İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Kumeyl duasının şərhi 1
    5:41 AM
    Kumeyl duasının şərhi 1
    Naşirdən
    Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə əlaqə vasitəsi sayılır. Böyük ariflər duanı möminin əməldə tövhidə olan bağlılığı kimi tanıtmışlar. Ona görə də peyğəmbərlər və Əhli-beyt (ə) duaya çox əhəmiyyət vermişlər.
    Əhli-beytdən nəql olunmuş dualar arasında "Kumeyl” duası öz ali və irfani xüsusiyyətlərinə görə müstəsna yer tutur. Rəvayətlərə görə "Kumeyl” duası həzrət Xızr (ə) kimi peyğəmbər və həzrət Əli (ə) kimi məsum imamın biliyindən qaynaqlanır. "Kumeyl” duasını ilahi, irfani və insani məsələləri açıqlayan əhatəli bir məktəb kimi qəbul edə bilərik. Bu duadakı incə həqiqətləri dərk etmək üçün onun hər cümləsinin şərhinə ehtiyac vardır. Böyük alim, professor Hüseyn Ənsariyan lap uşaq yaşlarından "Kumeyl” duasına bağlı bir insan olmuşdur. Bu dəyərli insan xalqın bu misilsiz xəzinədən faydalanması üçün əlindən gələni etmişdir. "Kumeyl” duasına ruhən bağlı olan müəllifin yazdığı şərh Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanır.
    Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır.
    Ön söz
    Mən hələ on bir yaşım olan zaman atamla birlikdə mübarək Ramazan ayının gecələrində dini mərasimlərdə iştirak edərdim. Bu məclislərdə böyük alim, mərhum Seyyid Muhəmməd Məhdi Laləzari, insanları həqiqətə çağırıb şirin söhbətlər edərdi. Cümə axşamları isə ilahi avaz, yanar qəlb, ağlar gözlə "Kumeyl” duasını oxuyardı. Duada iştirak edən bütün insanlar bu böyük şəxsiyyətin oxuduğu duanın sehrinə düşərdi. Mən də başqaları kimi onun aşiqanə halda oxuduğu əzəmətli duanın təsiri altında olardım. Bu dua ariflərin mövlası, aşiqlərin imamının qəlbindən qopmuş, insanları tövbəyə, paklanmağa sövq edən ilahi bir çağırış idi.
    «Kumeyl» duasını ilk dəfə eşitdiyim vaxtdan üç gün sonra Allahın yardımı ilə onu əzbərləmiş, cümə axşamları ailə üzvləri, ya da dostlarla birlikdə bu duanı oxuyardım.
    Qum elmi mərkəzinə gəldikdən sonra, dini təbliğ etməyə vəzifəli olduğum vaxtdan başlayaraq cümə axşamları məclislərimi "Kumeyl” duasına həsr etməyi qərara aldım. Çox çəkmədi ki, mənim dua məclisim bütün İranda, hətta ölkə xaricində çox məşhurlaşdı. Belə ki, duada iştirak edənlərin sayı təsəvvürə gəlməyən səviyyədə artdı. Bir çox insanlar öz dərdlərinin çarəsini bu məclisdə tapmışlar.
    Həzrət Əli (ə)-ın mövlud günlərinin birində alim dostlarımdan biri məsləhət gördü ki, "Kumeyl” duasına şərh yazım ki, möminlər bu şərhdən istifadə etməklə dua ilə daha dərindən tanış olub, onun yardımından faydalansınlar. Allahın yardımı ilə bu şərh yazıldı.
    Bu kitabın ərsəyə gəlməsində zəhməti olan bütün dostlara təşəkkür edirəm.
    Müəllif.
    Duaya bir baxış
    Dua ehtiyacsız Allaha ehtiyacın bildirilməsidir. Dua mütləq varlıq olan Allah qarşısında miskinliyin, fəqirliyin bəyanıdır. Dua vəfasız gədanın vəfalı Xaliqdən, zəif varlığın qadir varlıqdan istəyindən ibarətdir. Dua zəif və çarəsiz bəndənin mehriban, həkim, eşidən Yaradandan kömək diləməsidir. Dua pak, iqtidarlı, bağışlayan, dost, yeganə məbudun hüzurunda təvazö, xuşu, itaətkarlığın izharıdır. Dua Allahın məhbubu, yol əhlinin məşuqu, ariflərin gözünün nuru, vurğunların yalvarışı, zülmətə düşənlərin çırağı, imkansızların sığınacağı, ehtiyaclıların qəlbinin nurudur.
    Quranda dua
    Sonsuz feyz mənbəyi, sahilsiz kəramət okeanı, həqiqət fəzasının yaradıcısı, elm və hikmət süfrəsini açan Cənab Haqq Qurani-Məciddə buyurur: "Ey peyğəmbər, xalqa de ki, əgər dua etməsələr, Allah onlara etina göstərməz.”(«Nəhcül-bəlağə».)
    Dua Allahın diqqət və rəhmətini insana yönəldən bir vasitədir. Bu rəhmət vasitəsi ilə insan bəlalardan uzaqlaşır, səadətə nail olur. Sevənlərin məhbubu, zikr edənlərin üz tutduğu, şükür edənlərin həmsöhbəti, möminlərin sığınacağı olan Rəbbimiz belə buyurur: "Əgər bəndələrim Mənim haqqımda soruşsalar, (cavabı budur ki,) Mən həqiqətən yaxınam, dua edən Məni çağıran zaman onu qəbul edərəm.” («Biharul-ənvar», 72-ci cild, səh-119.)
    Bəli, insana Allahdan daha yaxın olan başqa bir varlıq yoxdur. Məhz bu yaxınlıq insanı vücuda gətirmiş, onu ana bətnində tərbiyə etmiş, dünya həyatına gətirmiş, bu qonaq üçün maddi və mənəvi nemətlərdən süfrə açmış, xoşbəxtlik yolunu insana göstərmək üçün peyğəmbərlər göndərmiş, Quran və məsum imamlar kimi misilsiz nemətlər qərar vermiş, susuzluğunu saf sularla yatırmış, aclığını dadlı yeməklərlə doyurmuşdur. Məhz bu yaxın varlıq xəstəliklərə şəfa vermiş, ailə-övlad və dost-tanış vasitəsi ilə insanı tənhalıqdan qurtarmış, ayıbları libaslarla örtmüş, qəlblərdə Öz məhəbbətini icad etmiş, müşkülləri aradan qaldırmış, sağlamlığa davam vermişdir. Axı insanın dəyərini Allahdan başqa kim ucalda bilər? İnsanın halından, ehtiyaclarından, arzu və istəklərindən Allah qədər xəbərdar olacaq ikinci bir varlıq varmı?
    Bəli, insana hamıdan yaxın olan Odur. "Qaf” surəsinin 16-cı ayəsində buyurulur: "Doğrudan da, insanı biz yaratmış və nəfsinin ona nələr vəsvəsə etdiyini də bilirik. Biz ona boyun damarından da yaxınıq.”
    Əql və bəsirətcə hamıdan üstün, qəlbləri bütün qəlblərdən nurani, qeyb aləminə hamıdan daha agah olan, həqiqəti olduğu kimi dərk edən peyğəmbərlər də bütün vücudları ilə duaya bağlı olmuşlar. Onların nə gecəsi, nə də gündüzü duasız ötüşə bilməz. Onlar duanı təkamül mayası, daxili çirkinlikdən təmizlənmə amili, müşküllərin həlli üçün səbəb bilmişlər. Bu ilahi şəxsiyyətlər əmin idilər ki, ilahi dərgaha əl açmış heç bir insan əliboş dönəsi deyil. Allah-Taalaya təvazökarlıqla dua edən bu insanlarda dualarının qəbul olunmasına zərrəcə şübhə yox idi. Bu həqiqət həzrət İbrahim (ə)-ın dilindən gözəl şəkildə bəyan olunur: "Həmd olsun Allaha ki, qoca vaxtımda mənə İsmail və İshaqı əta etdi. Həqiqətən, mənim Rəbbim duaları eşidəndir.” («Biharul-ənvar», 72-ci cild, səh-123.)
    Bəli, məhz duanın gücü hesabına Həzrət Zəkəriyya və arvadı - yaşlarının ötməsinə baxmayaraq - Yəhya kimi övladla müjdələndilər ("Məryəm”, 5-9). Həzrət İsa (ə) yaxınlarının arzusu ilə səmadan bir süfrə açılmasını istədi və Allah onun duasını qəbul etdi ("Maidə”, 112-115).
    Allah-Taala bəndələrinə bütün hallarda dua etməyi tapşırır. Tapşırır ki, əllərimizi açıb təvazö və sınıq qəlblə ehtiyaclarımızı Ondan istəyək və dualarımızın qəbul olunacağına ümidvar olaq. Qəti şəkildə bildirmişdir ki, təkəbbür göstərib duaya arxa çevirənlər zəlil görkəmdə Cəhənnəmə gətiriləcəklər. "Ğafir” surəsinin 60-cı ayəsində buyurulur:
    "Məni çağırın, sizə cavab verim (duanızı qəbul edim). Həqiqətən, Mənə ibadət etməkdən boyun qaçıranlar tezliklə zəlil halda Cəhənnəmə daxil olacaqlar.”
    Rəvayətlərdə dua
    Allah-Taalanın bütün mövcudlara olan ehsanı geniş, rəhmət süfrəsi tükənməz, lütf və mehribanlığı davamlıdır. Onun dərgahı ümidsizlik dərgahı deyildir. Səxavət və bəxşişi daimi, əta əli açıqdır. O daim bəndələrinin duasının intizarındadır.
    Həzrət Davud (ə)-a buyurulur:
    "Yer əhlinə de ki, dostluğa layiq olduğum halda nə üçün Mənimlə dostluq etmirlər? Mənimlə olan şəxs paxıllıqdan, cəhalətdən, çarəsizlikdən uzaqdır. Mənim sifətim, sözüm dəyişməz. Rəhmətim genişdir. Fəzl və kərəmimdən dönmərəm. Əvvəldən rəhməti əsas götürüb, məhəbbət udunun budağını yandırmışam. Məni dost biləni dost bilir, gizlində Məni xatırlayanlara yaxın oluram, Məni yada salanların munisiyəm. Davud! Məni axtaran tapar, Məni tapan əldən verməməlidir. Davud, nemət bizdən olduğu halda bunu başqalarından görürlər. Sığınacaqları olduğumuz halda başqalarına tərəf qaçarlar. Qaçsalar da bir gün geri qayıdacaqlar!”
    Dini kitablarda belə gözəl mətnlər çoxdur. Quran ayələrindən qaynaqlanan bu əhvalatlar çox xoş xəbərlərdir. Bu söhbətlər insanda Allahın ehsanına ümid doğurur. İnsan inanır ki, öz istəklərinə dua vasitəsi ilə çata bilər. İslam Peyğəmbəri (s) buyurur: "Həqiqətən, dua ibadətdir;” "Dua ibadətin məğzidir.”(«Biharul-ənvar», 74-ci cild, səh-181.)
    İmam Baqir (ə) buyurur: "Ən üstün ibadət duadır”; "Allah yanında duadan, Onun fəzlindən istəməkdən də üstün olan bir şey yoxdur. Və Onun yanında təkəbbürlük üzündən dua etməyib, ilahi feyzləri diləməyən kəsdən daha mənfur bir kəs yoxdur.”(«Kafi», 2-ci cild, səh-121.)
    Həzrət Əli (ə) buyurur: " Bütün yer üzündə Allaha yönəlmiş ən sevimli iş duadır.”(«Ali-İmran» surəsi, ayə 189.) "Dua qələbənin açarı, feyz xəzinəsidir. Ən üstün dua pak qəlbdən qopan duadır. Dua qurtuluş vasitəsi, ixlas yoludur. Dözümsüzlük şiddətlənəndə pənah yalnız Allah dərgahınadər.”(«Maidə» surəsi, ayə 18.)
    İmam Sadiq (ə) buyurur: "Bəla gələn vaxt hökmən Allah dərgahına dua və yalvarışla üz tutun”; "Dua et, çünki dua hər bir dərdin dərmanıdır.”(«Hədid» surəsi, ayə 2.)
    Cəm halda olan dua
    Əgər insanlar cəm şəkildə dua edib, Allah hüzurunda əl açaraq, göz yaşı axıdarlarsa, belə biri duanın qəbul olunmasına ümid çoxdur. Çünki bu cəm içində bəlkə bir nəfər qəlbisınıq, məzlum, çarəsiz, aşiq və ya arif bir insan ola bilsin. Bu bir nəfərin saf qəlblə etdiyi dua bütün duaların qəbul olunmasına səbəb ola bilər. Bəli, ayə və rəvayətlərdən belə görünür ki, mehriban Allah bir xalis bəndəsinin xatirinə bu bəndə ilə bir cərgədə durmuş bütöv bir cəmiyyəti bağışlayır. İmam Sadiq (ə) buyurur: " Əgər dörd nəfər birlikdə vahid bir işin düzəlməsi üçün dua edərlərsə onlar bir-birindən ayrılmış dua qəbul olar.”(«Fəth» surəsi, ayə 14.)
    Həzrət Peyğəmbər (s) buyurur: " Əgər qırx nəfər birlikdə vahid bir işin düzəlməsi üçün dua edərlərsə Allah bu duanı qəbul edər. Əgər bu dua bir dağın ziddinə belə olarsa, Allah bu dağı aradan götürər.”(«Ənisül-ləyl», səh-196.)
    Rəbbani alim İbn Fəhəd Hilli "Uddətud - dai” kitabında belə nəql edir: "Allah-Taala Həzrət İsaya belə vəhy etdi: «Ey İsa, möminlərə qoşul və onlara əmr et ki, səninlə birlikdə dərgahıma dua etsinlər»; İmam Sadiq (ə) buyurur: "Atam daim belə edərdi: bir iş onu qəmləndirəndə arvad-uşağı bir yerə toplayıb dua edər, onlar isə "Amin” deyərdilər.”(«Ali-İmran» surəsi, ayə 172.)
    Ümidsizlik kafirlik əlamətidir
    Dua edən insan Allah tərəfindən duaya dəvət olunduğunu və Allahın bu duanı qəbul edəcəyinə vəd verdiyini unutmamalıdır. Bütün varlıq aləminə hakim olan Allah üçün hər hansı duanı yerinə yetirmək heç bir çətinlik törətmir. İstər asan, istərsə də çətin bir iş Allahın yalnız bir əmri ilə həyata keçir. Bu səbəbdən də sonsuz qüdrət, bəsirət, kərəm, lütf, rəhmət sahibi olan Allaha dua edərkən ümidsizliyə heç bir əsas yoxdur.
    Qurani-Məcidin buyurduğu kimi, ümidsizlik kafirlərə məxsus sifətdir. "Yusif” surəsinin 87- ci ayəsində buyurulur:
    "Allahın rəhmətindən ümidinizi kəsməyin. Çünki yalnız kafirlər ilahi rəhmətdən ümidsiz qala bilərlər.” Ayələrdə təkrar-təkrar tapşırılır ki, Allahın rəhmətindən məyus olmayın.(«Qəsəs» surəsi, ayə 54.)
    Allahın Rəsulu (s) buyurur: "Allaha ümidini itirməmiş günahkar ümidini itirmiş abiddən ilahi rəhmətə daha yaxındır.”(«Təfsire-Muin», səh-299.)
    İmam Sadiq (ə) buyurur: "Allaha ümidsizliyin soyuğu şiddətli şaxtadan da sərtdir.”(«Ğürərul-hikəm», səh-281.)
    İslam dinində Allahın rəhmətindən ümidsizlik böyük günahlardan sayılır və belə bir günah müqabilində cəhənnəm əzabı vəd edilir. Duanın dərhal qəbul olmaması insanı məyus etməməlidir. Çünki insan üçün nəyin daha xeyirli olduğunu yalnız Allah bilir. Allah-Taala dua edən kəsin axirət məqamını yüksəltmək üçün onun istəyinin qəbulunu yubada da bilər. Ümidsizlik nə ağıl, nə şəriət, nə əxlaq, nə də insanlıq baxımından qəbul edilə bilməz. Həqiqi mömin heç bir vəchlə Allahdan ümidini üzmür.
    Dua və onun qəbulu haqqında mötəbər mənbələrdə çoxlu rəvayətlər mövcuddur. Əba Əbdillah (ə) buyurmuşdur : "Bəndə dua edər, sonra Allah iki mələyə buyurar: "Mən onun duasını qəbul etdim. Amma hələlik istəyinin yerinə yetirilməsini yubadın ki, duasına davam etsin. Çünki onun səsini eşitmək xoşdur.” Amma elə bəndə də var ki, o dua etdikdə Allah buyurar: "Onun istəyini tez yerinə yetirin. Çünki o, nifrət doğurur.”
    Mənsur Səyqəl İmam Sadiq (ə)-dan soruşur ki, bəzən dualar qəbul olur, bəzən isə bir müddət təxirə düşür. Görəsən, bu təxirdən məqsəd duanı davamlı etməkdirmi? İmam buyurur ki: -”Bəli”.(«Ğürərul-hikəm», səh-394.)
    Duanın şərtləri
    Etdiyi duanın qəbul olmasını istəyən şəxs duanın şərtlərinə əməl etməlidir. Əhli-beytin (ə) bu mövzuda buyurduqları "Üsuli-kafi”, "Məhəccətül-bəyza”, "Vəsailüş-şiə” və digər mötəbər mənbələrdə nəql olunmuşdur. Duanın aşağıdakı şərtləri vardır:
    -Şəri təharət (dəstəmaz, qüsl, təyəmmüm);
    -Həqqun-nas, yəni xalqın haqqını ödəməkdə paklıq;
    -İxlas, yəni səmimiyyət və xalislik;
    -Duanın mətnini düzgün oxumaq;
    -Halal qazanc;
    -Sileyi- rəhm, yəni yaxın adamları yoxlamaq;
    -Duadan qabaq sədəqə vermək;
    -Allaha müti olmaq;
    -Günahdan çəkinmək;
    -Əməllərin islahı;
    -Səhər vaxtı dua etmək;
    -«Vətr» namazında dua;
    -Fəcr, yəni sübh ağaran zaman dua;
    -Günəş doğarkən dua;
    -Həftənin çərşənbə günü, günorta və ikindi arasında dua;
    -Duadan qabaq salavat.(«Ğürərul-hikəm», səh-333.)
    Cümə axşamı
    Əhli-beyt rəvayətlərində dua üçün ən münasib vaxt cümə axşamı hesab olunur. Cümə axşamı öz dəyərinə görə ən xeyirli gecə olan «qədr» gecəsinə oxşadılır. Din böyükləri deyirlər: "Çalışın cümə axşamını namaz, dua,zikr, tövbə ilə sübh edin. Allah-Taala cümə gecəsi iman əhlinin kəramətini artırmaq üçün mələklərini birinci səmaya endirər.”
    İmam Sadiq (ə)-dan nəql olunmuş bir rəvayətdə buyurulur ki, bəzən Allah xeyir olaraq, möminin duasını təxirə salıb, cümə vaxtı qəbul edər.(«Məhəccətul-bəyza», 2-ci cild, səh-153.) Elə həmin mənbədə başqa bir hədisdə buyurulur: "Oğlanları Həzrəti Yəqubdan günahlarının bağışlanması üçün dua istədikləri vaxt, o bu duanı cümə axşamınadək təxirə saldı.”
    İmam Baqir (ə) buyurur: "Allah-Taala hər cümə axşamı bir mələyə göstəriş verir ki, gecənin əvvəlindən sonunadək Onun adından belə nida etsin: "Sübh açılmamış dünya və axirəti üçün bir mömin bəndə məni çağıracaqmı ki, duasını yerinə yetirim? Sübh açılmamış bir mömin bəndə günahdan tövbə edəcəkmi ki, onun tövbəsini qəbul edim? Sübh açılmamış bir mömin bəndə ruzi istəyəcəkmi ki, onun ruzisini artırım? Sübh açılmamış bir xəstə mömin istəyəcəkmi ki, ona şəfa verim? Görəsən bir məhbus mömin sübhdən qabaq dua edəcəkmi ki, onu zindandan qurtarım? Görəsən haqqında zülm edilmiş bir mömin sübhdən qabaq Məni çağıracaqmı ki, zalımdan intiqam alıb, onun haqqını qaytarım?” Bəli, bu mələk sübh açılanadək nida edər.”(«Təfsire-Muin», səh-193.)
    Cümə axşamı üçün bir sıra namazlar, dualar və zikrlər müəyyənləşdirilmişdir. Dualar arasında "Kumeyl” duasının xüsusi yeri vardır.
    Kumeyl ibn Ziyad
    İstər şiə istərsə də sünni alimləri Kumeyl ibn Ziyadı böyük iman, qüdrətli ruh, pak düşüncə xalis niyyət, gözəl əxlaq və saleh əməl sahibi kimi tanıyırlar. Bütün din alimlərinin fikrincə Həzrət Əli (ə) və İmam Həsənin (ə) xüsusi səhabələrindən olan Kumeyl ədalətli və kəramətli bir şəxsdir. Həzrət Əli (ə) Kumeyli ən etibarlı yaxınından biri hesab etmişdir.(«Təfsire-Muin», səh-193.)Kumeyl Həzrət Əli (ə)-ın ən yaxın şiələrindən və aşiqlərindən biri olmuşdur.(«Mustədrəkul-vəsail», 5-ci cild, səh-207.)
    Həzrət Əli (ə)-ın Kumeylə olan tapşırıq və vəsiyyətləri onun iman və mərifətindən danışır. Əhli-beyt ardıcıllarına qarşı dost münasibətdə olmayan sünnilər Kumeyli bütün cəhətlərdən etibarlı sayırlar. Ariflər, Allah aşiqləri Kumeyli Həzrət Əli (ə)-ın sirdaşı kimi tanıyırlar.
    Kumeyl on yeddi il İslam Peyğəmbərinin (s) nurani dövründə yaşamış və bu nurdan faydalanmışdır. Bu böyük insan Həccac ibn Yusif Səqəfinin əli ilə şəhadətə yetirilmişdir. Bu şəhadət haqqında Həzrət Əli (ə) Kumeylə əvvəlcədən xəbər vermişdi. Zalım əməvi hakimi tərəfindən İraqa vali təyin olunmuş Həccac ibn Yusif daim Kumeyli təqib etmiş və məhz Əhli-beyt məhəbbətinə görə onu qətlə yetirmişdir. Kumeyl Həccac ibn Yusifdən gizlənərdi. Onu tapa bilməyən vali Kumeylin bütün yaxınlarını sıxıntıya salıb, onların hüquqlarına təcavüz edir. Yaxınlarının əzab-əziyyətinə dözməyən Kumeyl birbaşa valinin yanına gəlir və deyir: -”Əlindən gələni et. Ömrümdən bir şey qalmayıb. Tezliklə mən də sən də Allahın hüzuruna qayıdasıyıq. Mövlam mənə xəbər verib ki, qatilim sənsən.” Zalım Həccacın əmri ilə bu doxsan yaşlı müqəddəs insanın boynu vurulur. Onun qəbri Nəcəf və Kufə şəhərləri arasında yerləşir.
    Category: Kumeyl duasının şərhi 1 | Views: 2112 | Added by: Islam_Kitabxanasi | Rating: 3.7/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024