İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 23 » Əbədi öyüd (ikinci cild)
    8:34 AM
    Əbədi öyüd (ikinci cild)
    OTUZUNCU DƏRS
    QIZILI (NADİR) FÜRSƏTLƏR
    «Əzm və iradə uzaqgörənlikdəndir. Süstlük fürsətin əldən verilməsi səbəblərindəndir. Hər axtaran tapası deyil. Hər müsafir geri dönməz. Azuqəni zay etmək də bir zərərdir. Hər bir işin sonu var. Çox olsun ki, kiçik bir xeyir onun çoxundan üstün olsun. Qədərsiz köməkçi faydasızdır. Üzrün (düzəldiləsi səhvin) varsa, gecədən keçməyə qoyma. Helmə üstünlük verən böyük oldu. Anlamaq ardınca gedən elmini artırdı. Xeyir əhli ilə görüş qəlbi abad edər. Zaman atı (miniyi) sənə ram ikən ondan istifadə et.» («Nəhcül-bəlağə».)
    Bəzən insan gələcəkdə daha yaxın fürsətlərin olacağını güman edərək əlindəki fürsəti itirir. Adətən, belə hallarda yubanmaq, işi təxirə salmaq Allah-təalanın nemətlərinin əldən çıxmasına səbəb olur. Şeytan daim vəsvəsə edir ki, «qorxma, gec olmaz, gələcəkdə daha geniş imkanların olacaq, bu işi daha yaxşı şəkildə görə bilərsən» və s. Əmirəl-möminin Əli (ə) insanı şeytanın bu hiyləsindən qurtarmaq üçün xəbərdarlıq edir ki, işi təxirə salıb səbr etmək heç də həmişə faydalı olmur. Əksinə, bəzən ehtiyat tələb edir ki, insan öz işlərini sürətlə yerinə yetirsin. Çünki gələcəkdə belə bir fürsət ələ düşməyə də bilər. «Əzm və iradə uzaqgörənlikdəndir». Uzaqgörənlik və ehtiyat heç də həmişə tələb etmir ki, iş təxirə salınsın. Olsun ki, bəzən işi sürətlə görmək daha faydalı olur. İşin təxirə salınması heç də həmişə xeyirli deyil. İşi yalnız o zaman təxirə salmaq olar ki, gələcəkdə daha münasib fürsətin ələ düşəcəyinə əminlik olsun.
    HƏR AXTARAN AXTARDIĞINI TAPMIR
    Söhbətimizin bu yerinədək Həzrət Əlinin (ə) uyğun kəlamının bir mənasını zikr etdik. Amma ötən müqəddimələrə əsasən ehtimal olunur ki, daha bir məna mövcuddur. İndi bu barədə danışacağıq.
    Növbəti ifadələrdə buyurulur: «Hər axtaran tapası deyil». Bu, uyğun cümlənin ən sadə tərcüməsidir. Məqsədə doğru can atan hər insan heç də həmişə hədəfə çatmır. Hər axtaran axtardığını tapası deyil. Səfərə çıxmış insanların hamısı geri qayıtmır. Səfərə çıxmış şəxs geri dönməyə də bilər. Amma bu kəlamın batinində digər bir məfhum da gizlənmişdir. Bu məfhumu anlamaq üçün bir neçə nöqtəni aydınlaşdırmalıyıq. Əvvəla, bu təbir hansı hal üçün deyilmişdir? Məlum məsələdir ki, səfərə çıxmış şəxs bəzən geri qayıdır, bəzən isə yox. Eyni qayda ilə, müəyyən məqsəd ardınca gedən insan bəzən məqsədə çatır, bəzən isə yox. Bəs uyğun ifadə burada hansı məsələni aydınlaşdırmaq üçün işlədilmişdir? Həzrət (ə) öz dinləyicisinə hansı məsələni aydınlaşdırmaq, hansı hikməti öyrətmək istəyir?
    Bəzi təfsirçilər və şərhçilər bu ifadənin açıqlanmasında bildirmişlər ki, bəzi naşı insanlar getdikləri yolda məqsədə hökmən çatacaqlarını zənn edirlər. Belə bir təsəvvürlə meydana girdiklərindən, müvəffəq olmadıqda ümidlərini itirib, süstləşirlər. Belə bir müvəffəqiyyətsizlik onlarda bütün işlərə qarşı ümidsizlik yaradır. Deyirlər ki, filan işə başladıq, amma heç bir nəticəsi olmadı. Düşünürlər ki, heç bir işdə uğur qazana bilməzlər və özlərini bədbəxt hesab edirlər. Güman edirlər ki, hansı qapını döysələr, həmin qapı açılası deyil. Ona görə də söhbətin bu yerində ümidsizliyi aradan qaldırmaq üçün buyurur: «Hər axtaran tapası deyil». İnsanın nəzərinə çatdırılır ki, əgər bir işdə məqsədə çata bilmişsə, süstləşib, özünü uğursuz hesab etməsin. Yola çıxmış insanın bəzən məqsədə çata bilməməsi dünyanın təbii gedişatlarındandır. İnsan gördüyü işin nəticəsinə o qədər bağlı olmamalıdır ki, müvəffəq olmadıqda ümidini itirsin. Əksinə, ümidli olmaq və inanmaq lazımdır ki, nəticə əldə olunacaq. Amma əvvəlcədən bu da nəzərdə saxlanılmalıdır ki, iş uğursuzluqla nəticələnə bilər. İnsanın işin nəticəsinə ifrat bağlı olması nəticə alınmadıqda məyusluq doğurur. Bəzən insan seçdiyi yolda çox arxayın hərəkət edir, heç bir eniş-yoxuş gözləmir. Belə bir gümanla yola çıxdıqda qarşılaşılan hər hansı çətinlik insan üçün o qədər gözlənilməz olur ki, o, azca büdrəyən kimi süstləşir. Amma yola çıxarkən nəzərdə tutsaq ki, bu yolun eniş yoxuşları var, büdrədikdə özümüzü itirmərik və çıxış yolu axtararıq. İnsan bir məqsədə doğru hərəkət edərkən yolun problemlərini əvvəlcədən nəzərdə saxlayarsa, bu çətinlikləri adlamaq üçün əvvəlcədən tədbirlər hazırlayar.
    Həyati işlərdə də vəziyyət eyni formadadır. Əgər insan elə düşünsə ki, başladığı istənilən işə hökmən müvəffəq olacaq, müvəffəqiyyətsizliklə rastlaşan kimi məyus olub, meydanı tərk edəcək. Olsun ki, bu halda yaşamaq həvəsi də azalar. Bu sayaq yanlış düşüncəyə malik olan insanların əksəriyyəti məhz bu yersiz təfəkkür ucbatından daim müvəffəqiyyət gözləyirlər. Onlar əsassız yerə müvəffəqiyyətə ümid bəslədiklərindən müvəffəq olmadıqda psixoloji sarsıntı keçirirlər. Amma insan nəzərdə saxlasa ki, getdiyi yolda çətinliklər də ola bilər, müvəffəq olmadıqda üzülməz. Belə düşünən insanlar anlayırlar ki, nəticəyə çatmaq heç də mütləq deyil. Ona görə də bir işdə müvəffəq olmadıqda işdən soyuyub yaşamaq ümidlərini itirmirlər. «Hər axtaran tapası deyil. Hər müsafir geri dönməz». Sözsüz ki, ardınca getdiyimiz bütün işlər düzələsi deyil. Müəyyən işlərdə müvəffəqiyyətsizlik də ola bilər. Hər səfərə çıxanın geri dönməsi mütləq deyil. Səfərə çıxmış insanın geri dönməyəcəyi də ehtimal olunmalıdır.
    FÜRSƏTİ NECƏ QƏNİMƏT SAYAQ?
    Deyilənlər uyğun ilahi kəlamın mənasına münasibətdə bir ehtimal idi. Amma əvvəl deyilənlərə əsasən, digər bir məna da mövcuddur. Əgər deyilirsə işin təxirə salınması bəzən məhrumiyyətlə nəticələnir, məqsəd budur ki, ilk fürsət ələ düşən kimi növbəti fürsət gözlənilmədən işə başlanılsın. Çünki, doğrudan da, hər axtaran tapası deyil. Fürsətin qənimət sayılması haqqında Həzrətin (ə) kəlamı tələb edir ki, şeytanın vəsvəsələrinin dəfi, tənbəlliklə mübarizə üçün ilk fürsətin qədrini bilək. Nəzərdə saxlamalıyıq ki, münasib fürsət ikinci dəfə ələ düşməyə də bilər. Məsələn, fəhlə özünə deyərsə «bu gün işləməyim mühüm deyil, ehtiyatda olan puldan xərcləyərəm», nəzərdə tutmalıdır ki, sabah fürsət olmaya da bilər. Məsələn, tələbə belə düşünərsə ki, «bu gün dərs oxumaq bir o qədər də mühüm deyil, sabah oxuyaram», o da nəzərdə saxlamalıdır ki, sabah başqa problemlərlə üzləşə bilər. Demək, Həzrət Əli (ə) bildirmək istəyir ki, günü günə satıb, bu günün işini sabaha, sabahın işini o biri günə saxlamaq düzgün deyil. Olsun ki, sabah da müvəffəqiyyət üzə gülməyə. Məgər insan istədiyi vaxt müvəffəq ola bilərmi?! Əlbəttə ki, yox! Fürsəti qənimət bilin, əgər bu gün imkan varsa, işi sabaha saxlamayın.
    Başqa sözlə, Həzrət Əli (ə) insanları fəaliyyətə həvəsləndirir, onları süstlük və tənbəlliklə mübarizəyə qaldırır. Həzrət (ə) bizə öyrədir ki, əgər şeytan bu günün işini sabaha saxlamağa çağırırsa, ona deyək: sabah başqa problemlərlə üzləşə bilərik. Axı sabaha müvəffəq olacağımıza kim zəmanət verə bilər?! Axı sabah da müvəffəqiyyətsizliklə üzləşmək mümkündür. Əgər bu gün çalışsaq, ən azı işimizin bir hissəsini görə bilərik. Sabah isə ortaya elə bir problem çıxa bilər ki, əlimiz boşda qalar. Hər halda Həzrət Əlinin (ə) ilahi kəlamından belə bir məna da əldə olunur ki, insan açıq gözlü olub, fürsətləri qənimət saymalı, öz işlərində süst və tənbəl olmamalıdır. Eləcə də, işin nəticəsinə göz dikməməliyik. Çünki bu halda hər hansı müvəffəqiyyətsizlik insanın həyat həvəsini azaldır.
    TƏQVASIZ MÜSAFİR DÜNYADA DA NAKAMDIR
    Həzrət Əli (ə) buyurur ki, ziyankarlıqdan biri də insanın öz azuqəsini məhv etməsidir. İnsan yol azuqəsini bir kənara atıb, onu nə vaxtsa yenidən əldə edəcəyini düşünürsə, özünü quyuya atmış kimidir. Azuqəni əldən vermək insanın özünü məhv etməsi deməkdir. Quran və din övliyalarının dilində iman əhli üçün azuqə təqvadır. Demək, azuqəsini zay edən insan təqvasını əldən vermiş olur. Təqvasını itirmiş insan isə yol azuqəsini itirmiş müsafir kimidir. Sözsüz ki, belə bir münasibət insanın məhvi ilə nəticələnir.
    «Çox olsun ki, kiçik bir xeyir onun çoxundan üstün olsun». İnsanın əlinə düşmüş fürsətdən istifadə etməməsinin səbəblərindən biri daha böyük xeyirlər axtarmasıdır. Bəzən insan bugünkü işi yalnız az xeyirli olduğu üçün təxirə salır. Düşünür ki, sabah daha yaxşı hazırlıqla başqa bir işi yerinə yetirər və daha böyük nəticələr əldə edər. Belə bir düşüncə tərzi insanın əlindəki işə laqeyd münasibətə sövq edir və insan günün işini təxirə salır. Düşünür ki, daha yaxşı hazırlıqla işə başlasa, faydası daha çox olar. Hansı ki, belə bir düşüncə tərzi tamamilə yanlışdır. Bunu da qeyd etmək lazımdır ki, əgər insan sabah daha yaxşı şəraitin olacağına əmin olduğundan bugünkü enerjisini qoruyursa, bu günün işini təxirə sala bilər. Təsəvvür edin ki, bu gün on faiz qazanc verəsi bir alış-veriş etmək imkanınız var. Amma bu işi sabaha saxlasanız iyirmi faiz qazancı olası bir iş görmək mümkün olacaq. Bu halda bu günün alış-verişini təxirə salıb, sabahkı alış-verişi gözləmək daha münasibdir. Əgər sabahkı iş sizdən bu günün sərmayəsini və enerjisini tələb edirsə, bu yerdə sabahkı işi gözləmək daha məqsədəuyğun olar. Ağıllı insan belə bir məqamda düşünür ki, nə üçün iyirmi faizlik qazancı qoyub, on faizlik qazancın ardınca getməlidir? Beləcə, bu günün işini saxlayıb, sabaha hazırlıq görür. Əgər iki işdən yalnız birini görməyə macal varsa, daha faydalı işi seçməliyik. Amma hər iki işi görmək mümkün olduqda işlərin birini təxirə salmayın. Məsələn, bu gün on faiz qazanc verəsi işiniz sabah iyirmi faiz qazanc verəsi işə mane olmursa, hər iki işi görməyə çalışın. Məlum məsələdir ki, bu halda hər iki işdən faydalanmış olarsınız. Məsələn, bir şəxs düşünür ki, sabah 13-cü rəcəb, «əyyamul-bəyz» adlı gündə oruc tutmağın savabı daha böyükdür və buna görə də həmin gün (12-si rəcəb) oruc tutmağı təxirə salır. Amma hər iki günü oruc tutmaq imkanı varsa, bu fürsəti əldən qaçırmamalıyıq. Əgər rəcəbin həm 12-ci, həm də 13-cü günü oruc tutmağa imkanımız varsa, nə üçün bu savabdan məhrum olmalıyıq?! İşin az savablı olmasını əsas götürüb, onu təxirə salmaq ağıllı iş deyil. Amma iki işdən yalnız birini görmək mümkündürsə, daha faydalı və daha savablı işi seçmək lazımdır. Deyilənlər bütün maddi və mənəvi, dünyəvi və üxrəvi işlərə şamildir. Demək, bəzən az qazancla kifayətlənmək daha xeyirlidir. Axı, doğrudan da, bəzi az qazanc bəzi çox qazancdan daha xeyirli ola bilər.
    «Nəhcül-bəlağə»nin bəzi şərhçiləri uyğun təbirlərə münasibətdə başqa bir mənada bəyan etmişlər. Onların nəzərincə, Həzrət (ə) az qazanc, fayda dedikdə «az halal», çox qazanc, fayda dedikdə «çox haram» nəzərdə tutmuşdur. Yəni az da olsa, halal qazanc ondan artıq haram qazancdan üstündür. Demək, insan halal qazancdan qaçmamalıdır. Uyğun izahat bir o qədər də münasib görünmür. Çünki «halal və haram» ifadələri «az və çox» ifadələrindən xeyli fərqlidir. Həzrətin (ə) buyuruğunda «halal və haram» yox, «az və çox» müqayisə olunmuşdur.
    ÜZÜRXAHLIQ TƏXİRƏ SALINMAMALIDIR
    Bu qısa kəlamlarda mühüm öyüdlərdən biri də budur ki, əgər bir işdə səhvə yol verilmişsə, bu səhv yubadılmadan aradan qalıdırılmalıdır. Bir çox insanlar, demək olar ki, öz səhvlərini aradan qaldırmaq barədə düşünmürlər. Bəzən isə bu iş təxirə salınır. Əgər bir şəxsə qarşı hörmətsizliyə yol vermişiksə, ondan dərhal üzr istəməliyik. Belə bir üzürxahlığı yubatmaq olmaz. Bəzən də diqqətsizlik ucbatından insan elə yersiz bir hərəkət edir ki, başqalarına zərər toxunur. Əgər bu zərəri aradan qaldırmaq mümkündürsə, görüləsi tədbir təxirə salınmamalıdır. Həzrət (ə) buyurur: «Üzrün varsa, gecədən keçməyə qoyma». Yəni gecəni səhvinlə qol boyun yatma! Nə qədər ki, gecə düşməyib, öz nöqsanlarına çarə qıl! Əgər bir şəxsdən üzr istəməyə borclusansa, üzr istə və sonra rahat yat! Əgər öz diqqətsizliyini, əldən verdiyin faydanı bərpa etmək istəyirsənsə, bu işi sabaha saxlama. Olsun ki, sabah bu işə müvəffəq ola bilməyəsən, ikinci, vaxt ötdükcə kin-küdurət arta bilər. Üçüncü, zaman keçdikcə kin-küdurəti aradan qaldırmaq çətinləşir. Təsəvvür edin ki, ağzınızdan münasib olmayan bir söz çıxıb, əgər dərhal üzr istəsəniz, qarşı tərəfin narahatlıq və narazılığı aradan qalxar. Amma belə bir üzürxahlığı yubatdıqda qarşı tərəf özünə münasibətdə hörmətsizlik edildiyini düşünür. Beləcə, kin üstünə kin gəlir. Özünüz də bu halı təcrübədən keçirə bilərsiniz. Məsələn, bir şəxs sizə qarşı kobudluq etmişdirsə, günlər ötdükcə kin üstünə kin gəlir və sizin narahatçılığınız daha da artır. Amma kobudluq edən şəxs sizdən dərhal üzr istədiyi vaxt hər şeyi unutmaq daha da asan olur. Beləcə, üzürxahlığı gecədən keçməyə qoymayın. Öz çirkin işlərinizi, yersiz rəftarlarınızı, büdrəmələrinizi dərhal aradan qaldırın.
    Qeyd olunan məsələ insanın Allaha bəndəlik yolunda batdığı günahlara münasibətdə daha böyük əhəmiyyət kəsb edir. Həzrət Əli (ə) digər kəlamlarında uyğun məsələyə toxunaraq buyurur: «Öz günahlarınızdan tövbə etməkdə tələsin və tövbəni təxirə salmayın». Həzrətin (ə) öz buyurduğuna əsasən, bu cümlələrdən həm dünya əhli, həm də axirət əhli istifadə edir. «Üzrxahlığı təxirə salmayın» buyuruğu həm bəndənin dünya həyatı üçün faydalı olan Allah bəndəsi qarşısında üzrxahlığa şamildir, həm də günahların bağışlanması üçün faydalı olan Allah qarşısındakı üzürxahlığı əhatə edir. Hər iki məqamda yubanmadan hərəkət etmək zəruridir. Demək, hər hansı səhvə yol vermisinizsə, onu aradan qaldırmağa tələsin. Əgər bu işi yubatsanız, aradakı kin-küdurət artar və axirət cəzanız daha da ağırlaşar.
    DÖVRÜN İMKANLARINDAN FAYDALANMADA ORTA HƏDD-ETİDAL
    Həzrət (ə) sözünün davamında bədii və gözəl bir təşbih işlədir: «Dövrün miniyi sənə ramikən ondan istifadə et». Həzrət (ə) bu oxşarsız və ilahi buyuruğunda dünyanı bir miniyə (dəvəyə) bənzədir. Buyurulur ki, bu dəvəyə süvar olmuş insan onu aram-aram sürüb, məqsədə çata bilər. Amma bu ehtimal da var ki, həmin dəvə tərslik göstərib, bizi məqsədə çatmaqdan məhrum edə. Ona görə də bu dəvə tərsliyə başlamamış ondan istifadə etmək lazımdır. Əgər bugünkü dəmir minikləri misal çəkəsi olsaq, deməliyik ki, istər avtomobil, istər təyyarə, istərsə də qatar qəzaya uğraya bilər, mühərriki işdən düşər. Beləcə, yolumuz yarımçıq qalar. Nə qədər ki, belə bir hal yaranmayıb, cəld hərəkət etmək lazımdır. Bu minik yaxşı bir minikdir, amma tərslik etdiyi halda yolumuzu davam edə bilməyəcəyik. Demək, nə qədər ki, bu minik ram olmuşdur, ondan istifadə edilməlidir. Bu miniyin hövsələsini daraltmayın ki, sizi yerə vursun. Onunla yumşaq rəftar edin ki, lazımınca bəhrələnə biləsiniz. Bu ifadələr ilk baxışdan olduqca sadə görünür. Amma onun batinində örtülü nöqtələr vardır. Hər birimiz gündəlik həyatımızda bu məsələnin nümunələri ilə rastlaşırıq. Məsələn, elə bizim bədənimiz də bir minik kimidir. Biz ondan istifadə edir, amma, adətən, nəzərə alırıq ki, bu bədənin qüvvəsi məhduddur. Qidalanmada, istirahətdə, sağlamlığın qorunmasında biz bu bədən ehtiyaclarının tələblərini çox az nəzərə alırıq. Unutmayın ki, bu bədənin imkanları məhduddur. Bu miniyin qüvvəsini nəzər alın. Onun ictimai mövqeyini, iqtisadi imkanlarını nəzərdən qaçırmayın. Bu minikdən lazım olan həddə bəhrələnməliyik. Onun qüvvəsi və imkanı əbədi deyil. Ona görə də həmin imkan və qüvvədən Allah və Allah bəndələri yolunda istifadə etmək, ifrat və təfritdən çəkinmək lazımdır. Məsələn, sinif otağı, müəllim, məktəb, dost, yaxşı qonşu, bütün bunlar Allahın bizə verdiyi nemətlərdir. Bu nemətlərdən lazımi qaydada, ideal şəkildə istifadə edilməlidir. Heç şübhəsiz ki, bu nemətlər bir gün əlimizdən çıxasıdır. Olsun ki, bu nemətlərdən istifadə edilməzsə, insan zərərə düşər. Dəlisovluğu tutmuş minik nəinki insanı mənzilə çatdırmır, hətta onu yerə çırpır, həyatı üçün təhlükə yaradır. Demək, nə qədər ki, bu nemətlərdən zərər görməmişik, icazə verilmiş həddə onlardan istifadə etməliyik.
    Category: Əbədi öyüd (ikinci cild) | Views: 852 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024