İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1820
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » November » 23 » Əbədi öyüd (ikinci cild)
    8:24 AM
    Əbədi öyüd (ikinci cild)
    QIRX BIRINCI DƏRS
    İNSANLIQDAN
    «O adamlardan olma ki, yalnız məcbur edildikdə nəsihətdən bəhrələnirlər. Həqiqətən, aqil şəxs nəsihəti ədəblə qəbul edir, dördayaqlı isə yalnız qamçı ilə».
    İNSANIN RƏFTARINDA MEYLLƏRİN ROLU
    Belə bir sual çoxlarına cavabsız görünə bilər ki, nə üçün insan nəsihətlərə, ayə və rəvayətlərin göstərişlərinə bir o qədər də əməl etmir? İnsanın heç bir öyüd-nəsihətsiz doğru yolu seçib, bu yolda hərəkət edilməsi üçün nə etmək lazımdır? Bu sual həyati əhəmiyyət daşıdığından ona cavab verilməsi çox mühümdür.
    Şübhəsiz ki, bütün canlılar kimi, insanın da əməl və rəftarları hansısa məqsəd daşıyır. Əgər heyvan ot yeyirsə, onun məqsədi tox olmaqdır. Əgər insanda da belə bir xüsusiyyət varsa, demək, onun da belə bir məqsədi var. İstənilən bir əməl hansısa meyldən yaranır.
    Eyni bir hədəfə doğru müxtəlif meyllərlə hərəkət edilməsi mümkündür. Bəzən bir neçə meyl eyni hədəfə doğru aparır. Amma heç bir əməl məqsədsiz olmur. Hətta bir şəxs parkda gəzirsə, onun da hansısa məqsədi var. Bu insandan soruşduqda ki, onun gəzişməsinin məqsədi nədir, cavab verməkdə çətinlik də çəkə bilər. Amma onu gəzməyə vadar edən daxili bir tələbat vardır. Allah-təala bütün insanların daxilində belə bir meyl qoymuşdur. Bu meyl başqa canlılarda da müşahidə olunur. İstər insan, istərsə də digər canlılar qidalanmaqdan ləzzət alırlar. İnsanın daxilində onu müxtəlif işlərə sövq edən çeşidli meyllər mövcuddur. İnsanın meyli bir şey istəyirsə, o yubanmadan bu istəyin ardınca gedir. Əlbəttə ki, belə bir istəyin həyata keçməsinə maneçilik yoxdur. Bir neçə meyl eyni zamanda baş qaldırdıqda bu meyllərdən biri qabağa düşür. Məsələn, insan həm ləzzət almaq, həm də rahat olmaq istəyir. Ləzzətə çatmaq üçün əziyyətə düşmək lazım olduğundan insan rahatlıq meylini üstün tutub, ləzzət ardınca getmir. Rahatlıq istəyində olan adamlar bir çox meyllərini susdururlar. Macəraçı adamlar isə əksinə, daim öz meyllərini təmin etmək ardınca qaçırlar.
    MEYLLƏRİN OYANMASINDA VƏ GÜCLƏNMƏSİNDƏ TƏSİRLİ OLAN AMİLLƏR
    İnsanla heyvan arasında müştərək meyllər mövcuddur. Bu meyllərin yaranmasında da müxtəlif amillər vardır. Məsələn, təcrübədə sübut olunmuşdur ki, insanda cinsi meyli oyadan fizioloji səbəblərdir. Amma elə meyllər də vardır ki, onların oyanması hansısa orqanla əlaqəli deyil. Bu meyllərin oyanmasında psixoloji amillər fəaldır. Məsələn, insan hörmət umacağında olur. Bu meyl insan orqanizmindəki hansısa üzvün tələbi ilə yaranmır. Hörmət istəyini yaradan psixoloji amillər mövcuddur. Demək, bəzi meyllər orqanizmlə, bəzi meyllər isə ruhla bağlıdır.
    İnsanın Allahla ünsiyyətə ehtiyacı qeyri-üzvi, ruhani meyllərdən yaranır. Allahla ünsiyyət meylinin ruhla bağlı səbəbləri vardır. Bəzən bu meyl o qədər qüvvəli olur ki, insan uğur qazanmaq üçün bütün çətinliklərə, o cümlədən aclığa, yuxusuzluğa, min bir əzab-əziyyətə dözməyə hazır olur.
    MEYLLƏR ARASINDAKI TƏZAD
    İnsanın təbii meyllərə nə dərəcədə tabe olması mövzusu geniş vaxt tələb etdiyindən bu barədə danışmaq fikrindən daşınırıq. Amma qeyd etməliyik ki, bu meyllərin güclənməsində və ya zəiflədilməsində insan mühüm rol oynayır. Demək, bu meyllərə nəzarət etmək mümkündür. Məsələn, moizə dinləmək, dualar oxumaq insandakı ilahi meylləri gücləndirir. Əxlaqi göstərişlərə əməl olunması, müqəddəs dinin ayinlərinə bağlılıq insandakı ilahi meyllərin çiçəklənməsi ilə nəticələnir.
    «Şəbaniyyə» münacatında çox ibrətamiz bir təbir vardır: «Ey mənim Allahım! Məndə elə bir güc olmadı ki, sənə itaətsizlikdən kənarlaşa biləm. Yalnız dostluq və məhəbbətin üçün məni oyatmağın həmin məqamda yardımçım oldu». Bu təbirdə insan vücudundakı iki qüvvə xatırladılır. Bunlardan biri günaha, o biri isə savaba doğru çəkən qüvvədir.
    Qurani-kərimdə də insanı iki müxalif qütbə doğru çəkən qüvvələr haqqında danışılır. Bu cəhətlərdən biri Allaha, digəri isə onun əksinə yönəlmişdir. Daxili bir qüvvə insanı Allaha doğru cəzb edib, onun qəlbini ilahi məhəbbətlə doldurur. Digər bir qüvvə isə insanı nəfs istəklərinə doğru çəkən şeytani qüvvədir. Bu qüvvə insanda vəzifə, var-dövlət, firavan həyat həvəsi yaradır. Yuxarıda zikr olunmuş münacatda insanı Allaha doğru çəkən qüvvə əks qüvvədən böyük tanıtdırılır. Bu qüvvə insanı nəfs istəklərindən uzaqlaşdırıb, Allaha doğru sövq edə bilir. Əgər bu amil güclənərsə, insan qeyri-ilahi qüvvələrin əsarətindən rahatlıqla qurtula bilər.
    Elmi araşdırmalar da təsdiq edir ki, insan müxtəlif qüvvələrin təsir mərkəzindədir. Bu qüvvələrin hərəsi insanı bir tərəfə çəkir, onu hansısa fəaliyyətə sövq edir. İlahi məhəbbət cazibəsində olanlar heç vaxt şeytana uymur, onun vəsvəsələrinə təslim olmurlar. Peyğəmbərin göndərilməsi, ilahi kitabların nazil olması insanın vücudundakı meylləri tarazlamağa xidmət edir. Sadalanan vasitələr insandakı ilahi meylləri dirçəldir və onların cazibəsini gücləndirir ki, insan qeyri-ilahi qüvvələrin hücumlarından qoruna bilsin.
    İnsana bu keşməkeşlərdə yardımçı olan amillərdən biri yaranış aləminin əvvəlinə diqqət göstərilməsidir. Əgər insan inansa ki, varlıq aləminin yaradıcısı Allahdır və bütün işlərin tədbiri Onun əlindədir, Ona təvəkkül edər. Bəli, bəzən insan bu həqiqətə inansa da, əməl məqamında öz inamını unudub, başqa cür hərəkət edir. Məhz bu vaxt vaizlərin və əxlaq müəllimlərinin nəsihətləri ona köməkçi ola bilər. Moizənin rolu odur ki, insandakı inamları diri saxlasın və bu həqiqətləri daim ona xatırlatsın. Uyğun həqiqətləri daim xatırlayan insan heç vaxt itaətsizlik göstərmir.
    İNSANLIQLA HEYVANLIQ ARASINDAKI SƏDD
    İnsanı heyvandan fərqləndirən əsas cəhət onun öz meyllərinə təsir göstərə bilməsidir. İnsan öz meyllərini idarə edə bilirsə, heyvanlarda belə bir qabiliyyət yoxdur. Əslində elə insanın insanlığı da bundadır ki, o öz meyllərini tənzimləyə bilir.
    İnsan edə bilər ki, öz ilahi meyllərini dünyəvi meyllərindən üstün tutsun və bu ilahi meylləri gücləndirsin. İnsan moizə və nəsihətdən, elm və bilikdən faydalanaraq, öz meyllərini idarə edə bilər. Hansı ki, heyvanlarda belə bir istedad yoxdur. Heyvana onun meylləri hakimdir və onun meyllər ardınca getməkdən savay yolu yoxdur. Məsələn, heyvan üçün fərqi yoxdur ki, qida haradan və hansı yolla əldə olunub. O yalnız özünü doyurmaq məqsədindədir. Əgər insan da eyni şəkildə hərəkət etmiş olsa, heyvandan fərqlənməz. Qurani-kərimdə buyurulur: «Kafir olanlar eynən heyvanlar kimi yeyir, bəhrələnirlər və onların yeri atəşdir».(«Muhəmməd» surəsi, ayə 12.) Kafirlər, əqidədən məhrum olanlar eynən heyvanlar kimi qidalanırlar. Əlbəttə ki, möminlər də dünya ləzzətlərindən istifadə edirlər. Amma kafirlər bu işdə Allahın razılığını nəzərə almır, möminlər isə hədd gözləyirlər. İlahi və mənəvi dəyərləri ayaq altına almış kafirlər əslində heyvandan da alçaqdırlar.(Quran «Fürqan» surəsi, ayə 44)
    Öz insanlığımızı dərk etmək üçün araşdırmalıyıq ki, vücudumuzdakı hansı meyllərə üstünlük verməliyik? İlahi meyllər heyvani meyllərlə ziddirsə, hansı yolla hərəkət etməliyik? Ümumiyyətlə insan heyvan istəklərin caynağından qurtula bilərmi? Bəli, insanlıqla heyvanlıq arasındakı sərhəd bu nöqtədən ötüb-keçir. Təəssüf ki, bəzən heyvanlar öz heyvani istəklərindən çəkinsələr də, insan həmin istəklərin əsiri olduqda ifrata varır. Əkin sahəsinə daxil olmuş heyvan əkin sahibini gördükdə baş götürüb qaçır. Amma bəzi insanlar min dəfə cəzalandırılsalar belə, öz pis əməllərindən əl çəkmirlər. Bəzi heyvanlar müəyyən üsullarla təlim olunurlar. Bəzi insanlar isə peyğəmbərlə təmasda olmalarına baxmayaraq, tərbiyə olunmurlar. Əslində heyvanlar bəzi insanlardan daha asan tərbiyələnirlər. Məgər belə bir heyvan insandan üstün deyilmi?!
    Qeyd etməliyik ki, bir çox bəlalardan sonra günahdan əl çəkən insan da heyvandan üstün sayılmamalıdır. Çünki heyvan da bir yerdə palçığa batdıqda ikinci dəfə həmin yerdən keçmir. Əsl insan odur ki, Allaha məhəbbətin sayəsində öz rəftarlarını islah etsin. Yalnız bəlalardan sonra islah olmaq isə əsil insanlıq sayılmır.
    Vəsiyyətnamənin bu hissəsində Əmirəl-möminin (ə) buyurur ki, əgər heyvanlıq səddini aşıb insanlıq məqamına ucalmaq istəyirsinizsə, nəfs istəklərinizə qalib gəlməyə çalışmalısınız. Moizə və nəsihət, ilahi sevgi, Əhli-beytə (ə) məhəbbət yolu ilə öz səadətinizi təmin edin. Məbada, heyvanlar kimi qamçı gücünə nəsihət eşidəsiniz. Aqil insan yalnız öz ağlının köməyi ilə nəsihətləri qəbul etməli və ali məqsədə çatmalıdır.

    Category: Əbədi öyüd (ikinci cild) | Views: 517 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019