İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2012 » October » 29 » Islamda evlənmə və ailə hüququ-1
    8:05 AM
    Islamda evlənmə və ailə hüququ-1

    İYİRMİ ÜÇÜNCÜ FƏSİL
    EVLƏNMƏDƏN ƏVVƏL QADINA BAXMAQ


    Naməhrəm şəxslərə ləzzət və şəhvət nəzəri ilə baxmaq insanın Allah eləməmiş, daha böyük günaha–zinaya mürtəkib olmasına, iman, şərəf və heysiyyətinin aradan getməsinə, Allahın qəzəb oduna–cəhənnəm oduna düçar olmasına səbəb olur. Əgər böyük günahlara batmasa da belə, bu işin ağır mənfi təsiri–iztirab və nigarançılıq, ailə və həyat yoldaşına qarşı ümidsizlik kimi təsirləri öz ardınca gətirir. Buna görə də günah və onun cəzası nəzərindən belə bir iş zinaya bərabər hesab edilmişdir. Bəzi rəvayətlərdə onu gözün zinası adlandırdırlar.[307]

    Amma bu məsələnin (naməhrəmə baxmaq) həyat yoldaşı seçməkdə heç də maneəsi yoxdur, üstəlik zəruri məsələlərdəndir. Çünki ər və arvad ailə mühitində tam səfa-səmimiyyətlə, mehr-məhəbbətlə ömürlərinin axırına kimi yaşamalıdırlar. Bu məhəbbət və səfa-səmimiyyət heç vaxt azalmamalıdır, ailədən kənarda olan acı hadisələr ailə mühitində şirinliklərə çevrilməlidir. Bu məqul arzu o vaxt təsəvvür olunub xaricdə gerçəkləşə bilər ki, evlənmə tam agahlıqla, xüsusi görüşlə baş vermiş olsun və ər və arvad evlənməkdən qabaq bir-birinin zahiri və batini xüsusiyyətlərindən kifayət qədər agah olsunlar. Bundan əlavə, evlənmədən qabaq baxış ərin sonradan yarana biləcək müəyyən bəhanələrinin, habelə evlənmənin nurlu şüalarının azalmasının qarşısını alır. Bu cəhətdən İslam dini öz ardıcıllarına göstəriş verir ki, bu işi yerinə yetirsinlər.

    Bir şəxs İmam Sadiq (əleyhissalam)-dan soruşdu: Kişi bir qadınla evlənmək istəyirsə, o qadının zinət yerlərinə baxa bilərmi? İmam (əleyhissalam) buyurdu:

    "Əgər ləzzət məqsədi ilə baxmazsa, onda bu əməlin eybi yoxdur.”[308]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Evlənmək istəyən bir kişi evlənmədən əvvəl qadının zinət yerlərinə baxa bilər.”[309]

    Həsən Sirri deyir: İmam Sadiq (əleyhissalam)-a ərz etdim ki, kişi bir qadınla evlənmək istəyirsə, onun sifətinə və qiyafəsinə baxıb, bu barədə dəqiq axtarış apara bilərmi? Onun üzünə və arxasına baxa bilərmi? İmam (əleyhissalam) buyurdu: "Əgər onunla evlənmək məqsədi varsa, bu işləri edə bilər.”[310]

    Məhəmməd ibni Müslüm İmam Baqir (əleyhissalam)-dan soruşur ki, əgər bir kəs bir qadınla evlənmək istəyirsə, onun əndamına baxa bilərmi? Həzrət buyurdu: "Bəli, çünki evlənmə məsələsi çox da sadə və dəyərsiz bir iş deyildir, əksinə, bu iş ilə (ər və arvad) bir ömür müştərək olan həyata başlayırlar və bu barədə müəyyən məbləğdə pul sərf olunur.”[311]

    Bu mətləbin oxşarını Yunis ibni Yəqubun İmam Sadiq (əleyhissalam)-dan nəql etdiyi rəvayətdə görmək olar. O deyir: Həzrət buyurdu ki, kişi evlənmək istədiyi qadına hətta nazik paltarda baxıb kifayət qədər diqqətlə axtarış apara bilər ki, sonradan müəyyən narahatlıqlar, anlaşılmazlıqlar irəli gəlməsin. Çünki evlənmə işi mühüm bir məsələdir.”[312]

    Bu rəvayətlərin hamısı göstərir ki, iki şərt daxilində olan baxışlar nəinki caiz deyil, həm də zəruri və lazımdır. Çünki bu cür diqqətlər həyat yoldaşının öz xeyrinədir, çünki əri agahlıq üzündən onunla evlənir, müəyyən müddət keçdikdən, cinsi qərizələr qismən təmin olunduqdan sonra və ya ixtilaflar yarandıqda o, artıq bəhanə gətirə bilməz və həyat yoldaşının özünün sevmədiyi bir adam olduğunu iddia edə bilməz. O iki şərt aşağıdakılardan ibarətdir:

    1-:işi bu əməli şəhvət üzündən etməməlidir; amma mümkündür ki, qadına tamaşa etdiyi vaxtda şəhvət hasil olsun.

    2-Bu baxışlar başqa qərəzlər, həvayi-nəfsə tabeçilik və başqa məqsədlər üçün deyil, yalnız evlənmə məqsədi ilə olmalıdır.
    FİQHİ NƏZƏRDƏN BAXMAQ

    Evlənmədən əvvəl qadına baxmaq və onun barəsində kifayət qədər axtarış aparmaq təkcə rəvayətlər baxımından caiz deyil, həm də mərcəyi-təqlidlər də müxtəlif dövrlərdə bu məsələni diqqət mərkəzində saxlayaraq onun zəruri və icazə verilən bir iş olmasına dair fətva vermişlər. Amma onun həddi-hüdudu barəsində daha artıq bəhs və araşdırma aparmaq lazımdır. Böyük şiə alimlərindən olan və "Cəvahirül-kəlam” kitabının müəllifi yazır:

    "Kişinin evlənmək istədiyi qadının üzünə və əllərinə baxması zəruri və bütün müsəlman firqələri arasında danılmaz bir məsələdir, heç kəs bu məsələ ilə müxalifət etməmişdir. Hətta qadın və ya qızın özünün bu işi görməyə icazəsi olmasa belə, caizdir.”[313]

    "Ürvətül-vüsqa” kitabında deyilir:

    "Evlənmək istəyən bir kişi (evlənmək istədiyi) qadının üzünə, əllərinə, saçına və zinət yerlərinə baxa bilər. Ümumiyyətlə ovrəteynindən başqa onun bütün əzalarına baxması caiz və qanunidir.”[314]

    Hal-hazırdakı bütün mərcəyi-təqlidlər bu fətva ilə müvafiqdirlər, müxalifət edən yalnız mərhum Ayətullahül-üzma "ülpayiqani olmuşdur. O cənab da qadının əl və üzündən başqa yerlərinə baxmaqda ehtiyat edilməsini buyurmuşdur. İmam Xomeyni (r.ə) isə buyurur:

    "Əgər kişi bir qadınla evlənmək istəsə, yaxud bu evlənmənin baş tutacağını ehtimal versə, şəhvət nəzəri olmadan qadının ovrəteynindən başqa bütün əzalarına baxa bilər. Hətta əgər baxandan sonra ləzzət hasil olarsa belə. Amma müstəhəbdir ki, üzünə, əllərinə, saçına və zinət yerlərinə baxsın, başqa yerlərinə isə baxmaqdan çəkinsin.”[315]

    Deməli, Məsum rəhbərlərin sözlərinə və mərcəyi-təqlidlərin nəzərlərinə əsasən, bu əməl caizdir.
    İYİRMİ DÖRDÜNCÜ FƏSİL
    ZİFAF MƏRASİMİ

    Toy gecəsi bütün təzə bəy və gəlinlər üçün şirin bir xatirə olub, ömürlərinin çox həssas anlarından sayılır. Bir-birini sevən iki gəncin müştərək həyatı elə həmin andan etibarən başlanır, hər növ ayrılıq və yadlıq aradan qalxır, səfa-səmimiyyətə, vüsala çatırlar. Bəy və gəlinin bu gecədəki bütün hərəkət, rəftar və təfəkkür tərzləri ömürlərinin axırına qədər unudulmazdır. Buna görə müqəddəs İslam şəriəti bu gecə üçün müəyyən qayda-qanunlar və mərasimlər bəyan etmişdir ki, onlara riayət edilməsi, şübhəsiz ki, cavan ər-arvadın ruhiyyəsində, onların gələcək övladlarının tərbiyəsində və müştərək həyatlarında çox təsirli olacaqdır. Onların bəzilərini bəyan edirik:

    1-İslam dini öz ardıcıllarına göstəriş verir ki, zifaf mərasimini gecə yerinə yetirsinlər və bunu bilsinlər ki, bu iş gecə yerinə yetirilməsi onların halı ilə daha münasibdir. Həzrət İmam Musa ibni Cəfər (əleyhissalam) buyurur:

    "İslamın qanunu və Allahın sünnəti bu əsasda olmuşdur ki, zifaf gecə ikən yerinə yetirilsin. Çünki gecə qəlblərin aram olması səbəbidir, qadınlar da kişilər üçün xatirin aram olması səbəbidir.”[316]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Zifafı gecə ikən yerinə yetirin, onun qonaqlığını isə gündüz edin, hətta əqdin də gecə oxunması müstəhəbdir.”[317]

    2-Zifaf gecəsində yerinə yetirilməli olan ikinci mərasim təkbir (Allahu əkbər) deməkdir.

    Həzrət Əli və Fatimə (əleyhiməssalam)-ın zifaf gecəsi belə olmuşdu: Həzrət Fatimə (əleyha salam) gəlin gələrkən qatıra minmişdi, Salman onun yüyənini çəkirdi. Peyğəmbər isə onların ardınca hərəkət edirdi.

    Birdən Cəbrəil və Mikail hər biri yetmiş min mələklə Həzrət Fatiməni müşayiət etmək üçün yer üzünə nazil olub təkbir deməyə başladılar. Peyğəmbər də onlar kimi təkbir deməyə başladı və bu İslami sünnət həmin vaxtdan etibarən adətə çevrildi.[318]

    Deməli, bu gecədəki İslami şüarlar əl çalmaq, "ura” demək deyil, "Allahu əkbər” deməkdən ibarətdir.

    3-İki rəkət zifaf namazı qılıb bu gecəyə aid olan duaları oxumaq barədə çoxlu tövsiyə olunmuşdur. ”əlin bəxt evinə gətirilib onun ixtiyarına qoyulduğu zaman İlahinin dərgahına təşəkkür, şükür əlaməti olaraq hər ikisi əvvəlcədən dəstəmaz alaraq pak-pakizə halda iki rəkət namaz qılırlar, sonra özlərinin gələcək övladları barəsində məxsus dualar oxuyaraq Allahın lütfünü özlərinə cəlb edirlər.

    İmam Sadiq (əleyhissalam) bir hədisdə zifafın müəyyən qaydaları barəsində belə buyurur:

    "Elə ki, gəlini ərini evinə gətirdilər, bəy gəlini gətirən qadınlara deyir ki, gəlinə deyin dəstəmaz alsın. Sonra ikisi birlikdə iki rəkət namaz qılsınlar, namazı qurtarandan sonra üzü qibləyə dayanıb əllərini Allah dərgahına qaldıraraq belə dua eləsinlər ki: "İlahi, Sənə Həmd edir, Peyğəmbər və onun Əhli-beytinə salavat göndəririk. Pərvərdigara, bizi bir-birimizə mehriban elə!”[319]

    Sonra bəy öz əlini gəlinin alnına qoyub yenə dua oxumağa başlayır, daha sonra gəlinin ayaqqabısını və corablarını çıxardıb onun ayaqlarını yuyur, suyunu isə otaqdan çölə atır. Rəvayətlərə əsasən, bu kimi işlər evin içində yarana biləcək hər növ fəqirliyi və bəlanı çölə atır, İlahi rəhmət və bərəkəti nazil edir. Söz yoxdur ki, Allahın adı və dini göstərişlərlə həyatını başlayan hər bir ailə mehr-məhəbbət, səfa-səmimiyyətlə yaşayacaq, həyatları elə bu cür davam edəcək, ilahi lütflərlə və özlərinin səy və çalışmaları ilə hər növ çatışmamazlıqları aradan qaldıracaq, xeyir-bərəkəti özlərinə cəlb edəcəklər.

    4-Xəlvət

    Müqəddəs İslam dinində xəlvət (yaxınlıq) üçün müəyyən qaydalar və hökmlər müfəssəl surətdə bəyan edilmişdir. Biz onlardan bir qismini qeyd edirik. Qadın və kişi tam aramlıq, xatircəmlik və cismi hazırlıqla hamının, hətta müməyyiz uşaqların gözündən uzaqda bu proqramlara diqqət yetirərək həmin mərasimi yerinə yetirməlidirlər. Bu işə başlamazdan əvvəl şirin söhbətlər, məhəbbət və zarafat etdikdən, şəri mazaqlaşmadan sonra Allahın adı ilə işə başlasınlar və bu əməlin yerinə yetirilməsində əsla tələsməsinlər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hərgah sizlərdən biri cima (yaxınlıq) etmək istəsə, quşların bir-biri ilə cima etməsi kimi eləməsin və lazımi müqəddimələri hazırlayaraq tələsməsin.”[320]

    İmam Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Hərgah sizlərdən biri öz zövcəsi ilə yaxınlıq etmək istəsə, onu tələsdirməməlidir. Çünki qadınların cinsi ehtiyacları tələsməklə təmin olunmur.”[321]

    Qadınların vücudlarına hakim kəsilən təbiətlərinə, həya və iffətlərinə diqqət yetirsək, məlum olar ki, onlar cinsi cəhətdən kişilərdən gec təhrik olunur və gec də doyurlar. İmam Sadiq (əleyhissalam) buyurur:

    "Sizlərdən biri öz əyalı ilə yaxınlıq etmək istəyərsə, Allahı yad eləsin, çünki hər kəs cimaya başlayanda Allahın adını zikr eləməsə və ondan övlad dünyaya gəlsə, (o övlad) şeytanla şərik olacaqdır. Bu əməli onun Biz Əhli-beytə məhəbbət və ya ədavət bəsləməsi ilə bilmək olar.”[322]

    (Yəni əgər Əhli-beyti sevənlərdəndirsə, şeytan onlarla şərik deyil, yox əgər Əhli-beytə qarşı kin, düşmənçilik bəsləyirsə, şeytanla şərikdir.)
    YAXINLIQ ÜÇÜN MÜNASİB "ÜNLƏR

    Həftənin bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və xüsusilə də cümə gecələri[323] yaxınlıq etmək müstəhəbdir və gərək bu əməl ruhi və cismi hazırlıqla, tam istirahətlə və gecənin axır vaxtlarında yerinə yetirilsin.

    "ündüzlərdə yaxınlıq, adətən, ziyanlı olub şərən də məkruh sayılır. Amma cümə axşamı günü günortadan sonra, habelə cümə günü günortadan sonra bu iş tövsiyə edilmişdir. Amma qəməri ayların əvvəlində, ortasında və axırında məkruhdur. "Bəqərə” surəsinin 187-ci ayəsinin hökmünə əsasən, yalnız Mübarək Ramazan ayının ilk gecəsi müstəhəbdir. Habelə qadın və ya kişi cinsi cəhətdən təhrik olunarsa və cinsi yaxınlığa ehtiyac duyarsa, hətta gündüzlərdə də belə məkruh deyil, əksinə lazım və müstəhəbdir. İndi isə sizin diqqətinizi həyat yoldaşı ilə yaxınlıq etməyin savabını, fəzilətini göstərən hədislərə cəbl edirik.

    Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hərgah bir kişi öz qadını ilə yaxınlıq etmək istəyərsə, iki mələk onları araya alar. Sanki iki qılıncı qınından çıxardıb Allah yolunda cihada başlayıblar. Bu işə məşğul olarkən, payızda ağacların yarpaqları tökülən kimi günahları da tökülür. Cənabət quslu alanda bütün sapma və xətalar bağışlanır.”[324]

    Osman ibni Məzunun həyat yoldaşı bir gün Rəsuli Əkrəmin yanına gəlib dedi: Ərim gündüzlər oruc tutur, gecələr namaz qılır və mənə heç vaxt diqqət yetirmir. Həzrət bu sözü eşidən kimi o qədər narahat oldu ki, hətta ayaqqabılarını geymədi, onları əlinə alaraq Osmanın yanına gedib buyurdu:

    Rəvayətlərin məzmununa görə bəzi günlərdə həyat yoldaşı ilə yaxınlıq məkruh və qeyri-münasibdir ki, qısa şəkildə onları qeyd edirik.


    1-Mübarək Ramazan ayının birinci gecəsi istisna olmaqla, qalan qəməri ayların birinci, orta və axırıncı gecələri məkrhdur.

    2-”ünortadan sonra yaxınlıq etmək məkruhdur, amma iki gün–cümə axşamı və cümə günü günortadan sonra müstəhəbdir.

    3-Üç gündən artıq olmayan səfərlərdə, səfərə çıxmamışdan əvvəlki gecə, həmçinin, tox (qarnı dolu) halda, xüsusilə gecənin əvvəlində yaxınlıq etmək münasib deyildir.

    4-Ay əqrəb bürcündə olanda, ayın axır gecələri, həmçinin qurban və fitr bayramının gecələri, habelə, şənbə, bazar, çərşənbə gecələri cima etmək məkruhdur.

    5-:içik uşaqların yanında və ya başqalarının onların səsini eşidə və ya görə biləcəkləri yerdə yaxınlıq etmək məkruhdur.

    6-Üstünə pərdə örtmədən, çılpaq halda, habelə möhtəlim olduqdan sonra, yaxud damın üstündə yaxınlıq etmək qeyri-münasibdir.

    7-Ayaq üstə, namazın azanı ilə iqaməsi arasında, habelə, sübh azanı ilə günəşin çıxdığı vaxt arasında yaxınlıq etmək məkruhdur.

    8-”ünəşin və ayın tutulduğu gün və ya gecələrdə, qara və qırmızı küləklər əsən günlərdə yaxınlıq etmək məkruhdur.

    9-Hamilə qadınla dəstəmazsız halda, meyvə ağacının altında, günəşin qürubuna yaxın vaxtlarda cima etmək məkruhdur.

    10-Cima halında qadının və kişinin bir-birinin övrətlərinə baxmaları məkruhdur. Əgər hər ikisi ovrətini bir parça ilə təmizləmiş olsalar bu iş peşmançılığa səbəb olacaqdır. (Hər birinin ayrıca parçası olmalıdır.)

    11-Üzü və ya arxası qibləyə, habelə günəşin müqabilində cima etmək məkruhdur. Əgər səfərdə su tapılmazsa, qadağandır.

    12-Cima halında Qurani kərim oxumaq, əcənəbi (naməhrəm) qadınların həvəsi ilə öz həyat yoldaşı ilə yaxınlıq etmək peşmançılıq gətirər və bu iş məkruhdur.

    13-”Bismillah” demədən, habelə aləti yumadan təkrar cima etmək şəri cəhətdən namünasibdir.

    Bunlar mötəbər şiə kitablarında qeyd olunan hədislərin məzmunudur ki, onlarda bu əməllərin fəlsəfəsi və səbəbi qismən bəyan olunmuşdur. Amma biz ixtisar olsun deyə, bu rəvayətlərin özlərini gətirməyi lazım görmədik.[326]

    5-Zifaf qonaqlığı

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) Həzrət Əli və Fatimənin toy mərasimində bəy və gəlinin tərəfindən bir neçə mömini dəvət edərək münasib yemək hazırladı. Yemək yeyiləndən və qonaqlar dağıldıqdan sonra Həzrət öz qızını və kürəkənini çağırıb onların hər birinə öz mövqeyini bəyan etdi. Sonra Həzrət Fatimənin əlini Həzrət Əlinin əlinə qoyaraq buyurdu: "Əlidən başqa Fatimə üçün layiqli bir həyat yoldaşı yoxdur.”[327]

    Həzrət bu əməli ilə Zəhranın Əliyə tabe və təslim olmasını bəyan etdi və göstərdi ki, qadın gərək ərinə itaət etsin, əli öz ərinin əlində olsun. Zifaf barəsində olan bəhsi iki hədislə sona çatdırırıq. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) Ümmü Həbibə (Amənə) ilə evlənəndə Nəcaşini öz tərəfindən vəkil edərək ona buyurdu ki, möminlər üçün qonaqlıq tədarükü görsün və İslami sünnətə əməl etsin. Nəcaşi bu əmrə itaət edərək dedi:

    "Möminlərin evlənmə məsələsindəki dini ayinlərindən biri qonaqlıq verməkdir.”[328]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Möminlərə ehsan və qonaqlıq vermək 5 yerdə sünnətdir: 1-toyda, 2-övlad dünyaya gələndə, 3-sünnət toyunda, 4-ev alanda, 5-Həcdən qayıdanda.”[329]


    [307]"Vəsailüş-şiə”, 14-cü cild, səh.138

    [308]"Fürui-kafi”, 5-ci cild, səh.565

    [309]"Qurbul-əsnad”, səh.74

    [310]"Vəsailüş-şiə”, 14-cü cild, səh.59

    [311]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.238

    [312]"Vəsailüş-şiə”, 14-cü cild, səh.61

    [313]"Cəvahirül-kəlam”, 29-cu cild, səh.63

    [314]"Ürvətül-vüsqa”, müstəhəbbati nikah babı, 26-cı məsələ

    [315]"Təhrirül-vəsilə”, 2-ci cild, səh.245

    [316]"Vəsailüş-şiə”, 14-cü cild, səh.62

    [317]"Fürui-kafi”, 5-ci cild, səh.366

    [318]"Vəsailüş-şiə”, 14-cü cild, səh.63

    [319]"Cəvahirül-kəlam”, 29-cu cild, səh.43 (Beyrut çapı)

    [320]"Şərhi mən la yəhzür”, 8-ci cild, səh.201

    [321]"Vəsailüş-şiə”, 14-cü cild, səh.83

    [322]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.222

    [324]"Vəsailüş-şiə”, 14-cü cild, səh.76

    [325]"Fürui-kafi”, 5-ci cild, səh.594

    [326]Maraqlananlar aşağıdakı mənbələrə müraciət edə bilərlər: "Vəsailüş-şiə”, 14-cü cild, səh.89-dan sonrakı hədislər; "Rovzətul-müttəqin”, 8-ci cild, səh.195; "Təhrirül-vəsilə” (İmam Xomeyni), 2-ci cild, səh.239; "Ürvətül-vüsqa”, səh.624; "Cəvahirül-kəlam”, 29-cu cild, səh.54; "Biharul-ənvar”, 103-cü cild, səh.291

    [327]"Füruği əbədiyyət, 2-ci cild, səh.434

    [328]"Cəvtahirül--kəlam”, 19-cu cild, səh.46

    [329]"Vəsailüş-şiə”, 14-cü cild, səh.65

    Category: Islamda evlənmə və ailə hüququ-1 | Views: 1664 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024