İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 23 » Əbədi öyüd (ikinci cild)
    8:27 AM
    Əbədi öyüd (ikinci cild)
    OTUZ SƏKKIZINCI DƏRS
    İDEAL BİR DÜNYA
    «Həqiqətən, dünya həyatından faydan odur ki, öz axirət evini abad edəsən. Yerində infaq (yardım) et və başqaları üçün xəzinədar olma. Əlindən çıxan üçün ağlayırsansa, bütün əldə etmədiklərin üçün ağla».(«Nəhcül-bəlağə».)
    Müvəhhidlər mövlası Əli (ə) bu vəsiyyətnamədə dünyanın ötəriliyinə dəfələrlə işarə etmişdir. Bu gerçəklik müxtəlif təbirlərlə bəyan olunmuşdur. Bildirilir ki, dünyanın ləzzətləri axirət səadətinin qazanılmasındadır. Əks təqdirdə, o nə davamlıdır, nə də dəyərli. Bu həqiqətin xütbələrdə, məktublarda tez-tez təkrarlanması onu göstərir ki, bu olduqca əhəmiyyətli bir məsələdir. Çünki insan bu məsələyə münasibətdə o qədər diqqətsizdir ki, ona gecə-gündüz xatırladılması da azlıq edə bilər və dünyaya münasibətdə səhv mövqe tutar. Ona görə də düzgün yaşayış üsulu və dünyadan düzgün faydalanılması insanın səadəti üçün çox mühümdür.
    YAŞAYIŞ TƏRZİ
    İbtidai təsəvvürə malik insan elə düşünür ki, dünya ləzzətlərinin ardınca qaçmaq ən düzgün həyat tərzidir. Ona görə də öncə yemək və geyim, sonra isə ailə və məskən barədə düşünür. Hansı ki, imanlı bir müsəlman axirət həyatı üçün hazırlıq görməli, axirət səadətini təmin etmək üçün yollar axtarmalıdır. Ən azı dünya nemətlərini əldə etməklə yanaşı, axirət haqqında da düşünməli, əməl naməmizə namaz və oruc da yazmalıyıq. Cəmiyyətimizin əksər insanları belə bir yolla gedir. Çox az adamlar dünya həyatının gedişində daim halal-haram barədə düşünür, ilahi hədlərə riayət edirlər. Şəksiz ki, azlıq təşkil edən ikinci qrup saleh insanlardır və onlar Allah yolunda qədəm atırlar. Amma bilməliyik ki, Quran və Əhli-beyt (ə) məktəbində tərbiyənin son həddi bu deyil. İnsanın qarşısında olduqca uca və geniş üfüqlər də var. Əslində yalnız dini vəzifələrin icrası və əxlaqi göstərişlərə əməl edilməsi kamilliyin aşağı mərtəbələrindəndir. Vacib əməllərin yerinə yetirilməsi və haramların tərki bu yolda ilk addımdır. İnsanın səy və təlaşı daha yuxarı olmalıdır. Ali mərtəbələrə ucalmaq üçün ilk addım budur ki, insan dünya həyatına baxışını islah etsin. Varlıq aləmində insan özünün və Allahının yerini düzgün tanımalı, öz yaranış məqsədini müəyyənləşdirməlidir.
    Etiraf etməliyik ki, adətən, uyğun məsələlərə münasibətdə mərifətimiz naqis olur. Bu mərifətin azlığı səbəbindən bir çox zərərlərlə üzləşirik. Bəziləri isə hətta uçuruma yuvarlanır. «Bu dini vəzifələr nəyə lazımdır ki» deyənlər də tapılır. Onların nəzərincə, insanın öhdəsində vacib vəzifələrin qoyulması quldarlıq dövrünə aid bir işdir. Guya hazırkı əsrin insanları üçün heç bir məhdudiyyət və vəzifə yoxdur. Vəzifə kəlməsi insan üçün ögey olmuşdur. Bu gün Allah qarşısında vəzifələrindən boyun qaçıran insan Allahdan haqq tələb etməkdən də çəkinmir.
    Belə bir dünyagörüşünün kökləri qərb mədəniyyətindən qidalanır. Bu iki baxışı müqayisə etməklə peyğəmbər mədəniyyəti ilə qərb mədəniyyəti arasındakı fərqi görmək olar. Əlbəttə ki, materialist baxış, yəni maddiyyatçılıq həmişə mövcud olmuşdur. Nə qədər ki, şeytan var, bu baxış da yaşayasıdır. Əslində mübarizə ilahi mədəniyyətlə şeytani mədəniyyət arasında gedir. Bu gün qərb mədəniyyəti simasında zühur edən şeytani mədəniyyət durduqca durasıdır. Gecə-gündüz ilahi yolda çalışsaq da kifayət edəsi deyil. Çünki qərbin şeytani mədəniyyət təlqinləri hələ ki bəşəriyyətin başı üstündədir.
    İLAHİ BAXIMDAN DÜNYA HƏYATININ MAHİYYƏTİ
    Bu iki baxış arasındakı ixtilafın əsasını onların dünya həyatına münasibəti təşkil edir. Bir baxışa görə, başlanğıc da, son da bu dünyadadır. Amma Qurani-kərimdə bildirilir ki, insanın dünya həyatı ana bətnində körpənin həyatı kimidir. İnsan başqa bir dünyaya çatmaq üçün bir müddət bu dünyada yaşamalı və yalnız sonra ikinci həyata qədəm qoymalıdır. Bətndəki körpə də belədir. O, bir müddət ananın bətnində qalır, inkişaf etdikdən sonra bu dünyaya qədəm qoyur. Dünyadakı insanın bətndəki körpədən fərqi onun azad, körpənin isə məcbur olmasıdır. Körpə heç bir vəzifə daşımadığı halda, insanın bir sıra vəzifələri mövcuddur. O, kamilləşmə yolunda çalışmalı, sonra ikinci dünyaya qədəm qoymalıdır. Əslində bizim həyatımız elə buradan başlanır. Çünki dünyanı məhdud bilənlər axirət dünyasına qədəm qoyduqda: «Kaş ki, mən həyatım üçün əvvəlcədən yaxşı əməllər edəydim»(«Fəcr» surəsi, ayə 24.). Maraqlıdır ki, mübarək ayədə Allah-təala məhz axirət həyatını «həyat» adlandırır. Başqa bir ayədə oxuyuruq: «Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyil. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır, kaş biləydilər!»(«Ənkəbut» surəsi, ayə 64) Bəli, həqiqi həyat yalnız axirət həyatıdır.
    Beləcə, bu dünyanı həyat adlandırmağımız düzgün deyil. Bura həyat yox, sadəcə, «darül-ğürur»dur. Bəli, Allah-təalanın, Həzrət Peyğəmbərin (s), məsum imamların (ə) baxışı ilə bu günkü baxış arasındakı əsas fərq həmin bu nöqtədədir. Onlar həqiqi həyat axirət dünyasını hesab edirlər. Bəziləri isə məhz bu dünyanı həyat adlandırır. Bəziləri elə düşünürlər ki, bu dünya həyatından sonra ölüm və yoxluq gəlir. İlahi kəlamlar isə bunun əksini bildirir. Dünya həyatı bir göz qırpımı kimi anidir. Bu dünyada məqsəd tərəqqi olmalıdır. Axirət həyatı isə həqiqi və əbədi həyatdır. Dünya həyatını axirət həyatına giriş saymaq daha düzgün olar.
    Əgər bu həqiqətləri dərk edib, iman gətirsək, rəftarlarımız kökündən dəyişər. İnsanın dünyaya münasibətdə təsəvvürü dəyişdikcə onun istəkləri də dəyişir. Beləcə, insanın rəftar və əməllərində də dəyişikliklər baş verir. Hətta bu əməllərin kəmiyyət və keyfiyyəti də əvvəlki kimi qalmır. Amma baxışlarımız Allah buyuruqlarına uyğun olmasa, bütün arzu-istəklərimiz, əməl-rəftarlarımız o biri baxışa uyğunlaşasıdır. Dünyaya baxışın əməl və rəftarlara təsirini nəzərə alaraq, tövsiyyə olunur ki, dünya və axirətin həqiqi dəyərinə diqqətli olaq. Dünyanın və axirətin mahiyyətini dərk edin və onların hər biri üçün dəyəri qədərində çalışın. Təəssüf ki, əksəriyyət bu mahiyyətləri dərk etdikdən sonra belə əməl və rəftarlarını dəyişə bilmirlər. Yuxudan oyanan kimi maddiyyat haqqında düşünməyə başlayırıq. Əgər Allahın lütfü, İslamın bərəkəti, ata-anaların səyi nəticəsində sübhlər Allahı xatırlamaqla yuxudan oyansaq, namaz qılsaq, yalnız həmin bir neçə dəqiqəni axirət həyatı haqqında düşünə bilirik. Elə ki iki rəkət sübh namazı başa çatdı, növbəti namazadək dünyanın ardınca qaçırıq. İslami tərbiyə alanlar belə edirsə, bu tərbiyədən məhrum olanlardan bir şey gözləməyə dəyməz.
    Əgər bir qədər düşünsək, təsdiq edərik ki, bu günkündən yaxşı ola bilərik. Həyatda gördüyümüz bütün işləri daha keyfiyyətli yerinə yetirmək olar. İstər təhsil, istər ruzi əldə edilməsində işimizə ilahi rəng versək, həm dünya işlərimiz gedər, həm də axirət səadətindən məhrum olmarıq. Qurani-kərimdə buyurulur: «O ancaq ən uca olan Rəbbinin razılığını qazanmaq üçün belə edər. And olsun ki, o, Rəbbindən razı qalacaqdır».(«Ləyl» surəsi, ayə 21.) Başqa bir ayədə oxuyuruq: «Allahın razılığını qazanmaq üçün belə işlər görən şəxsə böyük mükafat verəcəyik».(«Nisa» surəsi, ayə 114) Çoxsahəli fəaliyyətlərimizdə Allahı razı salmaq niyyəti həmin fəaliyyətlərimizi gücləndirəsidir. Dünya və axirət əməli arasında yalnız niyyət fərqi var. İnsanın dünyaya baxışı dəyişdikdə onun məqsədləri də dəyişir, nəticədə, görülən işlərin niyyəti əvəz olunur. Yəni dünyadakı eyni fəaliyyətlərimizi ilahi niyyətlə yerinə yetirib, axirət səadətimizi əldə edə bilərik.
    Demək, əvvəlcə dünyaya və insana münasibətimiz dəyişməlidir. İkinci pillədə inanmalıyıq ki, bu dünya həyatı axirət həyatının müqəddiməsidir. Bu dünya olduqca geniş bir aləmə aparan bətn kimidir. «Rəbbinizin mərhəmətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış cənnətə tələsin».(«Ali-İmran» surəsi, ayə 133.)
    Deyilənlərdən dünya və axirətin tanınma zərurəti və bu mövzuların tez-tez təkrarlanma səbəbi aydın oldu. Söhbətlərdən məlum oldu ki, uyğun təkrarlar yersiz deyil. Bu baxışın təsir dairəsinin genişliyi və bütün sahələrdə dərin nüfuzu onun təkrar-təkrar nəzərə çatdırılmasını tələb edir. Ona görə də Əmirəl-möminin (ə) öz vəsiyyətnaməsinin bir fəslini bu mövzuya həsr etmişdir. Bir çox məktub və xütbələrində olduğu kimi, bu vəsiyyətnamədə də şərh etmişdir ki, dünya nədir və insan nə üçün yaradılmışdır: «Həqiqətən, dünya həyatından faydan odur ki, öz axirət evini abad edəsən». Bu dünya nemətlərindən yalnız axirət həyatın üçün istifadə edəcəklərin faydalıdır. Amma yalnız dünya həyatın üçün istifadə etdiklərin puç olub gedəsidir. Dünya ləzzətləri üçün istifadə etdiklərini haram yolla əldə etmiş olsan, axirət cəzası da labüddür. Dünya həyatını qurmaqdan ötrü dini hökmləri ayaq altına alsan, şübhəsiz ki, həmin ötəri ləzzətlərin sənə ağrısı qalacaq.
    QEYRİ-İLAHİ YAŞAYIŞIN AQİBƏTİ
    Təkcə şəri hökmlərə riayət edilməsi, halal ruzi qazanılması, haram işlərdən çəkinilməsi ali məqama çatmaq üçün kifayət etmir. Bütün bu əməllərin bünövrəsi dünya və axirətə ilahi baxışdan ibarətdir. Yalnız dini göstərişlərə əməl etmək ona bənzəyir ki, əlindəki çox qiymətli gövhəri verib, bir boşqab dadlı xörək alasan. Hansı ki, həmin gövhər ilə dəyərli bir imarət, səfalı bir bağ əldə etmək olardı. Uyğun alış-verişi ağıllı hesab edirsinizmi? Şübhəsiz ki, ağıllı insanlar belə bir alış-verişi məzəmmət edərdilər. Hər hansı xörək nə qədər dadlı olsa da, gözəl bir qəsri və ya səfalı bir bağı əvəz edə bilməz.
    Bizim dünyadakı əməllərimiz həmin bu məsəlin oxşarıdır. Biz dünya həyatımızın müqabilində əbədi axirətdə misilsiz bir qəsr ala bilərik. Hansı ki, günahdan qaçmaqla axirət əzabından qurtulmaq istəyirik. Beləcə, dünya həyatımız axirət həyatımız üçün faydasız olur. Yeganə qazancımız budur ki, axirət əzabından canımızı qurtaraq. Hansı ki, əldə edilməsi mümkün olan bir çox nemətlərdən məhrum oluruq. Aydındır ki, yalnız zərərdən yaxa qurtarılması ağıllı iş deyil. İnsan xeyir tapa biləcəyi yerdə təkcə zərərdən qaçmaqla kifayətlənirsə, bu çox ağılsız bir hərəkətdir. Yalnız şəri göstərişlərə əməl etməklə kifayətlənənlər əzabdan qurtulmaqdan savay bir xeyir gözləməsinlər. Belələri, şübhəsiz ki, böyük nemətlərdən məhrum olurlar.
    Gerçək fayda odur ki, insan bütün həyatı boyu, bütün işlərində Allahın razılığını gözləsin. Çünki bütün şeylər fani olur, əbədi qalan isə axirət və ilahi razılıqdır. Hətta digər halal işlər də puç olub gedir. «Sizdə olan tükənər, Allah dərgahında olan isə əbədidir».(«Nəhl» surəsi, ayə 96.) Digər bir ayədə buyurulur: «Var-dövlət, oğul-uşaq bu dünyanın bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid etibarı ilə daha xeyirlidir».(«Kəhf» surəsi, ayə 46.)Bəli, dünya həyatı başa çatdıqda bir çox nemətlər əldən çıxıb fəna olur. Qurani-kərimdə oxuyuruq: «Onlar üçün dünya həyatını misal çək. Bu həyat göydən endirilmiş su kimidir. Onunla yer üzündə otlar bitir və quruyub, küləklər vasitəsi ilə pərakəndə olur».(«Qəsəs» surəsi, ayə 76.) Söhbətimizin bu yerində Qurani-kərimdə xatırladılmış Qarunun əhvalatını yada salsaq, münasib olar.
    QARUNSAYAĞI TİCARƏT
    Allah-təala Qaruna elə bir sərvət vermişdi ki, bir dəstə güclü adam bu xəzinələrin açarlarını çətinliklə gəzdirirdi. O zaman isə əmanətləri yerləşdirmək üçün banklar yox idi. İnsanlar öz sərvətlərini məxfi xəzinələrdə yerləşdirərdilər. Bu xəzinələrin qapısında ağır qıfıllar asılardı. İnsanlar öz sərvətlərini quldurlardan bu yolla qoruyardılar. Qarunun isə sərvəti o qədər böyük idi ki, onun yerləşdiyi xəzinələrin açarlarını daşımaq çətin bir iş olmuşdu. Təbii ki, sərvət böyükdürsə, onu çoxsaylı xəzinələrdə yerləşdirmək lazım gəlir. Çoxsaylı xəzinələrin isə çoxsaylı açarları olur. Bəli, Qarun həmin dövrün ən böyük sərmayədarı idi və onun xəzinələrinin açarlarını ən güclü adamlar çətinliklə gəzdirərdilər. Möminlər Qarunu nəsihət etdilər: 1. Ona dedilər ki, çox məst və məğrur olma; dünya malından sərməst olanlar hər şeyi unudurlar; şübhəsiz ki, Allah-təala da onları dost tutmur. Qarun şadlandığı üçün yox, dünya malına görə şadlandığı üçün məzəmmət olunur. Qarunun məstliyi və məğrurluğu onun sərvətinin çoxluğundan doğur. Aydındır ki, dünya malından yaranan qürur Allahın əmri ilə nəticəsiz qalasıdır. 2. Onların ikinci nəsihəti bu oldu ki, Allahın sənə verdiyi nemətlərdən axirətə çatmaq üçün istifadə et, bu sərvətin köməyi ilə öz axirət sarayını ucalt. 3. Onların digər bir tapşırığı bu oldu ki, dünyadan götürməli olduğun bəhrəni unutma.(«Qəsəs» surəsi, ayə 76-77)
    Bəzi təfsirçilər buyururlar ki, mömin insanlar Qaruna ilk nəsihət olaraq «axirət haqqında düşün» dedilər. Amma axirət işlərində ifrata varılaraq, dünyanın unudulması üçün xatırlatdılar ki, dünyadan götürəcəyin faydanı unutma. Axirət haqqında düşünmək o demək deyil ki, dünyaya arxa çevrilsin. İnsan dünya həyatından faydalanmalı, onun ləzzətlərini dadmalıdır. Bir şərtlə ki, axirət həyatı unudulmasın.
    Bir qrup təfsirçi isə son cümlədə dünya həyatının tamam unudulmaması məsələsinin önə çəkildiyini bildirir. Yəni dünya həyatını unutma, amma əsil məqsədin axirət olsun.
    Başqa bir qrup təfsirçi bildirir ki, ayələrdə Qarunun nəzərinə çatdırılan dünya nemətlərindən axirət üçün istifadə edilməsidir. Yəni insan dünyadan faydalanmalı, ondan əbədi axirətə çatmaq üçün istifadə etməlidir. Əks təqdirdə, bu dünya ləzzətlərindən heç biri əldə qalası deyil.
    «Allahın sənə verdiyindən özünə axirət qazan, dünyadakı qismətini də unutma» ayəsi haqqında təfsirçilərin rəylərindən sonuncu rəy daha münasib görünür. Çünki Qarun dünya ləzzətlərindən faydalanmağı heç vaxt unutmurdu. Onun bütün səyləri bu ləzzətlərin əldə olunmasına yönəlmişdi. Qarunun unutduğu axirət həyatı idi. Bu səbəbdən də axirət həyatının ona xatırladılması yerinə düşür. Demək, Qarunun nəzərinə çatdırılır ki, dünya nemətlərindən öz axirəti üçün sərf etməyi unutmasın. İbadət qüvvəsi əldə etmək, axirət səadətindən məhrum olmamaq üçün bu nemətlərdən faydalanmaq lazımdır.
    Həzrətin (ə) «həqiqətən, dünya həyatından faydan odur ki, öz axirət evini abad edəsən» buyuruğu uyğun ayə haqqındakı son təfsirlə uyuşur. Yəni dünyanın faydası odur ki, onun vasitəsi ilə öz axirətimizi abad edək. Bununçün də ayədə buyurulur ki, dünya həyatından qismətimizi unutmayaq. Qarun məhz belə bir faydanı unutmuşdu və bu məsələnin ona xatırladılması zəruri idi.
    Qeyd olunduğu kimi, uyğun buyuruq bir növ həmin ayənin təfsiridir. Bəli, başqa təfsirlər də mövcuddur, amma son təfsir daha məntiqəuyğundur. Çünki bu təfsir Həzrət Əlinin (ə) kəlamı ilə də uyuşur. Həm uyğun ayənin, həm də Həzrətin (ə) buyuruğunun əsas qayəsi dünyadan axirət üçün faydalanması məsələsidir. Dünyadan istənilən bir başqa məqsədlə istifadə olunduqda insan zərərə düşür. Dünyadan yalnız dünyaları üçün faydalananlar böyük bir sərmayəni əldən çıxarırlar. Bu sərmayə yalnız axirət məqsədi ilə istifadə olunduqda xeyir gətirir. Yalnız əbədi hədəflər üçün istifadə olunan nemətlər faydalıdır.
    İLAHİ RAZILIĞIN ƏLDƏ OLUNMASI
    Bu qaydanın bəyanından sonra Həzrət Əli (ə) onun nümunələrindən birini açıqlayır. Həmin nümunə haqqında danışmazdan qabaq bir müqəddimə verilsə, münasib olar.
    Əgər öz rəftarlarımıza diqqət yetirsək, görərik ki, əlimizdəki sərmayəni heç vaxt faydasız yerə sərf etmək istəmirik. Məsələn, cibimizdə olan pulu haraya gəldi, necə gəldi xərcləmirik. Bu pul zəhmətlə əldə edildiyindən insan onu daha dəyərli bir yerə sərf etmək istəyir. Ona görə də istənilən bir sərmayə ələ düşdükdə insan onu daha çox xeyir götürəcəyi işə sərf etmək istəyir. Görən bu sərmayə Allah yolunda sərf olunsa, bir zərər görərikmi? Şübhəsiz ki, sərmayənin Allah yolunda xərci yeganə zərərsiz və təminatlı yoldur.
    Belə bir təminatlı yolu görə-görə nə üçün pulumuzu Allah yolunda sərf edə bilmirik? Bəlkə düşünürük ki, bu sərmayəni dünyamıza xərcləmək yaxşıdır? Yoxsa sərmayənin toplanmasını onun xərclənməsindən üstün tuturuq? Bütün bu maneələri yaradan insanın dünyaya bağlılığıdır. Xəsisliyin qarşısını ala biləcək yeganə yol budur ki, axirət yolunda xərcləməyin faydasına əmin olaq. Ən xeyirli və əbədi iş Allah yolunda infaq etməkdir. «Nəfsinin xəsisiliyindən, tamahkarlığından qorunan kimsələr, məhz onlar nicat tapıb səadətə qovuşanlardır».(«Həşr» surəsi, ayə 9) Bu təbirlər Qurani-kərimdə bir neçə dəfə işlədilmişdir. Allah-təala yalnız xəsislik və tamahkarlıqdan uzaq olanları xeyir əhli hesab edir. Xəsislik səbəbindən xərcləməyib, sərvət toplayanlar heç vaxt doğru yolu tapa bilmirlər. Doğru yol yalnız bu sifətlərdən uzaq olanların qismətidir.
    Ayənin ərəb mətnindəki «şuhhə» kəlməsi ərəbcə «buhhə» kəlməsi ilə yaxındır. Səsin tutulmasını ərəblər «buhhə» adlandırır. Eləcə də, bir şəxs əlini sıxdıqda, bir növ əli tutulduqda onun haqqında «şuhhə» kəlməsini işlədirlər. Əlin tutulması təbiri insanın dünyaya bağlılığına işarədir. Dünyaya bağlılıq isə insanın bədbəxtliyinə səbəb olur. Əbədi səadət sorağında olan insan belə bir xüsusiyyətdən qorunmalıdır. Amma bilmək maraqlı olardı ki, insan bu maneəni necə adlaya bilər? Əvvəlki söhbətlərə diqqət etsək, bu sualın cavabı aydın olar. İnsan dünyaya bağlılıqdan o zaman yaxa qurtara bilər ki, bəxşişlərini özü üçün faydalı bilsin. İnsanın öz dünyası üçün xərclədiyi pulların ömrü çox azdır. Çünki dünya və onda olanlar əbədi deyil. Amma insan əlində olanı Allah yolunda sərf etsə, dünya həyatında ləzzət almaqdan əlavə, Allah-təala ona əbədi bir sevinc ruhu bəxş edər. Allahın razılığı üçün başqalarına xidmət edən kəs dünya mükafatından əlavə axirət mükafatı da alır. Ona görə də Həzrət (ə) öz vəsiyyətinin davamında buyurur: «Yerində infaq et». İnsan Allah yolunda infaq etməli, öz sərvətini doğru yolda xərcləməlidir. Sərvətini xərcləyib toplayanlar isə bir növ başqaları üçün xəzinədarlıq edirlər. Həzrət (ə) buyurur: «Başqaları üçün xəzinədar olma».
    Bir ömür çalışıb, sərvət toplayanların aqibəti nə olur? Onların son məqsədi nədir? Onlar başqaları üçün xəzinədarlıq etmirlərmi? Bəli, belələri yalnız özgələri üçün qalacaq xəzinələrə keşik çəkirlər. Belələrinin adi bir anbardardan fərqi nədir? Anbardakı mallardan anbardara bir şey çatmadığı kimi, sərvət toplayan adam da öz sərvətindən faydalana bilmir. Anbardar sadəcə keşikdə durduğu kimi, sərvət toplayan şəxsin də işi keşikçilikdir.
    Əgər biz də sərvətimizi infaq etməsək, imkansızlara əl tutmasaq, eynən həmin anbardar kimi olasıyıq. Bir sözlə, yalnız xəzinə toplamaqla məşğul olanlar başqalarının xəzinədarıdırlar. Bəzən bu insan adi bir anbardar qədər də qazanmır. Sərvət sahibi dünyasını dəyişdikdə onun varisləri bu sərvəti öz aralarında bölür və mümkündür ki, bu bölgüdə dava-dalaş da düşür. Hətta bu dava-dalaşa görə sərmayəni toplayanın ruhuna lənətlər də yağdırılır. Əgər dünyada infaq etməsəniz, axirətdə də lənətlərdən qurtula bilməyəcəksiniz. İndi özünüz düşünün, məgər başqaları üçün sərvət yığıb, lənət qazanmağa dəyərmi?! Məgər insan bununçünmü xəlq olunub?! Həzrətin (ə) buyuruğu bu yerdə yerinə düşür: «Yerində infaq et və başqaları üçün xəzinədar olma».
    ƏLİNDƏN ÇIXAN ÜÇÜN AĞLAMA
    Vəsiyyətnamənin davamında təqvalılar imamı Əli (ə) imam Həsənə (ə) başqa bir moizə edir. Şübhəsiz ki, əldə etdiyi dünya neməti əlindən çıxan insan qəmgin olur, nigarançılıq keçirir. Olsun ki, bu narahatlığı hər birimiz hiss etmişik. Məsələn, bir kitab və ya üzük itirdikdə hətta namazda da bu barədə düşünürük. Öz nigarançılığımızla bəzən başqalarının da rahatlığını əlindən alırıq. İtkisi olan insan hətta ədəb və əxlaq qaydalarını da pozur. Əgər kiçik bir şey itirən insan bu qədər narahatçılıq keçirirsə, dəryada gəmisi batmış tacirin narahatçılığından danışmağa dəyməz. Zəlzələdə, daşqında var-yoxunu itirənlərin əksəri ətrafındakıların başına oyun açır. Bəzən təsbehini itirmiş şəxs qəm dəryasına batır. İtki səbəbindən xəstəliyə düşənlər də var. İtkisi olan adamın gündəlik işdən əli soyuyur və fikri-zikri həmin itkiyə yönəlir. Bəzən itki ağrısı insanı iflic edir və dünyanın şirinlikləri onun üçün zəhərə dönür. Hansı ki, dünyanın bəlasız və problemsiz olmadığını hər birimiz bilirik. İnsanın nəinki sərvətini, hətta əzizlərini də itirməsi təbii bir hadisədir. Bəli, bu itkilərə, acı hadisələrə münasibət mühüm bir məsələdir. Xırda bir şey əlindən çıxmış insan yasa qərq olsa, onun bütün qalan həyatı puça çıxar. Belə insan dini işlərini yerinə yetirə bilməz, iş və təhsildə geri qalar. Belələri hətta namaz vaxtı da fikirlərini bir yerə toplaya bilmirlər. Onlar çox vaxt ailə-övladla da pis rəftar etməyə başlayırlar.
    Belə bir ruhiyyə, əlbəttə ki, xəstəlik əlamətidir. Ona görə də Həzrət Əli (ə) bu xəstəliyə əlac üçün buyurur: «Əlindən çıxan üçün ağlayırsansa, bütün əldə etmədiklərin üçün də ağla». Tövsiyyə olunur ki, dünyada mövcud olan bütün nemətləri gözlərimiz önünə gətirək. Özünüz düşünün, bu nemətlərdən neçə faizi bizə qismət olub? Aydın məsələdir ki, insan dünyada mövcud olan bir çox şeylərdən məhrumdur. Bizim malik olduqlarımız dünyada olanların cüzi bir hissəsidir. Yerin altı qızıl, gümüş kimi xəzinələrlə dolu olsa da, bu dəryada bizə qismət olan bircə damla da deyil. Ağıllı adam narahat olarmı ki, dünyanın bir bu qədər sərvəti ona qismət olmayıb?! Şübhəsiz ki, heç bir ağıllı insan buna görə qüssə yemir. Əgər əlindən bir şey çıxmışsa, onu da bu vaxtadək əlinə düşməmiş şeylərdən hesab et. Təsəvvür et ki, heç həmin şey sənə qismət olmayıbmış. Bir şey ki sənin ixtiyarında deyil, qəmlənməyin yeri varmı?! Əlindən çıxan şeyə görə qəmlənmə, buna görə də ətrafdakıları acılama və həyatını zəhərə döndərmə. Əksinə Allaha şükr et ki, həmin şeydən bir müddət istifadə edə bilmisən. Bu gün o şey sənin əlindən çıxmışsa, elə təsəvvür et ki, heç əvvəlcədən sənin əlində olmamışdır. Çünki dünyada olanların böyük bir hissəsi sənin əlinə düşməyib. Məgər insan hər malik olmadığı şeyə görə təəssüf etməlidirmi?! Sadəcə, Allaha şükr etmək lazımdır ki, həmin nemətdən bir müddət istifadə edə bilmişik. İndi isə qoy, ondan başqaları istifadə etsinlər. Əgər ikinci dəfə həmin şey əlimizə düşsə, onu yeni bir nemət kimi qəbul etməli və bağışlayan, mehriban Allaha şükr etməliyik.
    Bəli, əldən çıxmış şeylərə görə narahat olmamağın yeganə yolu onu da bu vaxtadək əldə etmədiyin şeylərdən saymaqdır. Dünyanın bir belə nemətindən məhrum olduğun səni narahat etmirsə, nə üçün əlindən çıxmış bir şeyə görə narahat olmalısan?! Yox əgər həmin bir şeyə görə ağlayırsansa, onda bu vaxtadək əlinə düşməmiş şeylərə görə də ağla. Əlindən çıxmış şey də əlinə düşməmiş şeylər kimidir. Hələ şükr et ki, həmin şeydən bir müddət istifadə edə bilmisən. Hansı ki, dünyanın bir çox nemətlərindən istifadə etmək fürsətin olmayıb.

    Category: Əbədi öyüd (ikinci cild) | Views: 863 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024