İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 23 » Əbədi öyüd (ikinci cild)
    8:36 AM
    Əbədi öyüd (ikinci cild)
    İYİRMİ YEDDİNCİ DƏRS
    UZUN-UZADI ARZULAR
    Arzulara ümid bağlamaqdan çəkin ki, həqiqətən, (arzular) axmaqların sərmayəsidir və axirət-dünya xeyirinə mane olar».(«Nəhcül-bəlağə».)
    MÜQƏDDIMƏ
    Qeyd olunduğu kimi, Mövla Əmirəl-mömininin (ə) öz övladı İmam Həsən Müctəbaya (ə) vəsiyyətnaməsinin bu hissəsi izah və təfsirsiz bəyan olunmuş qısa kəlam və ümumi nəsihətlərdən ibarətdir. Həzrət (ə) buyurur: «Arzulara ümid bağlamaqdan çəkin ki, həqiqətən, axmaqların sərmayəsidir». Məbada, arzulara etimad göstərəsiniz, arzular axmaqların, düşüncəsizlərin ticarət malıdır. Kəlamın ərəbcə mətnindəki «nuka» «nuk»-«axmaq» sözünün cəmi formasıdır. Araşdırmalıyıq ki, Həzrət (ə) bu bəyanı ilə nə demək istəmişdir? Bu kəlamın sözləri mənaca xeyli oxşar olsa da, onların işlənmə yeri fərqlidir. Ona görə də bəziləri uyğun kəlamın təfsirində və mənasının dərkində səhvə yol verirlər. Ümumi şəkildə, bəzən ayə və rəvayətlərdəki ümumi və mütləq sözlərdən yanlış nəticələr çıxarılır. Çünki qeydlər dərin, gizli, xüsusiləşdirmələr ayrıca şəkildə bəyan olunmuşdur. Ona görə də bu nöqtələri nəzərə almayanlar yanlış mülahizələr yürüdürlər. Bu cəhətdən də ayə və rəvayətləri düzgün anlamaq üçün Quranla, hədislərlə, İslami maarif mənbələri ilə ünsiyyət zəruridir. Əgər bütün bu ayə və rəvayətlər nurdursa, insan bu nurdan faydalanmalıdır. Amma unutmamalıyıq ki, bəzi ayə və rəvayətlərin dəqiq mənasını anlamaq üçün təcrübə və dərin diqqətə ehtiyac var. Haqqında danışdığımız kəlam da həmin qəbildəndir. Biz özümüz də bəzən mənaca yaxın sözlərdən istifadə edirik. Amma onların işlənmə yerinə diqqət yetirmir, olsun ki, onların təyinatında səhvə yol veririk. «Ümid» və «rəca» da həmin sözlər sırasındadır. Bəzən «ümid», bəzən «arzu» mənasında işlədilən «umniyyə», «təmənna», «arzu» və «əmələ» sözləri də belədir. Ona görə də bir buyuruğun təfsiri üçün sözlərin məna həddini, işlənmə yerini, xüsusiləşdirmə və qeydləri nəzərə almaq lazımdır.
    Həzrət (s) bu vəsiyyətdə bizi uzun-uzadı arzulardan çəkindirir. Bu ifadələrin oxşarı çoxsaylı rəvayətlərdə nəql olunmuşdur. Məslən, Həzrət Əli (ə) «Nəhcül-bəlağədə» buyurur: «Mən sizdən ötəri iki şeydən daha çox qorxuram: biri nəfs istəklərinə itaət, digəri uzun-uzadı arzular».(«Nəhcülbəlaьə» xütbə 28) Yəni Həzrət Əli (ə) iki təhlükəni xalq üçün hər şeydən daha çox qorxulu bildirir: biri qəlb istəkləri, nəfsin tələbləri ardınca getmək, digəri uzun-uzadı arzular etmək. Demək, uzun arzu sadəcə təhlükə yox, hədələyici və ciddi bir xətərdir. Belə ki, Həzrət (ə) onu «təhlükələrin ən təhlükəlisi» adlandırır və bu işdə öz narahatçılığını bəyan edir. Ona görə də öz övladına tapşırır: «Arzulara ümid bağlamaqdan çəkin...»
    Bizi uzun-uzadı arzulardan çəkinməyə çağıran uyğun tövsiyyələri nəzərə alsaq, arzu və ümidə rəğbətləndirən psixoloqların əsas mövzusu olan bu məsələni necə izah etmək olar? Psixoloqlar ciddi israr və təkidlə bizi ümidvarlığa, böyük arzulara, uca məqsədlərə doğru səsləyir və bunu ideal həyatın, psixoloji sağlamlığın nişanəsi sayırlar. Bəs Həzrətin (ə) uyğun sifarişi psixologiyanın qeyd olunan göstərişləri ilə necə uyğun gələ bilər? İmamlardan (ə) nəql olunmuş bəzi rəvayətlər də ilk baxışdan Həzrətin (ə) buyuruğuna zidd görünür. Çünki bəzi rəvayətlər bizi ümidvar olmağa çağırır, ümidsizliyi məzəmmət edir. Hansı ki, uyğun rəvayətdə arzulardan həzər qılınır. İndi araşdırmaq lazımdır ki, görən, doğrudanmı, uzunmüddətli arzular nöqsan, xoşagəlməz əməldir? Məsələn, əgər bir şəxs gələcək 30 il üçün proqram hazırlayıb, nəzərdə tutduğu məqsədlərə çatmaq üçün çalışırsa, yersiz iş görüb, xam arzular ardıncamı gedir? Uzun-uzadı arzuların məzəmmət olunmasının sirri nədədir? Əgər Həzrət (ə) bizə uzun-uzadı arzulara ümid bağlamağı qadağan edirsə, onun məqsədi nədir?
    Bu mövzunu tam aydınlaşdırmaq üçün bir neçə məsələyə diqqət yetirməliyik:
    Əvvəlcə bilməliyik ki, arzu etmək dedikdə insanın hələ ki çatmadığı bir istəyə malik olması başa düşülməlidir. Yəni insan gələcəkdə gerçəkləşəsi bir şey istəyir. Arzu elə bir bəyənilmiş şeydir ki, hələ əldə olunmayıb və asanlıqla əldə olunası deyil. Əksinə, onu əldə etmək üçün zəhmət çəkmək, hazırlıq görmək, plan cızmaq lazımdır. Olsun ki, ona çatmaq üçün uzun illər çalışmaq lazım gələ. Arzunun məfhumu budur. Bəs onun ləvazimatları nədir, yəni insan nələri arzu edə bilər? İstər dünyəvi, istər üxrəvi müxtəlif əşyalar və işlər insanın arzusu ola bilər. Yalnız ləzzət almaq üçün istənilən dünyəvi şeydən tutmuş sırf axirət nemətlərinədək arzu oluna bilər. Əgər arzu dünyaya, dünyəvi nemətlərin əldə olunmasına, maddi nemətlərdən bəhrələnməyə aiddirsə, iki halda ola bilər: insan bəzən haram şeylər arzulayır; məsələn, şərən ona caiz olmayan var-dövlət, məqama çatmaq istəyir; məsələn, haram mal əldə etmək arzulayır. Bu sayaq arzuların pisliyi tam aydındır və açıqlamaya ehtiyac yoxdur. Arzunun ikinci halı odur ki, şəri cəhətdən eyib olmayan bir şey istənilsin. Məslən, insan halal və şəri yolla geniş ev, son model avtomobil, böyük sərvət, gözəl bağ, əzəmətli saray əldə etməyi arzulayır. Aydındır ki, belə istəklər haram deyil. Amma mühakimə ölçüsü bu arzular yolunda hansı həddə qüvvə, zəhmət, təlaş, fərdi və ictimai fəaliyyət sərf olunmasıdır. Şübhəsiz, insanın bütün düşüncə və təlaşını özünə çəkən, sırf dünya ləzzəti üçün olan belə yüksək maddi arzular İslam əxlaqı nəzərincə nəinki bəyənilmir, hətta məzəmmət olunur. Belə uzun-uzadı dünyəvi arzular ardınca gedənlər istər-istəməz islami vəzifələrində, əxlaqi kamillik təhsilində geri qalırlar. Çünki həmin arzulara çatmaq üçün illər uzunu əziyyət çəkilməlidir. Heç bir sərmayəsi olmadığı halda böyük var-dövlət sahibi olmaq istəyən sadə fəhləni gözləriniz önünə gətirin. Bu şəxs boş əllə, əxlaqi və şəri hökümlərə əməl etməklə yanaşı uyğun hədəfə çatmaq üçün gün uzunu çalışmalı, yuxusuna haram qatmalı, rahatlığını bu arzuya qurban verməlidir ki, tədricən müvəffəq olsun. Şübhəsiz ki, bu halda elm, təqva, ibadət, cəmiyyətə xidmət, imkansızlara kömək üçün artıq güc və vaxt qalası deyil. Belə bir arzu dalınca düşmək insanı özü hiss etməsə də, praktik olaraq bir çox vacib vəzifələrdən ayırır. Bu səbəbdən də belə boğazdanyuxarı arzular məzəmmət olunur. Amma həmin var-dövlət və vəzifə axirət hədəfləri üçün, məsələn, xalqa xidmət, cəmiyyətin islahı, prezidentlik və baş nazirlik məqamlarından İslamın təbliği üçün istənilsə, bu yolda güc sərf etməyə dəyər. Başqa sözlə, məqsəd nə qədər dəyərli, niyyət dünya pərəstlikdən nə qədər uzaq olarsa, bu yolda çalışmağın dəyəri var. Vəzifəni icra etməkdən ötrü yüksək məqama çatmaq arzusu nəinki eyibsizdir, hətta çox tərifəlayiq və bəyənilmişdir.
    Amma diqqətli olmaq lazımdır ki, axirət yolunda dünya diləməyin bir neçə şərti var: birinci şərt odur ki, həmin arzunun gerçəkləşməsi imkanı araşdırılsın. İnsan müəyyənləşdirməlidir ki, çatmaq istədiyi arzu mövcud şəraitdə, mövcud imkanlarla gerçəkləşə bilərmi? Uyğun arzuya çatmaq ehtimalı hansı həddədir? Bu ehtimal çox güclü olmalıdır. Demək, əvvəlcə bu arzuya çatmaq ehtimalı müəyyənləşdirilməlidir. İkinci şərt odur ki, bu arzunun dəyəri qiymətləndirilsin. Yəni bu arzuya və hədəfə çatılarsa, ondan axirət, İslam və cəmiyyətin xeyrinə nə dərəcədə istifadə etmək mümkün olacaq? Əvvəlcə, bu iki suala cavab tapılmalı, uyğun arzuya çatma ehtimalı ilə, ondan istifadə ehtimalı müqayisə edilməlidir. Bu müqayisənin nəticəsi müsbət olduqda uyğun hədəfə doğru hərəkət etmək olar. Bir arzunun düşüncəsiz sayılıb, məzəmmət olunmaması üçün həm müvəffəq olma, həm də istifadə ehtimalı yuxarı həddə olmalıdır. Əgər on ildən sonra bir arzuya çatılacağına şübhə yoxdursa da, ondan istifadə ehtimalı bir faizdirsə, belə bir arzunu boşlamaq lazımdır. Bəzən isə çatma ehtimalı zəif, istifadə ehtimalı isə güclü olur. Yəni arzuya çatmaq ehtimalı çox zəifdir, amma arzu gerçəkləşəcəyi təqdirdə böyük faydalar gözlənilir. Bu halda da ömürü, var-dövləti uyğun arzu yolunda sərf etməyə dəyməz. Yalnız iki şərtə müvafiq olan arzuların arxasınca düşməyə dəyər. Amma həm gerçəkləşmə, həm də istifadə ehtimalları zəifdirsə, insan öz varlığını bu yolda sərf etməməlidir. Arzunun dəyərli olması dedikdə ondan ilahi və pak hədəflər yolunda istifadənin mümkünlüyü nəzərdə tutulur. Məsələn, öz axirətimiz üçün bu arzudan istifadə edə bilək.
    Unudulmamalıdır ki, bir işə başlamaq üçün təkcə gerçəkləşmə və istifadə ehtimallarının dəyərləndirilməsi kifayət deyil. Bəzi digər hesabatlar da aparılmalıdır. Asan başa gələn işlərin dəyəri araşdırılmalıdır. Bu araşdırma vasitəsi ilə mümkün işlər və arzular arasından daha dəyərlilərini seçə bilərik. Yüksək dəyərə malik olan başqa işlər də mövcud ola bilər. Ona görə də müqayisə aparıb müəyyənləşdirməliyik ki, seçilmiş arzu, yoxsa digər arzular daha dəyərlidir?
    Demək, üç növ hesabat aparılmalıdır: birinci, bu arzunun gerçəkləşmə ehtimalı, yəni bu arzuya çatma ehtimalı hansı həddədir? İkinci, bu arzunun dəyərinin təxmini; yəni bu arzu gerçəkləşərsə, onun axirətimiz üçün, Allahın xilqəti üçün nə kimi faydaları olacaq? Üçüncü, cəmiyyətə xidmət, axirət mükafatına çatmaq üçün faydalı olan digər arzuların araşdırılması; yəni araşdırmalıyıq ki, nəzərdə tutduğumuz arzudan da dəyərlisi var, yoxsa yox? Əgər öz arzumuzdan daha dəyərli bir arzu tapmasaq, öz arzumuz yerində qalır və həmin istiqamətdə hərəkət etməli oluruq. Əgər gerçəkləşmə ehtimalı güclüdürsə, istifadə ehtimalı böyükdürsə və ondan üstün bir arzu tapılmırsa, hökmən həmin arzunun ardınca getməliyik. Belə bir arzu qətiyyən pis deyil. Məsələn, bir şəxs arzu etmiş olsa ki, Allaha, xalqa, dinə xidmət üçün yararlı olan dünyəvi bir şey əldə etsin, bu arzunun heç bir eybi yoxdur. Əksinə, bu arzu layiqdir və tərif də olunmuşdur. Amma arzunun gerçəkləşmə ehtimalı zəif olsa, istifadəsi bir o qədər xeyirli olmasa, belə bir arzu yolunda çalışmaq xəyalpərəstlikdən başqa bir şey deyil və heyf bu yolda xərclənən ömürə!
    Deyilənləri praktiki bir məsələyə tətbiq edərək, belə bir gerçəkliyi təsəvvürə gətirmək olar ki, adətən, 100 milyon əhalisi olan bir ölkədə müəyyən bir qrup prezident olmağı arzulayır. Məsələn, 10 milyon nəfərdə belə bir arzu var. Təbii ki, bu arzuya çatma ehtimalı on milyonda birdir və bu ehtimal çox zəifdir. Amma ehtimal zəif olsa da, istifadə ehtimalı çox güclüdür. Yəni prezident olan şəxs İslam və müsəlmanlara xidmət üçün dəyərli məqam əldə edir və xidmət üçün çox geniş bir imkan yaranır. İndi növbə araşdırmalı olduğumuz üçüncü şərtə çatır. Aydınlaşdırılmalıdır ki, bundan da dəyərli bir şey var, yoxsa yox? Gerçəkləşmə və istifadə ehtimalı baxımından daha dəyərli, ən azı bərabər dəyərli ikinci şey olmamalıdır.
    Nəticə bu oldu ki, arzu edən və bu arzu ardınca gedən insan əvvəlcə arzu etdiyi şeyin təkcə dünyaya, yoxsa axirət üçün də faydalı olduğunu müəyyənləşdirməlidir. Əgər bu arzu sırf dünyəvidirsə, ilahi və islami cəhətdən, bu arzuya çatmaq üçün qüvvə sərf etməyə, uzun-uzadı əziyyətlərə dözməyə dəyərmi? Sırf dünyəvi arzu ardınca getmək düşüncəsizlikdir. Amma mənəvi dəyəri varsa, bu arzunun yaxşılığını, ardınca gedilməsinin zəruriliyini təyin etmək üçün həmin üç hesabat yerinə yetirilməlidir.
    ARZULARIN GÜCƏ UYĞUNLUĞU
    Bəyan edilməsi zəruri olan digər bir məsələ insanların səy və qüvvəcə fərqlənməsidir. İnsanlar «hikmət»,-çalışqanlıq baxımından, hətta belə bir xüsusiyyətin olub-olmaması cəhətdən fərqləndikləri üçün öz arzularını çalışqanlıqları ilə uyğunlaşdırmalıdırlar. Çünki böyük arzular və bu arzuların arxasınca getmək üçün böyük himmət lazımdır. Adi bir şəxs deputat olmaq arzusundadırsa, ciddi şəkildə çalışmalı, bu yolda addım atmalıdır ki, bir gün həmin məqama çatsın. Əlbəttə, adi bir insanın belə ideal arzuya malik olması onun yüksək himmət sahibi olduğunu göstərir.
    İnsanların uca və ya alçaq himmət sahibi olmasının göstəricilərindən biri onların arzularının dünyəvi və ya üxrəvi (axirətə aid) olmasıdır. Bəziləri o qədər alçaq himmətlidirlər ki, daim hazır dayanıb, gördükləri işin nəticəsini dərhal əldə etmək istəyirlər. Onlar uzun vaxt, böyük güc, dəqiq plan, çox zəhmət tələb edən arzuların ardınca getmirlər. Digər bir qrup isə xeyli xəyalpərəst və macəraçı olub, gerçəkləşmə ehtimalı cüzi olan arzuların arxasınca qaçırlar. Bu iki növ rəftar və əməl islami məsələlər nəzərə alınmadan, əxlaqi cəhətdən xoşagəlməz sayılır.
    Öncə də qeyd etdik ki, bütün məsələlərdə, eləcə də bu məsələdə orta hədd («etidal») gözlənilməlidir. Başqa sözlə, «etidal»-orta hədd əməllərin dəyərinin ölçü meyarıdır və bu məsələdə də nəzərə alınmalıdır. İnsan daim onun-bunun ardınca gəzməməli, himmətsizlik, süstlük, tənbəllik, səhlənkarlıq göstərməməlidir. İnsan nə asan və dərhal əldə olunan, nə də xəyali və əlçatmaz arzular arxasına düşməlidir. Himmətsiz insan həyatda əhəmiyyətli bir şey əldə edə bilmədiyi kimi, xəyalpərəst insan da heç vaxt tərəqqi və inkişafa nail ola bilmir. Çünki belə bir fərd istər dünya hədəfləri yolunda çalışsın, istər axirət yolunda addım atsın, onun hərəkəti həqiqətdən uzaq arzulardan istiqamət alır. Bu şəxs qeyd etdiyimiz hesabatları aparmadığından, adətən, öz məqsədinə çata bilmir. Çox olsun ki, qəlbində yeni bir həvəs oyanan kimi götür qoy etmədən bütün işlərini yarımçıq qoyur. Hansı ki, öz arzusuna qovuşmaq yolunu bilmir və boş yerə tər axıdır.
    Ona görə də insan orta halda-mötədil olmalıdır. Nə o qədər süst, tənbəl, rahatlıq sevər ola ki, həmişə hazır süfrə və ağzına tikə qoyulmasını gözləyə, nə də macəraçılıq ruhunda ola ki, dəyərsiz şeylərdən ötəri boş yerə əziyyət çəkə, cahilanə və səmərəsiz xülyalar ardınca qaça. Mötədil olub, hesabla ağıllı yol seçmək və lazım olan qüvvəni və imkanı sərf etmək lazımdır. Yüksək himmətə, çalışqanlığa malik olan, amma məqsədə aparan yolu tanımayanlar az deyil. Bəziləri isə yolu tanıdıqları halda, lazımınca zəhmət çəkə bilmir və ya hədəfə çatmaq üçün zəruri proqramsız hərəkət edirlər. Belələri həyatda, adətən, müvəffəq olmurlar. Çünki kiçik arzuları özlərinə yaraşdırmayıb onlara arxa çevirir, digər bir tərəfdən, düzgün meyar və proqrama malik olmadıqlarından xəyallarından xoşhallanır, yalnız öz arzularına ümid edirlər.
    XƏYAL BAZARININ RÖVNƏQİ
    Deyilənləri nəzərə alaraq belə bir nəticəyə gəlirik ki, yüksək məqsəd və bu məqsədə doğru hərəkət yuxarıda qeyd olunan şərtlərə riayət olunduğu halda yaxşıdır. Bu şərtlərə əməl etmədən kiçicik bir arzu arxasınca da getmiş olsaq, Əmirəl-möminin Əlinin (ə) uzun-uzadı arzulardan çəkindirən buyuruğu bizə aid olacaq. Amma bir şəxsin böyük arzusu olsa, bu arzunun yolunu tanısa, düzgün dəyərləndirmə aparsa, Allah-təalaya təvəkkül etdikdən sonra öz təlaşı hesabına həmin arzunun arxasınca getsə, bu növ arzular heç vaxt məzəmmət olunmamışdır. Bu arzular insanı yaşadan arzulardır. Ümidsizlikdən əl çəkib, Allah-təalaya etimaddan sonra əvvəlcə öz hədəfimizi, ağıllı, ölçü-biçim, dəyərli arzumuzu seçməli, sonra yetərli və mütənasib təlaşla onun həyata keçməsinə çalışmalıyıq. Çünki bu dünya bir səbəb, vasitədir. «İnsana yalnız öz əməli və zəhməti qalar».(Nəcm surəsi ayə 39)Əslində çox uca və həqiqətdən uzaq arzulu adamlar bu arzulara çatmaq üçün yetərincə çalışmayanlar, düzgün məlumatı olmayanlar və üstünlükləri gözləməyənlərdir. Belələri, şübhəsiz ki, xəyal alış-verişi ilə ticarətə qoşulanlar kimidirlər. Onlar düşüncə həvəngində xam xəyalları döyəcləyirlər ki, səmərə versin!
    Olsun ki, Sədinin öz xəyalları ilə bazarda qızğın alver edən tacir haqqındakı hekayəsini eşitmisiniz. Bu tacir xəyalında alış-veriş edərək deyirdi: «Bu maldan filan qədər, o maldan filan qədər qazanc götürərəm, sonra bir neçə qul alaram. Onlardan biri yolunu azsa, bu çubuqla başına o qədər vuraram ki, səsi batar». Bu vaxt yağ kuzəsinin sınma səsini eşidib, anlayır ki, bütün alış-verişi xəyal olub. Yeganə həqiqət isə yağ kuzəsinin sınmasıdır. Qəlblərində böyük arzular bəsləyənlər, amma bu arzuların gerçəkləşmə yolunu bilməyənlər və ya lazımınca çalışmayanlar, düzgün proqramı olmayanlar xəyal sərmayəsi ilə ticarət edən tacirə bənzəyirlər.
    Əmirəl-möminin Əli (ə) belə insanları necə də gözəl təsvir edir. Həzrət (ə) buyurur: «(Arzular) Həqiqətən, axmaqların sərmayəsidir». Belələri xəyal və arzu sərmayəsi ilə ticarət etmək istəyən axmaqlardır. Arzu və xəyal axmaqların sərmayəsi, alver malıdır. Həzrət Əlinin (ə) bu kəlamının ünvanı uzun-uzadı, ölçüsüz, ağılsız arzularına ümid edən şəxsdir. Burada söhbət bütün arzulardan getmir. Arzunu böyük təhlükə kimi tanıtdıran rəvayətdə uzun-uzadı, həqiqətdən uzaq dünyəvi arzular nəzərdə tutulur. Rəvayətin məqsədi budur ki, insan öz dünyası üçün həddən ziyadə həvəslərə yol verməməli, bütün gücünü bu həvəslərə sərf etməməlidir. Belə uzun-uzadı arzular axirətin unudulmasına səbəb olan təhlükələrdir. Yalnız dünyaya aid uzun-uzadı arzular mütləq şəkildə məzəmmət olunur. Əmirəl-möminin Əli (ə) belə arzuları ən böyük təhlükələrdən sayır.
    Bu ilahi vəsiyyətdə Həzrət (ə) düzgün dəyərləndirmə, dəqiq proqram, yetərli çalışmalardan uzaq ağılsız arzuları nəzərdə tutur. Həzrət (ə) buyurur: «Arzulara ümid bağlamaqdan çəkin ki, həqiqətən, axmaqların sərmayəsidir». Yuxarıda zikr olunmuş şərtləri nəzər almayan arzulara ümid bağlayan kəs dünya və axirətdə geri qalar. Bu kəlam yaşayış qaydasıdır və faydası təkcə axirətə aid deyil. Ona görə də yalnız fərdi arzuları ilə yaşayıb, məqsədə çatmaq üçün yetərincə qüvvə sərf etməyən kəs öz dünyasını viran qoyur. Öz hədəfini düzgün dəyərləndirmədiyindən, yolu tanımadığından, həm də çalışmadığından məqsədinə çatmır. Dünyasına çatmırsa, təbii ki, axirətini də itirir. Əgər bu arzudan ötəri çalışıb ona çatsa, axirətini də təmin edə bilər. Amma əgər çalışmayıb, yalnız arzularla yaşasa, həm dünyasını, həm də axirətini əldən verər. Axirət məlumatları və məqsədlərinə münasibətdə də belə bir hal mövcuddur. Axirət məqamına, övliya dərəcəsinə çatmaq istəyən kəs zəhmət çəkməyib, sırf «inşaəllah» deməklə istəyinə nail olmaq istəyirsə, boş xülyalara uymuşdur.
    Qurani-kərim bu sayaq arzu və xəyalpərəstliyə bariz nümunə olaraq, kitab əhli adından nəql edir: «Cəhənnəm odu yalnız bir neçə gün bizi incidər».(Bəqərə surəsi ayə 80)Allah-təala Bəni-İsrail qövmünə firavan nemət əta etdi və onlara xeyli lütf göstərdi. Quranda da bir neçə yerdə Allahın onlara verdiyi maddi və mənəvi nemətlər bəyan olunmuşdur. Allahın sonsuz nemət və lütfü səbəbindən onlar qürrələnmiş, güman etmişdilər ki, Allah yanında çox əzizdirlər. Onlar xüsusi qeyd edərdilər: «Biz Allahın övladları və dostlarıyıq».(Maidə surəsi ayə 18) «Allah övladlarını və dostlarını cəhənnəmə aparmaz, Bəni-İsraildən kimsə böyük günaha yol versə də, bir neçə gün əzaba düçar edilə bilər və nəhayət qurtular»,-deyirdilər. Quran bu sözlərə münasibətdə buyurur: «Bu onların arzularıdır».(Bəqərə surəsi ayə 111) Onlar bu sözləri hansı dəlilə əsasən dilə gətirir, əmin olurdular ki, həqiqətən də səadətə çatacaqlar, əzabdan qurtulacaqlar? Hansı əsasla danışır və belə bir əqidəni izhar edirdilər? «Dediklərinizə dəliliniz varsa, dəlilinizi gətirin».(Həmin mənbə) Bu iddialar bir arzudur. Özü də əsassız, özülsüz, bir arzu. Nə üçün ümid edirlər ki, hökmən cəhənnəmə yox, behiştə gedəcəklər? İnsan öz arzusunu tanımalı, bilməlidir ki, belə bir şey əldə etmək mümkündürmü? Arzunun gerçəkləşmə üsulu müəyyən olmalıdır. Behişitin mövcudluğu və müyəssərliyi düzgün və aşkardır. Amma hansı yolla ona çatmaq olar? Bəni-İsraildən olmaq kifayət edirmi? Behiştə qovuşmaq üçün şiə olmaq kifayətdirmi? Bəli, şəfaət həqiqətdir. Amma onun şərtləri var və bu şərtlər ödənməlidir. Allahın bir şəxslə dostluğu, qohumluğu yoxdur. Allaha itaət edən şəxs Onun dostu, günah edənlərsə Onun düşmənidir. İtaət əhli olan Allah dostları bəzən büdrəyir, günaha batırlar. Amma xüsusi bir şəraitdə müxtəlif yollarla ilahi əzabdan qurtula bilərlər. Şəfaət budur ki, əvvəla, insan Allah-təalanın və Əhli-beytin (ə) dostu olsun. İkincisi, itaət-ibadət əhli olsun. Üçüncüsü, insan təsadüfən günaha batsın və əsas məqsədi ilahi hökmlərə itaət olsun. Amma Əhli-beytlə (ə) sırf dostluq iddiasına əsasən behiştə daxil olmaq olmaz. Bu yalnız xam xəyaldır. Hər halda, istər dünya, istər axirət işlərində əsassız arzulara ümid bağlamaq olmaz və bu münasibət ağıla müvafiq deyil. Əksinə, əsassız arzulara ümid axmaqlıqdır və bu ümid insanı dünya və axirət məqsədlərinə çatmağa qoymur.

    Category: Əbədi öyüd (ikinci cild) | Views: 970 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024