İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2012 » October » 29 » Islamda evlənmə və ailə hüququ-2
    6:53 AM
    Islamda evlənmə və ailə hüququ-2

    OTUZ BİRİNCİ FƏSİL
    MEHR-MƏHƏBBƏT OCAĞI


    Ailə eşq-məhəbbət, səfa-səmimiyyət ocağı olmalıdır ki, ailə üzvlərinin hər növ yorğunluqları çıxsın, övladlar xüsusi bir məhəbbətlə tərbiyələnsinlər. Ər və arvad da İslamın həyatverici qanunlarından istifadə edərək bir sevincdolu həyata–cənnət həyatına başlasınlar. Bu halda mehr-məhəbbət əhval-ruhiyyəsi ailəyə hakim olar, ailə üzvləri sevincdən, ruhi sağlamlıqdan və inkişafdan faydalanar. Belə ailələr cəmiyyətin ürəyiyanar, mehriban, çalışqan və vəfadar üzvləri olacaqlar. Əgər ər-arvad arasında anlaşılmazlıq yaranarsa, onların həyatının cəhənnəmə çevrilməsindən əlavə, belə ailələrdə tərbiyə olunan övladlar da cəmiyyət üçün ən xətərli və şər ünsürlərə çevriləcəklər. Bu fəsildə qadının əxlaqi hüquqlarından bəhs edildiyi üçün biz ərin öz arvadına qarşı olan vəzifə və borclarını araşdıracağıq. Kişilərə üz tutub deyirik ki, qadınlar Allahın əmanətləri, ərin ətirli gülləridir. Onlar bu gözəl və ətirli güllərin, ilahi əmanətlərin pərvərişinə ciddi əhəmiyyət verməli, insaniyyət qayda-qanunlarına riayət etməlidirlər. Yalnız bu halda belə gözəl rəftarın xoşagələn və şirin təsirlərindən bəhrələnəcəklər. İndi isə bu barədə bəzi İslami hədisləri diqqətinizə çatdırırıq:

    "Allahın lütf nişanələrindən biri də budur ki, sizin üçün öz cinsinizdən həyat yoldaşları (zövcələr) yaratdı ki, siz onların yanında aramlıq tapasınız, ünsiyyətdə olasınız. Və Allah sizin aranızda məhəbbət və rəhmət qərar verdi.”[51]

    Bu ayədə qadın ərin aramlıq və asayiş amili kimi göstərilmişdir. Ayədəki "məvəddət” və "rəhmət” kəlmələrinə əsasən, ər-arvad arasında olan rabitə eşq-əlaqə, mehribançılıq əsasında olmalı, onun kökləri isə dindən ilham almalıdır. Çünki cinsi qərizələri söndürmək üçün yaranan ötəri həvəslər və məhəbbətlər çox da davamlı olmayıb kiçik bir xoşagəlməz rəftar və maneə ilə ailənin dağılmasına gətirib çıxarır. Allah taala buyurur:

    "Öz qadınlarınızla gözəl tərzdə rəftar edin.”[52]

    Bu ayədəki "məruf” sözü ehsan və yaxşılıq mənasındadır. Bu kəlmə Qurani kərimdə həyat yoldaşı ilə gözəl rəftar barəsində on iki yerdə işlədilmişdir və bu məsələnin əhəmiyyətini çatdırır.
    QADIN ƏRİN MƏŞUQƏSİ VƏ DİLRUBASIDIR

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Qadın öz əri üçün dilbər və məşuqədir. Hər kəs arvad alsa, ona nəvaziş edib onu qorumalıdır.”[53]

    İmam Baqir (əleyhissalam) qadını dilrubaya, dilbərə, məşuqa oxşadıb buyurur ki, "onların saxlanmasında, qorunmasında səy edin, hüquqlarını zay etməyin.”[54]

    Bu hədislərdə işlənən "löbət” kəlməsi uşağın məhəbbət bəslədiyi şeylərə deyilir. Buradan aydın olur ki, qadın ərinin sevimlisi, eşq bəslədiyi şəxs olmalı, ər də onun qorunub saxlanmasında hüquqlarına riayət etməkdə səhlənkarlıq etməməli, qəlbini dərin məhəbbətlə, nəvazişlə özünə cəlb etməlidir. Çünki hər bir məhəbbət dolu rəftar qadının duyğularını, eşqini cuşa gətirərək onu ərinə qarşı daha da mehriban və səmimi edir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Kişinin öz arvadına "mən səni sevirəm” deməsi heç vaxt onun qəlbindən çıxmaz.”[55]

    İslam öz ardıcıllarına göstəriş verir ki, hər kəsi çox istəsəniz, onun özünə bildirin, çünki bu dostluğun izhar edilməsi dostluğun və qarşılıqlı məhəbbətin möhkəmlənməsində çox təsirlidir.

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Hər kəsi çox istəyirsənsə, ona bildir. Çünki dostluğun elan edilməsi aranızdakı dostluq və qarşılıqlı məhəbbəti daha da artırar.”[56]

    Əgər bu İslami göstərişə ictimaiyyətdə, xüsusilə ailə mühitində əməl olunarsa, müsəlman cəmiyyətləri və ailələr eşq-məhəbbət, səfa-səmimiyyət ocağına çevriləcəkdir. Bu barədə ər-arvad üçün hər növ utancaqlıq, xoşagəlməz, bəyənilməz sayılır. Onlar hökmən bir-birinə qarşı məhəbbət izhar etməklə səfa-səmimiyyətin öz aralarında daha da artmasına, beləliklə də ailənin bünövrəsinin möhkəmlənməsinə səbəb olar.
    HƏYAT YOLDAŞINA MƏHƏBBƏT İMAN ƏLAMƏTİDİR

    Ailədə dinc və sağlam əhval-ruhiyyədə yaşamaq müqəddəs İslam dininin ən böyük hədəflərindən biridir. Hər kəs bu məsələyə diqqət yetirsə, deməli dindar və vəfalı bir kəsdir; hər kəs buna etinasız yanaşarsa, dini və ictimai nəzərdən dəyərsiz bir şəxsdir. Həzrət Rəsul (səlləllahu əleyhi və alih) buyurur:

    "Bir bəndənin imanı nə qədər artsa, qadınlara qarşı məhəbbəti də bir o qədər artar.”[57]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Bir kəsin bizə məhəbbəti nə qədər artsa, bir o qədər də arvadına məhəbbəti artar.”[58]

    Həzrət yenə buyurur:

    "Peyğəmbərlərin əxlaqından biri də öz arvadlarını sevməkdir.”[59]

    Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

    "İnsanların iman nəzərindən ən yaxşısı ən gözəl əxlaqı olanı və öz əhli-əyalına lütflü və mehriban olanıdır. Və mən öz əhli-əyalıma hamınızdan artıq mehribanam.”[60]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Mən heç də güman etmirəm ki, bir nəfərin imanı xeyir cəhətindən artmış olsun, amma öz qadınlarına məhəbbəti artmasın.”[61]

    Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

    "Əsir başqasının ixtiyarında olduğu kimi, qadın da ərinin ixtiyarındadır. Buna görə də Allah dərgahında sizlərdən ən yaxşı adam odur ki, həyat yoldaşı barəsində ehsan etsin, ona qarşı ən mehriban şəxs olsun.”[62]

    Bu hədis və kəlamlardan nəticə alırıq ki, ilahi övliyalar və peğəmbərlər öz həyat yoldaşlarını sevmiş, onlara məhəbbət və ehtiram göstərmişlər, öz ardıcı‰larına da tövsiyə etmişlər ki, öz qadınlarının qədəmlərini əziz saysınlar. Bu məsələ imanın bir hissəsi, dinin, etiqadın nişanəsi kimi təqdim edilmişdir. Bu qəbildən olan kişilər İlahinin dərgahına ən yaxın və ən əziz insanlar hesab edilir. Hətta Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) özünü bu ilahi qanuna əməl etmək nəzərindən insanların ən irəlidə olanı bildirmişdir. Başqa bir hədisdə bu məsələyə əhəmiyyət verməmək bədbəxtlik və axirət əzabının amili kimi göstərilir. İndi isə sizin diqqətinizi bir tarixi hadisəyə cəlb edirik.

    Ənsarın ən nüfuzlu şəxsiyyətlərindən biri olan Səd ibni Məaz Mədinə şəhərində Peyğəmbərə iman gətirən ilk səhabələrdən biri idi. O, "Bədr” müharibəsində bütün varlığı ilə Həzrət Peyğəmbəri müdafiə etmişdi. "Əhzab” müharibəsində müsəlmanların əksəriyyətinin canına qorxu, vəlvələ düşdüyü bir zaman Həzrətə ərz etdi: "Ya Rəsuləllah, öz şəmşirlərim ilə təcavüzkarların müqabilində dayanacağam.” O, elm, təqa və mövqe baxımından Peyğəmbərin yanında elə bir məqama malik idi ki, Həzrət onu Bəni Qüreyzə münafiqlərini cəzalandırmaq üçün hakim təyin etdi və Cəbrəili-Əmin onun bu barədə etdiyi hökmü Allahın haqq hökmü kimi qiymətləndirdi. Səd ibni Məaz Allah yanında o qədər sevimli bəndə idi ki, o vəfat edərkən Allahın ərşi lərzəyə gəldi. 90 min məlaikə Cəbrəil ilə birlikdə asimandan nazil olub onun dəfn mərasimində iştirak etdi. Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) ayaqyalın və əbasız onun qoyulduğu tabutdan tutmuşdu. Hətta Həzrət özü şəxsən ləhəd daşlarını öz rəhmət əlləri ilə möhkəmlətdi. Belə ki, o vaxta qədər Həzrətdən belə iş görünməmişdi. Sədin anası Həzrətdən bu qədər lütf və mehribanlıq müşahidə etdikdə vəcdə gəlib dedi: "Ey Səd, xoş olsun halına, behiştə getdin!” Həzrət buyurdu:

    "Allahın tərəfindən yəqinliklə danışma! (Bu ilahi insanın bütün təqva, iman, şücaət və sair məziyyətləri ilə yanaşı, tam təəssüflə ailədəki əxlaqı çox da xoşagələn deyildi. Ailəsində azacıq kobud rəftar edirdi.) Bu səbəbdən də qəbir onu sıxdı.”[63]

    Bu hədisdən aydın olur ki, ailədə yaxşılıq etməli, Allah eləməmiş, kobud rəftardan uzaq olmalıyıq.
    HƏYAT YOLDAŞI İLAHİ ƏMANƏTDİR

    Qadınlarla yaxşı rəftar etməyi İslam dini çox təkid edir. Belə ki, hətta onları Allahın əmanətləri kimi təqdim edərək onların hüquqları barəsində azacıq belə laqeydliyi, etinasızlığı, diqqətsizliyi ilahi əmanətə xəyanət hesab edir. Buna əsasən, bu böyük və ilahi nemətin, əmanətin qorunmasında səy etməliyik ki, ilahi ədalət məhkəməsində mühakiməyə çəkilməyək. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) qızı Fatiməni Əli ibni Əbutalib (əleyhiməssalam)-ın evinə köçürəndə ona buyurdu: "Ya Əli, qızım sənin əlində əmanətdir.”

    Bu məsələ İslami tarix və rəvayətlərdən əlavə, Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın öz kəlamlarında da görünməkdədir. Belə ki, o Həzrət Zəhranı dəfn etdikdən, mübarək əlləri ilə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in əmanəti olan o məzlum xanımı təhvil verərkən məlum olur. Belə ki, o həzrət Rəsuli Əkrəmə salam verdikdən, Həzrət Zəhraya qarşı edilən zülmlərdən, haqqını qəsb edənlərdən şikayət etdikdən sonra dedi:

    "Ey Peyğəmbər, Allahın və Onun Rəsulunun əmanəti təhvil verildi və o, sənə doğru gəldi. Mən isə bundan sonra həmişə qəmli olacağam, gözlərimə yuxu getməyəcəkdir.”[64]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Həqiqətən qadınlar kişilərin yanında heç bir xeyrə və ya zərərə malik deyillər. Onlar sizin yanınızda olan ilahi əmanətlərdir. Onlara əsla zərər yetirməyin, hüquqlarını unutmayın.”[65]

    Osman ibni Məzunun arvadı Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-dən ər-arvadın hüquqları barəsində soruşdu və Həzrət onların hüquqlarını şərh edərək buyurdu:

    "Qardaşım (Cəbrəil) həmişə qadınları tövsiyə edirdi. O qədər tövsiyə etdi ki, belə sandım ki, kişinin öz arvadına "uf” deməsi belə caiz deyildir. O mənə xəbər verib dedi ki, ey Mühəmməd, qadınlar barəsində Allahdan qorx və onlarla müdara et! Çünki onlar sizin əlinizdə olan əmanətlərdir. Siz onları ilahi əhd-peyman əsasında əmanət almısınız və onların namuslarına, canlarına hakim kəsilmisiniz. Onların barəsində yaxşılıqdan başqa bir iş görməyin.”[66]

    Bu hədisdən aydın olur ki, qadınlar ərlərinin əlində əmanətdir. Onların barəsində hər növ qəflət, qüsur, ifrat və ya təfrit ilahi dərgahda məsuliyyətə səbəb olur. Ona görə də bacardıqca bu nemətlərin qədrini bilməliyik. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) öz oğlu Məhəmməd Hənəfiyyəyə buyurur ki,

    "Bacardıqca öz arvadınla müdara et və onunla yaxşı rəftar et ki, səfa-səmimiyyətlə, məhəbbətlə dolu olan bir həyata, məişətə malik olasan.”[67]

    Bu vəsiyyətin oxşarını o Həzrətin öz oğlu Həsən (əleyhissalam)-a etdiyi vəsiyyətində də görmək olar.[68]
    SÖZƏ BAXMAYAN QADINLARLA RƏFTAR TƏRZİ

    Bəzi hallarda arvadlar agahlıq olmadığı üçün, yaxud düzgün İslami tərbiyənin və ya mədəniyyətin olmaması və sair amillər üzündən ərlərinin sözünə baxmır, onlara əziyyət verir, ailənin səfa-səmimiyyətini cəhənnəmə döndərir. Belə olan hallarda agah ərlər özlərindən kobud və tünd reaksiya göstərməməli, onların amillərini, köklərini araşdırmalıdır. Əgər onun özü şəxsən bu amilləri araşdıra bilməsə, onda dindar və agah şəxslərdən kömək alıb üsyankarlığın, sözə baxmamazlığın köklərini kəsmək üçün bir tədbir görməlidir. Bu halda ailədə baş verən çatışmamazlıqların çoxu aradan qalxacaq. Xüsusilə cavan ər diqqət yetirməlidir ki, heç bir qadın əri üçün, habelə, heç bir ər arvadı üçün ideal tərzdə ola bilməz. "ərək razılaşma, səfa-səmimiyyət və sazişi dava-dalaşdan, təhqir və tənqiddən üstün tutsunlar. Üsyankar və sözəbaxmayan qadınları atifi ləhzələr vaxtı adətən nəsihət yolu ilə, qəzəb və kobudluqdan, habelə başqalarının gözündən uzaq olmaq şərti ilə sözəbaxan etmək lazımdır. Kişi sözə baxmamağın gətirəcəyi zərərlər, qarşılıqlı anlaşma olmayan vaxtlardakı yaranan müşküllər barəsində onu qane etməli və başa salmalıdır ki, bu işlərin nəticəsi nəhayət onun evinə qayıdacaqdır. Cavan kişilərin həmişə riayət etməli olduqları məsələlərdən biri də həyat yoldaşını təhqir etməkdən uzaq olmalıdır. Həmçinin kişi arvadına və onun ailəsinə ehtiram qoymalı, həyatında, məişətində rifah və firavanlıq yaratmalı, onun cinsi və ruhi ehtiyaclarını təmin edərək hər növ bəhanənin qarşısını almalı, həyat yoldaşını fikri istiqlaliyyətə doğru rəğbətləndirməli, başqalarının dəxalət etməsinin qarşısını almaqla müştərək həyatın şirin gələcəyini onun nəzərində canlandırmalı, həyatın, mənzilin müşküllərini müzakirə edərək onun özündən bu kimi müşküllərin həllində kömək istəməlidir. Bütün bunlar müştərək həyatın davam etdirilməsi üçün ən münasib yollardan biridir. Həyat yoldaşı sözə baxmayan qadınlar olan kişilər mütləq imamların həyatına diqqət yetirib onların bəzi hallarda sözə baxmayan qadınları olduqda onlarla necə davranıb rəftar etmələrini öyrənib ibrət almaq lazımdır. O Həzrətlərin ardıcılları da daha dözümlü olmalıdırlar.

    İndi isə sizin diqqətinizi bu barədə olan bəzi hədislərə cəlb edirik. İmam Sadiq (əleyhissalam) buyurur:

    "Atamın sözə baxmayan bir arvadı var idi ki, həmişə ona əzab-əziyyət verirdi, amma atam bunun əvəzində onu əfv edirdi.”[69]

    İlahi peyğəmbərlərdən biri olan Hud (əleyhissalam)-ın arvadı ona əziyyət verirdi, üstəlik onun düşmənləri ilə əlbir olurdu. Amma Həzrət Hud (əleyhissalam) o qadının sağ qalmasını istəyir, buyururdu:

    "Mömini bir kəs əziyyət etməlidir, yaxşı olar ki, bu əziyyət öz yanında olan qadını tərəfindən olsun.[70]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Həzrət İbrahim (əleyhissalam) özünün sözə baxmayan (üsyankar) əhval-ruhiyyəsi olan Saradan Allaha şikayət etdi. Allah da cavabında buyurdu: "Ey İbrahim, öz arvadınla keçin, çünki (sözə baxmayan, üsyankar) qadın əyri sümük kimidir. Əgər düzəltmək istəsən, onu sındırarsan, əgər öz halına buraxıb dəyməsən, ondan bəhrələnərsən.”[71]

    Qeyd edək ki, qadınlar çox zərif, incə və atifəli varlıqlar olub ailə daxilində əsaslı rol ifa edirlər, eyni zamanda onların qəlbi çox nazik və həssasdır. Onlara qarşı çox diqqətli və ehtiyatlı olmalı, onlara nəvaziş göstərməli və əvəzində onlardan müsbət istiqamətdə faydalanmalısınız. Əgər kobudluq və bədrəftarlıq etsəniz, bu zərif varlıqlar bir növ "sınacaq” və artıq istifadə üçün yararlı olmayacaqlar. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) qadınların zəriflikləri barəsində bu həqiqətə işarə edərək oğlu Həsən (əleyhissalam)-a buyurur:

    "Qadın zərafətlik və həssas olmaqda reyhan gülü kimidir. "özəl və ətirli olmaqla yanaşı, çox həssasdır. O qəhrəman deyildir ki, ailənin və ictimaiyyətin ağır məsuliyyətli işlərini görsün.”[72]

    Bu hədislər göstərir ki, ilahi övliyaların, Məsum imamların bəzilərinin sözə baxmayan, üsyankar arvadları olmuş, amma o Həzrətlər onların xətalarını görməməzliyə vuraraq öz həyatlarını davam etdirmişlər; həyat yoldaşlarının onlara qarşı rəva gördükləri zülm və sitəmi qəbul etmiş, ancaq özləri heç vaxt onlara zülm etməmişlər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bu həqiqətə işarə edərək buyurur:

    "Üç dəstə adam var ki, əgər qorxuları olmasa, zülm edərlər: 1-alçaq fitrətli insanlar, 2-sözə baxmayan qadınlar, 3-xidmətçilər.”[73]

    Diqqət yetirilməlidir ki, qadının etdiyi zülmlərin qarşısını almaq üçün ona əzab-əziyyət vermək olmaz, əksinə, ağlasığan yolla, məhəbbət dolu baxışlarla, gözəl rəftarlarla onlara xətalarını anlatmaq lazımdır.
    NƏ ÜÇÜN SÖZƏ BAXMAYAN QADINLARLA YAXŞI RƏFTAR EDƏK?

    Qeyd etdiyimiz kimi, bədrəftar və üsyankar qadınları müxtəlif yollarla tərbiyə etmək olar. Əgər tam islah olmasalar, onların xətalarını nəzərə almamaq, üzə vurmamaq həyatı təlatümlü bir dənizə çevirməyin qarşısını müəyyən qədər alır, qəm-qüssələri müəyyən qədər azaldır. Çünki ixtilafları davam etdirmək, onları şişirtmək insanın ömrünü puç edir, canını əridir, evi müharibə səhnəsinə çevirir. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Əksəriyyəti ailə mühitində olan qəm-qüssələr insanın tez qocalmasına səbəb olur.”[74]

    Həzrət başqa bir hədisdə buyurur:

    "Qəm-qüssələr insanın bədənini əridib aradan aparır.”[75]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Hər kəs öz ailəsi və həyat yoldaşı ilə yaxşı rəftar etsə və öz müştərək həyatını belə davam etdirsə, Allah onun ömrünü uzadar.”[76]

    İmam Səccad (əleyhissalam) cəmiyyətdə mövcud hüquqları bəyan edərkən qadının hüququna da işarə edərək buyurur: "Ər və arvad bir-birinə qarşı Allahın yaratdığı qarşılıqlı nemətlər kimidir və gərək bu nemətlərin qədri bilinsin, onlar bir-birini əzizləsinlər, nəticədə bir-birinə qarşı məhəbbətlə yaşasınlar.”

    Bu fəslin sonunda zəruri bir məsələni xatırlatmağı lazım bilirik: o da bundan ibarətdir ki, həyat yoldaşı ilə mülayim, yaxşı rəftar etmək islam qanunları çərçivəsində olmalıdır. Buna əsasən, İslama zidd olan qeyrətsizlik, qadın və kişinin hicabsız surətdə qarışığından ibarət olan məclislərin təşkil olunması, camaatın gözləri önündə qadınların heysiyyətlərini aradan aparıb oyuncağa döndərmək kimi işlər ümumiyyətlə (haram olub) bizim bəhsimizdən xaricdir.

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın nəzərincə "ailəsinə və həyat yoldaşına qarşı qeyrətsizlik və etinasızlıq göstərənlər imansızdırlar.”[77]

    Əvvəlki bəhslərdə qeyd etdiyimiz kimi, qadınlar insanın səadət və xoşbəxtlik səbəbi, Allahın yer üzündəki işçiləri və kişilərin qəlblərinin aramlığıdır. Pak, işgüzar və ürəyi yanar nəsli tərbiyə etmək və s. kimi xüsusiyyətlər onların vücudlarında gizlənmişdir. Məgər belə insanları döymək olarmı? "örəsən onların bədənlərini döyüb göyərtmək və yaralamaq cinayət deyilmi? "örəsən müqəddəs islam dini və azad vicdanlar bu yer mələklərinin mehriban qəlblərini sındırmağa icazə verərmi?

    QADINLARIN DƏYƏRİ

    İslamın ali dəyərli təlimlərində qadınlara yüksək məqamlar verilmişdir. İslami rəvayətlər onları tərifləmişdir. Biz əvvəlki fəsillərdə bu barədə müəyyən qədər hədis qeyd etmişdik. Bu fəsildə də bir neçə nümunəni qeyd edirik. İmam Sadiq (əleyhissalam) buyurur:

    "Xeyir-bərəkətin əksəriyyəti qadınların vücudunda qoyulmuşdur.”[78]

    O Həzrət başqa bir hədisdə qadınları iki dəstəyə–yaxşı qadınlar və pis qadınlara ayırıb yaxşıların barəsində buyurur:

    "Bu qadınların dəyəri qızıl-gümüş, ləl-cəvahiratdan daha da üstündür, heç bir qiymətli daş-qaşın onların müqabilində dəyəri yoxdur.”[79]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Bu dünya bir mətaha bənzəyər ki, onların da ən yaxşısı xoşxasiyyətli qadınlardır.”[80]

    Bu kəlamlar qadınların yüksək dəyərlərinə işarə edib onların varlıqlarını xeyir-bərəkət mənbəyi, bu dünyanın ən yaxşı mətahı, onların mənəvi dəyərlərini bütün qiymətli şeylərdən üstün hesab edir.
    QADINI DÖYMƏK QADAĞANDIR!

    Bu barədə olan islam qanunlarının araşdırılması bizi həssas və incə məsələlərə doğru yönəldir, qadınlara ruhi və cismi cəhətdən işgəncə verilməsini ailə hüququna qarşı yönəldilən ən böyük cinayətlərdən hesab edir. Qadınlar kişilər kimi şərif və insaniyyət dəyərlərinə malik olan varlıqlardır. Buna əsasən, onları döymək, heç də qəbulediləsi bir məsələ deyildir. Onların eşq-məhəbbət yolunda döyünən mehriban qəlbləri şərif və zərif varlıq olduqlarını göstərir. Onların bədənləri heyvan bədəni deyildir ki, döyülməyə, əzab-əziyyətə və işgəncəyə dözə bilsin. Müqəddəs islam dini qadınları döyməyi qadağan edir.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Bir kəsin haqqı yoxdur ki, öz arvadına əzab-əziyyət verib döysün; amma əgər islam icazə verdiyi istisna hallarında olarsa, eybi yoxdur.”[81]

    Həzrət başqa bir hədisdə buyurur:

    "Aya sizlərdən hər hansı biriniz öz arvadını döyüb sonra onu qucaqlayarmı?!”[82]

    Peyğəmbər (səlləllahu əleyhi və alih) çox təəccüblə bu sualı irəli çəkib buyurur ki, bir kəs öz həyat yoldaşını döyüb sonra onunla yaxınlıq etməsi nə qədər də rüsvayçılıqdır!

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "İnsanların tərbiyələndirilməsi ədəblə, heyvanların ədəbləndirilib aram edilməsi isə yalnız döyməklə mümkündür.”[83]

    Qadınları döyənlər onları insan və aqil şəxslər sırasında hesab etmirlərmi?

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Ey camaat, siz arvadlarınız barəsində çox ehtiyatlı olub Allahdan qorxun! Çünki onlar ilahi əhd-peymanlarla sizin ixtiyarınıza keçmişlər. Siz Allahın məxsus kəlmələri ilə onları özünüzə halal etmisiniz. Bu halda yaxşı olar ki, bu əmanətləri döyüb incitməyəsiniz, çünki onlar eşq və məhəbbət ocağıdır.”[84]

    Həzrət başqa bir hədisdə buyurur:

    "Təəccüb edirəm o kişilərə ki, həyat yoldaşını vurur, halbuki özü vurulmağa daha layiqdir. Ey müsəlmanlar, qadınlarınızı çubuqla vurmayın. Əgər onları tənbeh etməyə məcbur olsanız, aclıq və üryan saxlamaqla onları ədəbləndirin. Bu üsul sizin dünya və axirətdə xeyrinizədir.”[85]

    Bir nəfər Peyğəmbərdən qadınların hüquqları barəsində soruşdu, Həzrət buyurdu:

    ""ərək kişi arvadının üzünə vurmasın və ona əxlaqi cəhətdən üzünü turşutmasın.”[86]

    Həzrət başqa bir hədisdə buyurur:

    "Sizin ən pis kişilərinizin kim olduğunu deyimmi?” Dedilər, bəli ya Rəsuləllah. Buyurdu: "Öz əyalını və nökərini döyüb onlara rəhm etməyən və mehribanlıq göstərməyənlərdir.”[87]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hər kəs öz arvadını ömrü boyu üç dəfədən artıq vursa, Allah taala onu Qiyamət günü bütün məxluqatın içərisindən qaldırıb əvvəldəkilərin və axırdakıların (yəni bütün məxluqatın) içində rüsvay edəcəkdir.”[88]

    Bu rəvayətlər əziz oxucular üçün qadını vurmağın qadağan olması barəsində kifayətdir. Çünki qadınlar incə insani duyğulara malik olan ilahi əmanətlərdir. Buna əsasən, onları kötəkləmək insani atifələrə xəyanət, əmanətdarlıq hüququna riayət etməməkdir. İkincisi, qadınlar ərlərinin səadət və xoşbəxtlik amili, eşq, səfa-səmimiyyət ocağıdır. Onları vurmaq son dərəcə qəbahət sayılır və ailə ocağını yanar cəhənnəmə döndərir. Üçüncüsü, qadını vurmaq islam göstərişlərinin əksinədir. Bu işi görən şəxs dünya və axirətdə Allahın qəzəbinə, Rəsuli Əkrəmin nifrət etməsinə səbəb olacaqdır. Bu məsələ sair məsələlərdən daha mühümdür.
    İSTİSNA QADINLAR

    Qadınların bəziləri öz həyat yoldaşının hüquqlarına riayət etmir, onların cinsi ehtiyaclarının təmin olunmasında etinasızlıq edir, ərin icazəsi olmadan evdən çıxır, özünün rəzil əxlaqı ilə ailədəki səfa-səmimiyyəti cəhənnəmə döndərir, həyat yoldaşının işlərinə yersiz dəxalət etməklə onu narahat edir. Bu istisna qadınlar islam nəzərində insani dəyərlərdən məhrum olan bir şəxslər kimi təqdim edilir və şiddətlə pislənirlər.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Varlıq aləmində ən pis şey–sözə baxmayan qadınlardır.”[89]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Mömin şəxsin ən güclü düşməni sözə baxmayan arvadıdır.”[90]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Qadınlar şeytanın ipləridir.”[91]

    Bu hədis qadınları inhirafa və məsiyətə düşməyin amili kimi bildirmişdir.

    Bütün bu rəvayətlərdə bu kimi qadınlar kəskin surətdə məzəmmət olunaraq varlıqların ən alçağı kimi təqdim olunmuşdur. (Bu bölmənin davamı 46-cı fəsildə gələcəkdir.)

    Quran, hədis və fiqhi istilahda bu cür qadınlara "naşizə” deyilir. Bu xüsusiyyətin səbəbi bəzi qadınlarda olan yersiz qürurlar və özlərini üstün tutmalarıdır ki, nəticə etibarı ilə öz ərlərinə tabe olmur, həyatı ərlərinə acınacaqlı və xoşagəlməz bir zindan edirlər. Naşizə qadınlardan bəziləri ruhi xəstəliklərə tutulur, həmişə qanunu pozmaq, həyat yoldaşlarına üstünlük qazanmaq istəyini adətə çevirirlər. Onlar bu nalayiq əməllərindən həm də ləzzət alırlar. Bu cür fərdlər həmişə ərlərinə ruhi və cismi əzab verirlər. Müqəddəs islam dini bu cür şəxslərin islah edilib tərbiyələndirilməsində ağlasığan yollar nəzərdə tutaraq ədəbləndirmənin mərhələlərini aşağıdakı tərzdə bəyan edir. Allah taala Qurani kərimdə buyurur:

    "O qadınlar ki, onların naşizəliyindən qorxursunuz, əvvəlcə onlara mövizə edin, öyüd-nəsihət verin, sonra əgər nəsihət yolu ilə islah olmasalar, öz yatağınızı onlardan ayırın, əgər bununla da tənbeh olunmasalar, aram şəkildə onları vurun.”[92]

    Pərvərdigari-aləm göstəriş verir ki, sözə baxmayan qadınlara yol göstərin, onların nalayiq hərəkətlərinin acı aqibətlərini mülayimliklə xatırladın, əgər ruhi cəhətdən aramlaşmasalar, ona əlac edin, nə qədər ki, yaxşı əxlaq və nəsihət yolu müsbət nəticə verir, bacardığınız qədər kobudluq və acıq etməkdən uzaq olun.

    Əgər qadın haqqı və məntiqi yolu seçməzsə, onda islah üçün bir az da ciddi göstəriş verir, atifi amillərdən istifadə yolunu təklif edir və buyurur ki, onun yatağını özünüzdən ayırın və ona mənəvi cəhətdən təsir edin. Çünki yatağın ayrılmasına dözmək qadınlar üçün ruhi cəhətdən son dərəcə çətindir. Əgər öz ərini sevirlərsə, bu hərəkətlə düzgün yolu seçib əvvəlki kimi olmayacaqdır.

    Qəzetlərin birində yazırlar ki, Rusiyada bir qız intihar etmişdi və ölümündən qabaq yazmışdı ki, "məni indiyə qədər heç bir kişi öpməyib, buna görə də mən bu həyata dözə bilmirəm.”[93]

    Bu hxadisə göstərir ki, qadınlar daha artıq cinsi hisslərə malikdirlər. Sığınacaq tapmaq üçün ərlərinə kəskin ehtiyac duyurlar. Ərinin ondan ayrı yatması onun üçün silahdan da kəsicidir. Buna görə də islam qadınların tərbiyələndirilməsinin ikinci mərhələsində onlarla bir yerdə yatmamağı, mehribanlıq göstərməməyi təklif edir. Əgər bütün bu mərhələlər əməli olduqdan sonra da qadın islah olmazsa və bunların heç bir müsbət təsiri olmazsa, bu zaman müəyyən şərtlər daxilində onu vurmağa icazə verilir. Quran, rəvayət, habelə bəzi millət və xalqların qanunları, həmçinin əql bu həqiqəti təsdiq edir. Çünki onlar öz ağılsız və düşünülməmiş hərəkətləri ilə məhəbbət dolu ailə ocaqlarını cəhənnəmə döndərir. Öz ağılsız hərəkətləri ilə ailənin səfa-səmimiyyətini, mehribanlıqla dolu olan ailə ocağını həyəcanlandıran, onun inzibatını pozur, ərin və ailə üzvlərinin fikirlərini qarışdırıb onları kədərləndirən və bu yolla da islamın ictimai sistemini cəmiyyətdə azğınlığa düçar edən qadınlar qanunu pozanlar hesab olunurlar və şübhəsiz, öz əməllərinin cəzasını da çəkməlidirlər. Bu üslub dünyanın bütün ölkələrində də qanun şəklindədir. Belə ki, bir kəs qanunu hər hansı sahədə pozarsa, tənbeh edilir, cəzalandırılır, bəzən ağır cinayətlər törədənləri edama məhkum edirlər. Qanunu pozan qadınların tənbeh edilməsi məsələsi də bu ümumi qanundan istisna olunmur. Bundan əlavə, Allah taala "Nisa” surəsinin 34-cü ayəsində bu məsələni aşkar şəkildə irəli çəkir, çoxlu rəvayətlər də bu həqiqəti təsdiqləyir. Alimlər və mərcəyi-təqlidlər–hər zamanda cəmiyyətin, insanların mənafeyini və məsləhətini təmin edən bu şəxsiyyətlər Quran və sünnətdən ilham alaraq bu barədə fətva vermişlər ki, indi onları qeyd edirik. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Qadınlara xeyir əməllər öyrətmək üçün onları vurun.”[94]

    Əbdülllah ibni Abbas bu ayənin təfsirində buyurur:

    "Quranın qanununa uyğun olaraq sözə baxmayan qadını birinci dəfə nəsihət edin, əgər qəbul eləməsə, onu aramlıqla elə vurun ki, dərsisi və sümüyü zədə almasın.”[95]

    İmam Baqir (əleyhissalam) buyurur:

    "Sözə baxmayan qadınları yalnız misvak çubuğu (dişləri yumaq üçün istifadə olunan xurma çubuq) ilə vurmaq olar.”[96]

    "Cəvahirül-kəlam” kitabının müəllifi öz kitabında buyurur:

    "Əgər qadınlar öz ərlərinə, tabe olmalı olduqları yerlərdə imtina edərək tabe olmasalar, ərinin ixtiyarı vardır ki, bu kimi istisna qadınları tənbeh edərək döysün.”[97]

    Həzrət İmam Xomeyni (r.ə) buyurur:

    "Əgər kişi öz qadınından onun icazəsiz çölə çıxmamasını və özünü onun istədiyi ləzzətlər üçün hazır etməsini istəsə, hətta ərinin ürəyi istəyən tərzdə bəzənib zinətlənməsini istəsə, amma qadın ona tabe olmasa, bu halda qadın "naşizə” sayılır. Əgər nəsihətlə, yatağın ayrılması yolu ilə islah olunmayıb öz dediyini israr etsə, ərininin onu vurmasına icazə verilir. Onun tənbeh edilməsi o qədər olmalıdır ki, qadın ağıllansın, amma bədən xəsarəti görməsin, bədəni həddindən artıq göy və ya qara olmasın. Əgər bu həddi keçərsə, əri diyəsini verməlidir.”[98]

    Bu fətvadakı "naşizə” sözünün mənasından məlum olur ki, qadın ərinin icazəsi olmadan evdən çölə çıxmamalı, özünü ərinin cinsi ehtiyaclarını təmin etmək üçün hazırlamalıdır, hətta ərin istədiyi lazımi bəzək və təmizliyi yerinə yetirməsə, naşizə sayılacaqdır. Əlbəttə, ərin haqqı yoxdur ki, öz arvadını ev daxilində və ya evdən xaricdə olan işləri görəyə məcbur etsin. Amma bu vəzifə yalnız əxlaqi nəzərdən lazımdır və nəticəsi də ərin məhəbbətinin cəlb edilməsinə, iqtisadi sahələrdə irəliləyişə səbəb olacaqdır. Buna əsasən, əgər qadınlar evin daxili işlərinin yerinə yetirilməsində etinasızlıq etsələr, ərin onu tənbeh və ya təhqir etməyə haqqı yoxdur.”[99]

    Bu fəsildə qeyd olunanlardan məlum olur ki, ərin öz arvadını döyməyə haqqı yoxdur. Qadınları tənbeh etmək, vurmaq ailə daxili xəyanətdir ki, öz ardınca acınacaqlı aqibət gətirir. Amma əgər ər arvadın məişət xərclərini təmin etsə, amma arvadı da şəriət nöqteyi-nəzərindən ərli qadınlara vacib olan vəzifələri yerinə yetirməsə, bu halda kişi ona əvvəlcə nəsihət edib yerini ayrı saldıqdan sonra bu işlər müsbət nəticə verməzsə, onun islah olunması üçün aramlıqla onu vura bilər. Əgər qadın islah olunub səhvlərini anlayarsa, əri gərək özünün məxsus məhəbbətləri, səfa-səmimiyyəti ilə onun könlünü alsın və nəvaziş etsin ki, beləliklə arvad bu acı xatirəni unutsun. Belə ki, Əli (əleyhissalam) öz dövründə xətakarları tənbeh edir, islam cəza tədbirləri icra edildikdən sonra onlarla o qədər mehriban olurdu ki, ürəklərində Həzrətə qarşı azacıq belə kin-küdurət qalmırdı.

    Allah bütün ailələrə, ər və arvadlara öz vəzifələrini tanıyıb yerinə yetirməkdə, ailə ocağının günbəgün məhəbbət və ehtiramla dolmasına kömək etsin!


    [51]"Rum” surəsi, ayə:21

    [52]"Nisa” surəsi, ayə:19

    [53]"Müstədrək.” 2-ci cild, səh.550

    [54]"Qürbül-əsnad”, səh.34

    [55]"Vəsailüş-şiə”, 14-cü cild, səh.10

    [56]"Üsuli-kafi”, 2-ci cild, səh.644

    [57]"Müstədrək”, 2-ci cild, səh.532

    [58]"Biharul-ənvar”, 103-cü cild, səh.227

    [59]"Rovzətul-muttəqin”, 8-ci cild, səh.87

    [60]"Vəsailüş-şiə”, 8-ci cild, səh.507

    [61]"Fürui-kafi”, 5-ci cild, səh.320

    [62]"Vəsailüş-şiə”, 14-cü cild, səh.22

    [63]"Biharul-ənvar”, 6-cı cild, səh.220; "Səfinətül-bihar”, 1-ci cild, səh.424

    [64]"Nəhcül-bəlağə”, 19-cu cild, səh.652

    [65]"Müstədrəkül-vəsail”, 2-ci cild, səh.551

    [66]"Müstədrəkül-vəsail”, 2-ci cild, səh.551

    [67]"Şərhi mən la yəhzur”, 13 səh.7

    [68]"Nəhcül-bəlağə”, 31-ci məktub

    [69]"Vəslailüş-şiə”, 14-cü cild, səh.121

    [70]"Səfinətul-bihar”, 1-ci cild, səh.561

    [71]"Fürui-kafi”, 2-ci cild, səh.513

    [72]"Nəhcül-bəlağə”, 31-ci məktub

    [73]"Biharul-ənvar”, 75-ci cild, səh.309

    [74]"Töhəfül-üqul”, səh.155

    [75]"Qürərül-hikəm”, səh.16

    [76]"Biharul-ənvar”, 103-cü cild, səh.225

    [77]"Nəhcül-bəlağə”, səh.1144

    [78]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.93

    [79]"Vəsailüş-şiə”, 14-cü cild, səh.17

    [80]"Cameül-üsul”, 12-ci cild, səh.123

    [81]"Müstədrək”. 2-ci cild, səh.550

    [82]"Vəsailüş-şiə”, 14-cü cild, səh.119

    [83]"Nəhcül-bəlağə”, 31-ci məktub

    [84]"Cəvahirül-kəlam”, 31-ci cild, səh.305 (Beyrut çapı)

    [85]"Səfinətul-bihar”, 2-ci cild, səh.586

    [86]"Məcməül-bəyan”, 2-ci cild, səh.327

    [87]"Vəsailüş-şiə”, 14-cü cild, səh.18

    [88]"Müstədrəkül-vəsail”, 2-ci cild, səh.550

    [89]"Biharul-ənvar”, 103-cü cild, səh.240

    [90]"Vəsailüş-şiə”, 14-cü cild, səh.12

    [91]"Biharul-ənvar”, 103-cü cild, səh.249

    [92]"Nisa” surəsi, ayə:34

    [93]"Nizami hüquqi zən”, səh.182

    [94]"Biharul-ənvar”, 103-cü cild, səh.249

    [95]"Məcməül-bəyan” təfsiri, 3-cü cild, səh.44

    [96]"Məcməül-bəyan” təfsiri, həmin ayənin təfsiri

    [97]"Cəvahirül-kəlam”, 31-ci cild, səh.201 (Beyrut çapı)

    [98]"Təhrirül-vəsilə”, 2-ci cild, səh.305

    [99]"Tovzihul-məsail”, 2441-ci məsələ

    Category: Islamda evlənmə və ailə hüququ-2 | Views: 1449 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024