İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Kumeyl duasının şərhi 1
    5:40 AM
    Kumeyl duasının şərhi 1
    Varlıq aləmi
    İlahi rəhmətə bürünmüş varlıq aləmini kəmiyyət nöqteyi-nəzərindən təsəvvür etmək mümkün deyil. Amma bu varlıq aləminin kiçik bir hissəsi olan Yer planetini elmin köməyi ilə təsəvvürdə canlandırmaq olur. Bu təsəvvürlər ən kiçik zərrəni belə ağuşuna almış ilahi rəhmətin əzəmətini aydınlaşdırır. Varlıq aləmindəki bütün mövcudlar atom adlı hissəcikdən təşkil olunmuşdur. Ən güclü mikroskoplar belə atomu müşahidə etməkdə acizdir. Təsəvvür edin ki, ən iti iynənin ucunda 55x10(18) atom yerləşir. Əgər iynənin ucunu dağ ölçüsünə gətirə bilsək, hər atom milçək böyüklükdə olar. Atom üç hissədən təşkil olunmuşdur: mənfi yüklü elektron, müsbət yüklü proton və işarəsiz neytron. Protonlar və neytronlar atomun nüvəsini təşkil edir. Elektronlar isə bu nüvə ətrafında Ay Yer ətrafında fırlandığı kimi fırlanırlar. Varlıq aləminin atomlardan hansı üsulla yaranması yalnız Allaha bəllidir. "Kəhf” surəsinin 51-ci ayəsində oxuyuruq:
    "Biz insanı göylərin, yerin və onun özünün yaranışına şahid etmədik.”
    Qurani-Kərimin buyurduqlarından aydın olan və alimlərin uzun-uzadı elmi araşdırmalardan sonra gəldikləri nəticə budur: Fəzada səpələnmiş tüstü və qaz zərrələri yalnız təsadüfən bir-birləri ilə toqquşurlar. "Fussilət” surəsinin 11-ci ayəsində oxuyuruq: «Sonra göylərin yaranışına diqqət etdi. Hansı ki, bir tüstü topası halında idi.»
    Allah-Taala ulduzları yaratmaqla bizə ən yaxın olan səmanı bəzədi. Milyonlarla zərrə bulud topaları tək dövr etməklə mərkəzə doğru cəzb olundu. Bu fırlanma nəticəsində elə bir istilik yarandı ki, zərrə buludları alışıb qaranlığı işıqlandırdı. Nəhayət, milyon-milyon qızmış topalardan ulduzlar yarandı. Beləcə qaranlıq dünya işıqlandı və səma ulduzlarla bəzəndi.
    Geniş bir ərazidə formasız bulud ətrafı eyni sıxlıqla doldurdu. Maddi zərrələr bir-biri ilə birləşdi. Bulud təlatümə gəlmiş qaz dəryasına döndü və fırlanmağa başladı. Hər biri bir iqlim boyda olan dalğalar bir-biri ilə toqquşub bu dəryada gözdən itirdi. Bu coşqun dəryada maddələrin fırlanması təsirindən sanki yivlər yaranırdı. Bu görüntülər asta-asta formalaşıb nizamlı varlığa çevrilirdi. "Süd yolu” kəhkəşanının bir tərəfində Günəş sistemi formalaşırdı. Bu sistem Allahın rəhməti sayəsində nizama düşürdü. Kəhkəşanın bir hissəsində təlatümlü bir tufan qopdu. Tünd qaz cərəyanları hərəkətə gəlib böyük fırfıra şəklində genişlənir, onun ətrafında işıq yaranırdı. Bu fırfıra hərəkət etdikcə qazlar yavaş-yavaş mərkəzə doğru irəliləyir və mərkəzdə əzəmətli bir nur mənbəyi olan Günəş işıqlanırdı. "Nuh” surəsinin 16-cı ayəsində oxuyuruq: "Onların arasında Ayı işıqlandırıb, Günəşi nurlu çıraq etdi.”
    Sonra Günəşin ətrafındakı qaz və toz hissəcikləri bir-birindən ayrılıb burulğanlara çevrildi. Bu burulğanlar Günəş ətrafında müxtəlif yollarla hərəkətə başladılar. Günəşə yaxın hərəkət edən burulğanlarda istilik, Günəşdən uzaq hərəkət edən burulğanlarda soyuq hakim idi. Hər bir burulğanda qaz və toz hissəcikləri əlaqəli hərəkət edirdi. Bəzi qaz hissəciklərindən yaranmış buxar toz hissəciklərinə hopur və rütubətli hissəciklər bir-birinə yapışırdı. Bəzən də bu prosesdə buz və gil parçaları da formalaşırdı. Hər bir burulğanda milyonlarla belə parçalar formalaşmaqdadır. Cazibə qüvvəsi onları bir-birinə doğru çəkir. Onlar bir-birinə yapışaraq nəhəng və fırlanan şarlar şəklinə düşür. Bu nüvələr ətrafındakı parçaları özünə cəzb edərək günü-gündən nəhəngləşir. Nəhayət, Allahın qüdrət və rəhməti sayəsində Yer planeti yaranır.
    Digər burulğanlarda formalaşan planetlər Günəş ətrafında özünə yol seçir. Günəşə ən yaxın planet Ütarid, yəni Merkuridir. Merkuridən sonra Zöhrə (Venera), Yer, Mərrix (Mars), Müştəri (Yupiter), Zühəl (Saturn), Uran və Neptun gəlir. Sonuncusu isə Plutondur.
    Atom nə qədər kiçikdirsə kainat bir o qədər böyükdür. İnsan heç zaman bu ölçünü dərk edə bilməyəcək. Saniyədə 300 min km. sürətə malik olan işıq ən yaxın ulduzdan dörd il müddətində yerə gəlib çatır. Kaliforniyadakı 5m. diametrli güzgüyə malik teleskop işığı yerə 10x10 (8) ilə çatan ulduzları müşahidə edə bilir. Müasir teleskoplarla müşahidə edilən ulduzları yüz illər boyu saysaq da qurtara bilmərik. Kəhkəşan o qədər əzəmətlidir ki, uzunluğu yüz min işıq ilini ötür. Ən güclü teleskopların görmə məkanında yüz əlli milyondan çox kəhkəşan mövcuddur. İki qonşu kəhkəşan arasındakı məsafə iki milyon işıq ilidir. İndi özünüz fikirləşin ki, teleskopun görmə məkanından kənarda nələr mövcuddur! Həzrət Əli (ə) buyurur: "Yaranış Allahın rəhməti əhatəsindədir. Elə bir rəhmət ki, yaranış və inkişaf, xeyir vermə və şərrin dəfi, formalaşma və nizam mayasıdır.”
    Cahanın ən şərəfli qonağı
    Varlıq evinin bu sayaq bəzənib nizama salınması, müxtəlif nemətlərdən ibarət kamil bir süfrənin açılması şərəfli bir qonağın gəlişini zəruri edir. Bu qonaq nemətlərdən faydalanıb enerji əldə etməklə ilahi kitablara, peyğəmbərlər və imamların göstərişlərinə uyğun bəndəlik yolu seçməlidir. Dünya həyatını başa vurduqdan sonra bu möhtərəm qonaq ölüm dalanından keçib başqa bir dünyada əməllərinin əvəzini almalıdır. Öz bəndəlik vəzifələrini layiqincə yerinə yetirənlər ilahi rəhmət sayəsində Behiştdə sakin olasıdır.
    İnsanın formalaşma mərhələləri
    Qurani-Məcid insanın bətndəki "cənin” (döl) həyatını müxtəlif mərhələlərə bölür: "Allah-Taala sizi müxtəlif mərhələlərdə yaratdı.”(«Hədid» surəsi, ayə 21.)
    1. İlk mərhələ: torpaq.
    "Muminun” surəsinin 12-ci ayəsində oxuyuruq: "Biz insanı torpaq ünsürlərindən yaratdıq.” İnsan nütfəsi müxtəlif qidalardan, bitki, ət və süddən yaranır. Demək, sonradan insan şəklinə düşən nütfə torpaqdan hasil olur. Müasir elmi nailiyyətlərdən məlum olur ki, torpaq və insan eyni ünsürlərdən təşkil olunmuşdur. Həm torpağın tərkibində həm də insan orqanizmində dəmir, mis, kalsium, yod və s. elementlər mövcuddur.
    2. İkinci mərhələ: su.
    "Furqan” surəsinin 54-cü ayəsində buyurulur: "Bəşəri sudan yaradan Odur.” Bioloqlar insanı su tərkibli dəniz bitkisinə oxşadırlar, 70 kq. çəkiyə malik insan orqanizmində 50 l. su vardır. Bu nisbət, demək olar ki, sabitdir. Bədəndəki suyun 20 %-ni itirmiş insanın sağlamlığını bərpa etmək imkansızdır. Orqanizmdə hüceyrələrin suyu duzsuzdur. Amma hüceyrələrdən kənarda kalsium olmadığından suyun böyük hissəsini duzlar təşkil edir. Bu su dəniz suyuna oxşayır. Bir vaxt dəniz həyatını tərk edib quruya çıxan heyvanlar sanki dəniz suyunun bir hissəsini özləri ilə gətirmişlər.
    3. Üçüncü mərhələ: ələq.
    "Ələq” surəsinin 2-ci ayəsində oxuyuruq: "Allah-Taala insanı ələqdən yaratdı.” "Ələq” kəlməsinin lüğət mənası "soxulcan, zəli” deməkdir. Lakin ələq mikroskop altında müşahidə edilən nütfədəki "soxulcanlardır”. Ələq bətnə daxil olduqdan sonra onun divarlarına yapışır. Spermanın ölçüsü 4 sm²-dır. Onun hər santimetrində 100-200 milyon ələq hərəkətdədir. Bu ələqlər dişi hüceyrəyə doğru hərəkət edirlər.
    Gənc anada 300x10(6) yetişməmiş yumurta mövcuddur ki, onlardan yalnız dörd yüzə qədəri yetişir.
    4. Dördüncü mərhələ: dəyərsiz sudan yaranış.
    "Səcdə” surəsinin 8-ci ayəsində buyurulur: "Sonra bəşər nəslini nütfədən – bir qətrə zəif, dəyərsiz sudan əmələ gətirdi.” Ələq, yəni sperma bətnə düşdükdən sonra toqquşma baş verir. Bu toqquşmada 200 milyon spermatozoid iştirak edir. Bu spermatozoidlər 15 km/saat sürətlə yumurtalara doğru hərəkət edirlər. Qəfildən minlərlə ələq toxumları əhatə edir. Ələq yumurtaya çatanadək bu proses davam edir. Toxumlardan ayrılan maye yumurtanı artıq ələqlərdən qoruyur. Beləcə 200 milyon spermatozoiddən yalnız biri insanın yaranışı üçün kifayət edir.Əgər iki ələq toxuma çata bilərsə bətndə iki insanın bünövrəsi qoyulur.
    5. Beşinci mərhələ: yumurta hüceyrəsi.
    "İnsan” surəsinin 2-ci ayəsində buyurulur: "Biz insanı qarışıq nütfədən yaratdıq.” İnsanın yaranması üçün ələqə qovuşmuş toxum bətnə düşməlidir. Ağ rəngdə olan toxumcuq spermatozoiddən 250 min dəfə böyükdür. Bu zaman yaranmış yeni hüceyrə "əmşac” adlandırılmışdır. Əgər müxalif hüceyrələr əmşac şəklində qarışmazsa, yaranış davam edə bilməz. Hamiləliyin ilkin dövründə əmşac parçalanmağa başlayır və heceyrə dəstələri yaranır.
    6. Altıncı mərhələ: cəninin (dölün) formalaşması.
    "Həşr” surəsinin 24-cü ayəsində buyurulur: "O, yaradan, yoxdan var edən və surət verən Allahdır. "Hüceyrələr təkmilləşdikdən sonra bətndə dölün, yəni insan mayasının inkişafı başlayır. Hüceyrələr əvvəlcə Allahın qüdrəti və rəhməti sayəsində ayrı-ayrılıqda inkişaf edirlər. Beyin, göz, qulaq və s. üzvlərin yaranışı müxtəlif hüceyrə qruplaşmalarında gedir. Dölün sol tərəfindəki kiçik şar onu qidalandırır. Qanda üzən bu şar qandan aldığı qida, su və havanı göbək vasitəsi ilə insana çatdırır.
    7. Yeddinci mərhələ: dölün üç pərdəyə bükülməsi.
    "Zumər” surəsinin 6-cı ayəsində oxuyuruq: "O sizi analarınızın bətnində üç zülmət içində yaranışdan yaranışa salaraq yaradır.” Bəli, bətndəki döl üç pərdə ilə əhatə olunmuşdur. Körpəni əhatə edən ilk pərdənin fəzası zülalla doludur və bu pərdə onu kənar zərbələrdən qoruyur. İkinci pərdənin də vəzifəsi körpəni digər təsirlərdən qorumaqdır. Üçüncü pərdə körpənin qarın hissəsini bürüyür və onun qidalanmasına kömək edir.
    8. Səkkizinci mərhələ: ruhun üfürülməsi.
    "Muminun” surəsinin 14- cü ayəsində oxuyuruq: "Sonra nütfəni laxtalanmış qana çevirdik, daha sonra laxtalanmış qanı bir parça ət etdik, bu əti sümüklərə döndərib yenə də ətlə bürüdük. Nəhayət, onu yeni bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah necə də uca və uludur.” Əlbəttə ki, bu yaranışda bir çox həqiqətlər gizlidir. Xüsusilə bətndəki körpəyə ruhun üfürülməsi olduqca əsrarəngizdir. Allah-Taala öz rəhmət və iradəsi ilə cansız bir varlığa can verir. Vücuduna ruh üfürülmüş döl barmağını ağzına aparır, bu vərdiş anadan olandan sonra ananın döşünü əmməkdə ona yardımçı olur.
    9. Doqquzuncu mərhələ: doğuş.
    "Nəhl” surəsinin 78- ci ayəsində buyurulur: "Allah sizi analarınızın bətnindən çıxardı.” Körpənin doğulması prosesi yaranışda ən maraqlı hadisələrdəndir. Doqquz ay sakit və qaranlıq ana bətnində qalmış döl Allahın iradəsi ilə yeni bir dünyaya qədəm qoyur. O, bu yeni dünyaya alışmaq istedadına malikdir. 37° istiliyə malik ana bətnini tərk etmiş körpə gəldiyi dünyanın fərqli temperaturuna asanlıqla vərdiş edir. Uzun müddət qaranlıqda qalmış bu kiçik gözlərin işığa dözümü çox təəccüblüdür. Rütubətdən quru mühitə çıxmış körpə az əvvəl göbəyindən qidalandığı halda doğulduğu andan ağzı ilə qidalanmağa başlayır. Bütün bu incə gedişlər yalnız Allahın hər şeyi bürümüş geniş rəhməti sayəsində mümkün olur. Bu rəhməti anlayan insan astadan pıçıldayır: "Allahummə inni əsəlukə birəhmətikəl-ləti vəsiət kullə şəy”.
    İlahi rəhmətin əsrarəngiz cilvəsi
    Qəlb aynamızdan qəflət hicabını qaldıra biləcək maraqlı məsələyə - İlahi rəhmətin bir təcəllisinə nəzər yetirək:
    İnsanın beyin mexanizmi elmi nöqteyi-nəzərdən ən maraqlı bir mexanizmdir. Bu mexanizmin gördüyü işi ən böyük zavodlar belə yerinə yetirmək iqtidarında deyil.
    Beyinin funksiyalarından biri müxtəlif hadisələri qeydə alıb yaddaşa köçürməkdir. Yaddaş qurğusu beyində çox kiçik yer tutur. İnsanın əlli illik xatirəsini dərc etmək üçün 160 milyon nüsxə böyük formatlı iyirmi səhifəlik qəzet lazımdır. Beyin isə uyğun məlumatları analoqsuz mikromaqnitofon kimi qoruyur və bu işdə orqanizmin ümumi enerjisindən istifadə edir. Bəli, eyni işi görmək üçün nəhəng zavodlara və çox böyük miqdarda enerjiyə ehtiyac vardır.
    Uşağın ana döşündən süd əmməsi üçün onun beynindən dodaqlarına siqnal gəlir və o heç bir çətinlik çəkmədən qidalanmağa başlayır. Ananın orqanizmində isə qandan süd yaradan avtomatik bir zavod işləyir. Bu zavodda gedən texnoloji proseslər, hələ ki, elmi izahını tapmışdır. Zavodun hasil etdiyi məhsul ananın döş xəzinələrində toplanır. Döş giləsi körpənin ağzı ilə mütənasib ölçüdə olur. Bu gilədəki mikro-dəliklər yalnız uşaq əmdiyi zaman açılır. Uşaq ana bətnində formalaşdığı zamandan ana orqanizmində süd istehsalına başlanır. Belə ki, uşaq doğulan kimi misilsiz qidasını hazır görür. Uşaq böyüdükcə südün də keyfiyyətində dəyişikliklər baş verir.
    Yuxarıda sadalanan gerçəkliklər Allahın hər şeyi bürümüş rəhmətinin əsrarəngiz nümunələrindəndir. Bu gerçəklikləri dərindən düşünən insan hökmən təşəkkür üçün Allah dərgahına üz tutmalı və yeni-yeni feyzlər əldə etmək üçün deməlidir: «Allahummə inni əsəlukə birəhmətikəl-ləti vəsiət kullə şəy.»
    Tənəffüs orqanları
    Ağ ciyər bir orta həyat dövründə təqribən 500 milyon dəfə nəfəs alıb-verilməsini təmin edir. Tənəffüs sistemində yüz minlərlə vəzi yapışqanlı maye ixrac etməklə məşğuldur. Bu vəzilər müxtəlif zərrə və tozların orqanizmə daxil olmasının qarşısını alır. Əgər bu maye olmasaydı, həmin zərrələr qısa bir müddətdə nəfəs borularını tutardı. Tənəffüs borularındakı mikro-tükcüklər daxil olan havanı müxtəlif zərrələrdən təmizləyir. Bu tükcüklər bir saniyə ərzində on iki dəfə artıq zərrələri təmizləyib həzm sisteminə göndərir.
    Bəli, tənəffüs sistemi çox kiçik olmasına baxmayaraq, olduqca böyük işlər görür. Bu orqanın fəaliyyətində Allahın rəhməti açıq-aşkar nəzərə çarpır.
    Dəri
    İnsan dərisində orqanizmin tənəffüs prosesində iştirak edən mikro-dəliklər mövcuddur. Bu dəliklərin tutulması ölümlə nəticələnə bilər.
    Dəridə tər ifraz edən vəzilər mövcuddur. Bu vəzilər təri ifraz etməklə bədənin temperaturunu həmişə sabit saxlayır.
    Dəridə mövcud olan yağ vəziləri tükləri və dərini yumşaq saxlamaqda xüsusi rol oynayır.
    Dəri bədəni zərərli xarici təsirlərdən müdafiə edir, mikrob hücumlarının qarşısını alır.
    Bədəndə yaranmış zəhərli maddələr məhz dəri vasitəsilə tər şəklində xaric edilir.
    Bədəndə insan həyatı üçün zəruri olan bir çox mayelər məhz dəri vasitəsi ilə qorunur.
    İsti-soyuğu, mexaniki təsirləri hiss edən üzvlər dəridə yerləşir.
    Ey çətin dərdlərin dəvasın qılan,
    Ey uzun yolları mənzilə salan,
    Xidmətində qul tək dayanmışam mən,
    Yerinə yetəcək hər an nə desən.
    Vücudum önündə səcdəyə düşmüş,
    Könlüm mələklərlə göydə görüşmüş.
    Nə bəla göndərsən qəbuldur yenə
    Təki qovmayasan özündən genə.
    Eşqinlə dövr edir damarda qanım,
    Döyünməz ürəyim sussa imanım.
    İnan, xəyalındır yaşadan məni,
    Sənsiz zəhər dadır ömrün hər dəmi.
    Başsız bir bədəndir varlığım Sənsiz,
    Sərsəm bir yolçuyam doğma vətənsiz.
    Əlbət ki, bir zaman şirin vüsalın
    Dəyişər ömrümün ruhun, camalın.
    Nə dünya istərəm, nə də can, ey Yar!
    Dünyam da, canım da eşq vardırsa, var!
    Bədənin müdafiə sistemi
    Allah-Taala insanı yaradarkən onun cismini qorumaq üçün beş müdafiə xətti qərar verdi:
    1. Dəri insanın bədənini qala tək əhatə etmişdir.
    2. Limfa vəzləri dərinin altında yerləşir və orqanizm üçün ikinci istehkam rolunu oynayır. İlk müdafiə xətti olan dərini keçən təsir limfa qatında müqavimətlə rastlaşır.
    3. Selikli qişa pərdəsi orqanizmin bəzi üzvlərini əhatə edir və həmin üzvlə eyni rəngdə olur. Məsələn, ürəyin iki selikli qişa pərdəsi var. Bu pərdələrdən biri ürəyi kənardan, digəri isə daxildən əhatə edir.
    4. Mədə turşusu bütün müdafiə xətlərini keçib mədəyə daxil olmuş mikrobu məhv edir.
    5. Ağ qan kürəcikləri qana daxil olmuş mikroblarla mübarizə aparır və onları zərərsizləşdirir.
    Bəli, bütün bu incəliklər, insanın kənar təsirlərdən həssaslıqla qorunması təsadüf deyil, "hər şeyi bürümüş rəhmətin” nümunəsidir.
    Bitkilər və onların faydaları
    Saysız-hesabsız bitkilər, bitki orqanizmlərindəki vitaminlər insan həyatının davamında müstəsna rol oynayır. Nəbatat aləminin əsl dəyəri yalnız Allaha məlumdur. Bitkilər də başqa mövcudlar kimi "kulli şəy”ə , yəni duada zikr olunan "hər şeyə” aiddir. Demək, nəbatat da ilahi rəhmətə bürünmüşdür.
    Havanın tərkibində olan oksigen bütün canlı orqanizmlərin hərarətini qoruyan əsas amildir. Nəfəs alınan zaman oksigen ciyərə daxil olub qana qatılır. Qan tənzimləyən sistem bu oksigeni orqanizmin bütün nöqtələrinə çatdırır. Oksigen müxtəlif hüceyrələrdəki qidanı alışdıraraq həyat üçün zəruri olan enerjini istehsal edir. Bu prosesdə yaranan zəhərli karbon qazı qan vasitəsi ilə ağ ciyərə qaytarılır və tənəffüs yolu ilə havaya xaric olur.
    Burada belə bir sual yaranır: bütün canlı orqanizmlər oksigeni qəbul edib karbon buraxmaqla məşğuldurlarsa, nə üçün atmosferdəki oksigen tükənmir – hər bir insan sutka ərzində tənəffüs vasitəsilə 250q. xalis karbon xaric edir. Təsəvvür edin ki, altı milyard insan və bir o qədər də heyvan fasiləsiz olaraq havanı karbon qazı ilə zəhərləyir. Bəs bu zəhərli qazlar hara gedir?
    Allah-Taala öz rəhməti sayəsində bu müşkülü asanlıqla həll etmişdir. O, insanın tənəffüs prosesinin tam ziddinə olan tənəffüsə malik nəbatat aləmini yaratmışdır. Bu aləm insan nəslinin əksinə olaraq tənəffüs zamanı karbonu qəbul edib, havaya oksigen qaytarır. Nəticədə havanın tərkibindəki oksigen-karbon nisbəti nizamlanır.
    Bitkilər yarpaq vasitəsilə havadan karbonu qəbul edir. Bitki orqanizminin mühüm bir hissəsini karbon tutur. Bəli, ilahi rəhmət hər bir bitki yarpağını belə əhatə etmişdir. Bitkinin gövdəsi, budaqları, yarpaqları, qönçələri, çiçəkləri ilahi rəhmət ağuşundadır. Bunu görməyən kəs kor, bunu düşünməyən kəs cahildir. İnsan Allahın ona verdiyi əql vasitəsilə ətrafdakı bütün nemətlərdən öz ehtiyaclarını ödəmək üçün istifadə edir.
    Bəsirət gözünü açıb nəzər sal,
    Görünməyəni gör, eşq ilə kam al.
    Döyünsə ürəyin eşq ilə bir an
    Görərsən ki, dünya tamam gülüstan.
    Aldanma çəp gözə yalanı çoxdur,
    Həqiqi bildiyi çox şey nahaqdır.
    Könül sevəsidir gözün gördüyün,
    Göz də görəsidir könül dərdiyin.
    Həqiqət gözündə miskinlər xaqan,
    Xaqanlar qarınçün otlayan heyvan.
    Gədalıq çarıqsız qalmaqla deyil,
    Qəlbi boş insanlar gədadır əsil.
    Torpaq altda qalmış fədailər var,
    Qiyamət günündə məşhurdur onlar.
    İşdir, nəzər salsan hər zərrədə sən
    İbrətlər, mənalar, hikmət görərsən.
    Zahirdə nə varsa rəngə bürünmüş,
    Daxilinə baxsan ayələr enmiş.
    Bəsirət gözüylə gördüyün nə var
    Bir Allah haqqında sənə danışar.
    Əlbət ki, rənglərə uyan hər insan
    Sorğu səhnəsində olar peşiman.
    Amma eşq odunda işıqlananlar
    Görərlər bu canda nə səhnələr var.
    Xaliqin varlığın dərk eləyən kəs
    Ötəri dünyaya göstərməz həvəs.
    Eşit bu qulağın eşitmədiyin,
    İç gözünlə seyr et rəhmət ətəyin.
    Haqqa gedən yollar könüldən keçir,
    Eşq odunu yandır, bax göz nə seçir.
    O birdir, qeyrisi fənaya məhkum,
    Hər nə var uçası, olmasa Qəyyum.
    Category: Kumeyl duasının şərhi 1 | Views: 1225 | Added by: Islam_Kitabxanasi | Rating: 4.7/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024