İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 26 » İslam və qərb mədəniyyəti
    2:31 PM
    İslam və qərb mədəniyyəti
    ZÖVCƏLƏRİN SAYI
    İctimai quruluş üçün təyin edilən qanunlar o vaxt kamil və mütərəqqi olurlar ki, onlar insanın fitrətinə uyğun şəkildə bəşəriyyətin bütün zərurətlərini geniş surətdə nəzərə ala bilsinlər. Əks təqdirdə, insan cəmiyyəti saysız-hesabsız problemlərlə üzləşir.
    İslam qanunları yalnız xüsusi bir region və millət üçün nəzərdə tutulmayıb. Bu qanunlar bütün zaman və məkanlarda öz misilsiz hikmət və ədalətini qoruyub saxlayır, hər bir dövrdə bəşər cəmiyyətinin ehtiyaclarına cavab verir və onları heç bir təzyiq sarsıda bilmir.
    Xristian missionerlərinin və kilsənin İslam əleyhinə apardığı təbliğatın mövzularından biri də bu dində «zövcələrin sayı» məsələsidir. Kilsə öz mövqeyini qoruyub saxlamaq üçün, xalqın məlumatsızlığından istifadə edərək, bu barədə saysız-hesabsız töhmət və iftiralarla İslam qanunlarını gözdən salmağa çalışır. Onlar deyirlər ki, guya müsəlman kişiləri istədikləri qədər arvad ala bilərlər və onlarla istədikləri kimi rəftar etmək hüququna malikdirlər. Şübhəsiz ki, bütün bu iddialar əvvəldən axıracan yalan və böhtandır. İslamda zövcələrin sayı haqda qanunun yaranmasının dini-tarixi kökləri vardır. İslamdan qabaq müxtəlif cəmiyyətlərdə qeyri-məhdud sayda arvad almaq adi hal idi və hətta bu iş onlar üçün şərəf sayılırdı. Peyğəmbərlərin tarixini və dini kitabları öyrənməklə aydın olur ki, hələ İslamdan qabaq zövcələrin sayı dəqiq təyin olunmuş bir məsələ idi.
    Çində Li-Ki qanununa görə hər kişi 130 arvad ala bilərdi. Bəzi hökmdarların hərəmində 400-ə qədər qadın olurdu. İncil və Tövrat bir neçə zövcəyə malik olmaqlığı qadağan etməyib. İkinci əsrin əvvəllərinə qədər xristian Avropasında da bu hal mövcud olub və kilsə onu qadağan etmirdi. Sonradan isə kilsə bunu qəti şəkildə qadağan etdi. Kişilər yalnız bir zövcə ilə kifayətlənməli olurdular və nəticədə fahişəlik sürətlə yayılmağa başladı. Cahiliyyət dövründə zövcələrin sayı məsələsi ərəblər arasında tam nizamsız bir formada idi. Qadın hüququna heç bir məhəl qoyulmur və onlara adi əşyalar kimi baxılırdı. İslam bu ifratçılığın qarşısını alıb, hərc-mərcliyə son qoydu və bir kişinin ən çox dörd zövcəsi olması qanununu irəli sürdü. İslam nöqteyi-nəzərindən bu qanun ictimai fəsadların və cürbəcür təhlükələrin qarşısını almaqdan ötrü təyin edilib. Nə etmək olar, bəzən insan elə bir şəraitlə qarşılaşır ki, onların daha zəifini seçmək məcburiyyətində qalır. Bununla belə, zövcələrin sayı qanunu bütün müsəlmanlar üçün zəruri bir vəzifə sayılmır. Əgər bir şəxsin maddi və digər şəraiti ona, dörd qadınla birgə yaşamaq imkanı verirsə və həmin kişi bütün zövcələrinin hüquqlarını qoruya bilirsə, habelə yalnız bir qadınla yaşasa, günaha düşmək ehtimalı böyükdürsə, bu halda çoxarvadlıq qanunu tətbiq edilir. Lakin burada da qadınların razılığı və onlara azadlıq verilməsi mühüm şərt sayılır. Belə bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Əgər hansısa cəmiyyətdə qadınların sayı kişilərin ümumi sayından çoxdursa, ailə qurmaq və evlənmək problemlərini bundan başqa hansı yolla həll etmək olar? Dünyadakı kişi və qadınların sayının statistikası qadın cinsindən olanların çoxluq təşkil etdiyini göstərir. Bu məsələ demək olar ki, bütün dövrlərdə belə olmuşdur və onun bir çox ictimai, sosioloji və intim səbəbləri vardır. Məsələn, dünyaya yeni gələn qız uşaqları oğlanlarla müqayisədə müxtəlif xəstəliklərə qarşı daha dözümlü olurlar və ya baş verən müharibələrdə, hərbi toqquşmalarda əksərən kişilər öldürülür. Buna görə də qadınların sayı kişilərin sayından həmişə çox olur.
    Qadınların ailə qurmaq, övlad sahibi olmaq istəklərinin kişilərdən daha artıq olması hamıya bəllidir. Bu isə qanuni ailə qurmaqdan başqa, digər layiqli yollarla mümkün deyil.
    Bəziləri qadınların sayının kişilərdən çox olmasını aşağıdakı səbəblərlə izah edirlər: Qadınların ömrü daha uzun olur və hər bir subay kişinin qarşısında 20 nəfər dul qadın durur. Ümumiyyətlə, əvvəldən ərə getməmiş qadınların sayını da bura əlavə etsək, mövcud statistik göstəricilər adamı narahat etməyə bilməz. Qadının tək, ailəsiz yaşaması isə ruhi və mənəvi sıxıntılarla keçir. Bu həqiqətləri heç kəs dana bilməz. İslamda çoxarvadlıq qanunu bütün bu çətinlikləri həll etməkdə və ərsiz qadınlara yeni ailə səadəti bəxş etməkdə misilsiz rol oynayır. Qadınların fizioloji xüsusiyyətlərini və ya övladı olmayan kişilərin başqa qadınla evlənmək imkanını nəzərə alsaq, bu qanunun nə qədər mütərəqqi olduğunu daha yaxşı başa düşərik. Əgər bir kişinin bir qadından övladı olmursa, nə üçün o, ömrünün axırına qədər bu vəziyyətlə barışmalıdır. Məlum məsələdir ki, başqa qadınla evlənmək bir çox hallarda belə problemləri asanlıqla həll edir. Qanun insanı övlad sahibi olmaqdan məhrum edərsə, həmin qanun zalım bir qanundur.
    Bəzi vaxtlarda qadın müəyyən bir xəstəliyə düçar olur və artıq onların ər-arvad münasibətləri (cinsi və s.) ödənilmir. Bəs belə halda ər nə etməlidir? Bu problemlə üzləşən kişiləri öz həyat yoldaşını boşamağa məcbur etmək lazımdırmı?! Öz ilk həyat yoldaşı ilə yaşadığı halda, belə kişilərin yenidən evlənməsi nəyə görə qəbahət sayılmalıdır? Onları evlənməkdən məhrum etmək ədalətsizlik deyilmi? Belə kişilərin təbii ehtiyaclarını təmin etmək üçün çoxarvadlıq qanununun tətbiqindən başqa digər bir çıxış yolu vardırmı? Çətin və ağır günlərdə ərinə sirdaş olan qadını belə şəraitdə boşamaq hansı insanlıq norması ilə uyğun gəlir?
    Əgər bir cəmiyyətdə müxtəlif səbəblərdən insanların bəzisi kasıb vəziyyətdə yaşayırsa, təbiidir ki, belələri evlənmək imkanından məhrum olurlar. Nəticədə evlənmək həddinə çatmışlar arasında müvazinət pozulur. Bu cür şəraitdə əgər imkanlı kişilər bir neçə kasıb qadını halal yolla alırlarsa, bunun nəyi pisdir? İslamın fahişəliyə qarşı apardığı təsirli mübarizə üsullarından biri də həmin çoxarvadlıq qanunudur.
    İkinci dünya müharibəsində milyonlarla kişi həlak olmuş və bununla da müharibədən sonra qadınların sayı artmışdı. Almaniyada qadınlar dövlətdən bir kişi üçün bir neçə qadının nikahını qanuniləşdirməyi tələb edirdilər. Lakin kilsə qəti şəkildə bunun əleyhinə çıxış etdi. Nəticədə ölkədə fahişəlik, əxlaqsızlıq və qeyri-qanuni uşaqların sayı həddən artıq çoxaldı. Kilsənin belə mövqeyi nəinki təkcə Almaniyada, eləcə də bütün Avropada iffətsizliyin geniş yayılmasına səbəb oldu.
    Qərbdə elan olunan «qadın azadlığı» əslində qadınların əsl və ən önəmli səadəti sayılan ailə qurmaq və övlad sahibi olmaq kimi arzularının gerçəkləşməsinin əksinə yönəlmişdi. Statistik məlumatlara görə, Almaniyada 32 yaşına qədər qadınların yalnız 50%-i, 40 yaşına qədər olanların isə 20%-i ərli qadınlardır. Deməli, bu gün 6 milyon nəfər 40 yaşından yuxarı alman qadınları ərsizdirlər və hər ərsiz qadına bir kişi düşür. Bu kişilərin 13%-nin təqaüdçü olduğunu nəzərə alsaq, vəziyyətin daha da acınacaqlı olması aydınlaşar. Almaniyadan xaricə gedən qadınların 50%-i ər tapmaq ümidi ilə ölkəni tərk edənlərdir. Qərb dünyası qadınlara mütləq azadlıq və hərtərəfli səadət əldə etmək imkanlarının verildiyini iddia edir. Bəs onda nəyə görə qadın problemi ilə bağlı olan ən mühüm bir məsələdə müxalifət edilir? Görəsən çoxarvadlıq qanunu qadına azadlıq və xoşbəxtlik bəxş etmirmi?
    Qadının başqa bir qadınla birgə ərə malik olmağa razılığı və onların bir evdə rahat yaşamaqları sübut edir ki, hər halda bu, ərsiz və himayəsiz yaşamaqdan daha üstündür. Ədalət naminə deməliyik ki, qadın yox, əksinə kişi həmin şəraitdə daha artıq əziyyətlərə qatlaşır və daha çox məsuliyyətlə üzləşir. Hüquq elmləri doktoru olan bir qadının bu barədə etirafları çox yerinə düşərdi:
    «Heç bir qadın zövcələrin birdən çox olmasından zərər çəkməz. Bu zaman zərər çəkənlər əksinə kişilər olar. Çünki, onların bu vaxt yükləri və qayğıları çoxalır. Kişinin bir neçə həyat yoldaşı varsa, gərək onların hamısını lazımi qaydada təmin etsin. Həmçinin kişi qadınların sağlamlığının qayğısına qalmalıdır və onları müdafiə etməlidir. Əgər kişi arvadlarını incitsə, Allah və şəriət qarşısında cavab verməli olacaq. Bir kişinin iki qadını olduqda, cinsi rabitələr baxımından da qadınlar zərər çəkmirlər. Onların ruhi və mənəvi iztirabları barəsindəki sözləri isə belə ailələrin rahat şəkildə həyat sürməsi haqqındakı tarixi misallar rədd edir. Bu cür ailələrdə şəriət qanunları hökm sürərsə, qadınların narahatlıq və narazılığından söhbət gedə bilməz. Bir də ki, əgər belə narahatlıqlar həqiqətən mövcud olsaydı, onda keçmişdə də bir neçə qadının bir kişi ilə ailə qurması mümkün olmazdı».
    Bəli, Qərb tərbiyəsizliyə icazə verir, lakin təbii və qanuni insan istəklərinin qarşısını alır. Amma İslam dini insanlara məntiqi azadlıqlar bəxş edir, əxlaqa zidd olanları isə qadağan edir.
    İslam fərdin, cəmiyyətin rifah və səadətinə xüsusi diqqət yetirir. Bu səbəbdən də zövcələrin sayı ədalətlə həll olunmalıdır. İslam fiqhində ər-arvad münasibətlərini tənzim edən, onlar arasında ədalətli davranışı bərqərar edən bir çox bəhslər mövcuddur və izdivacda qadınların hüququ tamamilə gözlənilir.
    Bir çox qadınlar mövcuddur ki, ərlərinə eyni zamanda başqa qadınla evlənməyə icazə verirlər. Həmin gerçəklik bir daha çoxarvadlıq qanununun bəşər fitrəti ilə uyğun olduğunu sübut edir. Əgər bu, qadının fitrəti ilə zidd olsaydı o, heç vaxt ərinin ikinci qadınla evlənməyinə razı olmazdı və ya heç bir qadın başqa bir qadını olan kişiyə getməyə razı olmazdı. Buna müxalif olan qadınlar qorxurlar ki, ərləri ikinci qadın aldıqdan sonra onların hüquqlarına riayət etməsin. Belə ailələrdə meydana çıxan narazılıqlar yalnız ədalətlə bütün arvadların hüququna riayət edilməməsindən irəli gəlir. Quran belə buyurur:
    «Sizə halal olan qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın. Əgər onlarla ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir qadınla kifayətlənin». (Nisa surəsi, 3-cü ayə. )
    Bəzi kişilərin nadürüst və kobud hərəkətləri ailədə ixtilafların yaranmasına səbəb olur. Kişinin ailəsi ilə ədalətsiz rəftarı məhəbbət ocağı sayılan ailəni cəhənnəmə çevirir. Ona görə də ailə barəsindəki əsil İslami nəzərləri öyrənib, onları həyatda tətbiq etmək lazımdır. Əlbəttə, kişinin arvadları ilə ədalətli rəftarını tənzim edən İslam qayda-qanunları mövcuddur. Əgər onlara əməl olunsa, ailədə heç bir ixtilaf meydana çıxa bilməz.
    Kişi öz həyat yoldaşının xərclərini ödəməkdən boyun qaçırsa və ya ərlik vəzifələrini yerinə yetirməsə, ona qarşı İslami qanunlar tətbiq edilir və həmin nikaha yenidən nəzər salınaraq, hökm çıxarılır. Əlbəttə, mehr-məhəbbət insanın öz əlində deyildir. Mümkündür ki, kişi arvadlardan birini başqalarından daha çox istəsin. Ona görə də İslam bu barədə bütün şəraitləri nəzərə alaraq, heç bir qadının haqqının tapdalanmaması şərtilə göstərişlər verir və onların hüquqlarına riayət edilməsində hər cür ayrı-seçkiliyi rədd edir.
    Həmin hüquqların qadınlar üçün çox böyük əhəmiyyəti vardır. Əgər kişinin mehr-məhəbbəti onların yemək-içmək, pal-paltar və ər-arvadlıq münasibətlərinə təsir etmirsə və bunlara hər bir halda ədalətlə riayət olunursa, deməli qadının hüquqlarını heç kim tapdalamır. Quran buyurur:
    «Qadınların ölüm və həyat arasında qalmaqlarına razı olmayın».
    Ona görə də heç bir kişinin öz qadınına etinasızlıq etməyə haqqı yoxdur. Çünki belə halda qadın, nə ərli qadın kimi olur, nə də ərsiz qadın kimi.
    Peyğəmbərin (s.ə.v.v) dövründə dörd arvadı olan kişilərdən hansı biri onlar arasında ədalətə riayət etməsəydi, bir qadından artıq arvad saxlamağa icazə verilmirdi. Əgər ədalətə riayət edirdilərsə, dörd arvaddan artıq qadın saxlamağa haqları yox idi. Beləliklə, İslam həm daimi nikahda qadınların sayını təyin edib, həm də səhlənkarlığı və qadınlara qarşı ədalətsizliyi qadağan etmişdir. Müsəlmanlar arasında elə şəxslər olmuşdur ki, hətta qadınları vəfat etdikdən sonra da onların hüquqlarına riayət etmişlər.
    Rəsuli-Əkrəmin (s.ə.v.v) Məaz ibni Cəbəl adlı səhabəsinin iki arvadı var idi ki, onların hər ikisi eyni vaxtda taun xəstəliyindən ölmüşdülər. Məaz onlardan hansının daha tez dəfn edilməsi üçün püşk atmışdı.
    Qərb alimləri arasında çoxarvadlıq qanununa insafla yanaşanlar da olmuşdur ki, onlar bu qanunu ictimai bir zərurət hesab etmişlər.
    Şopen Hauer özünün «qadınlar barəsində bir neçə söz» adlı kitabında belə yazır:
    «Çoxarvadlıq qanununa malik olan ümmətdə əksər qadınlar ərli və övladlı idi. Onların bu şəraitdə ruhi və cismi ehtiyaclarının təmin olunması ehtimalı çox böyükdür. Amma Avropada kilsənin bizə belə icazə verməməsi üzündən ərli qadınlar ərsizlər kimidirlər. Ərə getmədən dünyasını dəyişən çoxlu qadınlar, ehtirasların təzyiqi altında iffətsizliyə məcbur olan saysız-hesabsız cavan qızlar həyatları boyu ər və övlada həsrət qalırlar. Nə qədər fikirləşirəmsə də, cavab tapa bilmirəm ki, nəyə görə arvadı xəstə olan və ya doğa bilməyən kişilər başqa qadınla evlənə bilməsinlər? Təəssüf ki, buna cavab verməyə kilsə qadir deyil. Məhz kilsənin qayda-qanunları bizi məhrumiyyətlərə düçar edib, bizim əl-ayağımızı zəncirləyib və cəmiyyəti fəsada, namussuzluğa və fahişəliyə sürükləyib».
    Başqa bir ingilis alimi xanım Anne Bezant belə yazırdı:
    «Qərb iddia edir ki, birdən artıq arvadın qanuniliyini qəbul etməmişdir. Amma əslində Qərbdə çoxlu sayda arvadı olan kişilərin sayı məlum deyil və onlar bu münasibətlərdə heç bir məsuliyyət daşımırlar. Bizim cəmiyyətdə kişi bir qadınla qanunsuz əlaqədə olur və müəyyən müddətdən sonra onunla əlaqələrini kəsir. Həmin qadın ya sərgərdan qalır, ya da başqa kişilərlə qanunsuz əlaqələrdə olmağa məcbur olur. Ərinin evində halal arvad və uşaq anası kimi yaşayan qadının vəziyyəti yaxşıdır, yoxsa Qərbdəki kimi qeyd olunan tərzdə yaşayan qadının vəziyyəti? Qərbdəki fahişələrin sayının çoxluğu nəzərə alınsa, heç kim İslamdakı çoxarvadlıq qanununa irad etməz».
    Doktor Qustav Loben deyir:
    «İndiyədək Avropada şərq adət-ənənələri içərisində ən çox tənqid olunan və ən pis qələmə verilən məsələ İslamda «çoxarvadlılıq» qanunudur. Halbuki ən çox da elə bu məsələdə yanılmışlar. Doğrusu, mən lap mat qalmışam ki, görəsən, şərqdəki qanuni çoxarvadlılığın qərbdəki iffətsiz çoxaşnalıqdan nəyi əskikdir! Mənim fikrimcə qanuni çoxarvadlılıq hər cəhətdən üstün və ləyaqətli işdir.»
    Category: İslam və qərb mədəniyyəti | Views: 868 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024