İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 23 » Əbədi öyüd (ikinci cild)
    8:37 AM
    Əbədi öyüd (ikinci cild)
    İYİRMİ ALTINCI DƏRS
    QƏLBİN PAK SAXLANILMASI
    «Haram yolla əldə olunan təam pis təamdır, zəifə edilən zülm ən çirkin zülmdür. Çirkin iş, adı kimi çirkin olar və çətinliklərə dözmək qəlbi pak saxlayar. Müdara (xoş keçinmə) sərtlik hesab olunan yerdə sərtlik müdaradır. Nə çox ki, dərman dərd ola, dərd dərman. Nə çox ki, nəsihət göznəlilməyən kəs nəsihət versin və nəsihət istənilən şəxs xəyanət etsin.» («Nəhcül-bəlağə».)
    Əmirəl-möminin Əlinin (ə) oğlu imam Həsən Müctəbaya (ə) vəsiyyətinin üçüncü hissəsi ümumi moizələr şəklində bəyan olunmuş qısa cümlələrdir. Bu dürlü ifadələrin həm dünya həyatında təsdiqi var, həm də axirət səadəti üçün faydalıdır. İndi isə Allah-təalanın yardımı (tövfiqi) həddində bu nurani cümlələrin izahına başlayırıq. İnşaəllah, faydalı olar.
    Deyildiyi kimi, bu şərif vəsiyyətnamənin nüsxələri, ifadələrin sayı, onların təqdimi və təxiri cəhətdən bir-birlərindən fərqlənirlər. Ona görə də nüsxələrdəki ziddiyyətlərdən pəhriz üçün bu vəsiyyəti şərif «Biharul-ənvar» kitabından oxuyuruq. Bəzi kitablarda «Haram yolla əldə olunan təam pis təamdır...» ifadələri tam verilməmiş, digər bəzi nüsxələrdə isə müxtəlifliklər mövcuddur. İndi isə bu nöqtəni nəzərdən qaçırmamaqla Həzrətin (ə) kəlamının aydınlaşdırılması və təfsirinə başlayırıq.
    DÜNYA MALINDAN BƏHRƏLƏNMƏYİN MEYARI
    Müttəqilər imamı Əli (ə) bu hissədə buyurur: «Haram yolla əldə olunan təam pis təamdır ...» Bu cümləni iki cür təfsir etmək olar:
    a) İlkin olaraq deyə bilərik ki, bir insan, adətən, dünya işlərini dəyərləndirmək, onlardan bəhrələnmək və ya pəhriz etmək üçün ölçüdən istifadə edir. Həmin ölçü əsasında işləri qiymətləndirir və bu işlərə münasibətdə vəzifəsini müəyyənləşdirir. Məsələn, bir şəxs özünə deyə bilər ki, mənim təbimə uyğun gələn nə varsa, yaxşıdır, təbimə uyğun gəlməyənlər isə pisdir. Ya da insan belə bir meyarı əsas götürür ki, nədən ki ləzzət alıram yaxşıdır, nədən ki ləzzət almıram pisdir və bütün dünyəvi işlərini bu meyar əsasında tənzimləyir.
    Həzrət Əlinin (ə) nəzərində isə bu sırf maddi meyarın heç biri düzgün deyil. Əksinə, mənəvi və ruhani meyar nəzərdə tutulmalıdır. Hər xoşa gələn qidanın yaxşı, hər xoşa gəlməyən qidanın pis sayılması düzgün fikir deyil. Ləzzət və tamsızlıq, təbəuyğunluq və qeyri-uyğunluqdan əlavə mənəvi meyar da nəzərdə tutulmalıdır. O qida yaxşıdır ki, dadsız da olsa halal olsun. O qida pisdir ki, şirin və dadlı da olsa, haram olsun. Bu təfsirə əsasən, təkcə zahiri meyarlarla kifayətlənməməli, mənəvi dəyərlərə də diqqət yetirilməlidir. Bu cəhətə görə deyə bilərik ki, Həzrətin (ə) «haram yolla əldə olunan təam pis təamdır» cümləsini bəyan etməkdə məqsədi, həqiqətən, dünyəvi ləzzətlərin mənəvi tərəfinə diqqət yetirilməsidir.
    b) Uyğun kəlam üçün verilə biləcək digər bir təfsir budur ki, Həzrətin (ə) məqsədi mütləq haramdır. Yəni Həzrətin (ə) kəlamı bu mənaya işarə edir ki, bizim gördüyümüz işlərin hamısı ruhumuzun formalaşmasına təsir göstərir. Bu dünyada qəbul etdiyimiz qidalar bədənimizdə əsər qoyur. Faydalı və sağlam qida bədənimizi inkişaf etdirir, bədənin sağlamlığını və enerjisini təmin edir. Qida zəhərli olsa bədən xəstələnər, növbənöv mikroblara yoluxar, bəzən də ölümlə çarpışmalı olar. Anoloji olaraq, insanın ruhu da onun dünyadakı yaxşı və pis əməllərinin nəticəsində sağlam və ya xəstə, diri və ya ölü ola bilər. Gördüyümüz işlər əslində ruhumuza təqdim etdiyimiz qidalardır. Pis, zəhərli qidalar orqanizmimizi xəstələndirdiyi kimi, günah və haram işlər də ruhumuzu xəstəliyə düçar edir. Ruhumuza təsir göstərən həmin bu əməllərimiz və rəftarlarımızdır. Necə ki, yediyimiz qidalar bədənə təsir göstərir, əməl və rəftarlar da ruhumuzda təsir qoyur. Bu təfsirə əsasən, Həzrətin (ə) kəlamının mənası budur ki, haram iş insan ruhunun pis qidasıdır. Bu izah əvvəlki izahdan daha əhatəli və yetərlidir.
    ƏN PİS ZÜLM
    Həzrət Əlinin (ə) digər bir sifarişi zəif adamlara zülm etməkdən çəkinməkdir: «Zəifə edilən zülm ən çirkin zülmdür». Zülmlərin ən pisi, ən çirkini zəif fərdlərə zülm edilməsidir. Aydındır ki, hər bir zülm pis və çirkindir. Zülm, yəni «həddi aşmaq», «başqalarının hüquqlarına riayət etməmək». Başqalarının hüququna riayət etməyən insan zülm etmişdir. Zülm edilən şəxs istər zəif olsun, istər güclü, bu əməl pis və çirkindir. Amma zəif adamların haqqı tapdalandıqda daha çox pis olur. Zəif fərdin vəziyyəti bir şəkildədir ki, bizim daxili hisslərimizi oyatmalı və o şəxsin himayəsinə vadar etməlidir. Yəni onun vəziyyəti mərhəmət və lütf tələb edir. İndi əgər onu himayət etmək, ona mərhəmət göstərmək əvəzinə başına vursaq, bu əməlimiz ikiqat zülm sayılar. Çünki vicdanın və ənənənin ziddinə əməl etmişik. Kömək etməməyimiz bir yana, onun haqqını tapdamışıq. Buna görə də uyğun əməl daha pisdir. Həqiqətən, belə bir əməl ikiqat zülmdür və daha çirkin sayılmışdır.
    Belə bir əməlin daha çirkin olmasının digər bir səbəbi budur ki, güclü öz haqqını müdafiə edə bilirsə, zəif öz haqqını müdafiə edə bilmir. İnsanın zalımcasına əməlləri zəif fərdə münasibətdə daha rahat və tam şəkildə yerinə yetir. Ona görə də zəifə edilən zülm daha zalım və daha rəhimsiz sayılır. Ona əsasən də, zəifin haqqını tapdamaq onun hüquqlarını görməzliyə vurmaq çox çirkin işdir.
    Hər halda Həzrətin (ə) bu kəlamı bizə xəbərdarlıq edir ki, məbada, özümüzdən gücsüz-qüdrətsiz bir şəxslə baş-başa gəldiyimiz vaxt onunla bacardığımız kimi rəftar edək. Hansı ki, zəiflərin zəifliyi bizi mərhəmətli rəftara dəvət edir. Belə olmasın ki, onlara kömək etməməyimizdən əlavə, onların aşkar hüquqlarını da tapdayaq. Məbada, müdafiə gücü olmayanlarla ən rəhimsiz şəkildə davranıb, onların haqqına təcavüz edək.
    Həzrət (ə) sözünün davamında buyurur: «Çirkin iş adı kimi çirkin olar». Bu təbir yeganə təbirlərdəndir və az insan onu dilinə gətirə bilər. Bildiyimiz kimi gördüyümüz işlərin bəzisi həm yaxşı, həm də pis iş kimi tanına bilər. Gördüyümüz işlərin əksəri belədir. Dəqiq desək, bizim əməllərimiz və işlərimiz əxlaqi mühakimə əsasında iki cürdür. Məsələn, «söhbət etmək», «yemək yemək», «yol getmək» kimi əməllər həm yaxşı ola bilər, həm də pis. Məsələn, söhbət etmək bir yerdə yaxşı və layiqli əməl ola bilər, digər bir yerdə isə çirkin və pis sayılar. Gülmək müəyyən bir yerdə yaxşı, digər bir yerdə pis hesab oluna bilər. İşin adı onun gözəl və çirkin olmasının göstəricisi deyil. Amma elə əməllər də vardır ki, onların adı həmin əməlin yaxşı və ya pis olmasını təyin etmək üçün kifayətdir və həmin ad uyğun əməlin yaxşı və ya pis olmasından danışır. Belə əməllər yalnız bir formada gerçəkləşir. Məsələn, «söyüş» sözü özü artıq pisliyi aşkar bildirir. Söyüşün nə üçün pis olduğunu sübut etmək üçün sübut gətirmək lazım deyil. Söyüşün adı onu pis bir iş saymağımız üçün kifayət edir. Çünki söyüş özü pis deməkdir. Ehsan pis ola bilmədiyi kimi, söyüş də yaxşı ola bilməz. Söyüşü pis saymaq üçün dəlil-sübuta ehtiyacımız yoxdur.
    Allah-təala Qurani-kərimdə buyurur: «Zinaya da yaxın düşməyin. Çünki o çox çirkin bir əməl, pis bir yoldur».(İsra surəsi ayə 32) Zinaya yaxınlaşmamağın dəlili onun çirkin iş olmasıdır. Yəni olduqca çirkin bir işdir. Demək, pis ad özü işin çirkinliyinə dəlildir. «Çirkin iş adı kimi çirkin olar», yəni işin pis olması onun adından bəllidir və onun pisliyinin sübutu üçün əlavə bir dəlilə ehtiyac yoxdur. Zülm də çirkin, çox çirkin bir işdir. Heç bir zülm müsbət qəbul etdirilə bilməz. Zülm və çirkin sayılmış bir əməlin yaxşılığından, gözəlliyindən danışmağa yer yoxdur.
    QƏLBİN CİLOVU
    Şübhəsiz, insan öz işlərinin icrasına təhriklərin, ən azı təmayüllərin ardınca başlayır. Bu təhriklərin yaranmasında qəlbin böyük rolu, təsiri var. Əməllərin icrası üçün bədənə zəruri qüvvə verən, başqa sözlə, bədəni o yan-bu yana çəkən qəlbdir. Həzrət (ə) bu hissədə qəlbə nəzarət və onun qorunması üsulunu bəyan edir: «Çətinliklərə dözmək qəlbi pak saxlayır».
    İnsan qəlbi xaraktercə meyllərə və həvəslərə malikdir. Nəfs həvəsləri qəlbdə ortaya çıxan arzulardır. Bu meyllər və istəklər çox vaxt ötəri və xoşa gəlməz olur: «Həqiqətən, nəfs pis işlər görməyi əmr edir».(Yusuf surəsi ayə 53) Məhz qəlbin bir şey istəməsi bu istəyin yaxşı olması dəlil deyil. Qəlb çox vaxt insanın zərərinə olan şeylər istəyir. Bu istəklər və meyllər qəlbdə təbii şəkildə ortaya çıxsa da, müəyyən tədbirlər vasitəsi ilə onların qarşısını almaq olar. Ya da həmin istəklərin çiçəklənməsinin, hakim olmasının qarşısı alına bilər. Yəni qəlb meyllər qarşısında müdafiə, qorunma mövqeyi tuta bilər. Ən mühümü qəlbin qorunma halı üçün bir iş görmək lazımdır ki, insanın ixtiyarı öz əlində olsun. Məbada, nəyə gəldi könül verək. Axı əməl və rəftarlarımız öz əlimizdədir. Qəlb istəklərə doğru hərəkət edirsə, bədən üzvləri də eyni istiqamətə yönəlir. Göz, qulaq və digər əzalar qəlb istəyi ardınca gedir. Bütün bədən qəlb istəyinə çatmaq üçün həmin istiqamətdə hərəkət edir:
    Həm gözün, həm qəlbin əlindən aman
    Göz nəyi gördüsə, qəlb ona heyran.
    Əgər öz qəlbimizə nəzarət edə bilsək, bütün problemlərimiz köklü şəkildə həll olar. Bəs qəlbi nəzarət altına almaq üçün nə etmək lazımdır? Nə edək ki, qəlbin cilovu qırılmasın, istədiyi yöndə hərəkət etməsin, hər şeyə vurğun, aşiq olmasın? Bəli, qəlbin nəzarətini və ixtiyarını ələ almaq yolu budur ki, çalışmalar vasitəsi ilə o öz təmayüllərinin əksi istiqamətinə sövq etdirilsin. Təbii ki, bu müxalif cəhət qəlbimizə xoş gələsi deyil və o asanlıqla razı olmayacaq. Buna görə də onu çalışmalar vasitəsi ilə ram etməliyik:
    Bir qılınc düzəldək tiyəsi polad
    Çalaq gözlərə ki, qəlb ola azad.
    Qəlb naməhrəmə baxılmasını istəyir. Qəlbi qorumaq, onun ixtiyarını əlimizə almaq istəyiriksə, gözə nəzarət etməli, onu lazımsız şeylərə baxmaqdan çəkindirməliyik. Çalışmalar vasitəsi ilə, tədricən qəlbin xoşagəlməz meyl və istəklərini ondan uzaqlaşdırmaq, bu haldan uzaqlığı səbr və dözüm vasitəsi ilə qəlbdə sabitləşdirmək lazımdır. Başqa sözlə, əgər qəlbin ixtiyarını ələ almaq istəyiriksə, çalışmalarla, səbr və dözümlə ona bu halın tərkini vərdiş etdirməliyik. Yəni «riyazət» vasitəsi ilə qəlbə, xoşlamasa da, naməhrəmə göz yummağı öyrətməliyik. «Riyazət» sözünün lüğət mənası «idman, məşq»-dir. Bu elə həmin çalışmadır. Demək, qəlbin ixtiyarını ələ almaq istəyiriksə, çalışmalar və məşqlər vasitəsi ilə onu xoşlamadığı çətin işlərə vadar etməli və bu yolla tərbiyələndirməliyik. Necə ki, bir şəxs pəhlivanlıq məqamına çatmaq istədikdə bədənini möhkəmləndirməli, məsələn, yüngül və ağır daşlar qaldırmalı, ağrılı hərəkətlər yerinə yetirməlidir. Mənəvi işlərdə də qəlb təmayüllərinə, nəfs istəklərinə hakim olmaq, qəlbin ixtiyarını ələ almaq istəyən şəxs bu sahədə məşqlər etməlidir. Mənəviyyat meydanının məşqi budur ki, qəlbə səbr və dözüm adət etdirilsin, bu məşqlər vasitəsi ilə qəlb öz istəyindən əl çəkməyə vərdiş versin. Yalnız bu yolla mənəvi mübarizə meydanının qəhrəmanı olmaq mümkündür.
    «Təsəbbür» insanın özünü səbrə məcbur etməsidir. Başqa sözlə, təfil və təkəllof, yəni bir şeyi zəhmətlə qəbul etmək. Səbr etmək asan iş deyil. Əksinə, xeyli zəhmət və təlaş lazımdır ki, insan özünü səbrə vadar etsin. Məsələn, harama baxmaq istəmiriksə, çalışmalı, bəzi halal şeylərə də göz yummalıyıq. İnsan təbii olaraq, o yan-bu yana baxır. Ona görə də özümüzə nəzarət etməyimiz xeyli çətindir. Olsun ki, bu iş özünü zindana salmaq kimi çətindir. Əgər harama düçar olmaq istəmiriksə, halal baxışımıza da nəzarət etməli, özümüzə tam hakim olmalıyıq. Məsələn, bir məşq olaraq, namazdan sonra bir neçə dəqiqəlik gözünü yerə dik, təqibat və təsbihat oxu, dua et! İnsan səbr və dözüm məşqləri ilə güc tapıb, özünə nəzarət edə bilir, öz qəlbinin ixtiyarını ələ alır. İnsan qəlbi cilovu qırılmış at kimidir. O istədiyi cəhətə yön alır. Qəlbi səbrdən başqa heç bir başqa vasitə ilə cilovlamaq mümkün deyil. Əgər qəlbinizi cilovlamaq istəyirsinizsə, xoşlamadığınız işlərə səbr etməli, özünüzü bu səbrə məcbur etməlisiniz. Məşq etməli, «riyazət» çəkməli, qəlb istəklərinizi məhdudlaşdırmalı, xoşlamadığınız işlərə səbr etməlisiniz.
    Dünyəvi həyatın tələblərindən olan təbii və adi çətinliklərdən əlavə, başqalarının yaratdığı problemlər qarşısında da dözümlü olmaq lazımdır. Bəzən müəyyən şəxslərdən elə hərəkətlər baş verir ki, bu hərəkətlərə də dözmək, bir növ, dərinə getməmək lazım gəlir. Xüsusi ilə, mömin bir şəxs belə bir hərəkətə yol verdikdə hər hansı bir dözümsüzlük onun xəcalət çəkməsinə bais ola bilər. Belə yerdə səbir etməklə həmin möminin abır və heysiyyətini qorumaq lazımdır. Başqalarının müəyyən əməllərinə dözməyin savabı bəzən illərcə ibadətin savabından çox olur və insanın ruhi və mənəvi təkamülündə daha təsirli olur. Hər halda xoşlanmayan işlərə dözmək, çətinliklərə səbr etmək, onlara adət etmək bais olur ki, insan yavaş-yavaş qəlbinin ixtiyarını ələ alsın və öz qəlb istəklərinə nəzarət etməklə onu həvəslərdən qorusun.
    «Müdara sərtlik hesab olunan yerdə sərtlik müdaradır». Vəsiyyətin davamında Həzrət (ə) yığcam və sadə şəkildə, əxlaq fəlsəfəsi haqqında mühüm bir mövzuya toxunur: Əxlaq nisbidir, yoxsa mütləq? Bilirsiniz ki, əxlaq fəlsəfəsinin mühüm məsələlərindən biri əxlaqın nisbi, yoxsa mütləq olması məsələsidir. Yəni «filan şey yaxşıdır» deyiriksə, görən bu şey həmişə, hər yerdə, hamı üçün yaxşıdır, yoxsa yalnız müəyyən vaxt, müəyyən yerdə, müəyyən adamlar üçün? Əlbəttə, nisbilikdə də, tam fikir birliyi yoxdur. Əxlaqın nisbi olmasına münasibətdə müxtəlif məzhəblər və baxışlar mövcuddur. Bəzilərinin fikrincə, nisbi olma budur ki, istənilən bir şeyin yaxşı və pisliyi məkan, zaman və şəraitdən asılıdır, mütləq yaxşı və mütləq pis bir şey yoxdur. Eyni bir şey kimlər üçünsə yaxşı, kimlər üçünsə pisdir. Kimlərsə bir şeyi bəyəndiyi halda, başqaları həmin şeyi bəyənmir. Bəyənənlər üçün həmin şey yaxşı, bəyənməyənlər üçünsə pisdir. Yəni yaxşı və pisi tanımaq üçün konkret bir meyar, ölçü yoxdur. Başqa bir qrup isə mütləq bir meyar olduğunu bildirir. Əlbəttə, bu meyarı mütləq sayan üçün bəzən problemlər yaranır. Məsələn, bu nəzəriyyəyə əsasən, «doğru danışmaq» yaxşıdırsa, onda belə danışıq bütün hallarda, məkanlarda və zamanlarda yaxşı olmalıdır. Hansı ki, yalan vasitəsi ilə möminin canını zalımın əlindən qurtarmaq mümkündürsə, deyirlər ki, doğruçuluğu bir kənara qoyub, yalan danışmaq lazımdır. İslam nəzərincə, belə məqamda yalan danışıb, insanın canını zalımın əlindən xilas etmək zəruridir. Bu istisna hal səbəbindən bəziləri elə güman edir ki, İslam əxlaqı nisbi bir əxlaqdır. Yəni İslamda yalan bəzən yaxşı, bəzən isə pisdir. Doğru danışıq da beləcə yaxşı və ya pis ola bilər. Hansı ki qətiyyən belə deyil. Əlbəttə, bu mövzuların dəqiq elmi izahı başqa bir vaxt açıqlanmalı və diqqətlə nəzərdən keçirilməlidir. İndi isə qısa izahatla kifayətlənirik.
    Bu sayaq əməlləri aydınlaşdırmaq üçün deməliyik: əməllərin yaxşı və ya pisliyi daha ümumi meyarlarla ölçülür. Məsələn, doğru və yalan danışmağın yaxşı-pisliyi onların fayda və zərərlərindən asılıdır. Belə deyil ki, hər vaxt, hər yerdə mütləq şəkildə «doğru danışmaq» vacib və bəyənilmiş, «yalan danışmaq» isə haram və pis olsun. Müəyyən şərtlər və qeydlər mövcuddur və həmin bu şərtlər və qeydlər əsasında bir şey yaxşı, digər bir şey isə pis sayılır. Bu fikirdə olan bəzi əxlaq filosofları güman etmişlər ki, bir şey yaxşı adlandırılırsa, demək, heç bir istisna ola bilməz. Məsələn, dostluq, müdara, mülayimlik yaxşıdır deyiriksə, çoxsaylı rəvayətlərdə müdara və mülayimlik mədh olunursa, belə bir təsəvvür yaranır ki, bu məsələdə heç bir istisna yoxdur və insan daim, bütün hallarda mülayim olmalı, heç bir sərtliyə yol verməməlidir. Helm və dözüm yaxşı təqdim olunduqda, çoxlu ayə və rəvayətlərdə rəğbətlə xatırladıldıqda təsəvvür edirlər ki, qəzəblənmək qəti surətdə səhvdir və heç kim, heç vaxt qəzəblənməməlidir. Hansı ki, bu qaydalar üçün istisna hallar var. Düzdür, istisna hallar xeyli məhduddur. Amma unutmaq olmaz ki, qaydalara zidd belə hallar az da olsa, mövcuddur. Məsələn, Əmirəl-mömininin (ə) əməli rəftarlarında və ya valilərə, hökumət məsullarına yazdığı məktublarda müxaliflər haqqında xeyli tünd və sərt ifadələr işlədildiyini, səhvə yol vermiş və azmış məsulların ciddi məzəmmət olunduğunu müşahidə edirik. Bəs bu yerdə Əlinin (ə) helmi, mülayimliyi nə üçün görünmür? Nə üçün Həzrət (ə) yumşaq və aram tərzdə demir ki, övladlarım, oğlanlarım, əzizlərim, bu işi görməyin, xahiş edirəm, beytül-malı, xalqın və zəiflərin haqqını qoruyun?! Diqqətli olmaq lazımdır ki, müxtəlif vəziyyətlərdə rəftar da fərqli olur. Hansı ki, başqaları ilə ünsiyyətdə mülayim rəftar olunmalıdır. Amma bəzi fərdlərlə sərt və qəti rəftar daha yaxşıdır. Bir şəxslə mülayim rəftar olunduqda əslində ona düşünmək üçün, ağıla uyğun hərəkət etmək üçün, səhvini anlaması üçün, öz əməlini müdafiədə əqli dəlillər gətirmək üçün fürsət verilir. Amma bir şəxsə sərt, qaba tərzdə deyiləndə ki «sən pis iş görmüsən, dərk etməmisən», bu həm ədəb və əxlaqa zidd olur, həm də həmin şəxs düzgün düşünüb, düzgün hərəkət etmək imkanından məhrum edilir. Belə bir vəziyyətin yaranması üçün, cəmiyyət fərdlərarası düşüncəli münasibətin bərqərar olması üçün mülayim danışmaq lazımdır. Belə rəftar edilməsi hər yerdə düzgün sayılmır. Məsələ ictimai xarakter daşıdıqda, bir şəxs İslam cəmiyyəti və beytül-mala xəyanət etdikdə, müsəlmanların var-dövlətinə zərər vurduqda artıq mülayim və aram danışmaq olmaz. Belə vəziyyətlərdə mülayimlik göstərilməsi həmin şəxsi cürətləndirər və daha həvəslə işinə davam edər. Xalqın xəzinəsindən, beytül-maldan milyardlar mənimsəmiş bir şəxslə yumşaq rəftar etsək, onu tövbəyə dəvət edib desək ki, «əzizim, axırı pis olar, bu işləri görmə», o da cavab verər ki, «baş üstə». Amma elə ki azad oldu, özünü gözdən uzaq bilib, həmin işləri davam etdirər, hətta daha böyük və ağır cinayətlərə əl atar. Şübhəsiz ki, belə bir yumşaqlıq, mehribançılıq, mərhəmət yersizdir. Çünki bəzi azğın şəxslərlə bu sayaq mülayim və mehriban ünsiyyətin heç bir nəticəsi yoxdur. Yeganə nəticə həmin şəxsin daha çirkin işlərə həvəslənməsidir. Demək, bəzi hallarda sərtlik göstərilməlidir.
    Əmirəl-möminin Əli (ə) bu yerdə buyurur: «Müdara sərtlik hesab olunan yerdə, sərtlik müdaradır». Bəzi vaxtlar sərtlik və tündlük müdara və mülayimlik təsiri göstərir. Yəni mülayimlikdən gözlənilən nəticə onun ziddi, yəni sərtliklə əldə olunur. Belə yerdə tərsinə çevrilmiş üsulla hərəkət etmək lazımdır. Çünki tündlük həmin mülayimliyin işini görür. Yəni mülayimlik və müdara ünvanı ilə görülən iş, əksinə, həmin sərtlik olur. Demək, elə təsəvvür olunmamalıdır ki, bir bu qədər tərif edilən yumşaqlıq, mülayimlik, təvazö və başqalarının sözünə dözməyin istisna halı yoxdur. Əksinə, bəzən məqsədə çatmaq üçün qəzəb və tündlük göstərilməlidir.
    Bu bəyanın digər bir nümunəsi Rəsulullahdan (s) nəql olunmuş bir rəvayətdir. Həzrət (s) buyurur: «Günah (münkər) əhli ilə tünd və sərt sifətlə rəftar edin və bu vasitə ilə Allaha yaxınlıq axtarın».(«Kənzül-əmmal» x.5518, 5586.) Digər bir rəvayətdə Əli (ə) buyurur: «Mən tərəkə inkarəl-munkəri biqəlbihi və yədihi və lisanihi fəhuvə məyyitun, bəynəl-əhya».(«Təhzib» 6-cı cild, səh.181.) Əməli yolla pis işin qarşısını ala bilməyən insanın davranışı, üzünün rəngi, rəftarı elə olsun ki, qarşı tərəfə öz narazılığını, onun çirkin iş gördüyünü öz görünüşü (qiyafəsi) ilə anlatsın. Ümumi şəkildə hamı ilə sülh və mülayimliklə rəftar etmək olmaz. Həm dost, həm də düşmənlə, həm müti, həm də asi ilə yumşaq, mehriban, təvazökar rəftar edilməməlidir. Əksinə, bəzən sərtlik də etmək lazımdır.
    Bu sözlər öz tünd əxlaqına don geydirmək istəyənlərin əlində bəhanəyə çevrilməməlidir. Yalnız bəzi məqamlarda tündlük göstərilməlidir. Amma belə məqamlar tam diqqət, sevgi və kindən uzaq rahat düşüncə yolu ilə müəyyənləşdirilməlidir. Sadəcə, bilməliyik ki, həyatda qəzəbə də yer var. İnsan həyatında sərtlik və qəzəbin tamamilə yersiz olması düzgün baxış deyil.
    Deyilənlərdən bəzi Quran ayələrinin, rəvayətlərin, Əmirəl-möminin Əlinin (ə) bəzi rəftarlarının, onun və digər imamların buyuruqlarının mövqeyi açıqlanır. Bir yerdə mülayim rəftarın, digər bir yerdə günahkarın qamçılanmasının göstəriş verilməsi səbəbi aydın olur. Aydın olur ki, nə üçün bəzən «anan əzanda otursun, vay olsun sənə» kimi sərt sözlər buyurulur. İşlərin incəliyindən xəbərdar olan aqil şəxs harada mülayimlik, harada sərtlik etmək lazım olduğunu bilir. Ona görə də müdrik şəxslərin bəzən tünd və sərt rəftar etməsini yersiz və əxlaqa zidd saymamalıyıq. Çünki mülayimlik mənfi nəticə verdikdə, siz də əksinə rəftar etməli, mülayimliyi bir kənara qoyub, sərtlik göstərməlisiniz. «Nə çox ki, dərman dərd ola, dərd dərman». Çox dərdlər var ki, özü bir dərmandır. Əksinə, bəzən dərman kimi istifadə olunan şey insanın xəstəliyinə səbəb olur. Məsələn, bədən üçün fadalı olan qidaların daimi istifadəsi xəstəliyə səbəb olur. İnsanın rəftarında da bu qaydalar işləkdir. Hər şeyin öz yeri var və yerində işlənməyən şey əks nəticə verir.
    Həzrətin (ə) xatırladığı digər bir məsələ budur ki, əgər bir şəxsi xeyirxah tanımırsınızsa, bilmirsinizsə ki sizə xeyir istəyir, ya zərər, hətta onun sizə qarşı kinli olduğunu bilirsinizsə, məbada, onun bütün sözlərini özünüzə zərərli hesab edəsiniz. Sizə qarşı xeyirxah olmayan bir şəxsin hansısa nəsihəti sizin xeyirinizə ola bilər. Ona görə də hər bir şəxsin sözlərinin düzgün olub-olmamasına ciddi diqqət göstərin. Yaxşı və düzgün sözü deyən düşməniniz də olsa, həmin sözü qəbul edin. Digər bir tərəfdən insan kimlərəsə ifrat etimad göstərir. Həmin şəxslər məsum olmadıqlarından bəzən nəfs istəyi ilə danışa bilərlər.
    Belə sözlərə itaət sizi yolunuzdan azdıra bilər. Əgər bir şəxsə etimad göstərib, onu öz xeyirxahınız sayırsınızsa, onun bütün sözlərini həqiqət kimi qəbul edib, əməl etməyiniz düzgün deyil. Bundan əlavə, həmin şəxs xoş niyyətinə baxmayaraq, səhvə yol verə bilər.
    Demək, insanlara qarşı o qədər bədbin olmamalıyıq ki, onların heç bir sözünü düzgün saymayaq. Çünki düşmənimiz də bəzən doğru söz deyə bilər və bu söz bizə faydalı olar. Digər bir tərəfdən, insanlara o qədər etimad göstərmək olmaz ki, onların bütün sözlərini doğru və faydalı sayaq. Xülasə, həm düşmənin düzlüyünü və xeyirxahlığını istisna etməməli, həm də dostu səhv və xəyanətdən uzaq saymamalıyıq.
    «Nə çox nəsihət gözlənilməyən kəs nəsihət versin və nəsihət istənilən şəxs xəyanət etsin». Çox olsun ki, nəsihətçimiz olmayan bir şəxs bizə elə xeyirxah nəsihət verə ki, heç qəlbiyanan nəsihətçilərimiz belə nəsihət vermir. Digər bir tərəfdən, çox olsun ki, xeyirxah və canıyanan bir dostun nəsihətlərində bizi aldatmaq niyyəti olsun. Çünki o məsum deyil və nəfsinin əmrinə tabe ola bilər. Məbada, bədgümanlıq ucbatından nəsihətlərdən və xeyirxahlıqlardan məhrum olaq! Məbada, xoşgümanlıq nəticəsində insanların bədxahlıqlarına düçar olaq!
    Category: Əbədi öyüd (ikinci cild) | Views: 972 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024