İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 2
    5:44 AM
    Siddiqeyi-Tahirə (ə) 2
    6. Fatimeyi-Zəhra (ə) və Məkkənin fəthi
    Fatimeyi-Zəhra (ə) İslamın ilk çağlarında dünyaya göz açmışdı. Onun mübarək miladı elə bir zamanda dünyanı öz müqəddəs nurları ilə işıqlandırdı ki, əziz atası peyğəmbərliyə seçilmiş, pak canına, vücuduna peyğəmbərlik məhəbbəti hopmuş, üzərinə vəhy mələyi qonmuş və Quranın səma ayələri mübarək qəlbinə nazil olmuşdu. Bəli, Fatimə (ə) belə bir xoşbəxt dövrdə doğuldu. Bu zaman əziz atası Allahın sonuncu elçisi (s) kimi dünyaya rəhbərlik məşəlini əlinə götürmüş və bəşəriyyəti doğruluğa, nicat və uğura doğru irəli aparırdı...
    Başqa sözlə desək, pakların pakı Zəhranın (ə) təvəllüdü müqəddəs İslam ayininin zühuru ilə eyni vaxta düşür. Əgər sünnə əhli ilə şiə əhlinin o həzrətin təvəllüd tarixi haqqındakı fikirlərində olan cəmi bir neçə ilə bərabər fərqi nəzərə almasaq, deyə bilərik ki, Fatimə (ə) və İslam təxminən eyni vaxtda doğulmuş, zühur etmiş və yanaşı, çiyin-çiyinə böyümüş, irəli getmişlər.
    Beləliklə İslamla eyni vaxtda, onun qəlbində, İslam peyğəmbərinin (s) ətəyində, İslamın çiçəklənməsinin başlanğıcında dünyaya göz açan Fatimə (ə) qəlbi İslamın inkişafı ilə qoşa döyünür, nigaran gözləri atasının həyatında baş verən hadisələri görərək get-gedə bəsirət kəsb edir və gündən-günə biliyi, elmi artırdı. O, lap körpəlik çağından – dünyaya göz açan vaxtdan, xüsusilə də Şibi-Əbi Talibdə müşriklərin iqtisadi və siyasi mühasirəsində yaşayarkən Allah yolunda təlaşlarla bağlı üzləşdikləri müsibət və zülmləri görən zamandan başlayaraq dərk etdi ki, İlahi ayininin inkişafı fədakarlıq və cəsurluq, igidlik və qəhrəmanlıq tələb edir və bu yola qədəm qoyan kəs bir daha geri dönə bilməz.
    Bəli, Fatimə (ə) belə öyrənmişdi və buna görə də həmişə və hər hansı bir halda İslam qanun- qaydası, həyati mənafeyi hesab edir, İslam sıxıntılarını, müsəlmanların çətinliklərini öz sıxıntısı sayır və İslamın tərəqqisi, inkişafı ilə sevinir, fərəhlənirdi.
    İslam və müsəlmanlar üçün bir çətinlik, sıxıntı ortaya çıxdıqda və ya İlahi ayinlərinin həyata keçməsi yolunda bir əngəl olduqda ürəyi ağrıyırdı. İslamın öz inkişafı yolunda uğur qazandığı anlarda bütün vücudu, qəlbi sevinclə dolurdu. Hicaz məntəqəsinin əksər yerlərinin İslam hökumətinin tabeliyinə keçdiyini, İslam qüdrətinin Ərəbistan yarımadasında getdikcə nüfuz qazandığını, uğurla yeni-yeni yerləri fəth etdiyini və düşmənlərin də bu böyük qüvvə qarşısında baş əydiyini görüncə qəlbi köksünə sığmırdı. Fatimə (ə) aydınca görürdü ki, bir zaman lovğalıq və təkəbbürləri yerə-göyə sığmayan, zülm və haqsızlıqları baş alıb gedən qüreyşilər indi necə yumşalıb muma dönmüş və hər vəchlə İslam qüdrəti ilə barışmağa can atırlar. Qüreyşilərin müsəlmanların qəlbini ələ almaq cəhdlərini və bu məqsədlə öz böyüklərindən birini Mədinəyə göndərməsini də görürdü. Onu da bilirdi ki, qüreyşilərin bu elçisi peyğəmbərliyin altıncı ilində bağlanmış Hüdeybiyyə müqaviləsini uzatmaq və beləliklə də qısa bir müddət də olsa, asudə olmaq, bu qazanılmış vaxtdan öz məram və məqsədlərini yerinə yetirmək üçün öz başçılarından birini – Əbu Süfyanı Mədinəyə göndərir. Görürdü ki, Əbu Süfyan qüreyşilərin özünü Məkkədə müsəlmanların müttəfiqi xüzamlərə görə pozduqları bu müqaviləni uzatmağa gedir. Bilirdi ki, onlar artıq İslamın bu məntəqədə böyük bir qüdrətə çevrildiyini və onunla hesablaşmamağın mümkün olmadığını hiss edirdilər...
    Bəli, Fatimə (ə) İslamla qoşa addımlayır, böyüyür və İslamla bağlı hadisələri, dəyişiklikləri görür, dərk edirdi.
    Qüreyşilər bu tədbirə əl atıb öz nümayəndələrini müqavilənin uzadılması üçün Mədinəyə göndərərkən alicənab İslam peyğəmbəri (s) onların sui-qəsdlərindən, cızdıqları plandan yaxşıca xəbərdar idi. Məkkədə olan müttəfiqlərinə - müsəlmanlara qarşı onların törətdikləri cinayətləri də bilirdi. Onu da bilirdi ki, indi Əbu Süfyan Mədinəyə keçmiş barışığı uzatmaq üçün gəlir və bundan da məqsədi qüreyşilərin mənəviyyat və sədaqətdən uzaq olan maddi həyatlarını daha bir neçə gün artıq davam etdirməkdədir.
    İndi isə İbn Hişamın (218/833-cü ildə vəfat etmişdir) "Sirətu-Nəbəviyyə” kitabında təfsilatı ilə verilmiş Əbu Süfyanın Mədinəyə səfəri haqqındakı rəvayətə nəzər salaq. Bu səfərdə diqqəti cəlb edən və düşündürücü məsələlər vardır. İbn Hişam həmin kitabında yazır:
    "Əbu Süfyan Hüdeybiyyə müqaviləsinin müddətini uzatmaq adı altında İslam peyğəmbəri (s) ilə görüşmək niyyətilə Mədinəyə daxil oldu. Əvvəlcə öz qızı Ümm Həbibənin mənzilinə gəldi və İslam peyğəmbərinin oturduğu fərşin üstündə oturmaq istərkən qızı cəld fərşi onun altından çəkdi və qoymadı ki, atası orada otursun.
    Əbu Süfyan heyrətlə dedi: "Qızım, məgər bu fərş mənə layiq deyil, yoxsa onun üzərində oturmağa mənim ləyaqətim yoxdur?”
    Qızı cavabında dedi: "Bu fərş Allahın peyğəmbərinə (s) məxsusdur. Sən isə dinsiz və murdar bir kişisən. Mən də istəmirəm ki, sənin kimi imansız şəxs onun üstündə otursun.”
    Əbu Süfyan dedi: "Qızım, fikrimcə, mənim evimdən çıxdıqdan sonra sənə bir narahatlıq üz verməmişdir ki, belə rəftar edir, bu cür sözlər söyləyirsən?”
    Əbu Süfyan bu sözləri dedikdən sonra ayağa qalxıb qızının evindən çıxdı və İslam peyğəmbərinin (s) hüzuruna tələsdi. Amma Peyğəmbərlə (s) söhbətə başlarkən o həzrət ona heç bir cavab vermədi.
    Əbu Süfyan oradan Əbubəkrin ardınca gedib ondan xahiş etdi ki, köhnə tanışlıqlarının xatirinə ona kömək etsin, İslam peyğəmbərini (s) onunla danışmağa vadar etsin.
    Əbubəkr də dedi: "Mən bu barədə heç bir iş görə bilmərəm.”
    Əbu Süfyan Əbubəkrdən ümidsiz olduqdan sonra ondan ayrıldı və bu dəfə Ömər bin Xəttabın yanına getdi. Onu tapıb öz xahişini bildirdi.
    Ömər də belə cavab verdi: "İstəyirsən ki, sənin əleyhinə olan bir iş haqqında Allahın Rəsulunun (s) yanında vasitəçilik edəm? Əsla!”
    Hər yerdən ümidsiz, peşman qayıdan Əbu Süfyan bu dəfə Əli bin Əbu Talibi axtarmağa getdi. O həzrətin evinə daxil olanda Fatimə (ə) də orada idi. Uşaqlıq çağından yeniyetməlik dövrünə qədəm qoymağa hazırlaşan Həsən bin Əli (ə) də bu zaman ata-anasının yanında oynamaqla məşğul idi.
    Əbu Süfyan dedi: "Ya Əli, bilirsənmi ki, sən mənim ən yaxın qohumumsan? Mən bir iş üçün sənin yanına gəlmişəm. Ümidvaram ki, məni məyus və ümidsiz qaytarmayacaqsan. Xahişim də budur ki, İslam peyğəmbərinin (s) yanında mənə vasitəçilik edəsən.”
    Əli (ə) buyurdu: "Əbu Süfyan, vay sənin halına! Məgər bilmirsən ki, İslam peyğəmbərinin (s) bu barədə qərarı var? Mən əsla onun qərarları haqqında bir söz deyə bilmərəm.”
    Əbu Süfyan üzünü Fatiməyə (ə) sarı çevirib dedi: "Ey Peyğəmbərin (s) qızı, bu kiçik oğluna (həzrət Həsən bin Əli (ə) nəzərdə tutulur – Ə. B.) de ki, Mədinə camaatına belə bir sözü elan etsin: "Mən Əbu Süfyana sığınacaq vermişəm.” Əgər o, belə bir iş görərsə, ömrünün sonuna kimi ərəb dünyasının başçısı olacaq.”
    Peyğəmbərlik məktəbində tərbiyə almış Fatimə (ə) Əbu Süfyanın bu sözlərinin cavabında buyurdu: " Mənim kiçikyaşlı oğlum hələ yaşının o həddinə çatmamışdır ki, kiməsə sığınacaq verə bilsin. O da ki, ola Allahın düşməni və Tanrının Elçisinin (s) düşməni.”("Sirətu İbn Hişam”, 4 c., s. 39)
    Burada yalnız bir hissəsini verdiyimiz bu tarixi rəvayət – olduqca mənalı və düşündürücü olan bu hadisə Fatimənin (ə) İslamın ali məqsəd və prinsiplərinə necə vəfalı olduğunu açıq-aşkar göstərir. Bəli, bu hadisə sübut edir ki, İslam peyğəmbərinin (s) qızı o dövrün ictimai-siyasi hadisələrində tam diqqət mərkəzində olmuş və Allahın Rəsulunun (s) nəzərində İslam dünyasının əsas dayaqlarından biri sayılmışdır. Məhz buna görə də İslamın qatı düşmənləri öz məsələlərinin həlli üçün ona pənah gətirmiş və vasitəçiliyini xahiş etmişlər.
    Bu rəvayətdən həmçinin aydın olur ki, Zəhranın (ə) sevimli oğlu Həsən bin Əli (ə) o zaman yeniyetməlik yaşında imiş (uşaqlıqla cavanlıq arasındakı yaş dövründə). Təbir (yozma) tarixinin dili ilə desək, bu vaxt o, "qulam” mərhələsinə qədəm qoymuş imiş. Ərəb tərbiyə ("ədəb”) tarixində bu yaş mərhələsi uşaqlıq dövründən yuxarıdır, yəni on iki, on üç, on dörd yaşları bildirir. İzahlı lüğətlərdə də "qulam” sözünün "növcavan” (yeniyetmə), "üzünə təzəcə tük gələn” mənaları göstərilir. Bu tarixi rəvayət Zəhranın (ə) ərə getmə, ailə qurma məsələsinə də aydınlıq gətirir və bu mövzu ilə bağlı bütün şübhələri aradan götürür. Beləliklə, aydın olur ki, o həzrətin ərə getməsi Mədinəyə köçməmişdən qabaq olmuşdur. Çünki Əbu Süfyan Fatimənin (ə) evinə hicrətin 7-ci ilinin günlərindən birində vasitəçilik xahişi ilə gəlmişdi və o zaman həzrətin on iki-on dörd yaşlarında yeniyetmə oğlu var idi. Yəni bu vaxt o həzrətin oğlu ömrünün elə bir çağını yaşayırdı ki, həmin dövrün ictimai həyatında da Əbu Süfyana sığınacaq verən bir şəxs kimi iştirak edə bilərdi. O fitnəkar kişi də məhz bunu nəzərə alaraq Fatimənin (ə) oğlundan siyasi sığınacaq istəyirdi. Lakin ağıllı və bilikli, gözüaçıq və uzaqgörən anası Fatimə (ə) bu işə razı olmadı. O həzrətin Əbu Süfyanın və havadarlarının gizli sui-qəsdlərindən, çirkin niyyətlərindən xəbəri var idi. Buna görə də həmin fitnə baş tutmadı və Əbu Süfyan öz hiyləgər məqsədinə - Həsən bin Əlidən (ə) sığınacaq almaq niyyətinə nail ola bilmədi.
    Bu rəvayət Fatimənin (ə) ictimai-siyasi məsələlərdə mövqeyini bir daha açıq-aşkar göstərir və sübut edir ki, o həzrət necə ayıqlıq və uzaqgörənliklə düşmənlərin fitnə-fəsadlarını duyur, onların qarşısında böyük iradə və mətanətlə dayanırdı.
    Əziz ananın unudulmaz xatirəsi (pak övladlarının dili ilə)
    ANA...
    Necə də əzəmətli və ürəkaçan səslənir bu söz...
    Necə də gözəl və cazibəli həyəcan doğuran addır bu söz...
    Necə də isti və hərarətli, doğma və səmimi ünvandır bu ünvan...
    Parlaqlıqda günəşdir, bərəkətdə yağışdır, işıq saçmaqda ay və ulduzdur, əzəmətdə uca dağdır, dərinlikdə dənizdir, yaşıllıqda və bar verməkdə bağ və çiçəklikdir, sirr saxlamaqda qalın meşədir, zəriflikdə gecə şehidir, gözəllikdə ay işığıdır, ətir saçmaqda uzaq səhralarda bitən yağış vurmuş güldür...
    Ana eşq simvoludur, eşqin mənasıdır, eşq məktəbinin birinci və sonuncu dərsidir. Əslində eşqin özüdür. Elə bir eşq ki, nağıla bənzəyir, lakin onu hər dəfə, hər kəsin dilindən eşitdikdə təzə və təravətlidir, bənzərsiz və təkrarsızdır...
    Bəşər yaranandan bu günə kimi dünyanın hər yerində, hər bir insan irqində - istər ağ olsun, istər qara, istər sarı olsun, istər qırmızı – hər hansı bir dinə, məzhəbə, adət-ənənəyə məxsus olan, müxtəlif dillərdə danışan millətlər içərisində ana adı çəkilərkən kiçiyin də, böyüyün də, oğlanın da, qızın da qəlbi sevinc və fərəhlə, məhəbbət və mehribanlıqla dolur, ürəkləri riqqətə gələrək həyəcanla döyünür...
    "Ana, sevirəm səni...”
    Təzə dil açan hər bir uşaq ilk sözlərini bu cümlə ilə başlayır... Sonra da ömrünün son anınadək, hətta özü ata, ana və ya baba, nənə olduqda belə yenə də bu cümlə qəlbində və xatirəsində canlanır. Və hər dəfə canlandıqda gözləri həsrət və məhəbbət yaşları ilə dolur, ürəyi həyəcanla döyünür...
    Nəinki insan, hətta heyvanlar və quşlar da ana məhəbbəti, ana nəvazişi ilə böyüyür, yaşa dolurlar. Bəli, yırtıcı şir və vəhşi pələnglərdən tutmuş ağqanadlı göyərçinlərə, zəhərli ilanlardan tutmuş bal arılarına kimi bütün canlıların hamısı isti ana nəvazişi ilə yaşayır, böyüyür və vücudları ana eşqi və məhəbbəti ilə dolu olur...
    Bəli, ata-anaya məhəbbət və bağlılıq nə öyrəniləsidir, nə də öyrədiləsi, əksinə, ürəkdən gələn elə bir fitri hiss və duyğudur ki, onu Yaradanın qüdrətli əli dünyaya gələn hər bir övladın vücudunun dərinliyində doğurmuşdur. Hər bir övlad öz ata-anasını sevir və onlara sevgi – bağlılıq hisslərilə, həm də onların sonsuz məhəbbətləri işığında böyüyür, yaşa dolur. Amma bəzi ata-analarla övladlar arasında olan məhəbbət və bağlılıq bu təbii hədləri də aşaraq qeyri-adilik və istisnalıq təşkil edir.
    Belə hallarda övladla ata-ana arasındakı məhəbbət və bağlılıq eşq və vurğunluqdan da yuxarı həddə çatır və elə bir müqəddəslik, əzəmət və dərin ehtiram keyfiyyəti qazanır ki, Allahdan və Allahın peyğəmbərləri və övliyalarından başqa heç kəs ona layiq deyil. Bu müqəddəslik və əzəmət keyfiyyətinə görə əgər Allah behişti yaratdısa və peyğəmbərlər, imamlar həmin behiştə çatmaq yollarını göstərdilərsə, analar da behiştin lap uca yerində durmuş və əllərində onun qapılarının açarlarını tutmuşlar...
    Bəli, o yerdə ki, övladın ata-anaya olan məhəbbəti xüsusi bir fövqəladə keyfiyyət qazanır, orada ki, bu bağlılıq xüsusi bir imtiyazdan bəhrələnir, artıq dil bu əzəməti tərif etməkdə acizdir...
    Fatimeyi-Zəhra (ə) ilə məsum oğlanları (ə) arasındakı fövqəladə məhəbbət və əlaqəni, ruhi və mənəvi bağlılığı da bu cür yüksək eşq və əlaqə növündən hesab etmək olar. Onlar arasındakı məhəbbət bu qəbildən olan eşq və bağlılığın ən yüksək zirvəsində qərar tutur...
    İndi kitabın bu qısa fəslində Fatimənin (ə) oğlanlarının əziz anaları, onun böyüklüyü və əzəməti haqqında söylədikləri şirin və unudulmaz xatirələrindən söz açmaq istəyirik. Böyük tərbiyəvi əhəmiyyəti olan bu xatirələr hər baxımdan diqqəti cəlb edir...
    Qeyd etmək lazımdır ki, ümumiyyətlə Fatimeyi-Zəhranın (ə) – bu qəhrəman və fədakar İslam qadınının vücudu ruhi əzəmətdə, paklıq və möminlikdə tutduğu yüksək mövqeyinə görə "Kövsər” sayılmışdır. O həzrətin vücudu ən yüksək bəşəri-əxlaqi keyfiyyətlərinə görə xüsusi bir mənəvi-ruhi cazibədarlığa malik olmuş və buna görə də təkcə pak və məsum oğlanlarının sonsuz məhəbbətini qazanmamış, həm də çoxlarının, hətta əcnəbilərin də diqqətini özünə cəlb etmişdir.
    Əlbəttə, öz-özlüyündə aydındır ki, Fatimənin (ə) oğlanları öz müqəddəs və əziz analarını xüsusi bir məhəbbət və vurğunluqla ürəkdən sevmişlər. Bu mənada onların pak dillərindən çıxmış kəlamlar və şirin xatirələr Zəhranın (ə) şəxsiyyətinin əzəməti ilə, bu qəhrəman qadının təbiətində olan müxtəlif ali keyfiyyətlərlə bir daha yaxından tanış olmağa imkan verir.
    Qeyd edək ki, Zəhranın (ə) oğlanlarının xatirələrini verməklə biz heç də o həzrətin pak adından istifadə edərək ölkələr tutan, sərhədlərini, hökumətlərinin nüfuz dairələrini artıran, beləliklə də, nahaq qanlar axıdan ayrı-ayrı İslam xəlifələrini, dövlət başçılarını tənqid etmək və ya "Fatimiyyun” adlı hökumətlər qurmuş, "Əz-Zəhra” və "Əl-Əzhər” adlı cəmiyyətlər, universitetlər təşkil etmiş hökmdarları, şəxsləri pisləmək fikrində deyilik. Əksinə, məqsədimiz yalnız və yalnız Fatimənin (ə) cismani və ruhani oğlanlarının – məsum din başçılarının, həqiqi imamların, hökumətləri sərhəd və coğrafiya nə olduğunu bilməyən, dünyanın hər yerinə səpələnmiş əsl mömin, təmiz və agah insanların qəlbində əbədi yaşayan bu müqəddəs şəxslərin daxili hiss və duyğularını ifadə etməkdir. Məqsədimiz Fatimənin (ə) o oğlanlarıdır ki, həmişə səmərəli həyatlarında əziz analarının yolu ilə getməyə, onun xasiyyət və keyfiyyətlərini öz həyatlarında nümunə etməyə səy göstərmiş və buna nail olmuşlar. Məhz buna görə özləri də milyonlarla mömin insan üçün əbədi nümunəyə dönmüşlər.
    Bəli, Fatimənin (ə) əziz oğlanları həmişə, hər yerdə bütün mümkün hallarda, müxtəlif münasibətlərdə əziz analarının müqəddəsliyi və əzəmətindən söz açmış, ona bəslədikləri güclü məhəbbətlərini, dərin ehtiramlarını ifadə etmişlər. Eyni zamanda əziz analarının məhəbbət və əlaqəsi də həmişə onların həyatlarına nur saçmışdır.
    Fatimənin (ə) alicənab oğlanları həmişə analarının xatirəsini əziz tutmuş, onun mənalı sözlərini, qiymətli nəsihətlərini dönə-dönə yada salmışlar. Bu barədə onların qədim kitab və sənədlərdə, mötəbər məxəzlərdə qeydə alınmış gövhər kimi dəyərli sözləri və kəlamları vardır. İndi tarixin dərin qatlarından, hədis kitablarından və başqa qaynaqlardan əldə etdiyimiz və parlaq mirvari dənələrinə bənzər həmin qiymətli kəlamları pakların pakı Zəhranın (ə) yolunun davamçılarına ərməğan edirik...
    Category: Siddiqeyi-Tahirə (ə) 2 | Views: 876 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024