20-ci dərs: Xəsislik. Ey əziz qardaş, xəsislikdən çəkin və ondan uzaq ol! çünki xəsis insan insanların gözündə zəlil və qiymətsizdir. Xəsis insanın dünyada dostu olmadığını misal çəkmək bu xüsusiyyətin pis olduğunu vurğulamağa kifayətdir. Xəsis insan bütün insanları, hətta övladları, əhli-əyalını da özünə düşmən bilər, onun ölümünü gözlədikləri və malını mənimsəmək istədiklərini zənn edər. Xəsis insan zəlalət paltarını çıxarıb yeni xeyir paltarını geyinməkdən qorxar. Bəzi alimlər deyir: Xəsisin biri torpaq altından çıxmaq istədikdə digər xəsis torpaq altına girər. Xəsis insan öldükdən sonra yada düşməz. Hər kəs sağlığında çörək verməsə, öldükdən sonra yada düşməz. Allah-Təala Qurani-Kərimdə buyurub:
وَمَنْ يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَنْ نَفْسِهِ
"Kim xəsislik etsə, ancaq öz əleyhinə etmiş olar". ("Muhəmməd" surəsi, ayə 38) Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyurulur: "Xəsis insanlardan və Allahdan uzaq, oda isə yaxın olar". "Xəsis kəs ən narahat insandır". ("Camius-səadət" c.2, səh.110, "Biharul-Ənvar" c.73, 300-304-cü səhifələr) Əmirəl-möminin (ə) buyurub: "Xəsislik miskinliyin açarıdır". "Xəsis vərəsənin xəzinədarıdır" ("Ğurarul-hikəm" səh.292, "Biharul-Ənvar" c.78, səh.53) "Xəsis qəlbləri sındırar". "İnsanların ən xəsisi öz malına xəsislik edər və xəsisliyini öz vərəsinə ötürəndir".
|