İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Kumeyl duasının şərhi 1
    5:38 AM
    Kumeyl duasının şərhi 1
    Bədbəxtlər siyahısından xoşbəxtlər siyahısına keçən ad
    Məşhur irfan və elm kitabı olan "Təfsiri-Fatihətül-Kitab” əsərində belə bir rəvayət nəql olunur:
    Bəni-İsrail tayfasında xalqdan kənarlaşıb tənhalığa çəkilmiş bir abid var idi. İbadətinə görə mələklər onu sevir, mələk Cəbrail (ə) onu ziyarət etmək istəyirdi. Bu ziyarət üçün icazə istəyən Cəbrail Allahdan belə bir cavab aldı: "Bax, gör Lövhi-Məhfuzda onun adı haradadır.” Abidin adını bədbəxtlər siyahısında tapan Cəbrayıl heyrətə gəldi və belə ərz etdi: "İlahi, sənin hökmün qarşısında durmağa, bu təəccüblü işləri müşahidə etməyə güc yoxdur.” Allah-Taala belə buyurdu: "Çoxdan onunla görüş arzusundasan. Get onunla görüş və gördüklərini ona de.”
    Cəbrail abidin ibadət yerinə endi. Abid zəif bir bədənlə ibadətə məşğul idi. Onun qəlbi ilahi məhəbbətdən alovlanır, ah-naləsi ərşə qalxırdı. Cəbrail ona salam verib dedi: "Ey abid! Lövhi-Məhfuzda adını bədbəxtlər səhifəsində görmüşəm, özünü artıq əziyyətə salma.” Bu sözləri eşidən abidin çöhrəsi çiçək tək açıldı, dodaqlarına təbəssüm qondu və xoş bir dillə "Həmd olsun Allaha” dedi. Cəbrail heyrətə gəlib dedi: "Bu cür qara xəbəri eşidib "Əlhəmdulillah” deyirsən?! Bu şadlığın səbəbi nədir?” Abid belə cavab verdi: "Mən bəndəyəm, O isə ağadır, ağanın istəyi qarşısında bəndənin nə istəyi ola bilər? Qüdrət Onun əlindədir, hara istəsə oraya da aparar!”
    Abidin sözlərini eşidən Cəbrail riqqətə gəlib öz məqamına qayıtdı. Buyuruldu ki, "Bax, gör Lövhi-Məhfuzda nəqqaş nə nəqşələyib, rəssam necə rəng salıb.”
    "Allah (həmin Kitabda) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar.”(«Biharul-ənvar», 3-cü cild, səh-5.) "Allah istədiyini edər.”(«Biharul-ənvar», 3-cü cild, səh-9.)
    Cəbrail bu dəfə baxanda abidin adını xoşbəxtlər siyahısında gördü. O, heyrətə gəlib ərz etdi: "İlahi, bu nə möcüzədir?” Allah-Taala buyurdu: "Ey Əmin, abidi onu gözləyən pis aqibətdən xəbərdar etdiyin zaman peşman olmadı, səbir yolunu seçib, Mənim iradəmə razı oldu, "Əlhəmdulillah” dedi. Həmin "Əlhəmdulillah” xatirinə onun adını bədbəxtlər siyahısından xoşbəxtlər siyahısına keçirdim.”
    İlahi, rəhmətin sonsuz dəryadır
    Kamala yetməyə damlası çatır.
    Bütün günahları yusaq da onda
    Bulanmaz, durular qısa zamanda.
    Bir rəhmət damlası yuyar min qanı,
    Bürüyər işığa bütün dünyanı.
    Ya Rəbb, şər içində qovruluruq biz,
    Yığılsa günahlar, yaranar dəniz.
    Var ikən günahdan heçə dönmüşük,
    Şər karvanda fani köçə dönmüşük.
    Ümidimiz bircə rəhmətindədir,
    Rəhm etmək istəsən - əlində nədir!
    «Və bi quvvətikəl-ləti qəhərtə biha kullə şəy»
    («Səni vasitəsilə hər şeyə qalib gəldiyin qüvvənə and verirəm.»)
    Allahın mübarək zatının eyni olan Onun qüdrət və qüvvəsi bitib-tükənməzdir. Bütün qüdrətlər bu qüdrətin qarşısında puçdur. Ümumiyyətlə hansısa bir müstəqil qüdrətdən danışmağa dəyməz. Bütün qüdrətlər ilahi qüdrətin şüalarıdır.
    Əvvəlki araşdırmalardan aydın oldu ki, "kullə şəy”, yəni "hər şey” dedikdə Allah-Taalanın yaratdığı sayı-hesabı bilinməyən bütün məxluqlar nəzərdə tutulur. Əlbəttə ki, kainatda mövcud olan milyonlarla varlığın sayını, heyvanların, quşların, sürünənlərin, amöblərin, virusların, mikrobların, bitkilərin qədərini Allahdan başqa kimsə bilməz. Mehriban Allah öz qüdrəti ilə bütün bu şeylərə hakimdir və kimsə Onun qüdrət dairəsindən kənarda deyildir. Göy təbəqələri və onda olanlar, kəhkəşanlar və ulduzlar itaətkarlıqla Allahın göstərdiyi yollarda hərəkətdədirlər. Bütün bu mövcudlar orbitini itirməkdən, parçalanıb dağılmaqdan hifz olunmaq üçün Allahın qüdrətinə sığınırlar.
    «Və xəzəə ləha kullu şəy və zəllə ləha kullu şəy»
    («Onun (qüvvəsinin) qarşısında hər şey baş əymiş və hər şey xar olmuşdur.»)
    Allah-Taalanın qüdrət və qüvvəsi qarşısında qeybi mövcudlardan şuhudi mövcudlaradək, ən böyük varlıqlardan ən kiçik varlıqlaradək, əzəmətli kəhkəşanlardan atomlaradək hər şey baş əyib xar olmuşdur. Onun hikmətli göstərişləri qarşısında hər şey itaətdədir. Heç bir varlıqda itaətsizlik və üsyan müşahidə edilmir.
    Arifanə bir duada oxuyuruq: "Heç şübhəsiz, Sən o Allahsan ki, qüdrət və qüvvənlə hər şeyi zəlil etmisən. Sənin əzəmətin qarşısında hər şey boyun əymişdir. Sən istədiyin varlığa istədiyini edirsən. Hər şeyi yaradıb qüdrət əli ilə idarə edən müqəddəs zat Sənsən. Sən hər şeyin mövlasısan və hər şey Sənin qüdrətin qarşısında məğlubdur. Sən Əziz və Kərimsən.”
    Yerdə-göydə nə zərrə varsa, inan
    Allah hüzurunda verir imtahan.
    Küləyi gördünmü Ada (Ad tayfasına) neylədi,
    Sular qalxdı, gedişatı əylədi.
    Fironu qərq edən olmadımı su,
    Torpaqda yarıldı Qaruna quyu.
    Babildə gördünmü filin işini,
    Nəmrudun başında çibin dişini?!
    Üç yüzə bölünmüş Davud daşını,
    Düşmənin al qana qəltan başını?!
    Lut qövmünə göydən yağan kəsəyi,
    Tük ürpədən səsdən çıxan bəbəyi?!
    Elçilər söylədi sözün gözəlin,
    Qoy öpsün şairlər onların əlin.
    Kaş doğru deyimlər elə çoxalsın
    Qırx dəvə bu yükü aparmaz olsun.
    Bəli, Sənin rəhmətin hər şeyi bürümüş, sonsuz qüdrətin hər şeyi məğlub etmiş, mübarək vücudunun qarşısında hər şey zəlil olmuşdur. Cümə axşamı kimi bir vaxtda göz yaşları və səmimiyyətlə dua edən bəndəsinin duasını qəbul etmək Onun üçün çox-çox asandır. Göy və yer qoşunlarını səfərbər edib bəndəsinin dünya və axirət istəklərini yerinə yetirmək Onun üçün heç bir çətinlik törətmir. Çətin vaxtında Allahın qüdrətindən başqa qüdrət tanımayan bəndənin duası qəbul olunmaya bilərmi? Heç vaxt!
    Hər zəif və gücsüz mövcud bizim istəyimizi yerinə yetirə bilməz. Yalnız geniş rəhmət və sonsuz qüdrətə malik Allah bütün bəşəriyyətin dualarını qəbul etmək gücündədir.
    "Səhifeyi-Səccadiyyə”nin 13-cü duasında belə deyilir:
    "Yaratdıqlarını ehtiyaclı etmisən. Onlar da "nə üçün, niyə”siz Sənə möhtacdırlar. Öz həyat müşküllərinin həllini Səndən istəyən insan doğru yoldadır. Amma istəklərinə çatmaq üçün özü kimi yaranmışlara üz tutan şəxs Sənin ehsanından məhrum olasıdır.
    Böyük bir şövqlə Sənə üz tutub, yəqinliklə ümidimi Sənə bağlamışam. Bilirəm ki, nə qədər böyük şey istəsəm də bu şey Sənin dəryanda damla da deyil. Sənin qüdrətin qarşısında bütün istəklər çox-çox kiçikdir. Sənin rəhmət və qüdrət dairən bütün istəkləri əhatə edir.
    Sənin rəhmət və qüdrətin sayəsində imkansız görünən işlər gerçəkləşir. Heç kəs Səndən kənarda müstəqil ola bilmir, alnına yazılmış möhtaclıqda xar olur.”
    Nəhayətsiz qüdrət qarşısında insanın öz qüdrətindən danışıb "mənəm-mənəm” deməsi layiqli iş deyil. Bir ovuc torpaqdan, bir üfürümlük ruhdan ibarət olan varlıq hansı əsasla qürrələnə bilər?! Ən kiçik hacətləri qavramaqda aciz olan ağıl sahibi hər şeyi əhatə etmiş rəhmət sahibi Rəbbinə qarşı təkəbbür göstərməkdə yanılır. İnsanın bu sayaq özünə güvənməsi onu rəhmət ehsanından məhrum edir, nəhayət, əbədi əzaba qovuşdurur.
    «Və bi cəbərutikəl-ləti ğələbtə biha kullə şəy»
    («Səni vasitəsi ilə hər şeyə qələbə çaldığın cəbərətuna and verirəm»)
    "Cəbərut” lüğət baxımından mübaliğə siğəsində yəni şiddətli mənadadır. "Cəbərut” dedikdə ehtiyacların və nöqsanların ali həddə təmini və bərpası başa düşülür. Bütün mövcudlar ilkin yaranış mərhələsində nöqsanlıdır. Bütün bu nöqsanlar cəbərut vasitəsilə tamlaşır, kamilləşir.
    Mehriban Allah nöqsanları aradan qaldırır
    Allah-Taala tərəfindən nöqsanların aradan qaldırılması diqqət nəticəsində mümkün olur. Elmi kitablardan imanımızı gücləndirəcək bəzi nümunələrə nəzər salaq:
    Günəş enerjisinin bərpası
    Yerin enerjiyə olan ehtiyacının əsas təminatçısı Günəş varlıq aləminin kiçik bir nöqtəsidir. O, olduqca böyük istiliyə malikdir. Günəşin səthində 6093º c. istilik mövcuddur. O, hər saniyədə fəzaya 12 400 000 t. enerji buraxır. Günəşin bir dəqiqədə buraxdığı enerji 679x10(15) t. daş kömürün yanmasından ayrılan enerjiyə bərabərdir. Maraqlıdır ki, bu qədər enerji ayıran mənbə kənardan qidalanmadığı halda nə üçün sönmür? Əgər Günəş xalis daş kömürdən hazırlanmış olsaydı, hər dəqiqə enerjisi azalmaqla 60 əsrə sönərdi.
    Bu suala yalnız Allahın "Cəbərut” sifətinin köməyi ilə cavab vermək olar. Allah-Taala Günəşi böyük qaz kütləsindən yaratmışdır. Bu qaz kütləsində buraxdığı enerjini geriyə qaytarmaq xüsusiyyəti vardır. Bu nəticə məşhur dünya fiziklərinin uzun-uzadı zəhmətləri nəticəsində əldə edilmişdir. Bəli, Rəbbimiz əşyanın itirdiyi enerjini müxtəlif vasitələrlə "cübran” edir, yəni onun özünə qaytarır. Bu, Allahın "cəbərut” sifətidir.
    Xəzər dənizində qabarıb-çəkilmənin əvəzi
    Xəzər dənizinin səviyyəsi azad dəniz səviyyəsindən 27.6 m. aşağıdır və onun dünya sularına çıxışı yoxdur. Bu səbəbdən də okean qabarıb-çəkilmələri ilə Xəzər arasında əlaqə müşahidə edilmir. Xəzər dənizi kiçik olduğundan Ayın cazibə qüvvəsi ona bir o qədər də təsir göstərmir. Əslində bu təsirdən kənarda qaldığı üçün Xəzərin suları bulaşmalı və o, ölü dənizə çevrilməlidir. Bəs nə üçün Xəzərdə canlılar yaşayır?
    Bu dənizi yaradan Rəbbimiz onun nöqsanlarını da müəyyən vasitələrlə aradan qaldırmışdır. Bulanmanın qarşısını almaq, dənizin sularını hərəkətə gətirmək üçün "xəzri” və "gilavar” adlı küləklər fəaliyyət göstərir. Bu küləklər vasitəsilə buludlar dənizin şimalından cənubuna doğru qovulur. Nəticədə sahil ərazidə yağan yağışlar canlı təbiəti oyadır. Lilli, ölü sular Ənzəli sahillərində "dirilmə” prosesindən keçir. Gilan çaylarının gətirdiyi toxumlar bu sulara qatılır və cücərir. Amma bu gölməçə min ildir ki, qurumur. Nə üçün? Çünki, dənizin bu hissəsində sel suları fəaliyyət göstərir. Eləcə də dənizin şor suyu bitki toxumlarının ifrat cücərməsinin qarşısını alır. Buludları cənuba qovan "xəzri” külək sakitləşən kimi "gilavar” küləklər hərəkətə başlayır. Bu küləklər gil dolu sahilyanı gölməçələrin gilini dənizə govub onu durulaşdırır.
    Meyvə toxumu qıtlığının əvəzi
    Meyvə toxumları nə qədər ki, əkilməyib, nə qədər ki, Allah-Taala onların cücərməsi üçün mövcud maneələri aradan qaldırmayıb, onlar cücərə bilmir.
    Qarşımızdakı alma ağacı nə vaxtsa kiçik, cansız bir toxum formasında idi. Bu toxum nə qədər ki, torpağa əkilib, hava, işıq, su və istilikdən faydalanmamışdı, ölü halında qalmışdı. Amma bir gün Allahın iradəsi ilə maneələr aradan qaldırıldı və kiçik toxum qollu-budaqlı ağaca çevrilib, öz dadlı meyvələrini insanların ixtiyarına verdi. Allahın «cəbərut» sifətilə daha dərindən tanış olmaq üçün bəzi nöqtələrə nəzər salaq. Almanın tərkibində olanlar: protein və amin turşuları, yod və kalsium kimi mədən maddələri, nişasta və şəkər, yağlar, boyalar, vitaminlər və 84% su. Diqqət edin Yaradanın qüdrətinə!
    Daşa bir etibar verər ki, bu daş
    Tacları bəzəyər, bil, yavaş-yavaş.
    Torpağı qaldırar elə hörmətə
    Çəkərlər gözə ki, gələ qüdrətə.
    Dərədə cücərmiş ən görkəmsiz ot
    Yuxusuza layla çalıb deyər "yat”.
    Hər bitki bir dərdə çarədir inan,
    Heyif ki, diqqətsiz yaşayır insan.
    Yalın ayağını çalan tikanda
    Şəfa var, təsiri qısa zamanda.
    Dərd varsa, dərmanın verənimiz var,
    Ehsan süfrəsini sərənimiz var.
    Ehtiyacı olan baxsa dörd yana
    İnan, axtardığın tapar bir ana.
    Nemət yağışını yağdıran o kəs
    Həqiqi aşiqə verəsidir səs.
    Bir kimsə lütfünə qovuşa bilsə
    Qiyamətdə geyər nurdan əlbisə.
    Kimsənin könlünə salmasa işıq,
    Şübhəsiz, işləri düşər dolaşıq.
    «Və biizzətikəl-ləti la yəqumu ləha şəy»
    («Səni and verirəm qarşısında bir şeyin dura bilməyəcəyi izzətinə»)
    Hər şeyi qüdrəti ilə yaradıb rəhmətinə bürümüş, bütün çatışmazlıq və nöqsanları cəbərut sifəti ilə aradan qaldırmış müqəddəs vücud qarşısında nə dayana bilər?! Tərkibi yer və göydən götürülmüş bütün mövcudlar yerlə göy arasında qərar tutmuşdur. Onların varlığı qadir Yaradanın varlığının olduqca cüzi bir nümayişidir. Bu cüzi yaranmış Yaradanın əzəli və əbədi, sonsuz qüvvəsi qarşısında necə dura bilər?!
    "İzzət” güc və qüdrət mənasındadır. Bütün mövcudlarda bu izzətin şüası vardır. Bir zərrə qığılcım hara, əzəli və əbədi nur mənbəyi hara! Bəli, "bütün izzətlər Ondandır” ("Fatir”, 10). Hər kəsə layiq olduğu qədər verilir. Layiq olmayanlar isə bu izzətdən məhrum edilir. Demək, Onun qarşısında heç bir müstəqil izzət, qüdrət yoxdur. İlahi izzət qarşısında isə kimsə tab gətirə bilməz. O, sarsılmayan qüvvə məğlub olmayan qalibdir.
    «Və biəzəmətikəl-ləti mələət kullə şəy»
    («Səni hər şeyi doldurmuş əzəmətinə and verirəm»)
    Failin öz feli ilə tanınması (İş görənin öz işi ilə tanınması)
    Aydın məsələdir ki, hər bir fel, yəni iş öz faili, yəni bu işi görən haqqında müəyyən məlumatlar verir. Yüz on təbəqədən ibarət olan göydələn (bina) asiman, sözsüz ki, öz yaradıcısının əzəmətindən danışır.
    "Əsfar” və digər məşhur kitabların müəllifi olan Sədrül Mütəəllihinin şəxsiyyəti və ali düşüncəsi onun kitablarından bəlli olur. Əlbəttə ki, bu gün dünyamızın gecələrini işıqlandıran elektrik enerjisi bu enerjinin ixtiraçısının dərin düşüncəyə malik olduğunu təsdiq edir.
    Biz çox-çox məhdud və kiçik varlıq olduğumuzdan Allahın əzəmətini bir o qədər də dərk edə bilmirik. Amma varlıq aləminə diqqət etməklə bu əzəmətin cilvələri aydın olur.
    Müxtəlif cahanların yaranışı
    Müxtəlif mötəbər mənbələrdə eləcə də Səduqun "Xisal” kitabının 2-ci cildinin 639-cu səhifəsində İmam Sadiq (ə)-dan belə bir rəvayət nəql olunur: "Allah-Taalanın 12 min aləmi vardır. Onların hər biri yeddi qat göy və yerdən daha böyükdür. Bu aləmlər bir-birinin varlığından xəbərsizdirlər.”
    Müasir astronomlar deyirlər: "Varlıq aləmi minlərlə aləmdən təşkil olunmuşdur. Onların hər birinin səması və yeri bizim səmamız və yerimizdən böyükdür.” Müxtəlif mənbələrdə mövcud aləmlərin sayı bildirilsə də əslində bu aləmlər sonsuzdur.
    Günəş sistemi
    Seyyid Nemətullah Cəzairi Həzrət Peyğəmbər (s)-dən belə bir rəvayət nəql edir: "Allah-Taala 100 min qəndil, yəni işıq mənbəyi xəlq edib Ərşdə yerləşdirmişdir. Başımız üstəki səma və ayağımız altındakı yer, yerlə göy arasında olanlar, hətta Behişt və Cəhənnəm arasında olanlar bir qəndilə yerləşmişdir. Digər qəndillərdə də nə olduğu yalnız Allaha məlumdur.” Əllamə Şəhristani bildirir ki, qəndil ilə Günəş sistemi arasında bir sıra oxşarlıqlar vardır. İstər qəndil, istərsə də Günəş sistemi yumurta formasındadır. Qəndil lətif bir cism olub işığı mərkəzdən ətrafa yaydığı kimi, Günəş sistemində də işıq mərkəzdə dayanmış Günəşdən ətrafa yayılır. Qəndil havadan asıldığı kimi, Günəş sistemi də fəzada asılmışdır. İstər qəndil, istərsə də Günəş sisteminin işıqlanmasını təmin edən nöqtə həqiqi mərkəzdə yerləşmir.
    Uyğun oxşarlıqlardan aydın olur ki, yuxarıda zikr olunmuş rəvayət qədim fəlsəfə ilə təzad təşkil edir. Eləcə də sübut olunur ki, Günəş sistemindən də əlavə minlərlə ulduz sistemləri vardır.
    Hər biri bir Günəş olan saysız-hesabsız ulduzlar
    İyirminci əsrin əvvəllərində məlum oldu ki, yalnız bizim kəhkəşanda 30 milyondan çox ulduz görünür. Böyük heyrətlə qarşılanan bu məlumat dövrümüzün elmi nailiyyətləri tərəfindən bir daha təsdiqləndi və sübut olundu ki, yalnız bizim kəhkəşanda 10(4) milyon ulduz mövcuddur.
    Adi gözlə gecələr müşahidə zamanı ulduzlar aləmi bir o qədər də əzəmətli görünmür. Amma böyük optik cihazlarla, məsələn, "Vilson”dağ rəsədxanasının müşahidə borusu ilə kəhkəşana nəzər salsaq, ulduzlar aləminin əzəmətinə heyran qalarıq.
    Bizim kəhkəşandakı ulduzlar bir-birlərinin ardınca elə düzülmüşdür ki, onları dəqiq saymaq qeyri-mümkündür. 10 (4) rəqəmi də təxminlərə əsaslanır. Bu ulduzlar arasında bizim Günəşdən 10 milyon dəfə böyük ulduzlar mövcuddur. Kainatda milyonlarla kəhkəşanlar vardır və bu kəhkəşanlar arasındakı məsafə iki milyon işıq ilinə çatır. Bu gün dünyanın ən güclü müşahidə borusu ABŞ-ın Polumer rəsədxanasındadır. Bu optik cihaz 10³ milyon işıq ili məsafəsində yerləşmiş kəhkəşanları müşahidə etməyə imkan verir. Günəş sisteminin daxil olduğu kəhkəşan Günəşdən 165x 10³ milyon dəfə ağır çəkiyə malikdir. Bütün varlıq aləminə səpələnmiş bu əzəmətli cisimləri nəhayətsiz boşluqlar əhatə edir. Bizimlə ən yaxın ulduz arasındakı məsafə 40x10 (6) milyon kilometrdir. Varlıq aləmindəki kəhkəşanların əzəmətini dərk edə bilməyən insan Allahın sonsuz əzəmətini dərk edə bilərmi? Bu əzəmətli aləm Allah-Taalanın feli, sənəti, işidir. Uyğun əzəmət, qismən də olsa, öz yaradıcısından danışır. "Allah vəsf olunası hər şeydən böyükdür.”(«Vəsailuş-şiə», 7-ci cild, səh-210) Bəli, ən güclü vəsf edənlər Onun vəsfində aciz, ən bəlağətli dillər Onun tərifində lal, ən iti düşüncələr Onun əzəmətini dərk etməkdə gücsüzdür.
    Haqqında soruşan olarsa əgər,
    Kimsə yetərli söz çətin ki deyər.
    Həqiqət budur ki, eşqi şirindir,
    Hər kəsə boy verməz, çünki dərindir.
    "Və bisultanikəl-ləzi əla kullə şəy”
    ("Səni hər şeydən üstün səltənətinə and verirəm”)
    Ötən söhbətlərdə qismən də olsa, varlıq aləminin əzəməti mövzusuna toxunuldu. O əzəmətli hakim, heç şübhəsiz, dünya və dünya əhlinin zahir və batinindən çox-çox ucadır. Onun qüdrəti hər şeyin fövqündədir və hər şey Onun səltənətində O Sultan qarşısında mütidir.
    Bu dünyada Allaha müti olanların mütiliyi əslində Allahın hədiyyəsidir. Ləyaqətini itirənlər bu hədiyyədən məhrum edilirlər. Hər bir insan öz itaətini ilahi mənbədən bilməlidir. Ədalət və ehsan dairəsindən çıxan insan zalımlar zümrəsinə daxil olur. Quran ayələrindən, eləcə də tarixi təcrübədən aydın olur ki, heç kim Allahın intiqamından qaçmaq iqtidarında deyil. Müqavimət göstərmək istəyən əbədi əzaba düçar olur.
    O, səmadan enən və torpaqdan qaynayıb çıxan suya əmr edir ki, tufan halına gəlsin və Nuha qarşı çıxanları həlak etsin. Onun əmri ilə külək üsyankar Ad qövmünü qurumuş ot tək kökündən qoparıb göyə sovurdu. Onun buyruğu ilə Nil çayı zalım Fironu azğın qövmü ilə birlikdə Cəhənnəmə yola saldı.
    "Və bivəchikəl-baqi bədə fənai kulli şəy”
    ("Səni hər şey fəna olduqdan sonra qalacaq zatına and verirəm”)
    Onun müqəddəs zatı varlığın eynidir. O, əzəli və əbədidir. O, həmişə və daim olmuş və vardır. Onunla yanaşı heç nə olmamış və yoxdur. Hər şeydən ehtiyacsız olduğu halda öz iradəsi ilə hər şeyi yaratmışdır. Hər şeyin ömrü bitər, O isə daimidir. Varlıq aləmində Ondan başqa müstəqil varlıq yoxdur və bütün digər varlıqlar Ondan nəfəs alır. Ondan savayı hər şey fəna olasıdır. Fəna naqislik, əbədiyyət isə kamal sifətidir. Mütləq kamal üçün mütləq əbədiyyət, bəqa lazımdır. Fəna isə bütün yaranmışların alnına vurulmuş möhürdür.
    "Və biəsmaikəl-ləti mələət ərkanə kulli şəy”
    ("Səni hər şeyin sütunlarını doldurmuş adlarına and verirəm”)
    "Əsma” dedikdə bir neçə hərfdən ibarət olan adlar yox, bu adların həqiqəti, məfhumu nəzərdə tutulur. Bəli, həqiqi rəhmət, lütf, elm, ədalət, qüdrət hər şeyin əsasını doldurmuşdur. Başqa sözlə varlıq aləmindəki bütün mövcudlar Allah-Taalanın sifətlərinin, adlarının cilvəsidir. Mövcudlar bu həqiqətlərlə vücuda gəlmiş və bu həqiqətlərin sayəsində həyat tapmışlar. Bu həqiqətlərə diqqət yetirdikdə aydın olur ki, "kulli şəy”, yəni "hər şeyin” taleyində təsirli olan sadəcə söz yox, bu sözün mahiyyətini təşkil edən həqiqi adlar və sifətlərdir. Həqiqi adlar varlıq aləmindəki həqiqətlərin araşdırılmasında vasitədir. Məsumlardan nəql olunmuş bir duada oxuyuruq:
    "Pərvərdigara, Səni böyük adına and verib istəyirəm. O daha böyük, daha əziz, daha dəyərli adına ki, Sən bu adla çağrıldığın zaman bağlı qapılar rəhmətinlə açılar, müşküllər həll olar, ölülər dirilər, ehtiyac və pərişanlıq aradan qalxar...”
    Sadalanmış işlər araşdırıldığı zaman aydın olur ki, məqsəd "qüdrət” kəlməsi yox, bu kəlmənin arxasında durmuş həqiqətdir. "Hər şeyin "əsasını dolduran adlar Quran və rəvayətlərdə "adlar” kimi zikr olunmuş həqiqətlərdir.
    Bu adlar bütün mövcudlardan seçilən, Allah və insanlar arasında Qiyamət gününədək vasitə olan Məsum İmamlarda təzahür edir. Rəhmət, hidayət, lütf, kərəm, bağışlama kimi sifətlər məhz bu Məsumlar vasitəsi ilə xalqa aydın olur. İnsanların yaxşı əməlləri bu Məsumların mərifət və vilayəti sayəsində qəbula yetişir.
    Böyük rəbbani alim Feyz Kaşani "Safi” təfsirində İmam Sadiq (ə)-dan belə bir rəvayət nəql edir: "And olsun Allaha, Onun gözəl adları bizik. İnsanların əməlləri yalnız bizi, bizim vilayət və məqamımızı tanımaqla qəbul olunar.”
    Demək, yalnız sözə diqqət etməklə heç bir həqiqətə çatmaq olmaz. Hərf və söz dairəsindən çıxıb, varlıq aləmində cilvəsi müşahidə edilən həqiqi adlara bağlanmaq lazımdır. "Səni and verirəm o adının haqqına ki, onun vasitəsi ilə ərşi yaratdın, kürsünü vücuda gətirdin, ruha varlıq verdin.”
    "Və biilmikəl-ləzi əhatə bikulli şəy”
    ("Səni hər şeyi əhatə etmiş elminə and verib istəyirəm...”)
    Allah-Taalanın bütün mövcudların zahir və batinini əhatə etmiş «feli» və «hüzuri» elmindən milyardlarla bir iynə ucunda yerləşən atom da məxfi deyil. Torpaqda gizlənmiş buğda dənəsi, bir-birini qovan qar dənələri, bütün digər mikro-zərrəciklər Allahın elm dairəsindədirlər. "Ali-İmran” surəsinin 29-cu ayəsində oxuyuruq: "Göylərdə və yerdə olanı bilir;” "Ənam” surəsinin 59-cu ayəsində isə belə buyurulur: "Quruda və dənizdə olanı bilir. Ondan xəbərsiz bir yarpaq belə düşməz”. Daha iki ayəyə nəzər salaq: "Allah sizin gizlin və aşkar işlərinizi bilir.”(«Biharul-ənvar», 90-cı cild, səh-197.)"Yerə batanı və yerdən çıxanı, səmadan enəni və səmaya qalxanı bilir. O, mehriban və bağışlayandır”(«Biharul-ənvar», 3-cü cild, səh-13.)
    Bu günədək zooloqlar 700 minədək həşərat növü qeydə almışlar. Bu həşəratların ümumi sayını hesablamaq qeyri-mümkündür. İsti yay günündə havada və torpaqda olan kiçik canlıların sayı sonsuzdur. Bir təpənin qoynunda, çatlarında olan həşəratlar bir materikdəki insanlardan çoxdur.
    "Və binuri vəchikəl-ləzi əzaə ləhu kullu şəy”
    ("Səni hər şeyi işıqlandırmış zatının nuruna and verib istəyirəm...)
    Qurani-Kərim və rəvayətlərdə kamillik və insani dəyərlər nur adlandırılmışdır. Nur hidayət, yəni imana doğru hərəkət üçün yardım deməkdir. İslam, mərifət, elm, Quran – hər biri nurdur. "Maidə” surəsinin 15-ci ayəsində buyurulur: "Sizin üçün Allah tərəfindən nur və aydın bir kitab gəlmişdir”. Nur ilahi hökmlər, əxlaqi məsələlər, etiqadi həqiqətlərdir. "Maidə” surəsinin 44-cü ayəsində oxuyuruq: "Biz hidayət və nur olan Tövratı nazil etdik”.
    Bütün bu mənalara diqqət etdikdən sonra deyə bilərik ki, nur Allah-Taalanın sifət və adlarıdır. Hər bir məxluq öz istedadı həddində bu nurdan faydalanır və zülmətdən işığa hərəkət edir. İstedadlı insan bu nurun sayəsində zülmdən, küfrdən xilas olub ədalət və iman yoluna qədəm qoyur. Ayə və rəvayətlərdən belə görünür ki, "nuri vəch” "Covşən kəbir” duasında min dəfədən artıq təkrarlanmış həqiqət və kamilliklərə işarədir. Bəs nə üçün "nur” kəlməsi tək haldadır? Çünki ali sifətlər və gözəl adlar ilahi zatın özü, eynidir. Elm, hikmət, ədalət, rəhmət və sair sifətlər müqəddəs zatı təşkil edir. "Nur” kəlməsinin "hidayət” mənasında tez-tez işlənməsini nəzərə alaraq bu duanın mənası bəlkə də belədir:
    "Pərvərdigara! Səni bütün mövcudların doğru yol tutmasına səbəb olmuş hidayətinə and verib, Səndən istəyirəm.” Hər halda, "Nur” kəlməsində bütün ilahi mənalar vardır.
    "Ya nuru, ya quddusu, ya əvvələl-əvəlinə və ya axirəl-axirinə”
    ("Ey nur, ey hər eybdən pak, ey əvvəllərin əvvəli və ey axırların axırı”)
    Ey kamilliklərin tamı, ey mütləq zühur, ey aşkar, ey zahir! Ərəfə günü Ərəfat səhrasında "mətləil-fəcr” nurun, xalis bəndən Həzrət Hüseyn (ə) Sənin dərgahına belə ərz etdi: "Başqası üçün elə bir zühur varmı ki, Sənin üçün olmasın və həmin başqası Sənin zühuruna vasitə olsun?! Nə vaxt gizli olmusan ki, varlığına dəlil axtarıla və nə vaxt uzaq olmusan ki, Sənə yaxınlaşmaq üçün vasitələr tapıla?!”(«Mizanul-hikmət», 5-2362.)
    "Pərvərdigara! O zaman ki, özümə gəlib diqqətlə baxıram, görürəm cəlal və camalın varlıq aləmində aşkardır. Müqəddəs vücudunda məxfilik yoxdur ki, əlimə çıraq götürüb dərgahını axtaram. Tutduğum yolun həqiqi olduğuna bir dəlil tapanda görürəm ki, bu dəlilləri də Sən yaratmısan.”
    İnsan puç xəyallardan ayılıb azca düşündükdə anlayır ki, Allah-Taalanın varlığı hər zaman aşkardır və onun varlığına tapılan dəlilləri də özü yaratmışdır. Ey bütün eyblərdən pak, ey bütün vəsflərdən uca, ey nur, ey başlanğıcların başlanğıcı, ey nəhayətlərin nəhayəti! Sən özün əzəli olaraq hər şeyə başlanğıc vermiş və hər şey məhv olduqdan sonra əbədi qalasısan!
    Başlanğıc və son, yaranmışlara aid olan sifətlərdir. Əvvəl və axır, yaranmış üçün qaçılmaz bir həqiqətdir. Başlanğıc odur ki, bir zaman olmayanları Allah var etdi. Axır odur ki, bütün yaranmışlar nə zamansa fəna olasıdır. "Ey əvvəllərin əvvəli və ey axırların axırı”
    "Allahumməğfirliyəz-zunubəl-ləti təhtikul-isəm”
    ("Allahım,bağışla o günahlarımı ki, əzabların qarşısını almış pərdələri aradan qaldırar”)
    Günah nədir? Allahın, peyğəmbərlərin və imamların göstərişlərinə zidd olan hər bir hərəkət, iş, söz günah hesab olunur. Bəzi günahlar o qədər ağırdır ki, günahkar şəxs Allah və peyğəmbərlərlə savaşa qalxmış hesab olunur.(«Ənbiya» surəsi, ayə 87.) Dünyada baş vermiş hər hansı bir günah Qiyamət günü insanın yaxasından yapışmış oda çevriləcək. "Nisa” surəsinin 10-cu ayəsində buyurulur: "Şübhəsiz ki, yetimlərin malını zorla yeyənlər qarınlarına od doldururlar”. Günah Allah-Taalanın süfrəsində duz yeyib, min bir nemətdən istifadə edib, duzqabını sındırmaqdır. Tarix boyu duz-çörəyi itirmək insafsızlıq hesab olunmuşdur.
    Category: Kumeyl duasının şərhi 1 | Views: 1166 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024