İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 2
    5:42 AM
    Siddiqeyi-Tahirə (ə) 2
    İmam Həsən Müctəba (ə) və əziz anasının xatirəsi
    İkinci imam, şiələrin məsum rəhbəri, Fatimənin (ə) ilk övladı həzrət imam Həsənin (ə) əziz anasına dərin məhəbbət və əlaqəsi var idi. Bu məhəbbət və əlaqənin əlamət və izlərini o həzrətin həyatına aid müxtəlif sənədlərdə görmək olar. Həmin sənədlərin ən mühümləri o həzrətlə Müaviyə və onun hökumətinin valiləri, hakimləri və nümayəndələri arasında olan məktublar, yazışmalardır.
    İmam Həsənin (ə) dilindən və qələmindən çıxmış bu sənəd və məktublarda dəfələrlə, böyük iftixarla pakların pakı Zəhra (ə) kimi bir ananın mübarək vücuduna istinad edilmişdir. Məsum imam belə bir müqəddəs ananın mübarək vücudunu öz yolu və məramının doğruluğuna dəlil gətirmiş, beləliklə də, tutduğu yolun doğruluğunu və möhkəmliyini sübut etmişdir.
    Mərhum Seyyid Möhsün Amili "Əyanüş-şiə” əsərində bu məktubların bəzilərinə işarə etmişdir. İmam (ə) bu məktubların birində qəsbkar Müaviyənin zülmkar valilərindən biri olan Ziyad bin Əbiyəyə yazır:
    "Fatimənin oğlu Həsəndən Səmiyyənin oğlu Ziyada!
    Bil ki, Allahın Rəsulu (s) buyurmuşdur: "Övlad qanuni evlənmənin pak yorğan-döşəyinə məxsusdur. Kəbinsiz evlənənin (zinakarın) nəsibi isə (övlad əvəzinə) daşdır. Vəssəlam.”
    Bu məktub bir tarixi həqiqəti aşkar edir. Həqiqəti araşdıranlar, xüsusilə də həqiqəti arayan tarixçilər üçün bu, mötəbər bir sənəddir. İmam Həsən (ə) məktubda Übeydullahın arvadı Səmiyyənin yalançı, məkrli və hiyləgər Əbu Süfyanla qanunsuz əlaqəsini ifşa edirdi.
    Bu məktub Ziyad tərəfindən imam Həsənin (ə) müqəddəs şəxsiyyətinə qarşı təkrar-təkrar rəva görülmüş təhqir və alçaqlıq, həyasızlıq və ədəbsizlik, boşboğazlıq və cəfəngiyyatdan sonra yazılmış və o həyasız boşboğazın həqiqi zatını aşkar etmiş, tarixə tapşırmışdır.
    Bu sənəd və məktublardan əlavə imam Həsən (ə) dəfələrlə Müaviyə ilə mübahisə edərkən özünün pak zatına, əsl-nəsəbinə, əziz anasının təmizliyi və müqəddəsliyinə istinad etmişdir. Deməli, əziz anasının əzəməti və dərin nüfuzu, təsiri imam Həsən Müctəbanın (ə) qəlbində, ruhunda özünə möhkəm yer etmişdi. Bu nüfuz və təsir elə əhatəli idi ki, o böyük imam (ə) nəinki bütün pak və səmərəli həyatı boyu həmişə anasını düşünür, onun böyüklük və paklığını yad edir və Əhli-beyt (ə) aşiqlərinə ondan eşitdiyi bir neçə həqiqəti açıb söyləyirdi, həm də şəhidlik çağında, ömrünün son anlarında da əziz validəsinin adını, məhəbbət və xatirələrini dilinə gətirirdi.
    İmam Hüseyn (ə) və əziz anasının xatirəsi
    Həzrət Seyyiddüş-Şühəda, azadlıqsevərlərin başçısı, haqq və ədalət uğrunda şəhid olanların əbədi karvanının öndəri, Fatimənin (ə) ikinci oğlu imam Hüseyn (ə) də böyük qardaşı kimi anasını böyük məhəbbətlə sevirdi. O həzrətin anasına olan sonsuz məhəbbət və əlaqəsi ana və övlad haqqında olan bir kitabın ən şanlı səhifələrindən biridir.
    O həzrət dəfələrlə dərin və səmimi məhəbbətini özünün alovlu çıxışlarında, bəyanat və mübahisələrində ifadə etmiş, bununla da İslam tarixi və mədəniyyətində silinməz izlər qoymuşdur.
    İmam Hüseynin (ə) əziz anasını dərin məhəbbətlə sevməsi qız övladlarına ad seçməsində əyani şəkildə özünü göstərir. Belə ki, o həzrət qızlarından bir neçəsinə əziz anasının xatirəsinə ehtiram əlaməti olaraq "Fatimə” adını qoymuşdur. Onları bir-birindən fərqləndirmək üçün yaşlarına görə adlarının sonuna "kübra” və "suğra” sözlərini də əlavə etdilər. Bu məsələnin özü imam Hüseynin (ə) əziz anasına bəslədiyi sonsuz məhəbbətin təzahürüdür.
    Peyğəmbərin (s) nəvələri imam Həsən (ə) və imam Hüseyn (ə) müqəddəs analarına bəslədikləri məhəbbəti doğrudan da, vəsf etmək çətindir. Fatimə (ə) – o böyük ana övladları üçün hər şey idi. Ona görə də onun məhəbbəti işığında şadlıq və sevincləri daha da artır, qəm və kədərləri azalıb, yoxa çıxırdı. Elə buna görə də əziz babalarının vəfatı nə qədər ağır və dözülməz olsa da, əvəzsiz analarının sayəsində bu dərdi nisbətən az hiss edir və ona dözə bilirdilər. Çünki Fatimənin (ə) hər iki əziz oğlu bir hadisə baş verən kimi analarına pənah gətirir, onunla ülfət bağlayır, ürəklərindəki sirri ona açıb deyirdilər. Ana ilə övladları arasındakı mənəvi və səmimi əlaqə - bağlılıq gündən-günə artır və qırılmaz olurdu...
    Bu yaxınlıq o dəhşətli hadisə baş verən günə kimi beləcə davam etdi...
    Bəli, onların bu sonsuz məhəbbət və əlaqələri əziz ananı əldən verdikləri o acı və qara gündə o qəmli və üzücü anlarda ən yüksək həddinə çatmışdı. Ananın son anlarını yaşadığını duyduqda nə qədər səbirli və təmkinli, mətin və iradəli olsalar da, özlərini saxlaya bilmədilər. Özlərini ölüm ayağında olan ananın ətirli və isti qucağına ataraq hıçqırıq və qəhər boğa-boğa onu əzizlədilər, ürəklərini yandırıb-yaxan dərdlərini bəyan etdilər...
    O acı və qəmli anlarda yalnız Ümeysin qızı Əsma oğlanları analarından ayırıb əziz ataları Əlinin (ə) yanına göndərə bildi. Bu barədə kitablarda təfsilatı ilə və yanıqlı bir surətdə çox yazılmışdır.
    Həmin o qəmli gündən sonra Fatimeyi-Zəhranın (ə) adı həmişə, hər an oğlanların dilindən düşmür, əziz xatirəsi yadlarından çıxmırdı...
    İmam Hüseynin (ə) əziz anası haqqında ən yaddaqalan və həyəcanlı xatirəsi o həzrətin Kərbəlaya doğru hərəkət etdiyi günlərə aiddir. İslam tarixində ən qanlı faciənin baş verməsi ərəfəsində imam Hüseyn (ə) böyük mətanət və dözüm nümayiş etdirərək ən xoş, ən gözəl sözlərlə əziz anasını yad etdi, onun paklıq və təmizliyindən söz açdı. Həmin vaxt o həzrət belə buyurmuşdu: "Ey Abdulla bin Ziyad, mən iki yoldan birini seçməliyəm: ya qılınc qurşanıb ölməliyəm, ya da zillət yolunu tutub onun beyətini qəbul etməliyəm. Lakin mənim ətəyimə zillət əsla bulaşmayıbdır. Çünki məni tərbiyə etmiş pak ətəklər həmişə zilləti qəbul etməkdən çəkinmişdir. Mən pakların pakı Siddiqənin qucağında böyümüş, onun fəzilət və şərəf döşündən süd əmmişəm. Bizim kiçik evimiz həmişə fəzilət və şəxsiyyət ocağı olmuş və zillət, düşkünlük ona yol tapa bilməmişdir. Mən elə kəslərin yanında böyüyüb tərbiyə almışam ki, azadlıq və şərəflə ömür sürmüşlər. Onlar əsla razılıq verməzlər ki, mən zillət yükünün altına girim və Yezid kimi alçağın beyətini qəbul edim...”
    Bəli, ölümlə həyatın çarpışdığı o günlərdə İmam (ə) yaxşı bilirdi ki, şəhidliyin tarixi anı yaxınlaşır. İmam (ə), həyatının o ağır anlarında belə əziz anasını düşünür, onun pak ətəyində böyüməsi ilə iftixar edirdi...
    İmam Səccad (ə) və anasının xatirəsi
    Səcdə edənlərin fəxri imam Zeynəlabidin (ə) əziz anasını yaxından görməmişdi, amma onun vücudunun nurunu, təsirini bütün varlığında duymuş, dərindən hiss etmişdi. İmam (ə) yaxşı bilirdi ki, əziz anasının tərbiyə işığından, müqəddəs şəxsiyyətindən bəhrələnmiş, nurlar qazanmışdır. Ona görə də anası Fatimeyi-Zəhranın (ə) böyük şəxsiyyətinin müxtəlif cəhətlərini tam dəqiqliklə öyrənirdi. Həmişə çalışırdı ki, Fatimənin (ə) həyatı ilə bağlı bütün məsələləri incəliyi ilə bilsin və sonra onları müsəlman qadınları və qızları üçün nümunə olaraq göstərsin, əziz anasının həyat yolunu, əxlaq və davranışını İslam cəmiyyətində qadınların tərbiyə məktəbinə çevirsin və hamını ondan öyrənməyə, öyrəndiklərini həyata keçirməyə sövq etsin.
    Ona görə də həmişə bu dəqiqlikləri daha yaxşı bilmək üçün pakların pakı anasını yaxından görüb tanıyanları, həyatından bəhrə görənləri arayıb axtarır, onların Fatimə (ə) haqqında söhbətlərinə heyranlıqla qulaq asırdı.
    İmam Səccad (ə) bir gün Ümeysin qızı Əsmanın söhbətini dinləyirdi. Bir müddət Peyğəmbər (s) ailəsində xidmətçilik etmiş Əsmaya pakların pakı Zəhra (ə) ilə oturub-durmaq səadəti nəsib olmuşdu. Həmin gün o mömin qadın böyük şövq və həvəslə aşağıdakı hekayəti danışırdı:
    "Bir gün hörmətli anan Zəhranın (ə) yanında oturmuşdum. Bu əsnada Allahın Rəsulu (s) qapıda görünüb içəri daxil oldu. Əziz ananız Zəhranın (ə) yaxasında qızıl boyunbağı var idi. Boyunbağını Əli (ə) təzəliklə şəxsi qazancından həyat yoldaşı üçün almış və onu dünya xanımlarının başçısına hədiyyə vermişdi.
    O vaxtlar müsəlmanların qüdrəti gündən-günə artmış, həyatları get-gedə yaxşılaşmış, sıxıntı və çətinliklər arxada qalmışdı. İslam peyğəmbəri (s) əziz qızının yaxasındakı boyunbağını görüb xoşhal oldu. Buna baxmayaraq, o həzrət üzünü qızına tutub buyurdu:
    "Qızım, olmaya-olmaya, camaatın "Fatimə - Rəsulullahın qızıdır” sözləri səni məğrur etmiş olsun və qürur hissinin təsiri ilə zülmkarların, zalımların geyimini əyninə geymiş olasan!”
    Allahın Rəsulu (s) bu bir cümləni deyib bir an dayandı, sonra getdi. O həzrət evdən çıxan kimi Fatimeyi-Zəhra (ə) boyunbağını yaxasından çıxardı və onu bir daha taxmadı. Sonra isə boyunbağını satıb onun pulu ilə bir qulamı sahibindən aldı və Allah yolunda onu azad etdi. Bu xəbər Allah Elçisinin (s) qulağına çatdı və onun böyük sevincinə səbəb oldu. Peyğəmbər (s) qızı üçün Tanrıya çox dua edib onun bu xeyirxah əməlindən razılığını bildirdi. O həzrət bu hadisədən sonra qızı haqqında demişdi: "Belə qıza qurban olum.”("Cilaül-üyun”, 1 c., s. 135)
    İmam Baqir (ə) və anasının xatirəsi
    Şiələrin başçısı, beşinci məsum rəhbər kimi imam Baqirin (ə) əziz anasına olan dərin məhəbbəti haqqında çoxlu rəvayətlər və hekayətlər var. Bu rəvayətlərdə imam Baqirin (ə) istəkli anasının xatirəsini necə əziz tutması dönə-dönə təkrar olunur. Fatimeyi-Zəhranın (ə) fəzilət və kəramətlərindən birər-birər danışırdı.
    İmam Baqirin (ə) anasına olan bu əlaqəsini aşağıdakı kiçik parçanın nümunəsində açıq-aşkar görmək olar:
    "Hədisdə gəlmişdir ki, imam Baqir (ə) həmişə bərk qızdırmalı olub yatağa düşərkən soyuq su istəyirdi. Elə ki, su gətirirdilər, ondan bir qurtum içir, sonra su içməyini kəsir və içindən gələn yanıqlı bir səslə ucadan anası Zəhranı (ə) çağıraraq deyərdi: "Anacan Fatimə, ey Rəsulullahın (s) qızı!”
    İmam Baqir (ə) beləliklə ürəyi təşnə olan anlarda bu cür sözlərlə, əziz anasını yad etməklə qəlbinə rahatlıq verir, dərdinin üstünə məlhəm qoyur və canına, ruhuna istəkli validəsinin gözəl adını çəkməklə ətir səpirdi.”("Səfinətül-bihar”, 2 c., s. 379)
    Fəzilətdə heç bir qadın Fatiməyə (ə) çatmaz
    Fatimeyi-Zəhra (ə) həyatın bütün sahələrində pak və alicənab oğlanları üçün əbədi bir nümunə idi. Onlar çalışırdılar ki, bütün mömin və müsəlman qadınları əziz analarının yolu ilə getsinlər, onu özlərinə rəhbər və nümunə etsinlər. İmam Baqir (ə) də belə hərəkət edirdi. O həzrət də həmişə əziz anasını yad edir, onun həyat yolunu müsəlman xanımı üçün ən ali nümunə sayırdı.
    Bir gün Əhli-beytin (ə) davamçı və vurğunlarından olan bir qadın imam Baqirin (ə) hüzuruna gəlib belə dedi: "Mən heç vaxt ərə getməyəcəm.”
    Həzrət buyurdu: "Bu sözü deməkdə məqsədin nədir?”
    Qadın cavab verdi: "Belə qərara gəlmişəm ki, əsla ərə getməyəm. Bu sözdən də məqsədim elə budur. Fəzilət və kamala çatmaq üçün bu yolu seçmişəm. Bu dünyaya bağlılıqdan əl çəkmək və bütün ömrümü ibadətlə keçirmək istəyirəm. Bu yolda ailə məsələlərinin mane olmamasını istəyirəm.”
    İmam (ə) buyurdu: "Sənin bu qərarın düzgün deyil. İslam əsla kimsəni bu yola sövq etməmiş, həyati əlaqələrə göz yummağı düzgün saymamış və müsəlmanlara belə bir işi məsləhət görməmişdir. Əgər ərə getməkdən, ailə qurmaqdan əl çəkmək müsəlman qadını üçün fəzilət və üstünlük sayılsaydı, anam Zəhra (ə) bu fəziləti dərk etməkdə səndən və bütün dünya qadınlarından daha layiqli olardı. Amma anam əsla bu yolu tutmadı və həyatın qanunlarına, yaranışın təbiətinə, bəşər həyatının təamülünə uyğun olaraq özü üçün ər seçdi və onunla ailə qurdu. Sən özün bir müsəlman qadınsan və yaxşı bilirsən ki, heç bir qadın fəzilət və kamalda anam Zəhranı (ə) üstələməmişdir. Odur ki, əgər sən də fəzilət axtarırsansa, onda gərək onun yolunu davam edəsən.”(Biharül-ənvar, 23 c., s. 51)
    İmam Sadiq (ə) və anasının xatirəsi
    Şiələrin dini rəhbəri, Cəfəri məzhəbinin bünövrəsini qoyan imam Sadiq (ə) pakların pakı Zəhra (ə) haqqında elə çoxlu dərin mənalı kəlamlar buyurmuş, qiymətli fikirlər söyləmişdir ki, onların hər biri o həzrətin əziz anasına olan coşqun məhəbbətindən, saf etiqadından xəbər verir. İmam (ə) həmişə müsəlman qadınlarına tövsiyə etmişdir ki, Fatiməni (ə) özlərinə rəhbər sayıb, onun yolu ilə getsinlər. İmam Sadiqin (ə) bu barədə buyurduqları çoxlu qiymətli kəlamlardan yalnız ikisini nümunə olaraq verməklə kifayətlənirik:
    "Mötəbər hədislərdə göstərilir ki, imam Sadiq (ə) Qurani-Kərimin "Ər-Rəhman” surəsindəki "İki dənizi O qovuşdurdu” şərif ayəsinin təfsirində belə buyurmuşdur: "İki dəniz cəddim Əli (ə) və anam Fatimədir (ə).
    Hər ikisi elə dərin dənizdir ki, əsla bir-birinə zülm və sitəm rəva bilməmişdir. Bu şərif ayənin davamı olan "Onların arasında maneə vardır” İlahi kəlamı o iki dəniz arasında onları bir-birinə bağlayan vasitəni bildirir ki, o da Rəsulullahın (s) mübarək və müqəddəs varlığıdır. Bu şərif ayənin davamı olan "O iki dənizdən inci və mərcan çıxır” kəlamı isə Həsən (ə) və Hüseyni (ə) bildirir – hər ikisi İslam ümmətinin incisi və mərcanı sayılır, o ikisi həmin dənizdən hasil olmuş və İslam dünyasını inci ilə doldurmuşdur.”(Cilaül-üyun, 1 c., s. 141)
    Çox qiymətli "Vəsailüş-şiə” kitabındakı Sükuninin dilindən söylənmiş bir hədisdə isə deyilir:
    "Qəmli-kədərli halda imam Sadiqin (ə) hüzuruna gəldim. İmam halımın pərişan olduğunu hiss edib buyurdu: "Belə qəmli-kədərli olmağının səbəbi nədir? Nə olubdur?”
    Dedim: "Bir qız nəsibim olubdur.”
    İmam (ə) buyurdu: "Ona nə ad seçmisən?”
    Dedim: "Fatimə”.
    Bu sözü eşidən imam (ə) dərindən bir ah çəkdi və anasını yada salaraq bu adı üç dəfə dilinə gətirəndən sonra buyurdu: "İndi ki, qızına belə bir ad qoymusan, gərək ona əsla zülm rəva bilməyəsən. Onun adı əziz və möhtərəm addır, sən də gərək həmişə onun adına hörmət edəsən.”(Vəsailüş-şiə, 7 c., s. 73)
    İmam Musa bin Cəfər (ə) və anasının xatirəsi
    Vilayət və imamlıq səmasının yeddinci parlaq ulduzu, haqq-ədalət uğrunda mübarizənin qəhrəmanı, bu yolda olmazın əzab və işkəncələr görmüş, ömrünü zindanda keçirmiş imam Musa bin Cəfər (ə) anası Zəhraya (ə) coşqun və dərin məhəbbət bəsləmişdir.
    Məsum imam (ə) həmişə əziz anasını, onun fədakarlıq və mübarizəsini, bu yolda çəkdiyi əzabları yadına salıb xatırlayırdı. O həzrət xüsusilə də İslam tarixinin qara səhifələrindən biri olan Fədək məsələsindən tez-tez danışar, onun həqiqətlərini təfsilatı ilə açıb deyər, şərh edərdi.
    Aşağıdakı hekayət imamın (ə) əziz anasına olan bu məhəbbətini göstərməklə yanaşı, həmçinin sübut edir ki, pakların pakı Zəhranın (ə) tapdalanmış hüququ həmişə oğlunun diqqət mərkəzində olmuşdur.
    Qeyd edək ki, Musa bin Cəfərin (ə) imamlığı zamanı xəlifə olmuş zalım Mehdi Abbasi öz qəsbkar hökumətinin başlanğıcında məsum imamla pis davranmırdı. Bir dəfə Mədinədə İmamla (ə) görüşərkən ona Abbasi xəlifələrinin sarayında işlənən spirtli içkilər barədə sual verdi. Bu yaramaz xəlifə imamdan (ə) elə dərin və dəqiq, ağıllı və qaneedici cavab eşitdi ki, qəlbinin qaranlığına və dünyagörüşünün darlığına baxmayaraq, yenə də öz heyrət və təəccübünü gizlədə və İmamın (ə) dərin biliyini, elm və zəkasını təsdiq etməyə bilmədi.
    Mehdi Abbasi ilə məsum imamın (ə) ikinci görüşü elə bir vaxtda oldu ki, zahirən Mehdi guya atası Mənsurun etdiyi zülmlərə qarşı çıxırdı. Yəni onun imam Sadiqdən (ə) zəbt edib zorla aldığı malı oğlu Musa bin Cəfərə qaytarmaq istəyirdi. Ona görə də həmin görüşdə o, İmamdan (ə) soruşdu: "Anan Fatimədən (ə) zəbt olunmuş Fədək torpağı nə qədərdir? Onun sərhədləri hardan harayacandır? Onun hüdudlarını mənə bildir ki, geri qaytarım.”
    İmam (ə) Mehdinin cavabında Fədək üçün elə hədd və sərhədlər təyin etdi ki, eynilə onun xəlifəliyi dövründə İslam imperatorluğunun sərhədlərinə bərabər idi. Belə ki, İmam (ə) buyurdu:
    "Deməli, sən istəyirsən Fədək torpağının sərhədlərini biləsən? Elə isə qulaq as, sənə deyim.
    Onun bir tərəfi Ühüd dağı.
    Bir tərəfi Misir,
    Üçüncü sərhəddi Qırmızı dəniz,
    Dördüncü sərhəddi isə Dümmətül-Cəndəl idi...
    İmamın (ə) sözlərindən halı dəyişən Mehdi nigarançılıqla soruşdu:
    "Bütün bu dediklərin Fədək torpaqlarının sərhədləridir?”
    İmam (ə) buyurdu:
    "Bəli, bütün bu torpaqlar elə yerdədir ki, qoşun çəkməklə, döyüşlə geri alınmamışdır.”
    Həmin gündən başlayaraq Mehdinin qəlbində İmama (ə) qarşı kin və düşmənçilik hissləri baş qaldırdı. Mehdi o həzrəti (ə) öldürmək qərarına gəldi, çünki onu özü üçün təhlükə hesab edirdi. Həmin gün başa düşdü ki, İmamın (ə) məqsədi təkcə boş Fədək torpağının sərhədlərini bəyan etmək və onu geri almaq yox, həm də Peyğəmbər (s) nəslinin, Əhli-beytin (ə) əlindən zorla alınmış hökumətə, xilafətə yiyə durmaqdır. O anladı ki, Əli (ə) və Zəhranın (ə) övladları öz haqlarını hələ unutmamışlar. Ona görə də təkcə Fədək torpağını yox, həm də zülm üstündə qurulmuş bu hökuməti yıxıb dağıtmaq istəyirlər. O zaman Mehdi məsum imama (ə) belə cavab vermişdi:
    "Bu dediklərin olduqca çoxdur.”(Kafi, 1 c., Sirətül-əimmə, s. 123)
    Əlbəttə ki, o yaramaz xəlifə ismət və paklıq əhlinin hüquqlarını əsla qaytarmadı, əksinə, o gündən başlayaraq imamı öldürmək, ona azar vermək niyyətinə düşdü. Onu şəhid edənədək bu çirkin niyyətindən əl çəkmədi.
    Category: Siddiqeyi-Tahirə (ə) 2 | Views: 879 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024