İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Kumeyl duasının şərhi 1
    5:37 AM
    Kumeyl duasının şərhi 1
    Süfrə sahibinə hörmət
    Yəqub Ləys Sistanın görkəmli şəxsiyyətlərindən olmuş və qaniçən Abbasi hökumətinə qarşı inqilabın bünövrəsini qoymuşdur. Gənclikdə bir müddət misgərliklə məşğul olan Yəqub qazancını tay-tuşlarına xərcləyərdi. O, səxavətli, azad düşüncəli olduğundan ətrafına xeyli gənc toplaşmışdı.
    Az sonra misgərliyin daşını atan Yəqub nəhayət, Sistan əmirinin xəzinəsini yarmaq qərarına gəlir. Xəzinə güclü mühafizə dəstələri tərəfindən qorunduğu üçün Yəqub dostları ilə birlikdə yerin altı ilə lağım atmağa başlayır. Bu tunelin qazılması altı ay vaxt aparır. Nəhayət, bir gecə xəzinəyə yol açılır. Xəzinədə olan bütün ləl-cəvahirat, dinar-dirhəm, qızıl-gümüş kisələrə doldurulur. Yəqub xəzinədə öz parlaqlığı ilə diqqəti cəlb edən bir daş görür. O, daşı tanımaq üçün dilinə toxundurur. Yəqub dilinə gələn daddan hiss edir ki, bu parlaq şey duz parçasıdır. Dostlarına əmr edir ki, bütün yüklər boşaldılsın və hamı xəzinədən çıxsın. Bütün gənclər müti halda xəzinəni tərk edirlər. Yəqub deyir: "Dilimə Sistan əmirinin duzu dəydi. Bir insanın duzunu daddıqdan sonra onun xəzinəsini yarmaq namərdlikdir!”
    Xəzinədar xəzinədə baş vermiş təəccüblü hadisəni əmirə xəbər verdikdən sonra əmir şəhərdə car çəkdirir ki, bu işi görmüş adam onun yanına gələrsə mükafat alacaq.
    Yəqub tərəddüd etmədən əmirin yanına gedir və bu təəccüblü işin arxasında dayanan duz məsələsini ona aydınlaşdırır. Əmir bu şücaətli cavanı öz qoşunuda mühüm vəzifələrdən birinə təyin edir. Məhz bundan sonra Yəqub zalım Abbasilər hökuməti ilə mübarizəyə başlayır.
    Günah insanın ruhunu, düşüncəsini, qəlbini bulaşdıran mənəvi çirkinlikdir və o, insanı Allahın lütf və mərhəmətindən məhrum edir. Günah insanı bəlalardan qoruyan pərdələri yırtır. Günah insanın dünya və axirət sirlərini faş edir, onu bəndəlik məqamından uzaqlaşdırır.
    Din alimləri ayə və rəvayətlərə əsaslanaraq günahları iki qismə bölmüşlər: böyük ("kəbirə”) və kiçik ("səğirə”) günahlar. İmam Sadiq (ə) buyurmuşdur ki: "Müqabilində Cəhənnəm əzabı vəd edilmiş günahlar böyük günahlardır.”(«Ənisül-ləyl», səh-226.) Böyük günahdan çəkinən insanların kiçik günahları bağışlanasıdır. "Nisa” surəsinin 31-ci ayəsində buyurulur: "Əgər qadağa olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlardan təmizlənərsiniz...”İmam Riza (ə) böyük günahları bu ardıcıllıqla sadalayır: günahsız insanı qətlə yetirmək, zina – qanunsuz cinsi əlaqə oğurluq, məst edən maddələrin qəbulu, ata-anaın üzünə ağ olmaq, döyüşdən qaçmaq, yetimin malını zorla yemək, şəri qaydada kəsilməmiş və haram ət yemək, sələm, haram maldan istifadə qumar, ölçüdə və çəkidə əksiklik, pak insana böhtan, həmcinsbazlıq – ləvat, Allahın rəhmətindən ümidsizlik, özünü Allah əzabından amanda bilmək, zalıma kömək, zalıma məhəbbət, yalan and, haqqı qəsdən yubatmaq, yalan, təkəbbür, israf, tələf etmə xəyanət, həcci yüngül saymaq, Allah dostları ilə vuruş, puç işlərlə əylənmə günahın təkrarı...
    Günahın təsirləri
    Ayə və rəvayətlərdə günahın bir çox təsirləri bəyan olunmuşdur. Günah yaxşı əməli puça çıxarır, insanı dünya və axirət bəlalarına düçar edir. Günah duaların qəbuluna mane olur. Günahkar insan şəfaətçilərin şəfaətindən məhrum olur. Günah qəlbi bərkidir, qaraldır, imanı aradan aparır. Günahkarlara olunan nəsihət nəticəsiz qalır. Günah insanı rüsvay edir, onun ruzisini əksildir. Günah insanı ibadət və bəndəlikdən uzaqlaşdırır. Günah insanı şeytanla mübarizədə məğlubiyyətə düçar edir, ailə və cəmiyyətdə rabitələri qırır. Günah nəticəsində insanlar arasındakı etibar itir. Günahkar insan çətin can verir, onun qəbir əzabı ağır olur.
    İmam Sadiq (ə) buyurur: "Əgər günah olmasa heç bir damar kəsilməz, heç bir ayağa daş dəyməz, qarşıya heç bir çətinlik çıxmaz, heç bir xəstəlik baş verməz. Ona görə Allah-Taala öz kitabında buyurur: "Düşdüyünüz müsibətlərin səbəbi yol verdiyiniz günahlardır və Allah çox günahlarınızı bağışlayır.”(«Ənisül-ləyl», səh-228.) Başqa bir rəvayətdə İmam (ə) buyurur: "Şübhəsiz ki, insan günaha batdığı üçün gecə namazından məhrum olur və günah bıçaqdan daha kəsərlidir.”(«Biharul-ənvar», 6-cı cild, səh-36.)
    İmam Riza (ə) buyurur: "Allah-Taala öz peyğəmbərlərindən birinə belə vəhy etdi: "Mənə itaət olunsa razı qalaram. Razı qalsam, bərəkətimi göndərərəm və mənim bərəkətim sonsuzdur. Mənə itaətsizlik göstərilsə qəzəblənərəm. Qəzəblənsəm, lənət edərəm və lənətim yeddi qatdan keçər.”(«Kafi», 2-ci cild, səh-426.)
    Tarixə nəzər salsaq görərik ki, bir çox övladlar atalarının günahı səbəbindən xəstəliyə kasıblığa, çətinliyə düçar olmuşlar. Onların düşdükləri vəziyyət əslində Allahın rəhmətidir. Əziyyət görən övladlar, adətən, atalarının günahlarını təkrar etmirlər.
    Günahların davam etdirilməsi haqqında Həzrət Əli (ə) buyurmuşdur: "Bütün bəndələrin qırx günahını örtəcək pərdələr vardır. Allah-Taala öz mələklərinə vəhy edər ki, bəndəmi qanadlarınızla gizlədin. Mələklər bəndəni qanadları altına alar. Günahlar davam etdikdə mələklər deyər: "Pərvərdigara! Bəndən hər bir günaha batır və biz onun işlərindən xəcalət çəkirik”. Allah-Taala buyurar: "Qanadlarınızı çəkin”. İş Əhli-beytlə (ə) düşmənçilik həddinə çatdıqda hörmət pərdələri yarılar. Mələklər deyərlər: "Pərvərdigara, bəndən örtüksüz qaldı”. Allah-Taala vəhy edər: "Əgər Allah ona diqqət yetirsəydi, sizə göstəriş verməzdi ki, qanadlarınızı qaldırın.”(«Mustədrəkül-vəsail», 12-ci cild, səh-116.)
    Qiyamətə günahın nəticəsinə diqqətli insan diri, günaha batmağın ağrılı nəticələrindən çəkinməyən insan isə ölüdür!
    Həya pərdəsini yırtan günahlar
    Məşhur mühəddis Şeyx Səduq İmam Zeynəl-abidin (ə)-dan belə bir hədis nəql edir: "Hörmət pərdələrini yırtan günahlar bunlardır: məstedici maddə qəbul etmək, qumarbazlıq, xalqı güldürmək üçün mənasız işlər görmək, xalqın eyibini açmaq, günahda ittiham olunanla yoldaşlıq.”
    "Kumeyl” duasındakı "əzabların qarşısını alan pərdələri yırtan günahlar” ifadəsi yuxarıda zikr olunmuş hədis vasitəsilə aydınlaşır.
    Spirtli içki içmək
    İmam Musa ibn Cəfər (ə) və İmam Cavad (ə) spirtli içki içməyi böyük günahlardan sayır. Təbabət elminin tanınmış simaları spirtli içkiləri insan orqanizmi üçün zərərli hesab edirlər. Alkoqolun beyin, mədə ciyər, böyrək və digər daxili orqanlara dağıdıcı təsiri bir çox hallarda faciə ilə nəticələnir. "Butulka şeytan” olduqca təhlükəli və amansız bir düşməndir. Qurani-Kərim məstedici mayeləri, alkoqolu murdar sayır. Alkoqolun bəşəriyyətə vura biləcəyi zərbə nəzərə alınaraq, o, haram buyurulmuşdur. Bu əməldən tövbə etməyən şəxsi ağrılı axirət əzabı gözləyir.
    İslam Peyğəmbəri (s) alkoqolla əlaqədar on nəfərə lənət oxumuşdur: şərab məqsədi ilə üzüm əkən, bu bağa bağbanlıq edən, meyvəni bu məqsədlə sıxıb suyunu çıxaran, onu içən, onu məclisə paylayan, onu bir yerdən başqa yerə daşıyan, onu təhvil götürən, onu satan, onu alan, onun qazancını yeyən. Şərab içən şəxs Qiyamət günü Məhşər səhnəsinə üzü qara, ağzı əyri, dili çıxmış, susuz halda gətirilər. Ona zinakarların çirki ilə dolmuş quyudan içirərlər.(«Ğürərul-hikəm», səh-195.)
    Həzrət Əli (ə)-dan soruşurlar: "Siz buyurmusunuz ki, şərab oğurluq və zinadan pisdir?” Həzrət (ə) buyurur: "Bəli, demişəm.Çünki zinakar növbəti günaha getməyə də bilər. Amma şərab içən şəxs zina da edər, adam da öldürər, namazı da atar.”(«Ənisül-ləyl», səh-233.)
    İslam Peyğəmbəri (s) buyurur: "Allah mənim dilimlə şərabı haram elan etdikdən sonra şərab içən şəxs elçiliyə gəldikdə ona müsbət cavab vermək layiq deyil. Şərab içənin şəfaəti qəbul olunmaz, dedikləri təsdiq edilməz. Ona əmanət tapşırmaq olmaz. Şərab içənə əmanət tapşıran kəsə Allah tərəfindən zəmanət yoxdur.”(Ənisül-ləyl, 239.)
    Qumar
    Böyük günahlardan biri də qumardır. Vəsailüş-şiə kitabının 17-ci cildində nəql olunmuş bir rəvayətdə İmam Sadiq (ə) qumarı böyük günahlara aid edir. "Bəqərə” surəsinin 219-cu ayəsində buyurulur: «Səndən məstedici maye və qumar haqqında soruşurlar. De ki, məstedici maye və qumar böyük günahdır.»
    Qumar alətlərini düzəltmək, onları düzəltmək üçün haqq almaq, onları satmaq və almaq haramdır. Böyük şiə fəqihlərinin əksəriyyəti hətta udub-uduzmadan bu oyunları oynamağa icazə vermir. Bu alətləri saxlamaq haram, məhv etmək isə vacibdir. Qumar məclisində oturub tamaşa etmək haram və bu məclisdən uzaqlaşmaq vacibdir.
    Xalqı güldürmək üçün görülən boş işlər
    Boş işlər dedikdə bu işi görən və bu işə tamaşa edən insanlar üçün dünya və axirət faydası olmayan, qiymətli ömrü puça çıxaran işlər nəzərdə tutulur. İnsan unutmamalıdır ki, ömrün hər dəqiqəsi milyardlarca amil hesabına başa gəlir.
    Şübhəsiz ki, qiymətli ömrünü boş yerə xərcləmək naşükürlükdür. Ömür Allah-Taalanın insana verdiyi ən böyük nemətdir. Bu nemətin şükrü onun hər dəqiqəsini qiymətli bilib ibadət və saleh işlərə sərf etməkdir.
    Mühəddis Qumi "Mənazilül – axirət” kitabında yazır: "İbn Səməd adlı bir şəxs günün böyük hissəsini özünü hesaba çəkərdi.Bir gün ona məlum oldu ki, ömrünün altmış ili arxada qalıb. Altmış il 21900 gün edirdi. İbn Səməd fəryad çəkərək öz-özünə dedi: "Vay olsun mənə əgər gündə bir günah etmiş olsam, Allahın görüşünə 21900 günahla gedəsiyəm”. Bu sözlərdən sonra huşunu itirdi və dünyasını dəyişdi”.
    Xalqın eyiblərini açmaq
    İslam dinində müsəlmanların və möminlərin təmiz adını qorumaq vacibdir. Möminin abır-həyası onun qanı kimi möhtərəm sayılır. Əgər xalqın abır-həyasına zərbə dəyərsə cəmiyyətdəki etibar viran qalar.
    Yalnız peyğəmbərlər, imamlar və övliyalar eyibsiz olmuşdur. Bütün qalan insanların gizli eyibləri vardır. Çox az insanlar üçün təmiz ad əhəmiyyətsizdir. Əksər insanlar eyibləri açıqlandığı zaman narahat olurlar. Başqalarının istənilən bir eybini açıb-ağardanlar böyük günaha yol verir və axirət əzabı qazanırlar. İmam Baqir (ə) və İmam Sadiq (ə) belə buyurmuşlar: "İnsan üçün küfrə ən yaxın əməl odur ki, bir şəxslə din əsasında qardaşlıq əqdi bağlayıb, onun səhvlərini öyrənsin və sonradan bu səhvləri açıb-ağartmaqla danlaq vursun.”(Ğurərul-hikəm”, 73.)
    İmam Sadiq (ə) nəql edir ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Ey dildə İslamı qəbul edib, qəlbinə iman nüfuz etməyənlər! Müsəlmanları məzəmmət etməyin, onlarda eyib axtarmayın. Hər kəs müsəlmanlarda eyib axtarsa, Allah da onda eyib axtarar, Allahın eyib axtardığı kəs isə evində belə rüsvayçılıqdan gizlənə bilməz”.(Ğurərul-hikəm”, 73.)
    Category: Kumeyl duasının şərhi 1 | Views: 1051 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024