İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 2
    6:01 AM
    Siddiqeyi-Tahirə (ə) 2
    7. Fatimənin (ə) ürəyiyumşaqlığı, əxlaqı və biliyi
    Fatimə (ə) möhtərəm atasının ən ali əxlaq və davranış qaydalarını, ən yüksək tərbiyə və İlahi həyat qanunlarını öyrənsə də, yeni elm və bilik qazanmağa, müxtəlif məlumatlarla bilik dairəsini genişləndirməyə böyük həvəs göstərirdi. Əxlaq və tərbiyədə çatdığı ən yüksək mərhələ ilə əsla kifayətlənmir və Allaha daha yaxın olmaq, bəndəlik qaydalarını daha yaxşı yerinə yetirmək üçün həmişə oxumağa, biliyini artırmağa çalışırdı.
    Pakların pakı Zəhra (ə) ər evinə - İslam elmlərinin bünövrəsi sayılan bu ocağa köçəndən sonra da ev işləri ilə əlaqədar vaxtının azlığına baxmayaraq, bir an belə İslama dair biliklər qazanmaqdan, məlumatlarını artırmaqdan qalmırdı. Ər evində də həmişə elmi və zehni məsələlərlə maraqlanır və körpə oğlanlarını məscidə göndərirdi ki, İslamın böyük müəlliminin buyurduqlarını öyrənsinlər və evdə danışsınlar. Bu yolla həm onların özləri İslama dair mətləbləri öyrənir, həm də Peyğəmbərin (s) mübarək dilindən eşitdiklərini analarına çatdırırdılar. Buna görə də pakların pakı Zəhra (ə) həmişə bütün məsələlərdən xəbərdar olurdu. Bütün bu xüsusiyyətlərinə görə də Fatimə (ə) İslam tarixində düzgün hədislərin ən dəyərli daşıyıcılarından biri sayılır. O həzrətin bütün sözləri müsəlmanlar üçün ən mötəbər və dəlil-sübutlu sənəddir.
    O böyük xanımın sözlərindən ibarət "Müshəf” adlı bir kitab övladlarının ixtiyarında olmuşdur. Əziz oğlanları həmişə bu kitabla fəxr edirdilər. Həmin kitabda o həzrətin adlı-sanlı İslam xadimlərindən ibarət kiçik bir qrupun hüzurunda söylədiyi məşhur bir xütbəsi var. Xütbədəki çox dəyərli məsələ və mətləblər Zəhranın (ə) İslama dair geniş və hərtərəfli biliyinə dəlalət edir.
    Pakların pakı Zəhra (ə) işinin çoxluğuna baxmayaraq, əlinə düşən hər bir kiçik fürsətdən bilik və məlumatlarını artırmaq üçün istifadə edirdi. Bu işlərə vaxt tapmadıqda isə yatmaq və istirahət saatlarını azaldır, həmin saatlarını mənəvi xidmətdə keçirirdi. Fatimə (ə) başqaları ilə görüşməyə, onların müxtəlif zehni və mənəvi məsələlərini həll etməyə də vaxt tapırdı. O, şəriətə və dinə aid suallara cavab vermək üçün əsla vaxtını əsirgəməzdi. Əksinə, bu işləri də özünün başlıca vəzifələrindən sayır və Peyğəmbərin (s) qızı kimi, Əlinin (ə) həyat yoldaşı kimi, Həsənlə (ə) Hüseynin (ə) anası kimi və nəhayət bir ağıl-kamal sahibi olan, fəzilətli müsəlman qadını kimi həmin məsələlərə böyük məsuliyyətlə yanaşırdı.
    Bir gün Fatimənin (ə) xidmətinə bir qadın gəlib namazla və bəşi məsələlərlə bağlı çətinliyi haqqında ona sual verdi. Fatimə (ə) böyük ürək açıqlığı ilə həmin suallara ətraflı cavab verdi. Qadın ikinci bir məsələ haqqında da sual verdi və yenə də eyni qayda ilə cavabını eşitdi. Sonra daha bir sual verdi, dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu, onuncu… sualını. Fatimə (ə) də gülərüzlə, mülayim bir tərzdə və tələsmədən hər bir suala tam təfərrüatı ilə iynədən sapa qədər cavab verdi. Həmin qadın böyük İslam qadınına zəhmət verdiyini düşünüb üzrxahlıq etməyə başladı və dedi ki, bu məsələləri yataqda olan, yeriyə bilməyən qoca ata-anası üçün soruşur.
    Pakların pakı Zəhra (ə) mehribanlıqla, yumşaq və ürəkaçan bir tərzdə buyurdu: "Nə yaxşı bir iş görüb ananın din və məzhəbə aid suallarını mənə çatdırmısan. Yenə də sualın varsa, çəkinmə, söylə. Hamısına cavab verəcəyəm.”
    Bu hədis Fatimənin (ə) xasiyyətçə olduqca mülayim və mehriban, səbirli və təmkinli olmasından xəbər verməklə yanaşı həm də böyük İslam xanımının elm, bilik və məlumat baxımından necə böyük məqamla durmasını və bu səbəbdən də müsəlman qadınlarının o həzrətə suallarla müraciət etməsini göstərir. Müsəlman qadınları öz çətinliklərini açıb Fatiməyə (ə) danışır, o həzrət də bilik və kamal sahibi bir ustad müəllim kimi onları böyük səbr və təmkinlə, canıyananlıqla dinləyir, verdikləri suallardan əsla yorulmaq bilmirdi. Fatimə (İə) xidmətinə gələnlərin bütün çətinliklərini həll edir və onları razılıqla evlərinə yola salırdı.
    Qeyd etmək lazımdır ki, bəzi rəvayətlərə görə bu iş İslam peyğəmbəri (s) tərəfindən Fatiməyə (ə) bir vəzifə kimi tapşırılmışdı. O həzrət qadınlara aid məsələləri həll etməyi ağıl-kamal sahibi, fəzilətli qızının öhdəsinə qoymuşdu.
    8. Fatimə (ə) cəmiyyətdə və siyasət aləmində
    Fatimənin (ə) həyatı və şəxsiyyəti ilə bağlı bir mühüm cəhət də ondan ibarətdir ki, o ağıl-kamal sahibi, fəzilətli qadın əsla bir nöqtədə dayanmır, ağıl-kamal aləminin bir mərhələsindən başqa mərhələsinə adlayır, hətta onun ən yüksək zirvəsi ayaqları altında olsa belə, bununla kifayətlənmirdi. Allaha ibadət həyatının bünövrəsi və əsası olsa da, İslamın ictimai-siyasi məsələləri də onun üçün əhəmiyyətli və dəyərli idi. Bir sözlə, pakların pakı Zəhra (ə) da böyük atası və hörmətli əri kimi İslamın bütün sahələrində - fiqhdə, elmi, ictimai-siyasi məsələlərdə fəal iştirak edirdi.
    Fatimənin (ə) İslam cəmiyyətinə rəhbərlik vəzifəsini də daşıdığı başqa vəzifələrlə birlikdə öhdəsinə götürür və onu layiqincə yerinə yetirirdi. Bəli, o, ictimai-siyasi həyatında möhtərəm atasının – Allahın Elçisinin (s) həmkarı və köməkçisi idi. Fatimə (ə) bu məsələləri o dərəcədə mənimsəmişdi ki, camaatın ictimai-siyasi məsələlərinin həllini öz öhdəsinə götürmüş və bu işin ağırlığını tam məsuliyyətlə dərk etmişdi. Qəlbindəki yüksək hisslər onu vadar edirdi ki, ərinə və İslamın başqa mübarizlərinə yardımçı olsun və bu işdə biliyini, bacarığını əsirgəməsin. Bəli, Fatimeyi-Zəhra (ə) ictimai, siyasi mübarizə meydanında da fəal və yaradıcı bir qüvvə idi. Elə işlərə girişirdi ki, onun iştirakı olmadan başqaları həmin işləri çətin ki, yerinə yetirə biləydi.
    İbn Hüşam məşhur "Sirət” kitabında yazır:
    - "Peyğəmbər (s) Ühüd döyüşündən qayıdarkən o həzrətin Zülfüqar qılıncını Fatiməyə (ə) verdilər ki, qanını yuyub təmizləsin. Peyğəmbər (s) bu anda buyurdu: "Qızım, bu qılıncı yu, Allah bu gün möminlər haqqında verdiyi vədə əməl etmişdir.” Sonra İslamın şücaətli əsgəri Əli (ə) də qılıncını Zəhraya (ə) tapşırıb buyurdu: "Bu qılıncı da yu və təmizlə, Allaha and olsun ki, bu qılınc (Allahın istəyi və köməyilə) məni təsdiq etdi və (döyüşdən) salamat çıxardı."(Sirətu-İbn Hüşam, 3-cü cild, s. 106)
    Fatimə (ə) başqa bir gün isə möhtərəm atasını qana və torpağa bulaşmış sifətdə görür. Qüreyşin rəzil və alçaqlarından biri o həzrətə küçədən keçərkən yerdən toz-torpağı və daş-kəsəyi götürüb Peyğəmbərin (s) ay kimi parlaq sifətinə atır. Körpə qız mehriban atasını belə bir vəziyyətdə - Allah yolunda yaralanmış, torpağa və qana bulaşmış halda görmək tələsik özünü o həzrətin köməyinə çatdırır və gözəl sifətini yuyur, üst-başını təmizləyir. Sonra isə gözlərindən yaşlar axıdır. Atasının ilahi sifətinin bu hala düşməsinə görə vücudunu qəm-qüssə bürüyür. Möhtərəm atası Fatimənin (ə) qəm və kədərini görüb onun ağrı və əzabını anlayır və ona təsəlli verməyə başlayır. Qızına İlahinin vəd etdiyi qələbə və uğuru xatırladaraq buyurur: "Qızım, ağlama, Allah-təala atanın yardımçısı və köməkçisidir.”(Məhəmmədin (s) həyatı və risaləti, s. 105)
    Körpə yaşlarından bu səhnələri görən, həmin illərdən başlayaraq yeniyetməlik dövründəki böyük atasının və o həzrətin vəfalı köməkçilərinin ardıcıl mübarizələrinin şahidi olan Fatimə (ə) o zamandan Allah yolunda mübarizə və cihadla yaxından tanış olur, bu mübarizənin böyük ictimai-siyasi əhəmiyyətini duyur və yavaş-yavaş özünü Allaha ibadətlə yanaşı Onun yolunda mübarizəyə də qoşulmağa, bu meydana atılmağa da səfərbər edir.
    Buna görə də sonralar, xüsusilə də böyük atası bu dünyadan köçəndən sonra Əli (ə) İslamın əsl qayda-qanunlarını qorumaq üçün imamlığı öz öhdəsinə götürərkən Fatimə (ə) də ictimai-siyasi meydana qədəm qoyur. O, möhtərəm əri ilə çiyin-çiyinə ailəsinin, nəslinin qanuni hüquqlarını əldə etmək və əsl həqiqi İslamı qorumaq üçün mübarizəyə başlayır.
    İslam yolunda şəhid olanların məqbərəsində
    Fatimeyi-Zəhra (ə) İslamın ali hədəflərinə sadiqliyini göstərmək və ilk İslam mübarizlərinin müqəddəs və pak amallarına olan sonsuz məhəbbət və ehtiramını bildirmək üçün hər dəfə fürsət düşdükdə Bədr və Ühüd döyüşlərində şəhid olanların məzarları üstünə gedərdi. Ətir saçan o məqbərələrin yanında bir an sükutla dayanar, İslam yolunda şəhid olanların əziz ruhlarına dualar və Qurandan ayələr oxuyar, onları böyük ehtiramla yad edərdi.
    Mərhum Şeyx Tusinin olduqca dəyərli "Təhzib” (Təmizlənmə) kitabında bu barədə bir hədis var. İmam Sadiqdən (ə) rəvayət olunmuş həmin hədis Fatimənin (ə) bu xüsusiyyətini açıq-aşkar göstərir: "Fatimə (ə) hər şənbə günü İslam şəhidlərinin məzarı üstündə olardı. O həzrət Şeyyidüş-şühəda Həmzənin qəbri üstünə gələr, onun üçün mərhəmət dilər, ruhuna dua oxuyardı.”(Cila-əl-uyun, 1-ci cild, s. 154)
    Pakların pakı Zəhranın (ə) bu hərəkəti atası üçün canından keçmiş böyük əmisinə olan şəfqət və qohumluq hissindən əlavə onun İslam mübarizlərinə qarşı bəslədiyi dərin imanından və qədirbilənliyindən də xəbər verir. Bundan əlavə, Fatimənin (ə) bu hərəkəti o dövrdə baş vermiş ictimai-siyasi hadisələrdə bu böyük qadının öz müştərək məsuliyyət hissini də necə həssaslıqla dərk etməsini sübut edir.
    Fatimənin (ə) İslam şəhidlərinin məzarı üstünə gəlib dua oxuması həm də onların əsla unudulmadığını, daim yad edildiyini göstərir.
    9. Fatimeyi-Zəhra (ə) və təlim-tərbiyə
    Böyük fiqh alimi, İslamın tərəqqisi naminə öz canını İslam hökmlərinə qurban vermiş ikinci şəhid, şagird və tələbələrin təlim-tərbiyə məsələlərinə aid yazdığı "Münyətül-mürid” (Müridin məqsədi) adlı dəyərli kitabının müqəddiməsində pakların pakı Fatimənin (ə) fəzilətləri ilə bağlı bir hədis vermişdir. O böyük xanımın mənəvi aləmindən xəbər verən həmin hədis belədir:
    "Bir qadın Fatimeyi-Zəhranın (ə) hüzuruna gəlib dedi: "Bir zəif və şikəst anam var. Anam məni sizin yanınıza göndərdi ki, suallarını sizə söyləyim.” Fatimeyi-Zəhra (ə) həmin qadının suallarına cavab verdi. Qadın daha bir sual verdi və o həzrət onun cavabını bildirdi. Bu qayda ilə həmin qadın o həzrətə çoxlu suallar verdi ki, onların sayı axırda ona çatdı. Fatimeyi-Zəhra (ə) bütün suallara lazımi cavablar verdi.
    Qadın sualların çoxluğuna sıxılır və yenə sual verməyə utanır və xəcalət çəkirdi. Buna görə də dedi: "Bundan artıq sizə zəhmət vermək istəmirəm.”
    Əziz Fatimeyi-Zəhra (ə) buyurdu: "Nə sualın varsa, de, onu təkrar deməkdən belə çəkinmə.” O həzrət sonra qadını ürəkləndirmək üçün əlavə etdi: "Əgər kimsə bir gün ərzində ağır bir yükü çiynində daşıyaraq onu bir evin damına qaldırırsa və onun əvəzində min dinar zəhmət haqqı alırsa, məgər bu məbləğdə çoxlu pulu qazanmaq o qədər əzab-əziyyət çəkən həmin şəxs üçün dözülməzdir?” Qadın dedi: "Yox.” Onda Fatimeyi-Zəhra (ə) buyurdu: "Mən də muzdurluq edirəm və özümü Allahın günəmuzdu, muzduru sayıram. Hər bir suala verdiyim cavab üçün haqqım, muzdum da yerlə göy arasındakı məsafəni dolduran mirvarilərin hamısından daha qiymətlidir. Odur ki, mən o yük daşıyan muzdurdan daha üstün və layiqəm. Ona görə də sənin suallarına cavab verməkdə heç bir zəhmət hiss etmirəm. Allahın Elçisi olan atamdan (s) eşitmişəm ki, buyururdu: "Bizim məktəbin davamçıları olan alimlər Qiyamət günü ayağa qalxarkən camaata öyrətdikləri elm və bilik ölçüsündə, bu yoldakı səy və çalışmaları miqdarında ən bahalı paltarlarla bəzənəcəklər. Həmin alimlərin hər birinin üstündə min bəzəkli örtük və daşqaşlı paltar olacaqdır. Sonra Yaradanımız tərəfdən Qiyamət əhlinin qulağına belə bir səs çatacaq: "Ay camaat, ay Məhəmməd (s) nəslinin yetimlərini himayəyə götürən camaat! Ruhani atalarını, dini rəhbərlərini itirmiş, başları üzərində rəhbərlik kölgəsi kəsilmiş o yetimləri öz qayğınız altına alın, onların təlim-tərbiyəsi ilə məşğul olun. Ey alimlər və dini rəhbərlər, bilin ki, bu yetimlər sizin şagirdlərinizdir. O şagirdlərinizdir ki, onlara hamilik etməyi öhdənizə götürmüş və qayğılarını çəkmişsiniz. Siz gərək onların vücudunu və şəxsiyyətini dünyada elm və biliyin dəyərli örtüyü ilə bəzəyəsiniz ki, onlar da öz növbəsində öz bilik və elmləri səviyyəsində başqalarının şəxsiyyətini belə nurlu, işıqlı paltarla bəzəsinlər.
    Qiyamət günü həmin şagirdlərin (onları Məhəmməd (s) nəslinin yetimləri adlandırmaq lazımdır) əynində yüz min nurani paltar və örtük olacaqdır. O şagirdlər də öz növbəsində şagirdlərinin əyninə bir o qədər nurani paltar geyindirəcəklər. Sonra Allah-təala belə bir fərman verəcək: "Belə böyük din alimlərinin nuraniliyini artırın və onların əyninə həmişə bu xələtlərdən geyindirin. Sonra bu xələtləri həmin alimlərin sayı qədər artırın ki, mükəmməl olsun. Həmin artırılmış xələtlər də eynilə alimlərin və müəllimlərin paltarları kimi onların – şagirdlərin əyninə geyindirilir. Bu iftixar onlara bahalı və nurani paltar geyinməmişdən qabaq, paltarların sayı ikiqat artdıqdan sonra nəsib olur. Beləliklə, onların məqam və dərəcələri öz kamil və layiqli həddinə çatır. Onlar bu üstünlüyü yüksək mövqe tutan, bahalı paltar geyən şagirdlərinə görə qazanırlar.”
    Fatimeyi-Zəhra (ə) Peyğəmbərin (s) bu sözlərini nağıl edib qurtardıqdan sonra qadına dedi:
    "Bu paltarların hər sapı, ilməsi günəşin nura boyadığı bütün əşyalardan milyon dəfə bahalı və daha yaxşıdır, çünki bütün əşyalar zülmət və qaranlığa bürünmüşdür.”
    Fatimeyi-Zəhranın (ə) sözləri və İslamın əziz Peyğəmbərinin (s) yuxarıdakı bəyanı belə bir həqiqəti bir daha bizə aşkar edir ki, alimlər, müəllimlər, eləcə də tələbələr – əlbəttə, dini və ilahi dünyagörüşü olan alimlər və tələbələr – Qiyamət günündə belə bir ali məqama çatırlar. Başdan-başa nura boyanmış məqama. Onların gözləri qarşısında heç bir örtük və qaranlıq pərdə mövcud olmayacaqdır. Onların varlığı başdan-ayağa gözüaçıqlıq və uzaqgörənlik, aydınlıq və işıqlılıqdır. Onların gözqamaşdırıcı şəxsiyyəti qarşısında heç bir qaranlıq şey mövcud olmayacaqdır.”(Şəhidi-sani (İkinci şəhid). Münyət-əl-mürid fi adab əl-müfid, s. 20)
    10. Fəzilət və bilik sahibi
    Məhəmməd bin Cərir bin Rüstəm Təbəri "Dəlailül-imamət” (İmamlığın dəlilləri) adlı kitabında belə bir hədisi nağıl edir: "Bir şəxs Fatimeyi-Zəhranın (ə) hüzuruna gələrək deyir: "Ey Allahın Elçisinin (s) qızı! Yanınızda İslam peyğəmbərinin (s) elə bir yadigarı varmı ki, bir hədiyyə və töhfə kimi kiməsə bağışlayasınız?”
    Fatimeyi-Zəhra (ə) öz hüzurunda olan kənizə buyurdu ki, bükülü ipək parçanı gətirsin. Kəniz ipək parçanı axtarmağa başladı. Lakin onu tapmadı. Fatimə (ə) bərk narahat olub buyurdu ki, hər yeri axtar, o parçanı tap. O parça mənim üçün Həsən və Hüseyn (ə) qədər qiymətlidir. Kəniz bir müddət axtardıqdan sonra ipək parçanı tapdı. Xüsusi bir qaba qoyulmuş ipək parçada yazılmışdı: "İslam peyğəmbəri Məhəmməd (s) buyurmuşdur: "Qonşularını incidən kəs möminlərdən deyil. Allaha və Qiyamət gününə imanı olan kəs əsla qonşusuna əziyyət verməz. Tanrıya və Axirət gününə iman bəsləyən kəs ya gərək dilinə yaxşı söz gətirsin, ya da sussun. Uca Tanrı xeyirxah, dözümlü və namuslu insanları sevir. Yaman dilli, yaltaq və sırtıq adamları düşməni hesab edir. Həya imanın bir hissəsidir və iman sahibi behiştdədir. Söyüş və böhtan pis sözlərin bir növüdür. Pis söz danışan isə atəşdədir...”(Şərəfuddin. Əl-füsul əl-mühimmə, s. 198)
    Fatimeyi-Zəhra (ə) Quran ayələri baxımından
    O alicənab xanımın böyüklüyü, əzəməti və müqəddəsliyi haqqında çox söz deyilmiş, çox yazılmışdır. Amma bütün bunlardan daha üstünü o fəzilət və əzəmət sahibinə məxsus əlamətlərin, nişanələrin Qurani-Kərimdə öz əksini tapmasıdır. Allah-təala Qurani-Kərimdəki bir çox ayələrdə dünya qadınlarının fəxri olan Fatiməyə (ə) böyük ehtiramla işarə etmişdir ki, bunun özü də ayrılıqda bu iş və mübarizə qadınına – inqilab və müqəddəslik xanımına ən böyük bir iftixarı nəsib edir.
    Bu məsələ ilə bağlı qeyd etmək lazımdır ki, Fatimə (ə) Qurani-Kərimin Əhli-beytə (ə)("Siz ey (Peyğəmbərin) ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istəyir.” Əl-Əhzab surəsi, 33-cü ayə), qarşılıqlı lənətləməyə, qohumluqda məhəbbət və mehribanlığın, nəzrdə sədaqətin gözlənilməsinə, yetimlərə, yazıqlara, əsirlərə rəhm etməyə aid şərif ayələrinin açıq-aşkar təsdiqidir. Və bunlardan daha üstünü "Kövsər”in və başqa nümunələrin aydın təsdiqidir. Bu ayələrin hamısının o böyük xanıma aid olmasını istər şiə əhlinin, istərsə də sünnə əhlinin əksər alimləri, təfsirçiləri yekdilliklə təsdiq edirlər. Bunun özü isə göstərir ki, insaf əhli olan tədqiqatçı alimlərin heç biri bu məsələyə şəkk-şübhə ilə yanaşmır və yalnız Peyğəmbərin (s) fəzilət və kamal sahibi olan qızını bu iftixara layiq bilirlər.
    Bu barədə sünnə əhlinin böyük alimlərindən Müslim, Tirmizi, Əhməd ibn Hənbəl, İbn Hacər, Beyhəqi və bir çox başqaları yuxarıdakı ayələrdə bəhs olunan mövzuların o böyük xanıma aid olduğuna işarə etmiş və bu barədə təfsirlər yazmışlar. Biz burada qısaca olaraq bu barədə olan dörd şərif aənin təfsir və şərhini veririk. Ayələrin təfsir və şərhində mötəbər məxəz və sənədlərdən istifadə etmişik.
    Category: Siddiqeyi-Tahirə (ə) 2 | Views: 879 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024