İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 23 » Əbədi öyüd (ikinci cild)
    8:40 AM
    Əbədi öyüd (ikinci cild)
    İYIRMI ÜÇÜNCÜ DƏRS
    HƏYAT NORMALARI, YAŞAYIŞ QAYDALARI.
    "Bil! Miniyi gecə və gündüz olan kəs dayanmış da olsa, onu qovarlar. Allah dünyanın viranlığı və axirətin abadlığından savay bir şey istəməmişdir.
    Ey oğlum! Allah sənə dünyanı qadağan etdiyi kimi onu özünə qadağan etsən, (bil ki) dünya buna layiqdir. Əgər dünya haqqında nəsihətimi qəbul etməsən, əmin ol ki, heç vaxt arzuna çatmayacaqsan, əcəlindən üz çevirə bilməyəcəksən. Bil ki, səndən əvvəl yaşamış kəslərin yolunda addımlayırsan. Dünya istəyində müdara et, aram ol, onun əldə olunmasında yaxşılığa əməl et. Çox olsun ki, istək sərmayəni əldən verməklə nəticələnə. Hər axtaran tapmaz, hər orta yol tutan möhtac olmaz. Özünü hər bir alçaqlıqdan qoru, hətta səni istəyinə çatdırsa da. Heç vaxt sərf etdiyin (dinin, imanın) əvəzini almayacaqsan.” ("Nəhcül-bəlağə”.)
    Şübhəsiz, büdrəmələr, şeytani vəsvəsələr dəryasından qurtulmağın ən yaxşı, hətta yeganə yolu Əhli-beyt (ə) biliklərinin nurundan işıqlanmaqdır. Bu istiqamətdə və əvvəlki söhbətlərin davamında Həzrət Əlinin (ə) öz oğlu imam Həsənə (ə) vəsiyyətini şərh etməkdəyik. Ümid edirik ki, həm müəllif, həm də oxucular bu pak feyz çeşməsindən bəhrələnəcəklər və bu yolla da Allah-təalanın, eləcə də əsrin İmamının (ə) razılığı əldə olunacaq.
    Əvvəla, Allah-təaladan diləyirik ki, məsumların pak nuru bərəkətinə, şəhidlərin qanı hörmətinə bizi doğru yola yönəltsin, hidayət buyursun, Əhli-beyt (ə) elmlərinə layiq olaq, ilahi maarif çeşməsindən bir damla qismətimiz olsun. Əvvəlki söhbətlərimizdə qeyd edildiyi kimi, Həzrət Əlinin (ə) imam Həsənə (ə) vəsiyyətnaməsini üç hissəyə bölmək olar. Vəsiyyətnamənin birinci hissəsində Həzrət (ə) vəsiyyət edən və vəsiyyət olunan şəxslər haqqında danışır, onların xüsusiyyətlərini sadalayır. Eləcə də, İslam dinində vəsiyyətnamənin əhəmiyyəti qeyd olunur. Həzrət (ə) insanları bu hidayət nurundan bəhrələnməyə çağırır. Vəsiyyətnamənin ikinci hissəsində dünya axirətlə müqayisə olunur. Dünyanın ötəriliyi diqqətə çatdırılmaqla ilahi düşüncə tərzinin bünövrəsi qoyulur. Bu düşüncə işığında dünya və axirətin həqiqi mahiyyəti aydınlaşır. Vəsiyyətdə dünyaya verilən "keçid” adı, bəlkə də, onun mahiyyətini bütün adlardan yaxşı işıqlandırır. Vəsiyyətnamənin üçüncü hissəsində onun birinci və ikinci hissəsində əsaslandırılmış əməli göstərişlər verilir. Əslində əvvəlki hissələr son hissə üçün giriş rolunu oynayır. Yalnız düzgün baxışın düzgün formalaşmasından sonra əməl və islah üçün şərait yaranır. Yalnız özü və varlıq aləmi haqqında düzgün baxışa malik olan insan özünü tərbiyə və islah edə bilir. Ona görə də Həzrət (ə) vəsiyyətnamənin əvvəlki iki hissəsində əməli göstərişlərdən yox, düzgün baxışın formalaşmasından danışır, yalnız sonra, yəni üçüncü hissədə qısa kəlamlar formasında əməli tövsiyyələrini verir. Bu kəlamların hər birində bir dünya mənaya malik qiymətli xəzinələr yatır. İndi vəsiyyətnamənin həmin qısa kəlamlardan ibarət üçüncü hissəsini araşdırmağa başlayırıq. Həqiqət axtarışında olanların düşüncəsi bu qısa kəlamların dərinliyinə baş vurmaqda çətinlik çəkir. Bu aşkar həqiqət bir qrup alimə qısa izahatlarla kifayətlənmək bəhanəsi vermişdir. Hansı ki, digər bir qrup alim bu dərinliyə rəğmən daha geniş izahatlara cəhd etmişlər. Biz isə öz araşdırmalarımızda orta yolu tutub, həm ibtidai tərcümədən, həm də mürəkkəb izahatlardan çəkinmək fikrindəyik.
    GEDƏRLI DÜNYA
    Məsələnin ən yaxşı bəyan yollarından biri təşbeh və təmsil olduğundan Həzrət (ə) də bu üsuldan istifadə edir. O, insanın bu dünyadakı ömrünü səfərə çıxmış müsafirə bənzədir və çox incə nöqtələri işıqlandırır. İnsan təcrübə, elm, müşahidə, bəndəlik yolu ilə qəbul etmişdir ki, bir gün xaraba dünya evindən köçəsidir. Onun bu dünyadakı həyatı səfər kimidir. Amma bu səfər başqa səfərlərdən fərqlənir. Adi səfərdə insan səfər vaxtını, düşəcəyi mənzili, səfərin gedişini özü müəyyənləşdirir. Hətta həcc kimi vacib dini səfərlərdə də insan öz ixtiyarındadır. Amma ömür səfəri azad deyil və bu səfərə çıxıb-çıxmamağı insan təyin etmir. Hər bir yaranmış bu səfərə çıxmağa məcburdur. Axirət səfərinin gündəlik dünyəvi səfərdən əsas fərqi budur. Dünyəvi səfərdə insan özü nəqliyyat vasitəsi seçir hərəkət istiqaməti və sürəti özü müəyyənləşdirir. Məsələn, avtomobil və ya qatarla səfərə çıxmaq insanın öz ixtiyarındadır. Hansı ki, axirət səfəri məcburidir və bu səfərin vaxtını, necəliyini təyin etmək insanın ixtiyarında deyil. İnsan bu səfəri təxirə sala bilməz, sürətini artıra bilməz. Bir sözlə, axirət səfərində insanın qərar çıxarmaq hüququ yoxdur. Bu səfər icbaridir, onun miniyini cilovlamaq qeyri-mümkündür. İnsan zamana, dövrün gedişinə süvar edilmişdir. Bu yorğa atın sürəti bizdən asılı deyil. O, insanın əməl və rəftarının təyin etdiyi mənzilə üz tutmuşdur. Ona görə də bu səfərin mahiyyətini dərk etməli, ölçülüb-biçilməmiş hərəkətlərə yol verməməli, doğru yoldan yayınıb, həlak olmamalıyıq. Zaman qatarı böyük sürətə malik olduğundan diqqətli olmalıyıq.
    Bir daha qeyd edək ki, Əmirəl-möminin (ə) öz vəsiyyətində zahirən oğlu imam Həsənə (ə) müraciət etsə də, əslində bütün gənc nəslə üz tutur və onları dünya həyatının mahiyyətindən xəbərdar edir. Yəni zahirdə imam Həsənə (ə) ünvanlanan tövsiyyələr əslində bütün gənclərə aiddir. Həzrət (ə) bütün insanların onun öz övladı kimi, intəhasız bir lütfdən faydalanmasını istəyir; bütün tərəqqipərvər gəncliyə xatırladır ki, əgər xeyir və kamal yolu axtarırsınızsa, imam Həsənə (ə) göstərdiyim yoldan yaxşısını tapa bilməyəcəksiniz. Əlidən (ə) canıyanan ata, imam Həsəndən (ə) layiqli oğul tanıyırsınızmı? İndi siz Əlinin (ə) ata məhəbbətindən faydalanmaq imkanına maliksiniz. Öz qədrinizi bilin, görün sizə kimin vəsiyyəti ünvanlanıb!
    Bu gözəl təşbehə nəzər salın: "Hər kəsin miniyi gecə və gündüzdür, özü getməsə də onu apararlar...” Sözsüz ki, gecə və gündüz miniyinə süvar olan xüsusi bir şəxs deyil. Dünyada mövcud olan hər bir insan bu miniyə süvardır və dayanmadan hərəkət edir. Gözünü qapayıb açan insan özünü başqa anda görür. Şübhəsiz ki, bu səfərdən faydalanmaq, mənzil üçün sovqat, rahat yaşayış vasitələri tədarük etmək lazımdır. Çünki hər bir şəxs həmin mənzilə çatasıdır. Mənzil başında isə rahatlığa ehtiyac var. Bu barədə əvvəlcədən düşünmək lazımdır.
    Bü dünya həyatı axirətə uzanmış bir yol olduğundan onu rahatlıq yeri düşünmək yox, diqqəti son və əbədi mənzilə yönəltmək lazımdır. Məbada, dünyada mövcud olan cah-cəlalın həmişə əlinizdə qalacağını güman edəsiniz. Allahın təqdiri ilə dünya həyatı müvəqqətidir və bu müvəqqətiliyin qarşısı heç bir vasitə ilə alına bilməz. Əbədi həyat isə yalnız axirət aləmindədir. Qurani-kərimdə buyurulur: "Axirət yurdu, şübhəsiz ki, əbədidir.”("Ənkəbut”, 64)
    Dünya müvəqqəti olmaqla yanaşı, həm də rahatlıq yeri deyil. O, sadəcə keçid, yol olduğu üçün rahatlıqdan danışmağa dəyməz. Müvəqqəti, narahat bir məkana vurulmağa, əsir olmağa dəyərmi?! Bütün bu oxşatmalardan, təşbehlərdən sonra aydın oldu ki, dünya axirətlə müqayisədə qısa bir yoldur.
    ZÖHD HƏYAT QANUNUDUR
    Varlıq aləmində dünyanın çəkisini müəyyənləşdirdikdən sonra dünya və axirət üçün iş ölçüsü, bir növ necə çalışmaq lazım olduğu aydınlaşır. Həzrət Əli (ə) bu barədə buyurur: "Ey oğlum! Allah sənə dünyanı qadağan etdiyi kimi onu özünə qadağan etsən, (bil ki) dünya buna layiqdir.” İfadələrdən bir daha aydın olur ki, Həzrət (ə) təkcə öz oğluna yox, bütün bəşəriyyətə müraciət edir. Şübhəsiz ki, heç bir məsum imam, eləcə də, imam Həsən (ə) dünyaya bağlı olmamışlar. Demək, müraciət ümumi şəkildə ünvanlanmışdır. Vəsiyyətnamənin davamında buyurulur: "Əgər dünya haqqında nəsihətimi qəbul etməsən, əmin ol ki, heç vaxt arzuna çatmayacaq, əcəlindən üz çevirə bilməyəcəksən.” Məgər bu sözlər imam Həsənə (ə) aid edilə bilərmi?! Demək, imam Həsən (ə) ümumiləşdirilmiş bir surətdir və verilən tövsiyyələr bütün insanlara aiddir. Bu müraciət üsulu "qızım, sənə deyirəm, gəlinim, sən eşit” məsəlini xatırladır. Yəni söz öz sahibini tapır.
    Dünyanın axirətlə müqayisədə mahiyyətinin açıqlanmasında məqsəd insanın dünyada necə rəftar etməsinin müəyyənləşdirilməsidir. Həzrət (ə) buyurur ki, dünya ona qarşı biganəliyə layiqdir. Yəni yeganə doğru yol zöhd, pəhriz, dünyaya bağlanmamaqdır.
    Aydındır ki, zöhd xalqdan uzaqlaşıb, meşədə tənha komada yaşamaq deyil. Zöhd dünyaya qul olmamaqdır. Zöhd elə bir həyat tərzidir ki, insan yaşamağı vəzifə bilir, fərdi və ictimai vəzifələrin icrasında süstlük göstərmir. Həzrət Əli (ə) heç vaxt xalqdan kənarlaşmamış və kimsəyə belə bir tövsiyyə verməmişdir. Demək, dünyada çalışmaq vəzifədir. Amma məqsəd dünya yox, Allahın razılığı, axirət olmalıdır. Həzrət (ə) qan-tər içində çalışar, bağlar salar, sonra isə həmin bağları vəqf edər, ümumi istifadəyə verərdi. Ayə və rəvayətlərdə insana tövsiyyə olunan zöhd tənbəllik, yeyim-yatımlıq deyil. Sadəcə, müvəqqəti dünya həyatını bəzəmək xatirinə yox, Allahın razılığı xatirinə yaşayıb, çalışmaq lazımdır.
    Həzrət Əli (ə) gözəl bilir ki, zöhd ruhiyyəsi əldə etmək çox çətin bir işdir, çoxları bu tövsiyyələri qəbul edə bilməyəcək, ya da əməl etməkdə çətinlik çəkəcəklər. Həzrət (ə) uyğun göstərişlərə Əbuzər, Salman kimi tam əməl edə bilməyən dinləyicilərini qismən də olsa, dünyadan çəkinməyə çağırır. Özünü ideal pəhrizə sövq edə bilməyən insan nəfsini başlı-başına buraxmamalıdır. Allahın razılığını qazanmaq istəyən şəxs gücü çatan həddə pəhriz etməli, zehnini dünyəvi düşüncələrlə doldurmamalıdır.
    Bu yolla Həzrət (ə) zəif iradəli insanların da əlindən tutur, öz məhəbbətini onlara əsirgəmir. Süst adamları doğru yola yönəltmək üçün növbəti hissələrdə də öyüdlər verilir. Əslində Həzrətin istəyi hər bir insanı ideal zöhd zirvəsində görməkdir. Amma hər hansı zəiflik əsas vermir ki, insan yaxasını açıb, qəlbini dünyaya təslim edə. Dünyada çalışmaq lazımdır, amma dünyaya qul olmaq, insanlığı və imanı dünya ləzzətlərinə qurban vermək yox!
    Zöhdün ideal mərtəbəsi odur ki, insan heç vaxt bir işi dünya ləzzətləri xatirinə yerinə yetirmir. O, öz səadəti xatirinə bütün fəaliyyətlərində Allahın razılığını nəzərə alır, izləyir. zəif iradəli insanlar isə öz gücləri həddində çalışmalı, qəlblərində dünya məhəbbətinin tüğyanına yol verməməlidir. Həzrət (ə) xatırladır ki, hələ kimsə dünya həyatında öz dünyəvi istəklərinə sonacan çatmamışdır. O, öz dinləyicilərini heç olmaya orta bir həddi gözləməyə dəvət edir. Əgər ideal zöhd mərhələsinə qalxa bilmədinizsə, uzun-uzadı arzulardan qaçıb, ömrünüzü dünya ləzzətləri yolunda bada verməyin. Bilin ki, bütün ömürlərini dünya arzularına çatmağa sərf edənlərin də bir çox istəkləri qəlblərində qalıb.
    Dünya dartışma, sıxıntı məhəllidir və bu məhəldə bütün arzuların reallaşması üçün fürsət yoxdur. Sizin istəkləriniz başqalarının da qəlbindən ötüşə bilər və bu, o demək deyil ki, hamı arzusuna çata bilər. Bəzən müəyyən bir arzuya çatmaq üçün insana bir sıra vasitələr lazım olur ki, insan həmin vasitələrdən məhrumdur. Beləcə, hər istəyə çatmaq mümkünsüz olur. Təcrübədən də görünür ki, əlçatmaz arzular çoxdur. Bir halda ki, dünyadan gözünüzü çəkmək istəmirsiniz, arzuların sonsuzluğunu və əlçatmazlığını unutmayın. Demək, sizin də gerçəkləşməyən arzunuz qalacaq. Heç olmaya, öz xoşbəxtliyin, qəlb azadlığın üçün az şey istə! Dünyadan uzaqlaşa bilmirsənsə, heç olmaya yorucu, boş, faydasız arzulardan uzaqlaş. Ömrünü arzular tufanında bada vermə.
    Yaxşı bax, bu dünyada kim əbədi yaşayır?! Yüz illik ömürdə minillik arzuları başından çıxar. Allah-təala yəhudilərin və bəni-israilin sonsuz, uzun-uzadı arzularına işarə ilə buyurur: "Onların hər biri min il yaşamaq istər. Halbuki, uzun ömür etmək onların heç birinin axirət əzabından xilas etməz.”(Bəqərə”, 96) Amma həmin min il yaşamaq istəyənlər dünyadan doymayıb, növbəti min il ömürü də arzulayasıdırlar. Bu sayaq ardıcıl arzular insanın qəlbini məşğul edir.
    Olsun ki, minillik ömür arzusunu misal çəkməklə diqqət uzun-uzadı arzuların ömür çərçivəsini aşmasına yönəldilir. Allah-təala insana anlatmaq istəyir ki, o uzun-uzadı arzularına çatanadək ömrü başa çatasıdır. Uzaq keçmişdə tək-tük min il yaşayanlar olsa da, əsrimizdə ən uzun ömür təqribən 120 ildir. Demək, yüz iyirmi il başa çatdıqda dünya həyatına son qoyulur. Məgər həmin bu 120 ildə bütün arzulara çatmaq olarmı?!
    Ən böyük və aşkar ağılsızlıqlardan biri milyarderlərin də başqaları kimi, öz sərvətini artırmaq arzusudur. Bu insanlar gözəl bilirlər ki, ixtiyarlarında olan pulu ömürlərinin sonunadək xərcləyib qurtara bilməyəcəklər. Amma dəlicəsinə çalışaraq xəzinələrini ağırlaşdırmaq istəyirlər. Bu sərvəti xərcləyib qurtarmağa onların nəvələrinin də ömrü bəs etmədiyi halda, hərisliklərindən əl götürmürlər. Bu hərisliyin son nöqtəsi varmı? Belə bir təlaş dəlilik deyilsə, nədir? Bu adamlar pul xərcləməkdən yox, pul toplamaqdan, daha çox kağız sahibi olmaqdan zövq alırlar.
    Bir sözlə, dünyadan bir qədər istifadə etmək, dünyəvi arzulara yol vermək istəsək, öz ömrümüzün uzunluğunu nəzərə almalı, onun məhdudluğunu yaddan çıxarmamalıyıq. Arzular qısa ömrə uyğun olmalı, ömür uzun-uzadı arzular tufanında bada verilməməlidir. Dünya malını bir bu qədər hərislik göstərən insan bilirmi ki, qarşıda nə qədər ömür qalıb? Hazırda orta ömür 60-70 il sayılır. Yüz, iki yüz il sonra başa gələcək bir iş barədə düşünməyə dəyərmi?! Əgər dünya həvəsindən tam üzülüşə bilmiriksə, heç olmaya, arzularımıza hədd qoyaq. Arzular məntiqi olmalı, qısa ömür üçün nəzərdə tutulmalıdır.
    Həzrət (ə) buyurur: "Əgər dünya haqqında nəsihətimi qəbul etməsən, əmin ol ki, heç vaxt arzuna çatmayacaq, əcəlindən üz çevirə bilməyəcəksən. Bil ki, səndən əvvəl yaşamış kəslərin yolunda addımlayırsan. Dünya istəyində müdara et...” Məgər bizdən əvvəlkilər bu dünyada nə qədər yaşayıblar?! Qurani-kərimdə oxuyuruq: "Səndən əvvəl də kimsəyə əbədi həyat vermədik.”("Ənbiya”, 34)Bəli, hamı gedərlidir. Başqaları getdiyi kimi, sən də gedəsisən. Bir halda ki, bütün arzulara çatmaq mümkünsüzdür, ömrünü dünya ləzzətləri yolunda hədərə vermə. Dünyaya doğru gedəndə də aram get, hədd gözlə, hərislik göstərmə.
    DÜNYA MALI ƏLDƏ ETMƏK YOLU
    Zöhd dünyanın tərki yox, ona rəğbətsizlik mənasını daşıdığından, batini peyğəmbər əql və zahiri peyğəmbər müqəddəs din dünyadan bəhrələnmə üçün yol qoyur. Hansı həddə bəhrələnmək isə bir sualdır. Yaşamaq üçün dünya nemətlərindən bəhrələnməyə məcbur olan insan dünya məhəbbətinə qəlbində yer verib ona əsir olmamaq üçün nə etməlidir?
    Həzrət (ə) zöhdü tövsiyyə etdikdən sonra əqli və dini zərurət səbəbindən dünya nemətlərindən düzgün faydalanmağın yolunu göstərir. Bu göstərişə əməl edən insan dünya nemətlərindən səmərəli istifadə edə bilər. Həzrət (ə) müdara, aramlıq, yaxşılıqla istifadəni tapşırır.
    Bu təbir dini mənbələrdə və Əhli-beyt (ə) rəvayətlərində çox işlədilmişdir. Fiqh və rəvayət kitablarının "məkasib” bəhslərində dünya nemətlərinin yaxşı yolla əldə edilməsi mənasında oxşar təbirlərdən istifadə olunmuşdur. Bu təbirlər dünya malından ötəri özünü oda-suya vurub, halal-haram bilməyən insanlara ünvanlanmışdır. Bəziləri pul, məqam, qadın kimi dünya ləzzətlərini əldə etmək üçün insani şəxsiyyətlərini ayaq altına atır, olar-olmaz bilmirlər. Hansı ki, istəklərə halal yolla çatmaq, insani şəxsiyyəti qorumaq, alçalmamaq, bir sözlə, doğru yolla hərəkət etmək lazımdır.
    Bir halda ki, dünya və onun bər-bəzəyindən gözünüzü çəkə bilmirsiniz, heç olmaya bu işdə haram yolla getməyin, öz şəxsiyyətinizi üç-beş günlük dünya ləzzətinə satmayın. Çoxları bu yolda qazanmaq əvəzində əllərindəki sərmayəni də itiriblər. Çox tacirlər hərislik ucbatından müflis olurlar. Çox fayda götürmək çox çalışmaqdan asılı deyil. Həzrət (ə) buyurur: "Çox olsun ki, istək sərmayəni əldən verməklə nəticələnə.” Nəzər salsanız, görərsiniz ki, bir çoxları çalışa-çalışa sərmayəsini əldən verib. Hansı ki, azca hərəkət etməklə böyük sərvət əldə edənlər də var. Dinini, əxlaqını, şəxsiyyətini itirmədən sərvət qazananlar az deyil. Kim orta həddə çalışdığı halda başqasına möhtac olub?! Vəsiyyətnamədə oxuyuruq: "Hər axtaran tapmaz, hər orta yol tutan möhtac olmaz.”
    Beləcə, elə bir yol tut ki, ağıla uyğun olsun, dinin, hörmətin, şəxsiyyətin ayaq altda qalmasın. Dəyərsiz dünya malından ötəri özünü dəyərdən salma. Həzrət (ə) buyurur: "Özünü hər bir alçaqlıqdan qoru, hətta səni istəyinə çatdırsa da. Heç vaxt sərf etdiyinin (dinin, imanın) əvəzini almayacaqsan.” Mömin özünə hörmət etməli, ehtiyacını hər adama bildirməməlidir. Allah-təala belə möminlər haqqında buyurur: "Belə insanlar həyalı olub, dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər.”("Bəqərə”, 273)Əhli-beyt (ə) məktəbində tərbiyə alanlar bütün çətinliklərə baxmayaraq, kimsəyə ağız açmır, bir şəxs onlara hədiyyə etdikdə utanır, qəbul etmək istəmirlər. Bəziləri isə dünya malından ötəri özünü sındırır, kimə gəldi əl açırlar. Həqiqi möminlər isə belə deyillər. Onlar Həzrətin (ə) göstərişlərinə əməl edirlər. Dini, imanı, şəxsiyyəti verib, dünya malı almaq axmaqlıqdan başqa bir şey deyildir. Dünya bir iynə ucu qədər hörməti itirməyə dəyməz. Unutmayaq ki, həmin bir iynə ucu hörmət əbədi, bütün dünya isə fanidir.
    Buna görə də, dünya nemətlərini əldə edərkən ən azı halal yolla hərəkət etmək, din-imanı qorumaq lazımdır. Dinin və şəxsiyyətin dəyəri min-min dünyaya dəyər. Bu iki şeyi tərəziyə qoymaq olmaz. Belə etsən, nəinki bir şey qazanmayacaqsan, hətta sərmayən də əlindən çıxacaq.


    Category: Əbədi öyüd (ikinci cild) | Views: 871 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024