İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 2
    5:46 AM
    Siddiqeyi-Tahirə (ə) 2
    Zəhranın (ə) xütbəsində söhbətin gerçəkliyi və səmimiliyi
    İndi belə bir məsələdən danışmaq lazım gəlir: hamımız bilirik ki, Fatimənin (ə) sözlərinin səmimiliyi və doğruluğunda heç bir şəkk-şübhə yoxdur. Artıq incəliyi ilə sübuta yetirilmişdir ki, xütbədə bəhs olunan mövzunun hüquqi baxımdan doğruluğunu hamı etiraf edir. Bəs belə olan surətdə nəyə görə o həzrətin haqlı tələblərinə əhəmiyyət verilmədi? Necə oldu ki, bu həyəcanlı və təkanverici xütbədə qaldırılan məsələləri müvafiq şəxslər və siyasət pərdəsinin arxasında olan oyunçular yerinə yetirmədilər? Nə səbəbə o həzrətin hüquqlarını yerinə yetirmək üçün bir tədbir görülmədi? Niyə Zəhranın (ə) isti nəfəsi, haqq kəlamı dövrün hökumət başçılarının soyuq qəlblərinə təsir etmədi? Niyə o açıq-aşkar haqq, tapdalanmış hüquq bərpa olunmadı? Niyə tələb olunan torpaq sahibinə qaytarılmadı?
    Bütün bunlar elə dəqiq və incə məsələlərdir ki, keçən əsrlər ərzində, İslam mədəniyyəti və tarixi boyu qızğın müzakirələrə səbəb olmuş və ayrı-ayrı sənədlərə əsasən onlar haqqında müxtəlif fikirlər söylənmişdir. Maraqlıdır ki, təkcə şiə alim və tədqiqatçıları deyil, eyni zamanda sünnə əhlinin böyükləri və alimləri də bu məsələ haqqında diqqətəlayiq fikirlər irəli sürmüşlər. Bu baxımdan yuxarıda qeyd olunmuş suallardan birinə verilmiş cavab xüsusilə diqqəti cəlb edir. Həmin cavab haqqında sünnə əhlindən olan bir mötəzili bəhs etmişdir. İbn Əbül-Hədid adlı bu insaf sahibi, dəyərli tədqiqatçı "Nəhcül-bəlağə”ni şərh etmiş məşhur alimlərdən biridir. Müəllif həmin şərhin bir yerində belə yazır:
    "Bağdaddakı Ərəbiyyə mədrəsəsinin ustadı Əli bin Fareqiyə dedim: "Fatimə (ə) öz iddiasında haqlı idi yoxsa yox?”
    O dedi: "Bəli, o haqlı idi.”
    Dedim: "Yaxşı bəs Fatimə (ə) öz iddiasında (Fədək torpağının atalıq irsi olması və ona sahibliyi haqqında) haqlı idisə, onda niyə Fədək ona verilmədi?”
    Ustad bu sualın cavabında təbəssüm edib bir mətləbi açıb danışdı və mənə hər şey aydın oldu. O dedi: "Əgər o vaxt Fədək ona verilsəydi (belə olduqda o həzrətin iddiasının doğruluğu təsdiqlənmiş olurdu), həmin günün səhəri də qayıdıb xilafəti və hökuməti əri üçün tələb edər və dövrün xəlifəsini vəzifədən düşürərdi. Əvvəlcə (Fədək haqqında iddiasının doğruluğunda) haqlı olması təsdiq edilsəydi, onda onun üçün heç bir üzr, bəhanə gətirmək mümkün deyildi.”(İbn Əbül-Hədid, "Şərh Nəhcül-bəlağə”, 16 c., s. 284)
    Beləliklə aydın olur ki, o günlərin siyasət pərdəsinin arxasında necə məkrli oyunlar baş verirdi. Bir qanuni hüququ tapdalamaqla neçə başqa bir hüququn tapdalanmasına başlayırdılar. Əlinin (ə) hökumətinin, xəlifəliyinin qarşısını almaq üçün həyat yoldaşı Fatimənin (ə) atalıq irsini-mülkünü vermir və öz dünyəvi məqsədləri üçün hətta Allahın Elçisinin (s) vəsiyyət və sifarişini belə qulaqardına vurmağa hazır idilər!
    Uzun mübarizələr üçün nəsillərin dəlilləri
    Fatimənin (ə) tarixi xütbəsinə diqqətlə nəzər saldıqca onda öz əksini tapmış dini və məzhəbi, siyasi və ictimai, tarixi və ideoloji məsələlərin necə dərindən təhlil edildiyinin şahidi oluruq.
    Xütbədə ifadə olunmuş onlarca aydın həqiqətləri, ali və dərin məfhumlar onun böyük əhəmiyyətini göstərir. Bundan əlavə, Fatimənin (ə) xütbəsi özünün siyasi təsiri və bu təsirin İslam tarixində, şiə aləmində davamı baxımından da xüsusi əhəmiyyət kəsb edir. Belə ki, İslam tarixində bu xütbə elə bir möhkəm dəlil-sübutlu sənəddir ki, Fatimənin (ə) övladları uzun illər boyu apardıqları mübarizələrində Peyğəmbərin (s) ev əhlinin (ə) qanuni hüququnun tapdalandığını sübut etmək, onlara qarşı necə zülm və əzabların rəva görüldüyünü açıb göstərmək üçün bu xütbəyə istinad etmişlər.
    Fatimənin (ə) bu mübariz və mücahid övladlarından biri Zeyd bin Əli bin Əl-Hüseyn bu barədə belə deyir:
    "Mən gördüm ki, Əbu Talibin (ə) nəslindən olan şeyxlər bu xütbəni atalarından rəvayət edir və öz oğlanlarına öyrədirdilər.”(Əhməd bin Əbu Tahir, "Bəlağat-ən-nisa”)
    Başqa bir xütbə
    Qeyd etmək lazımdır ki, mənbələrdə, tarixi mətnlərdə Fatimənin (ə) başqa bir xütbəsi də qeydə alınmışdır. Bu xütbəni Zəhra (ə) onun görüşünə gələn xanımlara müraciətlə söyləmişdir.
    Bu xütbə də açıq-aşkar göstərir ki, pakların pakı Zəhra (ə) son nəfəsinədək özünün və ailəsinin tapdalanmış hüququ barədə öz etirazında qalmış, hər dəfə imkan düşdükcə onu yada salmış, həqiqəti açıb demiş və müxalifləri ifşa etmişdir. Xilafətə satılmış bəzi yazıçıların yazdıqlarına görə guya həzrət Fatimə (ə) öz iddiasından əl çəkmiş və xilafətin çıxardığı hökmlə razılaşmışdır. Əslində isə belə deyildir, çünki əgər bu cür olsaydı, onda Fatimə (ə) yataqda son günlərini, ömrünün axır saatlarını yaşayarkən onu yoxlamağa gələn müsəlman xanımlarının yanında bir daha bu mövzu ilə bağlı şikayət və etirazını dilinə gətirməzdi.
    Bəli, beləliklə aydın olur ki, o böyük qəhrəman qadın, yorulmaq bilməyən mübariz bir an belə haqsızlığa qarşı mübarizəsindən dönməmiş və son nəfəsinədək haqq-ədalətə düşmən çıxanlarla amansız mübarizə aparmışdır. Ustad Şəhriyar bu barədə belə yazır:
    Şir ürəkli, qəhrəman və şücaətli o qadın
    Öz hüququnu müdafiə etdi.
    Qadın olsa da, mərdanə idi,
    Yanar, atəşin qiyamdan alovlanardı,
    Sinəsindən elə bir şölə qopdu ki, zülmün qara xırmanını yandırdı.
    Dünyaya nə dünya əhlinə
    Haqq-ədaləti qorumaq və zülmü dəf etmək dərsini öyrətdi.
    Yatmış kişiləri yuxudan oyatdı,
    Zülmkarların abrını ətəklərinə bükdü.
    Ümm Sələmənin Fatiməni (ə) müdafiə etməsi
    Burada bir məsələni də qeyd etmək lazımdır: Zəhranın (ə) o həyəcanlı xütbəsi və zülmkarlardan öz haqqını tələb etməsi Allahın Elçisinin (s) nəslindən olanlara və o həzrətin qohumlarının həyat yoldaşlarına da öz dərin təsirini bağışladı. Fəqət o zəhərlənmiş mühitdə o həzrətə arxa durmaq asan iş deyildi. Buna baxmayaraq, həmin şəxslərdən biri – alicənab İslam peyğəmbərinin (s) Ümm Sələmə adlı fəzilətli həyat yoldaşı əsla qorxub çəkinmədən Əhli-beytin (ə) hüquqlarını müdafiə etmək üçün cəsarətlə irəli çıxıb Fatiməyə (ə) arxa durdu. O, pakların pakı Zəhranın (ə) dediklərini təsdiq edərək bildirdi ki, o həzrət öz tələblərində haqlıdır. O fəzilətli xanım Fatimənin (ə) hüququnun tapdalanmasına etiraz əlaməti olaraq müəyyən tədbirlər gördü və bu yolda əlindən gələni əsirgəmədi. Məsələn, o dövrün hökumətinin qərarına əsasən hökumət tərəfindən onun üçün də müəyyən hədiyyələr nəzərdə tutulmuşdu. Amma o fəzilət sahibi xanım bir il tamam həmin hədiyyələri qəbul etməkdən imtina etdi və bununla da Əhli-beytə (ə) qarşı rəva görülmüş zülmə öz etirazını bildirdi və bunu hamıya çatdırdı.(İbn Cərir, "Dəlail əl-imamət”, s. 39)
    Əbədiyaşar sözlər
    Əski mətnlərdə, qədim kitab və risalələrdə, mötəbər sənədlərdə böyük İslam qadınının - Peyğəmbərin (s) əziz yadigarının dilindən çıxmış sözlər, dəyərli kəlmələr və bəyanatlar qeydə alınmışdır. O həzrətin sözləri, kəlamları elə dərin mənalı və əhatəlidir ki, hər bir kəs üçün həyatın müxtəlif sahələrində olduqca faydalı, gərəkli ola bilər. Böyük tərbiyəvi əhəmiyyəti olan, insanları ayıldan, doğru yola dəvət edən bu kəlamlar mərifət əhlini kamalın son mənzilinə çatdıran bir rəhbərə bənzəyir.
    Fatimənin (ə) gövhər kimi dəyərli həmin kəlamlarından bir neçəsini nümunə olaraq oxucuların nəzərinə çatdırırıq. Qoy oxucunun özü bu kəlamlarda öz əksini tapmış Fatimənin (ə) zəngin dünyagörüşü və dəyərli fikirləri ilə tanış olsun və o həzrətin dini, tərbiyəvi, ictimai-siyasi və başqa məsələlərlə bağlı baxışlarına diqqət yetirsin.
    1. İslam başçısı və rəhbəri kimdir?
    Allahın Peyğəmbəri (s) bu dünyadan köçdükdən sonra Fatimə (ə) acı və qəmli günlərini yaşayırdı. Kövrək qəlbini qəm-kədər bürümüş Fatimə (ə) xəstələnib yatağa düşdü. Həmin xəstəlik axırda o həzrətin (ə) vəfatı ilə nəticələndi. O vaxt İslam dünyasında böyük bir təlatüm var idi. Rəsulullahın (s) vəfatından sonra onun həqiqi canişinlik hüququ Əlinin (ə) əlindən zorla alınmış və başqalarına verilmişdi. Beləliklə də, İslamın aydın səmasını bürüyən qara buludlar ortaya çıxmışdı.
    Belə bir qəmli dövrdə bir gün mühacir və ənsari qadınlardan bir neçəsi Fatiməni (ə) yoluxmaq üçün o həzrətin yanına gəldi. Onlar Fatimənin (ə) balışı yanında oturub o həzrətin vəziyyətini, əhvalını soruşdular. O həzrət həmin qadınların suallarına cavabında belə buyurdu:
    "Mən sizin cəmiyyətinizdən narazıyam. Kişilərinizdən isə incimişəm. Kişilərinizin (xasiyyətini) öyrəndikdən sonra onları özümdən uzaqlaşdırdım. Onların əməl və davranışlarından sonra məyus olub incidim. Vay sizin kişilərin halına! Onlar niyə xilafəti peyğəmbərliyin mərkəzindən, peyğəmbərlik evindən, vəhylərin nüzul olduğu yerdən kənar etdilər? Niyə o ləyaqətli və elmli, dünya və din işlərinin bilicisi olan kişini (həzrət Əlini (ə)) vilayət işindən və ümmətə rəhbərlikdən uzaqlaşdırdılar? Şübhəsiz ki, bu aydınlığa və işıqlığa ziyan verən, zərər gətirən bir əməldir. Onlar Əbül-Həsən Əlidən (ə) nə pislik görmüşdülər, onda nə eyib tapmışdılar ki, belə bir iş tutdular? Bəli, doğrudan da, onlar Əlinin (ə) iti qılıncından, ölümdən qorxmamağından, Allah yolunda qətiyyət və mübarizliyindən narazı və nigaran olduqlarına görə onu ümmətə rəhbərlikdən kənarlaşdırıb uzaqda saxladılar.”(Ehticaci-Təbərsi, 1 c., s. 147)
    Bu cazibəli və mənalı sözlər Fatimənin (ə) o dövr müsəlmanları, eləcə də İslamın gələcəyi üçün taleyüklü olan məsələlərdən birinə necə ürək yanğısı ilə və uzaqgörənliklə yanaşdığını göstərir. Bu kəlamlar həmçinin Fatimənin (ə) bu həssas məsələdə vilayəti və müsəlmanlara başçılığı layiqli şəxsə tapşırmaq məsələsində nə dərəcədə təmiz və səmimi olmasından da xəbər verir. Fatimənin (ə) bu xüsusiyyəti yuxarıda şərhini verdiyimiz xütbədə daha açıq-aydın şəkildə özünü göstərir. Yuxarıda qeyd etdiyimiz kimi, Fatimənin (ə) bütün mənalı həyatı üçün bu cür dəyərli sözlər olduqca səciyyəvidir. Bunlar haqqında yeri gəldikcə aşağıda da söz açacağıq.
    2. Zəhranın (ə) sözlərində dua
    Mərhum Seyyid Möhsün Əmin "Əyanuş-şiə” adlı çox qiymətli kitabında o böyük fəzilət sahibi kamil xanımın bir nitqində buyurduğu ən ali bir duanı vermişdir. Müəllifin "Məhüüd-dəvat” adlı bir kitabdan rəvayət etdiyi həmin dua belədir:
    "Ya Rəbb, mənə verdiyin ruzi ilə məni qane et!”
    "Ya Rəbb, mənim iffətimi (həya və namusumu) qoru və mənə sağlamlıq nəsib et!”
    "Ya Rəbb, ölərkən məni Öz xüsusi rəhmət və mərhəmətinə qovuşdur!”
    "Ya Rəbb, məni nəsibim etmədiyin bir şeyi arayıb-axtarmaq yolunda təlaşa və əziyyətə salma!”
    "Ya Rəbb, mənə ata-anamı və üstümdə haqqı olan kəsləri çox görmə!”
    "Ya Rəbb, mənə - tövbə (yolunda) və Sənə qayıtma yolunda olan bəndənə əzab vermə!”
    "Ya Rəbb, nəfsimi öz içimdə öldür, öz böyüklüyünü daha da əzəmətli et. Ey bağışlayanların bağışlayanı, Səni sevindirən amillərə itaətimdə mənə ilham ver, qəzəb və narazılığına səbəb olan işlərdən məni çəkindir!”
    3. Paxıllıqdan çəkinmə
    Səxavət və kərəm sahiblərinin başçısı, fədakar oğul, peyğəmbərlik, vilayət və imamlıq məktəbinin yetirməsi, mübarək Siddiqənin pak ətəyində böyüyüb tərbiyə almış imam Hüseyn (ə) anası Zəhradan (ə) belə bir rəvayəti nağıl edir:
    Allahın Rəsulu (s) bir dəfə öz əziz qızına müraciətlə buyurmuşdu:
    "Olmaya-olmaya, qəlbində paxıllığa yol verəsən. Paxıllıq elə bir bəladır ki, kərəm və mərhəmət sahiblərində əsla tapılmaz. Paxıllıq elə bir ağacdır ki, kökləri oddan (cəhənnəmdən) yaranır, budaqları isə (bu) dünyadadır. Onun hər hansı bir budağından asılan kəsi odla öldürür.”("Sirətül-əimmə ila isna əşər”, 1 c., s. 94)
    4. Nur duası
    Bu duanı Salman Farsi böyük İslam xanımı Fatimədən (ə) nağıl etmişdir. Mərhum Məclisinin yazdığına görə, o həzrət Məkkədə və Mədinədə çoxlu xəstələri bu pak və bərəkətli duanın müqəddəs təsiri ilə sağaltmışdır. Duanın mətni belədir:
    "Bismillahir-rəhmanir-rəhim. Bismillahin-nur. Bismillahi nurun əla nur. Bismillahil-ləzi huvə müdəbbül-umur. Bismillahil-ləzi xələqən-nurə minən-nur. Əlhəmdulillahil-ləzi xələqən nurə minən-nur və ənzələn-nurə əla tur fi kitabin məstur fi ruqqin-mənşur bi qədəri-məqdur əla nəbiyyin məhbur. Əlhəmdulillahil-ləzi huvə bil-izzi məşhur və ələs-sərrai vəz-zərrai məşkur və səlləlahu ələs-seyyidun-Muhəmməd və Alihit-tahirin.”
    5. Fatimeyi-Zəhranın (ə) şerlərindən bir nümunə
    Məlum olduğu kimi, həzrət Zəhra (ə) bütün hallarda güclü ruh sahibi idi. Hər bir ruhi vəziyyətdə dilindən güclü kəlam və zəngin bəyan qopardı. Hər hansı bir hal və vəziyyəti şərh etməkdə, müxtəlif mətləbləri açmaqda kamil bir bəlağət sahibi idi.
    Bəli, demək olar ki, Peyğəmbərin (s) qızı bu cür güclü bəyanı ilə söz mülkünün də başçısı idi. Elə fəsahət və bəlağətlə danışardı ki, müraciət etdiyi şəxsi öz alovlu və dərin kəlamı ilə həyəcana gətirər, yerindən oynadardı.
    Mühacir və ənsari qadınların hüzurunda dediyi sözlərin özü o həzrətin qüdrətli nitqinə, güclü kəlamına ən yaxşı bir nümunədir. Fatimə (ə) qabaqcadan hazırlaşmadan, bədahətən belə bir güclü kəlamı buyurmuşdur.
    Bundan əlavə, o həzrətə məxsus bir sıra şerlər də gəlib çatmışdır. Ərəb ədəbiyyatında xüsusi yeri olan bu şerlərin sayı olduqca çoxdur. Maraqlı burasıdır ki, Fatiməyə (ə) məxsus olan bu şerlərin hamısı aydın və sadə, anlaşıqlı və canlı bir dildə qələmə alınmışdır.
    Deyilənə görə, o həzrət alicənab atasının (s) vəfatından sonra bir gün Rəsulullahın (s) pak məqbərəsini ziyarət edərkən bir saat orada dayanmış, çox ağlamış və bu zaman dərdli ürəyinin dərinliyindən gələn bu beytləri söyləmişdir:
    "Ey üzünü torpaq altında gizlədən kəs, de görüm,
    Mənim nalə və fəğanımı eşidirsənmi? Əgər eşidirsənsə, bil:
    Canıma o qədər dərd-bəla çöküb ki,
    Əgər günlərin üstünə o bəlalar düşsə, qara gecələr kimi olar.
    Bəli, həyatımın gözəlliyi və əzəməti olan Məhəmmədin (s)
    kölgəsində keçirdiyim o zamanlar keçdi.
    Onda bir kimsənin hücum və zülmündən əsla qorxum yox idi.
    Amma bu gün, əfsus ki, yaramazlıqlara baş əyməliyəm ki,
    Bu yolla özümü zülmdən qoruyum.
    Zülmkar mənə məxsus yerə (hərəmimə) elə yaxınlaşıb ki,
    Gərək onu əbamın ətəyi ilə qovam.
    Qumru quşları yalnız gecələr ağaclara qonaraq fəğan etdikləri halda,
    Mən gündüzlər də ağlayıram.
    Səndən sonra qəm-kədər canıma elə hopub ki, o,
    Artıq həyatımın mayasını, cövhərini təşkil edir.
    Sənin qəminlə tökdüyüm göz yaşları artıq bər-bəzəyim olubdur.
    Qorxuram ki, Məhəmmədin (s) məqbərəsinin ətri ilə
    Nəfəs almağa layiq olan kəs bir daha bu müşk-ənbəri qoxulamaya
    Və bütün bunlar haqqında düşünə bilməyə.”(Əyanüş-şiə, 1c., s. 314)
    Category: Siddiqeyi-Tahirə (ə) 2 | Views: 852 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024