İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 10
Qonaqlar 10
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 2
    5:40 AM
    Siddiqeyi-Tahirə (ə) 2
    İmam Rza (ə) və anası Zəhra (ə)
    Səkkizinci rəhbər imam Rza (ə) da pakların pakı Zəhranın (ə) və Peyğəmbərin (s) pak nəslinin başqa övladları kimi, əziz anasının şəxsiyyətinə böyük hörmət bəsləyir, onun parlaq xatirəsini əziz tuturdu. Həmişə, hər dəfə fürsət düşdükcə behişt xanımlarının xanımını hörmətlə yad edir, onun adını böyük iftixarla dilinə gətirirdi.
    Bu məhəbbət və əlaqə elə güclü idi ki, hətta müxaliflər və bədxahlar da bunu aydınca hiss edir və çalışırdılar ki, bu vasitə ilə imamla (ə) söhbətə, müzakirəyə girişsinlər və beləlikdə də, onun ürəyini yumşaltsınlar.
    Bir gün imam Rza (ə) sevimli oğlu Cavadül-əimmə ilə oturmuşdu. Məmun Abbasi də bu iki alicənab şəxsin hüzurunda idi. Həmin gün imam (ə) anası Fatimənin (ə) tərifi haqqında bir hədis buyurdu. Məmun da hədisi eşidib dedi: "Atam Rəşid atası Mehdidən, o isə atası Mənsurdan, o da atasından, o isə ulu babası İbn Abbasdan belə bir rəvayət eşidibdir:
    "Bir gün İbn Abbas Müaviyəyə deyib: Bilirsənmi Fatiməyə (ə) bu adı nəyə görə qoyublar?”
    Müaviyə deyib: "Bilmirəm.”
    İbn Abbas deyib: "Fatiməyə (ə) bu adı ona görə veriblər ki, o və ardıcılları cəhənnəm odundan uzaqdırlar və ondan qorunurlar.”
    İbn Abbas sonra da əlavə edib ki, mən bu sözü Allahın Rəsulundan (s) eşitmişəm.”(Biharül-ənvar, 1 c., s. 60)
    Bu məsələ ilə bağlı o həzrətdən başqa bir hədis də gəlib çatmışdır. O həzrət həmin hədisdə belə buyurur: "Onlar elə kəslərdir ki, iman, tovhid və paklıqları ilə öz Allahının görüşünə tələsir və şiə olmaqlarını, Fatimənin (ə) yolu ilə getdiklərini əməli surətdə sübut edirlər. Zahirən özlərini Fatimənin (ə) davamçıları kimi qələmə verənlər isə belə kəslərdən deyillər.”
    İmam Rzanın (ə) yaxın adamlarından birinin söylədiyi hekayət
    Qumdakı əllaməlik məktəbinin istedadlı və bilikli tələbələrindən biri - əziz dostumuz öz həyatına aid belə bir olmuş əhvalatı danışırdı:
    "Uzun müddət idi ki, bir ağır ruhi xəstəliyə tutulmuşdum. Elə bir kəsə ürəkdən bağlanmışdım ki, mənə əsla əhəmiyyət vermirdi (əslində bizim aramızda heç bir uyğunluq da yox idi). Bu məsələ mənə bərk əzab verir və günümü qara əskiyə döndərirdi. Hansı qapını döyürdümsə, dərdimi kimə açıb deyirdimsə, bir çarə olmurdu ki, olmurdu. Dərd də beləcə davam etməkdə idi. Axırda bir gün qərara gəldim ki, səkkizinci imamın (ə) mübarək ziyarətgahına gedib o həzrət vasitəsilə dərdimə bir çarə qılım.
    Bir neçə il bundan qabaq yay fəslində bu məqsədlə müqəddəs Məşhəd şəhərinə getmək şərəfinə nail oldum. Xoş bir təsadüf nəticəsində imam Rza (ə) ziyarətgahına gedən böyük yolda mərhum ustad Əllamə Təbatəbainin ("Əl-Mizan” adlı böyük və qiymətli təfsirin müəllifi) nurani və cazibəli simasını gördüm. Bu böyük alim də imamın (ə) ziyarətinə gedirdi.
    Bu xoş təsadüfü xeyir kimi qarşılayıb o qoca arifin hüzuruna tələsdim. Salam verib ətəyindən yapışdım və ondan mənə kömək etməsini dilədim. Bərk həyəcan keçirdiyimdən o alicənab şəxsin dayanıb durdum və bu sözləri dedim:
    "Böyük ustad, xahiş edirəm, mənə elə bir dua öyrədin ki, onun vasitəsilə bütün duaların qəbul olunduğu bu müqəddəs ziyarət yerindən əliboş qayıtmayım, istədiyimə Allah-təala vasitəsilə çatım. Yoxsa, sizin yanınızdan getməyəcəyəm.”
    Arif ustad dərin və mənalı baxışları ilə halıma diqqətlə nəzər salıb pərişanlığımı duydu. Dərdimin nə olduğunu tam aydınlıqla bildirdi və onun əlacını söylədi. Mənə elə bir söz dedi ki, onu eşidərkən bütün vücudum əsməyə başladı. Mənə öyrətdiyi dua belə idi: "Övladım, ətirli hərəmə girib imam Rzanın (ə) ziyarəti şərəfinə nail olarkən ən təsirli və faydalı dualardan biri budur ki, o həzrəti anası Zəhraya (ə) and ver. Qoy o həzrət sənin istədiyini Allah-təaladan rica etsin. O həzrət anası Zəhranı (ə) çox sevdiyi üçün əziz anasına and vermək çox təsirli olacaqdır.”
    Sonra böyük ustad əlavə etdi: "Mən də sənə kömək edəcəyəm. Sənin üçün dua edəcəyəm. İnşaallah, hər ikimizin duası öz təsirini göstərəcək.”
    Ustad bu sözləri deyib hərəmə doğru yola düzəldi. Mən də ustaddan aldığım dərsi öyrənib ətirli hərəmə daxil oldum.”
    Əziz dostumuz sözünə davam edərək bildirdi ki, dediklərinə tam səmimiliklə inanır: "Həmin gün mahir ustadımın – müalicə həkimimin "nüsxəsinə” uyğun olaraq rəftar etdim... Həmin "nüsxəyə” əməl etməyimin nəticəsində neçə illik əzabverici dərdim müalicə olundu. Beləliklə, mən ana ilə oğlun – Zəhra (ə) ilə imam Rzanın (ə) məhəbbət və şəfqəti ilə şəfa tapdım və o zamandan bəri həmin anların ləzzətli xatirəsi daim qəlbimdə yaşayır.”
    İndiyə kimi minlərlə adam dərdli ürəklə imam Rzanın (ə) ətirli ziyarətgahına getmiş, dərdlərinə əlac üçün o həzrətə üz tutmuş və istədiklərinə nail olmuşlar. İndi cəsarətlə demək olar ki, bəlkə də həmin şəxslərdən çoxu əziz dostumuz kimi o həzrəti əziz anasına and vermişlər.
    İmam Cavad (ə) və anasının xatirəsi
    İmam Cavad (ə) atası imam Rzanın (ə) tərbiyə məktəbində böyümüşdür və təbii ki, əziz anasına olan məhəbbət və əlaqəsini alicənab atasından əxz etmiş, ondan öyrənmişdir. Bəli, imam Cavadın əziz anasına qarşı olan coşqun məhəbbəti həmişə şölələnmiş və dillər əzbəri olmuşdur.
    Bu sönməz eşq və məhəbbət haqqında çox deyilmişdir. Ona görə də burada bu mövzu ilə bağlı kiçik bir hədisi oxucuların nəzərinə çatdırmaqla kifayətlənirik. "Səfinətül-bihar” əsərində qeydə alınmış hadisədə deyilir:
    "İmam Cavad (ə) həmişə günəş batarkən Mədinədəki Nəbiyyi-Əkrəm məscidinə gələr, İslam peyğəmbərinə (s) salavat və salam göndərər və beləliklə, ulu cəddini yad etməklə rahatlıq tapardı.
    Sonra Peyğəmbərin (s) qəbrinin yaxınlığında uyuyan anası Fatimənin (ə) məqbərəsinin yanına gedərdi. Əvvəlcə, özünəməxsus nəzakət və ədəblə ayaqqabısını çıxarar, sonra isə böyük şövq və həvəslə o kiçik, lakin nurlu evə daxil olardı. Orada namaz qılar, dua edər və bir müddət sükut içində fikrə dalardı.”
    Bu məhəbbət və əlaqənin dərki üçün təkcə bunu qeyd etmək kifayətdir ki, İmam (ə) Nəbi məscidinə gedərkən bir dəfə də olsun, əziz anasını yoluxmadan evə dönməmişdi.
    İmamın (ə) əziz anasına olan məhəbbət və əlaqəsinin dərinliyi o həzrətin evlənməsinə aid hekayətdə də əyani şəkildə özünü göstərir.
    İmam Cavabın (ə) evlənmə qaydasına diqqət yetirdikdə hər şeydən əvvəl görürük ki, o həzrət anasına necə böyük bir ehtiram bəsləmiş və onun aliliyini, üstünlüyünü hər cəhətdən nəzərə almışdır. Məlum olduğu kimi, imam Cavad (ə) xəlifə Məmun Abbasinin kürəkəni olmuşdur. Ona görə də gözləmək olardı o həzrətin xəlifənin qızı Ümmül-Fəzllə toy mərasimində qızın atası minlərlə dirhəm və dinar xərcləyəcək. O zamanlar bu cür mərasimlərdə kəbin pulu gəlinin atasının imkanlarına uyğun olaraq böyük bir məbləği təşkil edirdi.
    Ancaq imam Cavad (ə) anasına bəslədiyi dərin ehtiramın əlaməti olaraq həyat yoldaşının kəbin pulunun beş yüz dirhəmdən artıq təyin olunmasına razılıq vermədi. Axı o həzrətin əziz anasının kəbin pulu da eyni ilə beş yüz dirhəm idi.
    Beləliklə, o həzrət heç bir vəchlə razı olmadı ki, həyat yoldaşının kəbin pulu möhtərəm anası Zəhranın (ə) kəbin pulundan artıq olsun və bu, bir növ üstünlük sayılsın.
    İmam Hadi (ə) və anasının xatirəsi
    Vilayət və imamlıq səmasının onuncu parlaq ulduzu və İslam dünyasının pak rəhbəri imam Hadi (ə) də anası Zəhranın (ə) müqəddəs xatirəsini əziz tuturdu.
    Məsum imam (ə) əziz anasına bəslədiyi sevgi və duyğularını Əhli-beytin (ə) düşmənləri ilə, müxalif qruplarla etdiyi mübahisələrində dönə-dönə gözəl sözlərlə bəyan etmişdir. O həzrət həmişə əziz anasının varlığı ilə fəxr etmişdir.
    Bu böyük şəxsiyyətin çoxsaylı dua və öyrətmələri içərisində "Ziyarəti-came” öz dərin və gözəl mənası ilə seçilir. Məsum imam (ə) anası Zəhraya (ə) və pak Əhli-beytə (ə) qarşı olan ali duyğularını, dərin məhəbbətini həmin "Ziyarəti-came”sində olan əzəmətli dualarında dönə-dönə dilə gətirmişdir:
    "Salam və alqış Sizə, Ey Peyğəmbər (s) nəsli!
    Salam və alqış Sizə, ey səma mələklərinin gedib-gəlmə mərkəzləri və ey İlahi vəhyin nüzul olduğu yer!
    Salam və alqış Sizə, ey millətlərin başçıları, pak siyasət xadimləri və tədbir sahibləri!
    Salam və alqış Sizə, ey iman açarları, Allahın mötəbər bəndələri və peyğəmbərlərin qaymağı!
    Salam və alqış Sizə, ey mərifət və möminlik mərkəzləri, ey İlahi hikmətlərinin xəzinələri və böyük sirr sahibləri!
    Salam və alqış Sizə, ey İlahi Kitabının daşıyıcıları, Peyğəmbərin (s) hamiləri və Allahın Rəsulunun (s) nəsli, İlahi rəhməti və bərəkəti Sizə nəsib olsun!”
    İmam Həsən Əskəri (ə) və anasının xatirəsi
    İslam dünyasının on birinci pak rəhbəri imam Həsən Əskəri (ə) həmişə əziz anasını böyük məhəbbətlə yad etmiş və hər bir fürsətdə ona qarşı olan səmimi sevgi və duyğularını dilə gətirmişdir.
    "Mənaqib” kitabının müəllifi İbn Şəhraşub Əbu Haşimdən, o isə imam Həsən Əskəridən eşitdiyi aşağıdakı sözləri qələmə almışdır: "Bir gün Həsən Əskəri böyük bir məclisdə olanlara müraciətlə buyurdu: "Bilirsinizmi, anam Fatimə (ə) niyə Zəhra (ə) (parlaq üzlü) adını qazanmışdır?”
    Məclisdəkilər dedilər: "Yaxşı olar ki, özünüz buyurasınız.”
    İmam bu gözəl adı belə şərh etdi: "Anamın sifəti gündüzlər günəş kimi, günbatan çağlara ay kimi, gecələr isə ay kimi ulu babam Əli (ə) üçün parladığı və işıq saçdığı üçün onun Zəhra, yəni "parlayan” adlandırdılar.”(Cilaül-üyun, 1c., s. 138)
    İmam Zaman (ə.c.) və anası Zəhra (ə)
    Ayətullah Seyyid Məhəmməd Hindinin oğlu böyük əllamə Seyyid Məhəmməd Baqir aşağıdakı hekayəti nağıl edir:
    "Qədr gecəsi yuxu və röya aləmində İmam Zamanı (ə.c) gördüm. O çox qəmli və tutqun idi. Mübarək hüzuruna ərz etdim: "Rəsulullahın övladı, canım Sənə qurban olsun, belə əziz və mübarək gecədə niyə belə qəmli və tutqunsan?”
    Cavabımda buyurdu: "Anam Zəhranın (ə) qəm və kədərini yadıma salıram. O məhdud və qısa həyatında anam necə dəhşətli və ağır müsibətlərə dözdü, bütün o əzab-əziyyətləri yadıma salıb qəmli oluram.”
    Ayətullah bu qəmli cavabı eşitcək yuxudan oyanır və dərhal qələmi əlinə alaraq bu ürəkaçan yuxunu şer qəlibinə salır. Həmin gecə bu münasibətlə yazdığı şerin mətləsi belədir:
    "Beytül-əhzanda (qəm evində) gördüyüm bir belə müsibət və qəmdən sonra mənim əsla şadlıq və sevinc evim ola bilməz.”
    Bu mövzu ilə maraqlanan oxucuların nəzərinə çatdırırıq ki, həzrət Fatimeyi-Zəhranın (ə) oğlanları ilə bağlı hədislərdə, İslam mədəniyyəti və tarixinə aid kitablarda çoxlu məlumat var və onların incələnməsi xüsusi araşdırma tələb edir. bunu da qeyd etməyi lazım bilirik ki, bu sətirlərin müəllifi pakların pakı Zəhranın (ə) oğlanları haqqında ayrıca iki kitab yazmışdır və həmin kitablarda bu məsələlər geniş şərh olunmuşdur. Ona görə də bu kitabımızda Zəhranın (ə) oğlanlarına aid məsələlərin ətraflı izahından çəkinməli olduq. Maraqlanan oxucuları həmin iki kitabı oxumağa dəvət edirik.
    Fatimənin (ə) vəfatı
    Fatimeyi-Zəhranın (ə) canlar yaxan vəfatı İslam tarixində ən qəmli, ən dərdli səhnələr yaratmış və zəif-gücsüz bəşərin, özünü sevmə, mənfəət güdmə, şöhrətpərəstlik və vəzifəpərəstlik kitabında qaranlıq və qara səhifələr əmələ gətirmişdir. O bəşər ki, əhd-peymanını tez unudur, dostluğu ayaq altına alır, mənəviyyatı dünya malına qurban verir və bütün bunları qüdrət taxt-tacına iki gün də artıq söykənmək, vəzifəpərəstlik arzusuna çatmaq xatirinə edir... O bəşər ki, dünyəvi məqsədlər üçün bəzən elə qəlbiqara və yaramaz olur ki, hətta Peyğəmbərin (s) buyurduqlarını, tövsiyələrini də yaddan çıxarır və o həzrətin nəslinə, Əhli-beytə (ə) və Allahın Elçisinin (s) sevimli yadigarına olmazın cəfa və zülmlərini rəva görür...
    Fatimə (ə) cavanlığının çiçəklənən dövründə, İslam peyğəmbərinin (s) vəfatından azacıq sonra vəfat etdi. Fatimənin (ə) vəfatı nə qədər ağır olsa da, gözlənilməz deyildi, çünki Peyğəmbər (s) yatağa düşərkən Zəhranın (ə) tezliklə bu dünyadan köçəcəyini və ona qovuşacağını mübarək dili ilə əziz qızına xəbər vermişdi. Bəlkə də bu səbəbdən idi ki, Fatimə (ə) atasından ayrı düşdüyü o qara və əzablı günlərə nə qədər ağır və əzabverici olsa da, dözdü və ömrünün həmin qısa, dərdli dövrünü başa vura bildi...
    Fatimənin (ə) vəfat səhnəsinə nəzər salmaq üçün bir qədər geriyə qayıdaq...
    Category: Siddiqeyi-Tahirə (ə) 2 | Views: 842 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024