İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 23 » Əbədi öyüd (ikinci cild)
    8:26 AM
    Əbədi öyüd (ikinci cild)
    OTUZ DOQQUZUNCU DƏRS
    TARİXİN DƏRSLƏRİ (1)
    «Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar. Çünki işlər bir-birlərinin oxşarıdır. Nemət sahibinə naşükür olma. Nemətə qarşı naşükürlük ən çirkin küfrdür. Üzrü qəbul edən ol».(«Nəhcül-bəlağə».)
    KEÇMİŞ GƏLƏCƏYİN YOLUNDA İŞIQDIR
    Əmirəl-möminin Əli (ə) imam Həsənə (ə) vəsiyyətnaməsinin belə bir cümləsinə çatdıq: «Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar». Yəni keçmişdə baş vermiş hadisələri gələcək üçün işıq bil. Sonra isə buyurulur: «Çünki işlər bir-birlərinin oxşarıdır». Həzrətin (ə) bu cümləsi elmi və fəlsəfi yox, moizə və nəsihət xarakterli bir cümlədir. Həzrət (ə) aşkar bir həqiqətə istinad edərək, qafil insanları moizə edir, qəflət yuxusundan oyatmaq istəyir. İnsan tarixdə baş vermiş hadisələri araşdırdığı zaman şahid olur ki, keçmişdə çox ibrətamiz hadisələr baş vermişdir. Bəşəriyyət çox böyük bir tarixi yol keçmiş və bu yol hələ ki başa çatmamışdır. Ən ümumi gerçəkliklərdən biri budur ki, bu dünyaya qədəm qoymuş bütün insanlar bir gün var-dövlətlərini qoyub, dünyadan köçmüşlər. Bu həqiqətə nəzər salaraq, anlamalıyıq ki, bir gün biz də bu dünyadan köçəsi, var-dövlətimizi kimlərəsə tapşırasıyıq. Belə bir ayrılıq labüddürsə, dünya malı üçün tər axıtmağa dəyərmi?! Əldən çıxıb fani olası şeylərə görə halal-haram hədlərini pozub, başqalarının haqqına təcavüz etmək nə dərəcədə ağlabatandır?! Təəssüf ki, dünya var-dövlətinə və övladlarımıza o qədər bağlanırıq ki, hətta ilahi vəzifələrimiz də yaddan çıxır. Kamillik axtaran insan dünya malından ötəri ən kiçik vəzifələrini də tərk etməz. Dünyaya könül verməyin ən kiçik zərərlərindən biri insanın mənəvi dəyərlərə biganə qalmasıdır. Hansı ki, insanın düşüncəsi daim kamillik məsələsinə məşğul olmalıdır. Aydındır ki, diqqətsiz, «hüzure-qəlb»siz ibadətlər insanın qəlbini daha da daşlaşdırır. Necə ki, diqqətsiz mütaliə insanın düşüncəsini azaldır. Demək, dünyaya, ailə-övlada ifrat bağlılıq aqilanə bir iş deyil. Haram yolla olmayan bağlılıq da insanın təkamülünü ləngidir və insan labüd çətinliklərlə üzləşir.
    Bundan əlavə, qiyamət günü hətta halal var-dövlətin hesabını vermək insanı məhşərdə yubandırır. Bütün bunlar insanı dünyaya bağlılıqdan çəkindirməlidir. Həzrət Əli (ə) bu həqiqəti bəyan edərək buyurur: «Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar». Yəni keçmişdən ibrət götür, bil ki, bu dünya kimsəyə vəfa qılmamışdır. Dünyaya ifrat bağlananların, ona qul olanların aqibəti çox ağrılı olur. Yaxşı aqibət isə Allaha təvəkkül edənlərin qismətidir. Bəli, bütün rəftar və əməllərimizdə keçmişlərdən ibrət götürək və bilək ki, gələcək taleyimiz keçmişdəkilərin taleyinə oxşar olasıdır.
    İBRƏT GÖTÜRÜLMƏSİNİN MƏNTİQİ
    Nəzərə almalıyıq ki, insanın tarixdən və keçmişin hadisələrindən ibrət götürülməsinin ölçüləri müxtəlifdir. Bəziləri səthi məlumatla kifayətlənir və ibrət götürəcək səviyyədə maraqlanmırlar. Belələri, adətən, nəfs istəklərinə tabe olur və bu istəklərə doğru can atırlar. Onlar bu istəklərin haradan yaranması ilə maraqlanmırlar. Acdıqda, susadıqda, ehtirasları alovlandıqda bu meyilləri doyurmağa çalışırlar. Onları işin nə ilə nəticələnəcəyi də maraqlandırmır. Bu sayaq düşüncəsiz hərəkət edənlərin şüursuz canlılara aid edilməsi təsadüfi deyil: «Qoy kafirlər hələ yeyib-içsinlər, ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. Sonra biləcəklər!»(«Hicr» surəsi ayə 3.)
    İnsanların bu hissəsi isə tarixdə baş verən hadisələrdən ibrət götürmək istəyirlər. Onlar üçün keçmişin hadisələri gələcək üçün işıqdır. Təəssüf ki, onlardan bəziləri ifrata varır və istənilən bir hadisəni bu günə tətbiq edirlər. Belə bir yanlış nəticə insana ictimai vəzifələrini də unutdurur. Məsələnin aydınlaşması üçün bir nümunə göstərsək, yaxşı olar.
    MƏNTİQSİZ İBRƏT
    İnqilabdan əvvəl imam Rahil (r) zalımlarla mübarizə apararkən bəziləri deyirdilər: «Bu mübarizənin sonu yoxdur». Belələrindən dəlil tələb olunduqda bəhanə gətirirdilər ki, bu vaxtadək rejimə qarşı bir çox qiyamlar qaldırılıb və onların hamısı uğursuzluğa düçar olub. Onların fikrincə, əgər əvvəlki qiyamlar məğlub olmuşdursa, demək, növbəti inqilabdan müsbət nəticə gözləməyə dəyməz.
    Şübhəsiz ki, bu sayaq dəlillər ifrata varma nəticəsində ortaya çıxır. İnsan tarixi hadisələrə istinad edərək öz dini vəzifələrindən boyun qaçıra bilməz. Məsələn, müsəlmanların mühüm dini vəzifələrindən biri əmr be məruf, nəhy əz münkər, yəni yaxşılığa əmr və pisliklərin qadağasıdır. Məsələn, elə adamlar var ki, nəsihətləri bir dəfə qəbul olunmadıqda, növbəti dəfə bu işi səmərəsiz sayırlar. Əlbəttə ki, bu sayaq dəlillər məntiqsizdir. Biri nəsihət qəbul etməyib deyə, əmr be məruf və nəhy əz münkərdən üz çevirmək düzgün deyil. Əslində həyatda qazanılan uğurlar, adətən, bir neçə cəhddən sonra baş tutur.
    Məsələn, ictimai vəzifələr haqqında söhbət düşərkən bəziləri «bu işdə ingilisin barmağı var» deyərək, bütün cəhdlərin boşa çıxacağını proqnozlaşdırırlar. Guya ingilis hakimiyyətinin işlədiyi bir məkanda istənilən azadlıq cəhdi səmərəsizdir. Təəssüf ki, bəzən etiqadlı insanlar da belə dəlillər gətirirlər. Onların nəzərincə, dünyanın zalım qüvvələri istədiyini edəsidir və hər hansı müqavimət yersizdir. Onlar zalımlara qarşı mübarizəni yumruğun qılınca qarşı mübarizəsi kimi qəbul edirlər. Guya düşmən silahlıdır və boş əllə müqavimət əbəsdir. Əslində belə düşüncə tərzi yalnız düşmənin xeyirinə işləyir.
    Sual oluna bilər ki, oxşar hadisələrə münasibətdə dəlil göstərmək düzgün deyilsə, nə üçün Əmirəl-möminin (ə) buyurur ki, keçmişdən ibrət götürün? Uyğun buyuruğa görə, bugünkü hadisə keçmişdəki hansısa bir hadisəyə oxşardırsa, keçmişin nəticələrinə istinad etmək olar. Belə çıxır ki, zalımlara qarşı qiyam bir dəfə uğursuzluğa düçar olmuşsa, ikinci dəfə cəhd etməyə dəyməz. Bəs həqiqət haradadır?
    Uyğun münasibətin yanlışlığının ən aydın sübutu budur ki, dəfələrlə uğursuz cəhdlərdən sonra müxtəlif xalqlar öz azadlığını əldə edir. Elmi şəkildə desək, bir hadisənin mümkünlüyü dəlili elə onun baş verməsidir. Məlum olur ki, hadisələrin baş vermə şəraiti fərqlidirsə, uyğun kəlamı tətbiq etmək olmaz.
    BİR NÜMUNƏ VƏ BİR QEYD
    Şəraitin dəyişməsinin sübutu və aydınlaşdırılması üçün bir nümunə göstərək. Şərqin ən dindar şəhərlərindən biri Yəzd şəhəridir. Bu şəhər «Darul-ibadət» adı ilə yad edilir. Yəzddə çoxsaylı dini mədrəsələr fəaliyyət göstərir və bu şəhər əhli dini məsələlərə çox diqqətlidir. Mötəbər mənbələrə əsasən, bir zaman Yəzddə Quranı üzünə oxuya bilənlər çox az olub. Hətta müsəlman müəllimlər bu işdə yardım üçün zərdüşti müəllimlərə müraciət edərmişlər. Bu əfsanə yox, həqiqətdir. Demək, bu gün «Darul-ibadət» adlandırılan Yəzd şəhərində bir zaman müsəlmanlar zərdüştilərdən Quran oxumağı öyrənirmişlər.
    Bir vaxt ingilis siyasətçiləri aşkar elan edirdilər ki, nə qədər ki Quran müsəlmanların əlindədir, onları tabe etmək mümkün olmayacaq. Onlar Quranı müsəlmanların əlindən almaq üçün böyük sərmayələr xərcləmiş, bir çox məkrli planlar həyata keçirmişlər. İş o yerə çatmışdı ki, hətta mədrəsə müəllimləri də Quran oxumaqda çətinlik çəkirdilər. Bu barədə bir lətifə də var. Deyirlər ingilislərin fəal olduğu dövrlərdə bir müəllimdən «Yasin» kəlməsini oxumasını xahiş edirlər. Müəllim «ya» və «sin» hərflərindən ibarət olan bu kəlməni «yes» kimi oxuyur. Bu lətifə olsa da, acı həqiqətdən danışır.
    Bizim dövrümüzdə də Qurana münasibətdə eyni cəhdlər müşahidə olunur. İslam sayəsində əli müsəlman ölkələrindən çıxmış zalımlar nəyin bahasına olursa olsun, İslamı məhv etməklə millətlərə ağalıq etmək istəyirlər.
    TARİXDƏ BİR SƏHİFƏ
    Xalqın dini rəhbərlərinə etiqadına balta çalmaq, dini məhv etməkdən daha çətindir. Əsrlər boyu çalışan istismarçılar xalqı Qurandan ayıra bilməmişlər. Kimsədə cürət tapılmayıb ki, «Quran oxumayın» əmrini versin. Amma nə zamansa düşmən hiyləgərliklə öz məqsədinə çatıb. Şükürlər olsun ki, bu gün islami məmələkətimizdə beş yaşlı körpə Quran hafizi zirvəsinə ucala bilir. Hansı ki, bir vaxt 30-35 yaşlı müəllimlər Quran oxumaqda çətinlik çəkərdilər. Düşmən bir vaxt öz planını asta-asta həyata keçirmiş və dünyəvi dərs proqramını o qədər ağırlaşdırmışdı ki, Quran oxumağa vaxt qalmasın. Amma dini rəhbərlərə inamı aradan qaldırmaq asan iş deyil.
    Müsəlman cəmiyyətini «vilayəte-fəqih», fəqih rəhbərliyindən məhrum etmək üçün iyirmi il plan cızdılar. Qismən də olsa, müvəffəq olmuşlar. Hətta universitetlərdə bu növ mövzuların tədrisinə cürət olundu. «Vilayəte-fəqih üçün dəlil yoxdur», dedilər. Yalnız konstitusiyada öz əksini tapdığı üçün onu qəbul etmək məcburiyyətində qaldılar. Konstitusiyada belə bir hakimiyyət təsbit olunmazdısa, onu bir kənara qoyardılar. Onların nəzərincə, bu hakimiyyətin qanuniliyi yalnız konstitusiya ilə tənzimlənir.
    Onların nəzərincə, konstitusiya göydən enmiş bir vəhy kimidir. Hansı ki, vilayəte-fəqih inancı şiə məzhəbinin əsas etiqadlarındandır. Konstitusiyanı isə gündəmə çıxaran vəliyye-fəqihdir. Əgər o, imza etməsə, nə konstitusiya etibarlıdır, nə də qanunlar. Din yolunda bizi canımızdan və malımızdan keçməyə çağıran vəliyye-fəqihin hökmüdür. Onun göstərişi Allah göstərişidir. Əgər zalım rejim zamanı insanlar küçələrə tökülüb, sinələrini gülləyə verirdilərsə, bunun səbəbi əsrin imamının naibinin fərmanı idi. Bu gün də İslam vəliyye-fəqihin göstərişlərinə əsasən qorunur. İnsanlarımız vəliyye-fəqihi əsrin imamının naibi kimi qəbul edərək, onun göstərişini Allahın və Allahın Rəsulunun (s) göstərişi kimi vacib sayırlar. Əks təqdirdə, insan özünü nə üçün təhlükəyə atmalı idi?!
    Düşmənlər vilayəte-fəqihin mahiyyətini müsəlmanlardan qabaq anladılar və onunla mübarizəyə qalxdılar. Onlar hər vəchlə xalqın etiqadını sındırmağa çalışırlar. Əfsus ki, bəzən müvəffəq də olurlar. Günümüzün tələbi agah olmaq, siyasi və mədəni hücumlara cavab vermək, ilahi əzab üçün şərait yaratmamaq, özümüzü vilayət nemətindən məhrum etməməkdir.
    Bu nemətin qədrini daha yaxşı bilmək üçün qonşumuz Əfqanıstana nəzər salın. Müsəlman əfqan xalqı zalımların və təcavüzkarların zülmündən qurtarmaq üçün illər uzunu mübarizə apardı. Onlar bu yolda bizdən az əziyyət çəkməyiblər. Bir sual yaranır: onların azadlıq yolunda verdikləri qanların qazancı nə oldu? İyirmi ildən artıqdır ki, əfqanlar parçalanaraq, vahid bayraq altda birləşə bilmirlər. Çünki bu xalqın yekdil qəbul etdiyi vahid rəhbər yoxdur. Ölkəmizdə isə Əhli-beytin (ə) bərəkəti sayəsində vilayəte-fəqih prinsipləri qəbul olundu və bütün problemlər həllini tapdı. Əfqanıstanda isə xalqın əksəriyyəti sünnə əhli olduğundan bu prinsiplər gündəmə gətirilmədi. Onlar bu gerçəkliyi qəbul etsələr də, uyğun məsuliyyəti öhdəsinə götürəsi dini rəhbərdən məhrumdurlar. Allah-təala ölkəmizin şiələrinə onların arasında şəm də şölələnən ilahi rəhbəri nemət vermişdir. Hətta İslama etiqadı olmayanlar da, insafla yanaşsalar, etiraf etməlidirlər ki, bu rəhbərlik Allahın neməti və cəmiyyətin xoşbəxtliyinin zəmanətçisidir. Bu nemətdən məhrum olan hər bir ölkəni Əfqanıstanın taleyi gözləyir. Ölkəmizdə də müxtəlif xalqlar yaşayır və bu xalqlar arasında ədavəti qızışdırmaq mümkünsüz deyil. Məmələkətimizdə Əfqanıstandakından da çox millətlər məskundur. Bu millətləri mövcud ilahi rəhbərlik vahid bayraq altında toplaya bildi. Əgər bu ilahi qüdrət olmasaydı, hansı təşkilat mövcud birliyi yarada bilərdi?! Bu gün ölkəmizin ziyalıları millətçilik hisslərini qızışdırmağa çalışırlar. Belə hərəkətlər, əlbəttə ki, naşükürlükdür. Ən böyük naşükürlük isə ilahi prinsiplər əvəzində oyuncaq demokratiyanın bərqərar olmasıdır. Bu məsələ ilə bağlı Əmirəlmömininin (ə) buyuruğunu xatırlamaq yerinə düşür: «Nemət sahibinə naşükür olma. Nemətə qarşı naşükürlük ən çirkin küfürdür». İnsan nə qədər naşükür olmalıdır ki, belə bir nemətin qədrini bilməsin. Dünya və axirət səadətinin təminatçısı olan bir nemətdən imtina etmək necə də böyük naşükürlükdür. Bəzi alimlər də bu cahil düşüncəyə münasibət bildirmirlər. İlahi rəhbərliyin məsxərəyə qoyulmasına göz yummaq olarmı?! İlahi hakimiyyətə şübhə yaradılması qarşısında susmağımız nə dərəcədə düzgündür?!
    NEMƏTƏ QARŞI KÜFRÜN CƏZASI
    Söhbətimizin bu yerində münasib olar ki, Qurana bir qədər nəzər salıb, nemət qarşısında şükr və küfrün nəticələrini araşdıraq.
    Allah-təala Qurani-kərimdə müxtəlif məqamlarda nemətə qarşı küfrü nəzərimizə çatdırır və onun mənfi təsirlərini bəyan edir. Ayələrdən birində buyurulur: «Əgər şükr etsəniz, sizə olan nemətimi artıracağam, yox əgər nankorluq etsəniz, mənim əzabım, həqiqətən şiddətlidir».(«İbrahim» surəsi, ayə 7.)Ayədə Allah-təala bu məsələni ciddi şəkildə vurğulayır ki, verilmiş nemətlərin qədrini bilək. Nemət qarşısında nankorluq edəcəyimiz təqdirdə ilahi əzabla üzləşəcəyimiz labüddür. Şükr edənə nemətin artırılması, küfr edəndən nemətin alınması Allahın qəti sünnələrindəndir. Tarixdə insanların naşükürlük səbəbindən nemətlərdən məhrum olması haqqında nümunələr kifayət qədərdir. Bu mövzu olduqca genişdir. Amma Allahın iki böyük nemətinin xatırladılmasını zəruri bilirik. Bunlardan biri ölkəmizdə baş vermiş inqilab, digəri isə ilahi rəhbərlik nemətidir. Bu iki nemət Allah-təalanın bizə əta etdiyi ən böyük nemətlərdəndir.
    Əgər bu iki nemət olmasaydı, bugünkü izzətimizdən əsər əlamət görünməzdi. Bütün qazanclarımız həmin iki nemət sayəsində əldə olunmuşdur. Bu ölkədəki maddi və mənəvi tərəqqi həmin iki nemətin bərəkətindəndir. Unutmayaq ki, bu nemətlər min illərin zəhməti sayəsində əldə olunmuşdur. Mücahidlərin və alimlərin bu yoldakı zəhmətləri unudulmamalıdır. Mərhum Mirzayi Şirazinin məşhur hökmünü yada salaq. Mərhum alim tütünü haram edib, onu imam-Zamanla (ə) müxalifətçilik kimi tanıtdırdığı vaxt bütün xalq yekdil olaraq itaət etmişdi. Çünki xalq inanırdı ki, alimlər əsrin imamının (ə) naibləridir. Onların əmrinə itaət olunması vacib sayılırdı. Elə həmin vaxt düşmənlər İslamın gücünü anladılar. İnsanların qəlbindən bu sayaq etiqadları çıxarmaq üçün planlar cızıldı, böyük kapitallar xərcləndi. Onlar elə düşünürdülər ki, pəhləvi rejimindən sonra xalqın qəlbində bu etiqadı süstləşdirə biləcəklər. Amma anlamırdılar ki, əsrin imamının (ə) naibinin eşqi xalqın qəlbində dərin köklər atmışdır və bu kökləri heç vəchlə qoparmaq olmaz. Bu nemət və həmin əqidə getdikcə çiçəklənməkdədir və bütün dünyada bərpa olmaqdadır. (İnşaəllah)
    Category: Əbədi öyüd (ikinci cild) | Views: 824 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024