İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 2
    5:57 AM
    Siddiqeyi-Tahirə (ə) 2
    4. Möminlər və xeyirxahlar
    Allah-təala Qurani-Kərimin bir ayəsində buyurur: "O möminlər və xeyirxahlar elə kəslərdir ki, verdikləri sözü (etdikləri nəzri) yerinə yetirərlər.”(İnsan surəsi (76-cı surə), 7-ci ayə)
    Hədisçilər yekdil fikirdədirlər ki, bu şərif ayə Peyğəmbərin (s) nəvələri Həsən və Hüseynə (ə) aiddir. Mötəbər sənədlərdə deyilir: Həsən (ə) və Hüseyn (ə) xəstəliyə düçar olduqları halda evdə yorğan-döşəkdə yatırdılar. İslam peyğəmbəri (s) gözünün iki nuruna baş çəkməyə gəlib Fatimeyi-Zəhraya (s) buyurdu: "Əgər nəzir etsəniz ki, Həsən və Hüseyni sağalması üçün üç gün oruc tutacaqsınız, onlar tezliklə şəfa tapacaqlar.”
    Fatimeyi-Zəhra (ə) və Əhli-beytin (ə) başqa şəxsləri Peyğəmbərin (s) əmrinə itaət etdilər. Onların nəziri tezliklə İlahi dərgahında qəbul olundu və o iki əziz sağalıb yataqdan durdu. Xəstələr sağaldıqdan sonra Peyğəmbər (s) ailəsinin üzvləri öz nəzirlərini yerinə yetirməyə başladılar. Oruc olduqları ilk gün iftar vaxtı bir yazıq adam qapını döydü və uca səslə salam verdikdən sonra dua etməyə başladı. Ev əhli o yazığın gəlişini xeyir sayıb iftar üçün nə hazır etmişdilərsə, hamısını ona verib özləri yeməksiz qaldılar. Sonra onlar eləcə oruclarını davam etdirdilər. İkinci gün axşamüstü yenə iftar zamanı bir yetim qapını döydü və salam verib nəzir istədi. Yenə də ev əhli özləri üçün saxladıqları yeməyin hamısını o yetimə verib yeməksiz qaldı və beləcə oruclarını davam etdirdi.
    Beləliklə, üç gün keçdi və Peyğəmbərin (s) Əhli-beyti öz nəzirlərini ən ali və ən təmiz şəkildə İlahi dərgahında yerinə yetirdi.
    Üçüncü gün Allahın Rəsulu (s) öz Əhli-beytinin nəzirlərini bu cür gözəl şəkildə yerinə yetirmələrindən xəbər tutub onlara afərin dedi. Sonra isə onları vəhy dili ilə "möminlər və xeyirxahların” nümunəsi adlandırıb yuxarıdakı ayəni onlara çatdırdı.
    Bəli, bu cür vəd vermək – nəzir etmək və onu bu qaydada yerinə yetirmək yalnız Allahın Rəsulunun (s) Əhli-beytinə (ə) məxsusdur. Yalnız onlar möminlərin, yəni yaxşıların, yaxşı əməl sahiblərinin, pak və təmiz insanların ən yüksək, ən kamil nümunəsi ola bilərlər.
    Beləliklə, demək olar ki, Peyğəmbər (s) Əhli-beytini (ə) tanımaq çətin iş deyil. Çünki onlar elə görkəmli və layiqli şəxslərdir ki, xüsusi əlamət və keyfiyyətə malikdirlər və bu əlamətlər də Qurani-Məciddə bir neçə səma ayəsində qeyd olunmuşdur. Bu əlamətlərə diqqət yetirdikdə belə bir həqiqəti asanlıqla dərk etmək olar: "Bu mərtəbədə layiq olan kəslərə məhəbbət o dərəcədə qiymətlidir ki, Peyğəmbərin (s) mükafatı hesab olunur. Fatimə (ə) və Əlidən (ə) və oğlanlarından (ə) başqa kimsə bu yüksək şərəfə nail ola bilməz.”
    Fatimeyi-Zəhra (ə) rəvayətlərin dili ilə
    Quran ayələri baxımından həzrət Fatimənin (ə) yüksək mövqeyi ilə tanış olduq. İndi isə rəvayət və hədislərdə o həzrət haqqında olan fikirlərə nəzər salaq.
    Əlbəttə, Peyğəmbərin (s) qiymətli yadigarı Fatimeyi-Zəhranın (ə) yüksək və əzəmətli mövqeyi haqqında mötəbər məxəzlərdə və hədis kitablarında o qədər çox yazılmışdır ki, onların hamısının hətta adlarını belə çəksək, böyük bir siyahı alınar. Ona görə də burada yalnız nümunə olaraq sünnə əhlindən olan qardaşlarımız vasitəsilə gəlib çatmış dörd hədisi verməklə kifayətlənirik. Həmin hədislər bizə bu böyük və müqəddəs İslam xanımı haqqında sünnə əhlinin böyük alimlərinin fikirləri ilə tanış olmaq imkanı verir.
    1. Behiştlik xanımların xanımı
    İslam peyğəmbərinin (s) Zəhraya (ə) müraciətlə söylədiyi bu gözəl kəlamı dəfələrlə eşitmişlər: "Behiştlik xanımların xanımı, ya mömin xanımların xanımı olmaq istəmirsənmi?”(Buxari, Səhih, 4-cü cild, s. 204)Ərəb dili və ədəbiyyatının zərifliyi və incəliyinə bələd olanlar bilirlər ki, bu cümlə zahirən sual şəklində qurulmuş olsa da, ondan məqsəd sual yox, əksinə, xəbər və təsdiqdir. Belə ki, "xanımı olmaq istəmirsənmi?” ifadəsi əslində bu mənanı bildirir: "Bilmək istəyirsənmi ki, sən belə bir xanımsan?” Və ya: "İstəmirsənmi biləsən ki, sən belə bir xanımsan?”
    Deməli, burada İslam peyğəmbəri (s) əslində əziz qızına belə bir xəbər verir: "Bilirsənmi ki, sən behişt xanımlarının xanımı, mömin xanımların başçısısan?”
    2. Fatimə (ə) niyə "Fatimə” adlanmışdır?
    Böyük İslam peyğəmbəri (s) bir gün gözünün nuru, qəlbinin meyvəsi, pakların pakı Zəhraya müraciətlə buyurdu:
    "Bilirsənmi, niyə Fatimə adlanmısan?”
    Bu zaman Əli (ə) də Peyğəmbərin (s) hüzurunda idi. Bu sözü eşitcək maraqla soruşdu: "Niyə?”
    Peyğəmbər (s) buyurdu: "Ona görə ki, Allah-təala qızım Fatiməni və onun nəslini oddan uzaq və kənar etmişdir.” (Zəxayir-ül-üqba, s. 26) Nəzərə almaq lazımdır ki, "Fatimə” sözünün daşıdığı yüksək mənalardan biri "şərdən və pisliklərdən saxlayan”, "şərdən və pisliklərdən ayrılmışdır (ayrılandır)”. Buna görə də Allahın Rəsulunun (s) Fatimənin (ə) "oddan uzaq olması” haqqındakı bəyanının mənası daha yaxşı, daha aydın dərk olunur.
    3. Dörd böyük xanım
    Mötəbər məxəzlərdə qeyd olunmuş hədislərə görə İslam peyğəmbəri (s) buyurmuşdur: "Bəşəriyyət tarixində dörd ən görkəmli və fəzilətli qadın var: İmranın qızı Məryəm, Məzahimin qızı – Fironun arvadı Asiyə, Xüvəylidin qızı Xədicə və mənim qızım Fatimə.”(İstiab, 2-ci cild, s. 720)
    Başqa bir hədisdə də İslam peyğəmbəri (s) sevimli qızına müraciətlə buyurdu: "Məryəm öz dövrünün xanımlarının xanımı idi. Sən də öz dövrünün xanımlarının xanımısan.”(Yenə orada, s. 750)
    Fatimə - bədənimin bir parçası
    Böyük İslam peyğəmbəri (s) dəfələrlə bu kəlamı mübarək dilinə gətirmişdir: "Fatimə - bədənimin bir parçasıdır.”(Buxari, Səhih, 5-ci cild, s. 21)
    Bəzi rəvayətlərdə isə deyilir ki, Peyğəmbər (s) bu kəlamına aşağıdakı sözləri də əlavə etmişdir: "Kim onu incitsə, məni incitmişdir; məni incidən kəs isə Allahı qəzəbləndirmişdir.”
    Başqa bir sıra rəvayətlərdə isə yuxarıdakı kəlam bu şəkildə gəlib çatmışdır: "Fatimə - bədənimin bir parçasıdır. Onu nə xoşhal edirsə, məni də xoşhal edir.”
    Görkəmli alim (əllamə) Əmininin geniş şərhi
    Əllamə Əmini İslam mədəniyyəti tarixində olduqca böyük yer tutan, son dərəcə əhəmiyyətli və dəyərli "Əl-Ğədir” adlı kitabında Əl-Buxarinin "Səhih” adlı əsərindən Fatimənin (ə) xoşhallığı və razılığı haqqında olan hədisi verdikdən sonra sünnə əhlinin altı mötəbər hədis kitabından da eyni mətləbi təsdiq edən hədisləri nümunə gətirir. Əllamə Əmini müxtəlif söz və ifadələrlə həmin məna və məfhumu ətraflı sürətdə bəyan edir. Həmin o mənanı ki, Fatimənin (ə) razılıq və xoşhallığına aiddir. Fatimənin (ə) razılıq və xoşhallığında isə Allah-təalanın xoşhallığı gizlənmişdir. Və o həzrətin inciməsi ilə bağlı məna. Onun inciməsini Allahın inciməsi hesab edən məna.
    Əllamə Əmini yazır: "Mötəbər altı hədis kitabının müəllifləri və sünnə əhlinin çoxsaylı başqa alimləri, böyük şəxsiyyətlər və xadimlər eyni məzmunlu bu hədisi kiçik söz və ifadə fərqləri ilə qeyd etmişlər.” Əllamə Əmini həzrət Zəhra (ə) haqqında rəvayətlər söyləmiş sünnə əhlinin aşağıdakı ən böyük müəlliflərinin və hədisçilərinin adlarını qeyd edir:
    1. İbn Əbi Məlikə (hicri 117 /miladi 735)-ci ildə vəfat etmişdir). Buxarinin, Müslimin, İbn Əbi Davudun, Əhmədin söylədiklərinə görə;
    2. Əbu Əmr bin Dinar Məkki (hicri 125 /miladi 743)-ci ildə vəfat etmişdir). İbn Macə və İbn Davudun söylədiklərinə görə;
    3. Leys ibn Səd Misri (hicri 175/miladi 791)-ci ildə vəfat etmişdir). İbn Macənin, İbn Davudun və Əhmədin söylədiklərinə görə;
    4. Əbu Məhəmməd ibn Əyinə Kufi (hicri 198/ miladi 814)-ci ildə vəfat etmişdir). İbn Macə və İbn Davudun söylədiklərinə görə;
    5. Əbu Ən-nəsr Haşim Bağdadi (hicri 205/miladi 820)-ci ildə vəfat etmişdir). Əhmədin yazdığına görə;
    6. Əhməd bin Yunis Yərbui (hicri 227/ miladi 842)-ci ildə vəfat etmişdir). Müslimin və Əbu Davudun söylədiklərinə görə;
    7. Hafiz Əbu əl-Valid Təyalisi (hicri 227/ miladi 842)-ci ildə vəfat etmişdir). Buxarinin mötəbər hədisinə görə;
    8. Əbül-Müəmmər Həzmi (vəfat tarixi – hicri 336/ miladi 947-948-ci il). Müslimin mötəbər hədisinə görə;
    9. Quteybə bin Səid Səqfi (vəfat tarixi – hicri 240/ miladi 854-ci il). İbn Macənin rəvayətinə görə;
    10. İsa bin Həmad Misri (vəfat tarixi – hicri 248/ miladi 862-ci il). İbn Macənin rəvayətinə görə;
    11. Hənbəlilərin imamı Əhməd (vəfat tarixi – hicri 241/ miladi 855-ci il).
    12. Hafiz Buxari Əbu Abdulla (vəfat tarixi – hicri 256/ miladi 870-ci il). Öz hədis kitabına görə;
    13. Hafiz Müslim Quşeyri (vəfat tarixi – hicri 261/ miladi 875-ci il). Öz hədis kitabına görə;
    14. Hafiz Əbu Abdulla İbn Macə (vəfat tarixi – hicri 273/ miladi 886-888-ci il). Öz hədis kitabına görə, 1 c., s. 216;
    15. Hafiz Əbu Davud Səcəstani (vəfat tarixi – hicri 275/ miladi 888-ci il). Öz hədis kitabına görə, 1 c., s. 324;
    16. Hafiz Əbu İsa Tirmizi (vəfat tarixi – hicri 275/ miladi 888-ci il). Öz hədis kitabına görə, 1 c., s. 319;
    17. Hakim Əbu Abdulla Tirmizi (vəfat tarixi – hicri 285/ miladi 898-ci il). "Nəvadirül-üsul” kitabı, s. 308;
    18. Hafiz Əbu Əbdürrəhman Nisai (vəfat tarixi – hicri 303/ miladi 915-916-cı il). "Xəsais”, s. 35;
    19. Əbül-Fərəc İsfahani (vəfat tarixi – hicri 303/ miladi 915-916-cı il). Əğani, 8 c., s. 156;
    20. Həkim Nişaburi (vəfat tarixi – hicri 405/ miladi 1014-1015-ci il). "Müstədrək”, 3 c., s. 154-158;
    21. Hafiz Əbu Nəim İsfahani (vəfat tarixi – hicri 420/ miladi 1029-cu il). "Hilyətül-övliya”, 2 c., s. 40;
    22. Hafiz Əbu Bəkr Beyhəqi (vəfat tarixi – hicri 458/ miladi 1066-cı il). "Sünəni-kübra”, 7 c., s. 307;
    23. Əbu Zəkəriyya Xətib Təbrizi (vəfat tarixi – hicri 502/ miladi 1109-cu il). "Mişkati-məsabih”, s. 560;
    24. Hafiz Əbül-Qasim Bəğəvi (vəfat tarixi – hicri 510/ miladi 1116-cı il). "Məsabihüs-sünnə”, 2 c., s. 278;
    25. Qazi Əbülfəzl Əyyaz (vəfat tarixi – hicri 544/ miladi 1149-cu il). "Şəfa”, 2 c., s. 19;
    26. Əxtəbül-xütəba Xarəzmi (vəfat tarixi – hicri 568/ miladi 1172-1173-cü il). Özünün "Məqtəl” kitabında, 1 c., s. 53;
    27. Hafiz Əbül-Qasim ibn Əsakir (vəfat tarixi – hicri 571/ miladi 1175-1176-cı il). Özünün "Tarix” kitabında, 1 c., s. 298;
    28. Əbül-Qasim Süheyli (vəfat tarixi – hicri 581/ miladi 1185-ci il). "Ər-rövz-ül-ənf”, 2 c., s. 196;
    29. İbn Əbül-Hədid Mötəzili (vəfat tarixi – hicri 586/ miladi 1190-cı il). "Nəhcül-bəlağənin şərhi”, 2 c., s. 458;
    30. Əbül-Fərəc ibn Cövza (vəfat tarixi – hicri 597/ miladi 1201-ci il). "Səfvətüs-səfvət”, 2 c., s. 50;
    31. Hafiz ibn Əsir Cəzri (vəfat tarixi – hicri 630/ miladi 1239-cu il). "Əsədül-cabət”, 7 c., s. 521;
    32. Əbu Salim ibn Təlhə Şafei (vəfat tarixi – hicri 652/ miladi 1254-cü il). "Mətalibus-sual”, s. 5-6;
    33. Sibt ibn Cövza Hənəfi (vəfat tarixi – hicri 654/ miladi 1256-cı il). "Təzkirə”, s. 175;
    34. Hafiz Gənci Şafei (vəfat tarixi – hicri 658/ miladi 1260-cı il). "Əl-kifayət”, s. 220;
    35. Hafiz Mühibəddin Təbəri (vəfat tarixi – hicri 694/ miladi 1295-cı il). "Zəxayirül-üqba”, s. 37;
    36. Hafiz Əbu Məhəmməd Əzdi Əndəlusi (vəfat tarixi – hicri 699/ miladi 1300-cü il). "Şərhi-Buxari”, 3 c., s. 91;
    37. Hafiz Zəhəbi Şafei (vəfat tarixi – hicri 747/ miladi 1346-cı il). "Təlxisül-müstədrək”;
    38. Qazi İci (vəfat tarixi – hicri 756/ miladi 1355-ci il). "Əl-məvaqif”, 3 c., s. 268;
    39. Cəmaləddin Məhəmməd Zərəndi Hənəfi (vəfat tarixi – hicri 750/ miladi 1349-cu il). "Dürərüs-səmteyn”;
    40. Əbül-Səadət Şafei (vəfat tarixi – hicri 768/ miladi 1367-ci il). "Miratül-cinan”, 1 c., s. 61;
    41. Hafiz Zeynəddin Əraqi (vəfat tarixi – hicri 806/ miladi 1403-1404-cü il). "Tərhül-təsrib”, 1 c., s. 150;
    42. Hafiz Nurəddin Hişmi (vəfat tarixi – hicri 807/ miladi 1404-1405-ci il). "Məcməüz-zəvaid”, 9 c., s. 203;
    43. Hafiz ibn Hacər Əsqəlani (vəfat tarixi – hicri 852/ miladi 1448-ci il). "Təhzibüt-təhzib”, 12 c., s. 441;
    44. Hafiz Cəlaləddin əs-Süyuti (vəfat tarixi – hicri 911/ miladi 1505-ci il). "Əl-came əs-səğir vəl-kəbir”;
    45. Hafiz Əbül-Abbas Qəstəlani (vəfat tarixi – hicri 923/ miladi 1517-ci il). "Məvahib”, 1 c., s. 257;
    46. Qazi Diyarbəkri Maliki (vəfat tarixi – hicri 966/ miladi 1559-cu il). "Əl-xəmis”, 1 c., s. 464;
    47. İbn Hacər Heysəmi (vəfat tarixi – hicri 474/ miladi 1081-ci il). "Əs-səvaiq”, s. 112-114;
    48. Səfiəddin Xəzrəci (vəfat tarixi – hicri 474/ miladi 1081-ci il). "Əl-xülasət”, s. 435;
    49. Zeynəddin Minavi (vəfat tarixi – hicri 1031/ miladi 1622-ci il). "Künuzud-dəqaiq”, s. 696;
    50. Şeyx Əhməd Məğribi Maliki (vəfat tarixi – hicri 1041/ miladi 1631-1632-ci il). "Fəthüt-təal”, s. 385;
    51. Şeyx Əhməd Bakəsir Maliki Şafei (vəfat tarixi – hicri 1041/ miladi 1631-1632-ci il). "Künuzud-dəqaiq”, s. 385;
    52. Əbu Abdullah Zəriqani Maliki (vəfat tarixi – hicri 1047/ miladi 1636-1637-ci il). "Vəsilətül-əmal”;
    53. Zübeydi Hənəfi (vəfat tarixi – hicri 1205/ miladi 1790-1791-ci il). "Tacül-ərus”, 7 c., s. 227;
    54. Qunduzi Hənəfi (vəfat tarixi – hicri 1293/ miladi 1876-cı il). "Yənabiül-məvəddət”, s. 171;
    55. Həmzavi Maliki (vəfat tarixi – hicri 1303/ miladi 1885-1886-cı il). "Ən-nurus-sari”, Haşiyətu Buxari, 7 c., s. 274;
    56. Şeyx Mustafa Dəməşqi (vəfat tarixi – hicri 1303/ miladi 1885-1886-cı il). "Məraqatül-vüsul”, s. 109;
    57. Seyyid Həmidəddin Alusi (vəfat tarixi – hicri 1324/ miladi 1906-cı il). "Nəsrul-ləyali”, s. 181;
    58. Seyyid Mahmud Qarağuli Bağdadi, "Cövhərətül-kəlam”, s. 1055;
    59. Ömər Rza Kəhhalə, "Elamün-nisa”, 3 c., s. 1216.
    Əllamə Əmini onlarca, yüzlərcə mənbədən topladığı məlumatlar əsasında tərtib etdiyi bu dəyərli cədvəli verdikdən sonra yazır: "Biz də burada İbn Kəsirin belə bir fikrinə qoşuluruq ki, Allahın Rəsulu (s) dəfələrlə buyurmuşdur: "Fatimə mənim qəlbim və ruhumdur. Kim onu incitsə, məni incitmişdir. Ona əziyyət verən mənə əziyyət vermişdir.” Allahın Rəsulu (s) həmçinin buyurmuşdur: "Uca Tanrı Fatimənin sevinci ilə sevinir, onun könlü xoş olanda Allahın da könlü xoş olur.”
    Əllamə Əmini sonra əlavə edir: "Bu fikir bir çox sənədlərdə və rəvayətlərdə bizə gəlib çatmışdır.” Əllamə Əmini həmin mənbələr sırasında aşağıdakıları göstərir: Təbərani – "Möcəm”; Hakim – "Müstədrək”, 3-cü cild; İbn Nəccar – "Məsnəd”; Xarəzmi – "Məqtəl”; Sibt –"Təzkirə”, s. 175; Gənci – "Kifayətüt-talib”, s. 219; "Zəxairül-üqba”, s. 39; "Mizanül-etidal”, 3-cü cild, s. 72; "Məcməüz-zəvaid”, 9-cu cild, s. 203; "Təhzibut-təhzib”, 12-ci cild, s. 443; "Kənzül-əmal”, 7-ci cild, s. 111; "Əxbarüd-düvəl”, 1-ci cild, s. 715; Minavi – "Künuzud-dəqaiq”, s. 30; Zəriqani – "Şərhi-məvahib”, 3-cü cild, s. 202; "İsaf”, s. 171; "Yənabiül-məvəddət”, s. 173; "Əş-şərəfül-müəbbəd”, s. 59.
    Bu rəvayətlər mütləq və ümumi şəkildə pakların pakı Siddiqənin (ə) hər cür xoşluq və razılığına aiddir. Bundan əlavə rəvayətlərə görə Fatimənin (ə) o hallardakı xoşluğu nəzərdə tutulur ki, həmin xoşluğu Yaradan rəva bilmiş olsun. Eləcə də o həzrətin o hallardakı narazılığı və qəzəbi nəzərdə tutulur ki, həmin hallarda İlahinin qəzəbi də mövcud olsun. O həzrətin razılığı və narazılığı dedikdə maddi ehtiyac və hisslər nəzərdə tutulmur. Bu isə Əhli-beytin (ə) paklıq və tərtəmizliyi və o nəslin pisliklərdən uzaq olması haqqındakı şərif ayənin bir daha açıq-aşkar təsdiqidir.
    Category: Siddiqeyi-Tahirə (ə) 2 | Views: 838 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024