İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 27 » İslam və qərb mədəniyyəti
    1:51 PM
    İslam və qərb mədəniyyəti
    XRİSTİANLARIN İSLAM ƏLEYHİNƏ TƏBLİĞATI
    Kilsə xadimləri İslam dininin mənəvi nüfuzundan bərk qorxur və son dərəcə narahatlıq hissi keçirirlər. Onlar İslam dünyasının heysiyyətini ləkələmək üçün onun əleyhinə təbliğat aparırlar. Vaxtaşırı olaraq bu dinə iftira yaxır, müxtəlif üsullarla həqiqət günəşinin üzünə pərdə çəkməyə çalışırlar. Onlar dünya xalqlarının İslam dininin həqiqət və gerçəkliklərindən xəbərsiz qalmaları üçün əllərindən gələni əsirgəmirlər.
    Almaniya televiziyası ilə Yəməndəki vəziyyət, oradakı məscid və müsəlmanların ibadətləri haqda verilişlər göstərilirdi. Verilişin aparıcısı ilk növbədə həmin ölkənin gerilik və problemləri, xalqın üzləşdiyi məhrumiyyətlər barədə danışırdı. Daha sonra isə İslama qarşı hücuma keçib söhbətini belə davam etdirdi: «İslam bu millətin tərəqqi və inkişafı yolunda çoxlu çətinliklər yaratmış, onu 200 il geriyə atmışdır. Bu ölkədəki gerilik və çatışmazlıq İslami proqramların nəticə və simvoludur. Bu xalqların beynəlxalq inteqrasiya və inqilabi dəyişikliklərdən məhrum olmasının səbəbi İslam dininin göstərişləri və onların dini etiqadlarıdır».
    Diqqət edin, bu zəhərli sözlər və hiyləgərcəsinə aparılan təbliğat müsəlmanların əqidəsi ilə yaxından tanış olmayan avropalıların təsəvvüründə necə əks olunacaq və onların İslam barəsində məlumat və mühakimələri hansı şəkildə formalaşacaq?! Məgər bütün bunlar ayrı-ayrı xalqlara və bəşəriyyətə qarşı xəyanət deyilmi?!
    Əlbəttə, bu kimi təbliğata belə cavab verilməlidir: Əgər Yəmən əhalisinin maddi gerilik və çatışmazlıqlarının səbəbi onların İslam dininə etiqadlı olmalarıdırsa, bəs nə üçün Papanın yaşadığı İtaliyanın cənub bölgələri iqtisadi gerilik və böhran içindədir? Bəs nəyə görə oradakı insanlar müasir svilizasiyadan geri qalaraq, yoxsul vəziyyətdə yaşayırlar? Hətta ibtidai tələbatlarını təmin etməkdən ötrü qonşu ölkələrə mühacirət edirlər. Yaxud, nəyə görə qeyri-müsəlman və Avropa ölkəsi sayılan Yunanıstan İslam ölkələrinin çoxundan geridə qalır? Halbuki, yunanlar hələ xristianlıqdan çox-çox qabaq dünyanın mütərəqqi xalqlarından sayılırdılar. Amma xristianlığı qəbul etdikdən sonra inkişafdan geri qalmış, hətta osmanlıların müstəmləkəsinə çevrilmişlər. Nə üçün Asiyadakı bəzi qeyri-müsəlman ölkələri İslam ölkələrindən aşağı səviyyədə yaşayırlar?
    Halbuki, Bosniya kimi bəzi ölkələrdəki müsəlmanlar katolik və ortodoks xristianlardan daha yaxşı yaşayırlar. Çindəki müsəlmanlar isə buddistlərdən üstün mövqeyə malikdirlər. Sinqapur adalarında yaşayan ərəblər maddi cəhətdən oradakı sakinlərdən, hətta ingilislərin özündən də irəlidədirlər. Kimsəyə gizli deyildir ki, Qərb ölkələrinin kütləvi informasiya vasitələri İslam barəsində olan məlumatları əksinə işıqlandırır və xalqa əsassız mətləbləri çatdırırlar. Bu təbliğatların təsiri altında yaşayan xalqlar, adətən İslamın ən ibtidai üsullarından xəbərsiz olurlar. Qeyd etdiyimiz kimi, bu cür tədbirlər kilsə və onlarla əlaqədar olan təşkilatlar tərəfindən həyata keçirilir.
    Böyük mütəfəkkir və yazıçı Məhəmməd Qütb deyir: «BMT-nin Misirdəki nümayəndələrindən biri ilə İslami dəyər və proqramlar haqqında bir neçə saat söhbət etdim. Bu qərb ziyalısı axırda belə dedi: Görürəm ki, İslam dini barəsində mənə məlum olmayan həqiqətləri deyirsiniz. Amma, mən müasir texnologiyanın bəxş etdiyi faydalardan məhrum olmaq istəmirəm. Çünki, təyyarələrlə səfər etmək istəyirəm... Təəcüblə ondan soruşdum: Səni müasir texnologiyanın bəhrələrindən məhrum edən nədir? Cavabında dedi: Məgər sizin İslam dini insanlardan çadırlarda yaşamağı və köçəri həyat tərzi sürməyi tələb etmirmi?»
    Almaniyada qaldığım mehmanxananın sahibi Fransa və İngiltərədə ali doktorluq təhsili almışdı, ərəb dilində danışmağı da bacarırdı. O deyirdi: «Mən Allahın təkliyinə tamamilə inanıram. Amma, dinlərin tanıtdırdığı, ona ibadət və pərəstiş olunmasını tövsiyə etdikləri Allahı qəbul edə bilmirəm. Bunu, yəni ibadəti məntiqi bir iş hesab etmirəm. Fikir və idrak aydın başa düşür ki, bu dini idiologiyalar bəşər fitrətinin tam əksinə yol göstərirlər.»
    O, üzündə qəm-qüssə və kədər hissi aydın sezildiyi bir halda belə deyirdi: «Gərək bəşəriyyətin Allaha pərəstiş haqqındakı indiki fikirlərinin əsasları dəyişdirilsin və xalis tovhidin düzgün başa düşülməsi üçün lazımi islahatlar aparılsın».
    Bu şəxs İslamın xalis tovhid dini olmasından və Quran ilə təhrif olunmuş İncil və Tövrat arasındakı fərqlərdən tamamilə xəbərsiz idi. O, təsəvvür etmirdi ki, müqəddəs Quran ilahi vəhyə bağlı bir kitabdır!
    Sonra mən İslam dininin əsasları haqqında alman dilinə tərcümə edilmiş bir kitabı ona təqdim etdim ki, oxuyub dinimizi başa düşsün.
    Təəssüflər olsun ki, xaricdə yaşayan bəzi həmvətənlərimizin yaramaz hərəkətləri qərblilərdə İslama qarşı mənfi fikirlərin yaranmasına səbəb olur. Haqqında danışdığım həmin mehmanxana sahibi bəzi iranlılardan üzdəniraq hərəkətlər gördüyü üçün, heç bir vəchlə müsəlmanları oraya buraxmaq istəmirdi. Onun tanışlarından birinin vasitəçiliyi nəticəsində mənim orada qalmağıma icazə vermişdi. Orada müvəqqəti qaldığım bir neçə gün ərzində onun mənə qarşı etimadı fövqəladə dərəcədə dəyişdi. O şəxs həmin günlərdə məni müşahidə etmiş, qayda-qanuna zidd olan heç bir iş görmədiyimin şahidi olmuşdu. Hiss edirdim ki, getdikcə onun mənə qarşı rəğbət və ehtiramı artır, hərdən bəzi hədiyyələr verməklə öz səmimi hisslərini izhar edirdi.
    Bir müddətdən sonra öz yerimi dəyişməli oldum. O, təzə ünvanımı öyrənib mənə zəng vurur, müntəzəm olaraq əlaqə saxlayırdı. Hər dəfə onun mehmanxanasına iranlılar müraciət etdikdə, əvvəlcə mənimlə danışır və bildirirdi ki, əgər siz bu adamlara zəmanət versəniz, mən onları qəbul edərəm. Qeyd etməliyəm ki, ölkəyə birinci gün gəlmiş adamlar üçün mehmanxanalarda yer almaq çox çətin olduğundan, belə şəxslərə köməklik göstərib zəmanət verməyi özümə borc bilirdim. Bir gün Almaniyaya təzə gəlmiş bir neçə iranlıya yer vermək üçün həmin mehmanxana sahibinə müraciət etdim və o da həmişəki kimi onları qəbul etdi. Amma bir gün sonra mənə zəng edib, çox narahatlıqla bildirdi ki, sizin zəmanət verdiyiniz iranlılar özlərini apara bilmir və nalayiq hərəkətlərə yol verirlər. Mən ondan üzr istədim və bir daha yaxşı tanımadığım həmyerlilərimdən ötrü müraciət etməyəcəyimi bildirdim.
    Hal-hazırda mədəni xalqların İslam haqqında olan fikirlərini dəyişmək, onlarda dinimizə qarşı rəğbət hissi yaratmaq üçün gözəl fürsət vardır; dinimizi və müqəddəs ayinlərimizi dünyaya düzgün tanıtdırmaq imkanları çox genişdir. Doğrudur ki, dinin bəşər fitrəti ilə uyğunluğu onun inkişafına səbəb olur. Amma müasir dövrün inkişafı və onun mövcud şəraiti yeni təbliğat üsullarından istifadə etməyi tələb edir. Çox acınacaqlı bir haldır ki, biz hələ də dövri təbliğat üsullarından tam istifadə edə bilmirik. Düzgün təşkil olunmayan proqram və fəaliyyətlər heç də səmərə vermir. Bəzən yaxşı nəticə versə də, çox kiçik miqyasda olur və güclü müxaliflər qarşısında müqavimət göstərə bilmir. Bizim səhvimiz nəhəng informasiya mərkəzlərinə əhəmiyyət verməməyimizdədir. İslamın heyrətamiz təbliğat vasitələrindən düzgün istifadə etməmək bizə çox baha başa gəlir. Ən düzgün və qiymətli dini dəyərlərə malik olduğumuza baxmayaraq, qəribə durğunluq içində qalmışıq. Həmin səbəblər nəticəsində də geniş təbliğat meydanlarını İslama zidd olan din və məzhəblərin ixtiyarına qoymuşuq.
    QƏRB DÜNYASINDA ƏXLAQ
    Əslində qərblilərin yaşayışı müasir texnika ilə bağlı olan ruhsuz və hərarətsiz bir həyata çevrilmişdir. Bəşəriyyət maddi həyatın müxtəlif sahələrində yüksək səviyyədə inkişaf etmiş, bir çox problemlərini həll edə bilmiş və nəticədə asayiş və rifaha çatmışdır. Amma, mənəvi dəyərlər və əxlaqi məsələlərin çoxu unudulmuş, ruhi həyat gerçəkliklərinə diqqət xeyli azalmışdır.
    Müasir elmi-texnologiya və mədəniyyətin ortaya çıxardığı ruhi narahatlıq və xəstəlikləri nəzərə almamaq olmaz. İndiyədək olan bütün kəşflər və ixtiralar yaşayışı asanlaşdıraraq, ümumbəşəri inkişafa kömək etsə də, onun fikri və ruhi narahatlığını azalda bilməmişdir; mənəvi məsələlərdəki problem və böhranları aradan qaldırmamış, insanlara həqiqi səadət bəxş etməmişdir.
    İnsanlar cismani ehtiyaclardan əlavə, mənəvi və ruhi tələbatlara da malikdirlər. Cismani ləzzətlərə bağlı olduğu qədər, mənəvi istəklərin təmin olunmasını da istəyirlər. Şübhə yoxdur ki, bu ehtiyacların ödənilməsi yolları maddi varlıqlardan kənarda axtarılmalıdır. Maddiyyat çərçivəsində onlara cavab vermək bağışlanılmaz səhv olmaqla yanaşı, insanın xilqət, fitrət və təbiəti ilə də müvafiq deyildir. İnsan övladı yaşayışının əvvəllərindən maddi mədəniyyət mərhələsinin inkişafına başlamış, onun istedadı elm və sənətin tərəqqisində əsas rol oynamışdır. Amma maddi və mənəvi həyatdakı nailiyyətlərin müvazinəti olmasa, insan həqiqi səadətə çata bilməz.
    Əxlaqi və ictimai çatışmazlıqları müşahidə etdikdə görürük ki, bəşəriyyətin təkamülü hələ də hərtərəfli və layiqli şəkildə inkişaf etməmişdir. Bu gün insanlar xoşbəxtlik amillərini seçməkdə və tanımaqda səhvə yol verirlər.
    Tarixdə, yaşayışının bütün guşələrinə sirayət etmiş fəsadlarla üzləşməyən heç bir xalq tapmaq olmaz. Hal-hazırkı qərb cəmiyyətindəki əxlaqi fəsadlar çox kəskin və qabarıq şəkildə inkişaf etmişdir. Halbuki, oradakı insanların əksəriyyəti əmanətdar, işlərində dəqiqlik sevən və ədalət tərəfdarıdırlar. Amma bütün bunlarla yanaşı, onların əxlaqi çatışmazlıqları da göz qabağındadır. Baxmayaraq ki, yuxarıda göstərdiyimiz xüsusiyyətlər də əxlaqi keyfiyyətlərdən sayılır, lakin onları müxtəlif əsaslar üzrə cürbəcür məqsədlərdən ötrü işlətmək olar. Qərbdə belə əxlaqi keyfiyyətlər dindən ayrı düşmüşdür və onun üçün də hər cür mənəvi dəyər və məziyyətlərini itirmişdir. Həmin şəkildə olan əxlaqi keyfiyyətlər şəxsi mənafelərdən yaranır və qərbliləri «düzgünlüyə» riayət etməyə məcbur edir. Xalq bu əməllərə maddiyyat «pəncərəsindən» baxır və öz inkişafında onları vasitə hesab edir. Amma bu keyfiyyətlərdən yalnız maddi mənafelər üçün istifadə edilməsə, onlar həqiqi-mənəvi dəyərlərə çevrilə bilərlər.
    Qərb ölkələrində mövcud olan intim məsələlər bütün çərçivələrdən kənara çıxmışdır və bu sahədəki əxlaqi pozğunluqlar özünün ən yüksək səviyyəsinə çatmışdır. Aydındır ki, əvvəllər qərbdə cinsi iffət əsas əxlaqi dəyərlərdən hesab edirdilər. Lakin bu məsələ tədricən unuduldu və nəhayət arzuolunmaz bir şəkil aldı.
    Qərbdə iffət elə bir şəkildə yaddan çıxmışdır ki, guya o, heç insanın əxlaqi kefiyyətlərindən hesab olunmur!
    Dostlarımdan biri belə deyirdi: «Bir gün alman radiosunda cavan bir qız öz problemlərindən danışaraq, onlardan onun üçün çıxış yolu göstərmələrini xahiş edirdi: «Mən cavan qızam və neçə ildir ki, bir cavan oğlanla ailə qurmadan dostluq əlaqəsi yaradıb, birlikdə yaşayıram. İndi ona qarşı meylim azalıb, başqa bir oğlana rəğbətim artıb. Mən keçmiş dostumla əlaqələrimi kəsib, təzə tanışımla daimi əlaqə yarada bilərəmmi? Yaxud, yeni dostumla ünsiyyətdə ola-ola, keçmiş sevgilimlə də əlaqələrimi saxlaya bilərəmmi? Xahiş edirəm bu işdə mənə yol göstərin»!
    Onun cavabında isə «yol göstərən» radio əməkdaşı belə deyir: «Siz 28 yaşına qədər azad surətdə qeyd-şərtsiz bir və ya bir neçə cavanla cinsi yaxınlıq edə bilərsiniz. Buna görə də özünüzü heç bir şübhə və iztiraba salmayın»!
    Belə bir məqama diqqət yetirilməlidir ki, əxlaqsızlıq və fahişəlik əsas etibarı ilə vəzifəsi cəmiyyəti mənəvi süqutdan qorumaq olan mərkəzlər vasitəsilə yayılır. Həmin radio, televiziya, qəzet və jurnallar iffət, mənəvi paklıq kefiyyətlərini təbliğ etmək əvəzinə, pozğunluq və əxlaqsızlığı yaymaqla məşğul olurlar. Bu işdə bir qədər də uzağa gedərək, «yeni» əxlaqi normalar haqqında göstəriş verirlər. Nikahdan qabaq cavanlar arasında «dostluq» münasibətləri adı ilə fahişəliyin yayılmasına yardım edirlər. «Mütləq azadlıq» adı altında əxlaqsızlığı təşviq edib, şərəfsizlik və qeyrətsizliyi adi «insani norma» kimi geniş surətdə təbliğ edirlər. Məşhur sosioloq Vill Dorant yazır: «Şəhərlilərin yaşayış tərzi elə bir şəkil alıb ki, adamı evlənmək haqqında fikirləşməkdən çəkindirir. Cinsi ehtiraslar xalqı məlum rabitələrə sövq edir və qeyri-qanuni əlaqələrin yaranmasına səbəb olur. Qərb mədəniyyəti evlənməyi əhəmiyyətsiz bir məsələyə çevirib. Yaşı otuzu ötmüş çoxlu kişi və qadınlar vardır ki, hələ də ailə sahibi olmamışlar. Bütün bunların nəticəsində bir zamanlar fəzilət və dəyər hesab edilən mənəvi paklıq tamamilə öz əhəmiyyətini itirmişdir.
    Əlbəttə, belə bir şəraitdə əvvəllər ən gözəl insani keyfiyyətlərdən sayılan həya, indi tamamilə öz mənasını itirmişdir. Kişilər öz günahlarının sayı ilə fəxr edir, qadınlar isə onlarla bərabər olduqlarını iddia edərək əxlaqsızlıqda kişilərlə yarışırlar. Aydındır ki, belə cəmiyyətlərdə nikah məsələsi heç bir əhmiyyət kəsb etmir. Küçələrdə fahişələrin sayının azalması, onların polisdən qorxduqları üçün deyil, digər qadınların başqa yerlərdə həmin «vəzifəni» daha geniş şəkildə icra etmələrindən irəli gəlir».
    İnsan fitrəti onu öz qüvvələrinə nəzarət etməyi və bunlardan mötədil şəkildə istifadə olunmasını tələb edir. Küçədə yeriyərkən təhlükəli yollarla addımlamaq pis nəticələrə səbəb olduğu kimi, fitrətlə müxalifət etmək də eyni şəkildə mənəviyyat sahəsində böyük faciələrə gətirib çıxarır.
    Qərb mədəniyyəti ümumiyyətlə şəhvət və cinsi ehtirasların nəzarətsiz formada bəslənməsinə şərait yaradaraq, mütləq azadlığın hakim olmasına icazə verir. Amma nədənsə, indiyədək şəhvətbazların bu mütləq azadlıq şəraitində «doyduqları» gözə çarpmır. Əksinə, cəmiyyətdə psixoloji narahatlıqlar, stress və əsəb xəstəlikləri artmaqdadır.
    İsveçdə 20 il ərzində icazə verilən mütləq cinsi azadlıq cavanların dəhşətli faciələrə düçar olduqlarına gətirib çıxartdıqdan sonra, həmin ölkə rəhbərləri çıxış yolları tapmaq üçün parlamentdə müzakirələrə başladılar. Ölkənin baş naziri açıq şəkildə deyirdi: «Bizə 20 il müddətində buraxdığımız səhvləri düzəltmək üçün 40 il vaxt lazımdır».
    Xalq, Freydin aldadıcı fikirlərinin təsiri altında öz rəftarında heyvani hisslərə aludə olmuş və cinsi təmayüllər əxlaqdan ayrılmış, iffət aradan getmiş, pozğunçuluq elə bir həddə çatmışdır ki, onun dayandırılmasının mümkünsüzlüyü göz qabağındadır. Aşağıdakı statistik məlumatlar bunu daha aydın göstərir: Alman dövləti tərəfindən yayılan məlumatlara əsasən, son illərdə müharibədə qalib gələn dövlətlərin əsgərlərinin alman qadınları ilə qeyri-qanuni cinsi yaxınlıqları nəticəsində 200 min uşaq doğulmuşdur və hal-hazırda onlar Almaniya dövlətinin himayəsi altındadırlar. Bunların beş mini zənci uşaqlardır. Almanların özlərinin etiraf etdiyi kimi, bu say qeyri-qanuni doğulan uşaqların ümumi miqdarının yalnız onda bir hissəsidir. Çünki, adətən belə hallarda uşaqların böyük əksəriyyəti dünyaya gəlməzdən qabaq məhv edilir. Qeyd edilməlidir ki, bu məlumatlar təkcə Qərbi Almaniyaya aiddir.
    Digər Qərb ölkələrindəki vəziyyət heç də Almaniyadan geri qalmır. İngiltərə, Fransa və sair ölkələrdə də oxşar statistika mövcuddur. Məşhur psixoloq Karneqi belə yazır: «Amerikanın statistika idarələrindən birinin apardığı tədqiqatlara əsasən, ölkədəki bütün ailələrdə təqribən ərlərin yarısı öz həyat yoldaşlarına xəyanət edir və xəyanət etməyən digər hissəni təşkil edən ərlər isə heç də iffət üzündən deyil, «fürsət» düşmədiyindən, yaxud imkansızlıqdan bu işi görmürlər. Nyu-Yorkun telefon xətləri yoxlanıldıqda isə aydın oldu ki, ərli qadınların çoxu öz həyat yoldaşlarına xəyanət edirlər»!
    ABŞ-da 650 xəstəxana zöhrəvi xəstəliklərin müalicəsi üçün ixtisaslaşıb. Halbuki, bu cür xəstələrin yalnız 1,5 faizi həmin yerlərdə müalicə olunurlar və onların çoxu evlərdə xüsusi həkimlərə müraciət edirlər. Bu ölkədə hər il 30-40 min körpə belə xəstəliklərin təsirindən ölürlər. ABŞ-da zöhrəvi xəstəliklərdən ölənlərin sayı təbii ölənlərin sayından daha çoxdur.
    Amerikada çıxan jurnalların biri yazır: «Keçmişlə müqayisədə ABŞ-da qeyri-qanuni yolla doğulan uşaqların sayının kəskin surətdə artması dövləti böyük çətinliklər qarşısında qoymuşdur. Belə uşaqların sayı ildə 200 mini ötür». ABŞ-da bir il ərzində edilən abortların sayı 1,5 milyondan çoxdur ki, bunların 65%-dən çoxu qeyri-qanuni əlaqələrin nəticəsində baş verir və 50%-ə yaxın abortlar azyaşlı ərsiz qızlarla bağlıdır.
    İngiltərəli doktor Malnez deyir: «İngiltərədə kilsəyə gedən qızların hər beş nəfərindən biri hamilə olur. Hər il Londonda 50 min abort baş verir. Doğulan hər 20 uşaqdan biri qeyri-qanuni əlaqələrin nəticəsində dünyaya gəlir. Həyat şəraiti yaxşılaşdıqca belə uşaqların sayı artır. Qeyri-qanuni uşaqlar ən çox yüksək təbəqədən olan qızlara aiddir. Bütün bu misallar aydın şəkildə göstərir ki, «mədəni cəmiyyətlər» cinsi ehtirasların qaranlıq zindanında həbs edilmişdir. İş o yerə gəlib çatmışdır ki, bir çox əxlaqi-mənəvi dəyərlər unudulmuş, əxlaqsızlıq heç bir sərhəd tanımadan inkişaf etmişdir. ABŞ-dakı yaşayış məntəqələrinin birində baş vermiş biabırçı hadisə haqqında isə qəzetlər açıq-aydın məlumat vermişdilər. Orada bir dəstə «insan!?» öz arvadlarını üç həftə müddətində bir-birilərilə dəyişdirmiş və dostluq nişanəsi olaraq, qadınlarını başqalarına hədiyyə etmişdilər!!!
    Bu hadisə hətta ABŞ-ın özündə böyük səs-küyə səbəb olmuşdu. Sadaladığımız bütün misallar qərbdəki cinsi yaşayış tərzinin eybəcərliklərini aydın surətdə göstərir.
    Hər bir xalqın başçılarının həyata olan baxışları həmin millətin təfəkkür tərzinə yüksək təsir göstərir. İctimaiyyətə rəhbərlik edən təbəqənin əxlaqi fəsadlara aludə olması ümumi mənəvi dəyərləri viran qoyan ən güclü amildir. Çünki, hər bir şəxs təbii ehtirasların cazibəsi ilə üzləşdikdə, cəmiyyət başçıları insanların təfəkkürünün formalaşmasında həlledici rol oynayır. Əxlaqsızlıq mühitində böyüyən şəxs hökmən mütləq azadlıq və cinsi həyatda məsuliyyətsizlik hisslərinə yiyələnir və onun üçün iffət məfhumu öz mənasını itirir. Əxlaqi rəzalətlərə düçar olanlar özlərindən sonra nəfsani istəklərə əsir olan mənəviyyatsız adamların dünyaya gəlməsinə səbəb olurlar ki, bunlar da vicdanın və sağlam əqlin əmr etdiyi bütün vəzifələri çiyinlərindən atırlar.
    1962-ci ildə Kennedi deyirdi: «Amerika gələcəkdə böyük problemlərlə üzləşəcək. Səhlənkar və şəhvətdə qərq olan cavanlar onlara həvalə olunan vəzifələrin öhdəsindən gələ bilməyəcəklər. Hərbi xidmətə çağırılan hər yeddi cavandan biri yararsız olur. Bu da o səbəbdəndir ki, cavanlar ifrat dərəcədə şəhvətə aludə olub, öz cismi və ruhi hazırlıqlarını əldən verirlər.
    Sovet rəhbərlərindən olan Xruşşov isə belə deyirdi:
    «SSRİ-nin gələcəyi təhlükə qarşısındadır. Bizim səhlənkar və şəhvət əsiri olan cavanlarımızın heç vaxt ümidverici gələcəyi ola bilməz».
    Qəribədir, insan elm və texnikanın inkişaf etdiyi bir əsrdə cavanların başını qızışdıran bu problemin qarşısında diz çökür və hər gün müasir cəmiyyətdə yeni-yeni xoşagəlməz çətinliklər meydana çıxır.
    Həmin ictimai problemlər, onların cavanlara etdiyi təsir və fəsadın artması bir daha sübut edir ki, müasir mədəniyyət insanların fitri və ruhi istəklərini təmin edə bilmir və onların mənəvi hiss və meyllərinə düzgün cavab verilmir.
    Özünüöldürmə hallarının cəmiyyətdə çoxalması həmin mövcud vəziyyətin törətdiyi eybəcərliklərdəndir. Xalqın maddi rifahının yüksək olmasına baxmayaraq, özünüöldürmə faktlarının sayı artmaqdadır. 1976 -cı ildə Almaniyada özünə qəsd edənlərin sayı 10 min nəfəri keçmişdi. Həmin il orada 6 min kişi və 7 min qadın özlərinə qəsd etsələr də, onları xilas edə bilmişdilər. Müasir mədəniyyətdə hamıdan çox özünə yer tutan Fransada hər il ən azı 35 min nəfər özünü öldürür.
    ABŞ-da cavanların narkotik maddələrə qurşanması dəhşətli şəkil almışdır. Nyu-York polisi son vaxtlar 16-35 yaş həddində olan 38 min cavanın narkotik maddələrin təsirindən həlak olduğunu xəbər vermişdi. Narkomanlar arasında heroindən istifadə edənlər «birinci yeri» tuturlar. Hal-hazırda təkcə Nyu-Yorkda 100 min adam heroindən istifadə edir.
    İncəsənət xadimləri hesab olunan artistlər, sənətçilər və mədəniyyət işçiləri arasında narkomanlıq geniş yayılmışdır. Nyu-Yorklu bir həkim deyirdi ki, məşhur incəsənət xadimlərindən biri 24 saat ərzində 10 dəfə özünə iynə vururdu. Ümumiyyətlə, dünyadan vaxtsız köçən çoxlu sayda məşhur sənət adamları həddən artıq narkotik maddə işlətdikləri üçün ölürlər.
    ABŞ kimi böyük və «mədəni» ölkədə hər 25 dəqiqədə bir ağır cinayət, hər sutkada 3 qətl və 5 zorlama, 3 böyük oğurluq, 3 min kiçik oğurluq baş verir. Halbuki təkcə Nyu-Yorkda cinayətkarlığın qarşısını almaqdan ötrü hər il 100 milyon dollardan artıq vəsait sərf edilir.
    Bu həmin «Amerika yaşayış tərzi»dir ki, iftixarla təbliğ edilir və dünya xalqları üçün nümunə kimi göstərilir!
    KİLSƏDƏ İBADƏT
    Kilsə öz güclü təbliğat qurumları və böyük qüdrəti ilə qərb cəmiyyətinin ictimai-mədəni həyatının müxtəlif sahələrinə nüfuz etsə də, xalqın əxlaqının saflaşdırılmasına heç bir təsir edə bilməmiş və insanların mənəviyyatının islah olunmasını təmin etməmişdir. Cəmiyyətin mənəvi fəsadlar caynağından xilas olması və insanların heyvani istəklərin əsirliyindən nicat tapmasında müvəffəqiyyət qazana bilməmişdir. İbadət və nəfsin paklanması, ali insaniyyət dərəcələrinə çatmaq, Allaha yaxınlaşmaqla və xalis niyyət yolu ilə həyata keçirildiyi halda, kilsə özü həqiqi üsullarından uzaqlaşaraq, saxta əqidələrin təbliğ edilməsinə bais olmuşdur.
    Xristianlıq təkcə əqidə məsələlərində xurafata düçar olmamış, həmçinin Allaha həqiqi və düzgün ibadət etmək yollarını da əldən vermişdir. Təəccüb etməyin, kilsədə hətta «rəqs salonu» qurulur ki, cavanları bunun vasitəsilə ibadətə sövq etmək mümkün olsun.
    İffət, təqva və gözəl əxlaqi keyfiyyətlər yetişdirmək üçün nəzərdə tutulan ibadətgahlar belə yüngül və dəyərsiz əyləncələr məkanına çevrilir. Vəzifəsi əxlaqi fəsadlar selinin qarşısını möhkəm sədd kimi almalı olan dini rəhbərlərin özləri mənəvi və əxlaqi pozğunluqların təsiri altına düşmüşlər. Buradan belə bir nəticə çıxarmaq olar ki, xristianlıq heç vaxt insanlara Allahı düzgün şəkildə tanıtdırmağı bacarmaz, qərb dünyasını əxlaqi fəsad və mənəvi böhran vəziyyətindən xilas edə bilməz. Kilsənin aşağıda göstərilən «hidayət» üsulları dediklərimizi bir daha təsdiqləyir:
    «Ruhani atalar rəqs və musiqi ilə kilsə mühitində yol azmışları «hidayət» edirlər. Fransis ata 35 ildir ki, kilsədə musiqi ilə məşğul olur. Onun bu sahədə böyük məharəti var. İndiyədək o, 1500 kilsə mahnısı bəstələyib. Bu keşiş öz dini fəaliyyətlərində və yaradıcılıqda böyük enerji sərf etməkdə davam edir».
    Məgər belə əməlləri ibadətgahlarda həyata keçirmək din və məzhəbə qarşı məsxərə etmək deyilmi? İbadət Allah peyğəmbərlərinin ən ali tərbiyəvi göstərişlərindəndir. Heç kəs təkcə Allaha arxalanmadan, ağılsızlıq dərəcəsində maddiyyata bağlı olan dünyanın fəsadlarından kənarda qala bilməz. İnsan öz yaşayışında Allahı düzgün tanımadan heç vaxt səadətə yetişməz.
    İnsanı qeyd-şərtsiz şəhvətin əsirliyindən azad edən ibadətdir. O, insanları mənəvi səadətə qovuşmağa və Allaha yaxınlaşmağa nail edir. Özünüz fikirləşin, belə bir ilahi üslub necə olub ki, nəfsani istəklərə tabe olan adamların əlində alətə çevrilmişdir.
    Qəflət pərdələrini yırtmaq və ruhi-mənəvi həyatda böyük bir inqilab yaratmaq İslami ibadətlərin fəlsəfəsidir. Yaxşı olar ki, məsihi alimlərinin biri Sehvud Uobbun dilindən müsəlman və xristian ibadətlərinin ədalətli müqayisəsini göstərək:
    «Sofiya məscidində məzhəbi namaz mərasimini müşahidə etmək imkanı əldə etmişdim. Bu mərasimin mühüm bir hissəsi «ruku» və «səcdə»dən ibarətdir. Namaz qılanlar gərək neçə dəfə ruku, sonra da neçə dəfə səcdə etsinlər. Həmin vaxt Allahı sitayiş edən müqəddəs kəlmələri demək lazımdır.
    Namaz vaxtı müsəlmanların əzəmətli şəkildə təvazökarlığı və Allaha itaəti məni şiddətli surətdə heyrətləndirdi. Doğrusu mən belə riyasız, xalisanə və Allaha itaətin dərinliyi ilə seçilən ibadəti heç vaxt və heç bir xristian kilsəsində görməmişəm. Sonra mənə balkonların birindən «Qədr gecəsi» adlanan, Quran oxunması və namaz qılınması ilə müşahidə edilən mərasimə baxmaq şərəfi nəsib oldu. Bu gecədə müqəddəs Quran İslam peyğəmbərinə nazil olmuşdur. Sofiya məscidi həmin gecə 5 mindən çox adamla dolmuşdu. Onlar namaz qılır, Quran oxuyur və ibadət edirdilər. Namaz qılanların ruku və səcdə etməsi, təkbir demələri, ayə oxumaları çox xəfif halda, lakin dərin mənaya malik bir ibadətdir.
    Misilsiz və əzəmətli mərasimdə eyni zamanda müsəlmanların Allahdan necə qorxmaları müşahidə edilirdi. Qorxu və sitayişin dərinliyi ilə bərabər müsəlmanların ibadət mərasimində azadlıq, həqiqi bərabərlik və ayrı-seçkiliyin olmaması aydın surətdə görünürdü. Mən müşahidə edir və görürdüm ki, kasıb bir hambal çox yaxşı geyinmiş varlı müsəlmanla çiyin-çiyinə dayanıb dua oxuyur, qara dərili müsəlman isə yaraşıqlı və əsilzadə görkəmli din qardaşının yanında ibadətlə məşğuldur.
    İslam yarandığı vaxtdan nüfuzlu qardaşlıq dini kimi tanınır və indiyədək özünün bu xüsusiyyətini əldən verməmişdir».
    Din və məzhəb barəsində qərb dünyasının düçar olduğu ən böyük səhv budur ki, onlar dini, şəxsi və batini bir iş kimi təsəvvür etmişlər. Bu halda da dinin heç vaxt həyat gerçəklikləri ilə rabitəsi olmur. Əqidələrindəki həmin səhvlər onların həyatının bütün sahələrinə öz kölgəsini salmışdır və fəaliyyətlərinə zərərli şəkildə sirayət etmişdir. Əqidələrdəki böhranlar insanın yaşayışında da özünü kəskin formada göstərir. Nəticədə, insan nəfsani istəklərin və cinsi ehtirasların qurbanına çevrilir, habelə cəmiyyətin bütün sahələrində fəsadlar baş alıb gedir.
    Bundan əlavə, belə tərzi-təfəkkürlü insanın nəfsi daxilində daim yüksək mənəvi dəyərlərə qarşı mübarizə baş verir. İnsan gərək öz dini vəzifələrini yaxşı tanıyıb, yaşayışında onları rəhbər tutsun. Hər bir əməl və təsəvvür əqidələr çərçivəsində özünəməxsus rəng alır və əslində həyat əqidədən başqa bir şey deyildir. Dini xarici dünyadan və əqidəni dini hökmlərdən ayırmaq böyük və bağışlanmaz bir səhvdir. Amerikalı bir yazıçı «Elm və din arasındakı çəkişmələr» adlı kitabında həmin səhvlər haqqında belə yazır: «Rum imperiyasında xristianlığı rəsmi və məcburi din elan edən Konstantin bütpərəstləri yeni dinə cəlb etmək üçün bütpərəstlik məfhumlarının və ayinlərinin bəzilərini xristianlığa qarışdırdı.
    Orta əsrlər və yeni dövrdəki Avropada Allahın inkarına gətirib çıxaran fikirlərin əsas səbəbi məhz belə bir təsəvvürdür ki, guya din yalnız insanın Allahla əlaqəsidir və onun yaşayış sahələrində heç bir rolu yoxdur. Başqa sözlə, belə düşüncəli adamların təsəvvüründə əqidə yalnız insanın qəlbi ilə bağlıdır, yaşayış mühiti isə əqidədən tamamilə ayrıdır».
    Category: İslam və qərb mədəniyyəti | Views: 1033 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024