovuşma” təbiridir. Qəlblə görməyin ən üstün mərtəbəsi axirətdə ilahi övliyalara məxsusdur. Çünki insan cismi dünyada Allahı seyr etmək gücündə deyil. Hətta dağ da buna dözmədi. Necə ki, həzrət Musa huşunu itirdi. Əgər kamil görüntü baş versəydi, şübhəsiz ki, həzrət məhv olacaqdı. (Axirətdə insan vücudu daha qüvvəli olur. Eyni zamanda axirətdə ölüm yoxdur. Buna görə də insan cismi Allahın kamil görüntüsünü qəlblə seyr edə bilir.)
    Həzrət Əli (ə) buyurur: "Müttəqilər o kəslərdir ki, əgər Allahın qərar verdiyi qəti əcəl olmasaydı, onların ruhu bədənlərində bir an qərar tutmazdı.”("Nəhcül-bəlağə”, Həmmam, "Müttəqin” xütbəsi.)
    Bəzən insan ruhu o qədər həyəcanlanır ki, buna dözmək çətin, bəzi hallarda isə qeyri-mümkün olur. İnsanın uzun illər görmədiyi sevimli bir yaxını ilə görüşməsi onun huşunu itirməsi ilə nəticələnə bilər. İnsan cismi ruhun belə qəfil ləzzətlərlə qarşılaşmasına dözümsüzdür.
    Sevimli Allahı qəlb gözü ilə görməyin mümkün olduğunu anlayan insanın qəlbində görüş şövqü alovlanır. Bu həqiqətə nə qədər çox diqqət verilərsə, görüş şövqü bir o qədər artar. Əlbəttə, bu mövzunu anlamaq kifayət etmir. Eyni zamanda düşünüb, diqqət etmək lazımdır. Yəni əvvəlcə Allahın mütləq kamal sahibi və hər şeydən sevimli olduğunu anlamalıyıq. Bu zaman həmin qəlbi inanc və mərifəti Allahı düşünüb, Ondan qeyrilərini unutmaqla ərsəyə gətirməli və özümüzdə Onunla görüşə olan şövqü gücləndirməliyik. Hər nə qədər çox düşünüb, diqqət etsək, görüş şövqü bir o qədər artacaqdır.
    Bəli, bəzi işlər qəlbin Allahdan xəbərsiz qalmasına səbəb olur. Nəticədə qəlbdə ilahi görüş üçün heç bir şövq qalmır. Allaha müştaq olanların aramlığı olmur. Onların qəlbi Allahdan savayı heç nə ilə ünsiyyətdə olmur. Onlar faydasız məşğuliyyətlər və yorğunluqlara üz çevirirlər.
    Bəzən səmimi qəlbdən Allahdan bol ruzi, sağlamlıq və sair hacətlər diləyirik. Çünki bütün bunlara ehtiyacımız olduğunu anlayırıq. Əgər bir müddət ev-eşiksiz və ya icarədə qalsaq, səmimi qəlblə Allahdan mənzil istəyəcəyik.
    İnsan aşiq olduğu şəxsi uzun müddət görməzsə, səbirsizliklə onunla görüş intizarında olacaq. Əgər ayrı bir şeyə başı qarışarsa, məşuqla görüşə olan şövq sönəcəkdir. Buna görə də həkimlər dərin eşqə düşüb, xəstələnən insanların ayrı bir şeylə başlarının qatılmasını tövsiyə edir. Çünki qəlb və zehn məşuqu hər nə qədər çox xatırlayarsa, insan bir o qədər şövqə gələr.
    Sədaqətlə, ciddi şəkildə Allahdan Onunla görüş şövqü istəməyimizə ümid var. Bu halı əldə etməyin müxtəlif şərtləri var.
    Allahla görüşə müştaq olmaq üçün Onu yad etmək lazımdır. Nə qədər çox düşünsək, bir o qədər müştaq olarıq. İmtahan üçün bir neçə gecə səhərə yaxın, az işıqlı və sakit bir yerdə bir saat Allahı düşünün. Gecə sakitlik olur, eyni zamanda fikiri yayındıran səbəblər olmur. Bu iş üçün gizli bir yer seçilməlidir. Məşğələlər nəticəsində tədricən özünüzdə şövq yarada bilərsiniz. Baxmayaraq ki, bu iş başlanğıcda çətin olur.
    "Gecənin bir vaxtı durub gecə namazı qıl.”("İsra”, 79.); "Gecə qalxıb namaz qıl... Aramla, ağır-ağır (tərtil ilə) Quran oxu!”("Muzəmmil”, 2, 4.) Əlbəttə ki, bu göstərişlər səbəbsiz deyil. Allah-təala buyurur: "Şübhəsiz ki, gecə qalxmaq daha əlverişli və (o zaman) söz demək daha münasibdir!”("Muzəmmil”, 6)
    Qəlbimizin dərinliyində və fitrətimizdə Allaha doğru yol olduğuna inanırıq. Burada məfhumlar rol oynamır. Qəlb zatən Allahı tanıyır. "Mən sizin Rəbbiniz deyiləmmi?”— soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!”—deyə cavab vermişdilər...”(Əraf”, 172.) Bu ayə fitrətin Allahı tanımasına bir dəlildir. Özgələr bizi Allahdan ayırdı. Əgər özgələri unutsaq, qəlb yenidən Allahı tanıyacaq, lakin məfhumlar vasitəsi ilə yox! Məfhumlar zehnə aiddir. Lakin qəlbin tanıması Allahlıqdır. Allah da insanlara müştaqdır. Rəvayətə əsasən, Allah-təala buyurur: "Dostlar mənə müştaqdırlar. Mən isə onlara daha müştaqam.
    Təşnə su axtarır, su da təşnəni,
    Çağırdığın Allah çağırır səni.
    "İlahi mən təərrəfə bikə ğəyru məchulin və mən la zə bikə ğəyru məxzulin və mən əqbəltə ələyhi ğəyru məmlulin”.
    "İlahi, Sənin tanıtdırdığın tanınmamış qalmaz. Sənə sığınan xar və köməksiz olmaz. Sənin üz tutduğun şəxs yorğun və süst olmaz.”
    İnsan anlayır ki, Allahla əlaqə vasitəsi ilə bütün hallarda, bütün işlər gerçəkləşir. Allahla rabitə kəsildikdə isə məğlubiyyət və bədbəxtlik yaranır. İnsan təbiəti belədir ki, əgər hansısa bir mövzunu ətraflı və izahla anlasa ona daha çox təsir edəcək. Məsələn, sadəcə Allahın bütün işlərə qadir olduğunu, ruzi verdiyini deyirik. Lakin bu haqda ətraflı izah verib, Onun süd verən körpəni, səhrada, okeanın dərinliyində və ya səmanın yüksəkliyində mövcud olan hər bir canlıya ruzi verdiyini düşünsək, ruhumuza daha çox təsir edəcək.
    Minacatın bu hissəsində Allahla rabitə nəticəsində gerçəkləşən işlərdən bir neçəsinə işarə edirik. Əlbəttə, bu mövzuda bir çox nümunələr göstərmək olar. Lakin dua və minacatın həcminə riayət üçün bir neçə nümunə ilə kifayətlənirik:
    1. Allah vasitəsi ilə tanınan daim məşhur olur. Əgər Allah insanı hansısa bir sifətlə və ya hansısa bir yerdə tanıtdırarsa o daim həmin sifətlə və həmin yerdə məşhur olacaq. Bu sonrakı cümlələrdə "sənin vasitənlə” kəlməsi təkidlə ifadə olunur. Yəni Allahla rabitə nəticəsində hər bir şey əldə etmək olur.
    Əxlaq elmində bəyənilməmiş və rəzil sifətlərdən olan şöhrətpərəstlik şeytani və nəfsani meyllərdəndir. Lakin minacatın bu hissəsində mövzuya çevrilmiş "tanınmaq” bəyənilmişdir. Çünki mömin tanındıqda xalq ondan faydalanır. Məsələn, həzrət Süleyman Allaha ərz edir: "Pərvərdigara! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra heç kəs ona nail ola bilməsin.”("Sad”, 35.) Həzrət Süleyman sultanların sahib olduğu səltənət həvəsində deyildi. Çünki bu uşaq həvəsidir. Həzrət oxşarsız qüdrət və səltənət sayəsində Allahın dinini, tövhidi yaymaq istəyirdi. Buna görə də sultanlığa çatıb, bütün imkanlara sahib olduqdan sonra həsir toxuyaraq yaşayış xərclərini təmin edirdi. (Əlbəttə, bəzi insanların bu cür iddia etməsi mümkündür. Lakin Allah insanları imtahan edir. Allah-təala buyurur: "Onların bəziləri Allahla əhd bağlayırlar ki, əgər bizə sərvət versən, Sənin yolunda sədəqə verəcəyik və salehlərdən olacağıq.” ("Tövbə”, 75.) Lakin Allah onların münafiq sifətlərindəki pərdəni götürür və "Tövbə” surəsinin 76-cı ayəsində buyurur: "Lakin Allah öz fəzlindən onlara əta etdikdə, xəsislik etdilər...”)
    Bəziləri isə belə bir iddia edib, sədaqətli oldular. İnsanların hidayətini arzulayır və məqsədə çatmaq üçün vasitə axtarırdılar. Həzrət İbrahim belə dua edir: "(Pərvərdigara,) sonra gələnlər arasında mənə yaxşı ad qismət elə!”("Şuəra”, 84.) Bu həmin İbrahimdir ki, girami peyğəmbərə ona tabe olmaq göstərişi verildi. (Vəttəbəə millətə İbrahimə). Allah ona imamət verdikdə, İbrahim övladlarının da imamətə sahib olmasını arzulayır. Quranda buyurulur: "Allah-təala (bir çox imtahanlardan sonra) İbrahimə buyurdu: "Mən səni xalqa imam seçdim.” İbrahim ərz etdi: "Mənim nəslimdə imamət sahibi olacaq? Allah-təala buyurdu: "Mənim əhdim zalımlara çatmaz.” ("Bəqərə”, 124.) İbrahim ölümdən sonra adının ucalmasını və övladlarının imamət sahibi olmasını arzulayır. İbrahim ixlasla deyir: "Mən, həqiqətən, üzümü göyləri və yeri yaradana çevirdim.” ("Ənam”, 79.) Demək, İbrahim adının yaşaması sayəsində onu təlimlərinin yaşamasını və xalqın tövhidə hidayət olmasını istəyir. Əks halda həzrət İbrahim şöhrətpərəst insan deyildi ki, ad və iz qoyub ölmək istəsin.
    İnsanın həvəs əsasında yox, xalqa xidmət üçün məşhur olmaq istəməsi mümkündür. Çünki əgər adsız olarsa onun sözlərinə etina göstərilməz. Xalq onun elmini, kitabını tanımaz və bunlardan istifadə etməz. Adları hələ də yaşayan böyük alimləri xalq tanıyır və bu tanıma nəticəsində onların dərslərindən və kitablarından istifadə edirlər.
    2. Allaha sığınan şəxs xar, köməksiz və tənha qalmayacaq. Hamı bilir ki, ixtiyarında olduğu qüvvələr onun ehtiyaclarının ödənməsi üçün kifayət etmir. Qarşıya çıxan çətinlikləri aradan qaldırmaq üçün xarici amilə ehtiyac var. Məsələn, düşmən insanı hədələyərkən hansısa bir yerə sığınır.
    Əsil mömin isə istənilən bir ehtiyac zamanı Allaha sığınmalıdır. Allaha sığınmaq möminlərin iman dərəcələrinə görə müxtəlifdir. Bəziləri bütün hallarda Allaha sığınırlar. Onlar yalnız vəzifə olaraq vasitələrdən istifadə edirlər. Əks halda bütün işlərin Allah tərəfindən olduğunu bilirlər. Çox az insanlar belə tövhid dərəcəsinə yetişmişlər.
    Bəzi insanlar kimsənin köməyə çata bilməyəcəyi anda Allaha sığınırlar. Qurani-kərim dəfələrlə bu mövzuya işarə edərək buyurur: "O kəslər ki, gəmiyə minirlər və dənizdə tufanla qarşılaşırlar; coşmuş dalğalar gəminin ətrafını əhatə edir və onlar özlərini ölümlə həyat arasında görürlər; bu halda Allahı ixlasla çağırırlar. "Əgər bizi bəladan xilas etsən, sənə təşəkkür edəcəyik” deyirlər. Lakin xilas olub, sahilə çıxan kimi şirk edir və öz bütlərinə doğru gedirlər.
    İnsan səmimi dostuna bir neçə dəfə müraciət edir və onun əlindən heç bir iş gəlmədiyini görür. Sonda yorulur və narahatlıqla ondan əl çəkir. Lakin əgər Allaha sığınarsa, heç zaman süstləşməz, xar olmaz və bütün çətinlikləri dəf olar.
    3. Allah hər kimə üz tutsa, o yorulmaz və süstləşməz.
    İnsan adətən dostları və yaxınları ilə yaxın ünsiyyətdə olduqca, bu ünsiyyətin ləzzəti azalır. Tədricən yorulur və onlarla get-gəl etmir. Lakin əgər Allah kiməsə nəzər salsa, bu şəxs heç zaman yorulmaz və onun marağı daha da artar.
    Əgər Allah qarşısında vəzifələrimizə düzgün əməl etməsək, Allah bizdən üz çevirəcək. Bu an hər tərəfdən yorğunluq, süstlük və çətinlik bizi əhatə edəcək. Lakin bəndəlik vəzifələrimizə əməl etsək, Allah onunla ünsiyyət saxlamaq üçün zəmin yaradacaq və biz bir daha süstlüyə, yorğunluğa düçar olmayacağıq.
    "İlahi mənintəhəcə bikə ləmustənirun və innə mən itəsəmə bikə ləmustəcirun”
    "İlahi, Səndən kömək istəyənin yolu işıqlıdır. Səndən yapışana sığınacaq verilir.”
    Duanın bu hissəsində iki mövzuya işarə olunur:
    1. Düzgün yolu tapmaq üçün Allahdan kömək istəyənə Allah kömək edir və o işıqlı yola çıxır.
    2. Hər kim Allaha sığınsa, Allah ona sığınacaq verir. Hündürlükdən yıxılan yapışmağa yer axtarır. Əgər insan Allahın fəzl və rəhmətindən belə yapışarsa, Allah onu süqutdan xilas edəcək.
    "Qəd luztu bikə ya ilahi fəla tuxəyyib zənni min rəhmətikə və la təhcubni ən mərifətikə.”
    "Ey Allahım, Sənə sığındım. Belə isə məni rəhmətindən naümid etmə, mənimlə öz mərifətin arasında pərdə salma.”
    Duanın axırlarında beş məsələ açıqlanır:
    1. Allahın tanıtdırdığı tanınmamış qalmır;
    2. Allaha sığınan, köməksiz qalmır;
    3. Allah hər kimə üz tutsa, həmin şəxs süstlüklə qarşılaşmayacaq;
    4. Allahın yoluna daxil olanların yolu işıqlanacaq;
    5. Hər kəs Allaha bağlansa, ona sığınacaq verəcək.
    İndi isə nəticə çıxarmaq zamanıdır. Beləliklə ərz edirik: İlahi, sənə sığındım, hər kim Sənə sığınır, ona sığınacaq verirsən. Belə isə mənə sığınacaq verməməyin mümkündürmü? Məni rəhmətindən naümid etmə. Mənimlə mehribanlığın arasında maneə qoyma. Çünki Sənin lütf və rəhmətin daim şəlalə kimi axmaqdadır. Lütf və mərhəmətinin mənə çatmamasının səbəbi maneələrdir. İlahi, bu maneələri götür ki, mən də lütf və rəhmətinə nail olum.
    "İlahi əqimni fi əhli vilayətikə məqamə mən rəcəz-ziyadətə min məhəbbətikə”.
    "İlahi, məni vilayət əhlinin arasında qərar ver. Sənin geniş məhəbbətinə ümidvar olan kəsi!”
    Minacatın bu hissəsi ilə bağlı bir neçə nöqtəyə işarə edək:
    1. Bəzi insanlar ilahi vilayət əhlidirlər;
    2. Allah bəzilərini bu şəxslərin arasında qərar verir.
    Category: Minacatın əzəməti | Views: 901 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024