İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 2
    5:39 AM
    Siddiqeyi-Tahirə (ə) 2
    Peyğəmbərlik günəşinin sönməsi
    Hicrətin 10-cu ilinin səfər ayının iyirmi səkkizinci (miladi tarixlə 631-ci ilin mayı) İslam tarixində ən çətin və dərdli gün idi. Həmin gün Fatimənin (ə) həyatında da ən dərdli gün idi. Bu ağır gündə bəşəriyyətin böyük rəhbəri və xilaskarı, rəhmət və mərhəmət Peyğəmbəri, Allahın sonuncu elçisi, peyğəmbərlik silsiləsini başa vuran, İlahi vəhyin Əmini, dinsizlik və bütpərəstliyin kökünü kəsən – həzrət Məhəmməd bin Abdullah (s) dünyasını dəyişdi...
    Həmin gün bütün Mədinəni iztirab və təşviş bürümüşdü. Peyğəmbərin (s) dostları, yaxınları gözləri yaşlı, qəlbləri yaralı halda Peyğəmbərin (s) evinin ətrafında toplaşmışdılar. Onlar qəmli, kədərli halda gözlərini qapıya dikərək Allahın Elçisinin (s) xəstəliyindən xəbər tutmaq istəyirdilər. Peyğəmbərin (s) dostları, yaxınlarının qəlbi ağır əzab və iztirabla döyünürdü. Onların narahatlıq və nigaranlığı hər an artırdı. Peyğəmbərin (s) halı və xəstəliyi ilə bağlı xəbərlər hər an bayırdakılara çatdırılırdı. Bu xəbərlər o həzrətin (s) halının get-gedə pisləşdiyini və sağalmasına heç bir ümidin qalmadığını bildirirdi.
    Evin ətrafında dövrə vurub gözləri yaşlı halda, qəhərdən boğulanlar içəridən gələn xəbərləri eşitdikcə bilirdilər ki, Peyğəmbərin (s) həyatının son şölələrindən cəmi bir neçə saat qalıbdır. Peyğəmbərlik günəşi bir an sonra sönüb batacaqdır...
    Allahın Rəsulunun (s) yataqda uzandığı otaq balaca idi. Müsəlmanların ora toplaşması və Peyğəmbərin (s) yaxın adamlarının gedib-gəlməsi mümkün deyildi. Ona görə də Peyğəmbərin (s) ev əhlindən başqa heç kəs həmin otağa get-gəl etmirdi. Peyğəmbərin (s) əziz qızı və yeganə sevimli yadigarı Fatimə (ə) atasının yatağının kənarında dizlərini qucaqlayaraq oturmuşdu. Yaşlı gözləri atasının nurani sifətinə dikilmişdi. Fatimə (ə) görürdü ki, mirvari danələrinə bənzər ölüm təri atasının alnından süzülərək mələk sifətinə damcılayır...
    O qəmli anlarda Fatimə (ə) qəlbi hüznlü, gözləri yaşlı və boğazı qəhərdən tutulmuş halda Əbu Talibin alicənab İslam peyğəmbəri (s) haqqında qoşduğu nəğmələrdən birini zümzümə edirdi:
    "O cazibəli və parlaq sifətin ehtiramına
    Buluddan yağış yağdırması istəyi dilə gəlir,
    O, yetimlərin pənah yeridir, dul qadınları
    Qoruyan şəxsiyyətdir.”
    Peyğəmbər (s) üçün həmişə ən gözəl və ürəkaçan səslərdən olan Fatimənin (ə) tutulmuş və qəmli avazı o həzrətin qulağına çatdı. Bu tanış səsi eşitcək qapalı gözlərini açıb yavaş səslə qızına buyurdu:
    "Bu Əbu Talibin mənə qoşduğu şerdir. Amma yaxşı olar ki, o şerin əvəzinə Quranın bu ayəsini ucadan oxuyasan:
    "Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? ("Dininizdən dönəcək və ya döyüşdən qayıdacaqsınız?”) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükr edənlərə mükafat verir.”(Ali-İmran surəsi, 144-cü ayə)
    Allahın Rəsulunun (s) həyatının o son dəqiqələrində şer əvəzinə Quran oxutmasından məqsədi, mətləbi nə ola bilərdi? Bəlkə Peyğəmbərin (s) məqsədi camaatın diqqətini şerdən Quran ayəsinə, ədəbiyyatdan mənəviyyat və ilahiyyata yönəltmək idi? Yoxsa, Peyğəmbər (s) ifratçıların o zamankı şişirtmə və ifratlarına nəzarət etmək və Quranın, İslamın doğru yolundan çıxmasının qarşısını almaq istəyirdi? Bəlkə də müsəlman ümmətini xəbərdar etmək istəyirdi ki, ayıq və diqqətli olsunlar və ölümündən sonra onun haqqında şişirtmə sözləri dillərinə gətirməsinlər, mübaliğə etməsinlər, doğru yoldan sapmasınlar?.. Və nəhayət, onlarla, yüzlərlə başqa "bəlkələr”, "yoxsalar”... Bizim ağıl və dərrakəmiz həmin zənnlərə - "bəlkələrə” çatmaqda acizdir və onlar haqqında həqiqi, doğru məlumat yalnız və yalnız uca Tanrının yanındadır, vəssalam...
    Olan oldu, keçən keçdi... Hər halda bir şey açıq-aşkar aydındır ki, İslam peyğəmbərinin (s) yataqda olduğu o günlərdə Fatimə (ə) ürəyi qəmlə dolu, yana-yana atasının yatağının yanında oturmuşdu. Nə ondan uzaqlaşır, nə də gözünü onun mübarək sifətindən və ağzından çəkirdi...
    Və həmin axırıncı gün birdən Peyğəmbər (s) gözünü açdı və sevimli qızına işarə etdi ki, daha yaxın gəlsin. Bu işarədən məlum idi ki, Peyğəmbərin (s) yeganə yadigarına bəlkə də son sözü var. Fatimə (ə) tez aşağı əyildi və başını lap atasının yanına dikdi. Beləcə ata ilə bala bir an bir-biri ilə pıçıltı ilə elə danışdılar ki, kimsə onların sözlərini eşidə bilməsin...
    Peyğəmbərin (s) otağında, o həzrətin yatağının yanında olanlar o ikisinin nə haqqında danışdıqlarından xəbər tutmadılar. Yalnız Peyğəmbərin (s) sözləri sona çatanda gördülər ki, Zəhra (ə) bərk ağlayır və pak gözlərindən yaşlar axır.
    Fatimənin (ə) hələ göz yaşlarını axıtdığı bu anda Peyğəmbər (s) bir də ona işarə etdi ki, yaxın otursun. Peyğəmbər (s) yenə də ona nəsə dedi. Otaqdakılar bu dəfə gördülər ki, Zəhra (ə) açıq sifətlə, gülər üzlə, dodaqlarında təbəssüm başını qaldırdı və nurani simasına şadlıq, sevinc rəngi qondu...
    Fatimənin (ə) sifətindəki bu iki bir-birinə zidd, həm də dalbadal yaranan, dəyişkən hala oradakılar təəccüb etdilər. Heyrət və maraqla Peyğəmbərin (s) qızından xahiş etdilər ki, Allahın Rəsulunun (s) buyurduğunu onlara da desin və bu iki müxtəlif və dəyişkən halının səbəbini açıb söyləsin. Amma həmin gün Fatimeyi-Zəhra (ə) o sirri açıb deməkdən çəkindi və otaqdakılara buyurdu: "Mən Allahın Rəsulunun (s) sirrini aça bilmərəm.”
    Lakin Peyğəmbərin (s) vəfatından sonra bu sirr haqqında eşidən Ayişənin dönə-dönə, israrla xahişindən sonra Zəhra (ə) həmin sirri açıb ona danışdı:
    "O günü atam birinci dəfə məni yanına çağırarkən mənə acı bir xəbər verdi – yaxınlaşmaqda olan və qaçılmaz ölümünü açıb dedi. Buyurdu ki, bu xəstəlikdən sağalmayacaq və axirət dünyasına tələsəcək. Bərk ağlamağıma səbəb də elə bu xəbər oldu. Lakin ikinci dəfə mənə işarə edərkən şirin bir xəbər verdi. Atam buyurdu: "Sən ev əhlimdən mənə qovuşacaq ilk şəxssən.” Bu xəbər mənə şadlıq və sevinc bəxş etdi, çünki anladım ki, bir azdan əziz atama qovuşacağam. Buna görə də o cür bərk ağlamağımdan sonra birdən dodaqlarıma sevinc təbəssümü qondu.”(İbn Səd, Təbəqat, 2 c., s. 247; İbn Əsir, Kamil, 2 c., s. 219)
    Bu şadlığa səbəb nə idi?
    Pakların pakı Zəhra (ə) əziz atasına qovuşmaq xəbərini – özünün yaxınlaşan ölüm xəbərini eşidəndən sonra elə sevindi ki, ömrünün ən dərdli və acı anında belə gülümsədi.
    Öz ölümünü eşidən bir kəsin belə heyrətli sevincinə nə səbəb ola bilərdi?
    Bəli, bu qəribə və mənalı hal yalnız müqəddəs Zəhranın (ə) vücudundan gələn xüsusi ruhi şəraitlə arxada qoymuş və onu ayaqlamışdır. Fatimənin (ə) bu xüsusi halından tam aydınlıqla aşkar olur ki, onun kimi müqəddəs varlıq özünün ruhi təkamülü istiqamətində ali və bənzərsiz yüksəkliklərə baş vurmuşdur. Həmin təkamül nəticəsində Fatimə (ə) üçün dünyəvi həyatın heç bir əhəmiyyəti yoxdur, əksinə, o, Allaha, Onun behiştinə qovuşmağı və İlahi ilə yaxınlığı dərk etməyi zahiri amillərdən çox-çox sevir və bu yolda hər şeyə dözür. Bəli, o belə bir mərhələdir ki, əsl həyatı və həqiqi sevinci axirət dünyasında və İlahi rəhmətinin yanında axtarır və ona çatmaq üçün dəqiqələri, saniyələri sayır. O, mələklər bağının quşudur və qol-qanad açaraq bu dar və məhdud dünya qəfəsindən qurtulub, əsl və əbədi yuvasına qonmaq və yüksək ənginliklərdə - özünə müvafiq və sevimli yoldaşının yanında – alicənab atasının, rəhmət və mərhəmət Peyğəmbərinin (s) hüzurunda olmaq fikrindədir.
    Məhz bu səbəbdən də haqqa qovuşmaq vədini gerçək bir xəbər kimi Peyğəmbərin (s) mübarək dilindən eşitdikdə onun belə bir dərd-qəm içində ola-ola sevinməsi, təbəssümlə gülümsəməsi əsla təəccüblü deyil...
    Hədisçi alim İrbilinin bu barədə dedikləri
    Hicri tarixi ilə VII (miladi VlII) əsrin məşhur alimlərindən biri, "Kəşfül-ğəmmə fi mərifətil-əimmə” adlı dəyərli əsərin müəllifi, hədisçi İrbilinin İslamın alicənab peyğəmbərinin (s) əziz və fəzilətli qızının ürəyində, canında olan ölüm arzusu haqqında aydın fikri və faydalı izahatları vardır. Bir çox incə mətləbləri işıqlandıran bu fikirlərin böyük tərbiyəvi əhəmiyyəti vardır. Onlardan qısa bir hissəsini burada ixtisarla veririk. İrbili yazır:
    "Bəşər təbiətinin zatında, daxilində öz həyatını davam etdirməyə bir məhəbbət və əlaqə var. Ümumiyyətlə, bəşər ölümdən qaçır və öz həyatını sevir. İlahinin peyğəmbərləri də o cür əzəmət və cəlallarına baxmayaraq, yenə də bu məsələdə istisnalıq təşkil etmirlər. Onlar da həyata bağlılıq məsələsində ümumi camaatla şərik və birdirlər. Həzrət Adəm (ə) də bir o qədər çox ömür sürməsinə baxmayaraq, yenə də yaşamaq arzusunda idi və həmişə Allah-təaladan onun ömrünü uzatmasını xahiş edirdi. O həzrətin bu arzusu dediyimizə aydın bir dəlil-sübutdur.
    Həzrət Nuh (ə) da Qurani-Məcidin aydın buyurduğu kimi, təkcə öz tayfası içərisində doqquz yüz əlli il yaşamış və camaatı haqqa, bir olan Allaha inanmağa dəvət etmişdi. Lakin buna baxmayaraq, Nuh (ə) da əcəli yetişərkən hələ həyatdan doymamışdı, çünki ömrünün son anlarında ondan soruşanda ki: "Dünyanı necə tapdın?” - belə cavab vermişdi:
    "Dünyanı iki qapısı olan elə bir ev şəklində gördüm ki, bir qapısından içəri daxil olur, o biri qapısından isə çölə çıxırlar.”
    Bu cümlədəki məna o uzunömürlü peyğəmbərin (ə) həyata bərk əlaqəsini və bu dünyadan ayrılmağın çətinliyini göstərir.
    Və ya həzrət İbrahim (ə) Haqq-təaladan xahiş etmişdi ki, özü ölüm arzusuna düşməyincə onu bu dünyadan aparmasın.
    Başqa bir misal: həzrət Musa (ə) bu dünyadan ayrılarkən – ömrünün son anları yetişən zaman Əzraillə (mələkul-mövtlə) mübahisə edirdi. O həzrət (ə) də dünyadan ayrılmaq istəmirdi.
    Bəli, bütün bunlar ulu peyğəmbərlərin həyatına aid əhvalatlardan kiçik hissələrdir. Və bu deyilənlər əyani şəkildə göstərir ki, həmin əzəmətli və qüdrətli peyğəmbərlər də dünyadan, yaşamaqdan doymur və həyatla əlaqələrini kəsmək istəmirdilər...
    Lakin Fatimeyi-Zəhra (ə) kiçik yaşına, həyatınının çiçəklənən çağına baxmayaraq, elə böyük bir şövq və həvəslə bu dünyadan ayrılmağın, onu tərk etməyin intizarında idi ki, özünün ölüm xəbərini atasından eşidərkən bunu bir bayram və şadlıq kimi qarşıladı. O, tezliklə alicənab atasına qovuşmağına çox sevinirdi və bu incə məsələ Əhli-beytin (ə) vücudunda əmanət qoyulmuş ruhi və mənəvi əzəmətin sirlərindən biridir. Bu cür ali hisslər yalnız onlara məxsusdur.”(Kəşfül-ğəmmə, 2 c., s. 82)
    Zəhranın (ə) özünün təsdiqi
    Bu incə mətləbi Fatimənin (ə) özü də Mədinə məscidində izdihamlı camaatın qarşısında söylədiyi həmin həyəcanlı xütbəsində bəyan etmişdir. O həzrət həmin kəskin və alovlu sözlərində möhtərəm atasının vəfatı ilə bağlı belə buyurmuşdu:
    "Allah-təala onu Öz rəhmət və lütfü ilə öz yanına buyurmuş, bu dünyanın məşəqqət və əzabından, dərd və qəmindən qurtarmış və cənnətə yetirməklə əbədi sevinc bəxş etmişdir.”
    Bu dərin mənalı cümlənin özü Zəhranın (ə) ölüm və bu dünyadan köçmə məsələlərinə olan ümumi baxışlarını əks etdirir. Əslində bu mənalı sözlər Fatimeyi-Zəhranın (ə) dünyagörüşünü açıb göstərir. Aydın olur ki, onun nəzərində bu dünyadan əl çəkib, axirət aləminə tələsmək dünya məşəqqətlərindən xilas olmağın və İlahi rəhmətinə qovuşmağın ən ali yoludur. Çünki ölümə bu cür münasibət bəsləyən kəs aydındır ki, öz ölümünə də eyni nəzərlə baxır. Beləliklə Zəhrənın (ə) alicənab atasının ölümü haqqında buyurduğu sözlər əslində onun özünün ölüm xəbərini eşitməklə qəlbində baş qaldıran sevinc hissinin səbəbini də açıq-aşkar təsdiq edir. Bunun səbəbi o həzrətin təbiətdə əsası qoyulmş mənəvi zənginlikdir.
    Zəhranın (ə) məzlumcasına ölümü
    Nəhayət, zaman gəlib çatdı və ölüm mələyi ədəb-ərkanla Fatimənin (ə) evinin astanasında durdu. Əzrayil, Zəhranı (ə) uca göylərdəki mələklərin yanına aparmağa, orada onun İlahi rəhmətinə qovuşdurmağa gəlmişdi...
    Bəli, Fatimeyi-Zəhra (ə) – o misilsiz qəhrəman iş və mübarizə, inqilab və siyasət xanımı, paklıq və təmizlik, namus və iman, ilahi möminlik və saflıq nümunəsi, bir sözlə, İslam peyğəmbərinin (s) qiymətli və əziz yadigarı bu qədər əzab-əziyyətə dözdükdə, atasının bəzi yaramaz və vəfasız ümməti tərəfindən rəva görülmüş zülm və cəfalar gördükdən sonra alicənab atasının vəfatından bir müddət keçmiş o həzrətin ardınca özü bu fani dünya ilə vidalaşdı...
    Fatimə (ə) öz Pərvərdigarına qovuşmağa tələsdi və bu dar və dəyərsiz dünyadan özü ilə qəlbindəki bir yığın dərd-qəmini də apardı. Bununla da çoxdankı arzusuna çatdı. Axı Fatimə (ə) həmişə atasının yanında olmağı arzulamışdı və indi bu arzusu da həqiqətə çevrildi.
    Ayişə deyir: "İslam peyğəmbəri (s) ölüm yatağında olarkən bir gün Fatimə (ə) onun hüzuruna gəldi. Yerişi eynilə atasının yerişi kimi idi. İslam peyğəmbəri (s) ona salam verib "mərhəba” dedi və sağ tərəfdə oturdu. Sonra yavaşca pıçıltı ilə qulağına nəsə dedi və Zəhra (ə) birdən ağlamağa başladı. Sonra Peyğəmbər (s) onun qulağına başqa bir mətləb pıçıldadı və Zəhra (ə) sevindi. Ona dedim: "Belə tez bir vaxtda içində və belə dalbadal əvvəl ağlamağının, sonra isə gülməyinin səbəbi nədir?”
    Fatimə (ə) dedi: "Mən Peyğəmbərin (s) aça bilmərəm.”
    İslam peyğəmbəri (s) axirət dünyasına tələsdikdən sonra yenə də Fatimədən (ə) o ağlamağının və gülməyinin sirrini soruşdum. Cavabında dedi: "Atam o vaxtı mənə buyurdu:
    "Cəbrayil hər il bir dəfə Quranı mənə göstərdi, lakin bu il Onu iki dəfə mənə nazil etdi. Yəqin etdim ki, mənim əcəlim sona çatmışdır və bu il bu dünyadan köçəcəyəm.”
    Mən bu sözləri eşidib ağlamağa başladım. Sonra isə atam buyurdu:
    "Sən ilk şəxssən ki (mənim Əhli-beytimdən (ə)), mənə qovuşacaqsan. İslam ümməti qadınlarının başçısı olmaq istəyirsənmi?”
    Mən bu sözləri eşidib sevindim və sevindiyimdən güldüm.”
    Fatimənin (ə) bu səmimi arzusu tez həyata keçdi. O behişt xanımlarının xanımı çox tez (bir fikrə görə Peyğəmbərin (s) vəfatından 75 gün sonra) Haqqın dəvətini qəbul edib, sevimli Yaradanına qovuşdu. Amma Fatimənin (ə) vəfatı ilə bağlı iki məsələ dərdli və yanıqlıdır: biri odur ki, o həzrət ömrünün lap cavan çağında bu dünyadan köçdü. İkincisi isə, bu dünyadan yaxşı yola salınmadı. Uşaq salandan sonra mübarək qabırğası sındı. Torpağa tapşırılması da ürəkyandırıcıdır: o həzrət qürbətdə və təkcə, qara gecədə, nəzərlərdən uzaq halda torpağa tapşırıldı. Onu sevənlərin çoxu hətta məzarına göz yaşları da çiləyə bilmədilər...
    Fatiməni (ə) gecə qoynunda yola aparanlar
    Fatimeyi-Zəhra (ə) vəfat etməmişdən qabaq bir müddət qabırğası sınmış halda, yaralı bədəni ilə qızdırma içində yatağa düşdü. Ona bərk əziyyət verən dərdlə, əzabla əlləşdi, çəkişdi. Sonra isə öz vəziyyətinə görə gecə ikən, pis niyyətli kinli düşmənlərinin nəzərlərindən uzaq bir halda dəfn olundu. Onun cənazəsini yola salanlar arasında alicənab əri Əlidən (ə), sevimli oğlanları Həsən (ə) və Hüseyndən (ə), Əmmar, Əqil, Zübeyr, Salmandan və Bəni-Haşimdən olan bir neçə nəfərdən başqa heç kim yox idi. Fatimənin (ə) cənazəsini bu cür sükutla və bir növ gizli şəkildə yola salınması İslam aləmində görünməmiş bir hal idi və Allahın Rəsulunun (s) vəfatından keçən qısa bir müddət ərzində bir qrup vəzifəpərəst və mənfəətpərəst adamlar tərəfindən Bəni-Haşimə rəva görülmüş zülm və əziyyətlərdən xəbər verirdi. Fatimənin (ə) bu cür səs-küysüz və məzlumcasına yola salınmasını öz bu zülm və əziyyətlərin əlaməti idi. Bu mərasim açıqca göstərirdi ki, Allahın Rəsulunun (s) ailəsinə rəva görülən zülm və sitəm nə dərəcəyə çatmışdır. O həzrətin əziz qızını sakitcə və xəlvətcə torpağa tapşırdılar ki, düşmənlər tərəfindən yeni bir fitnə baş qaldırmasın...
    Əlinin (ə) dərdli ürəyini Allahın Rəsuluna (s) açması
    Əli (ə) əziz həyat yoldaşını torpağa tapşırarkən dərdli və hüznlü bir halda yaralı sinəsindən bir yanıqlı ah çəkərək üzünü Allahın Rəsulunun (s) məqbərəsinə tutdu və bu kəlmələri dilinə gətirdi:
    "Ey Allahın Rəsulu! Məndən və yanında yerə enmiş, belə tez özünə qovuşmuş qızından sənə salam olsun! Ey Allahın Rəsulu! Sənin ayrılığınla (özünün seçdiyin ayrılığınla) bağlı səbr-dözümüm daha sona yetdi. Onun vəfatından sonra gücüm-taqətim əlimdən getdi. Lakin sənin ayrılığını, görəndən, ölümünün müsibət və kədərinin ağırlığını çəkəndən sonra bu müsibətə də dözməyə mənim gücüm çatar. Halbuki, başını mən özüm məqbərəndəki ləhəd daşına qoydum. Mənim qucağımda canın bədənindən çıxdı və bu cür müsibətə dözə bildim. Bizim hamımız Allahın bəndələriyik və Ona doğru dönəcəyik.
    İndi budur, bu əmanətin də (Fatimeyi-Zəhra(ə)) geri alındı və girov yerinə qaytarıldı. İndən belə günlərim həmişə qəm içində keçəcək, gecələr gözümə yuxu getməyəcək. Və bu halım Allah-təala məni də oturduğun saraya aparana kimi beləcə davam edəcək. Tezliklə qızın ümmətinin çoxunun o yazığa etdiyi zülmlərdən sənə xəbər verəcək.
    Bütün olub keçənləri ondan soruş və onların bizimlə etdiyi rəftardan sual et. Onlardan bizə bu qədər zülüm yetdi, halbu ki, sənin vəfatından çox vaxt keçməmiş xatirən yadlardan silinməmişdir.
    Hər ikinizə salam və alqış olsun. Bu qəzəbli incik və cansıxıcı bu salam və alqış deyil, əksinə, vidaedici, ağlar və hüznlü salamdır. Əgər qayıtsam, ya getsəm, bu, etinasızlıqdan deyil. Və əgər qalsam, bu, bədgümanlıqdan deyil. Allahın dözümlülərlə və səbirlilərə verdiyi vədə görədir.”("Nəhcül-bəlağə feyzül-İslam”, s. 663, kəlam 193)
    Məsudi Fatimə (ə) ölümü haqqında
    "Mərvəcüz-zəhəb” kitabının müəllifi Məsudi yazır: "Fatimənin (ə) vəfatı hicrətin 11-ci (632) ildə oldu. Əli (ə) onun ayrılığının kədərindən bu şeri zümzümə edirdi:
    "Hər iki dostun qovuşmasının ayrılığı da var,
    Fəraq və ayrılığı dadmayan çox nadir halda olur,
    Dostum və qardaşım Əhmədin ölümündən sonra
    Fatiməni də əldən verməyim
    Dostun əbədi qalmayacağına ən yaxşı dəlildir.”(Mərvəcüz-zəhəb, 2 c., s. 298)
    Buxarinin dediklərindən
    Məhəmməd İsmayıl Buxari "Səhih” adlı kitabında bu barədə belə yazır:
    "Zəhra (ə) Əbubəkr tərəfindən malının zəbt edilməsinə və Fədəkin əlindən alınmasına görə onunla küsülü idi. Ölənə qədər əsla onu danışdırmadı. Onun ölümü atasının vəfatından 6 ay sonra oldu. Həyat yoldaşı Əli (ə) onu gecə ikən dəfn etdi, ona namaz qıldı və bu barədə Əbubəkrə heç bir xəbər vermədi. Əli (ə) nə qədər ki, Fatimə (ə) sağ idi, Əbubəkrə beyət etmədi və onunla barışmadı.”(Buxari, Səhih, 5 c., s. 159 (Məkkə çapı) )
    ***
    Peyğəmbərin (s) qiymətli yadigarı Fatimeyi-Zəhra (ə) haqqında sözümüz burada başa çatır. Amma Fatimə (ə) haqqında söz ümumiyyətlə sona yetməyəcək. Fatimeyi-Zəhranın (ə) həyatı, mübarizələri və yüksək təlimləri haqqında olan kitab həmişə açılır, amma əsla bağlanmır.
    Bu elə bir kitabdır ki, mavi səma altında nə qədər ki, insan nəfəs alır və iman şölə saçır, açılacaqdır və onun hər bir sətrində deyilməmiş sözlər, eşidilməmiş sirlər yazılacaqdır. Bu kitab parlaq günəş kimi Əhli-beytin (ə) yolunu davam etdirənlərin yoluna, xüsusilə də mömin və müsəlman qadın və qızların yoluna nur saçıb işıqlandıracaqdır...
    Bəli, sözü sona yetiririk. Amma etiraf edirik ki, Fatimədən (ə) danışdıqlarımız və Fatimə (ə) haqqında yazdıqlamız coşqun dənizlərin bir damlasına bənzəyir. Odur ki, bu sonuncu sətirlərdə sözümüzü bir şerlə bitirmək istəyirik.
    Müəllifin qəlbinin ən dərinliklərindən gələn, kitaba xoş bir sonluq bəxş edən şerlə:
    Əgər bütün xanımlar bu yüksək tərbiyəli və inkişaf etmiş İslam xanımı kimi olsaydılar,
    Yəqin ki, qadınlar kişilərdən qat-qat yüksək olardılar...
    Vəssəlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
    Category: Siddiqeyi-Tahirə (ə) 2 | Views: 853 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024