İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 10 » İslam dünyagörüşü - Cəmiyyət və tarix
    4:58 PM
    İslam dünyagörüşü - Cəmiyyət və tarix
    3. QƏBUL ŞƏRAİTİ VƏ MANEƏLƏR
    Bir qədər əvvəl qeyd etdik ki, tarixin hərəkət mexanizmi, məktəblər baxımından müxtəlifdir: Kimisi hərəkətin təbii mexanizmini, bir təbəqənin o birisinə olan təzyiqi və bir təbəqənin zatən irticaçı və digər təbəqənin zatən inqilabi olması kimi başa düşür; digəri isə hərəkətin təbii mexanizmini, bəşərin tərəqqipərvər və kamillik axtarışında olan pak fitrətində görür; başqa bir məktəb isə tamam başqa cür düşünür. Aydındır ki, hər bir məktəb öz hərəkət mexanizmini nə cür anlamasından asılı olaraq, öz təlimlərində şərait və lazımi şeyləri, yaxud maneə və s. şeyləri aydınlaşdırır. Hərəkət mexanizmini, bir təbəqənin sair təbəqəyə etdiyi təzyiq kimi qəbul edən məktəb, cəmiyyəti hərəkətə və təlatümə gətirmək üçün lazım olan həddə təzyiq olmazsa, həmin təzyiqi yaradır və cəmiyyəti durğunluq halından çıxarır. Marks özünün bəzi əsərlərində xatırladır: «Azad olmuşlar təbəqəsinin olması üçün, suallar və kölələr təbəqəsinin olması zəruridir.»
    Bu araşdırmanın sonunda yazır: «Bəs Alman xalqının azadlıq imkanı haradadır? Bizim cavabımız belədir: Gərək mütləq, bütünlüklə zəncirlənmiş təbəqə düzəlsin.»
    Belə bir məktəb, islahatı maniə sayır. Çünki, islahatlar təzyiqi azaldır və təzyiqin azalması, inqilab və partlayış baş verməsinə mane olur və ən azı, onun baş verməsini gecikdirir. Bu, cəmiyyətin zati və fitri hərəkətinə inanan məktəbin baxışlarına ziddir. Belə bir məktəb, heç vaxt bir təbəqə üçün zəncir və qandal yaratmağın zəruriliyinə fitva verməz. Çünki, təzyiqi tədrici islahatları inkişafa mane saymadığı kimi, təkamülün lazımlı şərtlərindən də saymır.
    İslam, şərait və maniə silsiləsində hansı işləri bəyan edir? İslamda şərait və maniələr adətən və yaxud həmişə, fitrət və zat ətrafında fırlanır. Quran bəzi hallarda, ilk paklıq şəraitində qalmağı, şərt adı ilə tanıtdırır. (Müttəqilərə doğru yol göstərən – Bəqərə-2).
    Bəzi hallarda, varlıq sistemi qarşısında məsuliyyət hissindən doğan nigarançılığı şərt adlandırır və «(Biz onu Allahın əzabından) qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik.» (Taha-3, Ənbiya-49, Fatir-18, Yasin-11) formasında bəyan edir. Bəzən də, fitrətin diri olması və oyaq qalmasının şərti kimi tanıtdırır: «Onunla ağıl və bəsirət sahiblərini qorxut...» (Yasin-70).
    İslam öz dəvətinin qəbul şərtlərinin paklıq, nigarançılıq və yaradılmışlar qarşısında məsuliyyət hissi və fitri həyata doğru yaşayış olduğunu bildirir. Qarşılıqlı olaraq, maniələri ruhi və əxlaqi fəsad, ürəyin günahı,(Bəqərə-283.) ürəyin çirki (pisliyi),(Mutəffifin-14.) ürəklərin möhürlü olması,(Bəqərə-7.) bəsirət gözünün bağlanması,(Həcc-46.) qulaqların eşitməz olması,(Fussilət-44.) nəfs kitabının təhrif olunması (nəfsin səhv yola düşməsi),(Şəms-10.) əcdadların adətlərin ardınca getməsi,(Zuxruf-23.) şəxsiyyət və böyük adamlara pərəstiş etmək,(Əzhab-67.) zənn və güman ardınca getmək (onlara əsaslanmağı)(Ənam-116.) və buna bənzər sair əməllər olduğunu da bildirir. İsrafı, qudurğanlığı və sərvət bolluğunu da, heyvani hissləri gücləndirdikləri və insanı da heyvana çevirdiyi üçün maniə sayır. Bu işlər Quran baxımından, cəmiyyətin təkamülü, islahı və inkişafı istiqamətində hərəkət və dəyişikliyə maniədir.
    İslam təlimləri baxımından, cavanlar yaşlılara nisbətən, kasıblar varlılara nisbətən daha çox yeni şeylər qəbul etməyə meyillidirlər. Çünki birinci qrupun, yaş azlığına görə, hələ mənəviyyatı xarab olmayıb və ikinci qrup isə, sərvət və rahatlıqdan uzaq olublar.
    Şərait və maniələrin bu formada bəyan olunması, Quranın tarixi və ictimai dəyişikliklər mexanizmi maddi və iqtisadi olmadığından, daha çox, ruhi və mənəvi qəbul etdiyini aydınlaşdırır.
    4. CƏMİYYƏTLƏRİN TƏRƏQQİ VƏ TƏNƏZZÜLÜ
    Hər bir ictimai məktəb bir qayda olaraq, cəmiyyətlərin tərəqqi və yüksəlişi, onların tənəzzül səbəbləri barəsində fikirlər irəli sürürlər. Hər hansı bir məktəbin, hansı şeyləri tərəqqi və hansıları tənəzzülə səbəb bilməyi cəmiyyətə, tarixə, hərəkatlara və tənəzzülə baxış formasını təyin edir.
    Qurani-kərimdə – xüsusilə də, hadisə və əhvalatların nəqlində – bu mövzuya fikir verilir. Baxaq görək, Quran bazis nəzəri verir, yoxsa üstqurum nəzəri? Daha dəqiqi: Quran nələri əsas və bazis, nələri isə ikinci dərəcəli və üstqurum hesab edir? Əsas amil kimi maddi və iqtisadi məsələrə fikir verir, yoxsa etiqadi və əxlaqi məsələlər, yaxud da hər ikisinə eyni və bərabər baxır?
    Quranda ümumiyyətlə, yüksəliş və tənəzzül prosesinə təsir edən, dörd amilə rast gəlirik. Bu amillərə qısa şəkildə işarə edərik:
    1. Ədalət və ədalətsizlik; Quran bu mətləbi bir çox ayələrdə işıqlandırır. O cümlədən, Qəsəs surəsinin 4-cü ayəsinə işarə etmək olar və biz, istizaf ayəsi bəhsində onun tərcüməsini verdik.
    Bu ayədə, Allahlıq iddiasında olan Fironun – o, başqalarına zülm edir, onları öz köləsi sayır, müxtəlif bəhanələrlə insanlar arasında ayrı-seçkilik salaraq onları fərqli tutur və onları bir-birinə qarşı qoyurdu – qüdrət arzusunda olmağından, öz ölkəsinin bəzi insanlarını zəlil etməsi və onların oğlanlarını öldürərək qızlarını saxlamağından söz açdıqdan sonra, onu cinayətkarlardan biri adlandırır. Aydındır ki, «O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi» cümləsi, bu növ ictimai zülmlərin cəmiyyəti, kökündən silkələməsi və məhv etməsinə işarədir.
    2. Birlik və ayrılıq (parçalanma); Ali-İmran surəsinin 103-cü ayəsində aşkarcasına, ilahi nura iman və itaət əsasında vahid və müttəhid olmağı, parçalanmaqdan və təfriqədən çəkinməyi əmr edir. Bir ayədən sonra buyurur ki, ixtilaf salan və parçalanan əcdadlarımız kimi olmayın. Ənam surəsinin 153-cü ayəsi də, məna baxımından bu ayəyə çox yaxındır.
    Ənam surəsinin 65-ci ayəsində buyurur:
    «De ki: "Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinin zorunu daddrımağa qadirdir!"...»
    Ənfal surəsinin 46-cı ayəsində buyurur:
    «...Bir–birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz...»
    3. Yaxşılığa çağırış və pislikdən çəkindirmənin icrası, yaxud tərk edilməsi; Quran, yaxşılığa çağırışın və pislikdən çəkindirmənin zəruriliyi barəsində, geniş söhbət açıb. Ayələrdən biri aşkarcasına bildirir ki, bu böyük vəzifəni tərk etmək, bir qövmün və yaxud xalqın məhv və tənəzzülə uğramasında böyük rol oynayır. Bu, Maidə surəsinin 79-cu ayəsidir və bu ayə, Bəni-israil kafirlərinin Tanrının rəhmindən uzaq düşmələrinin səbəbini, bir-birini pis işdən çəkindirməməkdə görür:
    «Onlar bir-birini etdikləri pis əməldən çəkindirmirdilər. Onların gördükləri iş necə də pis idi.»
    İslamın mötəbər rəvayətlərində, yaxşılığa çağırış və pislikdən çəkindirmənin müsbət, yaxud mənfi roluna aid çox söz deyilib. Onları söyləməyə vaxtımız çatmır.
    4. Fəsad, günah və əxlaqi pozğunluqlar. Bu barədə də çoxlu ayələr vardır. Bunların bir qismi sərvət və rahat yaşamağı, həlak olmaq kimi dəyərləndirirlər.(Hud-116, Ənbiya-13, Muminun 33 və 64-cü səh.) Tərkibində zülm sözü olan əksər ayələr də, vardır. Quran anlamında zülm, bir şəxsin və ya qrupun başqa fərd, ya qrupun hüququna təcavüzü ilə bitmir. Şəxsin öz nəfsinə və bir xalqın öz nəfsinə etdiyi zülmə də aid olur. Hər bir cinayət, fəsad və insanı düzgün yoldan azdıran şeylər zülmdür. Əslində zülm, həm də fəsadı və qeyri-əxlaqi işləri əhatə edir. Adətən bu söz, ikinci mənada işlənir. Zülmün, ümumi mənasında bir xalqın məhvində və tənəzzülündə əsas amil olduğunu qeyd edən ayələr çoxdur və onları bu qısa bəhsdə işıqlandıra bilmərik.
    Bu meyarlara ümumi şəkildə diqqət yetirdikdə, Quranın cəmiyyət və tarixin əsasları barəsindəki nəzərini tapmaq olar. Quran, bəzilərinin üstqurum adlandırdığı bir çox işlərin, böyük və təyin edici rolunu qəbul edir.
    TARİXİ İNKİŞAF VƏ ONUN DƏYİŞDİRİLMƏSİ
    İndiyə qədər söylənilənlər tarixin iki mühüm məsələsindən biri haqda, yəni tarixin mahiyyətinin maddi və ya mənəvi olması barəsində idi. Digər mühüm məsələ isə, insan tarixinin dəyişilməsi və müxtəlifləşməsidir.
    Bilirik ki, insan yeganə ictimai varlıq deyil. Bəzi başqa canlılar da, bu və ya başqa formada, ictimai həyata və ictimai varlığa malikdirlər. Yaşayışları vəzifə bölgüsü, qarşılıqlı yardım və məsuliyyətləri bir sıra qayda-qanun əsasında təşkil olunur və həyata keçirilir. Hamımız gözəl bilirik ki, arılar belə bir ictimai varlıqlardan sayılır.
    Ancaq, insanın ictimai varlığı ilə həmin heyvanların ictimai varlığı arasında mühüm bir fərq vardır və o da budur ki, həmin heyvanların ictimai həyatı sabit və eyni şəkillidir. Onların yaşayış sistemlərində dəyişiklik, Meterlingin dili ilə desək, onların mədəniyyətində – əgər belə demək mümkünsə – heç bir dəyişiklik baş vermir. Bunun əksinə olaraq, insanın ictimai həyatı dəyişəndir və sürətə malikdir. Yəni, tədriclə onun sürəti artır. Buna görə də, insanın ictimai həyatının tarixi, müxtəlif cəhətlərdən bir-biri ilə fərqlənən dövrlərə bölünür.
    Məsələn, məişət əşyaları baxımından: Ov dövrü, əkinçilik dövrü, sənaye dövrü. İqtisadi sistem baxımından: İbtidai icma qurluşu, quldarlıq qurluşu, feodalizm qurluşu, kapitalizm qurluşu, sosializm qurluşu. Siyasi sistem baxımından: Xanlıq və krallıq dövrü, istibdad dövrü, aristokratiya dövrü, demokratiya dövrü. Cinsi baxımdan: Qadına pərəstiş dövrü, kişiyə pərəstiş dövrü. Həmçinin başqa cəhətlər də mövcuddur.
    Niyə bu dəyişiklik, digər ictimai canlıların yaşayışında gözə çarpmır? İnsanın bir ictimai dövrdən digər ictimai dövrə keçməsinə səbəb olan bu dəyişikliyin sirri nədir? Başqa sözlə, heyvanda olmayıb insanda olan və yaşayışını irəli aparan şey nədir və bu irəli getmə, necə və hansı qanunlar əsasında və hansı mexanizmlərlə həyta keçirilir?
    Əlbəttə, burada adətən, tarix filosofları tərəfindən belə bir sual verilir ki, inkişaf və təkamül doğrudan da varmı? Yəni tarix boyunca insanın ictimai həyatında baş vermiş dəyişikliklər, inkişaf və təkamül məqsədilə olmuşdurmu? Təkamülün meyar və etalonu nədir?
    Bəziləri, bu dəyişikliklərin inkişaf və təkamül sayılmasına şübhə ilə yanaşırlar və bu şübhələr müəyyən kitablarda öz əksini tapmışdır.(Tarix nədir? Kitabına bax. ) Bəziləri tarixi hərəkəti qapalı dövrəyə bənzədirlər və iddia edirlər ki, tarix bir nöqtədən hərəkətə başlayır və müəyyən mərhələləri keçdikdən sonra, yenidən başlanğıc nöqtəsinə çatır və tarixin şüarı da məhz budur:
    Məsələn, müəyyən bir sərt qəbilə sistemi, iradəli və şücaətli köçəri tayfa tərəfindən yaradılır. Bu hökumət, öz xüsusiyyətlərinə uyğun olaraq, aristokartiya ilə nəticələnir. Aristokratiya hökumətindəki təkhakimiyyətlik istəyi, kütlə inqilabına və demokratiya hökumətinə səbəb olur. Hərcmərclik, böyüklərin olmaması, ifrat azadlıqlar yenidən sərt hökumətin hakim olmasına şərait yaradır.
    Biz hələlik, bu bəhsə toxunmuruq və onu sonra izah edəcəyik. Mövzunun əsasını, tarixi hərəkətin ümumilikdə inkişaf üzrə olmasını əsas götürük.
    Əlbəttə demək lazımdır ki, tarixi, inkişafi hərəkətdə görənlərin hamısı etiraf edirlər ki, bütün cəmiyyətlərin gələcəyi heç də keçmişlərindən yaxşı deyildir. Cəmiyyətlər bir qayda olaraq və dayanmadan yüksəlişə doğru hərəkət edirlər və heç bir tənəzzül ola bilməz. Şübhəsiz cəmiyyətlər dayanır, tənəzzülə uğrayır, sola və sağa meyilli olur və nəhayət süqut edib və məhv olurlar. Məqsəd budur ki, bəşər cəmiyyətləri ümumi olaraq, yüksələn bir xətt üzrə gedirlər.
    Tarix fəlsəfəsi kitablarında, tarixi mühərrikin və tarixi irəli aparan və dəyişdirən amilin nə olması məsələsi, adətən elə formada bəyan olunur ki, diqqətlə baxdıqda bu növ bəyanın səhv olduğunu görürsən. Adətən bu məsələ barəsində aşağıdakı formada nəzəriyyələr söylənilir:
    1. İrqçilik nəzəriyyəsi; Bu nəzəriyyəyə əsasən, tarixi inkişafın əsas amili, bəzi millətlər və irqlərdir. Bəzi millətlər mədəniyyət yaratma istedadına malikdirlər, bəziləri isə yox. Bəziləri elm, sənaye, əxlaq, incəsənət yarada bilərlər, bəziləri isə istehsalçı deyil, istehlakçıdırlar.
    Buradan nəticə alınır ki, millətlər arasında bir növ əmək bölgüsü aparılmalıdır: Siyasət, təlim-tərbiyə, mədəniyyət, incəsənət, sənaye və s. istedadı olan xalqlar bu zərif, ali və insani işlərin məsulu, bu cür istedadı olmayan millətlər isə, bu işlərdən azad olunsunlar və əvəzində, fiziki və heyvani işləri görsünlər. Ərəstun (Aristotel) Millətlərin ixtilafı bəhsində belə bir nəzəriyyə verir. Elə buna görə də bəzi millətləri qul saxlamağa və bəzilərini isə qul olmağa layiq bilir.
    Bəzilərinin əqidəsi budur ki, tarixi inkişaf etdirən amil, xüsusi millətlərdir. Məsələn, şimal millətləri, cənub millətlərindən üstündür. Məhz onlar, mədəniyyətləri irəli aparırdılar. Məşhur fransız filosofu Gennet Qobino (təqribən 12 il bundan əvvəl, 3 il Fransanın İranda səfiri işləyib), bu nəzəriyyənin tərəfdarlarındandır.
    2. Coğrafi nəzəriyyə; Bu nəzəriyyəyə əsasən, mədəniyyəti yaradan və sənayeni düzəldən amil, təbii mühitdir. Yaxşı şəraiti olan məntəqələrdə, güclü mütəfəkkirlər yetişir. İbni Sina «Qanun» kitabında təbii mühitin, insanın hissləri, zövqü və fikri üzərində təsiri haqqında bəhs edir.
    Bu nəzəriyyəyə əsasən, insanları tarixi inkişaf etdirməyə vadar edən, millət və qan – yəni, varislik amili – deyil, (müəyyən bir millət, hər hansı mühit və məntəqədə olursa olsun, tarixin yaradıcısı və hərəkət vericisidir və digər millət, hansı şəraitdə yaşamasından asılı olmayaraq belə bir istedadı yoxdur), əksinə millətlərin fərqi mühit fərqindən yaranır. Millətlərin yerdəyişməsi ilə tədriclə istedadlar da yerini dəyişir. Deməli əslində, xüsusi iqlim və xüsusi məntəqələr, tarixin hərəkət vericisi və yenilikçsi olurlar. On yeddinci əsrin məşhur fransız sosioloqu Monteskyu, özünün «Ruhul qəvanin» (Qanunların ruhu) kitabında bu nəzəriyyəni müdafiə edir.
    3. Qəhrəmanlar nəzəriyyəsi; Bu nəzəriyyəyə əsasən, tarixi – yəni tarixin dəyişikliklərini – istər elmi, istər siyasi və yaxud iqtisadi, yaxud əxlaqi və ya texnoloji cəhətdən olsun, karizmalar (xüsusi istedadlı şəxslər) yaradır. İnsanların digər canlılarla fərqi ondadır ki, digər canlılar bioloji cəhətdən – yəni təbii istedadlar baxımından – eynidirlər. Fərdlər arasında fərq – ən azı, gözə çarpacaq həddə – yoxdur. Onlardan fərqli olaraq insanlar, istedad baxımından bir-birindən, yerlə göy qədər fərqlidirlər. Xüsusi istedadlı şəxslər, hər bir cəmiyyətin müstəsna (az saylı, az rast gəlinən) üzvləridir. Onlar ağıl, zövq, iradə və s. baxımdan, qeyri-adi qüdrətə malikdirlər. Dünyaya gəldikdəri cəmiyyəti elmi, texnoloji və ya əxlaqi, siyasi və ya hərbi baxımdan inkişaf etdirir və irəli aparırlar.
    Bu nəzəriyyəyə əsasən, bəşər üzvlərinin əksəriyyəti yenilikçi deyil, təqib edəndirlər. Başqalarının kəşf etdiyi sənaye və düşüncənin istehlakçılardırlar. Ancaq hər bir cəmiyyətdə, kiçik bir qrup ixtiraçı, yenilikçi və sənaye yaradıcısı vardır və məhz onlar, tarixi inkişaf etdirərək yeni mərhələyə daxil edirlər. Məşhur ingilis filosofu Karlayl – məşhur «Qəhrəmanlar» kitabının yazıçısı – (yeri gəlmişkən, ilk olaraq Peyğəmbər (s)-in şəxsiyyətinin araşdırır), belə bir nəzəriyyəyə malikdir. Karlaylın fikrincə, hər bir millətin dahi şəxsiyyətləri vardır ki, onlar həmin millətin tarixinin tərənnümüdür. Daha doğrusu, hər bir millətin tarixi, bir və ya bir neçə qəhrəmanın şəxsiyyətinin tərənnümüdür. Məsələn, islam tarixi, Peyğəmbər (s)-in şəxsiyyətinin və Fransanın yeni tarixi Napoleonun və bir neçə nəfərin şəxsiyyətlərinin tərənnümü və S.S.R.İ-nin tarixi isə, Lenin şəxsiyyətinin tərənnümüdür.
    4. İqtisadi nəzəriyyə; Bu nəzəriyyəyə əsasən, tarixin mühərriki, iqtisaddır. Hər bir millətin bütün ictimai və tarixi işləri – mədəni, dini, siyasi, hərbi və ictimai işləri – həmin cəmiyyətin istehsal əlaqələri və istehsal sisteminin tərənnümüdür. Cəmiyyəti kökündən dəyişdirən və irəli aparan amil, cəmiyyətin iqtisadi bazasının dəyişilməsidir. Bundan qabaqkı nəzəriyyədə adları çəkilən qəhrəmanlar, cəmiyyətin iqtisadi, sənaye və ictimai ehtiyaclarının tərənnümündən başqa bir şey deyillər və həmin ehtiyaclar öz növbəsində, istehsal vasitələrinin dəyişilməsi nəticəsində yaranırlar. Karl Marks, ümumilikdə bütün marksistlər və bəzi qeyri-marksistlər də, bu nəzəriyyənin tərəfdarlarındandır.
    Bəlkə də bizim dövrdə nəzəriyyələrin ən geniş yayılmışı həmin bu nəzəriyyədir.
    5. İlahi nəzəriyyə; Bu nəzəriyyəyə əsasən, yer üzündə yaranan hər bir şey yetkin və kamil hikmət əsasında yerə enmiş səmavi bir şeydir. Tarixi dəyişikliklər ilahinin yetkin hikmətinin və iradəsinin tərənnümüdür. Deməli tarixi irəli aparan və dəyişdirən, Tanrının iradəsidir. Tarix Tanrının müqəddəs iradəsinin oyun meydanıdır (yəni Tanrı istədiyi şeyi yaradır və tarixi istədiyi kimi öz qanunları əsasında idarə edir). 15-ci Luyinin müəllimi olmuş məşhur keşiş (Yepskop) və tarixçi Busuye bu nəzəriyyənin tərəfdarıdır. Bunlar tarixi fəlsəfə kitablarında tarixin mühərriki ünvanı ilə söylənilən nəzəriyyələrdir.
    Bizim fikrimizcə bu növ bəyan etmə əsla düzgün deyil və burada bir növ «bəhslərin qarışdırılması» baş vermişdir. Əksər vaxtlarda bu nəzəriyyələrin, kəşf etmək istədiyimiz tarixi mühərriklərə (tarixin hərəkətə gəlmə səbəbinə) heç bir aidiyyəti yoxdur. Məsələn, irqi nəzəriyyə sosioloji bir nəzəriyyədir və bəşər xalqlarının varislik amili cəhətindən eyni səviyyəli istedada malik olub-olmamaları cəhətindən bəyan oluna bilər. Əgər eyni səviyyədə olarsa, bütün xalqlar tarixi hərəkətdə eyni səviyyədə şərikdirlər və ən azı müştərək ola bilərlər. Əgər eyni səviyyədə olmazlarsa, bəzi xalqlar tarixin hərəkətində rol oynayır və oynaya bilər. Bu baxımdan məsələnin bəyan olunması düzdür. Ancaq tarixi fəlsəfənin sirri yenə açılmamış qalır. Əgər yalnız bir xalqın tarixi hərəkətə gətirdiyini və dəyişdirdiyini zənn etsək, problemin həlli baxımından bütün insanların tarixin axarında rolu olması fərziyyəsi ilə heç bir fərqi yoxdur və problem həll olunmamış qalır, çünki aydın olmur ki, niyə insan həyatı və insan irqlərindən birinin həyatı dəyişəndir və heyvanlarınkı isə dəyişilmir? Bu sirrin cavabı hardadır? Hərəkətverici amilin bir xalq deyil, bir neçə xalqın olması da tarixin hərəkət sirrini açmır.
    Coğrafi nəzəriyyə də onun kimidir və bu nəzəriyyə də öz növbəsində insanın cismi, zövqi, fikri və əqli inkişafında mühitin rolu olması barəsində faydalı bir sosioloji məsələyə aiddir. Bəzi mühitlər insanları heyvan həddində və ya heyvana yaxın həddə saxlayırlar. Ancaq bəzi başqa mühitlər insanın heyvanla fasilə və fərqini artırır. Bu nəzəriyyəyə əsasən, tarix yalnız bəzi iqlim və məntəqələrdə yaşayan insanlar arasında hərəkətə malikdir. Digər məntəqə və mühitlərdə isə, sabit və dəyişməz olub heyvanın taleyinə bənzəyir. Ancaq əsas sual hələ də cavabsız qalır. Məsələn, bal arısı və ya sair ictimai heyvanlar elə həmin iqlim və məntəqələrdə də tarixi hərəkətdən məhrumdurlar. Bəs bu iki növ canlı arasında ixtilafa – biri sabit, digəri isə daimi olaraq bir mərhələdən digər mərhələyə daşınır – səbəb olan əsas amil nədir?
    İlahi nəzəriyyə bunlara nisbətən daha çox nöqsanlıdır. Məgər yalnız tarix ilahi iradənin tərənnümüdürmü? Bütün aləm yaranışdan indiyə kimi bütün vasitələri, səbəbləri, maniələri ilə birlikdə ilahi iradənin tərənnümüdür. İlahi iradənin bütün səbəblərə qarşı münasibəti eynidir. İnsanın dəyişən həyatı ilahi iradənin tərənnümü olduğu kimi, bal arısının yeknəsəq və sabit həyatı da ilahi iradənin tərənnümüdür. Deməli, əsas mövzu budur ki, ilahi iradə sair canlıların həyatında olmayan hansı şeyi insanların həyatında yaratmışdır ki, onların həyatı bu qədər dəyişkən olur?
    Tarixi iqtisadi nəzəriyyənin də heç bir prinsipial və texnoloji xüsusiyyəti yoxdur. Yəni prinsipial formada bəyan olunmayıb. Tarixi iqtisadi nəzəriyyə bəyan olduğu formada yalnız tarixin maddi və iqtisadi mahiyyətini açıqlayır. Digər işlər və xüsusiyyətlər bu mahiyyətə bağlıdır. Bu nəzəriyyə açıqlayır ki, əgər cəmiyyətin iqtisadi qurumlarında dəyişiklik baş verərsə, icbari olaraq cəmiyyətin digər iş və qurumları da dəyişəcəkdir. Ancaq bütün bunların hamısı «əgər»dir, əsas məsələ, yenə də sual olaraq qalır: Fərz edək ki, iqtisad cəmiyyətin bazisidir və əgər bazis dəyişərsə, bütün cəmiyyət dəyişəcək. Ancaq niyə və hansı amilin təsiri ilə bazis dəyişir və ona bağlı olan digər qurumlar da dəyişir? Başqa sözlə, iqtisadın bazis olması, onun hərəkətdə olması və hərəkətverici olması üçün kifayət deyil. Bəli, əgər bu nəzəriyyənin tərəfdarları iqtisadı – iqtisad onların fikrincə cəmiyyətin bazisidir – tarixin mühərriki bilmək yerinə və tarixin maddiliyini tarixi hərəkəti üçün kifayəedici bilmək əvəzinə, cəmiyyətin daxili təzadları məsələsini yəni, bazislə üstqurumun təzaddı – bəyan etsələr və «tarixi hərəkətin səbəbi bazislə üstqurum təzadıdır» və yaxud «tarixi hərəkətin səbəbi üstqurumun iki hissəsidir (istehsal alətləri və istehsal əlaqələri) desələr, məsələni daha düzgün formada söyləmiş olarlar. Şübhə yoxdur ki, bu məsələni bəyan edənin əsas məqsədi (iqtisad tarixin mühərrikidir) «bütün hərəkətlərin əsas səbəbi daxili təzadlar və istehsal vasitələri ilə istehsal əlaqələrinin tarixin hərəkətverici olduğunu» söyləməkdir. Ancaq bizim sözümüz bu nəzəriyyəni verənlərin məqsədinin nə olması deyil, yaxşı və düzgün bəyan etməkdir.
    Qəhrəmanlar nəzəriyyəsi düz, yaxud səhv olmasından asılı olmayaraq, birbaşa tarixi fəlsəfəsinə – yəni tarixin hərəkətverici amilinə – aiddir.
    İndiyə qədər tarixin hərəkətverici qüvvəsi barəsində iki nəzəriyyə əldə etmişik:
    Onlardan biri tarixin şəxslər, tərəfindən yaradılmasını sayan qəhrəmanlar nəzəriyyəsidir. Bu nəzəriyyə iddia edir ki, cəmiyyətin əksər üzvlərinin istedad və ixtiraçılıq qabiliyyəti yoxdur. Əgər bütün üzvlər belə olarsa, cəmiyyətdə kiçik bir dəyişiklik belə yaranmayacaq. Ancaq ilahi istedadı olan kiçik bir qrup yaranır, ixtira edir, yenilik gətirir, qərarlar çıxarır, müqavimət göstərir və adi insanları öz arxalarınca aparır və bu yolla dəyişiklik yaradırlar. Bu qəhrəmanların şəxsiyyəti yalnız təbii və xüsusi varislik cərəyanların nəticəsidir. İctimai şərait və cəmiyyətin maddi ehtiyacları bu şəxsiyyətlərin yaranmasında heç bir rol oynamır. İkinci nəzəriyyə iqtisadın mühərrik olmasını bildirən «cəmiyyətin bazis və üstqurumu arasında təzad» nəzəriyyəsidir. Bu nəzəriyyəyə bir qədər əvvəl işarə olundu.
    Üçüncüsü, fitrət nəzəriyyəsidir. İnsanın bir sıra xüsusiyyətləri vardır ki, onlara əsasən, onun ictimai həyatı təkmilləşir. O xüsusiyyətlərdən biri, təcrübə toplamaqdır. Təcrübə vasitəsilə qazandıqlarını toplayır, qoruyur və digər təcrübələr üçün əsas kimi istifadə edir.
    İstedadlardan biri də, bəyan və qələm vasitəsilə öyrənməkdir. Başqalarının təcrübəsini də dil və daha yüksək mərhələyə xətt (yazı) vasitəsilə əldə edir. Bir nəslin təcrübəsi, danışıq və yazı vasitəsilə, sonrakı nəsillər üçün yadigar qalır və üst-üstə yığılır. Elə bu səbəbdən də, Quran söyləmək, qələm və yazmağı, xüsusi formada yad edir:
    «Rəhman! (Rəhim olan Allah!) (Öz peyğəmbərinə) Quranı öyrətdi. İnsanı yaratdı. Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi. (Ər-Rəhman, 1-4-cü ayələr).
    «(Ya Peyğəmbər! Qurani-kərimi, bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
    O, insanı laxtalanmış qandan yaratdı.
    (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
    O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.» (Ələq, 1-4-cü ayələr).
    Üçüncü xüsusiyyət, insnın ağıl və ixtira qüvvəsinin olmasıdır. İnsan bu sirli qüvvə vasitəsilə, yaratma qüdrətinə sahib olur və bununla da Tanrı yaradıcılığının tərənnümünə çevrilir.
    Dördüncü xüsusiyyət, insanın yeniliyə olan fitri meyli və zati əlaqəsidir. Yəni insan yalnız lazım olduqda kəşf etməyə kömək edən ixtiraçılıq istedadına deyil, zatında olan yenilikçilik və ixtiraçılıq istedadına da sahibdir.
    Təcrübələrin toplanması və qorunub saxlanılması, təcrübələrin bir-birinə ötürülməsi istedadından, yaradıcılığa zati meyl istedadından əlavə, elə bir qüvvədir ki, insanı daim irəli aparır. Digər heyvanlarda nə təcrübənin qorunması, nə onun ötürülməsi, nə yaradıcılıq istedadı (bu ağıl qüvvəsinin xüsusiyyətlərindən biridir) və nə də yeniliyə meyl yoxdur. Elə buna görə də, heyvan eyni səviyyədə qalır, insan irəli gedir. İndi bu nəzəriyyələri araşdıraq.
    TARİXDƏ ŞƏXSİYYƏTİN ROLU
    Bəziləri iddia edirlər ki, «Tarix, istedadla adi hədd arasında mübarizədir». Yəni, adi şəxslər və orta səviyyəlilər, adətən etdikləri vəziyyətin tərəfdarıdırlar və istedad, mövcud vəziyyətin daha ali formaya çevrilməsini istəyir.
    Karlayl iddia edir ki, tarix istedad və qəhrəmanlarla başlayır. Bu nəzəriyyə, əslində iki fərzə əsaslanır.
    Birincisi, cəmiyyətin təbiət və şəxsiyyəti yoxdur. Cəmiyyətin tərkibi fiziki tərkib deyil. Üzvlər hamısı, bir-birindən müstəqildir. Üzvlərin bir-birinə təsir və əks təsirindən ictimai ruh və öz qanunları olan mürəkkəb varlıq yaranmır. Deməli, yalnız şəxslər və onların psixologiyaları mövcuddur. Bəşər üzvlərinin bir cəmiyyətdə, bir-birindən müstəqil olmaları baxımından əlaqələri, meşədə bitən ağacların əlaqəsinə bənzəyir. İctimai hadisələr, şəxsi hadisələrin cəmindən başqa bir şey deyil. Elə bu səbəbdən də, cəmiyyət üzərində ümumi səbəblərin deyil, xüsusi və şəxsi səbəblərin qarşılaşmasının nəticəsi olan təsadüflər hakimlik edir.
    İkinci güman budur ki, bəşər üzvləri müxtəlif şəkildə yaradılıblar. Bəşər üzvlərinin ümumiyyətlə, mədəni varlıq olmasına baxmayaraq, eyni halda, insanların əksəriyyətində yaradıcılıq, yenilikçilik, ixtiraçılıq və s. yoxdur. Əksəriyyət, mədəniyyətin istehsalçısı deyil, istehlakçısıdır. Heyvanlarla fərqləri budur ki, heyvanlar hətta istehlakçı da ola bilməzlər. Bu əksəriyyətin ruhu təqlid, təqib etmə və qəhrəmanlara pərəstiş etmə ruhudur. Ancaq insanların çox az bir hissəsi qəhrəman, istedad, müstəqil fikirləşən, ixtiraçı və güclü iradə sahibidirlər və başqalarından fərqlənirlər. Sanki, başqa torpaqdan yoğrulmuşlar. Əgər elmi, fəlsəfi, zövqi, siyasi, ictimai, hərbi və s. istedadlar olmasaydı, bəşəriyyət ilk gündə olduğu formada qalacaqdı və hətta, bir addım belə irəli getməyəcəkdi.
    Bizim fikrimizcə, hər iki güman nöqsandır. Birinci güman, öncədən cəmiyyət bəhsində cəmiyyətin şəxsiyyətə, təbiət və qanuna malik olmasına və bu ümumi qanunlara əsasən, hərəkət edir və bu «qanunlar öz-özlüyündə təkamül və inkişaf edəndirlər» cəhətindən iradlıdır. Deməli, bu gümanı kənara qoymalıyıq və cəmiyyətin şəxsiyyət, təbiət və qanunları olmasına və bu qanunlar əsasında hərəkət etməsinə baxmayaraq, fərdin şəxsiyyəti rol oynaya bilər, ya yox? Bu barədə sonra söz açacağıq. Ancaq ikinci güman, bu mətləbin inkar olunmadığına baxmayaraq – yəni, bəşər üzvləri müxtəlif yaradılıblar – doğru deyil. Doğru deyil ki, yalnız istedadların, şəxsiyyətlərin və qəhrəmanların yaradıcılıq və ixtiraçalıq qüdrəti var və qalan əksəriyyət, yalnız istehlakçıdır. Bütün insanlarda, az-çox yaradıcılıq istedadı var və buna görə də, hamı və ya bir çoxu, yaradıcılıqda, istehsalda və s. şərik ola bilərlər. Hətta istedadlılara nisbətən payları az olsa da belə.
    Tarixi, şəxsiyyətlərin yaratdığını iddia edən bu nəzəriyyənin qarşılığı, onun tam əksini deyən nəzəriyyədir. Bu nəzəriyyə iddia edir ki, şəxsiyyət tarixi deyil, tarix şəxsiyyətləri yaradır. Yəni şəxsiyyətləri cəmiyyətin hiss olunan ehtiyacları yaradır.
    Monteskyunun dilindən deyilir: «Böyük şəxsiyyətlər və mühüm hadisələr geniş cərəyanların, nişanə və nəticəsidir.» Heygelin dilindən deyilir: «Böyük şəxsiyyətlər, tarixin yaradıcısı deyil, qadın həkimidirlər (mama).» Böyük şəxsiyyətlər nə nişanədirlər, nə də amil. Durkey kimi cəmin üstünlüyünə inananların fikrincə – onlar, insanların öz zatlarında şəxsiyyətsiz olduğuna və öz şəxsiyyətlərini cəmiyyətdə qazandıqlarına inanırlar – şəxsiyyətlər və fərdlər, ictimai ruhun tərənnümündən başqa bir şey deyillər.
    Və Marks kimi, insanın sosiologiyasını onun ictimai işi saymaq və onu, ictimai şüurdan üstün tutmaqdan əlavə – yəni, insanların şüurunu ictimai maddi ehtiyacların tərənnümü sayırlar – bu qrupun fikrincə, şəxsiyyətlər cəmiyyətin maddi və iqtisadi ehtiyaclarının nümunəsidirlər (göstəricisidirlər).
    Category: İslam dünyagörüşü - Cəmiyyət və tarix | Views: 926 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024