İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Kumeyl duasının şərhi 1
    5:39 AM
    Kumeyl duasının şərhi 1
    Varlıq aləmində həşərat və heyvanların rolu
    Müxtəlif həşəratların, quru və dəniz heyvanlarının, quşların və sürünənlərin nə qədər faydalı olduğu tam mənada yalnız Allah-Taalaya məlumdur. Bu vücudların həyatın davamına müsbət təsirinin əsas səbəbi onların hər birinə hakim olan ilahi rəhmətdir.
    Təbiət aləmində bitki və ağacların tozlanması ilə məşğul olan həşəratlar vardır. Ağaclar da insanlar kimi iki cinsə malikdir. Əgər erkək və dişi ağaclar arasında tozlanma getməsə heç bir meyvə gözləməyə dəyməz. Uyğun tozlanma prosesini həyata keçirən həşəratlar mövcuddur. Bu kiçik varlıqlar öz işlərini böyük ustalıqla yerinə yetirirlər. Maraqlı nöqtələrdən biri budur ki, bu həşəratlar armudun tozunu alma tozu, almanın tozunu heyva tozu ilə görüşdürmür. Ağaclar da bu həşəratları öz çiçəklərinin şirəsi ilə mükafatlandırırlar.
    İri və xırda buynuzlu heyvanların xüsusiyyətlərinə nəzər salaq. Təbiətşünas alimlər deyirlər ki, təbiətdə hər bir şey mövcudların ehtiyacı qədərincədir. Əksər məməlilərin döşü sinəsindədir. Süd yığılan döşlərin bu nahiyədə yerləşməsi balaların qidalanması üçün daha münasibdir. Amma inək və qoyunlarda döş elə yerləşmişdir ki, bu döşdəki südü insanlar da rahat sağa bilirlər. Əgər başqa məməlilərdə yalnız balaların ehtiyacı qədərində süd olursa, inək və qoyundakı süd insana da çatır. İnsanların təkamülü üçün zəruri olan südlə bu sayaq təminat Allah-Taalanın rəhmət və lütfünün təzahürü deyilmi?
    Qoyunun bütün üzvləri insan üçün çox faydalıdır. Onun yunu, əti, südü daim insanın ixtiyarındadır. Allah-Taala öz qüdrəti ilə bir heyvanda neçə növ xeyir qoymuşdur.
    Bal arısına nəzər salaq. Nəbatat alimləri bildirirlər ki, bütün çiçəklərdə yalnız günün müəyyən bir vaxtında üç saat müddətində şirə olur. Bəzi çiçəklər sübh erkən, bəziləri günorta, bəziləri isə günortadan sonra şirə verir. Bal arısı çiçəkləri çox yaxşı tanıyır. O hansı çiçəyin nə vaxt şirə verdiyini bildiyindən yalnız həmin vaxt çiçəyə yaxınlaşır. Bal arısı çiçəkdən çəkdiyi şirəni bütün dünya nemətlərinin fövqündə dayanan, çürüməyən bala çevirir. "Nəhl” surəsinin 69- cu ayəsində buyurulur: "Onda insanlar üçün şəfa vardır.” Bal arısının əsrarəngiz həyatı haqqında cildlərlə kitablar yazılmışdır. Bəli, Allahın rəhməti "hər şeyi” bürümüşdür.
    Misilsiz hidayət neməti
    Allah-Taala öz misilsiz rəhmət və lütfü ilə belə müəyyənləşdirmişdir ki, insanı müəyyən bir müddət dünyanın müəyyən bir guşəsində yerləşdirib onu təbiətin min bir neməti ilə bəhrələndirsin. Beləcə müxtəlif bitkilər, meyvələr onun ixtiyarına verildi, süfrəsi halal ətlərlə dada gəldi, yaşayışı zəruri vasitələrlə təmin edildi. Bütün bu nemətlərin fövqündə insanı doğru yola yönəldən əql və düşüncə neməti durur. İnsan məhz əql yolu ilə Allah qarşısındakı vəzifələrini tanıyıb, bu vəzifələrə əməl edir. İnsan əql neməti vasitəsilə dünyanın müvəqqətiliyini anlayıb axirət həyatına üstünlük verir. İnsan bütün maddi və mənəvi nemətlər haqqında diqqətlə düşünə bilsə anlayar ki, Allahın «rəhimiyyə rəhməti» zahir və batini, qeyb və aşkarı, yeri və göyləri bürümüşdür. Hər bir nemət haqqında dərin mütaliədən sonra insan hiss edir ki, geniş ilahi məhəbbət ağuşundadır. Məhz bu zaman insan mərifət çırağının işığında imanın köməyi ilə dosta doğru hərəkətə başlayır. Eşq yoluna çıxmış insan bütün varlığı, könlü, cismi ilə Allahın hüzurunu hiss edib, təvazökarlıqla ibadətə məşğul olur.
    Deyirəm ki, paksan, yoxdur şərikin,
    Getmərəm ardınca başqa məlikin.
    Yalnız dərgahında gəzərəm işıq,
    Tovhid sarayına Sənsən yaraşıq.
    Kərimsən, Həkimsən, Rəhimsən Allah,
    Böyüklərdən böyük, Əzimsən Allah.
    Ehtiyacdan, dərddən-qəmdən uzaqsan,
    Hər zaman, hər yerdə varsan, oyaqsan.
    Acizdir vəsfində ən iti qələm,
    Oxşarsız, misilsiz, yeganəsən Sən.
    İzzət də cəlal da, yəqin də Səndə
    Ruh olmasa, nə var bu boş bədəndə?!
    Gizlini, aşkarı bilməz özgəsi,
    Həmd edir içimdə ruhumun səsi.
    Görməkdə bilməkdə yoxdur oxşarın,
    Sənsən düzümçüsü bağlı məzarın.
    Çarəsiz dil-dodaq sitayişində
    Yol birdir dünyanın keşməkeşində.
    İnsan doğru yol və ilahi hidayəti seçməklə vəzifəsinə və halal-harama əməl etməklə Qurani-Kərimin buyurduğuna əsasən, çox böyük bir mükafata, rəhmətə çatır və Behiştə nail olur.
    İlahi rəhmət
    Əgər insan qəflət və azğınlıq səbəbindən günahlara yol vermişsə həqiqi tövbə yolu ilə bağışlanıb, ilahi rəhmətə qovuşa bilər. Əgər insan cümə axşamı "Kumeyl” duasını oxuyub tövbə edərsə rəhmət yağışının nazil olduğu bu gecədə hökmən bağışlanar. "Zumər” surəsinin 53-cü ayəsində oxuyuruq: "Ey özünə israfı rəva bilənlər, Allahın rəhmətindən məyus olmayın. Heç şübhəsiz, Allah bütün günahları bağışlayır. Doğrudan da O, bağışlayan və mehribandır.” Qurani-Kərimdə Allahın rəhmətindən danışan ilahi ifadələr çoxdur: "O Allah bağışlayan və rəhimdir.” («Biharul-ənvar», 75-ci cild, səh-139.) "Allah Öz bəndələrinə qarşı mehribandır.”(«Ğürərul-hikəm», səh-154.) "Allah sizi Öz icazəsi ilə Cənnətə bağışlanmağa çağırır.”(«Xisal», 2-ci cild, səh-432.) "Həqiqətən Allah bağışlayan və həlimdir.”(«Biharul-ənvar», 75-ci cild, səh-162.) "Allah böyük mərhəmət, nemət sahibidir.”(«Biharul-ənvar», 75-ci cild, səh-90.)"Allah əfv edən və bağışlayandır.”(«Məcmueye-vərram», 1-ci cild, səh-9.) "Allah tövbələri qəbul edən və bağışlayandır.”(«Biharul-ənvar», 75-ci cild, səh-126.) "Allah rəhimlilərin ən rəhimlisidir.”(«Mizanul-hikmət» 2-ci cild, səh-638.)"Həqiqətən, sənin Rəbbin çox bağışlayandır.” («Nəhcül-bəlağə».) Bu ayələrə diqqətlə nəzər saldıqda məlum olur ki, Allaha üz tutub günahlara görə tövbə etmək vacib, Onun rəhmətindən ümidsizlik isə haram və böyük günahdır.
    Rəhmət haqqında rəvayətlər
    Əbu Səid Xidri İslam Peyğəmbəri (s)-in belə buyurduğunu nəql edir: "Günahkar möminlər Cəhənnəmə aparıldığı zaman onlar Cəhənnəmdən çıxarılanadək Cəhənnəm odu onlara qarşı soyuyar. Bu zaman Allah-Taala mələklərinə buyurar: "Bunları Mənim fəzl və rəhmətimlə Behiştə aparın. Mənim mərhəmət və lütf dəryam sahilsiz, fəzl və ehsanım sonsuzdur.”
    Əhli-beyt (ə)-dan belə bir rəvayət nəql olunmuşdur: "Qiyamət günü Allah-Taala iman əhlini bir nöqtəyə toplayıb buyurar: "Mən sizin boynunuzda olan haqqımdan keçdim, siz də bir-birinizə olan haqqınızdan keçin ki, Behiştə daxil ola biləsiniz.”
    Başqa bir rəvayət də buyurulur: "Qiyamət günü gətirilən iman əhlinə belə buyurular: "Ey mənim bəndəm, nemətlərimə günahla cavab verdin, nemətlər artdıqca günahlarını artırdın.” Bəndə xəcalətdən başını aşağı salar. Rəhmət dərgahından ona xitab olunar: "Ey mənim bəndəm, başını qaldır. Səni günah etdiyin vaxt bağışlamış, günahlarına əfv qələmi çəkmişdim.”
    Digər bir rəvayətdə oxuyuruq: "Bəndəni yaxın gətirərkən günahların çoxluğu səbəbindən başını aşağı salıb, xəcalətdən ağlayar. İzzət və rəhmət dərgahından xitab olunar ki: "O gün ki, günah edib gülərdin, səni utandırmadım. Bu gün ki, günah etməyə-etməyə xəcalət çəkib ağlayırsan, sənə necə əzab verim?! Günahlarını bağışladım, Cənnətə girməyin üçün icazə verdim!”
    İslam Peyğəmbəri (s) buyurur: "Allahın rəhməti yüz qisimdir. Onlardan yalnız birini dünyada göstərib, bəndələri arasında paylayar. Rəhmətinin 99 qismini isə öz ehsan xəzinəsində saxlayaraq axirətdə üstünə bir qisim də əlavə edib bəndələrinə şamil edər.”(«Biharul-ənvar», 6-cı cild, səh-28.)
    Mühəddislər rəisi Şeyx Səduqdan rəvayət olunmuşdur ki, Məsum İmamlar (ə) buyurur: "Qiyamət qurulan zaman Allahın geniş rəhməti elə cilvələnər və günahkarlar dəstə-dəstə bağışlanar ki, hətta qovulmuş şeytan da bağışlanmaq tamahına düşər.”
    "Biharul-ənvar”da (7-286) bir rəvayətdə buyurulur: "Mömin bəndə qəbrə qoyulduqdan sonra qəbrin üstü torpaqlanar, dost-tanışlar onu tənha qoyub gedərlər. Allah-Taala lütf və rəhməti ilə xitab edər: "Ey Mənim bəndəm, bu qaranlıqda tək qaldın. Razılıqlarını qazanmaq üçün Mənə qarşı günah etdiyin kəslər səni tək qoyub getdilər. Bu gün öz rəhmətimlə sənə elə bir nəvaziş göstərərəm ki, xəlq olunmuşlar təəccüb edərlər.” Sonra mələklərə xitab olunar: "Ey Mənim mələklərim! Bəndəm qərib, kimsəsiz, çarəsiz qalmışdır. İndi qəbirdə Mənim qonağımdır. Gedin ona kömək edin, onun üçün Behiştə qapı açın, ətirli bitkilər və təamlar hazırlayın. Sonra onu Mənim ixtiyarımda qoyun. Ona Qiyamət gününə qədər munis olacağam.”
    Rəhmət haqqında dastanlar
    Bir rəvayətdə buyurulur: "Qiyamət günü bəndə hesab yerinə gətirilər. Günahla dolu əməl naməsi onun sol əlinə verilər. Bəndə bu naməni əlinə alarkən adəti üzrə "bismillah” deyər. Allahın rəhmətinə ümidlə naməni açdıqda onu ağ görər və deyər ki, burada bir şey yazılmayıb. Mələklər cavab verərlər ki, bu kitabda günahların yazılmışdı, amma Allah-Taala öz rəhmətinə görə onları məhv etdi.”(«Kafi», 2-ci cild, səh-430.)
    İsa (ə) və günahkar
    Eyni mənbədə belə bir rəvayət nəql olunur: "Bir gün İsa (ə) öz həvariləri ilə birlikdə yoldan ötərkən, həmin günah dolu dövrün fasiqlərindən biri onları görüb özünü danlamağa başladı:
    Ya Rəbb, günah ərşə çıxır köçümdə
    Ürəyim həsrətdən alov içində.
    Əməl naməm qara, işlərim xarab,
    Yalnız rəhmətindən gözlərəm cavab.
    Bu günahkar şəxs şər içində keçirdiyi ömrünü yadına salıb, rastlaşdığı pak insanların məqamına qibtə etdi, düşündü ki, onun bu insanlarla yoldaş olmağa ləyaqəti yoxdur. Amma ümid etdi ki, onların ardınca bir neçə addım getməklə xeyir tapa bilər. Bu məqsədlə onların ardınca düşdü. Həvarilərdən biri məşhur bir günahkarın onları izlədiyini görüb Həzrət İsa (ə)-a dedi: "Ya Ruhullah! Bu qəlbi ölmüş çirkin şəxsdə bizimlə yol getmək ləyaqəti varmı? Nə qədər ki, onun günahından zərər görməmişik, qov getsin.” İsa (ə) düşündü ki, bu şəxsə nə desin. Bu vaxt vəhy nazil oldu: "Ya Ruhullah! Özünü bəyənən dostuna de ki, müflisə həqarətlə baxdığı üçün bu günədək etdiyi bütün xeyir əməlləri onun əməl naməsindən pozduq. O günahkar fasiqə müjdə ver ki, hüzurumuzda çəkdiyi həsrət və peşmançılığa görə onun üçün qurtuluş qapısı açdıq.”
    Günahkar cavan
    Molla Fəthullah Kaşani "Mənhəcus-sadiqin” təfsirində və Ayətullah Kəlbasi "Ənisül-ləyl” kitabında nəql edir:
    Malik Dinarın dövründə günahkar bir cavan dünyasını dəyişdiyi vaxt camaat onun cənazəsini gətirib bir zibilliyə atdı.
    Həmin gecə Malik Dinara yuxuda buyuruldu: "Bizim bəndəmizin bədəninə qüsl ver, onu kəfənə bürü və salehlərin qəbristanlığında dəfn et.” Malik soruşdu ki, «bu qədər günaha batmış insan necə bağışlana bildi?» Cavab verildi ki, «o, can verdiyi vaxt ağlar gözlə belə deyirdi: "Ey dünya və axirət sahibi, rəhm et o kəsə ki, nə dünyası var, nə axirəti.” ("ya mən ləhud-dünya vəl-axirətu irhəm mən ləysə ləhud-dünya vəl-axirətu”). Malik! Qapımıza gəlmiş hansı dərdliyə dəva qılmadıq?! Kim bizim dərgahımıza üz tutub nalə çəkdi və istədiyi qəbul olunmadı?!»(«Mənhəcüs-sadiqin».)
    Qəbul olmuş dua
    Böyük alim Mənsur ibn Əmmar dövründə varlı bir şəxs günah məclisi qurmaq üçün öz quluna dörd dirhəm verib onu bazarlığa göndərdi. Qul yoldan ötərkən Mənsur ibn Əmmarın məclis keçirdiyini gördü. Söhbəti eşitmək üçün onlara yaxınlaşdı. Qul gördü ki, Mənsur miskin bir şəxsin əlindən tutub ətrafındakılara deyir: "Kim bu şəxsə dörd dirhəm sədəqə versə ona dörd dua edəcəyəm.” Qul düşündü ki, əlindəki dörd dirhəmə pozğun bir məclis üçün təam və şərab almaqdansa, bu pulu fəqirə verib, Mənsurun duasına nail olmaq daha yaxşıdır. Beləcə dörd dirhəmi fəqirə verib, Mənsurdan vəd olunmuş duaları istədi. Mənsur soruşdu ki, hansı işlərinə dua edim? Qul dedi: "Əvvəla, dua et ki, Allah məni əsirlikdən azad etsin. İkincisi, ağama tövbə qismət etsin. Üçüncüsü, bu dörd dirhəmin əvəzi əlimə yetişsin. Dördüncüsü, mən və ağamın məclisindəkilər bağışlansınlar.”
    Dörd istəyinə dua etdirən qul boş əllə ağasının yanına qayıtdı. Ağa soruşdu ki, haradaydın? Qul cavab verdi ki -”dörd dirhəmə dörd dua almışam”, və həmin duaları sadalamağa başladı. Ağa buyurdu: "Əvvəla səni azad etdim. İkincisi, günahlarımdan tövbə edirəm. Üçüncüsü, verdiyin dörd dirhəmin əvəzinə al bu dörd dirhəmi. Amma dördüncü duanın yerinə yetməsi, yəni mənim, sənin və məclis əhlinin bağışlanması mənim öhdəmdə deyil.” Ağa yatıb yuxuda Cənab Haqq tərəfindən belə bir buyuruq eşitdi: «Ey bəndə sən öz fəqir halınla vəzifələrinə əməl etdinsə necə ola bilər ki, Biz sonsuz kərəmimizlə həmin istəyə əməl etməyək?! Biz səni, sənin qulunu və bütün məclis əhlini bağışladıq.»
    Allaha doğru
    Hikmətli bir şəxs yoldan keçərkən bir qrup insanın günahkar bir gənci məntəqədən çıxardığına və bir qadının kənardan baxıb ağladığına şahid olur. Həmin şəxs bu qadının kimliyini soruşur. Bildirirlər ki, bu qadın həmin günahkar gəncin anasıdır. O xahiş edir ki, günahkar gənci bu dəfə bağışlasınlar.
    Bir müddət sonra həmin yerdən keçən hikmətli şəxs nalə səsi eşidir. Zənn edir ki, yəqin həmin oğlanı yenə də qovublar və anası ağlayır. Səs gələn qapını döyür və oğlu haqqında soruşur. Ana belə cavab verir: "Oğlum dünyasını dəyişdi. Can verdiyi zaman dedi ki, ana can, qonşuları çox incitmişəm, istəmirəm ki, mənim dəfnimdə iştirak etsinlər. Ölümümü onlara xəbər vermə. Məni özün dəfn et. Üzərində "bismillahir-rəhmanir-rəhim” yazılmış bu üzüyü mənimlə dəfn et. Qəbrimin yanında durub, Allahdan məni bağışlamasını istə... «Oğlumun bu vəsiyyətlərinə əməl etdim. Sonra mənə əyan oldu ki, oğlum belə deyir: "Ana can, narahat olma. Mən Kərim Allahın hüzurundayam.»(«Nurus-səqəleyn» 4-cü cild, səh-33.)
    Tövbə ardınca tövbə
    Əttar "Məntiqüt-təyr” kitabında belə rəvayət edir: Bir şəxs xeyli günah etdikdən sonra tövbə qılmağa müvəffəq olur. Amma nəfsinin istəkləri yenidən onu günaha sövq edir. Bununla belə Allahın yardımı ilə yenidən tövbə edir. Amma yenə də tövbəsini pozub günaha batır. Nəhayət, anlayır ki, günah içində keçirdiyi ömrünü başa vurmaqdadır. Lakin yenidən tövbə etməyə üzü gəlmir. Tavada qovrulan buğda dənəsi tək yanıb-yaxılır. Xoşbəxt bir səhər çağı qulağına qeybdən səs gəlir: "Ey günahkar, mehriban Allah buyurur ki, sən təkrar-təkrar tövbələrini pozduğun zaman intiqam ala biləcəyim təqdirdə səni bağışlayıb möhlət verdim. Əgər yenə tövbə etmək istəyirsənsə yubanma. Bil ki, tövbəni qəbul edərəm.”(«Biharul-ənvar», 3-cü cild, səh-5.)
    Azğının duasına cavab
    Eyni mənbədə başqa bir rəvayətdə nəql olunur:
    Bir gecə «Sidrətül-müntəha»da olan Ruhul-Əmin Allahın "ləbbeyk” nidasını eşidir. O, Allahın cavab verdiyi şəxsi tanımaq istəsə də göydə və yerdə bir kəsi tapa bilmir. Nə qədər axtarırsa, layiqli bir bəndə görə bilməyib, belə ərz edir: "İlahi! Məni cavab verdiyin bəndəyə yönəlt.” Xitab olunur ki, Rum torpağına nəzər sal. İntizarda olan mələk nəzər salıb görür ki, bir bütpərəst öz bütünü çağırır. Ruhul-Əmin, yəni mələk Cəbrayıl (ə) gördüyü mənzərədən heyrətə gəlib Allaha ərz edir: "İlahi, qarşımdan hicabı qaldır. Necə ola bilər ki, bütü çağıran bütpərəstə cavab verirsən?” Xitab olunur: "Bəndəmin qəlbi qaraldığından doğru yolu itirib. Amma çağırışındakı səmimiyyət o qədər xoş oldu ki, ona "ləbbeyk”deyə cavab verdim. Bu cavab onun doğru yolu tapıb Mənə üz tutmasına səbəb oldu.”
    Category: Kumeyl duasının şərhi 1 | Views: 976 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024