İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 8
Qonaqlar 8
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 14 » Kumeyl duasının şərhi 1
    6:23 AM
    Kumeyl duasının şərhi 1

    MÜQƏRRƏBLƏRİN KƏRAMƏTLƏRİ
    1-Hacı Seyyid Əli Qazi.
    Böyük ustadım mərhum ayətullah Hacı Şeyx Əbülfəzl Nəcəfi Xansari ölümündən bir neçə ay əvvəl yanında olduğum vaxt öz ustadı mərhum Hacı Seyyid Əli Qazinin kəramətini belə yad edirdi:
    Bir gecə biz bir neçə tələbə ustadla birgə Kufə məscidinə ibadətə getdik. Onunla yanaşı ibadətə dayanıb, Allah-Taala ilə münacata başladıq. İbadətimizi bitirəndən sonra məsciddən çıxarkən qarşımıza çox zəhərli bir ilan çıxdı. Ustaddan başqa hamı özünü itirdi. O isə həmişəki kimi çox sakit bir halda ilana yaxınlaşıb pıçıltı ilə «öl!» dedi. İlan qurumuş budaq tək hərəkətdən düşdü. Heyrət içində ilanın yanından ötüb keçdik.
    2-Daha bir hekayət.
    Hekayət edirlər dində böyüklər,
    Həqiqəti tanımışlar bəs qədər.
    Bir arif oturub pələng belində
    Tutmuşdu zəhərli ilan əlində.
    Dedilər ki, ey doğru yol yolçusu,
    Bizimçün də ol hidayət elçisi.
    Nə etmisən, yırtıcılar olub ram,
    Səadətdə çatmaz sənə bir adam.
    Söylədi bu pələng, bu qorxunc ilan
    Allahın əmriylə dayanmış aram.
    Hər kim öz Rəbbindən döndərməsə üz
    Onun da önündə vəhşi durar düz.
    Hər vücudun halı Onun əlində
    İtaət var haqqa, məsum gülündə.
    Səni sevən əlbət qoruyar oddan.
    Onu razı salsan, hər bir iş asan.
    Doğru yol bir budur, qaçma kənara,
    Qədəm atsan ömür dönər bahara.
    İnsan, haqq yolçunun sözü kəsərli,
    Baxışı şimşəkdən qat-qat hünərli.
    3-Mirza Tahir Tonkabuninin hekayəti.
    Son dövrün böyük filosoflarından olan Mirza Tahir buyurur ki, bir gün Tehranda keçmiş tələbə yoldaşlarımdan olan bir Seyyidlə rastlaşdım. Nə etdiyini soruşdum, dedi ki, «bekaram». Onu mədrəsəyə dəvət etdim. Oturub çay içdikdən sonra soruşdu ki, «Quma getmək istəyirsən. Dedim ki, hava soyuqdur, gecədir, nəqliyyat tapmaq çətin olar.» Amma o, israr etdi. Razılaşdım. Qəfildən «bu da Qum»- deyə pıçıldadı. Özümü Həzrət Məsumənin (ə) hərəmində gördüm...
    4-Cabir Cofidən iki hekayə.
    Bir qrup şəxs Həzrət Baqirin (ə) yaxınlarından olmuş Cabirin yanına gəlib ondan məscid tikintisi üçün kömək istədi. Cabir dedi ki, mən mömin bir kişinin düşüb öləcəyi binaya kömək etmirəm. Gələnlər Cabirin yanından çıxıb onu xəsis və yalançı hesab etdilər.
    Camaat pul toplayıb məscidin tikintisinə başladılar. Tikinti zamanı ehtiyatsızlıq edən bənna yıxılıb həlak oldu. Cabiri qınayanlar öz səhvlərini anladılar.
    Əla ibn Şərik nəql edir ki, «bir gün Hişam ibn Əbdülməlik Cabiri yanına çağırdı. Mən də ona yoldaş oldum. Yolda istirahət üçün bir çobanın yanında əyləşdik. Sürüdən camış səsi gəldi. Cabir gülümsündü. Səbəbini soruşdum. Dedi camış balasına deyir ki, yaxın gəl, ötən il canavar burada balamı apardı. Cabirin sözlərinin düzlüyünü yoxlamaq üçün çobana yaxınlaşıb «bu camışı mənə sat» dedim. Cavab verdi ki, bu camış sürünün ən doğumlu və südlü heyvanıdır, ötən il balasını canavar apardı...»
    Yolumuza davam edib Kufə körpüsünə çatdıq. Cabir yaxında durmuş kişidən barmağındakı yaqut üzüyü istədi. Kişi sakitcə üzüyü çıxarıb Cabirə verdi. Cabir üzüyə baxıb onu çaya atdı. Cabirin bu hərəkətindən qəzəblənən kişi «sən nə edirsən» deyə qışqırdı. Cabir «narahat olma» dedi. Əlini çaya uzadıb ovcundakı suda olan üzüyü sahibinə qaytardı ...
    ŞÜKÜR MƏQAMI
    Şükür məqamı haqq yolçularının çatmaq istədiyi ən dəyərli məqamlardandır. Bu məqama çatmaq çətin olduğundan ona nail olanlar çox azdır.
    Mərhum Molla Məhəmməd Baqir Məclisi şükür haqqında deyir: «Şükür zahiri və batini nemətin etirafı, nemət sahibini tanımaq və neməti Onun göstərişinə uyğun sərf etməkdir».(«Ğurərul-hikəm», 153.)
    İmam Sadiq (ə) buyurur: «Şükür bütün haramlardan çəkinməkdir».(«Ğurərul-hikəm», 151.)
    Aşura gecəsi İmam Hüseyn (ə) xütbəsinin sonunda deyir: «Pərvərdigara, bizi şükür edənlərdən qərar ver».("Mustədrəkul-vəsail”, 1-130.)
    Rağib İsfəhani deyir: Şükrün üç mərtəbəsi var: qəlb şükrü, dil şükrü və əməl şükrü. Qəlb nemət verəni və neməti tanıyır, dil etiraf edir. Neməti Allah buyuran yerlərdə sərf etmək isə əməli şükürdür.
    İmam Sadiq (ə) buyurur ki, Musaya belə vəhy olundu: «Ey Musa, Mənə layiq olduğum kimi şükür et». Musa ərz etdi: «Pərvərdigara, şükrünü yerinə yetirdiyim nemət yoxdursa, şükür edən dili Sən əta etmisənsə Sənə layiq necə şükür edim?» Allah-Taala buyurdu: «Ey Musa! Şükür edən dilin də məndən olduğunu bilməklə şükrü yerinə yetirdin».(Ğurərul-hikəm”, 155.)
    İmam Hüseyn (ə) ərəfə duasında ərz edir: «Əgər mən və nemətlərini sayan bütün insanlar yalnız bir nemətinin şükrünü yerinə yetirmək istəsək, Sənin tofiqin olmasa bacarmarıq».
    Həzrət Davud (ə) belə ərz edir: «Pərvərdigara! Sənə necə şükür edim ki, şükür etməyim özü də bir nemətdir və ikinci bir şükrə ehtiyaclıdır ...» Allah buyurdu: «Ey Davud! Əgər hər bir nemətin mənim tərəfimdən əta olunduğunu anlamısansa, elə şükür etmisən».
    Yuxarıda deyilənlər dil şükrünə aid idi. Şükrün ən üstün mərtəbəsi isə əməli şükürdür. Həqiqi iman qazanmaq, saleh işlər görmək, gözəl əxlaqa sahib olmaq, bütün haramlardan çəkinmək əməli şükrün nümunələridir.
    MARAQLI BİR ƏHVALAT
    Səm ibn Əbdülməlik belə nəql edir: Minada Həzrət Sadiqin (ə) yanında əyləşib üzüm yeyirdik. Bu vaxt bir fəqir gəlib imamdan kömək istədi. Həzrət (ə) buyurdu ki, ona bir miqdar üzüm verin. Amma fəqir üzüm almaqdan imtina edib, pul istədi. İmam (ə) buyurdu: «Allahın əta etsin». Fəqir uzaqlaşıb, tez də qayıtdı və üzüm istədi. Həzrət (ə) buyurdu: «Allahın əta etsin».
    Bu vaxt ikinci bir fəqir göründü. Həzrət (ə) bir salxımdan üç gilə üzüm qoparıb fəqirə uzatdı. Fəqir üzüm gilələrini alıb dedi: «Əlhəmdulillahi rəbbil-aləmin».
    İmam (ə) ona buyurdu ki, səbir etsin, sonra hər iki əlini üzümlə doldurub ona verdi. Fəqirin yenidən şükür etdiyini görən İmam (ə) evində olan son iyirmi dirhəmi gətirib fəqirə verdi. Fəqir təkrar şükür edərək dedi: «Həmd olsun Allaha. Pərvərdigara bütün bu bəxşişlər Səndəndir, Sən təksən və şərikin yoxdur». İmam Sadiq (ə) otağa daxil olub köynəyini çıxartdı və gətirib fəqirə verdi. Fəqir dedi: «Həmd olsun o Allaha ki, mənə libas yetirdi». Sonra üzünü imama tutub «Allah sənə xeyir əta etsin»-deyə ərz etdi.("Biharul-ənvar”, 78- 208.)
    Böyük alim və filosof Molla Möhsin Feyz Kaşani «Vafi» kitabında məsumlardan belə rəvayət edir:
    Əgər namaz qılan şəxs namazını bitirdikdən sonra şükür səcdəsi edib, mehriban Allahın ona əta etdiyi nemətləri bir-bir xatırlayarsa, Allah-Taala mələklərə belə xitab edər: «Ey mələklər, bəndəm vacib namazını qılıb, mənə şükür etdi, onunla necə müamilə edim?» Mələklər deyər: «İstəklərini ver». Yenə xitab olunar ki, bəs sonra? Mələklər deyər: «Ona axirət qurtuluşu əta et». Xitab olunar ki, bəs sonra? Deyərlər: «Onun ruzisini artır». Allah-Taala bunu da əta edib yenə soruşar ki, bəs sonra? Deyərlər: «Ona saleh övladlar nəsib et». Nəhayət, mələklər «daha bir şey bilmirik» deyərlər. Allah-Taala buyurar: «O mənə şükür etdi, mən də ona təşəkkür edirəm və nemət qapılarını onun üzünə açıram».
    ZİKR MƏQAMI
    Öz bəndəsinin qəlbini təmizlədikdən sonra Allahın ona ilham etdiyi zikr dua kitablarındakı zikrlərdən fərqlənir. Bəndəyə ilham olunmuş zikr dünya və axirət səadətinin əsasıdır. Qafil kəslər bu zikrlərdən məhrumdurlar.
    İlham olunmuş zikr dil yox, hal zikridir. Bu zikr vasitəsi ilə insanın bəsirət gözü açılır və o, sonsuz gözəl bir görüşə nail olur.
    Bir sevgidir ki, yeri könüldə
    Çətin ki, bir kimsə saxlaya əldə.
    Bu sevgidir qəlbi nura bürüyən,
    Yalnız könül içrə odda əriyən.
    Endiyi məkanın itmiş qərarı,
    Gecə də gündüz də axtarır yarı.
    Xəyalı dağınıq, addımı titrək,
    Dil-dodaq nə bilsin nə çəkir ürək.
    Özgədən yalandır tapıla çarə
    Vüsala yetincə əlbət avarə.
    Müxlisdir, riyadan büsbütün uzaq,
    Dünyaya, varına göstərməz maraq.
    Mələklər də «amin» söylər bu eşqə
    Anlayarlar onun sevdası başqa.
    İlhami zikr imam Səccad (ə)-ın «bizi gizli zikrə mənus et, pak əmələ və bəyənilmiş səyə yetir» duasıdır.
    İslam Peyğəmbəri (s) öz «mənzilət» hədisində, güman ki, bu həqiqətə işarə etmişdir: «Hər zaman Allahı xatırlayan mömin üçün beş nur mövcuddur: daxil olduğu yer, çıxdığı yer, dediyi sözlər, yediyi qida nurdur və qiyamət günü üzü nura tərəfdir».
    Mərifət əhli, haqq yolçusu üçün varlıq aləmində Allahın zikrindən şirin şey yoxdur. İnsan dünyəvi bağlılıqların və heyvani istəklərin əsarətindən çıxmasa heç zaman bu zikrə nail ola bilməz.
    «Əllahummə inni əsəlukə sualə xaziin mutəzəllilin xaşiin, ən tusamihəni və tərhəməni və təcələni biqismikə raziən qaniən və fi cəmiil-əhvali mutəvaziən»
    («Pərvərdigara, Səndən təvazökar, zəlil, itaətkar bir bəndə kimi mənim riayətə etməyimi etməyini, mənə rəhm etməyini, qismət etdiyindən razı salmağını və bütün hallarda təvazökar saxlamağını istəyirəm».)
    Category: Kumeyl duasının şərhi 1 | Views: 969 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024