İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 8
Qonaqlar 8
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 10 » İslam dünyagörüşü - Cəmiyyət və tarix
    5:08 PM
    İslam dünyagörüşü - Cəmiyyət və tarix
    TƏNQİDLƏR
    Tarixi materializm nəzəriyyəsinin əsaslarını və ondan yaranan nəticələri izah etdikdən sonra, növbə onun araşdırılmasına çatır.
    İlk növbədə qeyd etməliyik ki, biz burada, nə marksizmi və nə də Marksın külliyatda olan nəzəriyyələrini araşdırmaq istəyirik. Biz burada yalnız, bəhsimizin mövzusu ilə bilavasitə əlaqəli olan tarixi materializmi araşdırmaq istəyirik.
    Marksın nəzəriyyələrinin təhlili onun kitablarında və yazılarında – həyatının müxtəlif dövrlərində yazıldıqları üçün ziddiyyətlərlə doludur – yer verdiyi nəzəriyyələrinin hamısının araşdırılması deməkdir. Bu iş, qərbdə müxtəlif şəxslər tərəfindən həyata keçirilmişdir.
    Ancaq, marksizm və ya onun prinsiplərindən birinin təhlili isə, marksimz məktəbinin əsasları sayılan və Marksın fikrincə qüsursuz sayılan bir və ya bir neçə prinsipin araşdırılmasıdır. Yaxud bir və ya bir neçə prinsipinin – ola bilər ki, bunlar Marksın fikrincə qəti olmasın və o, bəzi əsərlərində bu prinsiplərə zidd fikirlər söyləsin – hərtərfli araşdırılması olsun.
    Biz burada, Marksın qəti prinsiplərini nəzərə alaraq, yaxud həmin prinsiplərdən doğan məntiqi nəticəni nəzərə alaraq araşdırma aparırıq və məqsədimiz, Marksın öz əsərlərində buna zidd bir şey söylədiyini araşdırmaq deyil. Çünki, bizim əsas məqsədimiz tarixi materializmin analizidir.
    Tarixi qəribəliklərdən biri də budur ki, özünün fəlsəfi, ictimai və iqtisadi yazılarında az-çox tarixi materializmdən bəhs edən Marks öz dövrünün bəzi tarixi hadisələrini təhlil edərkən öz üslubuna riayət etmir və ya bu məsələyə az diqqət yetirir. Niyə? Bu suala müxtəlif cavablar veriblər. Məsələ yalnız bununla bitmir. Bir çox məsələlərdə, Marksın yolu ziddiyyətli bir yoldur. Yəni onun nəzəri və əməli şəkildə marksizmdən fərqli hərəkət etdiyi nəzərə çarpır. Deməli, daha ümumi bir cavab tapmaq lazımdır.
    Bəziləri bunu, onun bəzi dövrlərdə naşılığı və təcrübəsizliyi ilə əlaqələndirirlər. Ancaq bu fikir, ən azı marksist nöqteyi-nəzərindən əsassızdır. Çünki, bu gün marksizmin əsas prinsiplərindən sayılan bir çox şeylər, Marksın gənclik və orta yaş dövrünə aiddir və naşılıq adlandıranların bir çoxu – o cümlədən də, öz dövrünün tarixi hadisələrinin elmi təhlili – onun ömrünün son illərinə aiddir.
    Bəziləri bu ixtilafı, onun ikili şəxsiyyətində görürlər. İddia edirlər ki, o, birtərəfdən filosof, ideoloq və məktəb yaradıcısı idi və təbii olaraq prinsipləri qüsursuz və qəti saymalı, hadisələri öz düşüncəsi ilə uyğunlaşdırmalı idi. Digər tərəfdən o, elmi ruha və şəxsiyyətə malik idi və bu da, onun hadisələrə tabe olmasını və heç bir qəti prinsipə əsaslanmasını tələb edirdi.
    Bəziləri isə, Marks və marksizm arasında fərq qoyaraq iddia edirlər ki, Marks və onun fikirləri, marksizmin mərhələlərindən biridir. Marksizm əslində inkişafda olan məktəbdir. Deməli, marksizmin Marksı arxada qoyması da mümkündür. Başqa sözlə, Marksın naqis olması, marksizmin naqis olmasına dəlil ola bilməz. Ancaq onlar, marksizmin mahiyyətinin nədən ibarət olduğunu izah etmirlər. Hər hansı bir məktəbin təkamül şərti budur ki, o, sabit və ibtidai prinsiplərə malik olsun və iradlar bu prinsiplərə deyil, əməllərə aid olsun. Əks halda, bir nəzəriyyənin ləğvi ilə təkamül arasında heç bir fərq qalmayacaq. Əgər sabit və dəyişməz prinsipləri təkamülün şərti sayırıqsa, bəs nəyə görə Marksdan əvvəl olan Heygeldən, Sen Seymondan, Prudondan, ya onlar kimi sair şəxsiyyətlərdən başlamayaq və heygelizm, sen seymonizmi, və ya prudonizmi təkamül halında olan məktəb saymayaq? Bizim nəzərimizcə, Marksın ziddiyyətlərinin səbəbi budur ki, o, marksistlərin bir çoxuna nisbətən daha az marksistdir. Deyilənlərə görə o, bir qrup marksistin içində olduğu zaman, özünün əvvəlki nəzəriyyəsinə zidd olan bir nəzəriyyəni müdafiə edərkən deyib: Mən sizin qədər marksist deyiləm.
    Marksın bəzi nəzəriyyələrində marksizmdən ayrılması ona görə baş verir ki, o, həqiqi mənada marksist olmaqdan daha üstün və ağıllı idi. Qətiyyətlə etiraf etmək lazımdır ki, tam mənada marksist olmaq, bir az axmaqlıq tələb edir. Bizim bəhsimizin mövzusu və marksizmin bir hissəsi olan tarixi materializm bir sıra «əsaslar» və «nəticələr»ə malikdir. Təkcə alim Marks deyil, hətta filosof və mütəfəkkir Marks da, həmişəlik bu prinsip və nəticələrə vəfalı qala bilməzdi.
    İndi isə tənqid və iradlara başlayaq:
    1. SÜBUTSUZLUQ
    İlk irad budur ki, bu nəzəriyyə sübutsuz və dəlilsiz teoremdən başqa bir şey deyil. Hər hansı tarixi-fəlsəfi nəzəriyyə, ya gərək öz dövrünün tarixi hadisələri əsasında formalaşaraq digər dövrlərə da aid edilsin, yaxud da keçmişdə baş vermiş hadisələrə aid olan tarixi sənədlərə əsaslanaraq indiki və gələcəkdə baş verəcək hadisələrə və proseslərə də şamil olunsun və yaxud, gərək bir sıra elmi, məntiqi və fəlsəfi prinsiplərə arxalanan isbat və müqayisə əsasında sübut olunusun.
    Tarixi materializm nəzəriyyəsi bu üsullardan heç biri üzərində qurulmayıb. Nə Marks və nə Engelsin dövrü hadisələri bu yolla izah oluna bilər – hətta Engels bəyan edir ki, mən və Marks bəzi dövrü hadisələrin təhlili zamanı, iqtisadın əhəmiyyəti haqqında bəzi kitablarımızda yol verdiyimiz səhvə görə günahkar deyilik. Çünki, nə həmin hadisələri və nə də bəşər tarixinin neçə min il ərzində olmuş tarixi hadisələrini gözümüzlə görüb isbat etməyə qadir deyildik.
    Hətta ötən dövrləri tarixi materializmlə izah etməyə çalışan kitabları oxuduğu zaman, insan onların uzun-uzadı isbatlarından və əsaslandırmalarından heyrətlənir. Bu məsələ, «Dünya tarixi» kitabında daha çox diqqəti cəlb edir.
    2. YARADICILARIN FİKİR DƏYİŞMƏLƏRİ
    Bir neçə dəfə qeyd etdiyimiz kimi, Marks cəmiyyətin iqtisadı qurumlarını bazis, digər qurumları isə üstqurum adlandırır. Bu sözlərin mənası, digər qurumların iqtisadi quruma birtərəfli bağlılıq və asılılığını aşkar göstərir. Bundan əlavə Marks bir çox cümlələrində bəyan edir ki, təsir və bağlılıq bir tərəflidir. Yəni iqtisadi amillər təsiredici, digər ictimai amillər isə təsir qəbul edəndirlər. İqtisadi amillər azad hərəkət edir, sair amillər isə ona bağlıdırlar.
    Həqiqət budur ki, Marksın bu sözləri deyib-deməməsindən asılı olmayaraq, maddənin ruhdan, maddi ehtiyacların mənəvi ehtiyaclardan, insan sosiologiyasının psixologiyadan, işin düşüncədən üstün olması nəzəriyyəsi, onu bu fikrə gəlməyə vadar edir.
    Ancaq Marks, özünün bir çox yazılarında başqa bir məsələni dialektik məntiq əsasında bəyan edir və bu da, müəyyən mənada yeni fikir və tarixin mütləq maddiliyindən müəyyən qədər yayınma kimi anlaşılmalıdır. Bu məsələ, qarşılıqlı təsir məsələsidir. Qarşılıqlı təsir prinsiplərinə əsasən, səbəb-nəticə əlaqəsini birtərəfli fərz etmək olmaz. «A», «B» üzərində təsiredici və ondan təsir qəbuledici olduğu kimi, «B» də «A» üzərində təsiredici və ondan təsir qəbul edəndir. Bu prinsipə əsasən, təbiətin və cəmiyyətin bütün üzvləri arasında qarşılıqlı təsir və bağlılıq vardır.
    Mən hələlik bu dialektik prinsipin bu formada bəyanın düzgün və ya səhv olması haqqında söhbət açmıram. Ancaq onu deyirəm ki, bu prinsipə əsasən, ümumiyyətlə iki şey arasında əlaqədə üstünlük təyin etmək – maddə və ruh, yaxud əmək və düşüncə, yaxud iqtisadi və sair ictimai qruplar – mənasız bir işdir. Çünki iki şey bir-birinə bağlı və asılı olduğu, bir-birinin mövcudluq şərtidirlərsə, üstün və öncül olmanın heç bir mənası yoxdur.
    Marks bəzi sözlərində bütün rolu – istər mühüm olsun, istər ikinci dərəcəli – iqtisadi quruma vermiş və üstqurumun bazisə təsirindən heç bir söz açmamışdır. Bəzi sözlərində isə, bazis və üstqurum arasında qarşılıqlı təsirdən danışmış, lakin əsas cəmiyyəti bazisə vermişdir. «Marksdan Maoya qədər islahatlar» kitabında, Marksın iki «Kapital» və «İqtisadi elmin tənqidi» kitablarını müqayisə edərkən – onların hər ikisində, birtərəfli olaraq iqtisadın təyinedici olması təsdiq edilir – deyilir: «Buna baxmayaraq, Marks bilərkdən, ya qeyri-ixtiyari olaraq bu tərifi artırır. O da budur ki, üstqurumlar bazisin onlara nisbətən üstün öncül olmasına baxmayaraq, cəmiyyətdə mühüm rol ifa edə bilmir.»(Marksdan Maoya qədər islahatlar, səh-222.)
    Müəllif əlavə edir ki, hakimin və iqtisadi bazisin rolu ilə üstqurumun oynadığı mühüm rol arasında hansı fərqlər vardır? Yəni, əgər üstqurum əsas rol oynayırsa, deməli o, həm hakim və həm də təyinedicidir və daha üstqurum adlandırdığımız şey üstqurum deyil, bazisdir və bazis də anoloji olaraq üstqurumdur.
    Engels, ömrünün sonlarında Jozef Blok adlı şəxsə yazdığı məktubda belə xatırlayır: «Tarixi materializm dünyagörüşünə uyğun olaraq, son araşdırmalara əsasən, təyinedici amil istehsal və həqiqi həyatın yeniləşməsidir. Nə Marks və nə də mən, heç vaxt bundan savayı bir şey deməmişik. Əgər Marksdan sonra bu təklifi – iqtisadi amil yeganə təsiredici amildir – mənasını verəcək qədər dəyişdirilərsə, onun mənası quru bir ifadəyə çevirəcək. İqtisadi vəziyyət özüldür, digər ünsürlər isə üstqurum. Təbəqələrarası mübarizənin siyasi forması və onun nəticələri, hüquqi formalar və hətta, həmin həqiqi mübarizənin, öz iştirakçılarının beynində əks olunması, siyasi, hüquqi, fəlsəfi nəzəriyyələr, dini tapıntılar və onların sonrakı dəyişmələri, bu minvalla tarixi mübarizələrin gedişatına təsir edir və bir çox hallarda, ciddi şəkildə onun formasını təyin edir. Bütün bu amillər bir-biri ilə qarşılıqlı təsirdədirlər və onlar arasında, təzadlardan ibarət sonsuz kütlə içində iqtisadi hərəkat, öz yolunu açır.»(Marksdan Maoya qədər islahatlar, səh-282.)
    Qəribədir! Əgər «iqtisadi amil yeganə təyinedici amildir» nəzəriyyəsi boş və mənasız bir ifadədirsə də, bu nəzəriyyəni Marksdan başqası deməyib. Bundan başqa, əgər üstqurum amili bir çox hallarda ciddi formada tarixi mübarizələrin formasını təyin edirsə, deməli təyinedicilik iqtisadi amillərin inhisarında deyil. Əgər belədirsə, – iqtisadi hərəkat, sonsuz təzadlar kütləsi içində bir zərurət kimi özünə yol açır – deməyə lüzum varmı?
    Daha qəribəsi budur ki, cənab Engels həmin məktubda, bu səhvin məsuliyyətini öz boynuna və Marksın üzərinə qoyub deyir:
    «Marks və mənim özüm, (gərək) bəzi vaxtlarda gənclərin lazım olduğundan artıq həddə iqtisadi amilə əhəmiyyət vermələrinin məsuliyyətinin bir hissəsini öz öhdəmizə götürək. Biz, rəqiblərimizin qarşısında onların inkar etdikləri bu prinsip üzərində təkid etməyə məcbur idik. Elə buna görə də həqiqətdə daha çox rolu olan sair amillərə əhəmiyyət verməyə nə vaxtımız, nə fürsətimiz və nə də imkanımız var idi.»(Marks və marksizm, səh-245.)
    Ancaq bəziləri Marks və Engelsin iqtisadi amil üzərində ifratçı təkidlərini Engelsin söylədiyi kimi izah etmirlər. Onlar deyirlər ki, bu təkid rəqiblər qarşısında deyil, həmin nəzəriyyənin tərəfdarları qarşısında və onları tərksilah etmək məqsədilə edilirdi.
    «Marksdan Maoya qədər islahatlar» kitabında, iqtisadi amillərin birtərəfli şəkildə daha çox təkid olunduğu «İqtisadi elmin tənqidi» kitabının yazılma səbəblərini izah edərkən belə deyir: «İqtisadi elmin tənqidinin yazılmasının digər səbəbi, Prudonun və Dariman Pyerin çapdan çıxmış kitabları idi... Marks, rəqiblərinin – yəni, Prudonun tərəfdarlarının və digər tərəfdən Lasonun həmfikirlərinin – iqtisadi amillər üzərində təkid etmələrini gördükdə, bu silahı onların əlindən alaraq inqilabi formada işlətməyə çalışır. Bunun da əsas yolu, onun əqidələrinin daha asan və kütlənin qəbul edə biləcəyi hala salınmasıdır.»(Marksdan Maoya qədər islahatlar, səh-218-219)
    Mao Teze Dun, tarixi materializmin mənasında dəyişiklik və iqtisadın bazis olmasında yeniliyi, Çinin vəziyyətinə və həmçinin, Çin inqilabı və öz rəhbərliyinin ifa etdiyi rola əsaslandırmaq üçün elə bir hədd çatdırmışdır ki, tarixi materializmin və onun iqtisadi bazis olması ideyasının və nəticə olaraq, tarixi materializmə əsaslanmadan və ya elmi sosializmdən yanlız quru ad qalmışdır.
    Mao, özünün Təzad əsərində, «Ümdə təzadlar və təzadın ən ümdə cəhətləri» bölməsində deyir: «...İstənilən təzadın ümdə və ikinci dərəcəli cəhətləri, bir-birinə çevrilir, əşya və olayların xislətləri də ona əsasən dəyişir. Hər hansı bir prosesin bir hissəsində və ya bir təzadın təkamülünün müəyyən mərhələsində, A ümdə cəhət və B ikinci dərəcəli cəhətdir. Digər mərhələdə və ya prosesin başqa bölməsində, bu iki cəhətin yeri bir-biri ilə – əşyanın və onların təkamülü prosesi boyunca, təzadın bir cəhətinin o biri cəhətə qarşı mübarizədə qüvvəsinin artması və ya azalmasına əsasən – dəyişir.»(Dörd fəlsəfi traktant, səh-54-55.)
    Bundan sonra deyir: «...Bəziləri təsəvvür edirlər ki, bu tezis bəzi təzadlar barəsində düzgün deyil. Məsələn, deyirlər ki, yaradıcı qüvvələr, əməl və iqtisadi bazis təzadın əsas cəhətini təşkil edirlər... sanki, təzadın digər iki cəhəti yerini dəyişmir. Bu, mexaniki materializmə xas olan qavramadır və dialektik materializmə heç bir aidiyyəti yoxdur. Aydındır ki, yaradıcı qüvvələr, əməl və iqtisadi bazis, ümumilikdə mühüm və təyinedici rola malikdirlər və bunu inkar edən şəxs, materialist deyil. Elə buna görə də, qəbul etmək lazımdır ki, istehsal münasibətlərinin müəyyən şəraitində, tezis və üstqurum öz növbəsində mühüm və təyinedici rola malik ola bilərlər. Əgər yaradıcı qüvvələr, istehsal münasibətləri dəyişmədən təkamül edə bilməzlərsə, o halda istehsal münasibətlərinin dəyişilməsi, mühüm və təyinedici əhəmiyyət kəsb edəcək.
    Leninin İnqilabi nəzəriyyəsi, «heç bir inqilab ola bilməz» sözü gündəliyə gətirildikdə, inqilabi nəzəriyyənin yaradılması və yayılması, mühüm və təyinedici əhəmiyyət kəsb edir... Üstqurum iqtisadi bazisin inkişafına mane olduqda, siyasi olaylar və mədəni proseslər mühüm və təyinedici məna kəsb edir. Biz, bu növ tezislə materializmi inkar edirikmi? Heç bir vəchlə. Çünki biz, tarixi inkişafın ümumi prosesində maddənin, ruhun təyinedici və ictimai vücudun, ictimai şüurun təyinedici olduğunu qəbul edirik. Ancaq eyni halda, bunu da qəbul edirik ki, – və qəbul etməliyik ki, – ruh maddə üzərində, ictimai şüur ictimai vücud üzərində və üstqurum bazis üzərində qarşılıqlı təsirə malikdir. Beləliklə, mexaniki materializmi rədd və dialektik materializmi müdafiə edirik.»(Dörd fəlsəfi traktant, səh-58-59)
    Cənab Maonun dedikləri, tamamilə tarixi materializmi inkar edir. Cənab Mao – istehsal münasibətləri yaradıcı qüvvələrin təkamülünə mane olarsa və ya inqilabi hərəkatın inqilabi nəzəriyyəyə ehtiyacı var və ya üstqurum bazisin təkamülünə mane olarsa – dedikdə də, həmişə baş verən şeyi deyir. Ancaq tarixi materializmə əsasən, icbari olaraq yaradıcı qüvvələrin təkamülü, istehsal münasibətlərini dəyişir. İcbari olaraq inqilabi nəzəriyyə, özündən coşma halını alır və üstqurum, bazisin ardınca öz formasını dəyişir.
    Məgər Marks, «İqtisad elminin tənqidi» kitabının girişində aşkarcasına deməmişdimi ki, cəmiyyətin yaradıcı qüvvələri təkamül və inkişafın müəyyən mərhələsində mövcud istehsal əlaqələri, yaxud istehsal əlaqələrinin hüquqi istilahı olan malikiyyət əlaqələri ilə mübarizəyə girir. Keçmişdə, yaradıcı qüvvələrin inkişafının özəyini təşkil edən bu əlaqələr, bu yolda maneəyə çevrilirlər. O zaman, ictimai inqilab dövrü başlayır və iqtisadi özəyin dəyişməsi, bütün üstqurumu az və ya böyük sürətlə darmadağın edir?
    İstehsal münasibətlərinin dəyişilməsinin, yaradıcı qüvvələrin inkişaf yolunu açmaq üçün yaradıcı qüvvələrin inkişafından üstün olması, inqilabi nəzəriyyənin yaranmasının, inqilabi təfəkkürün öz-özünə coşmasından və üsyanından üstün olması, bazisin dəyişə bilməsi üçün üstqurumun dəyişməsi, düşüncənin iş, ruhun maddə, siyasi və fikri qurumların iqtisadi qurum müqabilində mütləqliyi mənasındadır və tarixi materializmi inkar edir.
    Cənab Maonun – əgər təsiri birtərəfli qəbul etsək, dialektik materializmi inkar etmiş olaraq – deməsi doğru və düzgündür. Ancaq nə etmək olar ki, elmi sosializmin əsası həmin birtərəfli təsir və dialektik məntiqə zidd formada – yəni qarşılıqlı bağlılıq prinsipinə ziddir – yaranıb. Çarəsizlikdən, ya gərək elmi sosializmə boyun əyərək dialektik məntiqi rədd edəsən, ya da dialektik məntiqi qəbul edərək elmi sosializmi və onun mənbəyi olan tarixi materializmi rədd edəsən.
    Əlavə olaraq, cənab Maonun tarixi inkişafın ümumi prosesində, «maddə ruhun təyinedicisidir və ictimai vücud, ictimai şüurun təyinedicisidir» sözləri nə deməkdir? Təzadların ümdə cəhətlərinin yerləşdirilməsini qəbul edəriksə, bəzən yaradıcı qüvvə istehsal münasibətlərini və bəzən də əksinə olaraq təyin edilir. Bəzi hallarda inqilabi hərəkat inqilabi nəzəriyyəni və bəzi hallarda da, inqilabi nəzəriyyə inqilabi hərəkatı yaradır. Bəzən siyasət, mədəniyyət, qüdrət, din və s. cəmiyyətin iqtisadi bazasını dəyişdirir və bəzən də əksinə olur. Deməli, bəzi hallarda maddə ruhu, bəzi hallarda da ruh maddəni təyin edir. Bəzi ictimai vücud ictimai şüuru təyin edir və yaxud əksinə.
    Həqiqət budur ki, cənab Maonun təzadların əsas cəhətlərinin yerdəyişməsi kimi adlandırdığı şey, maoizmi sübut etməkdir. Maoizm də praktiki olaraq, marksist tarixi materializminə zidd formada alındı. Mao əməli surətdə göstərdi ki, o, da Marks kimi, həmişə marksist olma səviyyəsindən daha ağıllı və zirəkdir.
    Maonun rəhbərlik etdiyi Çin inqilabı, əməli olaraq elmi sosializmi və tarixi materializmi və nəticə etibarı ilə marksizmi inkar etdi. Çin, Maonun rəhbərliyi və kəndli inqilabı vasitəsilə, Çinin köhnə feodal rejimini darmadağın etdi və onun yerinə sosializm sistemini qurdu. Halbuki, elmi sosializm və tarixi materializmə əsasən, feodalizm mərhələsini keçən ölkə kapitalizm mərhələsinə çatmalıdır və bu mərhələdə zirvəyə çatdıqdan sonra, sosializm mərhələsinə keçməlidir. Tarixi materializmə əsasən, rüşeym bətndə iki sistemi eyni edə bilmədiyi kimi, cəmiyyət də ardıcıl mərhələləri keçmədən son mərhələyə çata bilməz. Ancaq cənab Mao, əməli olaraq göstərdi ki, belə bir şey mümkündür. Sübut etdi ki, Marksın iddiasına zidd olaraq, rəhbərlik, partiya təlimi, siyasi təşkilat, inqilabi nəzəriyyə, ictimai aydınlıq – yəni Marksın vücud növünə deyil, şüur növünə aid etdiyi şeylər – istehsal münasibətlərini dəyişib və ölkəni sənaye ölkəsi edə bilər və beləliklə də, elmi sosializmə etina etməz.
    Mao, başqa yolla da tarixi marksist nəzəriyyəsini inkar etdi. Marksist nəzəriyyəsinə görə və ən azı, Marksın şəxsi fikrinə görə, kəndli təbəqəsi inqilabı olmağın birinci və ikinci şərtinə – istismar olunma və malikiyyətsizlik – malik olmasına baxmayaraq, üçüncü şərtə malik deyillər. Elə buna görə də kəndli təbəqəsi heç zaman inqilabın başlanmasını öz üzərinə götürə bilməz. Ən yüksək halda, yarı kəndli və yarı sənaye cəmiyyətində kəndli təbəqəsi, fəhlə təbəqəsinin ardınca gedə bilər. Marksın fikrinə əsasən, kəndli təbəqəsi hər növ inqilabi hərəkət etməkdən acizdir.(Marksdan Maoya qədər islahatlar, səh-368.)Marks Engelsə yazdığı məktubda (Polşa inqilabı barəsində), kəndlilər haqqında belə söyləyir: «Kəndliləri... bu məzlum və avam varlıqları... döyüşə çağırmaq olmaz (mübarizəyə səsləmək olmaz).»(Marksdan Maoya qədər islahatlar, səh-348.)
    Ancaq Mao, bu avam və məzlum təbəqəni və mübarizəyə səslənməsi mümkün olmayan təbəqəni, inqilabi təbəqəyə çevirdi və köhnə rejimi devirdi. Marksın nəzərində, kəndilər təkcə ölkəni sosializmə aparmaqda deyil, hətta feodalizmdən kapitalizmə keçdikdə də heç bir rola malik deyillər. Cəmiyyəti feodalizmdən kapitalizmə aparan və həmin tarixi anda inqilabi xüsusiyyətə malik təbəqə burjuaziyadır. Ancaq Mao həmin təbəqə ilə feodalizmdən sosializmə keçdi. Deməli Maonun, marksizmdən ayrılaraq maoizmi sübut etmək üçün təzadların əsas cəhətinin yerdəyişməsi prinsipini bəyan etməyə haqqı vardır və özünü elə göstərir ki, məsələni öz üzərinə gətirmədən marksizmi şərh edir.
    Mao, «marksist lazım olduqda əməli surətdə marksizmdən ayrılmalıdır», dərsini, öz sələfi Lenindən öyrənib. Lenin Maodan öncə, o dövrdə yarı feodal, yarı kapital ölkəsi olan Rusiyada inqilab etdi və birinci dəfə sosialist ölkəsi yaratdı.
    Lenin görürdü ki, ömrü çar Rusiyasının kapitalist ölkəsinə çevrilməsini və kapitalizm və istismarın son mərhələyə çatmasını və dinamik formada, öz-özünə inqilab baş verməsini və əsaslı dəyişikliklər olmasını görməyə imkan verməyəcək və görürdü ki, gözləmə mövqeyi tutsa, çox gec olacaq. Elə buna görə də, üstqurumdan başladı. Partiya, siyasət, inqilabi tezis, müharibə və qüdrətdən istifadə etdi və o dövrün yarı sənaye Rusiyasını sosialist SSRİ-sinə çevirdi.
    Lenin əməli olaraq, Rusiyanın iqtisadi bazisinin dinamiki və öz-özünə inkişafını gözləmədən qüvvə, siyasət, partiya təlimi və siyasi agahlıqdan istifadə etdi.
    Category: İslam dünyagörüşü - Cəmiyyət və tarix | Views: 888 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024