İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 2
    5:52 AM
    Siddiqeyi-Tahirə (ə) 2
    5. Xətib Bağdadi (463/1071-ci ildə vəfat etmişdir)
    V (XI) əsrin görkəmli tarixçisi, alimi Xətib Bağdadi özünün məşhur tarix kitabında Həsən bin Məazın tərcümeyi-halına aid hissəsində Ayişənin İslam peyğəmbərindən (s) eşitdiyi aşağıdakı xəbəri oxucuların nəzərinə çatdırır:
    "Məhşər günü qopanda göydən belə bir nida gələcək: "Ey camaat, başınızı aşağı salın ki, İslam peyğəmbərinin (s) qızı Fatimə (ə) yoldan ötür.”(Mahmud Şəhabi, Əl-İslam vəş-şiə, 1 c., s. 212)
    Kitabdakı başqa bir rəvayətdə isə deyilir: "Məhşər günü nida verən uca səslə deyər: Gözlərinizi örtün ki, Məhəmmədin (s) qızı Fatimə (ə) yoldan ötür.”(Buxari, 2 c., s. 185)
    6. Müslimin Fatimə (ə) haqqında yazdıqlarından
    Müslim məşhur "Səhih” kitabında yazır: "Fatimə (ə) Peyğəmbərin (s) qəlbinin bir parçasıdır. Onu incidən kəs Peyğəmbəri (s) incitmiş olur və Peyğəmbəri (s) xoşhal edən kəs Zəhranı (ə) xoşhal etmiş olur.”
    7. Tirmizinin Fatimə (ə) haqqında yazdıqlarından
    Tirmizi Fatimə (ə) haqqında yazır: "Ayişədən soruşdular ki, Allahın Rəsulu (s) üçün ən sevimli kəs kim idi?” Cavab verdi: "Fatimə (ə)”. Soruşdular: "Bəs kişilərdən?”. Dedi: "Onun həyat yoldaşı Əli (ə)”.
    8. "Səhihi-Buxari” əsərinin müəllifi Buxari
    Buxari özünün məşhur "Səhih” kitabının beşinci bölməsində ("cüz”) səhabələrin fəzilətlərinə aid fəsldə (1376/1956-cı il tarixli Məkkə çapı, s. 17) müxtəlif sənədlərə əsasən Peyğəmbərin (s) buyurduğu aşağıdakı sözləri qeyd edir:
    "Fatimə mənim bədənimin bir hissəsidir. Onu qəzəbləndirən kəs məni hirsləndirmişdir.”
    Buxari, Peyğəmbərin (s) mübarək dilindən çıxmış bu sözləri eynilə kitabın üçüncü bölməsində başqa bir yerdə (s. 164), eləcə də dördüncü bölmədə (s. 203) də vermişdir.
    Müəllif kitabın beşinci bölməsində isə Peyğəmbərin (s) aşağıdakı sözlərini qeyd edir: "Fatimə behişt qadınlarının xanımıdır” (s. 20).
    9. Hakim pakların pakı Zəhra (ə) haqqında
    "Müstədrək” əsərinin müəllifi Hakim bu məşhur kitabında Ayişənin dilindən belə bir xəbəri qeydə almışdır. İslam peyğəmbəri (s) bu dünyadan köçmək ərəfəsində xəstə olarkən Fatiməyə (ə) buyurmuşdu: "Qizım, İslam ümməti qadınlarının və bütün dünya qadınlarının xanımı olmaq istəmirsən?”
    10. "Sünən” əsərinin müəllifi Əbu Davud
    Əbu Davud özünün məşhur "Sünən” əsərində yazır: "Əli bin Əbu Talib buyurmuşdur: "İstəyirsənmi, özümdən və İslam peyğəmbərinin (s) qızı Fatimədən (ə) danışım? Fatimə (ə) İslam peyğəmbəri (s) üçün ən əziz kəs olsa da, mənim mənzilimdə əldəyirmanı işlətməkdən biləyi şişmiş, kuzədə su daşımaqdan çiyinlərinə zor düşmüş, evə və həyətə süpürgə çəkməkdən paltarları nimdaş olmuşdu. Eşitdik ki, Allahın Rəsulunun (s) yanında xidmətçilər var. Fatimə (ə) atasından (s) yardım istəmək məqsədilə o həzrətin yanına gedib xahiş etdi ki, həmin xidmətçilərdən birini ev işlərində kömək üçün ona versin. Lakin atasının hüzuruna çatarkən orada bir neçə cavana rast gəldi və utandığından xahişini dilinə gətirmədən, mətləbini bildirmədən evə qayıtdı.”(Əbu Davud, Sünən, 2 c., s. 334)
    11. "Təfsir Əl-Mizan” kitabının müəllifi Əllamə Təbatəbai
    Əllamə Təbatəbai özünün çoxcildli məşhur "Təfsir Əl-Mizan” adlı kitabında yazır: "Kövsər” haqqında fikir və mülahizələr çoxdur. Lakin əsl həqiqət belədir ki, şərif "Kövsər” surəsi Fatimə (ə) və onun nəslinə dəlalət etməkdən xali deyil. Belə olduqda bu surə Quranın səma xəbərlərindən biri ola bilər. Uca Tanrı Zəhranın (ə) nəslini o qədər çox etdi ki, heç bir nəsl onun tayı-bərabəri ola bilməz. Fatimənin (ə) nəslinin başına çoxlu bəlalar gəlməsinə, bu nəsldən olan neçələrinin böyük qətllərdə yox olmasına baxmayaraq, yenə də bu pak və nəcib nəsl çox böyük sayda yaşamaqda davam edir.”(Təfsir Əl-Mizan, 20 c., s. 524)
    12. Fransız tədqiqatçısı Lui Masinyon
    Məşhur fransız şərqşünası-tədqiqatçısı Lui Masinyon ömrünün bir müddətini həzrət Fatimeyi-Zəhranın (ə) tanınmasına həsr edərək bu sahədə böyük səylər göstərmiş və ciddi uğurlar qazanmışdır. Alim hicri tarixi ilə 10-cu (631-ci) ildə Mədinə şəhərində baş vermiş Nəcran xristianlarının İslam peyğəmbəri (s) ilə qarşılıqlı lənətləmə hadisəsi haqqında yazdığı dəyərli tədqiqat əsərində bir çox maraqlı mətləblərə toxunur. Lui Masinyon yazır:
    "İbrahimin (ə) təkrar-təkrar söylədiyi dualar Fatimədən (ə) törəyəcək on iki nurun varlığından xəbər verir...
    Musaya (ə) nazil olmuş Tövrat Məhəmməddən (s), Fatimədən (ə) və İsmayılla İshaqa bənzər iki ər oğlundan (Həsən(ə) və Hüseyndən (ə)) müjdə verir...
    İsaya (ə) nazil olmuş İncillər də Əhmədin (s) gələcəyindən müjdə verir. Bu ilahi kitab həmçinin müjdə verir ki, o həzrətin bərəkət sahibi bir qızı olacaq və o da iki oğul dünyaya gətirəcək...”(Lui Masinyon. Şəxsiyyəti-Əbdürrəhman Bədəvi və zəmimeyi-an "əl-mübahilə”, Milan, 1944, s. 179)
    13. İmam Musa Sədr Zəhra (ə) haqqında
    Görkəmli İslam mütəfəkkiri, siyasi xadimi imam Musa Sədr Fatimə (ə) haqqında yazır:
    "Dini təlimlər və hökmlərin görkəmli şəxslərə ehtiyacı var. Belə şəxslər həmin təlim və hökmləri tərtib edib qaydaya salmağı və təbliğ etməyi öz öhdələrinə götürürlər ki, onları arzu və ideya mərhələsindən gerçəklik mərhələsinə gətirib çıxarsınlar. Belə olduqda insanların Allaha olan inamları artır və dinsizlik ortadan qalxır.
    İslam peyğəmbəri (s) həqiqəti ortaya çıxarmaq üçün Nəcran xristianları ilə qarşılıqlı lənətləməyə çıxdı. Bu hərəkət o vaxt Peyğəmbərlərin öz dəvətlərində qələbə çalması üçün yeganə vasitə sayılırdı. Bu məsələ aşağıdakı şərif ayəyə görə elan edildi:
    "Səninlə düşmənlik edən hər bir kəsə de ki, gəlin hamılıqla oğullarımızı, qadınlarımızı və qohumlarımızı çağıraq, sonra bir-birimizi lənətləyək. Və Allahın lənətini yalançılara yönəldək.” Böyük İslam peyğəmbəri (s) öz övladları, xanımları və qohumları içərisindən Əlini, Fatiməni, Həsəni və Hüseyni seçib özü ilə həmin məsələnin həlli üçün apardı. Bu şəxslər İslam xadimlərinin, İslam qadınları və oğullarının təmsilçiləri idilər. İslam peyğəmbəri (s) bu yolla İslama olan öz kamil imanını göstərdi. İslamın kamil və həqiqi nümayəndələrinin kimlər olduğunu bildirdi. Hamıya elan etdi ki, məhz bu şəxslər həqiqi İslamın nümayəndələridir.”(Süleyman Kətani. Göstərilən əsəri, s. 26)
    14. Məşhur təfsirçi Fəxr Razi
    Quranın ən böyük və məşhur təfsirlərindən birinin müəllifi Fəxr Razi "Kövsər” surəsinin təfsirində özünün bir çox fikir və mülahizələrini irəli sürmüşdür. Həmin fikirlərdən biri budur ki, "Kövsər” surəsinin nüzulundan məqsəd İslam peyğəmbərinin (s) övladlarına işarə etməkdir.
    Müəllif yazır: "Bu surənin nüzuluna səbəb İslam peyğəmbərinin (s) düşmənlərinin o həzrətə vurduqları tənə və məzəmmətlər idi. Onlar deyirdilər ki, Peyğəmbər "əbtər”dir, yəni övladsız və arxasız, sonsuz və nəsli kəsilmiş bir adamdır. Elə buna görə də bu surədə məqsəd Allah-təalanın o həzrətə elə bir bərəkətli nəsl bəxş etməsidir ki, onlar zaman keçdikcə, yüzillər ötdükcə eləcə duracaq və daim yaşayacaq. Fikir ver, bax gör, Əhli-beyt (ə) ailəsindən neçələri öldürmüş olsalar da, yenə də yer üzü Peyğəmbərin (s) övladları, oğul-qızları ilə doludur. Lakin vaxtilə həddindən çox adamları olan Bəni Üməyyə nəslindən indi etibar sahibi, mötəbər və nüfuzlu bir şəxs də belə yoxdur. Əksinə, onlar isə (Allahın Rəsulunun nəsli, övladları) Baqir(ə), Sadiq (ə), Kazım (ə), Rza (ə)... kimi böyük alim və görkəmli şəxsiyyətlərdir. Həmin nəsldən bu kimi böyük şəxslər çox qalmışlar.”(Fəxr Razi. Quran təfsiri. 32 c., s. 144 (Misir çapı) )
    Fatimeyi-Zəhranın (ə) ictimai-siyasi işlərdə davranışı
    Bu, nə şairanə bir ilhamın məhsuludur, nə də qəhrəmanlıq dastanı. Nə dəli-divanə bir ürəyin həyəcanlı sözləri, nə də coşqun bir qələmdən qopmuş romantikadır. Əsla, bunların heç biri deyil. Əksinə, yalnız və yalnız belə bir böyük həqiqətin kiçik bir hissəsinin bəyanıdır ki, Fatimeyi-Zəhra (ə) İslam mədəniyyətinin bütün sahələrində Allahın və Quranın dini-məzhəbi və siyasi hökmləri ilə bağlı çoxşaxəli işlərin hamısında yorulmaq bilmədən, qəhrəmanlıqda hərtərəfli və fəal iştirak etmişdir. Elə bir qəti və həlledici bir iştirak ki, o bizim məktəb və məzhəbimizin hər bir guşəsində dönüş nöqtəsi kimi özünü göstərir və sönməz bir günəş kimi həmişə yolumuza işıq saçır...
    Bəli, o pak və ismətli, məlul və məzlum qız, behişt xanımlarının xanımı, "atasının anası”, əlləri qabarlı, çiyni yaralı, solğun bənizli qadın – Fatimə (ə) bütün günü ağır ev işlərini görməklə yanaşı, iki namuslu və cəsur oğlunu tərbiyə etməklə bərabər, dini, İslam qanun-qaydalarını qorumaq üçün mübarizə və cihad zərurəti ortaya çıxdıqda qorxu-hürkü bilmədən qəfildən mübarizə meydanına da atılır, qəhrəman oğulları, igid sərkərdələri arxada qoyaraq irəli çıxır, mübarizə bayrağını başı üzərində qaldırır, dini-məzhəbi və siyasi döyüşlərdə nərə çəkərək düşmənin bədəninə lərzə salır... Beləcə paklıq və saflıq nümunəsi olan bu qadın gözlənilmədən bir döyüşkən qəhrəmana – haqq və ədalət uğrunda İlahi bir mübarizənin yorulmaq bilməyən iştirakçısına çevrilir və həqiqi İslamda əsla bir-birindən ayrılmayan dini-siyasi mübarizə meydanında göstərdiyi rəşadətə görə əbədilik olaraq adını qorxmazlıq və igidlik zirvəsində həkk edir...
    Həmişə "ana” olan, körpəlik və uşaqlıq çağlarından analıq vəzifəsini öhdəsinə götürən bu gənc qız – "atasının anası” deyə çağırılan mübariz İslam mücahidi, peyğəmbərlik və imamlıq nəslinin daşıyıcısı və davamçısı olan müqəddəs xanım İslamın başqa dini-siyasi məsələlərindən də əsla kənarda qalmırdı. İslam tarixində ən həlledici və mühüm ictimai-siyasi məsələlərin həllində bu müqəddəs qadının öz dəst-xətti və ictimai məktəbi var idi. Düşmənlərin rüsvayçılığına bais olan həmin dəst-xətt və davranış bu yeganə qadının "Kövsər” olmaq və Peyğəmbərin (s) pak nəslini doğru yolla aparmaq vəzifələrini şərəflə yerinə yetirməsində mühüm rol oynadı.
    Ata evində atasının ən yaxın dostu və köməkçisi, sirdaşı və yardımçısı olan Fatimeyi-Zəhra (ə) Allahın Rəsulunun (s) vəfatından sonra alicənab və məsum ərinin evində də bu hərəkət və davranışını davam etdirdi. Fatimə (ə) burada da alicənab ərinin ən yaxın köməkçisi və sirdaşı oldu, möhtərəm atasına göstərdiyi qayğını başqa şəkildə davam etdirməyə başladı.
    Əli (ə) ilə qoşa addımlamaq onun üçün doğrudan da, İslam dininə və Rəsulullahın (s) insan tərbiyə edən məktəbinə xidmət etməkdən başqa bir şey deyildi.
    Tayı-bərabəri olmayan o xanım istər möhtərəm atasının bu dünyadan köçməsindən qabaq, istərsə də sonra həmişə xilafət və Peyğəmbərin (s) canişini haqqında qəti və dəqiq düşüncə ilə hərəkət etdi. Quranın və İlahi qanun-qaydalarının müdafiəsinə qalxdı və böyük cidd-cəhdlə çalışdı ki, dinin doğru yoluna və məktəbinə zərrə qədər zərər dəyməsin. Fatimə (ə) bu istiqamətdəki işini ömrünün axırınadək davam etdirdi və öz fikrindən, əqidəsindən əsla dönmədi.
    Din və siyasət meydanının o aslan qadını bütün səmərəli həyatı boyu xilafətin mühüm və taleyüklü məsələlərini əsl məcrasına qaytarmaq yolunda yorulmadan çalışdı. Fatimə (ə) həmçinin xilafəti sarsıdan, dinin dayaqlarını qorxu altına alan amillərin – doğru yoldan sapmaların, əyintilərin, səhləngarlığın və yalançılığın qarşısını almaq üçün mübarizə apardı. Bu işdə yalnız yaxını görənlər, zahirə diqqət yetirənlər üçün bir uğur qazana bilməsə də, öz fikrindən əsla dönmədi və ömrünün son anına kimi öz mövqeyini qoruyub saxlaya bildi. Fatimənin (ə) bütün həyatı boyu özünü qabarıq şəkildə göstərən bu qətiyyət və əzmkarlıq bu qəhrəman qadının pak övladları tərəfindən davam etdirildi və son nəticədə xilafət və vilayət məsələsini onun daha doğru və daha əzəmətli istiqamətinə, yəni imamlığa yönəltdi. Fatimənin (ə) pak nəsli tərəfindən davam etdirilən imamlıq artıq on dörd əsrdir ki, həqiqi, gerçək İslamı həmin istiqamətdə irəli aparır. Ona görə də aydın olur ki, zahiri görənlərin düşündüklərinin əksinə olaraq Fatimənin (ə) yorulmaq bilməyən o mübarizəsi nəinki uğursuzluqla nəticələndi, əksinə, İslam aləmində, haqq və ədalət dünyasında ən böyük nailiyyətlər və uğurlar qazandı.
    Fatimeyi-Zəhra (ə) Allahın Elçisinin (s) bu dünyadan köçməsindən sonra ömrünün sonunadək Əli (ə) ilə - müsəlmanların birliyini və İslam nailiyyətlərini qorumaq üçün Əbubəkrin hakimiyyətini qəbul etməyən və Peyğəmbərin (s) həqiqi canişini olan alicənab həyat yoldaşı ilə bütün məsələlərdə həmfikir oldu. Fatimə (ə) bütün ömrü boyu o həzrətin ən yaxın köməkçisi və sirdaşı oldu, həmişə onun yanında qərar tutdu və onunla qoşa addımladı. Pakların pakı Zəhra (ə) əmin idi ki, xilafət və İslam dünyasına rəhbərlik İslam dünyasının ən layiqli, ən bacarıqlı, ən qabiliyyətli şəxsiyyətinə - Əli bin Əbu Talibə məxsusdur. Ona görə də, xilafətə namizədlər və iddiaçılar arasında İslam yolunu, İslam peyğəmbərinin (s) yolunu şərəflə davam etdirmək üçün o, daha bilikli və elmli, daha şücaətli və cəsarətli, daha ədalətli və insaflı, daha ləyaqətli və fəzilət sahibi idi...
    Bəli, pakların pakı Zəhra (ə) – o ismətli və yorulmaq bilməyən mübariz qadın öz dini və siyasi baxışlarını daim inkişaf etdirir və çalışırdı ki, öz mübarizəsi və ictimai-siyasi fəaliyyəti, rəhbərliyi ilə müsəlmanları doğru yola yönəltsin. Fatimə (ə) camaatın diqqətini saxta seçkilərə, xilafətdə öz mənafelərini güdən şəxslərin oyunlarına cəlb etdi ki, onlar öz fikirlərini dəyişdirsinlər, xilafəti o dövrün və məkanın, bütün zaman və məkanların ən layiqli şəxsinə tapşırsınlar, həzrət Əli (ə) ilə həmkar və həmfikir olsunlar və beləliklə də İslamın süqutunun – cahiliyyə dövrünə qayıtmağın qarşısını alsınlar.
    Fatimə (ə) hətta o vaxtlar Mədinənin qəmli və qaranlıq gecələrində Əlinin (ə) səyi və təşəbbüsü ilə bəzi mühacirlərin və ənsarın evlərində keçirilən iclaslarda fəal iştirak edir, həqiqətləri camaata çatdırmaqda, İslama aid siyasi məsələlərin şərhi və izahında alicənab həyat yoldaşının həmkarı, həmfikri kimi çıxışlar edirdi. Fatimə (ə) hər vəchlə çalışırdı ki, İslam ümmətinə rəhbərlik bu işə həqiqətən layiq olan bir şəxsin öhdəsinə qoyulsun. Lakin əfsuslar olsun ki, fırıldaq və kələyin, əvvəlcən hazırlanmış fitnə və oyunların baş alıb getdiyi o dövrdə elə bir şərait yaranmış ki, bütün bunların nəticəsində camaat ya qorxduğuna, ya da qəflətdə olduğuna görə bu vacib həyati məsələdə etinasızlıq göstərdi. Məhz buna görə də İslam xilafəti öz həqiqi və təbii məcrasından çıxaraq elə bir yola düşdü ki, sürətlə tənəzzülə uğramağa başladı və İslamın, Rəsulullahın İlahi inqilabının nailiyyətlərini əldən verdi. Beləliklə, İslam dünyasında, müsəlman aləmində də cahiliyyə dövrünə oxşar bir şərait yarandı.
    Belə bir zamanda Peyğəmbərin (s) həqiqi davamçılarının səyləri bir nəticə vermədikdə Fatimə (ə) siyasət aləmində yeni bir addım ataraq özünün tarixi və parlaq, müfəssəl və ətraflı xütbəsini oxudu. Bu dövrün siyasət və ideologiyasında yol verilmiş əyintilərin və sapmaların dəqiq və dərin şəkildə təhlil edildiyi bu xütbə o zaman bir çox pak və təmiz insanları qəflət yuxusundan ayıltdı və beləliklə, haqq və ədalət düşmənlərinin cəbhəsinə şiddətli zərbə endirdi. Bənzərsiz və tayı-bərabəri olmayan Fatimənin (ə) dərin düşüncə tərzini, zəngin mənəvi aləmini açıb göstərən bu tarixi xütbənin böyük əhəmiyyətini nəzərə alaraq onun tərcüməsini olduğu kimi veririk:
    Xütbənin mühüm mövzuları
    Peyğəmbər (s) tərbiyəsini görmüş o böyük xanımın xütbəsində aşağıdakı dərin və mənalı mətləblər öz əksini tapmışdır:
    - Yaradanın tərif və sitayişi;
    - Yaradanın birliyinin dəlillərlə sübutu;
    - Peyğəmbərlik məsələsi və onun zəruriliyi;
    - Cahiliyyə əsrinin hadisələri və məsələlərinin bəyanı və şərhi;
    - Peyğəmbərliyin böyük rolu və nicatverici xidmətləri;
    - Quran və onun tarixi əhəmiyyətinə bir baxış;
    - Şəriətin səbəbləri və fəlsəfəsi;
    - Yüksək siyasi baxışların bəyanı üçün mövzuya giriş;
    - Peyğəmbərlik ərəfəsində və peyğəmbərlik dövründə baş verən hadisələrin şərhi;
    - Əlinin (ə) yüksək mövqeyi haqqında söz;
    - Peyğəmbərin (s) Əhli-beytinə (ə) (ev əhlinə) qarşı qəsd və fitnələrin qısa şərhi;
    - Dövrün zorla qəbul etdirilmiş dövlət başçısının ifşası;
    - Qurani-Məciddən dəlil-sübutlar gətirilməsi;
    - Dinləyicilərin nəzərinin cəlb edilməsi və onların həyəcana gətirilməsi;
    - Üzləşdiyi əzab-əziyyətlərdən ulu atasına şikayət.
    İslam tarixinin o qara günlərində Fatimənin (ə) ailəsindən çıxmış bu təkanverici və atəşin, dərin mənalı və dəyərli sözlər haqq və ədalət uğrunda böyük bir mübarizə üçün bünövrə idi. Bu xütbədə bəyan olunmuş dərin və incə mətləblər bir çox tarix kitablarında qeydə alınmışdır.
    Bu xütbədə toxunulan məsələlərdən birini Abdulla bin Həsən öz atasından belə rəvayət etmişdir: "Əbubəkr Fatiməni (ə) Fədəkdəki əkin sahəsinə sahibliyindən – bu qanuni varisliyindən məhrum etdikdə o alicənab xanım hicabını başına salıb özünün ən yaxşı paltarını əyninə geyib Qüreyşin bir qrup qadını və öz xidmətçiləri ilə Əbubəkrin yanına getdi. Zəhra (ə) Əbubəkrin otağına daxil olduqda o, bir neçə ənsar və mühacirlə oturmuşdu. Həmin adamların yanında kamil İslam qadını hicabının arxasından sözə başladı. O həzrət özünün atəşin və təsirli sözləri ilə haqq və ədalətdən, özünün qanuni hüququndan elə alovlu danışdı ki, Əbubəkrin məclisində olanların hamısı mat-məəttəl qaldı və bu güclü dəlil-sübutlu sözlərə heyran oldu. Həmin günə qədər kimsə nə belə sözlər demiş, nə də eşitmişdi. Nə qadınlardan, nə də adi kişilərdən.”
    Bəli, doğrudan da, Fatimənin (ə) dənizlər qədər böyük şəxsiyyətinin, istedad və qabiliyyətinin bir damlasını belə təsvir etməkdə qələm gücsüzdür. Biz zəif insanların dilləri və qələmləri o həzrətin böyüklüyünün tərifində doğrudan da acizdir. Həqiqətən də, Zəhranın (ə) bənzərsiz şəxsiyyəti haqqında yalnız Allah-təala söz deyə bilər, necə ki, buyurmuşdur: "(Ya Peyğəmbər) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər suyunu və ya bol bir nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik! Ona görə də (bu nemətlərə şükr edərək) Rəbbin üçün namaz qıl və qurban kəs. (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, nəsli kəsilmiş deyən) düşməninin (As bin Validin) özü sonsuzdur. (Sənin nəslin Qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır).”(Qurani-Kərim, Əl-Kövsər surəsi)
    Dünyanın bu böyük xanımının başdan-başa iftixarla dolu həyatı, bütün ictimai-siyasi sahələri əhatə edən mənalı ömrü bütün insanlığa nümunə olan kamil və bənzərsiz bir qadının həyat yoludur. Fatimə (ə) pak və ismətli bir qadın olmaqla yanaşı, eyni zamanda yorulmaq bilməyən bir mübariz, şücaətli və qəhrəman bir inqilabçıdır. Elə bir mübariz qadındır ki, həqiqət yolundan azmış zülmkarların, nifaq salanların, öz mənfəətlərini güdən siyasətbazların, İslama qarşı çıxanların qarşısında öz gur səsini ucaldaraq vilayət və imamlığın, Peyğəmbərin (s) Əhli-beytinin (ə) əlindən alınmış hüquqlarının müdafiəsinə qalxır. Fatimə (ə) bu yolda qorxmazcasına irəliləyir və hətta şirin canını belə qurban verməyə hazır olur.
    Bəli, bu yolda son nəticədə özünü fəda edən Fatimə (ə) idi ki, hər bir hərəkət və addımı, hər bir kəlamı və sükutu, fəryadı və göz yaşları, pislik və yaramazlıqlara, haqsızlıq və ədalətsizliyə qarşı bir mübarizə üsulu idi. İslam inqilabı nailiyyətlərinin qorunması və peyğəmbərliyin davamı uğrunda mübarizə idi.
    Fatimeyi-Zəhra (ə) alovlu və yorulmaz inqilabçı, ayıq və uzaqgörən siyasətçi, tarixi-siyasi və ictimai hadisələrə dərindən bələd olan bir şəxs olmaqla yanaşı, həm də kamil bir zahid, İlahi elmləri üzrə yetkin bir alim, nümunəvi bir ana, ən yüksək dərəcəli müəllim və ustad, sədaqətli və vəfalı həyat yoldaşı və ən nəhayət, həyatı ürəkdən sevən fədakar bir insan idi...
    Bəli, o böyük və həqiqi imamların anası, din başçıları kimi övladların tərbiyəçisi idi. Elə övladların ki, Allah yolunun, İslam yolunun, əziz İslam peyğəmbərinin (s) yolunun davamı üçün fədakarlıq və qəhrəmanlıqlar göstərdilər. Bu müqəddəs yolda pak canlarını fəda etdilər ki, İslam şərəflə yaşasın...
    Category: Siddiqeyi-Tahirə (ə) 2 | Views: 1034 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024